Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-56/2021 30.09.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1975-ci il tarixdə Ermənistan Respublikası Quqark rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şabran rayonu, Kilvar kəndində daimi qeydiyyatda olmaqla, ünvan 1 ünvanda faktiki yaşayan, 02 avqust 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 26 sentyabr 2018-ci il tarixdən hesablanmaqla 07 oktyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat, həmçinin Nigar Ələkbərovanın üç yaşı tamam olana qədər 50 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri, Yasamal rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 18 oktyabr 2018-ci il tarixli 2(004)-7958/2018 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Şabran rayon məhkəməsinin 19 avqust 2020-ci tarixli, 3(031)-404/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, habelə icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 18 dekabr 2020-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 10 fevral 2021-ci il tarixədək 4912,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, Şabran rayonu Kilvar kəndində qeydiyyatda olmağına baxmayaraq, faktiki olaraq ünvan 1 ünvanda yaşayır. Zərərçəkmiş şəxs ilə 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan 07 oktyabr 2016-cı il tarixdə Nigar adlı uşaqları doğulmuşdur. Nikah bağlandıqdan sonra münasibətləri yaxşı olsa da, sonradan Zərərçəkmiş şəxs münasibəti kəskin dəyişmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə müraciət etmiş və Yasamal rayon məhkəməsinin qətnaməsinə əsasən 26 sentyabr 2018-ci il tarixdən hesablanmaqla 07 oktyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat, həmçinin Nigar Ələkbərovanın üç yaşı tamam olana qədər 50 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş və qətnamə icra olunması üçün Şabran rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Hazırki dövrədək aliment borcundan heç bir aliment ödəməmiş və alimenti ödəmədiyindən Şabran rayon məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Hazırda fərdi qaydada qarmon ifaçısıdır və aylıq gəliri 300-400 AZN təşkil edir. İşi ilə əlaqədar tez-tez Bakı şəhərinə səfərlər edir. Təqdimat üzrə aliment borcu 4912,00 manat təşkil edir. Etdiyi əməldən peşmandır, xahiş edir, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 03 iyun 2014-cü il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuş, sonradan münasibətləri alınmadığı üçün 04 dekabr 2015-ci il tarixdə rəsmi qaydada nikahları pozulmuşdur. Bir müddət sonra Təqsirləndirilən şəxs ilə barışaraq yenidən ailə kimi birlikdə yaşamağa başlamış, birgə yaşadığları həmin müddətdə 07 oktyabr 2016-cı il təvəllüdlü Nigar adlı qızları doğulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ilə boşanma qərarına gəlmişdir. Ayrıldıqdan sonra uşağın saxlanılması üçün kömək etmədiyindən məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)- 7958/2018 saylı 18 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 26 sentyabr 2018-ci il tarixdən hesablanmaqla 07 oktyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat, həmçinin Nigar Ələkbərovanın üç yaşı tamam olana qədər 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş və qətnamə icra olunması üçün Şabran rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra şöbəsində olarkən Təqsirləndirilən şəxs aliment ödəməyəcəyini bildirirdi. Təqsirləndirilən şəxs 2020-ci il tarixdə 10 gün inzibati qaydada həbs edilmiş, inzibati həbsdən də heç bir nəticə çıxarmamış, hazıradək heç bir aliment ödənişi etməmiş və ödəniş etməkdə fikri də yoxdur. 10 fevral 2021-ci il tarixədək Təqsirləndirilən şəxs aliment borcu 4912,00 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs musiqiçidir və qazancı yaxşıdır, odur ki, təqsirləndirilən şəxsdən ona olan aliment borcunu ödəməyi tələb edir və xahiş edir ki, aliment borcu ödənilməzsə təqsirləndirilən şəxsə qanuni cəza verilsin. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 Mineralbəy oğlu göstərdi ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(031)-7958/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən 07 oktyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26 sentyabr 2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində aliment və 07 oktyabr 2016-cı il təvəllüdlü X1 üç yaşı tamam olana qədər 50 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. Şabran rayon İcra və probasiya şöbəsində 26 oktyabr 2018-ci il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Məcburi icra tədbirləri keçirmək üçün sorğular və digər yoxlamalar qənaətbəxş olmamışdır. Şabran rayon məhkəməsinin 8(031)- 62/2020 saylı, 07 dekabr 2020-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs 19 avqust 2020-ci il tarixdə Şabran rayon məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq Təqsirləndirilən şəxs öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi və aliment borcları təmin etməmişdir. Aliment borcunu ödəməsi üçün Təqsirləndirilən şəxs rəsmi və şifahi qaydada dəfələrlə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunu tam ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə tələbkarın xeyrinə ödəməli olduğu 4912 manat pulundan heç bir ödəniş etməmiş, borclunun 4912 manat aliment borcu yaranmışdır. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını hazırki dövrə kimi təmin etməmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin sonuncu, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində iş üzrə Şahid1 göstərdikləri xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli icra etmədiyini təsdiq etmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(031)- 7958/2018 saylı 18 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, 07 oktyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26 sentyabr 2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində aliment və 07 oktyabr 2016-cı il təvəllüdlü X1 üç yaşı tamam olana qədər 50 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. Cinayət işi materiallarında olan 26 yanvar 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 10 saylı Ərazi Məşğulluq Mərkəzi Filialında işaxtaran vətəndaş kimi qeydiyyata alınmamışdır. Cinayət işi materiallarında olan 18 dekabr 2020-ci il tarixli xəbərdarlıq məktubundan, eyni zamanda Şabran rayon məhkəməsinin 19 avqust 2020-ci il tarixli 3(031)-404/2020 saylı qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Bakı şəhəri, Yasamal rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 18 oktyabr 2018-ci il tarixli 2(004)-7958/2018 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etiraf ifadəsi ilə yanaşı zərərçəkmiş şəxs və şahid ifadələri, eləcə də iş materiallarında toplanmış digər sənədlərlə tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən maddi cinayət qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Şabran RİH Başçısının Zeyvə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 yanvar 2021-ci il tarixli 22 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Kilvar kəndində daimi qeydiyyatda olsa da sözügedən ünvanda yaşamır. Cinayət işi materiallarında olan Şabran RİH Başçısının Zeyvə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 yanvar 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Kilvar kəndində qeydiyyatda olduğu müddət ərzində müsbət xarakterizə olunmuşdur. Cinayət işi materiallarında olan AZ-İİİ seriyalı 862171 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs birgə nikahlarından 07 oktyabr 2016-cı ildə Nigar adlı uşaqları olmuşdur. Cinayət işi materiallarında olan AZ-İ seriyalı 200174 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında bağlanmış rəsmi nikahları 04 dekabr 2014-cü ildə ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon İHB-nın M.Ə.Rəsulzadə qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 2519 saylı 30.09.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal aşkar olunmamışdır. Lakin məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək etdiyi əməldən peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhəri, Binəqədi rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulmasını da məhkəmə məqsədəuyğun hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Binəqədi rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhəri, Binəqədi rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Binəqədi rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Binəqədi rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-56/2021
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-56/2021
30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver