Məhkəmə qərarları › İş №1(031)-6/2024

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-6/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-6/2024 30.10.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi Nümayəndə və onun nümayəndələri X5 və Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1997-ci il tarixdə Tovuz rayonunun Xatınlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2023-ci il tarixdə, səhər saat 08:55 radələrində SV 024273 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan “D655 SEM” markalı, dövlət qeydiyyat nömrə nişanı olmayan yük qaldırıcı traktorla Şabran rayonunun Uzunboyad kəndi ərazisində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Yalama dəmir yolu xətlərinin 124-cü kilometrinin 7-ci piketində olan dəmir yolu keçidi istiqamətində təxminən saatda 10-15 kilometr sürətlə hərəkətdə olarkən Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanunun 44-cü maddəsinin 2-ci və 3-cü hissəsinin 5-ci bəndinin tələblərini pozmuş, yəni sürücü dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etməli, habelə keçidə qatar (lokomotiv, drezina) yaxınlaşdıqda (görünmə həddində) keçməməli olduğu halda bunlara əməl etməyərək idarə etdiyi “D655 SEM” markalı traktorun hərəkətini dayandırmadan dəmir yolunun qorunan hissəsində yerləşən dəmiryolu keçidinə yaxınlaşan elektrovozun gəldiyini görməli olduğu halda görməyib həmin keçidə daxil olan zaman traktorun ön sol tərəfi ilə elektrovozun ön sağ tərəfinin toqquşmasına, nəticədə toqquşmanın təsirindən traktor sağa doğru çevrilərək gözətçi məntəqəsinin yanında dayanmış, həmin keçidin gözətçisi olan Zərərçəkmiş şəxs başın və gövdənin müştərək ağır küt zədələnməsi, sol alın-təpə və ənsə sümüklərinin qəlpəli sınıqları, baş beyin maddəsinə və baş beynin yumşaq qişasına qansızmalar, baş beynin sərt qişasının cırılması, sol ağ ciyərin və dalağın cırılması, döş sümüyünün köndələn xətti sınığı, 2-3-cü qabırğaların ikitərəfli köndələn sınıqları, sol 2-3-4-5-6-7-8-9-cu qabırğaların soltərəfli qapalı köndələn sınıqları, sol said sümüklərinin qapalı qəlpəli sınığı, başın ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol alın-gicgah nahiyəsinin əziyi, sol çiyin qurşağının qançırı, sol said, sol bilək, sol əl, sol çanaq və sol diz nahiyələrinin sıyrılmış yaraları ilə müşaiyət olunmaqla sağlamlığa ağır zərər vurulmasına səbəb olan, habelə başın küt zədələnmələri nəticəsində kəllə qapağı sümüklərinin qəlpəli sınıqlarından törəyən baş beyin toxumasına və onun yumşaq qişasına geniş qansızmalar nəticəsində ölümü ilə nəticələnən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs göstərmişdir ki, o, özünü ona qarşı elan edilmiş ittihamda təqsirli bilir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə, səhər saat 08:00 radələrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Şabran rayonunun Güləmli kəndində yerləşən bazasında işə getmişdir. Həmin vaxt orada sahə rəisi işləyən Eldar adlı şəxs texnikaları qarajdan götürməyə icazə vermiş, o da texnikanı işə salıb qarajdan çıxarmışdır. Həmin vaxtı idarə etdiyi texnikanı “Mitsubishi” markalı minik maşını yanında saxlamış, maşında olan adını bilmədiyi bir nəfər ona Şabran rayonu ərazisindən keçən dəmir yolu xəttini keçib yolun qarşı tərəfində olan torpağı yük maşınlarına yükləməsini tapşırmışdır. O da, tapşırığa əsasən deyilən yerə getmək üçün yola çıxmışdır. xx.xx.2023cü il tarixdə, saat 08:50 radələrində qeyd etdiyi dəmir yolu xəttinə çatmışdır. Həmin vaxt orada şlaqbaum açıq vəziyyətdə olmuş, o da bunu görüb hərəkətini davam etdirmiş, texnikanı dayandırmamış və hərəkət surəti saatda 10-15 kilometr olmuşdur. Dəmir yolu xəttinin üzərində hərəkətə başlayarkən siqnal səsi eşitmiş, dərhal başını sola çevirmiş və həmin vaxt qatarın gəldiyini görmüşdür. Texnikanı arxa-arxaya vermək istəsə də bu mümkün olmamış, həmin vaxt qatarla onun istifadə etdiyim texnikanın arasında olan məsafə təxminən 15-20 metr olmuşdur. Qatarın maşinist olan hissəsinin sağ tərəfi yükləyici traktorun koğuşunun sol hissəsindən vurmuş, daha sonra qatar hərəkətdə olduğu üçün yükləyici traktorun hərəkət istiqamətini yolun sağına tərəf çevirmiş, həmin vaxt yükləyici traktorun koğuşu dəmir yolu xəttinin yaxınlığında yerləşən dəmir materialdan olan gözətçi məntəqəsinə dəymişdir. O, dərhal texnikadan düşüb orada kiminsənin olubolmadığına baxmaq üçün gözətçi məntəqəsinə yaxınlaşmış, həmin vaxt gözətçi məntəqəsində olan bir nəfər orta yaşlı şəxsin arxası üstə uzanıqlı vəziyyətdə baş nahiyəsindən xəsarət aldığını görmüşdür. Dərhal telefonunu adını xatırlamadığı hadisə yerində olan şəxslərdən birinə vermiş, təcili tibbi yardım maşınının çağırmasını xahiş etmişdir. Həmin şəxsi oradan əli ilə çıxarmaq istəsə də gücü çatmamış, daha sonra qatarın maşinistləri kömək üçün gəlmiş, lakin həmin şəxsi orada əllə çıxarmaq mümkün olmamışdır. Bundan sonra yükləyici traktorun kovuşu ilə butkanı qaldırıb orada xəsarət alan şəxsi çıxarmışdır. Həmin vaxt adını bilmədiyi xəsarət alan şəxs nəfəs almış, lakin təxminən 8-9 dəqiqə sonra həmin şəxs vəfat etmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Dəfələrlə ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi Nümayəndə ilə barışmağa, hətta sonuncuya təzminat olaraq 10 000 (on min) manat məbləğində pul vəsaiti təklif etsə də, aralarında barışığa nail olmaq mümkün olmamışdır. Xahiş edir ki, bu halları, o cümlədən himayəsində 02 (iki) azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilsin. Bundan əlavə Dövlət ittihamçısı suallarına cavab olaraq dəmir yolunun üstündə körpü olduğunu, körpüdən hadisə baş verməmişdən qabaq gələn qatarı görməyin mümkün olmadığını, qatar körpünün altından çıxanda və artıq yaxında olduğu zaman qatarı gördüyünü, idarə etdiyi texnika, yəni traktorun həmin vaxtı artıq relslərin üstünə çıxdığını, həmin vaxt traktoru saxlasa da artıq geri sürmək imkanının olmadığını, onlar tərəfindən ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üçü və yeddisində iştirak edildiyini, bundan sonra dayısı gilin razılıq əldə etmək üçün 10 000 (on min) manat pul apardıqlarını, lakin həmin pulun qəbul edilmədiyini, ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qohumlarının onlardan 34 000 (otuz dörd min) manat məbləğində pul istədiklərini, maddi vəziyyətinin hazırda bu məbləğdə kompensasiyanın onlara ödəməyə imkan vermədiyini, ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi ilə aralarında razılığın əldə edilmədiyini, ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi Nümayəndəsi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 suallarına cavab olaraq relslərin üstündə olanda qatarı gördüyünü, qatarın siqnalını eşitmədiyini, dəmiryoluna dayanmadan yaxınlaşdığını, lakin rəslərin üzərinə çıxmazda qabaq sağa-sola baxdığını, yolun açıq olmasını gördükdən sonra relslərin üstünə çıxdığını, hadisədən sonra traktordan tez düşdüyünü, mərhumun dəmirlərin altında qaldığını gördüyünü, traktorun koğuşunun da dəmirlərin üstündə olduğunu, koğuş qatarın harasına dəydiyini bilmədiyini, rraktordan düşüb mərhuma yaxınlaşanda onun üstündə bir neçə dəmirlərin olduğunu gördüyünü, müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 suallarına cavaba olaraq 25 (iyirmi beş) gün idi ki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyini, Şabran rayonunda yaşamadığını, yerli adam olmadığı üçün ərazini tanımadığını, körpünün qarşısını torpaq yığılmış təpələr və kol-kosun kəsdiyini, qatarı 65-70 metr məsafədən gördüyünü, işə başlayanda ona əlavə təlim keçdiklərini, texnikanı işlətməsinin yoxlanıldığını, texnikanı işlətməsi barədə kurs da keçdiyini, lakin bununla bağlı sertifikat almadığını, ona işə başlaması üçün yol verəqəsinin verilmədiyini, şlaqbaum açıq vəziyyətdə olduğunu görüb hərəkətini davam etdiyini, həmin vaxt idarə etdiyi texnikanı dayandırmadığını, qatarın 15-20 metr məsafə qalmış siqnal verdiyini, hadisə nəticəsində butkanın dağıldığını, qatar dayanandan sonra orada olanların hadisə yerinə gəldiklərini, relslərin üzərinə çıxanda qatarın gəlib-gəlməməsini görə bilmədiyini, sədrlik edənin sualına cavab olaraq qatar siqnal verən artıq yıxanda, onun isə həmin vaxt relslərin üzərində olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi Nümayəndə göstərmişdir ki, hadisənin baş verdiyi gün mərhum həyat yoldaşı Nemət İsgəndərovu işə yola salmışdır. O, kəndin yaxınlğında dəmir yolu keçidində növbətçi işləyirdi. Evləri ora yaxın yerləşdiyi üçün o, qatarın siqnalının səsini də eşitmiş və evdə öz-özümə demişdi ki, niyə qatar belə güclü siqnal verir. Onu hadisə yerinə gəlməyə qoymayıblar. Sonradan ona məlum olmuşdur ki, həyat yoldaşı hadisə yerində vəfat edib. Deyilənə görə hadisə butkanın yanında olub, qatarla traktor ilə toqquşmuş, traktor onun həyat yoldaşını vurub yıxmış, traktorun koğuşu da üstünə düşmüşdür. Deyilənə görə şlaqbaum açıq vəziyyətdə olmuş, lakin onun həyat yoldaşım uzun müddətdir ki, orada işləyir və çox məsuliyyətli işçi olmuşdur. Bütün qanunları da yaxşı bilirdi. Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş edir. Bundan əlavə Dövlət ittihamçısı suallarına cavab olaraq evinin yarımçıq qaldığını və həmin evin tikilib tamamlanmasını istədiyini, təqsirləndirilən şəxsin və onun qohumlarının əvvəllər barışığa gədiklərini, ona 8000 (səkkiz min) və ya 10000 (on min) manat məbləğində pul vəsaitini kompensasiya olaraq təklif edildiyini, lakin aralarında razılığın əldə edilmədiyini, sədrlik edənin suallarına cavab olaraq isə qarşı tərəfin gəlib onlara çox vədlər verdiklərini, orada onun yox, qohumlarının olduğu üçün bu vədlərin hamısı barədə məlumatının olmadığını, hazırda heç nə istəmədiyini və Təqsirləndirilən şəxs cəzasını çəkməsini tələb etdiyini bildirmişdir. Ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi Nümayəndəsi X5 göstərmişdir ki, mərhum Nemət İsgəndərov onun qızı Südabənin əri olmuşdur. O, Şabran rayonunun Rəhimli kəndi ərazisində dəmir yolu keçıdındə növbətçi işləyirdi. Bildiyinə görə Təqsirləndirilən şəxs budkada olan növbətçini görməyib, dəmir yolu keçidini keçib, qatarı görüb idarə etdiyi texnikanı saxlayıb, qatar traktoru vurub, traktorun koğuşu budkaya dəyib, budka və koğuş mərhumun üstünə düşüb. Bundan əlavə Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 sualına cavab olaraq nəzarətçiyə qatar gələndə məlumat verilmə olduğunu və bundan sonra nəzarətçinin də şlaqbaumu bağladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 51-2-ci maddəsinə əsasən videokonfrans əlaqə sistemindən istifadə edilməklə həmin Məcəllənin 332-ci maddəsinə əsasən dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin aparıcı eksperti X9 göstrəmişdir ki, Şabran rayon prokurorunun köməkçisi X25 oğlu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərara əsasən yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizası və “Yol-nəqliyyat hadisələri hallarının tədqiqi” təyin edilmiş və ekspertizanın aparılması ona həvalə olunmuşdur. O, ekspertizanı cinayət işinin materialları əsasında aparmış və belə nəticəyə gəlmişdir ki, “SEM D655” markalı, traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanunun 44-cü maddəsinin 2-ci və 3-cü hissəsinin 5-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs traktoru üzərində dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən, onun hərəkətlərində Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanunun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Bu barədə rəy vermiş və rəyi təsdiq edir. Bundan əlavə Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 suallarına cavab olaraq yol-nəqliyyat hadisələrinin ekspertizasının aparılması müddətinin 01 (bir) ay olduğunu, ekspertizanın keçirilməsi haqqında qərarın apreli ayının 26 verildiyini, 27 apreldə işin onların idarəsinə daxil olduğunu, 28 aprel isə rəyin verildiyini, rəyin hadisə yerinə baxış keçirilmədən cinayət işinin materialları əsasında verildiyini, Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanunun tələbinə görə dəmir yolu keçidinə yaxınlaşan zaman sürücü qatarın gəlib-gəlməməsinə əmin olmalı olduğunu, ekspertiza aparılarkən elmi-texniki hesabatlarla müəyyən sürücünün hadisənin qarşısını almağa texniki imkanı olduğunun müəyyən edildiyini, sürücünün qatarı 65 (altmış beş) metr məsafədə görməyə texniki imkanının olduğunu, ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi Nümayəndəsi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 sualına cavab olaraq hadisə zamanı toqquşmadan sonra traktorun gözətçini vurmasının iş materiallarında qeyd edildiyini, Dövlət ittihamçısı suallarına cavab olaraq isə hadisə zamanı sürücü birmənalı olaraq keçidə daxil olmamalı olduğunu və traktorun hərəkətdə olduğu zaman qatarla toqquşduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 51-2-ci maddəsinə əsasən videokonfrans əlaqə sistemindən istifadə edilməklə həmin Məcəllənin 332-ci maddəsinə əsasən dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində mühəndis-texniki ekspertizalar şöbəsinin aparıcı eksperti X6 göstrəmişdir ki, Şabran rayon prokurorunun köməkçisi X12 xx.xx.2023-cü il tarixli qərarı ilə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası və “Dəmiryol-texniki hadisələrin tədqiqi və əmək təhlükəsizliyinin tədqiqi” təyin edilmiş və ekspertizanın aparılması ona həvalə olunmuşdur. O, ekspertizanı cinayət işinin materialları əsasında aparmış və belə nəticəyə gəlmişdir ki, yol-nəqliyyat hadisəsinin baş vermə şəraitinin (mexanizminin) ekspertizanın təyin olunması haqqında qərarın təsviri hissəsində və iş materiallarında qeyd edildiyi kimi oldmuş, yəni maşinist Şahid1 və maşinist köməkçisi Şahid2 idarə etdikləri VL 11-M6-508-B nömrəli elektrovoz Bakı-Yalama dəmir yolunun 124-cü kilometrinin 7-ci piketində saatda 30-35 kilometr surətlə hərəkəti zamanı dəmir yolu xəttinin yanında olan yol keçidinə çatmamış və 400-500 metr qalmış elektrovozun qalın siqnalı ilə təxminən 30 (otuz) saniyə ara ilə bir neçə dəfə siqnal verilsə də, verilmiş siqnallara məhəl qoymayan Təqsirləndirilən şəxs idarə etdiyi yükləyici traktora təxminən 10-15 metr məsafə qaldıqda dəmiryolunun üzərinə çıxdığını görən zaman maşinistin təcili tormozlanmadan istifadə etmiş həmin tormoz yolunun (75 metr) qatarın hərəkəti üçün maneənin yarandığı anda traktor ilə elektrovoz arasındakı məsafədən (10- 15 metrdən) çox olduğunu nəzərə aldıqda, maşinist və maşinist köməkçisi tərəfindən “Azərbaycan Dövlət Dəmir X11 Qaydaları” - nın tələblərinin pozulması müəyyən edilmir və hadisənin qarşısının alınması üçün maşinist və maşinist köməkçisinin texniki imkanları olmamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi yükləyici traktorun qorunan dəmir yolu keçidində şlaqbaumun açıq qalması nəticəsində dəmir yolunun üzərinə çıxması halı baş vermiş hadisənin texniki səbəbidir. Qərarın təsviri hissəsində göstərilən hadisənin baş vermə şəraitini nəzərə almaqla, hadisə ərəfəsində yükləyici traktorun (traktorun kovuşunun) hər hansı işin görülməsini həyata keçirmədiyini, yəni hadisənin iş prosesinin (yüklərin yerdəyişməsi və s.) aparılması zamanı deyil, traktorun elektrovozla toqquşması zamanı baş verdiyini nəzərə alaraq, baş vermiş hadisə ilə əlaqədar texniki təhlükəsizlik qaydalarının tələblərinin pozulması halı müəyyən edilmir. Bundan əlavə Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 suallarına cavab olaraq qatarın saatda 40-45 kilometr sürətlə gələrsə keçidə 400-500 metr qalmış siqnal verməli olduğunu, qatarın sürücüsü 10-15 metrdən traktoru gördükdən sonra tormozlama apardığını, 75 metr tormoz izi olduğunu, qatarın sürücüsünün 65 metrdən traktoru görəcəyi təqdirdə belə vaxtında qatarı saxlamağa texniki imkanının olmayacağını, ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi Nümayəndəsi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 suallarına cavab olaraq isə qatarın siqnalının 400-500 metr məsafədən eşitməyin mümkün olub-olmadığını bilmədiyini və belə bir təcrübəsinin olmadığını bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 54-1 – 54-4-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı eyni məzmunlu ifadələr vermişlər və hazırki cinayət işi Şabran Rayon Məhkəməsinin sədri və hakimim vəzifəsini müvəqqəti icra etmiş X3 icraatında olduğu zaman məhkəmə iclasına dəvət edilərək dindirilmişdirlər. Bununla yanaşı cinayət işinin materiallarından görünür ki, adları hazırki cinayət işi üzrə şahid qismində keçən Şahid3 və Şahid4 xx.xx.2023-ci il tarixdə, səhər saat 08:55 radələrində Şabran rayonunun Uzunboyad kəndi ərazisində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Yalama dəmir yolu xətlərinin 124-cü kilometrinin 7-ci piketində baş vermiş yol nəqliyyat hadisənə şahid olmamışdılar və həmin şəxslər iş üzrə dolayı şahidlərdir. Məhkəmə iş üzrə müdafiə və ittiham tərəfinin işə şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 iştirakı olmadan baxılmasına etiraz etməmələrini nəzərə alaraq, hazırki işə şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 iştirakı olmadan baxılmasının cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadığı qənaətinə gəlmiş və hazırki işə şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixdə, saat 10:30-da keçirilmiş açıq məhkəmə baxışı iclasında Şahid3 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər 09:00 radələrində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yükdaşımalar departamentinin dispetçerləri ona mobil telefon vasitəsilə zəng edərək Bakı-Yalama dəmir yolu xətlərinin 124-cü kilometrinin 7-ci piketində olan dəmir yolu keçidi istiqamətində qatarla traktorun toqquşması və nəticədə traktorun kovuşunun həmin ərazidə keçid növbətçisi işləyən Neymət İsgəndərova dəyməsi nəticəsində sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi barədə məlumat vermişlər. O, dərhal hadisənin baş verdiyi yerə getmiş, oraya çatarkən Neymət İsgəndərovun meyitinin orada olduğu görmüşdür. Hadisə yerində olarkən ilkin olaraq şlaqbaumların açıq vəziyyətdə olması, traktorun sürücüsünün keçidin olduğu hissədə dayandığını görmüş və qatarın siqnal verdikdən sonra traktorun sürücüsünün texnikanı geri vermək istədiyini, lakin səhvən traktoru irəliyə hərəkət etdirməsi nəticəsində qatarla traktorun toqquşması və nəticədə traktorun kovuşunun Neymətə dəyməsi nəticəsində sonucunun aldığı xəsarətlərdən ölməsi barədə ona məlumat vermişlər. Bununla yanaşı hazırki cinayət işi üzrə xx.xx.2024cü il tarixdə, saat 12:30-da keçirilmiş məhkəmə iclasında Şahid1 göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Şabran stansiyasından hərəkətə başladıqdan sonra Bakı-Yalama dəmir yolu xətlərinin 124-cü kilometrinin 7-ci piketinə tərəf hərəkətdə olarkən qorunan dəmir yolu keçidinə 400-500 metr qalmış elektrovozun qalın siqnalı ilə təxminən 30 (otuz) saniyə ara ilə bir neçə dəfə siqnal vermişdir. Həmin qorunan keçidə təxminən 100 metr qalmış körpü var, körpünün altından çıxdıqdan sonra qorunan keçid tam görsənir. Onlar körpünün altından çıxıb qorunan keçidə tərəf gedərkən dəmir yol keçidində “Kon” markalı traktor dayandığını müşahidə etmişlər. O, siqnalı verənə qədər traktor dəmir yolu xəttinə çıxmamışdı. Həmin vaxt qatarın hərəkət sürəti saatda 30-35 kilometr olardı. Həmin istiqamətdə hərəkət sürəti saat 40 kilometr nəzərdə tutulmuşdur. Onun idarə etdiyi qatar yol keçidinə çatana yaxın traktor qəfil hərəkətə başlamış, həmin vaxt qatarla traktor arasındakı məsafə təxminən 10-15 metr olmuşdur. O, dərhal təcili tormozlanma etsə də traktorun sol ön təkəri elektrovozun sağ yuxarı tərəfindən dəymiş və qatar təxminən 70 metr məsafədən sonra dayanmışdır. Yol keçidindən keçən vaxt yolun hər iki istiqamətində şlaqbaumların açıq olduğunu, butkanın yaxınlığında isə yol keçidinin gözətçisinin olduğunu görmüşdür. Elektrovoz traktorun sol ön təkəri ilə toqquşduqdan sonra traktorun ön tərəfi sağa tərəf çevrilmiş, bu vaxt traktorun kovuşu gözətçini vurub butkaya tərəf salmış və traktorun kovuşu gözətçinin üzərinə düşmüşdür. O, maşinist köməkçisi Şahid2 ilə qatardan düşdükdən sonra dispetçerlə telefon əlaqəsi saxlamış və ona hadisə baş verdiyini bildirmişdir. O, orada olarkən yol çəkən işçilərə təcili tibbi yardım maşını çağırmalarını tələb etmişdir. Qatarı saxlayıb hadisə yerinə gəldikdə traktorun kovuşu artıq gözətçinin üzərində idi. Bundan sonra o, traktorun sürücüsünə demişdir ki, traktorun kovuşunu qaldırsın. Traktorun kovuşu qaldırdıqdan sonra gözətçi hələ də nəfəs alırdı və təxminən 10 (on) dəqiqə sonra həmin şəxs vəfat etmişdir. Həmin məhkəmə iclasında Şahid2 həmin iclasda göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Şabran stansiyasından hərəkətə başladıqdan sonra Bakı-Yalama dəmir yolu xətlərinin 124-cü kilometrinin 7-ci piketinə tərəf hərəkətdə olarkən qorunan dəmir yolu keçidinə 400-500 metr qalmış elektrovozun qalın siqnalı ilə təxminən 30 (otuz) saniyə ara ilə bir neçə dəfə siqnal vermişlər. Həmin qorunan keçidə təxminən 100 metr qalmış körpü var, körpünün altından çıxdıqdan sonra qorunan keçid tam görsənir. Onlar körpünün altından çıxıb qorunan keçidə tərəf gedərkən dəmir yol keçidində “Kon” markalı traktor dayandığını müşahidə etmişlər. Onlar siqnalı verənə qədər traktor dəmir yolu xəttinə çıxmamışdı. Həmin vaxt qatarın hərəkət sürəti saatda 30-35 kilometr olardı. Həmin istiqamətdə hərəkət sürəti saatda 40 kilometr nəzərdə tutulmuşdur. Onlar qatar yol keçidinə çatana yaxın traktor qəfil hərəkətə başlamış, həmin vaxt qatarla traktor arasındakı məsafə təxminən 10-15 metr olmuşdur. Qatarın maşinisti dərhal təcili tormozlanma etsə də traktorun sol ön təkəri elektrovozun sağ yuxarı tərəfindən dəymiş və qatar təxminən 70 metr məsafədən sonra dayanmışdır. Yol keçidindən keçən vaxt yolun hər iki istiqamətində şlaqbaumların açıq olmuş, butkanın yaxınlığında isə yol keçidinin gözətçisinin olduğunu görmüşdür. Elektrovoz traktorun sol ön təkəri ilə toqquşduqdan sonra traktorun ön tərəfi sağa tərəf çevrimiş, bu vaxt traktorun kovuşu orda dayanan gözətçini vurub butkaya tərəf dönmüş və traktorun kovuşu gözətçinin üzərinə düşmüşdür. O və maşinist qatardan düşdükdən sonra dispetçerlə telefon əlaqəsi saxlamışlar və ona hadisə baş verdiyini bildirmişlər. Bundan sonra o, qatarda qalmış, çünki qatarı boş qoya bilməzdi, maşinist isə getdi hadisə yerində dayanmışdır. Ancaq o, qatardan hadisə yerin müşahidə edə bilirdi. Həmçinin həmin məhkəmə iclasında Şahid4 İbrahim oğlu sahədə olan vaxt qatarın toqquşması səsini eşitdikdən sonra hadisə yerinə gəldiyini və qatarın elektrovozla toqquşduğunu gördüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 262.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmısdır (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli məlumatdan (telefonla ötürülən) görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 09:00 radələrində Şabran Rayon Polis X2 Şabran rayon prokurorluğuna xx.xx.2023-cü il tarixdə, saat 08:55-də, Şabran rayonunun Uzunboyad kəndi ərazisində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Yalama dəmir yolu xətlərinin 124-cü kilometrinin 7-ci piketində VL 11-M6-508-B qeydiyyat nömrəli elektrovozla həmin ərazidə aparılan tikinti işləri üzrə idarə olunan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus traktorun dəmir yolunun qorunan hissəsində yerləşən keçiddə toqquşması və nəticədə 01 (bir) nəfər şəxsin ölməsi barədə məlumat daxil olmuşdur (cinayət işinin İ cildinin 5-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Şabran rayonunun Uzunboyad kəndi ərazisindən keçən Bakı-Yalama dəmiryolu xəttinin 124-cü kilometrinin 7-ci piketində yerləşən dəmiryolu xəttidir. Dəmiryolu xəttinə təmir işləri ilə əlaqədar olaraq torpaq yolla getmək mümkündür. Dəmiryolu xətti iki relsdən ibarət olmaqla birtərəfli hərəkət üçün nəzərdə tutulmuşdur. Hadisə yerinə baxdıqda dəmiryolu relsinin üzərində 59 ədəd vaqon olmaqla 236 oxtan ibarət olmaqla çəkisi, 1849 ton, 2401 nömrəli yük qatarı ilə hərəkətdə olmuş VL11m6-508 nömrəli elektrovoz vardır. Elektrovozun sağ ön tərəfində zədə vardır. Dəmiryolu xəttinin sol istiqamətinə tərəf hərəkət etdikdə orada gözətçi məntəqəsinin və 1ədəd sarı rəngli yük qaldıran traktorun olduğu görünür. Dəmiryolu xəttinin həmin hissəsindən yolayrıcı vardır. Yolayrıcının hər iki tərəfində şlaqbaumlar vardır. Şlaqbaumlar açıq vəziyyətdədir. Şlaqbaumdan dəmiryolu xəttinə qədər olan məsafə 6,5 metrdir. Mərhum Zərərçəkmiş şəxs meyiti gözətçi məntəqəsindən sol tərəfdə 25 metr məsafədə arxası üstə uzanıqlı vəziyyətdə olmaqla üzəri adyalla örtülmüşdür. Hadisə yerində yükqaldıran traktora baxış zamanı onun sol ön təkərində toqquşma nəticəsində əmələ gələn zədənin olduğu və elektrovozun sağ ön hissəsindən qopmuş predmetin traktorun sol ön təkərinin disk hissəsində olduğu müşahidə edilir. Bundan başqa, yaşı rəngli gözətçi məntəqəsinin sağ tərəfi traktorun kovuşunun həmin hissəyə dəyməsi nəticəsində dağılmışdır. Elektrovozun ön hissəsindən toqquşma yerinə qədər olan məsafə 6,5 metr, gözətçi məntəqəsinin giriş nöqtəsindən relsə qədər məsafə 3 metrdir. Dəmiryolu xəttinə baxdıqda yolayrıcının sol tərəfində 150-200 metr uzaqlıqda yerüstü körpü vardır. Yolayrıcından baxdıqda görüş məsafəsi 300-400 metr təşkil edir. Baxış zamanı hadisə yerindən Zərərçəkmiş şəxs məxsus qara rəngli, smartfon tipli, “HUAWEİ” markalı mobil telefon aşkar edilərək götürülmüş, bundan başqa gözətçi məntəqəsinin içərisindən 1,2,3 və 4 nömrə ilə işarələnmiş qanabənzər ləkə nümunələri götürülərək zərfə qoyulub möhürlənərək protokola əlavə edilmişdir (cinayət işinin İ cildinin 6-21-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, meyitin əynində boz-yaşıl rəngdə qolsuz iş köynəyi, qəhvəyi rəngdə uzunqol yarımyun köynək, bənövşəyi rəngdə uzunqol köynək, qara “velvet” şalvar, boz mayka və ağ alt paltarı vardır. Paltarlar köhnədir, geyinilmişdir, üzərində qan ləkələri qeyd edilir. Paltarları çıxardıqda meyit kişi cinsli, düzgün bədən quruluşlu və kafi köklükdədir, boyu 170 santimetrdir. Dəri örtüyü solğun-ölü rəngdədir, əllədikdə soyuqdur. Meyit ləkəsi gövdənin arxa səthində tutqun bənövşəyi rəngdə yayılmışdır, barmaqla basdıqda itir və 0,5 dəqiqə ərzində bərpa olur. Meyit qacıması çənə və ətraf əzələlərində zəif inkişaf etmişdir. Başında 4-5 santimetr uzunluğunda qara-ağ tükləri vardır. Başın sol alın-gicgah nahiyəsində 14x9 santimetr sahədə deformasiya, ənsə nahiyəsində mərkəzdə 7x3 santimetr ölçüdə, kənarları nahamar, ucları kütbucaqlı, divarları bir-birindən aralı xətti formalı yara vardır, əllə yoxladıqda həmin nahiyələrdə sınmış sümük qəlpələrinin xırçıltısı qeyd edilir. Gözlərin və göz qapaqlarının sklerasına qansızmalar yoxdur. Bəbəklər dairəvi formadadır, diametri eynidir, 0,6 santimetrdir, buynuz qişa qəhvəyi rəngdədir. Əllədikdə burun sümükləri və qığırdaqları, qulaq seyvanı qığırdaqlärı tamdır, keçəcəklərdən ifrazat yoxdur. Dodaqların selikli qişası çəhrayı rəngdədir və zədəsizdir. Dişləri təbiidir, alt və üst çənədə hərəsində 02 (iki) ədəd dişlər yoxdur, olmayan dişlərin diş yuvalarının divarları hamarlaşmışdır, diş ətinə və əsnəyə qansızma yoxdur. Boynu orta uzunluqda, bədəninə müvafiqdir, zədəsizdir. Döş qəfəsi silindrik formadadır və simmetrikdir, qarın qabırğa bucaqları səviyyəsində yerləşir. Gövdənin arxa səthində xəsarətlər yoxdur. Xarici cinsiyyət üzvləri kişi tipi üzrə düzgün inkişaf etmişdir, zədəsizdir. Arxa keçəcək bağlıdır, ətraf dəri təmizdir və zədəsizdir. Yuxarı və aşağı ətrafların sümük-oynaq sistemi düzgün inkişaf etmişdir, sol said istisna olmaqla deformasiya, anomaliya, patoloji hərəkətlilik yoxdur. Sol saidin orta-aşağı üçdəbirində şişkinlik və əllədikdə sınıq qeyd edilir. Sol çiyin qurşağında 4x3 santimetr ölçüdə göyümtül oval qançır, sol said nahiyəsinin arxa səthində 21x6 santimetr, sol biləkdə 2,5x1,5 santimetr, sol əlin arxa səthində və sol əlin 5-ci barmağının arxa səthində 1,5x1 santimetr və 2x1 santimetr, sol çanaq nahiyəsində 2 ədəd 9x2,5 santimetr və 3x2 santimetr, sol dizin ön səthində 7x5 santimetr ölçülərdə sıyrılmış yaralar vardır. Meyitin xarici müayinəsində yuxarıda göstərilənlərdən əlavə digər dəyişikliklər aşkar olunmamışdır (cinayət işinin İ cildinin 22-32-ci vərəqələri). - 44 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, xx.xx.2023cü il tarixdə, saat 11:40-da keçirilmiş tibbi müayinə nəticəsində Təqsirləndirilən şəxs alkoqol, narkotik vasitələr, psixotrop maddələr və digər güclü təsir göstərən maddələr qəbul etmədiyi aşkar edilmişdir (cinayət işinin İ cildinin 47-ci vərəqəsi). - 45 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, xx.xx.2023cü il tarixdə, saat 11:40-da keçirilmiş tibbi müayinə nəticəsində Şahid1 Qacay oğlunun alkoqol, narkotik vasitələr, psixotrop maddələr və digər güclü təsir göstərən maddələr qəbul etmədiyi aşkar edilmişdir (cinayət işinin İ cildinin 48-ci vərəqəsi). - 46 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, xx.xx.2023cü il tarixdə, saat 11:40-da keçirilmiş tibbi müayinə nəticəsində Şahid2 alkoqol, narkotik vasitələr, psixotrop maddələr və digər güclü təsir göstərən maddələr qəbul etmədiyi aşkar edilmişdir (cinayət işinin İ cildinin 49-cu vərəqəsi). - AZ-İİ seriyalı, 299632 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə travmatik subaraxnoidal qansızma səbəbindən vəfat etmişdir (cinayət işinin İ cildinin 150-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxsin yaxın qohumunun hüquqi varisi qismində tanınması haqqında qərardan görünür ki, Nümayəndə ********* nömrəli cinayət işi üzrə ölmüş zərər çəkmiş şəxs X1 hüquqi varisi qismində tanınmışdır (cinayət işinin İ cildinin 153-154-cü vərəqələri). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 04 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin müayinəsində başın və gövdənin müştərək ağır küt zədələnməsi, sol alın-təpə və ənsə sümüklərinin qəlpəli sınıqları, baş beyin maddəsinə və baş beynin yumşaq qişasına qansızmalar, baş beynin sərt qişasının cırılması, sol ağ ciyərin və dalağın cırılması, döş sümüyünün köndələn xətti sınığı, 2-3-cü qabırğaların ikitərəfli köndələn sınıqları, sol 2-3-4-5-6- 7-8-9-cu qabırğaların soltərəfli qapalı köndələn sınıqları, sol said sümüklərinin qapalı qəlpəli sınığı, başın ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol alın-gicgah nahiyəsinin əziyi, sol çiyin qurşağının qançırı, sol said, sol bilək, sol əl, sol çanaq və sol diz nahiyələrinin sıyrılmış yaraları, başın və gövdənin yumşaq örtüyünə qansızmalardan ibarət bədən xəsarətləri aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi şəraitdə yarana bilər, yaranma müddəti şəxsin ölümündən qısa müddət əvvələ aiddir və xx.xx.2023-cü il tarixə uyğun gəlir və canlı adamlarda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt zədələnmələri nəticəsində kəllə qapağı sümüklərinin qəlpəli sınıqlarından törəyən baş beyin toxumasına və onun yumşaq qişasına geniş qansızmalar olmuşdur. Ölümün baş vermə vaxtı ilkin meyit əlamətlərinə əsasən onun meyidinin meyitxanada müayinə anından (xx.xx.2023-cü il, saat 12:00) 6 saata qədər əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya laborator tədqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cinayət işinin İ cildinin 171-174cü vərəqələri). - xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, “D655 SEM” markalı yük qaldırıcı traktor cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən ********* nömrəli cinayət işi üzrə naddi sübut hesab edilmiş və saxlanılması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir cinayət işinin İ cildinin 210cu vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/2813 nömrəli ekspert rəyindən görünür ki, yol-nəqliyyat hadisəsinin baş vermə şəraitinin (mexanizminin) ekspertizanın təyin olunması haqqında qərarın təsviri hissəsində və iş materiallarında qeyd edildiyi kimi olduğunu, yəni maşinist Şahid1 və maşinist köməkçisi Şahid2 idarə etdikləri VL 11-M6-508-B nömrəli elektrovoz Bakı-Yalama dəmir yolunun 124-cü kilometrinin 7-ci piketində saatda 30-35 kilometr sürətlə hərəkəti zamanı dəmir yolu xəttinin yanında olan yol keçidinə çatmamış, 400-500 metr qalmış elektrovozun qalın siqnalı ilə təxminən 30 (otuz) saniyə ara ilə bir neçə dəfə siqnal verilsə də, verilmiş siqnallara məhəl qoymayan Təqsirləndirilən şəxs idarə etdiyi yükləyici traktora təxminən 10-15 metr məsafə qaldıqda dəmiryolunun üzərinə çıxdığını görən zaman maşinistin təcili tormozlanmadan istifadə etdiyini, həmin tormoz yolunun (75 metr) qatarın hərəkəti üçün maneənin yarandığı anda traktor ilə elektrovoz arasındakı məsafədən (10-15 metrdən) çox olduğunu nəzərə aldıqda, maşinist və maşinist köməkçisi tərəfindən “Azərbaycan Dövlət Dəmir X11 Qaydaları” - nın tələblərinin pozulması müəyyən edilmir və hadisənin qarşısının alınması üçün maşinist və maşinist köməkçisinin texniki imkanları olmamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi yükləyici traktorun qorunan dəmiryolu keçidinə şlaqbaumun açıq qalması nəticəsində dəmiryolunun üzərinə çıxması halı baş vermiş hadisənin texniki səbəbidir. Qərarın təsviri hissəsində göstərilən hadisənin baş vermə şəraiti nəzərə alınmaqla, hadisə ərəfəsində yükləyici traktorun (traktorun kovuşunun) hər hansı işin görülməsini həyata keçirmədiyini, yəni hadisənin iş prosesinin (yüklərin yerdəyişməsi və s.) aparılması zamanı deyil, traktorun elektrovozla toqquşması zamanı baş verdiyini nəzərə alaraq, baş vermiş hadisə ilə əlaqədar texniki təhlükəsizlik qaydalarının tələblərinin pozulması halı müəyyən edilmir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir (cinayət işinin İ cildinin 221-225-ci vərəqələri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8/1206 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, SEM D655 markalı, traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanunun 44-cü maddəsinin 2-ci və 3-cü hissəsinin 5-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs traktoru üzərində dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanunun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil etmişdir (cinayət işinin İ cildinin 229-231-ci vərəqələri). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş 45 nömrəli, xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına və Şabran Rayon Mərkəzi Xəstəxanasının ilkin tibbi yardım haqqında arayışına əsasən Təqsirləndirilən şəxs bədəni üzərində başın təpə-ənsə nahiyəsinin əziyi, sol əlin 1-ci barmağının çıxığı, sol dizin sıyrığı və sol baldırın qançırı aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən şəraitdə yarana bilər, yaranma müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir (cinayət işinin İ cildinin 232-233-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayət işinin tövsif edilməsi, cinayət işinə hissəvi xitam verilməsi və cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 262.2-ci maddəsindən həmin Məcəllənin 263.2-ci maddəsinə tövsif edilmişdir (cinayət işinin İ cildinin 235-240-cı vərəqələri). - Tovuz rayon İcra Hakimiyyəti Başçısının Xatınlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Tovuz rayonunun Xatınlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İİ cildinin 23-cü vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1997-ci il tarixdə Tovuz rayonunun Xatınlı kəndində anadan olmuş Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir və onun üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur (cinayət işinin İİ cildinin 63-cü vərəqəsi). - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X24 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9823 nömrəli məktubdan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Tovuz rayonu, Xatınlı kəndi ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X17 müalicə olunmayıb (cinayət işinin İİ cildinin 140-cı vərəqəsi). - “Tovuz Rayon Mərkəzi Xəstəxanası” X24 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1244 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həkim-narkoloqun dispanser qeydiyyatında dayanmır (cinayət işinin İİ cildinin 142-ci vərəqəsi). - “Tovuz Rayon Mərkəzi Xəstəxanası” X24 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1247 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxshakim-psixiatrın dispanser qeydiyyatında dayanmır (cinayət işinin İİ cildinin 143-cü vərəqəsi). - SV seriyalı, 024273 nömrəli traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2022-ci il tarixdə verilmiş və xx.xx.2032-ci il tarixə kimi qüvvədə olan traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün T, TK, TT və H kateqoriyalı sürücülük vəsiqəsi vardır (cinayət işinin İİ cildinin 161-ci vərəqəsi). - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Qazax Dövlət X18in xx.xx.2023-cü il tarixli 3-22-35/2-78/2 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün T, TK, TT və H kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, həmin sürücülük vəsiqəsi hazırda qüvvədədir və Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Dövlət X18 tərəfindən heç bir məhdudiyyət qoyulmamışdır (cinayət işinin İİ cildinin 149-cu vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X26 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-16/-108224/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X26 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə xx.xx.2028-ci il tarixədək etibarlı olan AE 331764 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər-hansı məlumat qeydə alınmayıb (cinayət işinin İİ cildinin 151-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır (cinayət işinin İİ cildinin 152-159-cu vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cinayət işinin İİ cildinin 162-163-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İİ cildinin 180-ci vərəqəsi). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədə göstərilmiş məlumatlara əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.1-1-ci maddəsinə əsasən həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılan əmələ görə xarici dövlətin məhkəmə hökmünə əsasən yaranmış məhkumluq barədə məlumat cinayət təqibinin gedişində daxil olduqda və müvafiq hökm Azərbaycan Respublikasında qanunla müəyyən edilmiş qaydada tanındıqda, bu məhkumluq da cinayətlərin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınır. Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/5787 nömrəli ekspert rəyindən görünür ki, keçid növbətçisi mərhum Zərərçəkmiş şəxs elektrovoz yaxınlaşan zaman şlaqbaumu bağlamadığına görə “X13 istismarına dair Təlimat” – ın 4.5 və 4.6-cı bəndlərinin tələbləri onun özü tərəfindən pozulmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. - CMS – “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Təqsirləndirilən şəxs qohumluq məlumatlarına dair çıxarışdan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü X10 onun həyat yoldaşıdır və onun himayəsində xx.xx.2023-cü il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X8 adlı övladları vardır. - Ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi Nümayəndəsi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqdim edilmiş “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə həyata keçirilmiş mesajlardan görünür ki, Ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi Nümayəndə Təqsirləndirilən şəxs ona kompensasiya olaraq 10000 (on min) manat təkli etməsi barədə məlumatı olmuşdur. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanununun: 44-cü maddəsinin 2-ci hissəsinə əsasən sürücü dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etməlidir. 44-cü maddəsinin 3-cü hissəsinin 5-ci bəndinə əsasən keçidə girmək keçidə qatar (lokomotiv, drezina) yaxınlaşdıqda (görünmə həddində) qadağandır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 263-cü maddəsinə müvafiq olaraq avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, eləcə də bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur (Cinayət Məcəlləsinin 263.1, 263.1-1, 263.2, 263.3-cü maddələri). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin hadisənin təsadüfi axarı gedişatında ilk dəfə ehtiyyatsızlıqdan az ağır cinayət törədilməsinə dair etirafedici ifadəsinə, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisənin təsadüfü axarı gedişatında ehtiyyatsızlıqdan az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 02 (iki) azyaşlı övladının olmasını, cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə yardım göstərməsini, o cümlədən ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə dəfələrlə cəhd etməsini, həmçinin baş varmiş cinayət hadisəsi ilə bağlı ölmüş zərər çəkmiş şəxsin hüquqi varisinə 10 000 (on min) manat məbləğində kompensasiya təklif etməsinə baxmayaraq sonuncunun aralarında barışığın əldə edilməsinə razı olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Lakin, məhkəmə işin faktiki hallarını, o cümlədən Təqsirləndirilən şəxs hadisənin təsadüfü axarı gedişatında ehtiyyatsızlıqdan az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 02 (iki) azyaşlı övladının olmasını, cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə yardım göstərməsini, o cümlədən ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə dəfələrlə cəhd etməsini, həmçinin baş varmiş cinayət hadisəsi ilə bağlı ölmüş zərər çəkmiş şəxsin hüquqi varisinə 10 000 (on min) manat məbləğində kompensasiya təklif etməsinə baxmayaraq sonuncunun aralarında barışığın əldə edilməsinə razı olmamasını nəzərə alaraq, bununla yanaşı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/5787 nömrəli ekspert rəyinə əsasən ölmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs elektrovoz yaxınlaşan zaman şlaqbaumu bağlamadığına görə “X13 istismarına dair Təlimat” – ın 4.5 və 4.6-cı bəndlərinin tələbləri onun özü tərəfindən pozulduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddinin təyin edilməsi üçün əsasların və zərurətin olmadığı qənaətinə gəlir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan “655D SEM” markalı, 1** FB *** dövlət qeydiyyat nişanlı traktorun saxlanılması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verildiyi nəzərə alınmalı və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 185 (yüz səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356 və 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “655D SEM” markalı, 1** FB *** dövlət qeydiyyat nişanlı traktorun saxlanılması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verildiyi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 185 (yüz səksən beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar