Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-59/2022 16.11.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 10 may 1990-cı il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, üzərində məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 iyun 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs ünvan 2 ünvanda yerləşən birmərtəbəli fərdi yaşayış evindən “Green TRY” şirkəti tərəfindən fəhlələrin məvacibi üçün ayrılmış ümumilikdə 4000 (dörd min) manat pulu oğurlamaq məqsədilə içkili vəziyyətdə sözügedən evin daş hasarından qanunsuz olaraq evin həyət hissəsinə enib, əməlini başa çatdırdıqdan sonra qaçması üçün əvvəlcə içəri hissədən darvazının kilidini açıb, daha sonra isə evin giriş qapısına yaxınlaşan zaman evin içərisində olan ev sahibi Zərərçəkmiş şəxs tərəfindən saxlanılmış və öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, xx.xx.2011-ci il tarixdə Bakı Ağır cinayətlər məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 181-ci maddəsi ilə təqsirli bilinərək 11 il azadlıqdan məhrum olunmuş, 2021-ci ilin noyabr ayında azadlığa buraxılmışdır. 2022-ci ilin may-iyun aylarında Quba rayonu Cimi kəndi ərazisində yerləşən “Qreen Try” şirkətinə məxsus meyvə bağlarında, Şabran şəhər sakini Şahid briqadasında fəhləlik etmişdir. Gündəlik işə getməməsi səbəbindən 20 gün öncə Şahid ona şirkətə gündəlik işçi qüvvəsi lazım olduğunu, bu səbəbdən onun yerinə başqa işçi götürdüyünü, ona işlədiyi iki günün əmək haqqısı olan 20 manat pulu maaşda ayın sonunda verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə isə o, bağda fəhlə işləyənlərlə əlaqə saxlayan zaman ona məlum olmuşdur ki, şirkətin işçilərinin əmək haqqlarını ödəyirlər. Əmək haqqlarını da həmişə olduğu kimi fəhlələrə Günel yaşadığı evində nəğd pul şəkilində ödəyir. Bir neçə dəfə Günelin yaşadığı evdən o da əmək haqqı almış və elə həmin evin həyətinə bələdçiliyi o zamandan yaranmışdır. Ümumilikdə 700 manat pul borcunun olması, borcluların onu sıxışdırması səbəbindən belə fikrə gəlmişdir ki, Günelin yaşadığı evə daxil olaraq işçilərə ödənilməsi üçün nəzərdə tutulmuş əmək haqqlarını oğurlasın. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Günelin yaşadığı ünvana, yəni ünvan 3asının bağlı vəziyyətdə olmasını, evdə heç kimin olmadığını müəyyən etmiş, havanın işıqlı olması səbəbindən ətrafda olan şəxslərin onu görə biləcəklərini nəzərə alaraq evə gecə saatlarında daxil olmağı planlaşdırmışdır. 2022-ci ilin iyun ayının 25-dən 26-na keçən gecə saat 01 radələrində yenə həmin ünvana gəlmişdir. Həyətin giriş qapısı bağlı, evin işıqlarının isə sönmüş vəziyyətdə olmasını gördükdə əvvəlcə hasarın üstündən aşaraq həyətə daxil olub giriş darvazasının kilidini içəridən açmışdır. Evin həyət hissəsində asta-asta gəzərək evin giriş qapısına yaxınlaşan zaman ev sahibi Şahid əri Zərərçəkmiş şəxs evin giriş qapısını açaraq onunla üzbəüz gəlmişdir. O, dərhal qaçaraq həyətin qapısından çölə çıxmış və Valeh də onun arxası ilə qaçmağa başlamışdır. 100 metr məsafəni qaçdıqdan sonra Valeh onu tutaraq saxlamışdır. Bundan sonra Zərərçəkmiş şəxs dərhal telefonla Azərbaycan Respublikası DİN-nin “102 xidməti”nə məlumat vermiş və polis əməkdaşları gələrək onu RPŞ-nə gətirmişlər. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirdi ki, ailəlidir, üç övladı var, rəsmi olaraq heç yerdə işləmir, günəmuzd şəxsi bağlarda fəhləlik edir. 2022-ci ilin iyun ayının 25dən 26-na keçən gecə həyətindən səs eşidib bayıra çıxanda yaşayış evinin giriş qapısından bir nəfər şəxsin onu görən kimi qaçdığını görüb, arxasıyca qaçmışdır. Küçədə həmin şəxsi yaxalayan zaman onun əvvəllər tanıdığı Şabran şəhər sakini Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Dərhal Azərbaycan Respublikası DİN-nin “102 xidmət mərkəzi”nə müraciət etmişdir. Həmin vaxt İntiqam onun həyətindən heç bir əşya oğurlamamış, lakin İntiqam onun evinə oğurluq etməyə gəlmiş, nəticədə onun evdə olması səbəbindən əməlini sona çatdıra bilməmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid bildirdi ki, ailəlidir, üç övladı var, “Qreen Try” şirkətində briqadir vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Şabran şəhərində bibisinin həyətində təşkil olunmuş toy məclisində iştirak etdikdən sonra bacısı Leylanın yaşadığı ünvana gələrək gecəni orada qalmaq niyyətində olmuşdur. xx.xx.2022-ci il tarixə keçən gecə evdə tək qalan əri Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng edərək həyətlərinə oğurluq etməyə gələn şəxsi tutduğunu bildirmişdir. Yaşadığı ünvana gələn zaman ona məlum olmuşdur ki, həyətinə qanunsuz daxil olan şəxs əvvəllər işlədiyi şirkətdə meyvə yığımında onun briqadasında fəhləlik edən Şabran şəhər sakini Təqsirləndirilən şəxsdir. Sonuncu dəfə İntiqam 20 gün əvvəl həmin bağda fəhləlik etmiş, işə mütəmadi gəlməməsi səbəbindən o, fəhlə kimi briqadya başqa bir şəxsi cəlb etmişdir. Ola bilər ki, onun İntiqama bağda işlədiyi iki günün zəhmət haqqısı 20 manat pul borcu qalmışdır. İntiqam ondan pulunu istəməyə gəlsəydi günorta saatlarında gələrdi, həmçinin onun mobil telefon nömrəsini də bildiyi halda ona zəng də edə bilərdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən və Bakı Ağır cinayətlər məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünün surətindən görünür ki, Babayev X1 rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respblikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2800 manat cərimə edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.3, 181.2.4. və 181.2.5-ci maddələri ilə təqsirli bilinmiş və ona həmin maddələrlə əmlakı müsadirə olunmamaqla 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Nərimanov rayon məhkəməsinin 10 dekabr 2010-cu il tarixli hökmü ilə təyin olunmuş 2800 manat cərimə cəzası hazırki hökmlə təyin olunan cəzaya tamamilə birləşdirilmiş, Təqsirləndirilən şəxs üzərində qəti olaraq əmlakı müsadirə olunmamaqla 11 il müddətinə azadlıqdan məhrum etmə və 2800 manat cərimə cəzaları saxlanılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli Qanununun tədbiq edilməsinə dair məhkumun ərizəsi əsasında çıxarılmış 20 iyul 2016-cı il tarixli 7(005)-186/2016 salı qərarının surətindan görünür ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 10 dekabr 2010-cu il tarixli 1(005)-353/2010 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2800 manat cərimə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməklə ona 600 manat məbləğində cərimə cəzası təyin edilmiş, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 81.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır cinayətlər məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(01)- 652/11 nömrəli hökmündən Azərbaycan Respublikası CM-nin 181.2.4-cü maddəsi xaric edilmiş, Bakı Ağır cinayətlər məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(01)-652/11 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş əmlakı müsadirə olunmamaqla 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 600 manat məbləğində cərimə cəzası müstəqil icra edilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsinin rəisinin “Amnistiya aktının tətbiq edilməsi barədə” 25 noyabr 2021-ci il tarixli qərarından görünür ki, “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4 bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs çəkilməmiş əsas cəzasının 03 ay 28 gün hissəsindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Şabran rayon məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 7(031)-144/2022 saylı qərarından görünür ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır cinayətlər məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(01)-652/11 saylı hökmü ilə təyin edilmiş 600 manat cərimə cəzasından azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1 və 83.3.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs oğunun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 avqust 2022-ci il tarixli 2615 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda ailə üzvləri – qardaşı X4, qardaşı arvadı X2 və qardaşı oğlu X6 ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 avqust 2022-ci il tarixli 2616 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış və birgəyaşayış qaydalarına riayət etmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarında olan 28 iyun 2022-ci il tarixli tutma protokolundan, eləcə də 30 iyun 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 30 iyun 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun ifadəsi ilə, iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmanlıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 iyun 2022-ci il tarixdən 30 iyun 2022-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə Zərərçəkmiş şəxs evində saxladığı ümumilikdə 4000 (dörd min) manat nəğd pul 05 iyul 2022-ci il tarixdə maddi sübut kimi tanınaraq zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi ziyan tələbi yoxdur. Ekspertiza ilə əlaqadar məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-358 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs kimi tutulub saxlanıldığı müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanmaqla üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdqan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 16 noyabr 2022-ci il tarixdən hesab edilsin. İş üzrə Zərərçəkmiş şəxs evində saxladığı ümumilikdə 4000 (dörd min) manat nəğd pul 05 iyul 2022-ci il tarixdə maddi sübut kimi tanınaraq zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-59/2022
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-59/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver