Məhkəmə qərarları › İş №1(031)-6/2023

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-6/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-6/2023 08.02.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – fərdi qaydada fəaliyyət göstərən vəkillər – Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxxx 1995-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx xxxx 1989-cu il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 02 avqust 2022-ci il tarixdə saat 17 radələrində Şabran şəhəri M.Ə.Sabir küçəsində yerləşən “Qlobus” adı ilə məktəb ləvazimatlarının satışı kimi fəaliyyət göstərən dükanın yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 8 manat qarşılığında satış məqsədi olmadan 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,155 qram təşkil edən psixotrop maddə hesab edilən metamfetamini alaraq əynindəki idman şalvarının sağ yan cibinə yerləşdirməklə qanunsuz olaraq üzərində saxlamış, 03 avqust 2022 ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı o, Şabran şəhəri M.Ə.Sabir küçəsində saxlanılmış və üzərində keçirilmiş şəxsi axtarış zamanı sözügedən psixotrop maddə olan metamfetamin aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqla dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədilə əldə etdiyi təmiz çəkisi 0,267 qr təşkil edən psixotrop maddə olan metamfetaminin 0,155 qram təşkil edən 01 bükümünü 02 avqust 2022-ci il tarixdə saat 17 radələrində Şabran şəhəri M.Ə.Sabir küçəsində yerləşən “Qlobus” adı ilə məktəb ləvazimatlarının satışı kimi fəaliyyət göstərən dükanın yaxınlığında tanışı Şabran şəhər sakini Təqsirləndirilən şəxs1 08 manata satmış, 0,112 qram təşkil edən bir ədəd bükümü isə anası X3 məxsus, etibarnamə olmadan istifadə etdiyi “Opel Astra” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerində qanunsuz olaraq saxlamış, 03 avqust 2022-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı Şabran şəhəri H.Əliyev prospektində yerləşən “Avtobaza” kimi tanınan ərazinin yaxınlığında sözügedən “Opel Astra” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avomobil Şabran RPŞ-nə gətirilmiş və RPŞ-də avtomobilə onun iştirakı ilə baxış keçirilən zaman 01 ədəd təmiz çəkisi 0,112 qram psixotrop maddə hesab edilən metamfetamin avtomobilin saxlanc yerindən aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, Şabran şəhəri M.Ə.Sabir küçəsi ev 34 ünvanda ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təxminən 15-20 gündür ki, psixotrop maddə olan və “patı” kimi tanınan metamfetamindən istifadə edir. 02 avqust 2022-ci il tarixdə saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs2 zəng edərək onda patı olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs2 da 08 manat pula bir büküm patını ona sata biləcəyini dedikdən sonra o da Təqsirləndirilən şəxs2la razılaşıb, Şabran şəhəri M.Ə.Sabir küçəsinin yaxınlığında yerləşən “Qlobus” adlanan mağazanın yanına gedərək sonuncuya orada gözləyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 da idarə etdiyi “Opel Astra” markalı **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobillə ona yaxınlaşıb 01 bükümdə olan patını ona vermişdir. O da 08 manat pulu Təqsirləndirilən şəxs2 verdikdən sonra ondan aldığı 01 ədəd bükümdə psixotrop maddə hesab edilən metamfetamini əynindəki idman şalvarının sağ yan cibinə qoyub və yaşadığı evə çıxıb getmək istəyərkən 2-3 nəfər şəxs ona yaxınlaşıb, özlərinin RPŞ-nin əməkdaşları olduqlarını bildirərək onu Şabran RPŞ-nə dəvət etmişlər. O da həmin şəxslərə etiraz etmədikdən sonra onlarla birlikdə RPŞ-nə getmişdir. Şabran RPŞ-nin növbətçi hissəsində hüquq və vəzifələri Müdafiəçi2 iştirakı ilə ona izah edildikdən sonra üzərində şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. O da etiraz etmədikdən sonra müdafiəçinin iştirakı ilə videoçəkliş aparılarkən o, əynindəki idman şalvarının sağ yan cibindən Təqsirləndirilən şəxs2 08 manat pula aldığı 01 ədəd bükümdə patını təqdim etmişdir. Həmin psixotrop maddə 01 ədəd zərfə qoyularaq qablaşdırılıb və bu barədə protokol tərtib edildikdən sonra imzalarla təsdiq olunmuşdur. Etdiyi əməldən peşmançılıq çəkir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə hesab edilən marixuana və psixotrop maddə hesab edilən patıdan, yəni metamfetamindən əvvəllər istifadə etmiş, lakin hazırda istifadə etmir. Onun özünə məxsus “Opel Astra” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı və “Opel Astra” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. 02 avqust 2022-ci il tarixdə saat 19 radələrində Şabran şəhərində yerələşən “Avtobaza” adlanan ərazidə o, özünə məxsus “Opel Astra” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilində olduğu zaman 2-3 nəfər şəxs ona yaxınlaşaraq RPŞ-nin əməkdaşları olduqlarını bildirib onu RPŞ-nə dəvət etmişlər. O da həmin şəxslərə etiraz etməyərək onlarla birlikdə RPŞ-nə gəlmişdir. Şabran RPŞ-nin növbətçi hissəsində hüquq və vəzifələri Müdafiəçi1 iştirakı ilə ona izah edildikdən sonra üzərində şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. O da etiraz etmədikdən sonra müdafiəçinin iştirakı ilə videoçəkliş vasitəsilə onun üzərində şəxsi axtarış aparılan zaman üzərindən heç bir cinayət xarakterli əşya aşkar edilməmişdir. Bundan sonra ona məxsus “Opel Astra” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış zamanı bardaçokda bir ədəd siqaret kağızına bükülmş büküm aşkar edilmişdir. Həmin bükümün içərisində ağ rəngli psixotrop maddə hesab edilən metamfetaminəbənzər kütlənin olması müəyyən olunmuşdur. Avtomobildən aşkar edilmiş 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edildikdən sonra imzalarla təsdiq edilmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, onun “Opel Astra” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı və “Opel Astra” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. 02 avqust 2022-ci il tarixdə Meşə İdarəsinin qarşısında polis əməkdaşları onu “Opel Astra” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə saxlamış və polis şöbəsinə gətirmişlər. Polis şöbəsində həmin avtomaşına baxış keçirilmiş, həmin avtomaşında qanunsuz hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra onun “Opel Astra” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobili polis şöbəsinə gətirilmiş, həmin avtomobilə baxış keçirilərkən bardoçokda bir ədəd siqaret kağızına bükülmüş büküm aşkar edilmişdir. Aşkar edilmiş bükümdən xəbəri olmamışdır, yəni ona məxsus deyildir. O, Təqsirləndirilən şəxs1 əvvəllər tanısa da, onu son illərdə cəmi 3 dəfə görmüşdür. Natiqlə düşmənçiliyi yoxdur. O, Natiqə narkotik maddə satmamışdır. Natiq əvvəlcə onun üzünə durmamış, sonradan onu bayıra çıxardıb qaytardıqdan sonra üzünə durmuşdur. Bütün bunlarla yanaşı iki azyaşlı övladının olmasını, atasının rəhmətə getməsini, ikinci qrup əlil olmasını nəzərə alaraq ona köməklik olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin CAB-nin rəisi vəzifəsində işləyən Şahid1 göstərdi ki, 02 avqust 2022- ci il tarixdə Şabran RPŞ-nin PPXB-nün əməkdaşları – Şahid3, Savalan Məhərrəmov, Şahid2 və PPXB-nün tağım komandiri, polis leytenantı X15 şəhəri M.Ə.Sabir küçəsinin yaxınlığında bir nəfər şəxsi üzərində qanunsuz olaraq narkotik vasitələr saxlamasında şübhəli olduğu üçün saxlayaraq RPŞ-nə gətirmişlər. RPŞ-nə gətirilən zaman həmin şəxsin xx.xx.1995-ci il təvəllüdlü, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman sonuncunun əynindəki şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin kütlənin nə olduğunu, onu hansı yolla əldə etdiyini soruşduqda sonuncu, həmin kütlənin psixotrop maddə olan metamfetamin olmasını və onu həmin tarixdə 08 manat pul qarşılığında tanışı Şabran rayon sakini Elnur adlı şəxsdən şəxsi istifadəsi məqsədilə aldığını bildirmişdir. Bundan sonra müdafiəçinin, onun və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı X2 iştirakı ilə Təqsirləndirilən şəxs2 məxsus “Opel Astra” markalı **-TZ-*** qeydiyat nömrə nişanlı avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin saxlanc yerindən 01 ədəd siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş içərisində ağ rəngli kristal maddə olan büküm aşkar edilərək müvafiq aydada götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 göstərdi ki, 02 avqust 2022-ci il tarixdə polis nəfərləri – Şahid3 və Savalan Məhərrəmovla xidmətdə olduqları zaman Şabran şəhəri, M.Ə.Sabir küçəsinin yaxınlığında bir nəfər şəxsin sonradan müəyyən etdikləri Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 maşınının yanında dayandığını, onların bir-birlərinə nəsə verdiklərini, sonra isə Elnurun maşını sürüb getdiyini görmüşlər. Onlar bu vəziyyətdən şübhələndiklərinə görə Natiqi saxlayıb polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə Natiqin üzərinə baxış keçirilmiş, bu zaman sonuncunun cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm aşkar etmişlər. Təqsirləndirilən şəxs1 həmin kütlənin nə olduğunu və hansı yolla əldə etdiyini soruşduqda sonuncu, həmin kütlənin pisixotrop maddə olan metamfetamin olmasını və onu 08 manat pul qarşılığında tanışı Şabran rayon sakini Elnur adlı şəxsdən şəxsi istifadəsi məqsədilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 eyni markadan olan iki avtomobili vardır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 eynu məzmunlu ifadə verərək iş üzrə Şahid2 göstərdiyi halları təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 avqust 2022-ci il tarixli 6/4154 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,155 qram (tədqiqata sərf edildi 0.05 qram, qalıq 0.105 qram) ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 avqust 2022-ci il tarixli 6/4153 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Astra” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,112 qram (tədqiqata sərf edildi 0.05 qram, qalıq 0.062 qram) ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Astra” markalı **- TZ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş metamfetamin Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş metamfetaminlə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidir. Metamefetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5447 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asililiq sindrom (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müəalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5446 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs2 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görürülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Yarıyev X7 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4, 245, 66.2-ci maddələri ilə təqsirli bilinib 02 il 03 ay müddətə azadlıqdan mərum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 7(010)-622/2021 saylı qərarından görünür ki, Yasamal rayon məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4 və 245-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 həmin cəzasının 05 noyabr 2021-ci il tarixi üçün çəkilməmiş 06 ay 05 günlük hissəsi 06 ay azaldılmış, o qalan 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını 05 noyabr 2021-ci il tarixdən etibarən tam çəkib qurtardığına görə cəzaçəkmə müəssisəsindən dərhal azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 Yasamal rayon məhkəməsinin 19 iyun 2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş cəzanı qurtardığı gündən iki il keçməmiş yenidən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, bu əmələ münasibətdə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olması müəyyən edilmişdir. İş materiallarında olan Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olması nəzərə alınmamış və o, Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 11 ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli məktubdan görünür ki, Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 11 ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 İcra və probasiya şöbəsində qeydiyyata durmadığı üçün ona təyin edilmiş 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli 3757 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanda ailə üzvləri – atası X4, anası X5, qardaşı X8 və bacısı X6 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli 3756 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ərazidə sakinlərə hörmətlə yanaşmamış, yaxın qohumları və yoldaşlarının rəğbətini qazanmamışdır. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı şikayətlər daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov rayon məhkəmsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məkum edilmişdir. İş materiallarında olan Şabran rayon məhkəməsinin 28 fevral 2022-ci il tarixli 7(031)- 22/2022 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs2 barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə ona Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 1(005)-205/2021 saylı hökmü ilə təyin edilmiş 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 05 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan 02 il 06 ay 26 gün hissəsi 01 (bir) il azaldılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü madəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olması müəyyən edilməmişdir. Lakin iş materiallarında olan Şabran rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 çəkilməmiş 01 ay 29 gün azadlığın məhdudlaşdırlması cəzası qalmışdır. İş materiallarında olan AZ-İ seriyalı 837670 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ilə Məcidova Həmid Hicran qızı 22 fevral 2013-cü ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə Məcidova Həmid Hicran qızının rəsmi nikahlarından xx.xx.2013cü il tarixdə Şamil və xx.xx.2014-cü il tarixdə Zəhra adlı uşaqları olmuşdur. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 12 avqust 2022-ci il tarixli 2703 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 12 oktyabr 2022-ci il tarixli 3755 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ərazidə sakinlərə hörmətlə yanaşmamış, yaxın qohumları və yoldaşlarının rəğbətini qazanmamışdır. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı şikayətlər daxil olmamışdır. İş materiallarında olan “Şabran rayon mərkəzi xəstəxanası” X18 tərəfindən verilmiş 16 avqust 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 “Epilepsiya” diaqnozu ilə psixonevroloji kabinetdə, narkomaniya diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 ikinci dərəcəli əlildir. İş materiallarında olan 02 avqust 2022-ci il tarixli tutma protokolundan, eləcə də 04 avqust 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 02 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 04 avqust 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmənin çağırışlarına gəlmədiyinə görə onun barəsində axtarış elan edilməklə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Şabran rayon polis şöbəsi tərəfindən verilmiş axtarışda olan şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yeri Şabran şəhərində müəyyən edilərək tutulmuşdur. İş materiallarında olan 02 avqust 2022-ci il tarixli tutma protokolundan, eləcə də 04 avqust 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 02 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 04 avqust 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və məhkəmə ekspertizalarının rəyləri, eləcə də iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdılar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, məhkəmə onun ifadəsini özünü müdafiə etmək, cinayət məsuliyyətindən yayınmaq kimi qiymətləndirir və hesab edir ki, iş üzrə dindirilmiş şahid ifadələri, üzləşdirmə protokolu və məhkəmə ekspertizalarının rəyləri, eləcə də iş materiallarında olan toplanmış digər sübutlarla Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal aşkar edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlini etiraf edib peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ikinci dərəcəli əlil olmasını, “Epilepsiya” xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edərək, onlarınn törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini əsaslı hesab edir. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs1 barəsində hökm çıxarıldıqdan sonra, onun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunmuşdur. Ona görə də, məhkum Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs2 üzərində çəkilməmiş 01 ay 29 gün azadlığın məhdudlaşdırlması cəzası qalmışdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 228 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Respublika büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut hesab edilmiş və Şabran RPŞ-də saxlanılan – Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd bükümdə tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,105 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Astra” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş 01 ədəd bükümdə tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,062 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin məhv edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Şabran rayon məhkəməsinin 21 oktyabr 2022-ci tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla qismən birləşdirilərək üzərində qəti cəza olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 16 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Nərimanov rayon məhkəməsinin 29 aprel 2021-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla qismən birləşdirməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il 03 (üç) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə məsrəfi hesab olunan 228 (iki yüz iyirmi səkkiz) AZN məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. İş üzrə maddi sübut hesab edilmiş və Şabran RPŞ-də saxlanılan – Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd bükümdə tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,105 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Astra” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş 01 ədəd bükümdə tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,062 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqdim olunan vaxtdan) 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar