Məhkəmə qərarları › İş №1(031)-55/2024

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-55/2024

20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-55/2024 20.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərər çəkmiş şəxslər X3, Müdafiəçi Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1979-cu il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs" növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320.1 və 320.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Ağcabədi rayon sakini Zərərçəkmiş şəxs2 yalandan özünün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində işlədiyini, geniş səlahiyyətlərə malik olduğunu, istənilən şəxsi həmin Nazirlikdə işlə təmin edə biləcəyini bildirib Zərərçəkmiş şəxs2 inam və etibarını qazanaraq ona övladı Elnur Məmmədovun 5500 (beş min beş yüz) manat pulun müqabilində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyini yalandan vəd edib aldadaraq bu məqsədlə 2023-cü ilin may ayının əvvəllərində Bakı şəhərinin Nəsimi rayonunun ərazisində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs2 1500 (bir min beş yüz) manat məbləğində pulu nağd alıb, daha sonra xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 tərəfindən "xxxx" ASC-nin Ağcabədi rayon filialı vasitəsilə şəxsi hesabına 4000 (dörd min) manat pulun göndərilməsinə nail olub, həmin vəsaitləri hesabından çıxarıb şəxsi ehtiyaclarına sərf edərək vahid niyyətlə Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni ümumilikdə 5500 (beş min beş yüz) manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmiş, həmçinin məzmununa yalan məlumatlar daxil etdiyi guya Şahid3 işə götürülmə məsələsinə baxılmasına dair hüquq verən rəsmi sənəd hesab olunan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verildiyi göstərilən xx.xx.2023-cü il tarixli təqdimatı və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X15 Xidmətinin Baş İdarəsi tərəfindən verildiyi göstərilən xx.xx.2023-cü il tarixli, 2844 nömrəli bildirişi istifadə etmək məqsədilə 2023-cü ilin may-iyun aylarında istintaqla dəqiq müəyyən edilməyən yerdə, şərait və qaydada qanunsuz hazırlayıb hər iki sənəddə adlarını qeyd etdiyi vəzifəli şəxslərin əvəzindən imza edərək saxtalaşdırmaqla Zərərçəkmiş şəxs2 təqdim edərək bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Şabran rayon sakini Zərərçəkmiş şəxs1 yalandan özünün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində işlədiyini, geniş səlahiyyətlərə malik olduğunu, istənilən şəxsi həmin Nazirlikdə işlə təmin edə biləcəyini bildirib Zərərçəkmiş şəxs1 inam və etibarını qazanaraq onu 10000 (on min) manat pulun müqabilində Nazirliyin Xaçmaz rayonunda yerləşən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində rəis müavini vəzifəsinə işə düzəldəcəyini yalandan vəd edib aldadaraq bu məqsədlə 2023-cü ilin iyul və avqust ayları ərzində Şabran rayonunun Uzunboyad kəndində Zərərçəkmiş şəxs1 yaşadığı evdə ondan və arvadı Şahid1 bir neçə dəfəyə 8000 (səkkiz min) manat pulunu nağd alıb, eləcə də 2023-cü ilin avqust ayının əvvəllərində istifadəsində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kart hesabına Zərərçəkmiş şəxs1 tərəfindən 2 dəfəyə 2000 (iki min) manat pulun göndərilməsinə nail olub, həmin vəsaitləri hesabından çıxarıb şəxsi ehtiyaclarına sərf edərək təkrarən vahid niyyətlə Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni ümumilikdə 10000 (on min) manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmiş, həmçinin təkrarən məzmununa yalan məlumatlar daxil etdiyi guya Zərərçəkmiş şəxs1 işə götürülmə məsələsinə baxılmasına dair hüquq verən rəsmi sənəd hesab olunan “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 və qorunması” adlı əslində mövcud olmayan qurum tərəfindən verildiyi göstərilən xx.xx.2023-cü il tarixli 6344 nömrəli təqdimatı və həmin qurum tərəfindən verildiyi göstərilən xx.xx.2023-cü il tarixli, 2280 nömrəli bildirişi istifadə etmək məqsədilə 2023-cü ilin iyul-avqust aylarında istintaqla dəqiq müəyyən edilməyən yerdə, şərait və qaydada qanunsuz hazırlayıb üzərində “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 və qorunması” sözləri yazılmış dairə möhür və dördkünc formalı ştampın əkslərini həmin sənədlərə icra edərək, hər iki sənəddə adlarını qeyd etdiyi vəzifəli şəxslərin əvəzindən imza etməklə saxtalaşdırmaqla Zərərçəkmiş şəxs1 təqdim edərək bilə-bilə saxta sənədlərdən təkrarən istifadə etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər dəfələrlə dələduzluq etdiyinə görə məhkum edilmişdir. Sonuncu dəfə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 320.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 (altı) ay azaldılmışdır. xx.xx.2022-ci il tarixdə isə Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin qərarı ilə 02 ay 09 gün vaxtından əvvəl şərti azad edilmişdir. Zərərçəkmiş şəxs2 və Şahid3 təxminən 01 (bir) ildir ki, tanıyır. Onlarla heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2023-cü ilin aprel ayında Bərdə rayonunda yaşayan qohumu gilə qonaq getmiş, iki gün orada qonaq qaldıqdan sonra Sumqayıt şəhərinə qayıtmaq qərarına gəlmiş, gecə olduğu üçün birbaşa avtomobil tapa bilməmiş və Ağcabədi rayonuna gəlmişdir. Burada da oteldə bir gecə qaldıqdan sonra Ağcabədi şəhərində Bakıya gedən taksilər olan yerə gəlmiş və orada tanımadığı bir taksiyə minmişdir. Həmin taksidə sonradan şəxsiyyəti ona məlum olan, Ağcabədi rayonu Şənlik kənd sakini Şahid3 ilə tanış olmuş, söhbət zamanı Elnur 2019-cu ildə Azərbaycan Respublikasının Texniki Universitetini bitirib həmin ili də əsgərliyə getdiyini, əsgərlikdən gələndən sonra könüllü olaraq müxtəlif yerlərdə işləsə də rəsmi olaraq işsiz olduğunu, daha sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə qəbul olunmaq üçün ərizə ilə müraciət etdiyini bildirmişdir. Bu zaman o, Elnura yalandan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində işlədiyini, işə düzəlməyinə köməklik göstərəcəyini demişdir. Elnurun yanında yalandan müxtəlif şəxslərə yığaraq danışırmış kimi etmiş və Elnura həmin şəxslərin də işin düzəlməyinə kömək edəcəklərini demişdir. Belə deməkdə məqsədi Elnurun pulunu ələ keçirmək olmuşdur. Bundan sonra o, nömrəsini Elnura vermiş və Elnurun nömrəsini götürmüşdür. Bir müddət sonra tanımadığı nömrədən ona zəng gəlmiş və Elnurun atası Zakir olduğunu bildirmişdir. Zakir Elnurun işi ilə maraqlandıqda yalandan Elnurun işinin düzəldəcəyini, hətta digər oğlu varsa ona da köməklik edə biləcəyini demişdir. Zakir də Elnurun rəsmi müraciət etdiyini ancaq başqa bir oğlu olduğunu, əsgərlikdən gəldiyini demiş, o da həmin oğlunun da işini düzəldə biləcəyini demişdir. Üstündən bir müddət keçdikdən sonra Zakirə zəng edərək Ağcabədi rayonunda olduğunu bildirmişdir. Ağcabədi rayonuna gəlməkdə məqsədi Zakirgil ilə görüşüb onu inandırmaq və işə düzəltmək adı ilə pulunu almaq olmuşdur. Bundan sonra Ağcabədi şəhərində Zakirlə görüşmüş və Zakirə Elnurun işini tezləşdirəcəyini bildirmişdir. Zakir yenə də Elnurun rəsmi qaydada işə qəbul olunacağını demiş, digər oğlu Amilin isə hal-hazırda Rusiya Federasiyasında olduğunu demişdir. O, yalandan problem olmadığını, onun da işini düzəldəcəyini bildirmişdir. Bir müddət sonra Elnur ona zəng edib işi maraqlandıqda işin tezliklə düzələcəyini, bir ay müddətində işə başlayacağını bildirmişdir. Elnura ona məxsus sənədləri gətirməyini demiş, bundan sonra Elnur Bakı şəhərinə gələrək ona zəng etmiş və “20 Yanvar” metrostansiyasının yaxınlığında onunla görüşmüş, Elnur orada özünə məxsus sənədlərin surətini ona vermişdir. Bundan bir neçə gün sonra Zakirlə əlaqə saxlayaraq işin həll olunması üçün bəzi sənədləşmə işlərinə pul vermək lazım olduğunu bildirmiş, 2023-cü ilin may ayının əvvəlləri Zakir Bakı şəhərinə gəlmiş və Bakı şəhərinin Nəsimi rayonunda “20 Yanvar” metrostansiyasının yaxınlığında onunla görüşmüş, Zakir ikilikdə ona 1500 manat pul vermişdir. Bu zaman Zakirə Elnurun işinin xx.xx.2023-cü il tarixədək düzələcəyini bildirmiş, həmin puldan 1200 manatını Raufa borc qaytarmışdır. Bundan bir neçə gün sonra Ağcabədi rayonuna gəlmiş və Zakirgilə qonaq gedib, gecəni də orada qalmışdır. Həmin zaman da onlara Elnurun işinin tezliklə düzələcəyini demişdir. Daha sonra Bakı şəhərinə qayıtmış və Zakirlə əlaqə saxlayaraq Elnurun təqdimatının verilməsi üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə Zakir onun adına "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 4030 manat pul göndərmiş, o həmin pulu Sumqayıt rayonunun 4-cü mikrorayonda yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin filialından çıxarmışdır. Daha sonra Zakirlə əlaqə saxlayaraq pulu götürdüyünü və təqdimatın göndəriləcəyini bildirmişdir. Bundan sonra özünə məxsus kompüterdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin adından verilmiş təqdimat düzəltmiş və Sumqayıt şəhərinin 36-cı məhəlləsində yerləşən kserokopiya salonunda həmin təqdimatı çıxartmış, həmin sənədə özü qol çəkmiş və qələm ilə həmin saxta sənədə möhür çəkərək şəkilini çəkib xx.xx.2023-cü il tarixdə Elnurun nömrəsinə “WhatsApp” sosial şəbəkəsinə göndərmişdir. Daha sonra Zakir əlaqə saxlayıb təqdimatın saxtaya oxşadığını ona bildirmiş, bu zaman o yalandan Zakirə sənəddən xəbərinin olmadığını, həmin sənədi ona idarədən göndərdiklərini bildirmişdir. Daha sonra o yalandan Zakirə zəng edərək sənəddə işçinin texniki səhvlər etdiyini, həmin işçini də işdən kənarlaşdırdıqlarını bildirmişdir. Zakir iş barədə maraqlandıqda işin tezliklə düzələcəyini deyirmiş, bundan sonra Zakir ondan pul qaytarmağını bildirdikdə Zakirə problem olmadığını, çəkdiyi xərclərlə birlikdə 6000 manat pul göndərəcəyini bildirmişdir. Bundan sonra o yenə kompüterdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin adından verilmiş bildiriş yazmış və eyni qaydada çıxardaraq özü imzalamışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə həmin düzəltdiyi saxta bildirişi Elnurun nömrəsinə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə göndərmiş və həmin bildirişin poçt vasitəsi ilə gələcəyini, sonra da Bakı şəhərinə gedərək idarəyə gedəcəklərini bildirmişdir. Bundan sonra o Sumqayıt şəhərində poçta gedərək həmin düzəltdiyi və imzaladığı saxta sənədi poçt vasitəsi ilə Ağcabədi rayonuna Şahid3 adına göndərmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Zakir onunla əlaqə saxlayıb həmin bildirişi götürdüyünü demiş, o isə Zakirə əlavə 2800 manat pul lazım olduğunu demişdir. Zakir də rəsmi şəxslərlə görüşdükdən sonra pulu verəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Zakirlə Elnur birlikdə Bakı şəhərinə gəlmişlər, onlarla görüşmüş, Zakir idarəyə getmək istədikdə qoymayaraq hal-hazırda komissiya olduğunu bildirmişdir. Bundan sonra özünə məxsus ***-***-**-** mobil nömrəsindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyindən polkovnik Rauf kimi təqdim etdiyi tanışı Şahid2 məxsus ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Elnurun işi ilə bağlı maraqlanmış və Rauf da uzağı 1 həftə müddətinə işin düzələcəyini bildirmiş, Rauf onlara işin düzəldəcəyini deyərək narahat olmamalarını əlavə etmiş, bundan sonra yenə maraqlandıqda yalandan işin tezliklə düzələcəyini deyirmiş. Zakir pulunu tələb etdikdə, ona pulu qaytaracağını, ancaq işin də düzələcəyini demişdir. Zakir krediti ödəyə bilmədiyini dedikdə onun göndərdiyi karta 400 manat pul göndərmiş, həmin pulu ödəyən zaman bunun heç nəyə aid olmadığını, sadəcə kreditini ödəsin deyə göndərdiyini, iş alınmasa ondan aldığı 5530 manat pulu tam ödəyəcəyini bildirmişdir. Daha sonra Zakir 2023-cü il iyul ayının sonlarında Bakı şəhərinə gəlmiş və görüşdükdə Zakir pulunu tələb etmiş, Zakirin yanından hal-hazırda yadında qalmayan faizə pul verən adama zəng edib danışmış və pulu verəcəyini bildirmişdir. Lakin həmin şəxs ona 1500 manat pul vermiş və o, xx.xx.2023-cü il tarixdə Zakirin oğlunun göndərdiyi kart hesabına 1500 manat göndərmişdir. Bundan bir müddət sonra dəqiq tarixi yadında qalmayan vaxtda yenə Elnurun göndərdiyi kart hesabına 1300 manat pul göndərmişdir. Ümumilikdə Zakirdən aldığı puldan 2800 manatını qaytarmış, 2730 manat pul isə ödənilməmiş qalmışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs1 tanıyır və onunla normal münasibəti olmuşdur. Zərərçəkmiş şəxs1la xx.xx.2023-cü il tarixdə günorta saatlarında yaşadığı evə Əlimirzə ilə qonaq gəlmişdir. Belə ki, o, Əlimirzəyə yalandan Azərbaycan Respublikasının Ekologiya Nazirliyinin işçisi olduğunu deyib və orada işə adam düzəldə biləcəyinə inandırmışdır. Əlimirzədə tanışı Mösümün işə düzəlmək istəyini demişdir. O da bununla bağlı Mösümlə görüşmək üçün evinə gəlmişdir. Söhbət əsnasında Ekologiya Nazirliyinin işçisi olduğunu və həmin nazirlikdə işə düzəltməkdə gücü çatdığını, Mösümü Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz rayonunda olan şöbəsində rəis müavini vəzifəsində işə düzəldə biləcəyini və bunun üçün 10000 manat pul verməli olduğunu demişdir. Mösüm də bununla razılaşmış, həmin gün Mösüm ona 2000 manat pul vermişdir. Pulu aldıqdan sonra 2023-cü ilin avqust ayının ortalarınadək Mösümü işə qəbul edəcəklərinə söz vermişdir. Növbəti həftə, təxminən xx.xx.2023-xx.xx.2023-cü il tarixdə səhər saatlarında evdə olan zaman Mösümlə görüşmüş və 1000 manat pulu Əlimirzənin yanında almış, təxminən 01 (bir) həftə sonra Mösümlə yaşadığı evdə görüşmüş və söhbət zamanı işin düzəlmək üzrə olduğunu bildirərək 2000 manat pul verməli olduğunu demişdir. Mösüm də buna inanmış və 2000 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə Əlimirzəyə zəng edərək işin düzəlməsi ilə bağlı Mösümün 1500 manat pul verməli olduğunu demiş və onunla əlaqə saxlamasını istəmişdir. Həmçinin Əlimirzəyə kartın 16 rəqəmini göndərmişdir. xx.xx.2023-cü il tarixdə onun atdığı karta Mösüm 1500 manat pulu köçürmüşdür. xx.xx.2023-cü il tarixdə Əlimirzəyə zəng edərək söz verib öhdəsinə götürdüyü Mösümün işə düzəltməyinə görə 500 manat da pul tələb etmiş və Mösümün pulu karta köçürməsini istəmişdir. xx.xx.2023-cü il tarixdə Mösüm onun kartına 500 manat pulu köçürmüş, 2023cü ilin avqust ayının ortalarında Uzunboyad kəndinə gəlmiş və Əlimirzəylə görüşüb Mösümə zəng etməsini, işi ilə bağlı görüşmək istədiyini və işin düzəlməsinə görə 1000 manat pul verməli olduğunu demişdir. Mösümlə danışdıqdan sonra yaşadığı evə gəlmiş və Rəşidə ona 1000 manat pulu vermişdir. Sonuncu dəfə isə 2023-cü ilin avqust ayının sonlarında Uzunboyad kəndinə gəlmiş və Mösümlə danışıb işin düzəlməsinə görə 2000 manat pul istəmişdir. Həmin gün 2000 manat pulu Rəşidədən almışdır. Mösümdən ümumilikdə 10000 manat pulu işə düzəldəcəyini vəd verərək, aldadaraq almışdır. Mösüm dəfələrlə əlaqə saxlayaraq işi ilə bağlı soruşanda hər dəfəsində müxtəlif bəhanələrlə onu aldatmış, etdiyi hərəkətdən şübhələnməsin deyə özü kompüterdə saxta formada bildiriş və təqdimat hazırlayaraq, üzərinə möhür işarəsi çəkərək poçt vasitəsilə Mösümün yaşadığı ünvana göndərmişdir. Mösümdən 10000 manat pulun hamısını özü almış və şəxsi xərclərinə istifadə etmişdir. O, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2280 nömrəli üzərindəki dördkünc formalı möhür əksində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 və qorunması adlı yazı və xx.xx.2023-cü il tarix, ********* nömrə, Qəbul sektorunun rəisi E. Quliyev adından imza edilmiş” bildiriş və “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 və qorunması adlı qurum tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6344 nömrəli (üzərindəki eyniadlı qurumun adı və dördkünc formalı möhür əksində xx.xx.2023-cü il tarix və ********* nömrə), İcra edən T. Nağıyev və İdarə Heyətinin rəisi H. Səfərov adından imza edilmiş” təqdimatı özü hazırlamış və üzərlərindəki imzaları da özü çəkmişdir. Belə ki, həmin sənədləri hazırlamağı bilir və saxta sənədləri hazırladığına və istifadə etdiyinə görə əvvəllər də məhkum olunmuşdur. Belə ki, qeyd olunan bildiriş və təqdimatı Sumqayıt və Bakı şəhəri ərazisində müxtəlif kompüter salonlarında oradakı kompüterlərdən istifadə etməklə hazırlamışdır. Həmin sənədlərdə olan möhürləri də kompüter üsulu ilə internet resurslarından istifadə edərək möhürün formasını hazırlamış, həmin möhürü hazırladığı məktubun üzərində yerləşdirib bir neçə dəfə müxtəlif kompüter salonlarında, rəngli printerlərdən çıxarmaqla yoxlamış, sonuncu sənəd hazırlayıb bitirdikdən sonra həmin sənədin üzərində yazdığı saxta şəxslərin adından saxta imzalar edərək poçt vasitəsilə Zərərçəkmiş şəxs1 yaşadığı ünvana göndərmişdir. O, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X15 Xidmətinin Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2844 nömrəli, Qəbul sektorunun rəis müavini polkovnik-leytenantı Ş. Teymurov adından imza edilmiş” bildiriş və “Azərbaycan Respublikasının Fövqalada Hallar Nazirliyi adlı qurum tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, üzərində dairəvi formalı möhür əksi olan , idarə heyətinin sədri polkovnik Ə. Həsənov, idarə heyətinin qəbul sektorunun rəisi polkovnik leytenant R. Ağayev adından imza edilmiş” təqdimatı da özü hazırlamış və üzərlərindəki imzaları da özü çəkmişdir. Həmin sənədi də özü eyni üsulla hazırlamışdır. Qeyd olunan bildiriş və təqdimatı Sumqayıt və Bakı şəhəri ərazisində müxtəlif kompüter salonlarında olan zaman oradakı kompüterlərdən istifadə etməklə hazırlamış, təqdimat da olan möhürü də kompüter üsulu ilə internet resurslarından istifadə edərək möhürün formasını hazırlamış, həmin möhürü hazırladığı məktubun üzərində yerləşdirib bir neçə dəfə müxtəlif kompüter salonlarında, rəngli printerlərdən çıxarmaqla yoxlamışdır. Sonuncu sənəd hazırlayıb bitirdikdən sonra həmin sənədin üzərində yazdığı saxta şəxslərin adından saxta imzalar edərək poçt vasitəsilə Zərərçəkmiş şəxs2 yaşadığı ünvana göndərmişdir. Bir daha qeyd etmişdir ki, həmin sənədlərdə olan imzaların hamısını da özü çəkmişdir. O, əvvəlki ifadələrin də özünə məxsus kompüterinin və printerinin olmasını qeyd etsə də yaşadığı ünvanda və başqa yerdə kompüteri və ya printeri olmayıb. Hazırladığı saxta sənədləri də Sumqayıt və Bakı şəhərində olan zaman müxtəlif kompüter salonlarında internet resurslarından istifadə edərək hazırlamışdır, həmin sənədləri zərərçəkmiş şəxslərə göndərən zaman imza edib göndərmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə əvvəllər tanışlığı olmamış və aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs ilə onu həmkəndilisi Şahid4 vasitəsilə tanış olmuşdur. O, bir neçə ildir ki, işsizdir və bununla bağlı olaraq iş yeri axtarırmış. Əlimirzə 2023-cü ilin iyun ayının sonlarında yaşadığı evə gəlmiş və söhbət edərək onun üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz rayonunda olan şöbəsində iş yeri tapacaq tanışının olduğunu bildirmişdir. Bununla əlaqədar olaraq da Əlimirzəyə həmin tanışını qonaq çağırmasını və həmin məsələ ilə bağlı üzbəüz söhbət etmək istədiyini bildirdimişdir. Bununla əlaqədar olaraq, xx.xx.2023-cü il tarixdə günorta saatlarında yaşadığı evdə olan zaman Əlimirzə və tanışı Təqsirləndirilən şəxs evə qonaq gəlmişlər. Yaşadığı evdə olan zaman Əlmirzə və Məzahirlə söhbət etmiş, söhbət əsnasında X7 Nazirliyinin işçisi olduğunu və həmin nazirlikdə işə düzəltməkdə gücü çatdığını bildirmişdir. Məzahir isə onu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz rayonunda olan şöbəsində rəis müavini vəzifəsində işə düzəldə biləcəyini və bunun üçün 10000 manat pul verməli olduğunu demiş, o da bununla razılaşmış və Rəşidə də olan 2000 manat pulunu Rəşidədən alıb Məzahirə vermişdir. Məzahir də Əlimirzənin yanında 2023-cü ilin avqust ayının ortalarınadək onu işə qəbul edəcəklərinə söz vermişdir. Bir neçə gün sonra Əlimirzə və Məzahir ona zəng edərək həmin işə görə 1000 manat da pul istənildiyini demiş, növbəti həftə, təxminən xx.xx.2023-xx.xx.2023-cü il tarixdə səhər saatlarında evdə olan zaman Məzahir və Əlimirzə evə gəlmişlər və 1000 manat pulu Əlimirzənin yanında Məzahirə vermişdir. Təxminən 01 (bir) həftə sonra evə Məzahir və Əlimirzə gəlmişlər, söhbət zamanı Məzahir işin düzəlmək üzrə olduğunu bildirərək 2000 manat pul verməli olduğunu demiş, o da Rəşidəyə otaqdan 2000 manat pulunu gətirməsini demiş, Rəşidə də 2000 manat pulu gətirmiş və həmin pulu Əlimirzəyə verməsini demişdir. Rəşidə 2000 manat pulu Əlimirzəyə verib getmiş, Əlimirzə də həmin pulu Məzahirə vermişdir. xx.xx.2023-cü il tarixdə Əlimirzə zəng edərək işin düzəlməsi ilə bağlı Məzahirin 1500 manat pul istədiyini demiş, “WhatsApp” nömrəsinə mesajla Məzahirin bildirdiyi kartın 16 rəqəmini göndərmişdir. Rəşidə ilə birlikdə 1500 manat pulu xx.xx.2023-cü il tarixdə saat 15:02-də Xaçmaz rayonu Qaradağlı kəndində marketdə olan ödənmə aparatı vasitəsilə Əlimirzənin göndərdiyi və Kapital Banka məxsus olan “4169 7388 9276 0830” nömrəli karta göndərmiş və pulu göndərməyi barəsində Əlimirzə ilə əlaqə saxlayaraq məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə Əlimirzə zəng edərək Məzahirin söz verib öhdəsinə götürdüyü işə düzəltməyə görə 500 manat da pul istədiyini demiş və Məzahirin Əlimirzəyə göndərdiyi kart nömrəsinə köçürülməsini istədiyini bildirmişdir. Rəşidə ilə birlikdə 500 manat pulu xx.xx.2023-cü il tarixdə saat 14:15-də Şabran rayonu Gəndov kəndində Oba marketdə olan ödənmə aparatı vasitəsilə Əlimirzənin göndərdiyi və Kapital Banka məxsus olan “4169 7388 9276 0830” nömrəli karta göndərmiş, pulu göndərməyi barəsində Əlimirzə ilə əlaqə saxlayaraq məlumat vermişdir. 2023-cü ilin avqust ayının ortalarında yaşadığı kənddə olan zaman Əlimirzə zəng edərək Məzahirin yanına gələcəyini və işin düzəlməsinə görə 1000 manat pul istədiyini demiş, o da Rəşidəyə zəng edərək Məzahirin evə gələcəyini və 1000 manat pulu Məzahirə verməyini tapşırmışdır. Həmin gün Məzahir evinə gəlib və Rəşidə 1000 manat pulu Məzahirə vermişdir. Sonuncu dəfə isə 2023-cü ilin avqust ayının sonlarında yaşadığı kənddə olan zaman Əlimirzə zəng edərək Məzahirin görüşmək istədiyini və işə düzəltməyə görə 2000 manat pul istədiyini demiş, o da də Əlimirzəyə Məzahirin yaşadığı evə getməsini və yoldaşının Məzahirə 2000 manat pulu verəcəyini demişdir. Rəşidə ilə zəngləşib danışmış və 2000 manat pulunu evdən götürüb Məzahirə verməsini tapşırmışdır. Məzahir də həmin gün evə gəlib və Rəşidə də 2000 manat pulu Məzahirə verib. Təqsirləndirilən şəxs ondan işə düzəltmək adı ilə ümumilikdə 10000 manat pul almışdır. İşə düzəltmək məsələsi ilə əlaqədar olaraq dəfələrlə Məzahir ilə əlaqə saxlayaraq işin gedişatı ilə bağlı maraqlanan zaman hər dəfəsində müxtəlif bəhanələrlə onları aldadaraq tezliklə işə qəbul olunacağına söz verirmiş. Məzahir əminlik yaratmaq üçün onun işə qəbul olunmasına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məktub gələcəyini bildirmiş və yaşadığı ünvana xx.xx.2023-cü il tarixdə 01 ədəd zərfdə 02 ədəd məktub gəlmişdir. Həmin məktubların birində bildiriş və digərində isə işə qəbul olunmağna dair təqdimat olmuşdur. Həmin sənədi aldıqdan sonra bununla bağlı olaraq Xaçmaz rayonuna gedib maraqlanan zaman belə bir əmrin və iş yerində belə bir vəzifənin boş vakansiya olmadığını öyrənmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, o, Şahid1, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs tanıyır və onlarla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs əvvəldən tanımamış və həmin şəxslə Xaçmaz rayonunda yaşayan tanışı Vüqarın vasitəsilə tanış olmuşdur. Məzahir ona Azərbaycan Respublikasının Ekologiya Nazirliyinin işçisi olduğunu və həmin qurumda işə düzəltmək üçün tanışlarının olduğunu demiş, o da buna cavab olaraq Məzahirə demişdir ki, oğlu var, hərbidən məhkum olub gəlmişdir, onun üçün bir iş düzəltsin. Məzahir də ona bunun qarşılığında 7000-8000 manat pul lazım olacağını bildirmişdir. O, Məzahirə demişdir ki, hazırda imkanı yoxdur, ilin axırında verə bilər. Zərərçəkmiş şəxs1 onunla söhbət edən zaman işsiz olduğunu və işləmək üçün yer axtardığını demiş, söhbət zamanı Məzahirlə tanış olarkən Məzahirin ona Azərbaycan Respublikasının Ekologiya Nazirliyinin işçisi olduğunu və həmin qurumda işə düzəltmək üçün tanışlarının olduğunu deməsi yadına düşmüş və Mösümə Məzahirin barəsində danışmışdır. Mösüm də onu Məzahirlə görüşdürməyini və işə düzəlmək üçün danışmaq istədiyini ona bildirmişdir. O, 2023-cü iyun ayının əvvəllərində Məzahirlə zəngləşib bu haqda danışmış, iyun ayında Məzahir kəndə gəlmiş və onunla birlikdə Mösümün yaşadığı evə gəlib söhbət etmişlər. Söhbət zamanı Məzahir Mösümə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmaz rayonunda olan şöbəsində rəis müavini vəzifəsində işə düzəldə biləcəyini və bunun üçün 10000 manat pul verməli olduğunu demişdir. Mösüm də bununla razılaşmış, həmin gün Mösüm Məzahirə 2000 manat pul vermişdir. Sonradan Mösüm hissə-hissə olmaqla Məzahirə ümumilikdə 10000 manat pul vermişdir. Axırda müəyyən olmuşdur ki, Məzahir aldadaraq Mösümdən 10000 manat pul almışdır. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, müdafiəçinin suallarına cavab olaraq isə Məzahirin oğlunu işə düzəltmək üçün 7000-8000 manat pul istədiyini və oğlunu sədərəkdə mühafizəyə düzəldəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır. Onlar Şabran rayonunun Uzunboyad kəndində yaşayırlar, iki övladları vardır. Şahid4 onların yaşadığı kəndə qonşularıdır və onu tanıyır. Təqsirləndirilən şəxs isə əvvəldən tanımırdılar və həmin şəxsi onlarla Şahid4 tanış etmişdir. X27 bir neçə ildir ki, işsizdir və bununla bağlı olaraq iş yeri axtarırdı. Əlimirzə 2023-cü ilin iyun ayında onlara gəlmiş və Mösümlə söhbət zamanı Əlimirzə demişdir ki, onun tanışı var, Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər nazirliyinin Xaçmaz rayonunda olan şöbəsində iş yeri düzəldə bilər. Mösüm Əlimirzəyə həmin tanışını evə qonaq çağırmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında yaşadığı evdə olan zaman Əlimirzə və tanışı Məzahir onlara qonaq gəlmişlər. Mösüm Əlimirzə və Məzahirlə söhbət etmiş və söhbət əsnasında Əlmirzə Məzahirin Azərbaycan Respublikasının Ekologiya Nazirliyinin işçisi olduğunu və həmin nazirlikdə işə düzəltməkdə gücü çatdığını bildirmişdir. Məzahir isə Mövsümə onu Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər nazirliyinin Xaçmaz rayonunda olan şöbəsində rəis müavini vəzifəsində işə düzəldə biləcəyini və bunun üçün 10000 manat pul verməli olduğunu demişdir. Mösüm də bununla razılaşmışdır. O, Mövsümün onda olan 2000 manat pulunu gətirib Mösümə vermiş və Mösüm də onun yanında həmin 2000 manat pulu Məzahirə vermişdir. Məzahir də Əlimirzənin yanında söz vermişdir ki, 2023-cü ilin avqust ayının ortalarınadək işə qəbul ediləcəkdir. Hissə-hissə olmaqla ümumilikdə, Məzahirə 10000 manat pulu işə düzəltməsinə görə verilmişdir, dəfələrlə Məzahir ilə əlaqə saxlayaraq işin gedişatı ilə bağlı maraqlanan zaman Məzahir hər dəfəsində müxtəlif bəhanələrlə bizi aldadaraq tezliklə işi həll edəcəyinə söz vermişdi. Hətta Məzahir onlarda əminlik yaratmaq üçün Mövsümün işə qəbul olunmasına dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məktub gələcəyini bildirmiş və yaşadıqları ünvana xx.xx.2023-cü il tarixdə 01 (bir) ədəd zərfdə 02 (iki) ədəd məktub gəlmişdi. Həmin məktubların birində bildiriş, digərində isə Mövsümün işə qəbul olunmasına dair təqdimat var idi. Onlarda həmin sənədi aldıqdan sonra Mövsüm bununla bağlı olaraq Xaçmaz rayonuna gedib maraqlanan zaman belə bir əmrin və iş yerində belə bir vəzifənin boş vakansiya olmadığını öyrənmişdir. Bundan sonra onlar başa düşmüşlər ki, Məzahir onları aldadaraq işə düzəltmək adı ilə onlarda 10000 manat pul almışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 54-1 – 54-4-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və Təqsirləndirilən şəxs pulunu tələb etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və müdafiəçinin işə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 iştirakı olmadan baxılmasına etiraz etməmələrini nəzərə alaraq, hazırki işə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 iştirakı olmadan baxılmasının cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadığı qənaətinə gəlmiş və hazırki işə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, oğlu 2019-cu ildə Azərbaycan Respublikasının Texniki Universitetini bitirib həmin ili də əsgərliyə getmiş, əsgərlikdən gələndən sonra könüllü olaraq müxtəlif yerlərdə işləsə də rəsmi olaraq işi olmayıb. Bunun üçün Elnur ərizə ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə qəbul olunmaq üçün müraciət etmiş, 2023-cü ilin aprel ayında Elnur taksi ilə Bakı şəhərinə gedən zaman yolda Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Söhbət əsnasında Məzahir Elnura özünün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində işlədiyini, Elnurun da işə düzəlməyinə köməklik göstərəcəyini demişdir. Elnurun yanında da müxtəlif şəxslərə yığaraq iş ilə bağlı danışmış və həmin şəxslər də işin düzəlməyinə kömək edəcəklərini demişlər. Bundan sonra Elnur Məzahirin nömrəsini götürmüş və öz nömrəsini də ona vermişdir. Bundan sonra Elnur zəng edərək bu barədə dedikdə o da həmin şəxslə danışacağını bildirmişdir. Məzahirlə danışdıqda ona Elnurun işini düzəldəcəyini, hətta digər oğlu varsa ona da köməklik edə biləcəyini demişdir. O da Elnurun rəsmi müraciət etdiyini ancaq başqa bir oğlu olduğunu, əsgərlikdən gəldiyini bildirmiş, Məzahir onun da işini düzəldə biləcəyini demişdir. Üstündən bir müddət keçdikdən sonra Məzahir zəng edərək Ağcabədi rayonunda olduğunu bildirmiş, bundan sonra onunla görüşmüş və Məzahir Elnurun işini tezləşdirəcəyini bildirmişdir. O Məzahirə yenə də Elnurun rəsmi qaydada işə qəbul olunacağını, Amilin isə hal-hazırda Rusiya Federasiyasında olduğunu demişdir. Məzahir problem olmadığını, onun da işini düzəldəcəyini bildirmişdir. Bir müddət sonra Elnur Məzahirin zəng edərək işi ilə maraqlandığını, işini tezliklə düzələcəyini, bir ay müddətində Elnurun işə başlayacağını bildirmiş, Elnura məxsus sənədləri Elnur Bakı şəhərinə aparaq “20 Yanvar” metrostansiyasının yaxınlığında Məzahirə vermişdir. Bir neçə gün sonra Məzahir əlaqə saxlayaraq işin həll olunması üçün bəzi sənədləşmə işlərinə pul vermək lazım olduğunu bildirmişdir. 2023-cü ilin may ayının əvvəllərində o Bakı şəhərinə getmiş və Nəsimi rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında Məzahir ilə görüşmüşdür və ikilikdə Məzahirə 1500 manat pul vermişdir. Bu zaman Məzahir Elnurun işinin xx.xx.2023-cü il tarixədək düzələcəyini bildirmişdir. Bundan sonra Məzahirlə sağollaşıb Ağcabədi rayonuna qayıtmışdır. Bir neçə gün sonra Məzahir yenə Ağcabədi rayonuna gəlmiş və hətta qonaq olub, gecəni də onlarda qalmışdır. Həmin zaman da Məzahir Elnurun işinin tezliklə düzələcəyini demişdir. Daha sonra Məzahir əlaqə saxlayaraq Elnurun təqdimatının verilməsi üçün 4000 manat pul lazım olduğunu bildirmiş, xx.xx.2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi rayon filialından Təqsirləndirilən şəxs adına 4030 manat pul göndərmişdir. Məzahir əlaqə saxlayaraq pulu götürdüyünü və təqdimatın göndəriləcəyini bildirmiş, xx.xx.2023-cü il tarixdə Elnurun nömrəsinə “WhatsApp” sosial şəbəkəsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin adından verilmiş və möhürlənmiş təqdimatın şəkilini atmışdır. O, təqdimata baxandan sonra təqdimatın saxtaya oxşadığını bildirmişdir. Bu zaman Məzahir sənəddən xəbəri olmadığını, həmin sənədi idarədən göndərdiklərini bildirmişdir. Daha sonra Məzahir zəng edərək sənəddə işçinin texniki səhvlər etdiyini, həmin işçini də işdən kənarlaşdırdıqlarını bildirmişdir. Məzahirlə iş barədə maraqlandıqda işin tezliklə düzələcəyini demişdir. Bundan sonra Məzahirə pul qaytarmağını bildirdikdə Məzahir problem olmadığını, çəkdiyi xərclərlə birlikdə 6000 manat pul göndərəcəyini demiş, xx.xx.2023-cü il tarixdə Məzahir Elnurun nömrəsinə “WhatsApp” sosial şəbəkəsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin adından verilmiş və imzalanmış bildiriş göndərərək poçt vasitəsi ilə həmin bildirişin gələcəyini, ondan sonra da Bakı şəhərinə İdarəyə gedəcəklərini bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonunun Mərkəzi Poçtundan bildirişi götürmüşdür. Məzahir əlavə 2800 manat pul lazım olduğunu demişdiir, o da Məzahirə rəsmi şəxslərlə görüşdükdən sonra pulu verəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Elnurla birlikdə Bakı şəhərinə getmiş, Məzahirlə görüşmüşlər və idarəyə getmək istədikdə Məzahir qoymayaraq hal-hazırda komissiya olduğunu bildirmişdir. Bundan sonra Məzahir özünə məxsus ***-***-**-** mobil nömrəsindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyindən polkovnik Rauf kimi təqdim etdiyi şəxsin nömrəsinə zəng etmiş, telefonda danışdığı şəxs uzağı 01 (bir) həftə müddətinə işin düzələcəyini bildirmişdir. Elnur daha sonra Məzahirdən Raufun nömrəsini alaraq proqram vasitəsi ilə yoxladıqda Raufun taksi şoferi olduğunu görmüşdür. Bu barədə də Məzahirə bildirdikdə Məzahir nömrənin polkovnikə aid olduğunu, sadəcə orada elə qeyd edildiyini bildirmişdir. Daha sonra isə həmin şəxsin işi düzəldəcəyini deyərək narahat olmamağı əlavə etmişdir. O, Ağcabədi rayonuna qayıtsa da Elnur bir həftə Bakı şəhərində qalaraq işin düzəlməsini gözləmişdir. Lakin heç bir nəticə olmadığını görüb Elnur da geri qayıtmışdır. Məzahirdən pulunu tələb etdikdə, Məzahir, pulu qaytaracağını, ancaq işin də düzələcəyini demişdir. Daha sonra 2023-cü il iyul ayının sonlarında Bakı şəhərinə getmiş və orada Məzahir ilə görüşüb pulunu tələb etmiş, Məzahir öz telefonundan tanımadığı bir qadınla danışmış və həmin qadın Məzahirə zamin duraraq pulu qaytaracağını demişdir. xx.xx.2023-cü il tarixdə Məzahir həmkəndlisi X12 adına olan kart hesabına 1500 manat, daha sonra isə 1300 manat pul göndərmişdir. Məzahir dəymiş ziyandan 2800 manat ödəsə də, bu günədək 2730 manat pulu ödəməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 54-1 – 54-4-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış Şahid2 məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və müdafiəçinin işə Şahid2 iştirakı olmadan baxılmasına etiraz etməmələrini nəzərə alaraq, hazırki işə Şahid2 iştirakı olmadan baxılmasının cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadığı qənaətinə gəlmiş və hazırki işə Şahid2 iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 03 (üç) il olar ki, Sumqayıt şəhər sakini kimi tanıyır. Məzahir işlətdiyi kafeyə gəlmiş, oradan münasibətləri yaranmışdır. Həmçinin Zərərçəkmiş şəxs2 qiyabi olaraq tanıyır. Belə ki, onunla telefonda danışmışdır. 2023-cü ilin yay aylarında hal-hazırda xatırlamadığı nömrədən zəng gəlmiş, telefonu açdıqda həmin şəxs adının Rauf olduğunu, polkovnik, yoxsa taksi şoferi olduğunu soruşmuş, həmin şəxsə adının Rauf olduğunu və taksi şoferi olduğunu demişdir. Həmin sonradan adının Zakir olduğunu bildiyi şəxs Məzahiri tanıyıb tanımadığını soruşmuş, o da Məzahiri tanıdığını demişdir. Həmin şəxs Məzahirə zəng çatmadığını bildirmiş, o da Məzahirin başqa bir nömrəsi olduğunu, onunla əlaqə saxlayıb məlumat verəcəyini demişdir. Bundan sonra Məzahirin istifadəsində olan mobil nömrəyə zəng edərək Zakir adlı şəxsin onu axtardığını demiş, Məzahir də özünün əlaqə saxlayacağını demişdir. Daha sonra Zakirə zəng edərək nə məsələ olduğunu, Məzahirə pul verib-vermədiyini soruşmuş, Zakir də heç bir problem olmadığını, Məzahirlə arasında olan məsələ olduğunu demişdir. Bundan bir müddət sonra Zakir yenə zəng edib Məzahirlə yenə əlaqə saxlaya bilmədiyini, oğlunu Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək üçün Məzahirə 5500 manat pul verdiyini bildirmişdir. O, Zakirə o qədər pulu var idisə gələrdi tanışları vasitəsi ilə işini həll edərdi demiş, Zakir də pulunu Məzahirə verdiyini, Məzahirin pulu ələ keçirdiyini bildirmişdir. O, ilk dəfə danışanda Məzahirə pul verib vermədiyini soruşduqda bu barədə niyə demədiyini soruşmuş, Zakir də Məzahirin ona heç kimə deməməyi tapşırdığını qeyd etmişdir. Bundan sonra da Zakir bir neçə dəfə əlaqə saxlayaraq Məzahiri soruşmuşdur. O, ona Məzahiri görmədiyini, lakin ailəsinin yaşadığı ünvanı bildiyini, Sumqayıta gəlməyini demişdir. Zakirə Məzahirin telefonlarına cavab vermədiyini demişdir. Qeyd etmişdir ki, onun Məzahirlə Zakirin oğlunu Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək barədə heç bir razılaşması olmamışdır. Həmin məsələni Zakir zəng edib telefonda dedikdə bilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 54-1 – 54-4-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid X16 məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və müdafiəçinin işə şahid X4 iştirakı olmadan baxılmasına etiraz etməmələrini nəzərə alaraq, hazırki işə şahid X4 iştirakı olmadan baxılmasının cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadığı qənaətinə gəlmiş və hazırki işə şahid X4 iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Şahid X16 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. 2019-cu ildə Azərbaycan Respublikasının Texniki Universitetini bitirib həmin ili də əsgərliyə gedib. Əsgərlikdən gələndən sonra könüllü olaraq müxtəlif yerlərdə işləsə də, rəsmi olaraq işi yox idi. Bunun üçün o, ərizə ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə qəbul olunmaq üçün ərizə ilə müraciət edib. 2023-cü ilin aprel ayında o, taksi ilə Bakı şəhərinə gedən zaman yolda Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs ilə tanış olub Söhbət əsnasında o, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sənəd verdiyini bildirib. Məzahir də ona özünün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində işlədiyini, onu da işə düzəlməyinə köməklik göstərəcəyini deyib. Məzahir onun yanında da müxtəlif şəxslərə yığaraq iş ilə bağlı danışıb və həmin şəxslər də işin düzəlməyinə kömək edəcəklərini deyiblər. Bundan sonra o, Məzahirin nömrəsini götürüb və öz nömrəsini də Məzahirə verib. O, atasına zəng edərək bu barədə məlumat verib, atası da ona həmin şəxslə danışacağını bildirib. Bundan sonra o, atasına Məzahirin nömrəsini verib. Atası Məzahirlə danışdıqda Məzahir atasına onun işini düzəldəcəyini, hətta digər oğlu varsa ona da köməklik edə biləcəyini demişdir. Atası da Məzahirə onun işlə bağlı artıq rəsmi müraciət etdiyini, ancaq başqa bir oğlu olduğunu, əsgərlikdən yeni gəldiyini bildirmişdir. Məzahir onun da işini düzəldə biləcəyini demişdir. Üstündən bir müddət keçdikdən sonra Məzahir atasına zəng edərək Ağcabədi rayonunda olduğunu bildirmişdir. Bundan sonra atası Məzahirlə görüşmüş və Məzahir atasına onun işini tezləşdirəcəyini bildirmişdir. Atası da Məzahirə yenə də onun rəsmi qaydada işə qəbul olunacağını, qardaşı Amilin isə hal-hazırda Rusiya Federasiyasında olduğunu demişdir. Məzahir bununla bağlı problem olmadığını, Amin də işi düzəldəcəyini bildirmişdir, bir müddət sonra o, Məzahirə zəng edərək işi ilə maraqlanıb və Məzahir ona işin tezliklə düzələcəyini, bir ay müddətində onun işə başlayacağımı bildirib. Bundan sonra o, özünə məxsus sənədləri Bakı şəhərinə aparaq “20 Yanvar” metrostansiyasının yaxınlığında Məzahirlə görüşərək ona verib. Bir neçə gün sonra Məzahir atası ilə əlaqə saxlayaraq işin həll olunması üçün bəzi sənədləşmə işlərinə pul vermək lazım olduğunu bildirib. Atası 2023-cü ilin may ayının əvvəllərində Bakı şəhərinə getmiş və Bakı şəhərinin Nəsimi rayonununda “20 Yanvar” metrostansiyasının yaxınlığında Məzahir ilə görüşüb ikilikdə ona 1500 manat vermişdir. Bu zaman Məzahir atasına onun işinin xx.xx.2023-cü il tarixədək düzələcəyini bildirmişdir. Bundan sonra atası Ağcabədi rayonuna qayıtdı. Bir neçə gün sonra Məzahir yenə Ağcabədi rayonuna gəlmiş və hətta onlarda qonaq olmuşdur, gecəni də onlarda qalmışdır. Həmin zaman da Məzahir onun işinin tezliklə düzələcəyini dedi. Daha sonra Məzahir atası ilə əlaqə saxlayaraq onun təqdimatımın verilməsi üçün 4000 manat pulun lazım olduğunu bildirdi. Atası da xx.xx.2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi rayon filialından Təqsirləndirilən şəxs adına 4030 manat pul göndərdi. Daha sonra Məzahir atası ilə əlaqə saxlayaraq pulu götürdüyünü və təqdimatın göndəriləcəyini bildirdi. Daha sonra Məzahir xx.xx.2023-cü il tarixdə onun nömrəsinə “WhatsApp” sosial şəbəkəsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin adından verilmiş və möhürlənmiş təqdimatın şəkilini göndərdi. O, təqdimata baxandan sonra teqdimatın saxtaya oxşadığını bildirdim. Bu barədə atası Məzahirə zəng edərək dedi və Məzahir onun sənəddən xəbəri olmadığını, həmin sənədi ona idarədən göndərdiklərini bildirdi. Daha sonra Məzahir zəng edərək sənəddə işçinin texniki səhvlər etdiyini, həmin işçini də işdən kənarlaşdırdıqlarını bildirdi. Atası daha sonra Məzahirlə iş barədə maraqlandıqda o, işin tezliklə düzələcəyini deyirdi. Bundan sonra atası Məzahirə pulun yatmadığını bildirdikdə Məzahir problem olmadığını, çəkdiyi xərclərlə birlikdə 6000 manat pul göndərəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Məzahir onun nömrəsinə “WhatsApp" sosial şəbəkəsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin adından verilmiş və imzalanmış bildiriş göndərərək onlara poçt vasitəsi ilə həmin bildirişin gələcəyini, ondan sonra da Bakı şəhərinə gedərək İdarəyə gedəcəklərini bildirmişdir. Bundan Sonra onlar xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonunun Mərkəzi Poçtundan bildirişi götürmüşlər. Bundan sonra Məzahir əlavə 2800 manat pul lazım olduğunu onlara deyib. Atası da Məzahirə rəsmi şəxslərlə lişörüşdükdən sonra pulu verəcəklərini bildirib. bildirdi. xx.xx.2023-cü il tarixdə atası ilə birlikdə Bakı şəhərinə getmişlər. Orada onlar Məzahirlə görüşmüşlər və idarəyə getmək istədikdə Məzahir onlara bunu etməyi qoymayaraq hal-hazırda komissiya olduğunu bildirmişdir. Bundan sonra Məzahir özünə məxsus ***-***-**-** mobil nömrəsindən özünü Fövqəladə Hallar Nazirliyindən polkovnik Rauf kimi təqdim etdiyi şəxsin ***-***-**-** saylı mobil nömrəsini zəng edərək telefonu səs gücləndiriciyə qoymuşdur. Telefonda danışdığı şəxs uzağı 1 həftə müddətinə işin düzələcəyini bildirmişdir. O, daha sonra Məzahirdən Raufun nömrəsini alaraq proqram vasitəsi ilə həmin nömrəni yoxladıqda Raufun taksi şoferi olduğunu görmüşdür. Bu barədə də Məzahirə bildirdikdə Məzahir nömrənin polkovnikə aid olduğunu, sadəcə orada elə qeyd edildiyini bildirdimişdir. Daha sonra isə həmin şəxsin işi düzəldəcəyini deyərək narahat olmamağımızı əlavə etmişdir. Atası bundan sonra Ağcabədi rayonuna qayıtsa da o, bir həftə Bakı şəhərində qalaraq işin düzəlməsini gözləmişdir. Lakin heç bir nəticə olmadığını görüb o da geri qayıtmışdır. Atası Məzahirdən pulunu tələb etdikdə, Məzahir pulu qaytaracağını, ancaq işin də düzələcəyini onlara deyirdi. Daha sonra atası 2023-cü il iyul ayının sonlarında Bakı şəhərinə getmiş və orada Məzahir ilə görüşüb pulu tələb etmişdir. Məzahir öz telefonundan tanımadığı bir qadınla danışmış və həmin qadın Məzahirə zamin duraraq pulu qaytaracağını demişdir. xx.xx.2023-cü il tarixdə Məzahir həmkəndlisi X12 adına olan kart hesabına 1500 manat, daha sonra isə 1300 manat pul göndərmişdir. Məzahir onlara dəymiş ziyandan 2800 manat ödəsə də, bu günki günədək də 2730 manat pulu ödəməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Şabran Rayon Polis Şöbəsinə müraciət edərək, Təqsirləndirilən şəxs onu işə düzəldəcəyi adı ilə aldadaraq 10000 manat pulunu ələ keçirdiyini bildirmişdir (cinayət işinin İ cildinin 6-cı vərəqəsi). - Zərərçəkmiş şəxs1 tərəfindən istintaq orqanına təqdim edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 və qorunması” adlı qurum tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2280 nömrəli (üzərindəki möhür əksində xx.xx.2023-cü il tarix və ********* nömrə) bildirişdən görünür ki, X5 bildiriş əsasında xx.xx.2023-cü il tarixdə işə qəbulu təqdim olunması haqqında təqdimatın təyin olunacağı haqqında məlumat verilmişdir (cinayət işinin İ cildinin 21-ci vərəqəsi). - Zərərçəkmiş şəxs1 tərəfindən istintaq orqanına təqdim edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 və qorunması” adlı qurum tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6344 nömrəli (üzərindəki möhür əksində xx.xx.2023-cü il tarix və ********* nömrə) təqdimatdan görünür ki, həmin təqdimatda “Verilir: X6 ondan ötrü ki, təsdiqləmə haqqında işə qəbulu üçün hazırlanmış və tədqiq olunmuş təqdim olunma təqdimat Azərbaycan Respublikasının qanununa uyğun (040891) saylı əmr verilsin” sözləri qeyd edilmişdir (cinayət işinin İ cildinin 22-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixdə zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, X13 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 29-cu vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1979-cu il tarixdə Tovuz rayonunda anadan olmuş Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2002ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəza müddətinin başa çatması ilə azad edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Salyan Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən cəzasının 11 (on bir) ay 17 (on yeddi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il 01 (bir) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 10 (on) ay 10 (on) gün hissəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7(101)-20/2021 saylı, xx.xx.2021-ci il tarixli qərar ilə onun barəsində Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi” haqqında xx.xx.2017-ci il tarixli Qanun tətbiq edilməklə Azərbaycan Respublikasının Ağır Cinayətlərə dair işlər üzrə Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmündə Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2, 178.2.4 və 320.2 maddələri ilə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 4-cü bəndinə əsasən cəzası 06 (altı) ay azaldılmış, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının 02 (iki) ay 09 (doqquz) gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2023-cü ildə cəzasını çəkib qurtarmışdır (cinayət işinin İ cildinin 45-46-cı vərəqələri) - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-2020/2021 nömrəli, xx.xx.2021-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2, 178.2.4 və 320.2 maddələri ilə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cinayət işinin İ cildinin 48-56-cı vərəqələri). - Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-72/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-2020/2021 nömrəli, xx.xx.2021-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 4-cü bəndinə əsasən 06 (altı) ay müddətinə azaldılmışdır (cinayət işinin İ cildinin 57-60-cı vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cinayət işinin İ cildinin 61-62-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli ittiham elan etmək üçün şəxsin axtarış və tutulması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cinayət işinin İ cildinin 63-64-cü vərəqələri). - xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (cinayət işinin İ cildinin 66-67-ci vərəqələri). - xx.xx.2024-cüil tarixli cinayət təqibi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (cinayət işinin İ cildinin 69-cu vərəqəsi). - 024597 nömrəli, xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında xx.xx.2024-cü il tarixdə, saat 16:10dan 17:20-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin inzibati binasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti nəticəsində ilə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə sonuncunun onu işə düzəltmək adı ilə aldadaraq 10000 manat pulunu aldığını bildirmiş, Təqsirləndirilən şəxs isə Təqsirləndirilən şəxs üzünə həmin pulu dələduzlu yolu ilə onu aldataraq aldığını və ondan aldığı 10000 manat pulun hər-hansı bir hissəsini geri qaytarmadığını bildirmişdir (cinayət işinin İ cildinin 86-88-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə ********* nömrə altında bir icraatda birləşdirilmiş və ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (cinayət işinin İ cildinin 89-90-cı vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin İ cildinin 92-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Mamedov X19 Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, oğlu Şahid3 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək adı ilə Təqsirləndirilən şəxs 2023-cü ilin may ayının əvvəllərində Bakı şəhərinin Nəsimi rayonunda “20 Yanvar” metrostansiyasının yaxınlığında 1500 manat pulu əlbəəl və xx.xx.2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi rayon filialından 4030 manat pulu şəxsi hesabına göndərməklə ümumilikdə 5530 manat pul verdiyini, Təqsirləndirilən şəxs həmin puldan 2800 manat pulu geri qaytardığını, qalan 2730 manat pulunu isə dələduzluq yolu ilə ələ keçirməklə ona maddi ziyan vurduğunu bildirmişdir (cinayət işinin İ cildinin 95-ci vərəqəsi). - Zərərçəkmiş şəxs2 tərəfindən istintaq orqanına təqdim edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X15 Xidmətinin Baş İdarəsi” adlı qurum tərəfindən verilmiş və Şahid3 ünvanlanmış xx.xx.2023-cü il tarixli 2844 nömrəli bildirişdə qeyd edilmişdir ki, “Sizin təsdiqlənmiş işə qəbul olunmuş sənədlərinizə cavab olaraq təsdiq olunmasına dair Azərbaycan Respublikasının 168 saylı qeydiyyat üzrə təqdimatınıza təqdim etmə haqqında qərar verilmişdir. Təqdim olunma xx.xx.2023-cü il tarixinədək qeyd olunacaq” (cinayət işinin İ cildinin 101-ci vərəqəsi). - Zərərçəkmiş şəxs2 tərəfindən istintaq orqanına təqdim edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi” adlı qurum tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təqdimatda qeyd edilmişdir ki, “verilir Şahid3 ali ixtisas qəbulu üzrə edilmiş və təqdim olunmuş təqdimatın əsasında X15 xidmətinə təyin olunması haqqında qərara alıram qəbul olunmuş ali ixtisaslı X2 haqqında təsdiq olunmuş təqdimat təsdiq olunsun” (cinayət işinin İ cildinin 102-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs Kapital Bank vasitəsilə 4000 manat məbləğində pul vəsaiti köçürmüşdür (cinayət işinin İ cildinin 104-105-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 116-cı vərəqəsi). - xx.xx.2024-cü il tarixli şübhəli şəxs qimsində tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 136-cı vərəqəsi). - xx.xx.2024-cü il tarixli şübhəli şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tanınmış Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cinayət işinin İ cildinin 138-139-cu vərəqələri). - xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandıərılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (cinayət işinin İ cildinin 143-144-cü vərəqələri). - xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 05:00-da Bakı şəhərinin ərazisində polis əməkdaşları tərəfindən tutularaq Ağcəbədi Rayon Polis X8 yerinə təhvil verilmişdir (cinayət işinin İ cildinin 147-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (cinayət işinin İ cildinin 148-149-cu vərəqələri). - xx.xx.2024-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif edilmişdir (cinayət işinin İ cildinin 169-170-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cinayət işinin İ cildinin 172-173-cü vərəqələri). - Ağcəbədi Rayon Məhkəməsinin 4(017)-33/2024 nömrəli, xx.xx.2024-üc il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 198-199-cu vərəqələri). - xx.xx.2024-cü il tarixli cinayət işinin istintaq aidiyyəti üzrə gödərilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilməsindən ötrü istintaq aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu vasitəsi ilə Şabran Rayon Polis Şöbəsinə göndərilmişdir (cinayət işinin İ cildinin 200-201-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirlən dirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 239-240-cı vərəqələri). - Azərbaycan Respublikası Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Komunal Sahəsi verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İİ cildinin 2-ci vərəqəsi). - Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini X1 tərifindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 2-2-050/2-056932/2024 nömrəli cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay olmaqla, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək uzadılmışdır (cinayət işinin İİ cildinin 35-37-ci vərəqələri). - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilmiş xx.xx.2024-cü il tarixli 3-14/2-2530-D-09/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 iyun tarixli 200 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlarının siyahısında “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 və qorunması” adlı qurum mövcud deyildir. Həmçinin Şabran rayonu Uzunboyad kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarında işə qəbul edilməsi ilə bağlı hər hansı sənədləşmə işləri aparılmamışdır (cinayət işinin İİ cildinin 64-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 320.2-ci maddələrinə tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə ittiham elan edilməsi qərara alınmışdır (cinayət işinin İİ cildinin 72-74-cü vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə ittiham elan edilmişdir (cinayət işinin İİ cildinin 76-77-ci vərəqələri). - Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini X1 tərifindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 2-2-050/3-067282/2024 nömrəli cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay olmaqla, 07 (yeddi) ayadək, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmışdır (cinayət işinin İİ cildinin 94-95-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 320.2-ci maddərindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələrinə tövsif edilmiş və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən istintaq orqanına təqdim edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 və qorunması” adlı qurum tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2280 nömrəli (üzərindəki möhür əksində xx.xx.2023-cü il tarix və ********* nömrə) bildiriş və xx.xx.2023-cü il tarixli 6344 nömrəli (üzərindəki möhür əksində xx.xx.2023-cü il tarix və ********* nömrə) təqdimat və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən istintaq orqanına təqdim edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi" adlı qurum tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təqdimat və "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X15 Xidmətinin Baş idarəsi" adlı qurum tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2844 nömrəli bildiriş, Təqsirləndirilən şəxs Kapital Bank vasitəsilə 4000 (dörd min) manat pul köçürmə etməsinə dair xx.xx.2023-cü il tarixli qəbz sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cinayət işinin İİ cildinin 137-150-ci vərəqələri). -xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (cinayət işinin İİ cildinin 152-154-cü vərəqələri). Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikasının Ağır Cinayətlərə dair işlər üzrə Məhkəməsinin 1(101)- 746/2010 saylı, xx.xx.2010-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3, 66.5, 178.3.2 və 320.2-ci maddələri ilə 08 (səkkiz) il 01 (bir) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 7(101)-20/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi” haqqında xx.xx.2017-ci il tarixli Qanununun tətbiq edilməsi haqqında ərizəsi təmin edilmiş və Azərbaycan Respublikasının Ağır Cinayətlərə dair işlər üzrə Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmündə Azərbaycan Respublikasının Ağır Cinayətlərə dair işlər üzrə Məhkəməsinin 1(101)-746/2010 saylı, xx.xx.2010-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və həmin hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnaməyə, Azərbaycan Respublikasının Ağır Cinayətlərə dair işlər üzrə Məhkəməsinin 1(101)-746/2010 saylı, xx.xx.2010-cu il tarixli hökmünə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7(101)-20/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-2020/2021 nömrəli, xx.xx.2021-cü il tarixli hökmünə və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-72/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərində az ağır cinayət əməlinin törədilməsinə görə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkib bitirdikdən sonra üzərində ödənilməmiş məhkumluğun olmasına baxmayaraq, yenidən az ağır cinayət əməli törətmişdir və onun əməlində cinayətlərin residivi vardır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Azərbaycan Respublikasının CM-nə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 28 və 71-ci maddələrinin İİ hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə münasibətdə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin cinayət-hüquqi statusunu səciyyələndirən cəhət olaraq məhkumluq şəxs barəsində məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən başlayır, bütün cəzaçəkmə müddətini əhatə etməklə cinayətin ağırlığından asılı olaraq qanunla müəyyən edilmiş müddət ərzində davam edir və bu müddətin bitməsi ilə ödənilmiş hesab olunur. Məhkumluğun səbəb olduğu cinayəthüquqi xarakterli ağır nəticələrdən biri isə həmin şəxs tərəfindən yeni cinayətin törədilməsi zamanı residivin yaranmasıdır. Cinayətin residivi zamanı, bir qayda olaraq, şəxs ona qarşı tətbiq olunmuş cinayət-prosessual, cinayət-hüquqi və cəza icra tədbirlərinə və vasitələrinə etinasız yanaşdığını, onlara məhəl qoymadığını göstərir ki, bu da onun yüksək sosial risk daşıyıcısı olduğuna və ictimai təhlükəliliyinə dəlalət edir. Cəzanın çəkilməsindən sonra qanunla müəyyən edilmiş müddət daxilində yeni cinayət törətməklə şəxs qanunauyğun həyat tərzi sürmək, cinayət qanununun normalarının tələblərinə riayət etmək istəyinin olmamasını aşkar şəkildə göstərməklə, ona qarşı daha sərt cinayət-hüquqi məsuliyyətin və cəzanın tətbiqini labüd edir. Residiv yeni bir cinayətin törədilməsindən daha qəliz hadisə olduğundan, burada növbəti cinayətin (residivin) baş verə biləcəyi zaman sərhədini dəqiq müəyyən etmək çox vacibdir. Bu sərhəd qismində isə şəxsin məhkumluğu çıxış edir. Məhz məhkumluğun mövcudluğu şəxsin hərəkətlərində residivin olub-olmamasını müəyyən etməyə imkan verir. Residivin mütləq şərti olaraq məhkumluqdan bəhs etdikdə, cinayət qanunu sadəcə şəxs barəsində qanuni qüvvəyə minmiş ittiham hökmünün olmasını deyil, bu hökmlə şəxsə cəza təyin edilməsini də nəzərdə tutur. Belə ki, Cinayət Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Həmçinin Cinayət Məcəlləsinin 83.4 və 83.4-1-ci maddələrinə görə, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Göründüyü kimi, qanunverici məhkumluğun ödənilməsi müddətinin başlanğıcı olaraq şəxsin törətdiyi konkret cinayətə görə ona təyin olunmuş cəzanın deyil, şəxsin faktiki olaraq çəkdiyi cəzanın bitmə anını görür. Beləliklə, məhkumluğun ödənilməsi təyin olunmuş cəzaya münasibətdə deyil, faktiki çəkilən cəzaya münasibətdə hesablanır və real cəzanın çəkilib qurtardığı gündən başlayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 177-ci maddəsinin “Qeyd”-nin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. 177-ci maddəsinin “Qeyd”-nin 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə — min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən eyni əməllər təkrar törədildikdə (178.2.2) və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə (178.2.4) - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178.2.4-cü maddəsinə əsasən eyni əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma — üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 320.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, dələduzluq cinayətini oğurluqdan fərqləndirən ən mühüm əlamətlərdən biri onun törədilməsi üsuludur. Belə ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alğı-satqı müqaviləsinin predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur. Etibardan sui-istifadə isə özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək niyyətində olan şəxs tərəfindən əmlakın mülkiyyətçisi, əmlaka sahiblik edən və ya əmlak üzərində sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən sui-istifadə olunmasıdır. Etibardan sui-istifadə, həmçinin şəxsin əmlakı və ya ona olan hüququ əvəzsiz şəkildə ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı hallarda yaranmış olur. Nəzərə alınmalıdır ki, oğurluq və dələduzluq cinayətləri tövsif edilərkən talamanın predmeti olan əmlakın nədə ifadə olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli, 7 nömrəli Qərarının: 6-cı bəndinə əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə (əmlaka olan hüququ əldə etmə) cinayəti hər hansı hüquq verən və vəzifədən azad edən saxta sənədlərdən istifadə edilməklə törədildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178 və 320.2-ci maddələri ilə tövsif edilir. Belə halda, bilə-bilə həmin məqsəd üçün təqsirləndirilən şəxsə saxta sənədlər verən şəxs dələduzluğa köməkçiliyə (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 178-ci maddələri ilə) və sənədləri saxtalaşdırmaya (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə, vəzifəli şəxs olduqda isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə) görə cinayətlərin məcmusu qaydasında məsuliyyət daşımalıdır. Şəxsin saxta sənəd hazırlaması və həmin sənəddən istifadə etməklə özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirmək məqsədi güdməsi, lakin ondan asılı olmayaraq bu niyyətini həyata keçirmək imkanında olmaması müəyyən edildikdə, onun əməli rəsmi sənədləri saxtalaşdırma (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi) və işin hallarından asılı olaraq, habelə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla dələduzluğa hazırlıq və ya dələduzluğa cəhd etmə kimi (müvafiq olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28,178.3, 178.4-cü və ya 29,178-ci maddələri ilə) qiymətləndirilməlidir. 14-cü bəndinə əsasən özgənin adına olan sənədlər (məsələn bankın əmanət kitabçası, pensiya vəsiqəsi, adlı qiymətli kağızlar və sair) əsasında qanunsuz olaraq pensiyaların, müavinətlərin, banklara yerləşdirilmiş vəsaitlərin ələ keçirilməsi o halda aldatma yolu ilə törədilmiş dələduzluq kimi qiymətləndirilir ki, təqsirkar bu zaman kredit təşkilatının əməkdaşını özünün həmin sənədlərin sahibi olmasına inandırmış olsun. Bu sənədlər (qiymətli kağızlar) təqsirkar tərəfindən oğurlandıqda şəxsin əməli işin hallarından asılı olaraq, həm də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.1 və ya 326.2ci maddəsi ilə tövsif edilməlidir. Eyni ilə hər hansı sosial ödənişlər və ya müavinətlər almaq hüququna malik olmayan şəxsin belə hüququnun olması haqqında müvafiq orqanlara yalan məlumatlar verərək həmin məlumatlar əsasında ödənişləri və ya müavinətləri alması da dələduzluq kimi qiymətləndirilir, bu halda rəsmi sənədlərin saxtalaşdırılması və ya onlardan istifadə edilməsi müəyyən edildikdə isə əlavə olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və ya 320.2-ci maddəsi ilə tövsif edilir. 30-cu bəndinə əsasən Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydində nəzərdə tutulmuş müddəalar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbləri, habelə həmin maddənin qeydində göstərilənlər nəzərə alınaraq məhkəmələrə izah edilsin ki, dələduzluq o halda cinayət hesab edilir ki, ələ keçirilmiş əmlakın dəyəri beş yüz manatdan artıq olsun. Dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl - xeyli miqdarda ziyan vurmaqla (Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi), əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayaq məbləğdə olduqda - külli miqdarda ziyan vurmaqla (Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi), beş yüz min manatdan yuxarı olan məbləğdə olduqda isə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin ikinci cümləsində təsbit olunmuş cinayət məsuliyyətinin yaranmasını şərtləndirən zərərin minimal məbləğinə (ziyanın 100 manatdan artıq məbləğdə olmasına) dair tələb müstəsna olaraq oğurluq cinayətinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş hallarına aiddir və dələduzluq cinayətinə münasibətdə tətbiq edilmir. 35-ci bəndində məhkəmələrə izah edilmişdir ki, dələduzluğun təkrar törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16.3-cü maddəsində göstərilən hallar bu bənddə göstərilən cinayətlərin, o cümlədən dələduzluğun təkrar törədilməsini yaradan cinayətlər sırasından istisna edildiyinə görə, əvvəllər törətdiyi (Cinayət Məcəlləsinin 177-183-cü, habelə 213-3, 217, 227, 232, 235-ci mddələrində nəzərdə tutulmuş) hər hansı bir və ya bir neçə cinayətə görə cinayət məsuliyyətindən azad olunmuş, məhkumluğu ödənilmiş və yaxud götürülmüş şəxslərlə yanaşı, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilməyən və götürülməyən şəxs tərəfindən də Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, dələduzluq cinayətinin təkrar törədilməsi hesab edilmir. Cinayət Məcəlləsinin 18-ci maddəsində göstərilən cinayətlərin residivini şərtləndirən zəruri əlamətlər olduqda, sonuncu hal cinayətlərin residivi kimi qiymətləndirilməli və təqsirkara cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin qaydaları əsasında təyin edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslər və şahidlərin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələrində göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikasının Qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsif təmin edilir. Azərbaycan Respublikası CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və törətdiyi cinayət əməli nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivi olmasını isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2-ci maddəsinin sanksiyasında 03 (üç) növ cəza, yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin sanksiyasında 03 (üç) növ cəza, yəni cərimə, islah işləri və azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin sanksiyasında isə 04 (dörd) növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş alternativ cəzaların ona təyin edilməsi üçün əsaslar yoxdur. Belə ki, işin müəyyən olunmuş hallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə, o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə də məhkum olunmasına baxmayaraq islah olunmayıb yenidən eyni xarakterli cinayət əməli törətmiş və onun əməlində cinayətlərin residivi vardır. Ona görə də təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrumetmə cəzası təyin olunmaqla onun islah olunmasına, cəzanın məqsədinə nail olmaq olar. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 48-ci maddəsi, Azərbaycan Respublikasının 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən barəsində təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır, onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır və iş üzrə maddi sübut olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən istintaq orqanına təqdim edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 və qorunması” adlı qurum tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2280 nömrəli (üzərindəki möhür əksində xx.xx.2023-cü il tarix və ********* nömrə) bildiriş və xx.xx.2023-cü il tarixli 6344 nömrəli (üzərindəki möhür əksində xx.xx.2023-cü il tarix və ********* nömrə) təqdimat və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən istintaq orqanına təqdim edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi" adlı qurum tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təqdimat və "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X15 Xidmətinin Baş idarəsi" adlı qurum tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2844 nömrəli bildiriş, Təqsirləndirilən şəxs Kapital Bank vasitəsilə 4000 (dörd min) manat pul köçürmə etməsinə dair xx.xx.2023-cü il tarixli qəbz cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak və ya mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) ay müddətinə azadlıdan məhrum etmə cəzasına məhkum edilsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs barəsində qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən istintaq orqanına təqdim edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 və qorunması” adlı qurum tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2280 nömrəli (üzərindəki möhür əksində xx.xx.2023-cü il tarix və ********* nömrə) bildiriş və xx.xx.2023-cü il tarixli 6344 nömrəli (üzərindəki möhür əksində xx.xx.2023-cü il tarix və ********* nömrə) təqdimat və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən istintaq orqanına təqdim edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi" adlı qurum tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təqdimat və "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X15 Xidmətinin Baş idarəsi" adlı qurum tərəfindən xx.xx.2023-cü il tarixli 2844 nömrəli bildiriş, Təqsirləndirilən şəxs Kapital Bank vasitəsilə 4000 (dörd min) manat pul köçürmə etməsinə dair xx.xx.2023-cü il tarixli qəbz cinayət işində saxlanılsın. Hökmdən, elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar