Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-58/2023 04.10.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Şabran Rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1994-cü il tarixdə Dəvəçi rayonunun Uzunboyad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan, barəsində Quba Rayon Məhkəməsinin 4(027)-23/2023 nömrəli prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi haqqında işi üzrə xx.xx.2023cü il tarixdə qəbul edilmiş qərarı ilə xx.xx.2023-cü il tarixdən, saat 20:20-dən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra AR CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibat binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs AR CM 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə Şabran rayon prokurorluğu tərəfindən Şabran Rayon Məhkəməsinə təqdim edilmiş və Şabran Rayon Məhkəməsində həmin material üzrə 1(031)-58/2023 nömrəli cinayət işi açılmışdır. Yuxarıda qeyd edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə əldə etdiyi bir ədəd kibrit qutusunda olan ümumi xalis çəkisi 5,46 qram narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Şabran rayonunun Uzunboyad kəndi ərazisində Şahid 70 (yetmiş) manata satmış, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Şahid xx.xx.2023-cü il saat 21:00 radələrində Quba şəhərinin Y. Qasımov küçəsi ərazisində saxlanılaraq idarə etdiyi “VAZ 21074” minik markalı, “O273- KM-05 RUS” qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilən zaman həmin avtomobilin ön sol oturacağının altından 01(bir) ədəd kibrit qutusunda 4,71 qram, həmin avtomobilin sükanının içərisindən 02 (iki) ədəd kağız bükülüdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,44 qram və 0,31 qram olmaqla ümumilikdə təmiz çəkisi 5,46 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs göstərmişdir ki, özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilir. Dəqiq yadında qalmasa da onu deyə bilər ki, Şahid ona zəng edərək hal-əhvalını soruşmuş və ona kəndə getmək istədiyini bildirmişdir. Oda ona “gəl gedək” sözləri ilə cavab vermişdir. Şahid onun idarə etdiyi nəqliyat vasitəsində onunla görüşüb, onun üç “korobka” sı var idi, onlardan birini Şahid verib, Şahid isə maşına 50 (əlli) manat pul atıb getmişdir. Sonradan . Şahid ilə onun üzləşdirilməsi zamanı, Şahid ona 70 (yetmiş) manat verdiyini demişdir, lakin o, ona sadəcə 50 (əlli) manat pul verib. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq, narkotik vasitənin 50 (əlli) və ya 70 (yetmiş) manata satmasının iş üçün bir əhəmiyyət kəsb eləmədiyini, sadəcə Şahid narkotik vasitəni ondan 50 (əlli) manata aldığını və onun həqiqəti söyləməsini istədiyini, Şahid narkotik vasitəyə görə ona ödədiyi pulu ondan geri tələb etmədiyini, narkotik vasitəni Şabran qamaşdıqdan tapdığını, həmin bitkini yolub sonradan qurutduğunu bildirmiş, sədrlik dənin sualına cavab olaraq narkotik vasitəni Şahid 50 (əlli) və ya 70 (yetmiş) manata satmasının hər-hansı bir əhəmiyyətinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. O, Təqsirləndirilən şəxs marixuana istəyib, Təqsirləndirilən şəxs da onun üçün marixuana tapıb. Dəqiq yadında olmasa da Təqsirləndirilən şəxs həmin marixuananı 60 (altmış) və ya 70 (yetmiş) manata alıb. Bundan əlavə sədrlik edənin sualına cavab olaraq, Təqsirləndirilən şəxs narkotik vasitəni hansı məbləğdə pul müqabilində aldığının yadında olmadığını bildirmişdir. İş materiallarına olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şabran rayon Uzunboyad bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon Uzunboyad kəndində yaşadığı müddətdə öz mehribançılığı və qabiliyyəti ilə kənd camaatının hörmətini qazanmış, kəndin ictimai işlərində və təşkil olunmuş tədbirlərdə yaxından iştirak etmişdir. Onun barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır (cinayət işinin 53-cü vərəqəsi). - “Şahidlə şübhəli şəxsin üzləşdirmə” protokolundan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Quba Rayon Polis Şöbəsinin inzibati binasında xx.xx.2023-cü il tarixdə, saat 10:20-dən 11:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs ilə Şahid arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid xx.xx.2023-cü il tarixdə, günorta saatlarında, Şabran rayonunun Uzunboyad kəndi ərazisində Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində pul müqabilində 01 (bir) kibrit qutusunda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı aldığını bildirmişdir, Təqsirləndirilən şəxs isə 2022ci ilin dekabr ayında qamışlıqdan taparaq dərdiyi və sonradan qurutduğu narkotik vasitə hesab edilən qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə, günorta saatlarında, Şabran rayonunun Uzunboyad kəndi ərazisində uzaq qohumu Şahid satdığını etiraf etsə də, narkotik vasitəni 70 (yetmiş) manata yol 50 (əlli) manata satdığını göstərmişdir (cinayət işinin 54-55-ci vərəqələri). - Quba Rayon Məhkəməsinin 4(027)-23/2023 nömrəli prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən, saat 20:20-dən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 71-72-ci vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1994-cü il tarixdə Dəvəçi rayonunun Uzunboyad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cinayət işinin 75-ci vərəqəsi). - Quba Rayon Məhkəməsinin 1(027)-58/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş hökmündən görünür ki, həmin hökm ilə Şahid AR CM 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cinayət işinin 87-94-cü vərəqələri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirlinin Məhkəmə Ekspertizası mərkəzi tərəfindən verilmiş 7/98 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, “tədqiqata təqdim edilmiş üzərində “ Vət. Şahid avtomobilindən ...“ yazısı və imzalar olan kağız paketdəki 01(bir) ədəd kibrit qutusunda təmiz çəkisi - 4,71 qram və 02 (iki) ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,44 qram, 0,31 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 5,46 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər” (cinayət işinin 95-96-cı vərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, hazırkısı üzrə aşkar edilmiş qurudulmuş marixuananın ümumi çəkisi 5,46 qramdır, tədqiqata həmin marixuananın 0,15 qram hissəsində miqdarı sərf edilmişdir və qalıq 5,31 qram təşkil edir (cinayət işinin 97-ci vərəqəsi). - Azərbaycan Respublikasının Baş prokurorun birinci müavini X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli "ibtidai istintaqın uzadılması" barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 01 (bir) olmaqla 04 (dörd) ayadək, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək uzadılmışdır (cinayət işinin 103- 104-cü vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-27/2023 nömrəli prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Quba Rayon Məhkəməsinin 4(027)- 23/2023 nömrəli prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarı ilə seçilmiş xx.xx.2023-cü il tarixdən, saat 20:20-dən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır (cinayət işinin 135-139-cu vərəqələri). - Azərbaycan Respublikasının Baş prokurorun birinci müavini X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli "ibtidai istintaqın uzadılması" barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 01 (bir) olmaqla 05 (beş) ayadək, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək uzadılmışdır (cinayət işinin 145- 146-cı vərəqələri). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X4 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3444 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuçdur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması ilə əlaqədar olaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cinayət işinin 153-154-cü vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-40/2023 nömrəli prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Şabran Rayon Məhkəməsinin 4(031)-27/2023 nömrəli prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarı ilə tətbiq edilmiş xx.xx.2023-cü il tarixədək “həbs” növündə qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. AR CM 234.2-ci maddisinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, Təqsirləndirilən şəxs və Şahid məhkəmə baxışı zamanı verdiyi ifadələr və cinayət işinin digər materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, hazırlaması və qanunsuz olaraq narkotik vasitəni satması tamamilə sübuta yetirildi. Bu səbəbdən də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən AR CM-nin 234.2-ci maddəsi ilə tövsif edilməli və onun barəsində həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikasının Qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. AR CM 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. AR CM 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. AR CM 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. AR CM 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. AR CM 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq AR CM 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsif təmin edilir. Azərbaycan Respublikası CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir.” Məhkəmə AR CM 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. AR CM 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yüngülləşdirən halların mövcudluğunu və cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək müəyyən müddətə azadlıdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir, o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır və iş üzrə maddi sübut hesab edilmiş, 5,31 qram qurudulmuş marixuana məhv edilməli, eləcə də telefon danışıqlarına dair məlumatları əks etdirən 01 (bir) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Belə ki, AR CM 55.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin hökm çıxarılanadək on səkkiz yaşı tamam olmamış şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər. AR CM 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün barələrində təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və AR CPM-nin 344-358, 381, 384- 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs AR CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilmiş 5,31 qram qurudulmuş marixuana məhv edilsin, telefon danışıqlarına dair məlumatları əks etdirən 01 (bir) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(031)-58/2023
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-58/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver