Məhkəmə qərarları › İş №1(031)-58/2022

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-58/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-58/2022 30.11.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Müdafiəçi4, Müdafiəçi2, Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi5, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Zərərçəkmiş şəxslər – X3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, X23, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 iştirakları ilə xx xxxx 1993-cü il tarixdə Şabran rayonu Şahnəzərəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmuş, Şabran rayonu Şahnəzərli kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxxxx 1985-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu 1-ci mədən korpus 25 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, 31 avqust 1989-cu il tarixdə Şabran rayonu Şahnəzərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmamış, Şabran rayonu Şahnəzərli kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxxxx 1991-ci il tarixdə Şabran rayonu Şahnəzərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmuş, ünvan 4 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, xx xxxx 1994-cü il tarixdə Qax rayonu, Aşağı Malax kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmamış, Qax rayonu Aşağı Malax kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 16 avqust 2021-ci il tarixdə saat 23 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs3 il birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 yaşadığı Xaçmaz rayonu Xanlıqoba kəndində yerləşən evinin həyətindəki tövləyə qanunsuz daxil olaraq oradan hər biri 120 manat dəyərində olmaqla ümumi dəyəri 360 manat təşkil edən 03 baş qoyunu götürüb aparmaqla oğurluq etmiş, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq ələ keçirmişdir. Bundan başqa o, 17 avqust 2021-ci il tarixdə saat 23 radələrində tamah niyyəti ilə ünvan 5 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin darvazasının üzərində aşıb həyətə keçərək evin həyətyanı sahəsindəki mal-qaranı saxlamaq üçün nəzərdə tutulmuş tövlənin qapısını açıb saxlanc yerinə qanunsuz daxil olmaqla oradan 1510 manat dəyərində 05 baş qoyun və 03 baş keçini gizli olaraq talayıb özü ilə aparmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, 07 sentyabr 2021-ci il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs5 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 yaşadığı Xaçmaz rayonu, Xanlıqoba kəndində yerləşən evinin həyətindəki tövləyə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 1400,0 manat olan 07 baş quzuları götürüb aparmaqla oğurluq etmiş, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq ələ keçirməklə təkrar oğurluq etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs2 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Şabran rayonu Taxta körpü kənd sakini Zərərçəkmiş şəxs12 məxsus Şabran rayonu Taxtakörpü kəndində yerləşən fermasından gecə vaxtı nəzarətsiz qalmasından istifadə edərək öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə 2021-ci ilin noyabr ayının 18-də gecə saatlarında Təqsirləndirilən şəxs2la birlikdə sözügedən əraziyə gəlmiş və tövlənin qapısını açmaq yolu ilə saxlanc yerinə qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs12 məxsus 03 baş və Zərərçəkmiş şəxs11 məxsus -2 baş qoç olmaqla ümumilikdə 05 baş qoçu oğurlamaqla Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs11 məxsus 1250 manat dəyərində əmlakı gizli olaraq talayıb özləri ilə aparmış, bununla da təkrar oğurluq etmişdir. Bundan başqa o, 23 noyabr 2021-ci il tarixdə saat 03 radələrində özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 yaşadığı Xaçmaz rayonu Sayad kəndində yerləşən evinin həyətindəki tövləyə qanunsuz daxil olaraq oradan ümumi qiyməti 3065 manat dəyərində olan 14 baş quzu və qoyunları götürüb aparmaqla oğurluq etmiş, bununla da o, saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq, yəni saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq ələ keçirməklə təkrar oğurluq etmişdir. Bundan başqa o, 27 noyabr 2021-ci il tarixdə saat 22 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 məxsus Siyəzən rayonu Beşdam kəndi ərazisində yerləşən xırdabuynuzlu heyvanların saxlanıldığı tövlədən əvvəlcədən aralarında olan rolların bölgüsünə əsasən o, Təqsirləndirilən şəxs2 məxsus avtomobilin yanında pusquda dayanıb gözləmiş, Təqsirləndirilən şəxs2 isə qanunsuz tövləyə daxil olmaqla oradan 01 baş 200 yüz manat dəyərində qısaqulaqlı sarı rəngli, ikiillik, bel hissəsi yaşıl rəngli boya ilə boyanmış diri çəkisi təxminən 50 kiloqram çəkidə olan qoyunu, hər birinin qiyməti 200 manat olmaqla ümumilikdə 600 manat dəyərində qulaqlı sarı rəngli. ikiillik, bel hissəsi yaşıl rəngli boya ilə boyanmış diri çəkisi təxminən 50 kiloqram çəkidə olan qoyunları olmaqla ümumilikdə 04 baş xırdabuynuzlu heyvanları oğurlamaqla Zərərçəkmiş şəxs5 ümumilikdə 800 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs2 ilə birlikdə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Şabran rayonu, Xəlilli kənd sakini Zərərçəkmiş şəxs10 məxsus Şabran rayonu, Xəlilli kəndində yerləşən fermasından gecə vaxtı nəzarətsiz qalmasından istifadə edərək öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə 01 dekabr 2021-ci il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə sözügedən əraziyə gəlmiş və hasarı aşmaq yolu ilə fermaya yəni saxlanc yerinə qanunsuz daxil oradan ümumilikdə 07 baş qoyunu oğurlamaqla Zərərçəkmiş şəxs10 məxsus 1260 manat məbləğində əmlakı gizli olaraq talayıb özləri ilə aparmış, bununla da təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti və özgə əmlakını gizli olaraq talama məqsədi ilə əmisioğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 dekabr 2021-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs4 məxsus Siyəzən rayonu Su Kəməri qəsəbəsində yerləşən fermaya qanunsuz daxil olaraq 02 baş – hər birinin qiyməti 260 manat olmaqla ümumilikdə 520 manat dəyərində sarı-qırmızı rəngli, il yarımlıq, boyun arxası boz rəngli boya ilə boyanmış diri çəkisi təxminən 52 kiloqram olan qoyunları, 01 baş 260 manat dəyərində qırmızı rəngli, ilyarımlıq, boyun arxası boz rəngli boya ilə rənglənmiş, diri çəkisi təxminən 52 kiloqram olan qoyunu. 01 baş 260 manat dəyərində qumral rəngli, ilyarımlıq, quyruğunun üst hissəsi qara rəngli boya ilə boyanmış, 52 kiloqram olan qoyunu, 02 baş – hər birinin qiyməti 190 manat olmaqla ümumilikdə 380 manat dəyərində sarı rəngli, bir il üç aylıq, belində qara rəngli boya ilə boyanmış təxminən diri çəkisi 38 kiloqram çəkidə olan qoyunları, 01 baş 190 manat dəyərində qırmızı rəngli, bir il üç aylıq, boyun nahiyəsinin boz rəngli boya ilə boyanmış 38 kiloqram çəkidə olan qoyunu, 01 baş 190 manat dəyərində qırmızı rəngli bir il üç aylıq bel hissəsi qara rəngli boya ilə boyanmış, diri çəkisi 38 kiloqram çəkidə olan qoyunu, 02 baş hər birinin qiyməti 190 manat olmaqla ümumilikdə 380 manat dəyərində açıq sarı rəngli, bir il üç aylıq, bel hissəsi qara rəngli boya ilə boyanmış diri çəkisi 38 kiloqram çəkidə olan qoyunlar olmaqla ümumilikdə 10 baş xırdabuynuzlu heyvanları oğurlamaqla zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 2180 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, Şabran rayon sakinləri – Təqsirləndirilən şəxs4 və X24 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs8 məxsus Şabran rayonu, Aygünlü kəndində yerləşən çınqıl karxanasının uzun müddət nəzarətsiz qalmasından istifadə edərək öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə 2021-ci il dekabr ayının əvvəllərində və ortalarında, eləcə də 17 yanvar 2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs4 ilə birlikdə sözügedən əraziyə gəlmiş və karxanadan hissə-hissə ümumilikdə 8.700 kiloqram ağırlığında dəmir materialları (109 markalı daş qıran qurğu (balta), 42 markalı ələk, 52 markalı ələk, 40 markalı gidrakon, 02 ədəd şineq, 07 ədəd transpartyorun hissələrini) oğurlamaqla Zərərçəkmiş şəxs8 məxsus 4350 manat dəyərində əmlakı gizli olaraq talayıb özləri ilə aparmış, bununla da vahid niyyətlə təkrar oğurluq etmişdir. Bundan başqa o, qohumu Təqsirləndirilən şəxs2 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Şabran rayonu Pirəbədil kəndində kənd sakini Zərərçəkmiş şəxs3 məxsus evin həyətyanı sahəsində yerləşən tövlədən xırdabuynuzlu mal-qaranı oğurlamaq barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə 28 yanvar 2022-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Astra” markalı, **-HX-*** qeydiyyat nişanlı avtomobillə sözügedən əraziyə gəlmiş, aralarında aparılmış rolların bölgüsünə uyğun olaraq sonuncu, hər hansı təhlükə haqqında əvvəlcədən xəbərdarlıq edib onu sığortalamaq məqsədilə evdən bir qədər aralı, avtomobilin yanında pusquda dayanıb gözləyərkən, tövlənin qapısının üst hissəsindəki boşluqdan çəftəni əli ilə açıb qanusuz olaraq içəri daxil olmaqla oradan 1200 manat dəyərində 06 baş xırdabuynuzlu heyvanları gizli olaraq talayıb Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel” markalı avtomobilə yükləyib özləri ilə aparmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, 06 fevral 2022-ci il tarixdə saat 23 radələrində tamah niyyəti ilə, Şabran rayonu Sincanboyad kəndində kənd sakini X2 məxsus evin həyətində yerləşən, mal-qaranı saxlamaq üçün nəzərdə tutulmuş parağın məftillə bağlanmış qapısını əli ilə açıb, qanunsuz olaraq içəri daxil olmaqla oradan 600 manat məbləğində 03 baş xırdabuynuzlu heyvanları gizli olaraq talayıb özü ilə aparmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, tanışı Şabran rayon sakini Təqsirləndirilən şəxs3 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs9 rəhbərlik etdiyi “Baxçalı” otelə məxsus, Şabran rayonu Şahnəzərli kəndində yerləşən fermadan gecə saatlarında nəzarətsiz qalmasından istifadə edərək öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə 2022-ci ilin fevral ayının 11-də gecə saatlarında Təqsirləndirilən şəxs1 ilə birlikdə sözügedən əraziyə gəlmiş və qanunsuz saxlanc yerinə daxil olmaqla fermadan 21 baş böyük və 07 baş bala keçini oğurlamaqla Zərərçəkmiş şəxs9 rəhbərlik etdiyi “Baxçalı” oteldən ümumilikdə 8.050 manat dəyərində əmlakı gizli olaraq talayıb özləri ilə aparmış, bununla da təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Şabran rayonu, Taxtakörpü kənd sakini Zərərçəkmiş şəxs12 məxsus Şabran rayonu, Taxtakörpü kəndində yerləşən fermasından gecə vaxtı nəzarətsiz qalmasından istifadə edərək öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə 18 noyabr 2021-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs1la birgə sözügedən əraziyə gəlmiş və tövlənin qapısını açmaq yolu ilə qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla oradan Zərərçəkmiş şəxs12 məxsus 03 baş, Zərərçəkmiş şəxs11 məxsus 02 baş qoçu, ümumilikdə isə 05 baş qoçu oğurlamaqla Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs11 məxsus 1250 manat məbləğində əmlakı gizli olaraq talayıb özləri ilə aparmış, bununla da oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti və özgə əmlakını gizli olaraq talama məqsədilə 27 noyabr 2021-ci il tarixdə saat 22 radələrində əmisioğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 məxsus Siyəzən rayonu Beşdam kəndi ərazisində yerləşən xırdabuynuzlu heyvanların saxlanıldığı tövlədən əvvəlcədən aralaraında aparılmış rolların bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs1 hər hansı təhlükə haqqında əvvəlcədən xəbərdarlıq etmək məqsədilə tövlənin taxta nəfəsliyini açmaq yolu ilə qanunsuz olaraq içəri daxil olmaqla oradan 01 baş 200 yüz manat dəyərində qısaqulaqlı sarı rəngli ikiillik, bel hissəsi yaşıl rəngli boya ilə boyanmış diri çəkisi təxminən 50 kiloqram çəkidə olan qoyunu, hər birinin qiyməti 200 manat olmaqla ümumilikdə 600 manat dəyərində qulaqlı sarı rəngli, ikiillik, bel hissəsi yaşıl rəngli boya ilə boyanmış diri çəkisi təxminən 50 kiloqram çəkidə olan qoyunlar olmaqla ümumilikdə 04 baş xırdabuynuzlu heyvanları oğurlamaqla Zərərçəkmiş şəxs5 ümumilikdə 800 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan baqşa o, əmisioğlu Şabran rayonu, Şahnəzərli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 ilə birlikdə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Şabran rayonu, Xəlilli kənd sakini Zərərçəkmiş şəxs10 məxsus Şabran rayonu, Xəlilli kəndində yerləşən fermanın gecə vaxtı nəzarətsiz qalmasından istifadə edərək öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə 01 dekabr 2021-ci il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs1la birlikdə sözügedən əraziyə gəlmiş və hasarı aşmaq yolu ilə qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla oradan ümumilikdə 07 baş qoyunu oğurlamaqla Zərərçəkmiş şəxs10 məxsus 1260 manat dəyərində əmlakı gizli olaraq talayıb özləri ilə aparmış, bununla da təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti və özgə əmlakını gizli olaraq talama məqsədilə əmisioğlu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcədən aralarında aparılmış rolların bölgüsünüə uyğun olaraq o, hər hansı bir təhlükə haqqında əvvəlcədən xəbərdarlıq etmək məqsədilə tövlədən bir qədər aralıda dayanıb gözləyərkən, Təqsirləndirilən şəxs1 16 dekabr 2021-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs4 məxsus Siyəzən rayonu Su Kəməri qəsəbəsində yerləşən fermaya qanunsuz daxil olaraq 02 baş hər birinin qiyməti 260 manat olmaqla ümumilikdə 520 manat dəyərində sarı-qırmızı rəngli, ilyarımlıq, boyun arxası boz rəngli boya ilə boyanmış diri çəkisi təxminın 52 kiloqram olan qoyunları, 01 baş 260 manat dəyərində qırmızı rəngli, ilyarımlıq, boyun arxası boz rəngli boya ilə rənglənmiş, diri çəkisi təxminən 52 kiloqram olan qoyunu, 01 baş 260 manat dəyərində qumral rəngli, ilyarımlıq, quyruğunun üst hissəsi qara rəngli boya ilə boyanmış, 52 kiloqram olan qoyunu, 02 baş – hər birinin qiyməti 190 manat olmaqla ümumilikdə 380 manat dəyərində sarı rəngli, bir il üç aylıq, belində qara rəngli boya ilə boyanmış diri çəkisi təxminən 38 kiloqram çəkidə olan qoyunları, 01 baş 190 manat dəyərində qırmızı rəngli, bir il üç aylıq, boyun nahiyəsinin boz rəngli boya ilə boyanmış 38 kiloqram çəkidə olan qoyunu, 01 baş 190 manat dəyərində qırmızı rəngli bir il üç aylıq bel hissəsi qara rəngli boya ilə boyanmış diri çəkisi 38 kiloqram çəkidə olan qoyunu, 02 baş – hər birinin qiyməti 190 manat olmaqla ümumilikdə 380 manat dəyərində açıq sarı rəngli, bir il üç aylıq, bel hissəsi qara rəngli boya ilə boyanmış diri çəkisi 38 kiloqram çəkidə olan qoyunlar olmaqla ümumilikdə 10 baş xırdabuynuzlu heyvanları oğurlamaqla zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 2180 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, qohumu Təqsirləndirilən şəxs1 Cəbrayıl oğlu ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Şabran rayonu Pirəbədil kəndində kənd sakini Zərərçəkmiş şəxs3 məxsus evin həyətyanı sahəsində yerləşən tövlədən xırdabuynuzlu mal-qaranı oğurlamaq barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə 28 yanvar 2022-ci il tarixdə saat 22 radələrində idarə etdiyi “Opel Astra” markalı **-HX-*** qeydiyyat nömrə nişanlı avtomobillə sözügedən əraziyə gəlmiş, aralarında aparılmış rolların bölgüsünə uyğun olaraq o, hər hansı təhlükə haqqında əvvəlcədən xəbərdarlıq etmək məqsədilə evdən bir qədər aralı, avtomobilinin yanında pusquda dayanıb gözləyərkən, Təqsirləndirilən şəxs1 tövlənin qapısının üst hissəsindəki boşluqdan çəftəni əli ilə açıb qanusuz olaraq içəri daxil olmaqla oradan 1200 manat dəyərində 06 baş xırdabuynuzlu heyvanları gizli olaraq talayıb onun idarə etdiyi “Opel Astra” markalı avtomobilə yükləyib özləri ilə aparmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 16 avqust 2021-ci il tarixdə saat 23 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs6 yaşadığı Xaçmaz rayonu Xanlıqoba kəndində yerləşən evinin həyətindəki tövləyə qanunsuz daxil olaraq oradan hər birinin qiyməti 120 manat, ümumi dəyəri 360 manat olan 03 baş qoyunu götürüb aparmaqla oğurluq etmiş, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq ələ keçirmişdir. Bundan başqa o, Şabran rayon sakinləri – Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs8 məxsus Şabran rayonu, Aygünlü kəndində yerləşən çınqıl karxanasının uzun müddət nəzarətsiz qalmasından istifadə edərək öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə 2021-ci il dekabr ayının əvvəllərində və ortalarında, eləcə də 2022-ci ilin yanvar ayının 17-də isə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 sözügedən əraziyə gələrək karxanadan hissə-hissə ümumilikdə 8.700 kiloqram ağırlığında dəmir materialları (109 markalı daş qıranqurğu (balta), 42 markalı ələk, 52 markalı ələk, 40 markalı gidrakon, 02 ədəd şineq, 07 ədəd transpartyorun hissələrini) oğurlamaqla Zərərçəkmiş şəxs8 məxsus 4350 manat məbləğində əmlakı gizli olaraq talayıb özləri ilə aparmış, bununla da vahid niyyətlə əhatə olunan təkrar oğurluq etmişdir. Bundan başqa o, tanışı Şabran rayon sakini Təqsirləndirilən şəxs1 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs9 rəhbərlik etdiyi “Baxçalı” otelə məxsus Şabran rayonu Şahnəzərli kəndində yerləşən fermadan gecə saatlarında aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə 11 fevral 2022-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs1la birlikdə sözügedən əraziyə gəlmiş və qanunsuz saxlanc yerinə daxil olmaqla fermadan 21 baş böyük və 07 baş bala keçini oğurlamaqla 8,050 manat xeyli miqdarda əmlakı gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 tanışları – Şabran rayon sakinləri – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs8 məxsus Şabran rayonu Aygünlü kəndində yerləşən çınqıl karxanasının uzun müddət nəzarətsiz qalmasından istifadə edərək öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə 2021-ci ilin dekabr ayının əvvəllərində və ortalarında, eləcə də 2022-ci ilin yanvar ayının 17-də günorta saatlarında Təqsirləndirilən şəxs1 birlikdə sözügedən əraziyə gəlmiş və hissəhissə karxanadan ümumilikdə 8,700 kiloqram ağırlığında dəmir materialları (109 markalı daşqıran qurğu (balta), 42 markalı ələk, 52 markalı ələk, 40 markalı gidrakon, 02 ədəd şineq, 07 ədəd transpartyorun hissələrini) oğurlamaqla Zərərçəkmiş şəxs8 məxsus 4350 manat məbləğində əmlakı gizli olaraq talayıb özləri ilə aparmış, bununla da vahid niyyətlə əhatə olunnan oğurluq etmişdir. Təqsirləndirilən şəxs5 07 sentyabr 2021-ci il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Xaçmaz rayonu Xanlıq-oba kəndinə gəlib tor hasarın üstündən keçməklə həmin kənd sakini Zərərçəkmiş şəxs6 yaşadığı evin həyətinə, daha sonra isə həyətdə olan tövləyə qanunsuz daxil olaraq 1400 manat dəyərində 07 baş qoyunu oğurlamış, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, təxminən 27 noyabr 2021-ci il tarixdə saat 22 radələrində Siyəzən rayonu Beşdam kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs5 həyətinə girərək ona məxsus xırdabuynuzlu heyvanlardan 04 dörd baş xırdabuynuzlu heyvanları oğurlamışdır. Oğurluğu tək etmişdir. Murad onun yanında olmamışdır, oğurladığı heyvanları satıb pulunu xərcləmişdir. Bundan başqa o, 06 fevral 2022-ci il tarixdə saat 23 radələrində Şabran rayonu Sincanboyad kəndində kənd sakini X2 məxsus evin həyətində yerləşən, mal-qaranı saxlamaq üçün nəzərdə tutulmuş parağın məftillə bağlanmış qapısını əli ilə açıb qanunsuz olaraq içəri daxil olmaqla oradan 03 baş xırdabuynuzlu heyvanları gizli olaraq talayıb özü ilə aparmaqla təkrar oğurluq etmişdir. Oğurluğu tək etmişdir. Bunlardan əlavə ona verilmiş ittihamı qəbul etmir. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadələrdə göstərmişdir ki, o, 16 avqust 2021-ci il tarixdə saat 23 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs3 il birlikdə Xaçmaz rayonu Xanlqıoba kəndində yollanmışlar. Xanlıqoba kəndinə çatdıqda əvvəlcə kənd sakini Zərərçəkmiş şəxs6 yaşadığı evin qarşısında dayanaraq ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra o, evin həyət hissəsinə oradan da setka ilə əhatəyə alınmış yerdən 03 baş qoyun oğurlamışdır. Daha sonra həmin qoyunları Təqsirləndirilən şəxs3 Şabran-Gəndov yolunun kənarıda yerləşən Sahil kafesinin sahibi Elvin adlı şəxsə satmışdır. O, Vüsalın həmin qoyunları Elvin adlı şəxsə hansı qiymətə satmasını bilməmiş, nə də ki, Vüsal həmin puldan ona heç nə verməmişdir. Bundan başqa o, 2021-ci ilin avqust ayının ortalarında gecə saatlarında Şabran rayonu Güləmli kənd istiqamətində piyada gəzən zaman evlərdən birinin həyətində tövlə olduğunu görmüşdür. Əvvəlcə həmin evin ətrafının dörd bir tərəfdən setka ilə əhatəyə alındığını, evin həyət hissəsinin giriş qapısının hündür olmadığını və tövlə istqamətinə gedən yola qoyulmuş kiçik köhnə taxta qapını rahatlıqla aça biləcəyini düşünmüşdür. Ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra sözügedən evin həyət qapısının üzərindən aşaraq evin həyət hissəsinə enib, həyətlə tövlə arasında çəkilmiş setkaya bərkidilmiş taxta qapının qarşısındakı ağacı kənara atıb, əli ilə qapının içəri hissəsindəki cəftəni yuxarı qaldıraraq qapını açıb tövlə istiqamətində hərəkət etməyə başlamışdır. Tövlənin qarşısına çatan zaman tövlə qapısının qarşısına qoyulmuş mişar daşını kənara ataraq tövlənin qapısına əli ilə güc tətbiq edib öz istiqamətinə dartan zaman tövlənin qapısının açıldığını görmüşdür. Bundan sonra o, həmin tövləyə daxil olaraq oradan təktək, ümumilikdə 05 baş qoyun və 03 baş keçini sürərək evin çöl hissəsinə çıxartmış, həmin xırdabuynuzlu heyvanların ayaqlarını iplə bağlayıb, tək-tək onları magistral yola çıxara bilməsinin qeyri-mümkün olmasını başa düşərək onları sürərək Şabran-Bakı magistral yolunun kənarına gətirmişdir. Təxminən 15 dəqiqə sonra “Qazel” markalı avtomobilin Şabran rayon istiqamətində hərəkət etməsini gördükdə əli ilə həmin “Qazel” markalı avtomobilə “saxla” işarəsi vermiş və “Qazel” markalı avtomobil onun yanına çatdıqda hərəkətini dayandırmışdır. O, sürücüyə yaxınlaşaraq özünəməxsus 05 baş qoyun və 03 baş keçinin olmasını, pul lazım olduğundan onları satmaq məcburiyyətində qaldığını bildirmiş, “Qazel” markalı avtomobilin sürücüsü həmin heyvanların ümumi qiymətini ondan soruşduqdan o, ümumilikdə 400 manat pul qarşılığında onları sata biləcəyini bildirmişdir. Həmin vaxt “Qazel” markalı avtomobilin sürücüsü ona 400 manat pul vermiş və avtomobilin arxa yük yerini açaraq 05 baş qoyun və 03 baş keçini onun özünün də köməkliyi ilə avtomobilin arxa yük yerinə yükləmişdir. Bundan sonra həmin şəxs avtomobilini işə salaraq öz yoluna davam etməyə başlamış və o, da yoldan keçən markasını və modelini dəqiq xatırlamadığı bir avtomobili saxlatdıırıb Bakı şəhərinə yollanmışdır. Bundan sonra 07 sentyabr 2021-ci il tarixdə saat 02 radələrində o, tanışı Təqsirləndirilən şəxs5 ilə birlikdə yenidən Zərərçəkmiş şəxs6 yaşadığı Xaçmaz rayonu, Xanlıqoba kəndində yerləşən evinin qarşısına gələrək ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra evin həyətindəki tövləyə daxil olaraq oradan 07 baş qoyun oğurlamışdır. Daha sonra həmin qoyunları Bakı şəhəri Yasamal rayonunda qəssaba 750 manat pula sataraq hərəsi 200 manat pul götürmüş, 250 manat pula “Rent a car”dan” avtomobil icarəyə götürmüş, 100 manatı isə Qax rayonunda xərcləmişlər. Bundan başqa 17 noyabr 2021-ci il tarixdə Muradın idarəetdiyi “Opel” markalı avtomobillə Şabran rayonuna qayıdan zaman Murad “Taxta körpü” adlanan ərazidə ferma olduğunu və oradan qoyun oğurlamağlarını ona təklif etmişdir. Gecə saatlarında Murada məxsus “Opel Astra” markalı avtomobillə həmin fermanın qarşısıına gələrək fermanın giriş qapısında kilidin olmadığını görərək qapını təpiklə itələmişdir. Onlar fermaya daxil olub oradan cəmi 05 baş qoyunu Murada məxsus avtomobilə yükləyib oradan uzaqlaşmışlar. Sumqayıt şəhəri “Nasosnu” adlanan ərazidə yolun kənarında dayanan “Kamaz” sürücülərinə həmin qoyunları sataraq onlardan 470 manat pul alıb Muradla həmin pulu yarı bölüb bir birlərindən ayrılmışlar. Bundan başqa o, quzu oğurlamaq məqsədilə 23 noyabr 2021-ci il tarixdə icarə əsasında idarəetdiyi “Kia Sportage” markalı avtomobillə Xaçmaz rayonu Sayad kəndinə gəlmişdir. Kəndin içərisinə bir qədər daxil olduqdan sonra evlərin birinin yaxınlığında saxlayaraq tövlədə qoyun olmasını düşünmüşdür. Bundan sonra o, əvvəlcə hasardan həyətə, daha sonra isə tövlənin iplə bağlanmış qapısını açaraq oğurladığı quzuları avtomobilə yükləyərək oradan uzaqlaşıb Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində çatdıqdan sonra isə Binəqədi rayonunda yerləşən bazarda tanımadığı şəxsə həmin quzuları ümumilikdə 700 manata satmışdır. Bundan başqa 27 noyabr 2021-ci il tarixdə saat 22 radələrində əmisioğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə Siyəzən rayonu Beşdam kəndi ərazisində yerləşən xırdabuynuzlu heyvanların saxlanıldığı tövləyə yaxınlaşıb ətrafda heç kəsin olmadığına əmin olmuşlar. Daha sonra o, avtomobilin yanında dayanmış və Təqsirləndirilən şəxs2 tövləyə daxil olaraq oradan ümumilikdə 04 baş qoyun oğurlamış və həmin qoyunları Murada məxsus **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib oradan uzaqlaşaraq həmin qoyunları adının Bəhruz olduğunu bildiyi şəxsə satmışlar. Bundan başqa 30 noyabr 2021-ci il tarixdə Murad ona zəng edərək harada olduğunu soruşmuşdur. O da, Murada hazırda evdə olduğunu bildirəndə sonuncu, ona yanına gələcəyini söyləmişdir. Gecə saatlarında Murad onun yanına gələrək Xəlilli kəndində xırdabuynuzlu heyvanlar olduğunu və onları oğurlamağı ona təklif etmişdir. Onun da pula ehtiyacının olması səbəbindən Muradla razılaşmış və onlar gecə saatlarında Xəlilli kəndinə yollanmışlar. Sözügedən kəndə çatan zaman avtomobili evdən bir qədər aralıda saxlayıb yerə enmişlər. Hər ikisi heyvanlar üçün nəzərdə tutulmuş tikiliyə yaxınlaşan zaman qapının iplə bağlandığını görmüşlər. Əli ilə ipi açaraq tikiliyə daxil olub oradan 07 baş qoyun oğurlayıb Muradın avtomobilinə yükləyərək uzaqlaşmışlar. Gecə olduğundan hər ikisi gecəni avtomobildə gecələyib səhər saatlarında Bakı şəhəri Binəqədi rayonunda yerləşən heyvan bazarında həmin qoyunları tanımadığları şəxsə ümumilikdə 520 manata satmışlar. Bundan başqa 16 dekabr 2021-ci il tarixdə yenə də əmisi oğlu Muradla birlikdə ona məxsus avtomobillə Bakı şəhərindən gələn zaman Murad atomobilinin kreditinin olmasını və ödəməkdə çətinlik çəkməsi səbəbindən oğurluq etmələrini ona təklif etmiş və oda onunla razılaşmışdır. Həmin gün gecə saat 22 radələrində Siyəzən rayon “Su kəməri” kimi adlanan ərazidə heyvanların saxlanıldığı fermaya gəlmişlər. O, fermaya daxil olub içəridəki qoyunları bir bir tutaraq Murada verib, Murad da həmin qoyunların ayağlarını bağlayaraq yerdə saxlamışdır. 10 baş qoyunu Murada verdikdən sonra o da fermanın içərisindən çıxmış və Murad avtomobili qoyunları yığdığı yerə gətirdikdən sonra onlar avtomobilə qoyunları yığaraq oradan uzaqlaşmışlar. Daha sonra Bakı şəhərinə gələrək həmin qoyunları adının Bəhruz olduğnu bildiyi şəxsə 700 manata sataraq həmin puldan 200 manat götürüb Muraddan uzaqlaşmışdır. Bundan başqa 2021-ci ilin dekabr ayının əvvəllərində qonşuluğda yaşayan Təqsirləndirilən şəxs3 yaşadığı fərdi yaşayış evinin həyətində söhbət edən zaman sonuncu, ona Şabran rayonu, Aygünlü kəndi ərazisində dayısına məxsus köhnədən qalma daş karxanası olduğunu, həmin ərazinin dayısının ona verdiyini söyləmişdir. Daha sonra isə Vüsal ona onun üzərindəki metal konstiruksiyaları satmaq istədiyini təklif edərək, fəhlə kimi onunla gəlməsini və qarşılığında haqqını verəcəyini bildirmişdir. O da Vüsalla razılaşmışdır. Daha sonra evdən birlikdə çıxaraq avtobusla Şabran şəhərinə gəlmişlər. Avtobusda olan zaman Vüsal öz telefonu ilə Kamala zəng edərək Kamaz lazım olduğunu bildirmişdir. Həmin vaxta qədər o, Kamal adlı şəxsi tanımamışdır. Günorta saatlarında Şabran şəhəri, “4 yol” adlanan ərazidə görüşmüşlər. Vüsal da eynilə onun yanında dediyi sözləri Kamala da bildirmişdir. Daha sonra isə Kamalın idarə etdiyi “Kamaz” markalı yük avtomobilinə minərək Aygünlü kəndi istiqamətində getmişlər. Aygünlü kəndinə gedən zaman Gəndob kəndində yolun qırağında sarı rəngdə bir traktor görən zaman Vüsal traktorun şüşəsinə qeyd olunan nömrə ilə əlaqə saxlayaraq traktorun sürücüsünü elə həmin əraziyə dəvət etmişdir. Təxminən 20 dəqiqə sonra traktorun sürücüsü gəlmiş və birlikdə daş karxanasına getmişlər. Karxanaya çatan zaman traktorun sürücüsü metal konstiruksiyanın oğurluq olub-olmadığını Vüsaldan soruşduqda sonuncu, cavabında oğurluq olmadığını bildirmişdir. Traktorun köməkliyi ilə metalı Kamalın “Kamaz” avtomobilinə yüklədikdən sonra birbaşa Vüsalın evinə yollanmışlar. Vüsalın evinə çatdıqdan sonra Kamal Vüsalın tapşırığı ilə “Kamaz”ı həyətə salmış və Vüsal öz telefonu ilə metal qəbul etmə sexi olan Aydın adlı şəxsə zəng edərək əlində metal konstiruksiyasının olduğunu söyləmişdir. Bundan sonra Kamalla o mağazaya getmiş və geri dönən zaman Vüsal onlara Aydının gəlib dəmirə baxdığını və almağa razılıq verdiyini, lakin bunun oğurluq olmaması ilə bağlı ona dilindən izahat verməsini istəməsini bildirmişdir. Bundan sonra Vüsal “Aydın mənə deyib ki, həmin metal böyük olduğuna görə onu şəhərdəki metal sexində yox, Gilgilçay kəndindəki metal qəbul etmə sexinə gətirmək lazımdır” sözlərini demişdir. Onlar da onunla razılaşaraq hər üçü Gilgilçay qəsəbəsinə getmişlər. Metalın təxmini çəkisi 3,500 ton olmuş və Aydının Vüsala nə qədər pul verdiyini o, bilməmişdir. Daha sonra hər üçü “Kamaz”la oradan çıxaraq şəhərə yollanmışlar. Bundan sonra Vüsal ona 25 manat, Kamala isə təxminən 100-150 manat arası pul vermişdir. Pullarını aldıqdan sonra isə onlar bir-birlərindən ayrılmışlar. Həmin hadisədən təxminən 2 həftə sonra dekabr ayının ortalarında günorta saatlarında Şabran şəhəri, “4 yol” adlanan ərazidə çayxanada Kamal ilə rastlaşmışdır. Kamal ilə söhbət edən zaman Kamal ona həmin daş karxanasndan metal konstruksiyanı götürmək lazım olduğunu bildirmişdir. Ancaq həmin zaman ona bundan Vüsalın xəbərinin olduğunu söyləməmişdir. Kamal ona fəhlə kimi kömək etməsini təklif etmişdir. Daha sonra onlar Kamalın “Kamaz”ı ilə birbaşa karxanaya yollanmışlar. Yolda olan zaman Kamal əvvəlki traktor sürücüsünə zəng edərək onu həminki karxanaya dəvət etmişdir. Daha sonra Kamal Aydınla da əlaqə saxlayaraq əlində metal olduğunu və onu satmağa gətirəcəyini söyləmişdir. Ardınca karxanaya çatdıqdan sonra traktorun köməkliyi ilə metal konstiruksiyanı “Kamaz”a yükləmişlər. Orada olan zaman Kamal traktorun sürücüsünə pulunun olmadığını, buna görə də metalı satdıqdan sonra onun pulunu verəcəyini bildirmişdir. Ardınca da birbaşa Aydının Gilgilçay qəsəbəsində yerləşən sexinə getmişlər. Sexdə Kamal öz adından izahat yazaraq dəmirin Vüsala məxsus olduğunu ancaq onun satacağını söyləmişdir. Elə oradaca metalı boşaldaraq onu ölçmüş və metalın təxminən çəkisi 03 ton olmuşdur. Aydının Kamala nə qədər pul verməsini bilməmiş, Kamal ona sadəcə olaraq 30 manat pul vermişdir. Bundan sonra o, bir necə dəfə Kamala fəhlə kimi kömək edərək dəmir konstruksiyaları satmışlar. Bundan başqa o, 28 yanvar 2022-ci il tarixdə əmisioğlu Muradla söhbət edən zaman sonuncuya Şabran rayonu Pirəbədil kəndində qoyun saxlanılan yerin olduğunu və gecə saatlarında Murada məxsus “Opel” markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə onları oğurlamağı təklif etmişdir. Murad da onunla razılaşmış və 28 yanvar 2022-ci il tarixdə saat təxminən 10 radələrində Murada məxsus “Opel” markalı avtomobillə Şabran rayonu Pirəbədil kəndinə yollanmışlar. Kəndə çatan zaman o, avtomobildən yerə enib Murada avtomobili bir qədər aralıda saxlamasını bildirmişdir. Bundan sonra o, sahibini tanımadığı evin tövləsinin qapısına yaxınlaşmış və təxminən 80 sm uzunluğunda ağacın tövlənin qapısına çöl tərəfdən söykədildiyini görmüşdür. Həmin ağacı götürərək kənara atıb tövlənin qapısının üst hissəsindən əlini içəri salaraq cəftəni açıb tövləyə daxil olmuşdur. Tövləyə daxil olan zaman tək-tək ümumilikdə 06 baş qoyunun ayaqlarını iplə bağlayaraq bir qədər aralıdakı kolluğun dibinə yığmışdır. Bundan sonra Murada zəng edərək avtomobililə bir qədər geriyə gəlməsini bildirmiş, Murad da onun dedyi yerə gəlmişdir. Murad avtomobildən yerə enərək avtomobilin arxa qapısını açmış və o, 06 baş xırdabuynuzlu heyvanı avtomobilə yükləmişdir. Daha sonra onlar Muradla birgə Şabran rayon Şahnəzələri kəndində Muradın qardaşına məxsus yaşayış olmayan evə getmiş və həmin 06 baş qoyunu otluq sahəyə buraxmışlar. Ertəsi gün o, Murada pul qarşılığında həmin qoyunlardan bir baş verib qalan 5 baş qoyunu sürərək Xaçmaz şəhəri heyvan bazarında tanımadığım şəxsə ümumilikdə 500 manata satmışdır. Bundan başqa 06 fevral 2022-ci il tarixdə saat 23 radələrində Şabran rayon Sincanboyad kəndi istiqamətində piyada hərəkət edən zaman Şabran-Quba magistral yolunun Sincanboyad kənd ərazisinə düşən hissəsində, magistral yolun sağ tərəfində birmərtəbəli fərdi yaşayış evinin və həmin yaşayış evinin yanında heyvan saxlamaq üçün nəzərdə tutulmuş, dörd bir tərəfi setka ilə əhatəyə alınmış paraq və parağın içərisində tövlə olduğunu görmüşdür. Bundan sonra o, əvvəlcə dörd bir tərəfdən setka ilə əhatəyə alınmış parağın taxta materialdan olan giriş qapısına yaxınlaşmış və bu zaman orada it olduğunu görmüşdür. Qapıya bağlanmış məftili açaraq parağa daxil olmuş və hərbi xidmətdə olan zaman itlərin təlimi ilə məşğul olduğundan oradakı iti zərərsizləşdirmək onun üçün çətin olmamışdır. Bundan sonra o, həmin parağdan ümumilikdə 03 baş xırdabuynulzu heyvanları, yəni qoyunları oğurlayıb onları tək-tək parağın qarşısına qoymuş, daha sonra həmin 03 baş qoyunu piyada sürərək Samur kanalının yanına gətirib səhərin açılmasını gözləmişdir. Səhər açıldığında isə özü Şabran şəhərinə gələrək “Ziya” kafesində Elnur adlı şəxslə təsadüfən tanış olub ondan yaşadığı evin yerini öyrənmişdir. Elnura özüməməxsus 03 baş heyvanın olmasını və onları satmaq istədiyinii bildirmiş, Elnur da həmin vaxt üzərində pulunun olmadığını bildirmişdir. 08 fevral 2022-ci il tarixdə səhər saatlarında o, Samur kanalının yanında ayaqlarını bağlayaraq saxladığı qoyunları Elnurun yaşadığı evin qarşısına gətirmiş, Elnurla 3 baş qoyunu 350 manat pul qarşılığında satmağa razılaşaraq pulu Elnurdan alıb oradan uzaqlaşmışdır. Bundan başqa 11 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 onunla telefen əlaqəsi saxlayaraq ondan yaşadığı evə gəlməsini istəmişdir. O da Vüsalın dediyi kimi Şahnəzərli kəndində yerləşən evinə yollanmışdır. Vüsalın həyətinə daxil olan zaman orada çoxlu sayda keçi görərək Vüsaldan həmin keçiləri hardan əldə etdiyini soruşmuş və Vüsal da ona keçilərin sosial yardım üçün dövlət tərəfindən verildiyini bildirmişdir. Bundan sonra Vüsal ona pul lazım olduğunu və həmin keçiləri satmasında köməklik etməsini bildirmişdir. O da, Elnur adlı şəxslə Vüsalı bir-birinə calaşdırmış və ondan sonra Elnurun Vüsaldan keçi alb almamasından xəbərsiz olmuşdur. İki epizod üzrə oğurluq cinayətini törətdiyinə görə əməlindən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, əmisi oğlu Təqsirləndirilən şəxs1la və digər şəxslərlə heç bir oğurluq hərəkəti etməmiş, cinayət törətməmiş, ona verilmiş ittiham tam əsassızdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 bildirdi ki, Təqsirləndirilən şəxs1 həmkəndlisidir və onunla qohumluq münasibətləri vardır. 16 avqust 2021-ci il tarixdə saat 14 radələrində Sadiq ona zəng edib harada olduğunu soruşmuşdur. O da Sadiqə həmin vaxt Şabran rayonunda babası gildə olduğunu bildirmişdir. Bundan sonra Sadiq ona Şabran şəhəri H.Əliyev prospektinə gəlməsini istəmişdir. O da Sadiqin dediyi ünvana gəldikdə Sadiqin qeydiyyat nömrə nişanını bilmədiyi “Kia Optima” markalı avtomobildə sükan arxasında oturuduğunu görmüşdür. O, Sadiqdən avtomobilin kimə məxsus olduğunu soruşduqda sonuncu, həmin avtomobili icarəyə götürdüyünü bildirmişdir. Bundan sonra Sadiq ona Xaçmaz rayonu Xanlıq oba kəndində əsgər yoldaşının olduğunu və ondan qoyun alacağını bildirmişdir. O da ona etiraz etməyərək Sadiqlə birlikdə Xaçmaz rayonu Xanlıqoba kəndi istiqamətinə yollanmışlar. Şabran rayonu Gəndob kənd ərazisinə çatan zaman Sadiq yorğun olduğunu və sükan arxasına onun keçməsini istəmişdir. O da etiraz etməyərək avtomobili idarə etməyə başlamışdır. Xaçmaz rayon Xanlıqoba kəndində çatdıqda Sadiqin kiminləsə mobil telefonla danışıb hal hazırda əsgər yoldaşının kənddə olmadığını deyərək Şabran rayonuna qayıtmalarını bildirmişdir. O da Sadiqlə birlikdə Şabran rayonuna geri qayıtmışdır. Həmin gün saat 20 radələrində Sadiq ona yenidən zəng edərək Şabran şəhəri H.Əliyev prospektinə gəlməsini bildirmişdir. O da Sadiqin dediyi ünvana gəlmiş və onlar Sadiqin idarə etdiyi “Kia Optima” markalı avtomobil ilə Xaçmaz rayonu Xanlıqoba kənd istiqamətində hərəkət etməyə başlamışlar. Şabran rayonu Gəndob kənd ərazisində Sadiq yenə də avtomobili onun idarə etməsini istəmiş və o da Sadiqlə razılaşıb sükan arxasına keçmişdir. Bundan sonra onlar Xaçmaz rayon Xanlıqoba kəndinə çatan zaman ordakı ətrafına tor hasar çəkilmiş bir evin yaxınlığında avtomobili saxlamasını bildirmişdir Bundan sonra Sadiq ona avtomobili gədəcəkləri istiqamətdə saxlayıb onun gəlməsini gözlədiyini bildirmişdir. O, Sadiq deyən kimi etmiş və bu zaman tanımadığı bir nəfər şəxslə Sadiqin söhbət etdiyini görmüşdür. Bir neçə dəqiqə sonra isə Sadiq ayağları bağlı 03 baş erkək quzuları tək tək gətirib avtomobilin yük yerinə qoymuş və onlar avtomlobilə əyləşərək Şabran rayonu Şahnəzərli kəndinə yollanmışlar. Şahnəzərli kəndində çatdıqda o, avtomobildən yerə enmiş, Sadiq isə guya həmin quzuları Bakı şəhərində satacağını bildirmişdir. Bundan başqa 2021-ci il dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs4lə birlikdə Şabran şəhəri, H.Əliyev prospektində yerləşən “4 yol” adlanan ərazidə söhbət edən zaman qohumu Təqsirləndirilən şəxs1 onları görərək yaxınlaşmışdır. Sadiq onlara əmisinin “Baxçalı” otel ilə üzbəüz Aygünlü kəndi ərazisində bağı olduğunu, həmin bağda metalların olduğunu və onları satmaq lazım olduğunu söyləmişdir. Sadiq Kamalın “Kamaz”ı olduğuna görə onları daşımaq üçün Kamaldan kömək istəmişdir. Bu zaman o, siqaretinin qurtardığına görə yaxınlıqdakı mağazaya getmiş, geri qayıtdıqda isə Kamal ilə Sadiqin razılaşdığını görmüşdür. Onların yanına çatdıqda Sadiq ona onun da onlarla birlikdə getməsini təklif etmişdir ki, o da Sadiqlə razılaşmışdır. Daha sonra elə həmin məhəllədə Kamalın “Kamazı”na hər üçü minərək Aygünlü kəndi istiqamətinə getmişlər. Yolda olan zaman Sadiq həmin metalları Aydın adlı şəxsə satacağını söyləyən zaman o, Aydını tanıdığını və onları onun özünün də sata biləcəyini söyləmişdir. Gəndob kəndindən keçən zaman yolun qırağında sarı rəngdə sürücüsü yanında olmayan ekskavator görmüşlər. Kamalın telefonu ilə sürücünü yığaraq metalları “Kamaz”a yükləmək üçün kömək lazım olduğunu söyləmiş, sürücü bunun qarşılığında 40 manat pul istəmiş və o da bu barədə Sadiqə dedikdən sonra sonuncunun razılığı ilə sürücünün təklifini qəbul etmişdir. “Baxçalı” otelə yaxınlaşan zaman o, Kamala avtomobili saxlamasını söyləmişdir. Avtomobildən düşərək Sadiqgilə mağazadan su və siqaret alacağını, onların getməyini və özünün də daha sonra onların ardınca gələcəyini söyləmişdir. Mağazaya girərək oradan 01 ədəd su və 01 ədəd siqaret aldıqdan sonra Kamalgilin getdikləri istiqamətdə piyada getmişdir. Təxminən 5 dəqiqə keçmiş Kamalgilin “Kamaz”la birlikdə gəldiklərini görmüş və ardınca da o, avtomobilə minərək birbaşa Şabran rayonu, Gilgilçay kəndində yerləşən Aydının metal qəbul etmə sexinə getmişdir. Sexə gəldikdə Aydın orada olduğunu görmüşdür. Aydın məhz onu tanıdığına görə dəmirin satışında o özü iştirak etmişdir. Sexdə olan zaman Aydın metalların oğurluq olub-olmadığını soruşmuş, o isə cavabında metalların oğurluq olmadığını və bunların Sadiqin əmisinə məxsus olduğunu söyləmişdir. Aydın metalları çəkən zaman onların çəkiləri 03 tona yaxın gəlmişdir. Bundan sonra o, Aydının Sadiqə nə qədər pul verməsindən xəbərsiz olmuşdur. Bundan başqa 2022-ci ilin fevral ayının 11-ci və ya 12-ci günündə Şahnəzərli kəndində yerləşən evində yatan zaman saat 18 radələrimdə qapının döyüldüyünü eşitmişdir. Evdən çıxıb qapını açdıqda Sadiqin qapının qarşısında tək olduğunu, yanında da təxminən 20 başa yaxın keçinin olduğunu görmüşdür. O, qapını açan kimi də Sadiq keçiləri həyətə salmışdır. O, Sadiqdən həmin keçilərin kimə məxsus olduğunu soruşduqda, sonuncu, həmin keçilərin özünə məxsus olduğunu və onları sosial yardımdan aldığını bildirmişdir. Keçiləri həyətə saldıqdan sonra Sadiq qonşuluqda yerləşən və yaşayış olmayan həyətə yaxınlaşaraq setkadan olan hasarı qaldıraraq bir-bir keçiləri həmin həyətə salmağa başlamışdır. Daha sonra o, həmin keçilərin oğurluq olmasını öyrənmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 10 ilə yaxındır ki, “Kamaz” markalı yük avtomobili ilə yük daşımaqla məşğuldur. Onun idarə etdiyi “Kamaz-5511” markalı yük avtomobili atası Fizuli Ağamalıyevə məxsusdur və o, həmin avtomobili etibarnamə əsasında idarə edir. 2021-ci ilin dekabr ayının əvvəllərində günorta saatlarında Təqsirləndirilən şəxs3la birlikdə Şabran şəhəri, “4 yol” adlanan ərazidə olmuşlar. Bu zaman əvvəllər tanımadığı bir nəfər cavan oğlan onlara yaxınlaşaraq salamlaşmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin oğlanın adı Sadiqdir. Söhbət zamanı Sadiq əmisinin ağır xəstə olduğunu, buna görə təcili pul lazım olduğunu, əmisinin Şabran rayonu, Aygünlü kəndində köhnədən qalma daş karxanasının olduğunu, oranın uzun müddətdir ki, işləmədiyini və buna görə də həmin karxanadakı metal konstiruksiyaları satmaq istədiyini bildirmişdir. Söhbət zamanı Sadiq onun “Kamaz” markalı yük avtomobili idarə etdiyini bildiyinə görə ona təklif etmişdir ki, həmin metalları daşımaqda ona köməklik göstərsin. O da Sadiqlə razılaşmışdır. Bundan əlavə Sadiq Vüsala da onlarla gəlməyi təklif etmişdir. Vüsal da Sadiqlə razılaşmış, ardınca hər üçü onun idarə etdiyi “Kamaz”a əyləşərək Aygünlü kəndi istiqamətində getmişlər. Gəndob yolunun üzərində olan zaman Vüsal yol kənarında sarı rəngli bir traktoru görərək dəmiri yükləmək üçün onunla əlaqə saxlamaq istəmiş, lakin traktorun yanında heç kim olmadığından Vüsal traktorun üzərindəki nömrə ilə əlaqə saxlayaraq sürücüyə metalları yükləməyi təklif edib traktor sürücüsünə “Baxçalı” otel istiqamətində gəlməyini söyləmişdir. Bundan sonra o və Sadiq daş karxanası istiqamətində getmişlər. Karxanaya çatmamış yolun sol tərəfində drabilkanın ehtiyat hissələrinə bənzər metal parçaları olmuşdur. Daha sonra isə traktorun köməkliyi ilə metal konstruksiyalarını “Kamaz”a yükləmişlər. Metalları yükləməmişdən əvvəl traktor sürücüsü Sadiqdən metalların oğurluq olub-olmaması ilə bağlı soruşmuş, Sadiq isə cavabında oğurluq olmadığını, əmisinə məxsus olduğunu söyləmişdir. Daha sonra isə hər ikisi “Kamaz”a minərək əsas yola çıxan zaman Vüsalın onların qarşısında olduğunu görmüşlər. Daha sonra Vüsal da “Kamaz”a əyləşmişdir. Bundan sonra Vüsal Aydın adlı qohumu olduğunu, onun metal qəbul etmə sexi olduğunu və həmin metalları Aydına sata biləcəyini söyləmişdir. Daha sonra isə onlar Aydının Şabran rayonu, Gilgilçay kəndindəki metal qəbul etmə sexinə getmişlər. X35 söhbət edərək, metalların ona məxsus olduğunu söyləmiş və onları satmaq istədiyini bildirmişdir. Aydın isə cavabında həmin metalları yalnız Vüsal öz sözlərini yazıda altından imza çəkməklə qeyd etdikdə onları ala biləcəyini bildirmişdir. Vüsal da onunla razılaşmışdır. Bundan sonra Vüsal ilə Aydın arasında alq-satqı olsa da Aydının Vüsala nə qədər pul verdiyini də bilməmişdir. Aydın həmin metalların pulunu iki hissəyə bölərək ilk yarısını həmin gün, qalan yarısını isə səhəri gün verəcəyini bildirmişdir. Oradan çıxaraq birlikdə əvvəl idarə etdiyi “Kamaz”ı Şabran rayonu, “4 yol” adlanan əraziyə qoymuş və ardınca Sabran rayonunda Seyid Əfqan adlı şəxsin kafesinə gedərək orada yemək yedikdən sonra ayrılmışlar. Bir müddət sonra Sadiq yenə də ona həmin ərazidən metal daşımalı olduğunu bildirmiş və o da həmin metalları daşımaq üçün Sadiqlə 50 manata razılaşmış ancaq o, 40 manat pul vermişdir. Həmin gündən təxminən 10 gün sonra dekabr ayının ortalarında Sadiq onunla telefon əlaqəsi saxlayaraq həyətlərində dəmir olduğunu və onu satmaq istədiyini buna görə də ona “Kamaz” lazım olduğunu söyləyrək ondan kömək istəmişdir. O da Sadiqilə razılaşmış və ardınca da hər ikisi Şabran rayonu, “4 yol” adlanan ərazidə görüşərək Sadiqin Şabran rayonu, Şahnəzərli kəndindəki evinə getmişlər. Evə çatdıqda evin həyətində 01 ədəd dəmir qapı və drabilkanın ehtiyat hissələrinə bənzər dəmir parçaları olmuşdur. Sadiq bütün metalları “Kamaz”a yüklədikdən sonra ona həmin dəmir parçaları satmaq üçün Gilgilçay adlanan ərazidə Aydın adlı şəxsin yanına gedəcəklərini bildirmişdir. Aydının sexinə çatan zaman Aydın dəmirləri almaq üçün hər ikisinin dilindən izahat alacağını söyləmişdir. Bu zaman Sadiq ona məktəb oxumadığını, buna görə də yazı yaza bilmədiyini, ona görə də özünün yerinə onun izahat yazıb qol çəkməsini istəmişdir. O da Sadiqin yerinə sənədə imza atmşdır. Bundan sonra dəmir parçaları çəkilmiş və onların çəkisi 01 ton gəlmişdir. Bunun qarşılığında Sadiqə nə qədər pul verməsini o, yenə də bilməmişdir. Həmin metalları daşıma müqabilində Sadiq ona 60 manat pul vermişdir. 17 yanvar 2022-ci il tarixdə saat 12 radələrində evdə olan zaman Sadiq ona məxsus ***-***-**-** mobil nömrəyə zəng edərək onun harada olduğunu soruşmuşdur. O da ona cavabında evdə olduğunu söyləmişdir. Həyətə çıxan zaman Sadiq və Muradı onu gözlədiyini görmüşdür. Onları gördükdən sonra Muradın idarə etdiyi “Opel” markalı avtomobilinə əyləşərək biraz şəhərdə gəzişmişlər. Avtomobildə olan zaman Sadiq həmin metal konstruksiyalarını qaldırmaq üçün traktorun kifayət etməyəcəyini, buna görə də onlara kran lazım olduğunu söyləmiş və buna görə də Xaçmaz rayonuna getməli olduqlarını bildirmişdir. Murad və o, Sadiqlə razılaşmışlar. Bundan sonra Muradın avtomobilinə əyləşərək hər üçü Xaçmaz rayonu istiqamətində getmişlər. Xaçmaz rayonunda olan zaman bir neçə dəfə kran sürücüsünə o və Sadiq yaxınlaşmış, ancaq qiymətdə razılıq əldə edilməmişdir. Daha sonra Xaçmaz mərkəzi dairəsi adlanan ərazidə sürücüsünü tanımadığı göy rəngli kranla rastlaşmışlar. Həmin sürücüyə yaxınlaşaraq metal olduğunu və onu “Kamaz”a yükləmək üçün kran lazım olduğunu söyləyərək onunla 100 manata razılaşmışlar. Ardınca Sadiq krana, o isə Muradın avtomobilinə əyləşərək “Baxçalı” otel istiqamətində getmişlər. Daş karxanasına daxil olduqdan sonra Sadiq ona yaxınlaşaraq metalları Sumqayıt şəhərinə aparacağlarını söyləmiş və buna görə ona 300 manat pul verəcəyini bildirmişdir. O da onunla razılaşmışdır. Daha sonra isə kran vasitəsilə metalları “Kamaz”a yükləmişlər. Kamaza yükləndikdən sonra isə o, öz yük avtomobili ilə Sadiq isə Muradın idarə etdiyi “Opel Astra” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə daş karxanasından çıxmışlar. H.Z.Tağıyev qəsəbəsində yerləşən metal qəbuletmə sexinə çataraq metal konsturiksiyasını oraya təhvil vermişdir. Həmin metal təxminən 4.500 kiloqrama yaxın olmuşdur. Bunun qarşılığında da Sadiqə 2020-2030 manat aralığında pul vermişlər. Sadiq metalı satdıqdan sonra ona 100 manat pul verərək qalan 200 manat pulu Şabran rayonuna qayıdanda verəcəyini söyləmişdir. Təxminən yanvar ayının 19-da saat 16 radələrində evdə olan zaman Sadiq onunla telefon əlaqəsi saxlayaraq “Kamaz”la birlikdə daş karxanasına gəlməli olduğunu söyləmişdir. O da “Kamaz”a minərək daş karxanasına getmişdir. Karxanaya çatan zaman orada Sadiqlə birlikdə tanımadığı 3-4 nəfəri görmüşdür. O, karxanaya çatan zaman artıq dəmir parçaları kəsilərək yerə yığılmışdır. Həmin hissələri ona məxsus avtomobilə yüklədikdən təxminən 5 dəqiqə sonra qara rəngdə “Mercedes-ML” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil karxanaya daxil olmuşdur. Avtomobildən tanımadığı 3-4 nəfər düşərək Sadiq və yanındakılara yaxınlaşmışlar. Onların söhbəti təxminən 5 dəqiqə çəkmiş və ardınca da onlar gəldikləri kimi avtomobillərinə əyləşərək oradan uzaqlaşmışlar. Bundan sonra o da “Kamaz” yük avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs5 elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Bakı şəhərində təsadüfən Təqsirləndirilən şəxs1la tanış olmuşdur. Söhbət əsanasında Sadiq ona qoyun oğurladığını və bununla maddi ehtiyaclarını ödədiyini bildirmişdir. Bundan sonra Sadiq ona birlikdə qoyun oğurlamasını təklif etmiş, o da Sadiqlə razılaşmışdır. 07 sentyabr 2021-ci il tarixdə saat 02 radələrində soyadını və dəqiq ünvanını bilmədiyi Sahil adlı şəxs, Sadiq və onun özü Sadiq Hüsenovun icarəyə götürdüyü “Hyundai” markalı avtomobil ilə Xaçmaz rayonuna adını bilmədiyi kəndə çatmışlar. Bundan sonra Təqsirləndirilən şəxs1 evin həyətinə oradan da setka ilə əhatəyə alınmış qoyun saxlanılan parağa daxil olmuş, o da evin həyətinə daxil olaraq həm pusquda durmuş, həm də ki, Təqsirləndirilən şəxs1 ayağlarını iplə bağlayaraq ona verdiyi qoyunları bir yerə yığmışdır. Sahil adlı şəxs isə onların tanışlarından pul ilə qoyun aldığını zənn edib avtomobildə onları gözləmişdir. Onlar da 07 baş quzunu oğurladıqdan sonra icarə əsasında Təqsirləndirilən şəxs1 götürdüyü avtomobilə həmin qoyunları yığaraq Bakı şəhərinə yollanmışlar. Bakı şəhərində “Şemaxinka” adlanan ərazidə Sadiq onlara qoyunları 800 manata satdığını bildirərək ona 250 manat pul vermişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, onun yaşadığı Şabran rayonu Sincanboyad kəndindəki evinin Şabran-Quba magistral yolunun sağ hissəsində düşən hissəsində kiçik bir tövlə vardır. Həmin tövlədə ümumilikdə 44 baş qoyun, 01 baş inək və 01 baş cöngə saxlayır. Sonuncu dəfə 06 fevral 2022-ci il tarixdə saat 09 radələrində qoyunlarını sayan zaman onların yerində olduğunu görmüşdür. 07 fevral 2022-ci il tarixdə isə saat 09 radələrində qoyunlarını sayan zaman 03 baş qoyunun yerində olmadığını gördükdə bu barədə RPŞ-nə ərizə ilə müracit etmişdir. Sonradan polis şöbəsində araşdırma zamanı məlum olmuşdur ki, ona məxsus xırdabuynuzlu heyvanları Sadiq adlı şəxs oğurlamışdır. Hadisə yerinə baxış keçirilən zaman Sadiq etiraf etdi ki, ona məxsus xırdabuynuzlu heyvanları o aparmışdır. Qoyunları aldığı Elnur da bildirmişdir ki, qoyunları Sadiqdən almışdır. Ona vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs1 qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, o, Şabran rayonu Pirəbədil kəndində yaşayır. 20 yanvar 2022-ci il tarixdə səhhəti ilə əlaqədar Bakı şəhərinə getmişdir. Müalicə alması səbəbindən Bakı şəhərində qalmışdır. 19 fevral 2022-ci il tarixdə yaşadığı Şabran rayonu Piərəbədil kəndinə qayıtmışdır. Evinə gələn zaman həyətindəki tövləyə baxarkən 138 baş xırdabuynuzlu heyvandan 06 baş xırdabuynuzlu heyvanların yerində olmadığını, yəni oğurlamasını müəyyən edərək RPŞ-nə ərizə ilə müraciət etmişdir. Polis Şöbəsində məlum olmuşdur ki, ona məxsus heyvanları Sadiq və Murad adlı şəxslər oğurlamışdır. Vurulmuş ziyandan 400 manat pulu Sadiqin atası ona qaytarmışdır. 200 manat pulu onlara keçir, qalan 600 manat pulu isə tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, yaşadığı evin həyətində özünə məxsus kiçik bir tövlə vardır. Həmin tövlədə 08 baş qoyun, 03 baş keçi saxlayır. Sonuncu dəfə 17 avqust 2021-ci il tarixdə heyvanlara baxmaq üçün tövləyə gedən zaman ümumilikdə 08 baş qoyunun və 03 baş keçinin tövlənin qarşısında olduğunu görmüşdür. Saat 06 radələrində tövlənin qarşısına gələn zaman isə orada sədəcə olaraq 03 baş qoyunun olduğunu görmüşdür. Həmin qoyunlar da bağın baş hissəsinə keçmiş və o, heyvanları öz yerlərinə gətirmişdir. Bundan sonra o, özünə məxsus tövlədən oğurluq hadisəsinin baş verməsini bilərək RPŞ-nə ərizə ilə müraciət etmişdir. Müraciətinin nəticəsi olaraq ona bildirilmişdir ki, 05 baş qoyunu və 03 baş keçini Sadiq adlı şəxs oğurlamışdır. Ona 1510 manat məbləğində ziyan dəymişdir. O, Təqsirləndirilən şəxs1 həbs olunmasını istəmir, lakin ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, ünvan 9 ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Xırdabuynuzlu heyvanları saxlamaqla məşğuldur. Şəxsi təsərrüftında oğurluq hadisəsi baş verən vaxta kimi 102 baş xırdabuynuzlu heyvanları olmuşdur. Həmin xırdabuynuzlu heyvanları Siyəzən rayon Su Kəməri qəsəbəsinin yaxınlığındakı fermada saxlamışdır. 18 dekabr 2021-ci il tarixdə fermaya gələrək qoyunları otarmağa aparan zaman qoyunların sayında çatışmazlıq olduğundan şübhələnərək onları saymağa başlamışdır. Bu zaman 10 baş qoyunun əksik olduğunu gördükdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Məlumatı əsasında polis şöbəsində araşdırma aparılmış, ona məlum olmuşdur ki, ona məxsus xırdabuynuzlu heyvanları Sadiq və Murad adlı şəxslər oğurlamışlar. İstintaqın getdiyi vaxt hadisə yerinə baxış keçirilərkən Muradla üzləşən zaman Murad bildirdi ki, o, maşını kənarda saxlamış, Sadiq isə qoyunları gətirib maşına yığmışdır. İstintaq zamanı həmçinin Sadiq də həmin vaxt oğurluq etdiyi yerləri göstərmişdir. Hazırda ona vurulmuş ziyanı təqsirləndirilən şəxslərdən tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 göstərdi ki, Siyəzən rayonu Beşdam kəndində yaşayır. Özünə məxsus təsərrüfatı vardır. Şəxsi təsərrüfatında xırdabuynuzlu heyvanları saxlamaqla məşğuldur. Şəxsi təsərrüfatında 61 baş qoyun-quzu olmuşdur. O, hər gün özünə məxsus 61 baş xırdabuynuzlu heyvanı otararaq onları tövləyə salıb yaşadığı evə qayıdır. Hadisə baş verən gün yenə də həmişə olduğu kimi heyvanlarını otarmaq üçün tövləyə yaxınlaşan zaman bir baş damazlıq qoyunun çöldə olduğunu görüb ondan şübhə yaranmışdır. Həmin dəqiqə heyvanları sayan zaman onların içərisindən 04 baş qoyunun yerində olmadığını müəyyən etdikdə dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi ilə bağlı məlumat vermişdir. Məlum olmuşdur ki, oğurluq edən şəxslər – Şabran rayon sakinləri – Murad və Sadiq olmuşdur. Ona vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir tələbi və şikayəti yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, ona vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 göstərdi ki, Xaçmaz rayonu Xanlıqoba kəndində yaşayır. Yaşadığı evdən təxminən 20-25 metr aralıda heyvan saxlamaq üçün nəzərdə tutulmuş tövlə vardır. 17 avqust 2021-ci il tarixdə saat 06 radələrində evdən çıxaraq quzulara baxmaq üçün tövləyə gedən zaman qoyunlarla quzuların bir birinə qarışmasını görmüşdür. Bundan sonra quzuları sayan zaman 03 baş quzunun əksik olduğunu gördükdə RPŞ-nə müraciət etmişdir. Bundan sonra 07 sentyabr 2021-ci il tarixdə yenə də saat 06 radələrində evdən çıxaraq quzuları saymaq üçün tövləyə getmişdir. Tövləyə daxil olan zaman yenə də qoyunların və quzuların bir birinə qarışdığını görən zaman onda şübhə yaranmış və quzuları yenidən saymağa başlamışdır. Quzuları sayan zaman 07 baş quzunun əksik olmasını gördükdə dərhal RPŞnə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs5 heç bir tələbi və şikayəti yoxdur. Bu barədə məhkəməyə ərizə də təqdim edir. Qalan 360 manat pulunu təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tələb edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs6 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs5 ona vurduğu zərəri ödədiyinə görə ondan heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs7 göstərdi ki, Xaçmaz rayonu Sayad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Yaşadığı kənddə evindən bir qədər aralıda heyvan saxlamaq üçün nəzərdə tutulmuş tövlə vardır. Həmin tövlədə 27 baş xırdabuynuzlu heyvan vardır. xx.xx.2021-ci il tarixdə saat 06 radələrində o, namaz qılmaq üçün oyanan zaman qoyunların bir neçəsinin evin həyətində olmasını gördükdə onda şübhə yaranmışdır. Həmin dəqiqə qoyunları tövləyə yığaraq onları saymağa başlamış və 14 baş qoyunun əksik olduğunu gördükdə dəral Şabran RPŞyə müraciət etmişdir. Hazırda o, istintaqın gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs1 həbs olunmasını istəmir, lakin vurulmuş ziyanı ondan tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs8 göstərdi ki, ailəlidir və 2 övladı vardır. Özü artıq uzun müddətdir ki, ticarətlə məşğuldur. 2019-cu ildə Şabran rayonu, Aygünlü kəndində yerləşən “Şabrançay” qum-çınqıl yatağını Vidadi Hüseynovdan rəsmi olaraq almışdır. O, daş karxanasını 2019-cu ildən almasına baxmayaraq ondan istifadə etməmişdir. Həmin karxanada olan avadanlıqları o, almamışdır. O, karxananı alanda avadanlıqlar da orada olmuşdur. Avadanlıqların istehsal tarixini tam dəqiq bilməsə də ancaq həmin avadanlıqların istehsal tarixinin 1990-cı illərə aid olduğunu bilmişdir. Həmin karxana artıq uzun müddətdir ki, istifadə olunmur və tam da yararlı vəziyyətdə olmamışdır. Ancaq onları təmir edərək yenidən bərpa etmək fikri olmuşdur. 23 yanvar 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhərində olduğu zaman tanışı Şükür Allahverdiyev onunla telefon əlaqəsi saxlayaraq daş karxanasından metal konstiruksiyaların oğurlandığını söyləmiş və o da bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin vaxt şəxsi işləri çox olduğuna görə dərhal daş karxanasına gələ bilməmişdir. Təxminən 01 həftə sonra daş karxanasına gəlmiş və daş karxanasından 109 markalı daşqıran qurğu (balta), 42 markalı ələk, 52 markalı ələk, 40 markalı gidrakon, 02 ədəd şineq və 02 ədəd transportyorun oğurlandığını müəyyən etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ona vurulmuş ziyanı tam ödəmişlər. Onlardan heç bir şikayəti və iddia tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Təqsirləndirilən şəxs1 da tutulmasını istəmir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 göstərmişdir ki, özü Müdafiə Nazirliyindən təqaüdə çıxmış hərbi qulluqçudur. Şabran rayonu, Rəhimli kəndində yerləşən “Baxçalı” oteldə direktor vəzifəsində çalışır. 11 fevral 2022-ci il tarixdə saat 08:15 radələrində oteldə olan zaman təsərrüfat işlərinə baxan Xaliq adlı şəxs onunla telefon əlaqəsi saxlayaraq otelin həyətində yerləşən tövlədən keçilərin oğurlandığını bildirmişdir. O da dərhal tövlənin yanına gəlmiş və otelin küncündə taxta parçasının çıxarıldığının şahidi olmuşdur. İlk növbədə özü ətrafı axtarmağa başlamışdır. Ancaq heç bir müsbət nəticə əldə edə bilmədiyinə görə dərhal ilk növbədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə, daha sonra isə otelin rəhbəri Məhərrəm adlı şəxsə məlumat vermişdir. Hadisə olmamışdan əvvəl, yəni fevral ayının 10-dan 11-nə keçən gecə saat 01 radələrində özü də otelin ətrafını gəzmişdir. Fevral ayının 10-dan 11-nə keçən gecə tövlədən 21 böyük və 07 bala keçinin, ümumilikdə isə 28 keçinin oğurlandığını müəyyən etmişdir. “Baxçalı” otelin rəhbərliyi tərəfindən məhkəməyə ərizə təqdim olunaraq təqsirləndirilən şəxslərə qarşı vurulmuş ziyanın ödənildiyi bildirilərək onlardan heç bir şikayətlərinin və iddia tələblərinin olmadığını bildirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs10 göstərdi ki, o, Şabran rayonu, Xəlilli kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Özü 21 ilə yaxındır ki, “Kompleks qazma işləri” trestində elektrik montyoru işləyir. Ailəlidir və iki övladı vardır. O normalda 15 gün işdə, 15 gün evdə olur. İşlədiyi 15 gün müddətində ancaq işdə olur. Uzun müddətdir ki, kənd təsərrüfatı ilə də məşğul olur. Onun 94 baş xırdabuynuzlu heyvanı vardır. Onları saxladığı ferma yaşadığı Xəlilli kəndində evnin qarşısında yerləşir. Ümumilikdə, gecə vaxtı fermanın içərisində heç kim qalmır. Bunun da səbəbi həm fermanın içərisində bir çox itlərin saxlanmağı, həmdə ki fermanın düz evinin qarşısında olmasıdır. 01 dekabr 2021-ci il tarixdə saat 01 radələrində yuxudan oyanmışdır. Özünü yaxşı hiss etmədiyinə görə həyətə çıxıb biraz hava almaq istəmişdir. Bu zaman çöldə qoyunların səsini eşitmiş və buna görə də qapını açıb çölə çıxmaq istəmişdir. Qapını açan zaman fermadan qoyunların çölə çıxdığını gördükdə dərhal evə qayıdaraq qoyunları fermaya salmaq üçün qardaşı Cavidi köməyə çağırmışdır. Qardaşı ilə qoyunları fermaya salan zaman tövlənin içərisində 01 baş ayaqları bağlanmış qoyun görmüşdür. Bu zaman başa düşmüşdür ki, fermaya kimsə daxil olub. Buna görə də dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmişdir. Qoyunları fermaya saldıqdan və onların sayını dəqiqləşdirdikdən sonra ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər 07 baş qoyunu oğurlamışdır. Fermaya oğurluğa girən şəxslər qoyunları oğurladıqdan sonra qapını da açıq qoyub getmişlər. Buna görə də qoyunlar qapının açıq qalmasından istifadə edərək çölə çıxmış və bu zaman evdən təxminən 50-60 metr aralıda 01 baş qoyunun da canavar tərəfindən parçalandığını görmüşdür. Sonradan müəyyən olunmuşdur ki, oğurluq edənlər Sadiq və Murad adlı şəxslərdir. Hazırda ona vurulmuş ziyanı təqsirləndirilən şəxslərdən tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs12 göstərdi ki, o, ünvan 11 ünvanda qeydiyyatda olmaqla Şabran rayonu, Taxta Körpü kəndində ailəsi ilə birlikdə yaşayır. Ailəlidir və 4 övladı vardır. Təxminən 25 ilə yaxındır ki, “Samur-Abşeron” kanalında gözətçi işləyir. Bundan əlavə təxminən 30 ilə yaxındır ki, Şabran rayonu, Taxta Körpü kəndində özünə məxsus kiçik və iribuynuzlu heyvanları saxlamaq üçün ferması vardır. Zərərçəkmiş şəxs11 onun bacısı oğludur. Şəhriyarın da təxminən 50-60 baş kiçikbuynuzlu heyvanları vardır. Lakin o, Şabran şəhərində yaşadığına görə heyvanları saxlamağa yeri yoxdur. Ona görə də 2021-ci ilin may ayının əvvəllərində Şəhriyarla belə qərara gəlmişlər ki, sonuncu da heyvanlarını onun fermasında saxlasın, öz qoyunları ilə birlikdə onun da qoyunlarına nəzarət etsin və bunun qarşılığında da hər ay ona 200 manat pul verəcəkdir. 2021-ci ilin noyabr ayının 17-dən 18-nə keçən gecə hər zaman olduğu kimi Şəhriyar qoyunları otlatmaq məqsədilə heyvanları çölə çıxartmışdır. Səhər tezdən isə yuxudan qalxdıqdan sonra o, da yenidən qoyunları çıxardaraq onları otarmağa aparmışdır. Sahədə heyvanları otaran zaman oğlu Məmməd onun yanına gələrək tövlədəki qoçlardan bəzilərinin əksik olduğunu söyləmişdir. O da, ardınca qoçların saxlandığı tövləyə getmiş və tövləyə baxdıqdan sonra ona məlum olmuşdur ki, onun 03, Şəhriyarın isə 02 baş qoçu yoxdur. Ardınca da bu haqda Şəhriyara, daha sonra isə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslər – Sadıq Hüseynov və Təqsirləndirilən şəxs2 750 manat məbləğində pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs11 göstərdi ki, o ünvan 13 ünvanda qeydiyyatda olmaqla Şabran şəhəri, M.Muxtarov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində ailsi ilə birlikdə yaşayır. Özü ailəlidir və 1 övladı vardır. Təxminən 5 ilə yaxındır ki, heyvandarlıqla məşğul olur və təxminən 60 baş qoyunu vardır. Zərərçəkmiş şəxs12 onun dayısıdır. Zərərçəkmiş şəxs12 özünün də Şabran rayonu, Taxta Körpü kəndində ferması vardır. 2021-ci ilin may ayında Mətləblə o, belə razılığa gəlmişlər ki, ona məxsus 50 baş qoyunu da onun qoyunlarının sırasına daxil etsin və həm onun qoyunlarına, həmdə ki, öz qoyunlarına birlikdə baxsın. 17 noyabr 2021ci il tarixdə saat 08 radələrində Mətləb onunla telefon əlaqəsi saxlayaraq fermadan qoçların oğurlandığını bildirmişdir. O da təcili olaraq Mətləbin evinə yollanmışdır. Sonradan məlum olmuşdur ki, ona məxsus heyvanları oğurlayan şəxslər Sadiq və Murad olmuşdur. Ona 600 manat dəyərində vurulmuş ziyan ödənilməmişdir. Həmin pulu təqsirləndirilən şəxslərdən tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, "xxxx" ASC-də nəzarətçi vəzifəsində işləyir. 07 fevral 2022-ci il tarixdə saat 18 radələrində Şabran şəhəri Zərərçəkmiş şəxs10 küçəsində yerləşən “Ziya” çay evində çay içən zaman tanımadığı bir nəfər şəxs onun oturduğu stola yaxınlaşaraq onda özünəməxsus satılıq xırdabuynuzlu heyvanların olmasını bildirmişdir. O, da həmin şəxsə hal hazırda üzərində pul olmadığını bildirərək çıxıb getmişdir. 08 fevral 2022-ci il tarixdə saat 08 radələrində yaşadığı evin həyət darvazasının döyüldüyünü eşitmişdir. Yerindən qalxaraq həyətə enib darvazanı açan zaman 07 fevral 2022-ci il tarixdə “Ziya” kafesində olarkən qoyun satmaq məqsədilə ona yaxınlaşan şəxsin qapının qarşısında dayandığını görmüşdür. Bir qədər onunla söhbət etdikdən sonra 03 baş xırdabuynuzlu heyvanları 350 manat pul qarşılığında almağa razılaşmş və ona 350 manat pulu verib həmin heyvanları ondan almışdır. Bundan sonra həmin şəxs ona adının Sadiq olduğunu, onda satılıq keçilərin də olduğunu və uyğun qiymətə ona sata biləcəyini bildirmişdir. Həmin keçilərdən almaq istədiyi təqdirdə yaşadığı Şabran rayon Şahnəzərli kəndində yerləşən evinə gəlməsini ona bildirmişdir. Ertəsi gün saat 12 radələrində o, Sadiqin dediyi Şahnəzərli kəndində yerləşən evə yollanmış və 60 manat pul qarşılığında Sadiqdən bir baş keçi almışdır. Həmin vaxt Sadiqin yanında Vüsal adlı şəxs də olmuşdur. Həmin keçini evə gətirdikdən sonra onu kəsərək yemiş, 03 baş qoyunu isə istintaq orqanına təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki,Şabran rayonu, Gəndob kəndi ərazisində Bakı-Rostov avtomobil yolunun kənarında “Sahil” adlanan restoranı işlədir. Vüsal adlı şəxsi orta məktəbdən tanıyır. 2022-ci ilin yay aylarında axşam saatlarında Vüsal “Kia Optima” markalı avtomobillə onun işlətdiyi “Sahil” restoranına gələrək özünəməxsus 02 baş quzunun olduğunu və pul lazım olduğundan onları satmaq istədiyini bildirmişdir. Vüsal 02 baş quzuları 160 manata təklif etsə də, o, quzuların arıq olmasına görə onlara 140 manat pul verə biləciyini bildirmişdir. Onlar razılaşmış və o, Vüsala 140 manat verərək quzuları ondan almışdır. Daha sonra həmin quzuları kəsərək restoranda yemək bişirilməsində istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 Bahəddin oğlu göstərdi ki, təxminən 02 ilə yaxındır ki, Şabran şəhərində metal qəbuletmə sexi işlədir. Onun həm Şabran şəhərində, həmdə ki, Şabran rayonu, Gilgilçay kəndində metal qəbul etmə sexi vardır. Kiçik ölçülü metal olduqda onları əsasən Şabran şəhərində yerləşən sexdə qəbul edir, böyük ölçülü olduqda isə onları kənddəki sexdə alır. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 adlı şəxsləri əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs3 isə Şabran rayon sakini kimi tanımışdır. 2021-ci ilin dekabr ayının əvvəllərində günorta saatlarında adını sadaladığı hər üç şəxs “Kamaz” markalı yük avtomobilində metal gətirmişlər. Metal köhnə metal konstruksiyası olmuşdur. Ancaq konkret olaraq nə olduğunu bilməmişdir. “Kamaz”ı idarə edən Kamal adlı şəxs olmuşdur. Onlar “Kamaz”dan yerə enəndən sonra Vüsal ona yaxınlaşaraq əlində metal olduğunu və bunu satmaq istədiyini söyləmişdir. O, Vüsala həmin metalın oğurluq olub-olmaması ilə bağlı sual verdikdə sonuncu, cavabında həmin metal hissələrin oğurluq olmadığını, metalın özünə məxsus olduğunu söyləmişdir. Bundan əlavə Vüsal onun iş dəftərinə yazıb altından da qol çəkmişdir. Həmin metal hissələrinin qarşılığında o, Vüsala ümumilikdə 1000 manat pul vermişdir. Həmin gündən təxminən 10 gün sonra Sadiq və Kamal ikisi eyni “Kamaz” markalı yük avtomobilində onun yanına gəlmişlər. Bu zaman onlar “Kamaz”dan düşərək ona yaxınlaşmış və əllərində metal olduğunu söyləmişlər. Daha sonra o da onlardan metalın oğurluq olub-olmadığını soruşmuşdur. Cavabında isə Kamal metalın oğurluq olmadığını, özünə məxsus olduğunu və satmaq istədiyini ona söyləmişdir. Bununla da o iş dəftərində imza ilə qeydiyyat aparmışdır. Metalın çəkisi təxminən 1 ton olmuşdur. Ancaq həmin metal qarşılığında o, Kamala nə qədər pul verdiyini dəqiq xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid7 göstərdi ki, təxminən 1 ilə yaxındır ki, Şabran rayonu, Rəhimli kəndində yerləşən “Baxçalı” oteldə təsərrüfat işlərində fəhlə kimi işləyir. Oteldə işi səhər saat 08:00-da başlayır və 18:00-da bitir. Oteldə təsərrüfat işlərinə ondan başqa baxan 4 kişi və 2 qadın var. Həmin şəxslər Rəfael, Tural Paşayev, Abgül, Asim, Zülfiyyə və Sədaqət adlı şəxslərdir. Oteldə 21 yetkin keçi, 12 bala keçi, 9 baş inək, 16 baş camış, 15 baş dana və müxtəlif cinsdən olmaqla 80 ədəd quş saxlanılır. O, gün ərzində keçilərin və digər heyvanların südünün sağılması, otarılması, tövlələrinin təmizlənməsi və digər bu kimi işlərdə çalışır. Hər gün işdən çıxmamışdan əvvəl o, hər bir heyvanı sayır və 10 fevral tarixdə də hər zamankı kimi, keçilər başda olmaqla bütün heyvanları saymışdır. Ancaq heç bir əksiklik olmamışdır. Saat 18-də işdən çıxaraq birbaşa evinə yollanmış, 11 fevral 2022-ci il tarixdə saat 08 radələrində işə gəldiyi zaman Vüqar ona yaxınlaşaraq keçilərin tövlədə olmadığını bildirmişdir. O da ardınca tövləyə baxmış və orada 21 baş yetkin və 07 baş bala keçinin olmadığını aşkar etmişdir. Digər 05 baş bala keçi isə tövlədə qalmışdır. Bu barədə dərhal otelin rəhbəri Oruca məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 göstərdi ki, təxminən 4 ilə yaxındır ki, Şabran rayonu, Rəhimli kəndində yerləşən “Baxçalı” oteldə əvvəl bağban kimi, hal-hazırda isə təsərrüfat işlərində nəzarətçi kimi işləyir. Oteldə işi səhər saat 08:00-da başlayır və 18:00-da bitir. Oteldə 21 yetkin keçi, 12 bala keçi, 9 baş inək, 16 baş camış, 15 baş dana və müxtəlif cinsdən olmaqla 80 ədəd quş saxlanılır. Təsərrüfatda çalışan şəxslərin də iş saatı 08:00-da başlayır və 18:00-da bitir. Keçilərlə ən çox məşğul olan şəxs Vüqardır. Hər gün işdən çıxmamışdan əvvəl o, hər bir heyvanı sayır və 10 fevral tarixdə də hər zamankı kimi, keçilər başda olmaqla bütün heyvanları saymışdır. Ancaq heç bir əksiklik olmamışdır. Saat 18-də işdən çıxaraq birbaşa evinə yollanmış, 11 fevral 2022-ci il tarixdə saat 08 radələrində işə gəldiyi zaman Vüqar ona yaxınlaşaraq keçilərin tövlədə olmadığını bildirmişdir. O da ardınca tövləyə baxmış və orada 21 baş yetkin və 07 baş bala keçinin olmadığını aşkar etmişdir. Digər 05 baş bala keçi isə tövlədə qalmışdır. Bu barədə dərhal otelin rəhbəri Zərərçəkmiş şəxs9 məlumat vermişlər. Zərərçəkmiş şəxs9 işdən çıxmışdır, hazırda oteldə işləmir. Otelə vurulmuş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayətin və tələbin olmadığı bildirilmişdir. Bu barədə “Baxçalı” otelin hazırki rəhbərliyi məhkəməyə ərizə təqdim etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid8 göstərmişdir ki, təxminən 02 ilə yaxındır ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində metal qəbuletmə sexini işlədir. Sexdə ondan başqa işçisi Samir Amanov da işləyir. 17 yanvar 2022-ci il tarixdə Samirlə birlikdə sexdə olmuşdur. Təxminən saat 18 radələrində sexdə olan zaman sürücüsünü tanımadığı “Opel Astra” markalı avtomobil, ardınca isə “Kamaz” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili sexə daxil olmuşdur. O, avtomobildən və “Kamaz”dan düşən 03 adamın heç birini tanımamış və əvvəllər də müştərisi olmamşdır. Həmin şəxslər yaxınlaşdıqdan sonra ona aydın olmuşdur ki, onların adı Sadiq, Murad və Kamaldır. Həmin vaxt “Kamaz”ı Kamal idarə etmiş, Sadiq və Murad isə “Opel” markalı avtomobildə əyləşmişlər. Onlar yaxınlaşdıqdan sonra Sadiq onda metal konstruksiyası olduğunu, həmin konstruksiyanı Şabran rayonundan gətirdiklərini, Şabran rayonunda ucuz qiymətə alındığından məhz ona təklif etdiklərini bildirmişdir. O da, onlardan bunun oğurluq olub-olmaması ilə bağlı sual verdikdə, Sadiq cavabında bunun oğurluq olmadığını, həyətlərindən gətirdiklərini söyləmişdir. Sadiq bunu söyləyərkən Murad və Kamal da onun yanında olmuşdur. Daha sonra isə həmin metal konstiruksiyanı “Kamaz”dan boşaldaraq onun çəkisini yoxlayarkən həmin metalın çəkisinin təxminən 4.700 kiloqrama yaxın olması müəyyən edilmişdir. Həmin metal konstruksiyanın da qiyməti 2030 manat təşkil etmişdir. Bundan sonra o, 2030 manatı Sadiqə vermiş və təxminən 2-3 gün sonra isə hər zaman etdiyi kimi aldığı metalları toplayaraq “Baku Stell” zavoduna yollamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 göstərdi ki, özü 1984-cü ildən “Kamaz” sürücüsü işləyir. Təqsirləndirilən şəxs1 onun oğludur. Təxminən 2021-ci ilin dekabr aylarında Sadiqlə söhbət edən zaman sonuncu, ona əsgərlikdə xidmət edən zaman əslən Şabran rayonundan olan Kamal adlı şəxslə dostlaşdığını və onun da atasının və özünün “Kamaz” sürücüsü olduğunu söyləmişdir. Təxminən 2022-ci ilin yanvar ayının ortalarında günorta saatlarında evdə olan zaman Sadiq ona zəng edərək Şahnəzərli kəndi yolunda Kamalın “Kamaz”ının xarab olduğunu və kömək lazım olduğunu bildirmişdir. O da Sadiqin dediyi yerə gəlmişdir. Həmin yerə gəldikdə isə Sadiqlə Kamalın yolun kənarında “Kamaz”ın yanında dayandıqlarını görmüşdür. “Kamaz”a baxdıqdan sonra “Kamaz”ın muftasının xarab olduğunu müəyyən etmişdir. Elə oradaca “Kamaz”ı düzəltmiş və Sadiqdən hara getdiklərini soruşanda Kamal ona Quba rayonunda yerləşən Vəlvələ adlanan əraziyə işləməyə gedəcəyini, Sadiqin də ona kömək edəcəyini söyləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, artıq uzun müddətdir ki, traktor və ekskavator idarə etməklə məşğuldur. İdarə etdiyi ekskavator şəxsən özünün deyil. Onu icarə əsasında idarə edir. 2021-ci ilin dekabr ayının əvvəllərində evində olan zaman tanımadığı bir nəfər şəxs onunla əlaqə saxlayaraq dəmir olduğunu və onu “Kamaz”a yükləmək lazım olduğunu bildirmişdir. O da həmin şəxsdən dəmirlərin oğurluq olub-olmadığını soruşmuş, telefondakı şəxs də ona dəmirlərin oğurluq olmadığını və özünə məxsus olduğunu söyləmişdir. O da həmin şəxsin dediyi ünvana – Şabran rayonu, “Baxçalı” otelin yaxınlığına getmişdir. Orada onunla telefonda danışan şəxsin göstərişi ilə otelin yaxınlığındakı daş karxanasına daxil olmuşdur. Daş karxanasına daxil olduqda orada dövlət qeydiyyat nişanını xatırlamadığı bir “Kamaz” markalı avtomobili görmüşdür. “Kamaz”ın yanında olan 03 nəfər şəxsin ad-soyadlarını sonradan bilmişdir. Onlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 olmuşlar. Onunla telefonda ilk dəfə danışan və onunla ünsiyyətdə olan Təqsirləndirilən şəxs3 olmuşdur. Oraya çatdıqda Vüsal ona drabilkanın ehtiyat hissələrinə bənzər metalları göstərərək bunları orada dayanan “Kamaz”a yükləməli olduğunu söyləmiş və o da metalları ekskavatorun köməkliyi ilə yükləmişdir. Yükləyəndən sonra isə pulunu tələb edəndə Vüsal ona pulu axşam çatdıracağını söyləmişdir. Həmin gün onun haqqı olan 40 manat pulu vermişdirlər. Bir müddət sonra dekabr ayının ortalarında “Kamaz” sürücüsü Kamal onunla əlaqə saxlayaraq yenə də onu həmin yerə dəvət etmişdir. O da həmin daş karxanasına getmiş və bu zaman orada yalnız Sadiq və Kamalın olduğunu görmüşdür. İşi bitdikdən dərhal sonra Kamal ona 40 manat pul vermişdir. Təxminən 1 ay sonra yanvar ayının sonlarına yaxın yenidən “Kamaz” sürücüsü Kamal onunla əlaqə saxlayaraq onu yenidən daş karxanasına dəvət etmişdir. Karxanaya çatan zaman orada Kamal, Sadiq və tanımadığı 02 başqa cavan oğlan olmuşdur. Bundan sonra o, drabilkanın ehtiyyat hissələrini “Kamaz”a yükləmişdir. İşi bitən zaman əraziyə “Mercedes-ML” markalı avtomobil daxil olmuş, içərisindən tanımadığı 03 nəfər şəxs düşmüş, həmin şəxslərin uzaqdan davranışlarını gördükdən sonra o, şübhələnməyə başlamış və pulunu belə almadan oradan uzaqlaşmışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 mart 2022-ci il tarixli 9/717 saylı rəyindən görünür ki, 02 baş sarı-qırmızı rəngli, 1,5 illik, boyun arxası boz rəngli boya ilə boyanmış diri çəkisi 52 kiloqram olan qoyunlar – 520 manat, 01 baş qırmızı rəngli, 1,5 illik, boyun arxası boz rəngli boya ilə rənglənmiş, diri çəkisi 52 kiloqram çəkidə olan qoyun 260 manat, 01 baş qumral rəngli, 1,5 illik, quyruğunun üst hissəsi qara rəngli boya ilə boyanmış 52 kiloqram çəkidə olan qoyun 260 manat, 02 baş sarı rəngli,1,3 illik belində qara rəngli boya ilə boyanmış təxminən diri çəkisi 38 kiloqram çəkidə olan qoyunlar – 380 manat, 01 baş qırmızı rəngli, 1.3 illik boyun nahiyəsi boz rəngli boya ilə boyanmış 38 kiloqram çəkidə olan qoyun 190 manat, 01 baş qırmızı rəngli, 1.3 illik təxminən diri çəkisi 38 kiloqram, bel hissəsi qara rəngli boya ilə boyanmış qoyun 190 manat, 02 baş açıq sarı rəngli, 1,3 illik, diri çəkisi 38 kiloqram, bel hissəsi qara rəngli boya ilə boyanmış xırdabuynuzlu heyvanlar – 380 manat, ümumilikdə isə 2180,0 manat təşkil edir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 mart 2022-ci il tarixli 9/918 saylı rəyindən görünür ki, ümumi çəkisi 8700 kiloqram olan dəmir metalların (109 markalı daşqıran qurğu (balta), 42 markalı ələk, 52 markalı ələk, 40 markalı gidrakon, 02 ədəd şineq, 07 ədəd transpartyor) qırıntı kimi 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ümumi dəyəri nəzəri qaydada 4350.0 manat müəyyən edilir. 06 aprel 2022-ci il tarixdə Siyəzən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsindən daxil olmuş rəydən görünür ki, Zərərçəkmiş şəxs5 məxsus eyni yaşda və çəkidə olan 04 baş xlrdabuynuzlu heyvanın köklük dərəcəsi orta, ət çıxarı 88 kq və dördünün birlikdə bazar qiyməti 800,00 manat təşkil edir. 07 aprel 2022-ci il tarixdə X27 X13 daxil olmuş məktuba əsasən Zərərçəkmiş şəxs2 məxsus 05 baş, dördillik, ayrı-ayrılıqda çəkiləri 25 kq olan qoyunların hər biri 200 manat olmaqla ümumi dəyəri 1000 manat və 03 baş, dördillik, ayrı-ayrılıqda çəkiləri 25 kq olan keçilərin hər birinin qiyməti 170 manat olmaqla ümumilikdə 1510 manat təşkil edir. 07 aprel 2022-ci il tarixdə X27 X13 daxil olmuş məktuba əsasən Zərərçəkmiş şəxs3 məxsus 06 baş, dördillik ayrı-ayrılıqda çəkiləri 25 kq olan qoyunların hər biri 200 manat olmaqla ümumi dəyəri 1200 manat təşkil edir. 07 aprel 2022-ci il tarixdə X27 X13 daxil olmuş məktuba əsasən Zərərçəkmiş şəxs1 məxsus 03 baş, dördillik, ayrı-ayrılıqda çəkiləri 23 kq olan xırdabuynuzlu heyvanların hər birinin qiyməti 200 manat, ümumilikdə 600 manat təşkil edir. 07 aprel 2022-ci il tarixdə X27 X13 daxil olmuş məktuba əsasən Zərərçəkmiş şəxs10 məxsus 07 baş, qoyunların hər biri 180 manat olmaqla ümumi dəyəri 1260 manat təşkil edir. 07 aprel 2022-ci il tarixdə X27 X17 daxil olmuş məktuba əsasən Zərərçəkmiş şəxs11 məxsus 05 baş xırdabuynuzlu heyvanların ümumi dəyəri 1250 manat təşkil edir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 aprel 2022-ci il tarixli 9/1348 saylı rəyindən görünür ki, “Saanen” cinsli keçi (yetkin) 01 başı 350 manat olmaqla 21 başı 7350 manat, “Saanen” cinsli keçi (bala) 01 başı 100 manat olmaqla 07 başı 700 manat təşkil etməklə ümumi dəyəri 8050 manatdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 mart 2022-ci il tarixli 9/1098 saylı rəyindən görünür ki, 07 baş birillik, yerli cins, diri çəkiləri 35 kq olan erkək quzuların 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1400,0 manat müəəyən edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 yanvar 2022- ci il tarixli 9/9553 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların 2021ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3065,0 manat müyyən olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə və bununla bağlı toplanmış sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 Şabran rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrii ilə 4000 manat cərimə cəzasına məhkum edilmiş, Şabran rayon məhkəməsinin 7(031)-42/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə 4000 manat cərimə cəzası 02 il müddətinə islah işləri ilə əvəz edilmişdir. Sonradan Şabran rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru (probasiya üzrə) Tərlan Məlikovun amnistiya aktının tətbiq edilməsi barədə 11 yanvar 2022-ci il tarixli qərarına əsasən “08 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.8-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs1 qazancından 20% dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasından azad edilmişdir. Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 ( iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs2 Şabran rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il sınaq müddətinə şərti hesab edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs4 məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs5 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran rayon məhkəməsinin 13 aprel 2022-ci il tarixli 4(031)- 16/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 13 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Şabran rayon məhkəməsinin 01 mart 2022-ci il tarixli 4(031)- 10/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 27 fevral 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 22 mart 2022-ci il tarixli tutma protokolundan, eləcə də 23 mart 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs3 22 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 23 mart 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 14 may 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 28 yanvar 2022-ci il tarixli tutma protokolundan, eləcə də 30 yanvar 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs5 28 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 30 yanvar 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şabran RİH Başçısının Şahnəzərli İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 12 may 2022-ci il tarixli 95 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Şabran rayonu Şahnəzərli kəndində ailə üzvləri – atası Şahid5, anası X5 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şahnəzərli İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 12 may 2022-ci il tarixli 96 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 kənddə yaşadığı müddətdə kənd əhalisi ilə mehriban olmuş və kəndin ictimai işlərində axından iştirak etmişdir. Yaşadığı kənddə özündən böyüklərə hörmətlə yanaşmış, yaşlı insanlara böyük hörmət bəsləmişdir. Yoldaşları ilə davranışda mülayim rəftar etmiş, onlarla rəftarında kobudluq etməmişdir. Onun barəsində şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İşə əlavə edilmiş Bakı şəhəri, Binəqədi RİHB-nın Binəqədi qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 18 avqust 2022-ci il tarixli arayışdan görünür ki, Hüseynov X9 qəsəbəsi 1-ci mədən, korpus 25 ünvanda ailə üzvləri – arvadı X14, uşaqları – X15 və X16 ilə birlikdə yaşayır. İşə əlavə edilmiş Bakı şəhəri, Binəqədi RİHB-nın Binəqədi qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 18 avqust 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir, iki övladı var. Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 25 ünvanda qeydiyyatsız yaşayır. İşə əlavə edilmiş Şabran RİH Başçısının Şahnəzərli İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 12 may 2022-ci il tarixli 93 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ailə üzvləri – nənəsi X19, arvadı X28, uşaqları – X25, X10 ibarətdir. İşə əlavə edilmiş Şabran RİH Başçısının Şahnəzərli İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 12 may 2022-ci il tarixli 94 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 kənddə yaşadığı müddətdə kənd əhalisi ilə mehriban olmuş və kəndin ictimai işlərində yaxından iştirak etmişdir. O. özündən böyüklərə hörmətlə yanaşmış, yaşlı insanlara böyük hörmət bəsləmişdir. Yoldaşları ilə davranışda mülayim rəftar etmiş, onlarla rəftarında kobudluq etməmişdir. Onun barəsində yazılı və şifahi qaydada şikayətlər daxil olmamışdır. İşə əlavə edilmiş Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli 2164 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs4 ünvan 19 ünvanda ailə üzvləri – atası X6, anası X7, bacısı X8 ilə birlikdə yaşayır. İşə əlavə edilmiş Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli 2165 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 yaşadığı küçədə özünü normal aparmış və birgəyaşayış qaydalarına riayət etmişdir. İctimai işlərdə heç bir qayda pozuntularına yol verməmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əmisi oğlu Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək iş üzrə keçən zərərçəkmiş şəxslərə məxsus heyvanları oğurlamadığını bildirməsini onun özünü müdafiə edərək cinayət məsuliyyətindən yayınmaq kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Təqsirləndirilən şəxs1 ifadələri, ifadələrin yerində yoxlanılması, üzləşdirmə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Eləcə də, Təqsirləndirilən şəxs1 da ona verilmiş itiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə, onun ibtidai istintaq zamanı verdiyi ifadəsinə, üzləşdirmə protokollarına, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinə və digər iş materiallarına əsaslanıb hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli tam sübuta yetirilmişdir, məhkəmə iclasında verdiyi ifadəsini özünü və təqsirləndirilən şəxs qismində cəlb edilmiş əmisi oğlu Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayındrmaq xarakteri daşıyır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli olmaları məhkəmə istintaqı zamanı tədqiq olunmuş onların özlərinin ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3cü maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs5 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin içtimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini qismən etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, iş üzrə keçən zərərçəkmiş şəxslərdən “Baxçalı” otelin, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağlarının olması Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs5 ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməllərində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağlarının olması Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzalarını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması Təqsirləndirilən şəxs5 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs5 törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs5 cəzalarını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan mərhum etmə növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarından görünür ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs1 Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilinib cəzaçəkməsinin əvvəli 23 fevral 2022-ci il tarixdən hesablanmaqla 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırki cinayətini isə həmin hökm çıxarılmazdan əvvəl törətmişdir. Belə halda, Təqsirləndirilən şəxs1 CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edərək, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini əsaslı hesab edir. İş materialları ilə müəyyən olunur ki, şərti məhkum edilmiş Təqsirləndirilən şəxs2 sınaq müddətində qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində şərti məhkum etmə ləğv edilməli və ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində cəza növü və həddi müəyyən edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 22 mart 2022-ci ildən 23 mart 2022-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlanıldığı 01 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq cəzadan çıxmalıdır. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Şahnəzərli kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır və hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs4 barəsində cəza növü və həddi müəyyən edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs4 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 4 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır və hökmün icrası Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs5 barəsində cəza növü və həddi müəyyən edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs5 28 yanvar 2022-ci ildən 30 yanvar 2022-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq cəzadan çıxmalıdır. Təqsirləndirilən şəxs5 üzərinə cəza çəkdiyi müddətdə Qax rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Qax rayonu Aşağı-Malax kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır və hökmün icrası Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qax rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə “Baxçalı” oteldən oğurlanmış 14 baş böyük keçi və 05 baş bala keçi və 03 may 2022-ci il tarixdə X1 yaşadığı Sincanboyad kəndində yerləşən evinin tövləsindən oğurlanan 03 baş xırdabuynuzlu heyvanlar iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanc üçün zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza xərci 250 (iki yüz əlli) manat təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Şabran rayon məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasını bu hökmlə təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində Şabran rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Şabran rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş cəza qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran rayonu Şahnəzərli kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs3 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 4 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs4 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs5 həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs5 üzərinə cəza çəkdiyi müddətdə Qax rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Qax rayonu Aşağı-Malax kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs5 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qax rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə Qax rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə “Baxçalı” oteldən oğurlanmış 14 baş böyük keçi və 05 baş bala keçi və 03 may 2022-ci il tarixdə X1 yaşadığı Sincanboyad kəndində yerləşən evinin tövləsindən oğurlanan 03 baş xırdabuynuzlu heyvanlar iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanc üçün zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza xərci 250 (iki yüz əlli) manat təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X4, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxslərə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar