Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-56/2025 04.03.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Tariyel Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1988-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında fasiləsiz audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədilə, vəzifəsi ilə əlaqədar buna səlahiyyətləri olmadığı halda 2024-cü ilin dekabr ayında istintaqa dəqiq məlum olmayan vaxtlarda ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs oğlu X1 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Şabran rayon bölməsinə mühafizəçi işinə düzəltmək adı ilə aldadıb Zərərçəkmiş şəxs yaşadığı Şabran şəhəri, H. Əliyev prospekti, 51 ünvanında yerləşən evinin həyətində ilk dəfə 500 (beş yüz) manat və ayrı-ayrı vaxtlarda 300 (üç yüz) manat olmaqla ümumilikdə vahid niyyətlə 800 (səkkiz yüz) manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxsm iki ilə yaxındır ki, tanıyır. Təranə ilə əvvəllər Şabran rayonunda yerləşən “Səba” broyler şirkətində işləyərkən tanış olmuş, işlədiyi dövrdə Təranə ilə aralarında yaranan söhbətlərdən birində Təranə ona oğlunun işsiz olduğunu, buna görə də oğluna iş axtardığını bildirmişdir. Həmin vaxt onun atası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Şabran Bölməsində mühafizəçi işləmiş, lakin qısa müddətdə atası təqaüdə çıxmalı olduğu üçün Təranəyə, lazım gələrsə onun oğlunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Şabran Bölməsinə atasının yerinə işə düzəldə biləcəyini demişdir. Həmin ərəfələrdə onun pula güclü ehtiyacı olmuş, buna görə də Təranədən işin həlli üçün 500 (beş yüz) manat pul lazım olduğunu demişdir. Təranə də bir müddət sonra, 2024-cü ilin dekabr ayında, həmin məbləğdə pulu tapıb onu Şabran şəhəri, Heydər Əliyev prospektində yerləşən evlərinə dəvət edərək oğlunun yanında ona vermişdir. Buna baxmayaraq o, bir iki gün sonra pula ehtiyacı olduğu üçün yenə də müxtəlif bəhanələr gətirərək, forma və sənədləşmə adı ilə üç dəfəyə, ayrı-ayrı vaxtlarda 100 (yüz) manatdan olmaqla ümumilikdə 300 (üç yüz) manat pulu Təranədən onun evinin həyətində almışdır. Bir müddət sonra Təranə ondan işlə bağlı maraqlanmağa başlamış, Təranəyə bir ay gözləməli olacağını bildirmiş, bir ay sonra Təranə ondan pullarını geri istəmiş, oda Təranəyə bir müddət gözləməsini, bankdan pul götürüb onun pulunu qaytaracağam bildirmiş, lakin müəyyən vaxt keçsə də o, pulu qaytarmamışdır. Hazırda törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə edilib və sonuncuya dəymiş maddi ziyan tam şəkildə ödənilib. Zərərçəkmiş şəxs ondan hərhansı bir şikayət və ya tələbi yoxdur. Xahiş edir ki, bu halları nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilərək onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilsin. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə o, əvvəllər “Səba” broyler şirkətində işləyən zaman tanış olmuş, birlikdə işlədikləri vaxtlarda Əli ilə söhbət edərkən oğluna iş axtardığını ona demişdir. Söhbət zamanı Əli ona oğlunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Şabran Bölməsində işə mühafizəçi işinə düzəldə biləcəyini demişdir. Həmin vaxt Əli pna atasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Şabran Bölməsində mühafizəçi işlədiyini, lakin xəstəliyi ilə əlaqədar qısa müddətdə işdən çıxacağını bildirmiş, buna görə onun oğlunu işə düzəltmək üçün ondan 500 (beş yüz) manat pul istəmişdir. Oda 500 (beş yüz) manat pul düzəldərək Əli ilə uaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində görüşmüş və işin həlli üçün Əliyə oğlu İlkinin yanında 500 (beş yüz) manat pul vermişdir. Həmin vaxtdan iki-üç gün sonra o, Əli ilə görüşərkən Əli ona işlə bağlı sənədlərin hazırlandığını demiş, buna görə də əlavə 100 (yüz) manat pul tələb olunduğunu deyərək ondan yenidən pul istəmiş və sonra onun yaşadığı evin həyətinə gedib həmin pulu ondan almışdır. Buna baxmayaraq bir neçə gün sonra Əli yenidən ondan, guya gözətçi formasının alınması üçün 100 (yüz) manat da pul tələb olunduğunu deyərək yenidən pul istəmiş, oda Əliyə buna görə öz yaşadığı evin həyətində yenidən 100 (yüz) manat pul vermiş, Əli də pulu alarkən ona bir neçə günə onun oğlunun işə çıxacağına söz verərək çıxıb getmişdir. Bir neçə gün sonra isə Əli yenidən əlavə olaraq ondan 100 (yüz) manat da pul istəmiş və onun yaşadığı evin həyətinə gedərək ondan 100 (yüz) manat pulu almışdır. Bununla da o, ümumilikdə Əliyə 800 (səkkiz yüz) manat pul versə də işdən bir xəbər çıxmamış, buna görə də o, 2025-ci ilin yanvar ayının əvvəlində Əli ilə görüşüb işlə bağlı maraqlanmış, Əli də ona qısa müddətdə işin həll olunacağına söz vermişdir. Bundan bir müddət sonra o, Əlidən işi tələb etməyə başlamış, Əli də onu aldadaraq sənədlərin Bakı şəhərində olduğunu deyib bir ayda gözləməsini xahiş etmişdir. Bu səbəbdən də o, bir ay Əlidən xəbər gözləmiş, lakin bir xəbər çıxmamışdır. Buna baxmayaraq Əli ona müxtəlif bəhanələr gətirərək qısa müddətdə işin həll olunacağına söz vermiş, oda Əliyə inanmadığını demiş və pulunu geri istəmişdir. Əli də bankdan pul götürüb onun pulunu qaytaracağına söz vermiş, lakin sonradan ondan gizlənməyə başlamışdır. Oda Əli tərəfindən aldadılaraq 800 (səkkiz yüz) manat pulunun ələ keçirilməsini başa düşmüşdür. Lakin hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilmiş, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və onun Təqsirləndirilən şəxs qarşı hər-hansı bir şikayət və ya tələbi yoxdur. Məhkəmə iclasının şahid qismində iştirak edən Şahid ifadəsində bildirmişdir ki, 2024cü ilin sonlarında anası “Səba” broyler şirkətində işləyən zaman Əli adlı Şabran şəhər sakini ilə tanış olmuş, tanış olduqları zaman anası onun qardaşı Cəfər üçün iş axtardığını Əliyə demişdir. Söhbət zamanı Əli onun anasına yaxşı vəzifəli tanışlarının olduğunu demiş, qardaşı Cəfəri işə düzəldə biləcəyinə söz vermişdir. Əli buna görə anasından 500 (beş yüz) manat pul istəmiş, qısa müddətdə işin həll olunacağını demişdir. Anası da öz evlərində onun yanında Əliyə 500 (beş yüz) manat pul sayaraq vermiş, pulu alarkən Əli qısa müddətdə işin həll olunacağına söz verərək çıxıb getmişdir. Bir neçə gün sonra onun xəbəri olmadan Əli anasından, müxtəlif bəhanələr gətirərək 100 (yüz) manatdan olmaqla ayrı-ayrı vaxtlarda, ümumilikdə 03 (üç) dəfəyə yaşadıqları evin həyətində 300 (üç yüz) manat pul almış, guya qardaşı Cəfər üçün forma və işin sənədləşməsini həll etmək adı ilə anasını aldatmışdır. Bununla da Əli ümumilikdə anasından 800 (səkkiz yüz) manat pul almış, lakin iş həllini tapmamış, buna görə də pulu Əlidən geri istədikdə Əli əvvəl qısa müddətdə pulu bankdan götürüb qaytaracağına söz vermiş, sonradan onlardan gizlənməyə və qaçmağa başlamışdır. Buna görə də onlar Şabran Rayon Polis Şöbəsinə şikayət etmək qərarına gəlmişlər. İş materiallarından olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin İ cildinin 14-cü vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 306.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2021-ci ildə həmin cəzasını çəkib bitirmişdir. Hazırda onun üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur (cinayət işinin İ cildinin 25ci vərəqəsi). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-nin 178.1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 31-32-ci vərəqələri). - xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-nin 178.1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 55-56-cı vərəqələri). Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şabran Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, o, həmin ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini və onun Təqsirləndirilən şəxs heç bir şikayət və ya tələbinin olmadığını bildirmiş və işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə — min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq, məhkəmə hərəkətlərini və dindirmə protokollarını, habelə iş materiallarında olan digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. CM-in 73-1.1-ci maddəsinə əsasən CM-in 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını, zərər çəkmiş şəxsə dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini və zərər çəkmiş şəxsin cinayət işi üzrə icraata xitam verilməsi barədə müraciətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməli, həmçinin onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri də ləğv edilməlidir. Cinayət işi üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak və ya mülki iddia yoxdur. Məhkəmə göstərilənləri nəzərə alaraq və CPM-in 39.1.8, 43.1.2, 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №1(031)-56/2025
Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-56/2025
04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver