Məhkəmə qərarları › İş №1(031)-59/2024

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-59/2024

20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-59/2024 20.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Şabran Rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1995-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan və barəsində "polisin nəzarəti altında vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibat binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, təmiz çəkisi 0,310 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək üzərində gəzdirməklə saxlamış, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində Şabran şəhəri H. Nağıyev küçəsində saxlanıldığı vaxt üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli olduğundan Şabran Rayon Polis Şöbəsinə gətirilməklə xx.xx.2024cü il tarixdə saat 00:10-dən 00:25-dək Növbətçi Hissədə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindəki “LD” markalı siqaret qutusunun içərisindən 01 (bir) ədəd və üzərindən 01 (bir) ədəd olmaqla ümumilikdə 02 ədəd bükümdə ayrıayrılıqda çəkiləri 0,246 qram və 0,064 qram olmaqla ümumi təmiz çəkisi 0,310 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən bir neçə müddətdir ki, istifadə edir. xx.xx.2024-cü il tarixdə təxminən saat 17:00 radələrində Şabran şəhərinin X11 küçəsində yerləşən “Sara” şadlıq sarayının yaxınlığında səkinin kənarında yerdən 01 (bir) ədəd gümüşü rəngli büküm tapmış və içərisinə baxan zaman psixotrop maddə olan metamfetamin aşkar etmişdir. Ətrafda heç kəsin olmadığını görüb şəxsi istifadəsi üçün həmin bükümü özü ilə götürmüşdür. Aşkarladığı bükümdəki metamfetamini özü 02 (iki) ədəd bükümə ayırmış və 01 (bir) ədəd bükümü “LD” markalı siqaret qutusunun içərisinə, digər 01 (bir) ədəd bükümü isə həmin “LD” markalı siqaret qutusunun üzərindəki üzlüyün arasına qoymuşdur. xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində Şabran şəhərinin X11 küçəsində yerləşən “Çinar” adlı restoranında toydan çıxmış və yaşadığı evə gəlmək üçün taksiyə əyləşmişdir. Məhəmməd Həmidov da onunla birgə taksiyə əyləşmiş, Şabran şəhəri H. Nağıyev küçəsində avtomobildən enmiş, həmçinin Məhəmməd də avtomobildən enmişdir. Həmin küçədə olan zaman mülki geyimdə olan bir neçə şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, üzərində narkotik vasitə saxlamağı barədə məlumat olmasını bildirib, onu qərarla tanış etdikdən sonra onu Şabran Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birgə Şabran Rayon Polis Şöbəsinə gəlmişdir. Şabran Rayon Polis Şöbəsində ona dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs kimi tutulmuşdur. Müdafiəçi kimi Müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasını istəmişdir. Daha sonra isə X13 X3 müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. O da üzərində saxladığı 01 (bir) ədəd “LD” markalı siqaret qutusunu içərisindəki və üzərindəki ümumilikdə 02 (iki) ədəd bükmədə olan metamfetamini çıxarıb təqdim etmişdir. O həmin maddənin “patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni tapdığını və özü istifadə etməyi üçün üzərində saxladığınıpolis əməkdaşlarına bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 (iki) ədəd büküm kağız zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, o və digər iştirakçılar həmin zərfə imza etmişlər. Şəxsi axtarış zamanı video çəkiliş aparılmış, protokol tərtib olunmuşdur. Hazırda törətdiyi əməldən peşmandır. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlamaqla daşımasında şübhəli olduğundan Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Şahid1 və Şahid3 iştirakı ilə keçirilən tədbir zamanı xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində Şabran şəhəri H. Nağıyev küçəsində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman yanında Məhəmməd Həmidovda olmuşdur. Məhəmmədi də ifadə verməsi üçün Şabran Rayon Polis Şöbəsinə dəvət etmişlər. Şabran Rayon Polis X3 Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zamanı dəvət edilmiş müdafiəçisi Müdafiəçi da iştirak etmişdir. Şəxsi axtarış video çəkilişlə aparılmış və şəxsi axtarışa başlamazdan əvvəl Asəfə narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamasında və gəzdirməsində şübhəli olması elan edilməklə, hüquq və vəzifələri izah edilməklə vəkil Müdafiəçi ona təqdim edilmişdir. Asəfə üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış zamanı Asəfin əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd “LD” markalı siqaret qutusunun üz qabığından və içərisindən hər birindən 01 (bir) ədəd büküm olmaqla ümumilikdə 02 (iki) ədəd büküm aşkarlanmışdır. Həmin bükümlər açılıb baxıldıqda içərisində kristalşəkilli kütlələr müəyyən edilmişdir. Asəfdən bükümdə olan kütlənin nə olması soruşulduqda “patı” olduğunu və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra aşkar olunmuş 02 (iki) ədəd büküm kağız zərfə qoyularaq qablaşdırlmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlamaqla daşımasında şübhəli olduğundan Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 iştirakı ilə keçirilən tədbir zamanı xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində Şabran şəhəri H. Nağıyev küçəsində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman yanında Məhəmməd Həmidovda olmuşdur. Məhəmmədi də ifadə verməsi üçün Şabran Rayon Polis Şöbəsinə dəvət etmişlər. Şabran Rayon Polis X3 Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zamanı dəvət edilmiş müdafiəçisi Müdafiəçi da iştirak etmişdir. Şəxsi axtarış video çəkilişlə aparılmış və şəxsi axtarışa başlamazdan əvvəl Asəfə narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamasında və gəzdirməsində şübhəli olması elan edilməklə, hüquq və vəzifələri izah edilməklə vəkil Müdafiəçi ona təqdim edilmişdir. Asəfə üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi bildirilmişdir. Şəxsi axtarış zamanı Asəfin əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd “LD” markalı siqaret qutusunun üz qabığından və içərisindən hər birindən 01 (bir) ədəd büküm olmaqla ümumilikdə 02 (iki) ədəd büküm aşkarlanmışdır. Həmin bükümlər açılıb baxıldıqda içərisində kristalşəkilli kütlələr müəyyən edilmişdir. Asəfdən bükümdə olan kütlənin nə olması soruşulduqda “patı” olduğunu və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra aşkar olunmuş 02 (iki) ədəd büküm kağız zərfə qoyularaq qablaşdırlmaqla götürülmüşdür. Bu barədə videoçəkiliş də aparılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 54-1 – 54-4-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış Şahid3 məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və müdafiəçinin işə Şahid3 iştirakı olmadan baxılmasına etiraz etməmələrini, o cümlədən Şahid3 ibtidai istintaq zamanı şahidlər Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadə verməsini nəzərə alaraq, hazırki işə Şahid3 iştirakı olmadan baxılmasının cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadığı qənaətinə gəlmiş və hazırki işə Şahid3 iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadədə bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlamaqla daşımasında şübhəli olduğundan Şabran Rayon Polis Şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 iştirakı ilə keçirilən tədbir zamanı xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində Şabran şəhəri H. Nağıyev küçəsində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman yanında Məhəmməd Həmidovda olmuşdur. Məhəmmədi də ifadə verməsi üçün Şabran Rayon Polis Şöbəsinə dəvət etmişlər. Şabran Rayon Polis X3 Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zamanı dəvət edilmiş müdafiəçisi Müdafiəçi da iştirak etmişdir. Şəxsi axtarış video çəkilişlə aparılmış və şəxsi axtarışa başlamazdan əvvəl Asəfə narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamasında və gəzdirməsində şübhəli olması elan edilməklə, hüquq və vəzifələri izah edilməklə vəkil Müdafiəçi ona təqdim edilmişdir. Asəfə üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi bildirilmişdir. Şəxsi axtarış zamanı Asəfin əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd “LD” markalı siqaret qutusunun üz qabığından və içərisindən hər birindən 01 (bir) ədəd büküm olmaqla ümumilikdə 02 (iki) ədəd büküm aşkarlanmışdır. Həmin bükümlər açılıb baxıldıqda içərisində kristalşəkilli kütlələr müəyyən edilmişdir. Asəfdən bükümdə olan kütlənin nə olması soruşulduqda “patı” olduğunu və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra aşkar olunmuş 02 (iki) ədəd büküm kağız zərfə qoyularaq qablaşdırlmaqla götürülmüşdür. Bu barədə videoçəkiliş də aparılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və həmin cinayət işinə ********* nömrəsi verilmişdir (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs X6 ilə birlikdə xx.xx.2024-cü il tarixdə, saat 23:45-də Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şabran şəhərinin H. Nağıyev küçəsi ərazisində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və Növbətçi Hissəyəsə təhvil verilmişdir (cinayət işinin İ cildinin 3-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda, üzərində saxlamasında və daşınmasında şübhəli olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən Şabran Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur (cinayət işinin İ cildinin 4-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda, üzərində saxlamasında, daşınmasında və dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən Şabran Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında onların ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cinayət işinin İ cildinin 5-7-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli, 3-13-107/Ə98/24 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda, üzərində saxlamasında, daşınmasında və dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən Şabran Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında əməliyyat axtarış təbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır (cinayət işinin İ cildinin 8-9-cu vərəqələri). - xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:45-dən etibarən Azərbaycan Respublikasının Cinayət Məcələsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 12-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürülmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 00:10-dan 00:25-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə nəticəsində onun əynində olan şalvarın sağ yan cibindəki “LD” markalı siqaret qutusunun içərisindən 01 (bir) ədəd və üzərindən 01 (bir) ədəd olmaqla ümumilikdə 02 (iki) ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür (cinayət işinin İ cildinin 30-31-ci vərəqələri). - xx.xx.2024-cü il tarixdə, saat 00:10-dan 00:25-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş "DVD" diskdə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə nəticəsində onun əynində olan şalvarın sağ yan cibindəki “LD” markalı siqaret qutusunun içərisindən 01 (bir) ədəd və üzərindən 01 (bir) ədəd olmaqla ümumilikdə 02 (iki) ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3487 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Zərflər üçün №60” möhür əksi, “...Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən ...” və s. yazılar, adlar, soyadlar, imzalar olan zərfdəki 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,246 qram, 0,064 qram ümumi təmiz çəkisi 0,310 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 02 (iki) bükümdəki metamfetaminin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi 0,310 qram təşkil etmiş, 0,1 qram hissəsi tədqiqata sərf edilmiş, 0,210 qram hissəsi isə geri qaytarılmışdır. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil etmişdir (cinayət işinin İ cildinin 38-40-cı vərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, hazırki cinayət işi üzrə aşkar edilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş 0,310 qram psixotrop maddə metamfetaminin 0,1 qram hissəsi nümunə olaraq götürülmüş, 0,210 qram hissəsi isə geri qaytarılmışdır (cinayət işinin İ cildinin 41-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cinayət işinin İ cildinin 48-49-cu vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin həbsdən azad edilməsi və barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şabran Rayon Polis X5 yerindən həbsdən azad edilmiş və onun barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 59-60-cı vərəqələri). - xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən ekspertiza tədqiqatından sonra geri qaytarılmış 0,210 qram psixotrop maddə metamfetamin ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi hesab edilmiş və saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cinayət işinin İ cildinin 66-cı vərəqəsi). - Şabran Rayon Məhkəməsinin 5(031)-33/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixli əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qanuni və əsaslı hesab edilmişdir (cinayət işinin İ cildinin 78-79-cu vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1995-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam verilmişdir və onun üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur (cinayət işinin İ cildinin 81-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (cinayət işinin İ cildinin 83-cü vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-74/2-3586/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2003-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü oğlu X4 ibarət ailə tərkibi vardır (cinayət işinin İ cildinin 86-cı vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-74/2-3587/2024 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 87-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (cinayət işinin İ cildinin 92ci vərəqəsi). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X10 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4729 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs kannabionidlərdən və psixostimulyatorların istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cinayət işinin İ cildinin 94-95-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli ********* nömrəli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair görüntüləri özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cinayət işinin İ cildinin 97-104-cü vərəqələri). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədə göstərilmiş məlumatlara əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Orlov Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar vermişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözü gedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İİ siyahının (Psixotrop maddələr) 118-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin xeyli miqdarının (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədi 0,15 qramdır. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar dilərək götürülmüş 0,310 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetaminin əldə edilməsi, saxlanılması və daşınması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair" xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-ci il tarixli, 8 nömrəli Qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahidlərin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx.xx.2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 01 (bir) azyaşlı övladının olmasını, törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılıq hissi keçirməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Belə ki, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla barəsində təyin ediləcək azadlığın məhdudlaşıdılrması cəzasının müddətindən çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, İstiqlal küçəsi ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalı, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köcürülməli və iş üzrə maddi sübutlar Şabran Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza icraatından sonra qaytarılan 01 (bir) ədəd kağız paketdə 0,210 qram metamfetamin hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasına dair görüntüləri özündə əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işində saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla barəsində təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və onun barəsində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, İstiqlal küçəsi ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübutlar Şabran Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza icraatından sonra qaytarılan 01 (bir) ədəd kağız paketdə 0,210 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, şəxsi axtarış və götürmə aparılmasına dair görüntüləri özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işində saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar