Məhkəmə qərarları › İş №1(031)-56/2022

Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-56/2022

08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-56/2022 08.09.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1980-cı il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, bitərəf, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda daimi qeydiyyatda olan və faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 2 ünvanda arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətləri zamanı yaranmış mübahisə zamanı qəsdən sonuncunun sol qabaq yan qabırğa hissəsinə təpiklə vuraraq ona sol 7-8-ci qabırğaların yerdəyişməyən sınığı ilə müşayiət olunan döş qəfəsinin əziyi, başın sol gicgah nahiyəsinin, sağ qulaq seyvanının, üst dodağın, üzün sağ yarısının, sol sağrı, hər iki bud nahiyələrinin və sol dizin qançırları və boynun sıyrığları kimi dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, 2008-ci il tarixdə o, Quba rayon sakini Əfsanə adlı qadınla ailə qurmuş, iki uşaq atasıdır, qardaşı və anasıyla birlikdə bir evdə yaşayır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində həmçinin Quba bağlarına fəhlə daşıdığını, arvadı isə qısqanc olduğuna görə hər zaman evdə narazlıq edərək söz-söhbətləri yarandığını, təxminən iki ay öncə, yəni 23 iyun 2022-ci il tarixdə yenə də aralarında söz söhbətləri yarandığını, Əfsanə onu əsəbləşdirdiyi üçün təpiklə Əfsanənin böyrünə bir dəfə vurduğunu, bir neçə gün Əfsanənin ona böyrünün ağrıdığını dediyini, 2 gündən sonra qardaşı arvadı ilə xəstəxanaya göndərdiyini, sonuncu dəfə 07 avqust 2022-ci il tarixdə saat 10 radələrində evə 1 litr bal apardığını, Əfasanə ondan balı kimin verdiyini soruşduğunu, o Əfsanəyə “almışam” dediyi zaman Əfsanənin onu qısqandığı üçün Əfsanə ona “sənə pay veriblər” deyərək onunla söz mübahisəsi etdiyini, o da əsəbləşərək Əfsanəyə iki dəfə sillə ilə vurduğunu, Əfsanənin ona “atam evinə gedirəm” dediyini, o da Əfsanəni uşaqlarla birlikdə Siyəzən rayonuna apardığını, sonradan Əfsanənin ondan şikayət etdiyini eşitdiyini göstərmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs daha sonra göstərdi ki, etdiyi əməldən peşmandır, hazırda Zərərçəkmiş şəxs onunla barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Odur ki, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 2008-ci il tarixdə o, ünvan 3 ünvanda yaşayır, iki uşaq anasıdır, qaynanası və qaynıyla bir evdə yaşayır. Zərərçəkmiş şəxs ifadəsində həmçinin Siracəddin ilə ailə qurandan sonra hər vaxt aralarında mübahisələri olduğunu, buna da səbəb əri Siracəddinin bir başqa qadınla əlaqəsi olması olduğunu, Siracəddinin hər vaxt həmin qadınla olduğunu, evə demək olar ki, baxmadığını, dəfələrlə Siracəddindən ayrılmağa cəhd etdiyini, lakin Siracəddinin onu qoymadığını, Siracəddinin ona “sən mənsiz yaşaya bilməzsən” dediyini, Siracəddinin 23 iyun 2022-ci il tarixdə onu evdə döyərkən yumruğu ilə sol böyrünə vurduğunu, 03 gün ağrıdan dayana bilmədiyindən Siracəddinin onu qardaşı arvadı Kəmalə ilə xəstəxanaya göndərdiyini, xəstəxanada rentgen müayinəsindən keçdiyini və ona hər hansı bir dəyşiklik olmadığı deyildiyini, həkim ondan soruşanda, o həkimə böyrünün piləkənə dəydiyini dediyini, bundan sonra sonuncu dəfə 07 avqust 2022-ci il tarixdə səhər radələrində Siracəddinin evə 03 litr bal gətirdiyini, o Siracəddindən balın haradan olduğunu soruşduğunu, Siracəddinin isə ona “sənə nə var, pay veriblər” dediyini, o da həmin vaxt həmin balı Siracəddinə əlaqəsi olduğu qadının verdiyini, buna görə də onunla Siracəddin arasında mübahisələri başladığını, Siracəddinin onu otağa salaraq döydüyünü, o artıq Siracəddindən bezib Siracəddinə “məni atam evinə apar” dediyini, Siracəddinin də onu özünə məxsus “Qazel” markalı avtomobili ilə uşaqlarını da götürüb Siyəzən şəhərində yaşayan bacısının evinə aparıb qoyduğunu, o bu barədə atasına məlumat verdiyini, atasının ona görə də “102 xidmətinə” zəng edərək şikayət etdiyini göstərmişdir. Zərərçəkmiş şəxs ifadəsində daha sonra göstərdi ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir tələbi və şikayəti yoxdur, sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə rəsmi ərizə də təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 göstərdi ki, Zərərçəkmiş şəxs onun qayını Siracəddin Nəsirovun arvadıdır və onlar bir evdə yaşayırlar. Təxminən iki ay öncə Əfsanə birlikdə həkimə getməyi ondan xahiş etdiyindən o, Əfsanə ilə xəstəxanaya getmiş, xəstəxanada Əfsanə rentgen müayinəsindən keçmiş, Əfsanənin həkimə qaraciyəri və qabırğasının ağrıması barədə dediyini eşitmiş, həmçinin həkimin də rentgen müayinsində sonra Əfsanəyə heç nəyinin olmaması barədə dediyini eşitmişdir. Həmin vaxt Əfsanə həmin həkimə “siz düz demirsiniz, mən başqa həkimə gedəcəyəm” sözlərini deyərək evə qayıtmışdır. Bundan başqa 07 avqust 2022-ci il tarixdə saat 10 radələrində qayını Siracəddi evə bal gətirdiyi üçün sonuncu ilə Əfsanənin aralarında mübahisə yaranmış, Siracəddin arvadı Əfsanəni öz otaqlarına salıb orada da mübahisə etmiş, Əfsanənin səsini kəsmədiyi üçün Siracəddi Əfsanəyə bir iki şillə vurmuş, Əfsanə çığır-bağır salaraq ata evinə getmək istədiyini demiş, Siracəddin Əfsanəni uşaqları ilə birlikdə sonuncunun Siyəzən şəhərində yaşayan bacısının evinə aparmışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyinin xx.xx.2022-ci il tarixli 162 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol 7-8-ci qabırğaların yerdəyişməyən sınığı ilə müşayiət olunan döş qəfəsinin əziyi, başın sol gicgah nahiyəsinin, sağ qulaq seyvanının, üst dodağın, üzün sağ yarısının, sol sağrı, hər iki bud nahiyələrinin və sol dizin qançırları və boynun sıyrıqları kimi xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlərdən sol 7-8-ci qabırğaların sınıqları ilə müşayiət edilən döş qəfəsinin yumşaq toxumaların əziyinin bərk küt əşyanın (əşyalar) təsirindən xx.xx.2022-ci il tarixdə yaranması inkar olunmur və ağırlıq dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, qalan xəsarətlər – boynun sıyrığı, sol gicgah nahiyyəsinin, sol qulaq seyvanının və sol dizin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yarana bilər, yaranma müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. MSİ materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 26 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. MSİ materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 avqust 2022-ci il tarixli 2784 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda ailə üzvləri – arvadı Zərərçəkmiş şəxs, övladları – 2010-cu il təvəllüdlü X1 və 2012-ci il təvəllüdlü X2 ilə birlikdə yaşayır. MSİ materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 avqust 2022-ci il tarixli 2785 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış və birgəyaşayış qaydalarına riayət etmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. MSİ materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, xahiş edir ki, ərizəsi nəzərə alınaraq cinayət təqibinə xitam verilsin. MSİ materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, əməlindən peşmandır, xahiş edir ki, ərizəsi nəzərə alınaraq cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ondan hər hansı bir tələbi olmadığından, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayətinin olmaması səbəbindən zərərçəkmiş şəxsin ərizəsi nəzərə alınmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, həmçinin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.8, 73.2, 43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar