Məhkəmə qərarları › İş №1(031)-57/2021

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-57/2021

30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-57/2021 30.09.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1987-ci il tarixdə Şabran şəhərində doğulmuş, ailəli, orta təhsilli, əvvəllər məhkum olmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi konstruktiv əlamətlərinə görə soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, tiyəsinin uzunluğu 163 mm, dəstəyinin uzunluğu 121 mm, ümumi uzunluğu isə 284 mm təşkil edən 01 ədəd ümumi təyinatlı ov bıçağını gündəlik idarə idarə etdiyi “Nazlifan” markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilinin qabaq oturacaqlarının arasında yerləşdirməklə qanunsuz olaraq gəzdirmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda dermantin materialdan hazırlanmış üzərində «ABİNQO» yazısı olan optik linza qabın içərisinə bir sellofan bükümdə yerləşdirilmiş kristallik maddə şəklində kustar üsulla hazırlanmış psixatrop maddə - metamfetaminin cüzi bir hissəsini şəxsi tələbatını təmin etmək məqsədilə istehlak etdikdən sonra yerdə qalan ümumi təmiz çəkisi 0,418 qram təşkil edən hissəsini əyinidəki idman şalvarının sağ yan cibinə yerləşdirib üstündə gəzdirməklə qanunsuz olaraq saxlamış, 2021-ci il 24 may tarixidə, saat 18 radələrində, Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri nəticəsində o, ünvan 2 ünvanında yerləşən, Şəki şəhər sakini X1 kimi yaşadığı evində qonaq gismində olarkən saxlanılmış və polis əməkdaşlarının gəlişi ilə əlaqədar qonaq otağındakı masa üzərinə məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə atmış olduğu sözügedən psixotrop maddə müvafiq qaydada aşkar edilərək götürümüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olur, xroniki bronxit xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyinə görə də hərbi xidmətə yararsız hesab edilmişdir. Az müddət əvvəl psixotrop maddə olan şüşədən, yəni metamfetamindən istifadə edir. 2021-ci ilin mart ayının əvvələrində Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən avtovağzalda olduğu zaman oradan bir ədəd paketdə 03 ədəd bıçaq və bir ədəd kağıza bükülmüş təxminən 08 ədəd nəşə bitkisinin toxumlarını tapmışdır. Tapdığı bıçaqları özünə məxsus “Nazlifan” markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilinin salonuna oturacağın yanına, nəşə toxumlarını isə avtomobilin sandıqçasına qoymuşdur. Bundan başqa 2021-ci ilin may ayının 18-19 tarixlərində Şabran şəhəri H.Əliyev prospektində yerləşən rayon mərkəzi xəstəxananın qarşısında idarə etdiyi “Nazlifan” markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilində dayandığı zaman yerdə bir ədəd linza qabı tapmışdır. Həmin qabı açdıqda qabda bir ədəd sellofan bükümdə psixotrop maddə olan şüşə, yəni metamfetamin olmasını görüb istifadə etmək üçün cibinə qoymuşdur. Tapdığı həmin psixotrop maddənin təxminən 0,025 qramını istifadə edib, yerdə qalanını isə əyinindəki şalvarın cibinə qoyaraq üzərində gəzdirməyə başlamışdır. 24 may 2021-ci il tarixdə günorta saatlarında qonşusu Samirlə görüşmüş və sonuncu, onunla birlikdə tanışlarının yaşadıqları evə qonaq getməyi ona təklif etmişdir. Samirlə birlikdə idarə etdiyi “Nazlifan” markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobili ilə Samirin dediyi ünvan 4 ünvana getmişlər. Evə çatdıqda Samirin tanışı olan Əfqan adlı şəxs onları qarşılamış və evdə olan Rövşən və Malik adlı şəxslərlə tanış olmuşdur. Onlarla evdə birlikdə yemək yeyib spirtli içki qəbul etmişlər. Həmin vaxt evdə kirayə yaşayan Əfqan adlı şəxs evin həyətinə çıxmış və bir necə dəqiqə sonra sonuncu ilə birlikdə Şabran rayon polis şöbəsinin əməkdaşları evə daxil olmuşlar. Bu zaman üzərində, yəni əyinindəki idman şalvarının sağ yan cibində olan psixotrop maddəni masanın üstünə atmış, ondan başqa Malik və Samir də üzərlərində olan bükümlərdəki narkotik vasitə hesab edilən qurudulmuş marixuananı masanın üstünə atmışlar. RPŞ-nin əməkdaşları baxış zamanı həmin narkotik vasitələri masanın üzərində görmüşlər. Polis əməkdaşlarına masanın üzərinə qoyduğu linza qabındakı kütlənin göstərib, həmin kütlələrin psixotrop maddə hesab edilən metamfetamin olduğunu və onu istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Ona məxsus psixotrop maddə hesab edilən metamfetamin oradakı şəxslərin və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılaraq bir ədəd zərfə qoyulmuşdur. Samir və Malikə məxsus ümumilikdə 04 büküm narkotik vasitə hesab edilən qurudulmuş marixuana (nəşə) masanın üzərindən aşkar olunmuşdur. Samir masada olan 02 büküm narkotik vasitə olan nəşənin ona məxsus olmasını, Malik isə 02 büküm narkotik vasitənin ona məxsus olmasını polislərə bildirmişlər. Masanın üzərində olan ümumilikdə 04 büküm narkotik vasitə olan marixuana ayrı-ayrılıqda polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Üzərində psixotrop maddə olan metamfetaminin olmasından Samir, Malik və Əfqanın heç bir məlumatları olmamışdır. Özünə məxsus “Nazlifan” markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilə də polislər tərəfindən keçirilən baxış zamanı həmin avtomobilin qabaq oturacaqlarının arasından 03 ədəd bıçaq və maşının sandıqçasından isə 08 ədəd nəşə bitkisinin toxumları aşkar olunaraq polislər tərəfindən götürülmüşdür. Yaşayış evinə və avtomobilə baxış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokol onlara oxunduqdan sonra doğruluğunu imzaları ilə təsdiq etmişlər. Etdiyi əməldən peşmanlıq çəkməsini, habelə özünün 2-ci qrup əlil olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 oğlu göstərdi ki, 24 may 2021-ci il tarixdə ünvan 1 ünvanda yaşayan 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə etməsi və gəzdirməsi barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş həmin məlumata əsasən həmin gün, yəni 24 may 2021-ci il tarixdə saat 18 radələrində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yerləşən, Şəki şəhər sakini X1 kimi yaşadığı evdə olduğunu müəyyən etdikləri üçün Şabran RPŞ-nin əməkdaşları – Savalan Məhərrəmov, Şahid2, Şahid3, Əhmədağa Əkbərov və digərlərilə birlikdə həmin ünvana getmişlər. Həmin evdə kirayəşin kimi yaşayan Əfqan Gumayevə həmin evə baxış keçirmək istədiklərini bildirdikdə sonuncu, buna etiraz etməyərək onları evə dəvət etmişdir. Evin qonaq otağına daxil olduqda orada olan Təqsirləndirilən şəxs, X3 və X4 üzərlərində olan əşyaları otaqdakı masanın üzərinə atmışlar. Masanın üzərində olan üzərində “Abinqo” yazısı olan optik linza qabının içərisində bir ədəd sellofan bükümdə kristallik maddələr aşkar edilmişdir. RPŞ-nin İB-nin müstəntiqi həmin qabın içərisində olan narkotik vasitəyə bənzər kütlənin kimə məxsus olmasını Təqsirləndirilən şəxs soruşduqda sonuncu, həmin qabın içərisindəki kütlələrin psixotrop maddə olan metamfetamin olduğunu və həmin psixotrop maddənin ona məxsus olduğunu bildirmişdir. Samir Abdullayevin qarşısında olan 02 ədəd kağız bükümləri açıldıqda onların içərisində yaşımtıl rəngli narkotik vasitəyə bənzər kütlələrin olması müəyyən olunmuşdur. Samir Abdullayev həmin kütlələrin narkotik vasitə olan marixuana olduğunu və onları istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa Malik Süleymanov masanın üzərində olan digər 02 bükümün içərisində yaşımtıl rəngli narkotik vasitəyə bənzər kütlələrin narkotik vasitə olan marixuana olmasını, həmin marixuananın ona məxsus olmaqla istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Təqsirləndirilən şəxs, Samir Abdullayev və Malik Süleymanovun üzərində gəzdirdikləri narkotik vasitələr götürülərək ayrı-ayrılıqda qablaşdırılmış və müstəntiq tərəfindən bu barədə protokol tərtib edildikdən sonra protokolu imzaları ilə təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs məxsus “Nazlifan” markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilə keçirilən baxış zamanı həmin avtomobilin oturacaqlarının arasından 03 ədəd bıçaq və maşının sandıqçasından 08 ədəd nəşə bitkisinin toxumları aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokol oxunduqdan sonra doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin polis əməkdaşları – Şahid2, Şahid3 iş üzrə Şahid1 ifadəsində göstərilənləri olduğu kimi təsdiq edərək analoji ifadələr vermişlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25 may 2021-ci il tarixli 6/2056 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 bükümdə təmiz çəkisi 0,418 qram, tədqiqata sərf edilən miqdar – 0.05 qram, qalıq – 0,368 qram ağ rəngli kristall şəklində psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixiatrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2021-ci il tarixli 3/923 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 rəqəmi ilə işarələnmiş bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş 02 rəqəmi ilə işarələnmiş bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 03 rəqəmi ilə işarələnmiş bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 29 iyul 2021-ci il tarixli 2552 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində (aslılıq sindromu narkomaniya) xəstəliyi aşkar olunur. Lakin halhazırda abstinenasiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 01 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Cinayət işi materiallarında olan Şabran RİH Başçısnın Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixli 2559 saylı məktubdan görünür ki, Əliyev X9 şəhəri, H.Əliyev prospekti, bina 1, mənzil 29 ünvanda ailə üzvləri – anası X6, arvadı X7 və övladları – oğlu Əli Əlizadə və qızı Sara Əlizadə ilə birlikdə yaşayır. Cinayət işi materiallarında olan AZ-İİ seriyalı 126036 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə Rəsulova (Əliyeva) Fərəh Çingiz qızı 30 sentyabr 2016-cı ildə nikahlarını rəsmi qeyd etdirmişlər. Cinayət işi materiallarında olan AA ******* saylı və AA0186897 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X12 24 fevral 2019, X11 isə 21 aprel 2020-ci ildə doğulmuşlar. Cinayət işi materiallarında olan Şabran RİH Başçısnın Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 09 iyun 2021-ci il tarixli 2565 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi haqqında” aktdan görünür ki, Təqsirləndirilən şəxs xroniki bronxit diaqnozu ilə müalicə olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Məhkəmə Elektron Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Cinayət işi materiallarında olan Şabran rayon məhkəməsinin 26 may 2021-ci il tarixli 4(031)-19/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 24 may 2021-ci il tarixdən hesab edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 228.4-cü maddələri ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etirafedici ifadəsilə yanaşı şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli həmin maddələrlə düzgün tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs etdiyi əməldən peşmanlıq çəkməsini, 2-ci qrup əlil olmasını, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, faktiki yaşadığı ünvan 1 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 may 2021-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 06 (altı) gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş 01 bükümdə tədqiqata sərf olunduqdan sonra qalıq olan 0,368 qram ağ rəngli kristall şəklində psixotrop maddə metamfetamin və soyuq silah hesab edilən 01 ədəd bıçaq məhv edilməli, digər 02 ədəd bıçaq Təqsirləndirilən şəxs qaytarılmalı, yaşayış evinə və avtomobilə baxış keçirilməsi istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 251 manat 40 qəpik Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 (dörd) ay 06 (altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 il 03 ay 18 gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, faktiki yaşadığı ünvan 1 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından azadlığa buraxılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran RPŞ-nin maddi sübütlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş 01 bükümdə tədqiqata sərf olunduqdan sonra qalıq olan 0,368 qram ağ rəngli kristall şəklində psixotrop maddə metamfetamin və soyuq silah hesab edilən 01 ədəd bıçaq məhv edilsin, digər 02 ədəd bıçaq Təqsirləndirilən şəxs qaytarılsın, yaşayış evinə və avtomobilə baxış keçirilməsi istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd kompakt diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 251 manat 40 qəpik məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar