Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-6/2025 22.01.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1985-ci il tarixdə Dəvəçi rayonunun Beynəlmiləl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmayan, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, cavabdeh kimi ondan xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü övladı X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(031)-88/2014 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2024-cü il tarixdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə icra baş idarəsi vasitəsilə İstintaq idarəsinə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat verilən xx.xx.2017ci tarixdən hazırkı təqdimat verilən xx.xx.2024-cü il tarixədək 4984 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki,xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü övladı X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(031)-88/2014 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə 03.06,2024-cü il tarixdə xəbərdar edilməsinə baxmayaraq icra baş idarəsi vasitəsilə istintaq idarəsinə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat verilən xx.xx.2017-ci tarixdən hazırki təqdimat verilən xx.xx.2024-cü il tarixədək 4984 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs xeyrinə ödəmədiyinin səbəbini fərdi əməklə, yəni fəhləliklə məşğul olmaqla ayda təxminən 300-400 manat məbləğində əldə etdiyi qazancının öz dolanışığına çətinliklə çatması, Zərərçəkmiş şəxs tərəfindən övladı ilə onun görüşməyinə maneə yaradılması, həmçinin məhkəmə qətnaməsindən yuxarı instansiya məhkəmələrinə şikayət vermədiyinə baxmayaraq, məhkəmənin qətnaməsi ilə razı olmadığı, onun faktiki imkanları nəzərə alınmadan yüksək məbləğdə aliment kəsildiyi üçün aliment borcunu qərəzli olaraq qəsdən ödəmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə verən zərər çəkmiş şəxs X5 bildirmişdir ki, smayılov Emin Səttər oğlu xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü övladı X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə ödənilməsinə dair Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(031)-88/2014 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2024-cü il tarixdə xəbərdar edilməsinə baxmayaraq, icra baş idarəsi vasitəsilə istintaq idarəsinə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat verilən xx.xx.2017-ci tarixdən hazırki təqdimat verilən xx.xx.2024-cü il tarixədək 4984 manat məbləğində aliment borcunu fərdi əməklə məşğul olmaqla, ayda 300-500 manat məbləğində qazanc əldə etməsinə baxmayaraq qərəzli olaraq ödəməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şabran rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Şahid göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü övladı X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(031)-88/2014 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2024-cü il tarixdə xəbərdar edilməsinə baxmayaraq, icra baş idarəsi vasitəsilə istintaq idarəsinə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat verilən xx.xx.2017-ci tarixdən hazırki təqdimat verilən xx.xx.2024-cü il tarixədək 4984 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs xeyrinə ödəməmişdir. Bu səbəbdən də toplanmış materiallar xx.xx.2024-cü il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün istintaq idarəsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin qərarla Şabran rayon İcra və Probasiya şöbəsində toplanmış material əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir (cinayət işinin 1-2-ci vərəqələri). İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət məsuliyyətinə cəlb etmə haqqında təqdimatdan görünür ki, Şabran rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə təqdimatla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət edilmişdir (cinayət işinin 6-7-ci vərəqələri). İş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(031)- 88/2014 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Təqsirləndirilən şəxs arasında xx.xx.2013-cü il tarixdə Şabran rayon Qeydiyyat şöbəsində bağlanmış 77 saylı nikah pozulmuş, cavabdeh Təqsirləndirilən şəxs hər ayda 100 manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2009-cu ildə təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir (cinayət işinin 8-9-cu vərəqələri). İş materiallarında olan Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 2(031)-88/2014 nömrəli mülki işi üzrə xx.xx.2014-ci il tarixli icra vərəqəsindən görünür ki, həmin mülki iş üzrə xx.xx.2014-cü il tarixdə qəbul edilmiş qətnamə müvafiq qaydada icraya yönəldilmişdir (cinayət işinin 10-cu vərəqəsi). İş materiallarında olan xx.xx.2014-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin qərar əsasında Şabran Rayon Məhkəməsinin 2(031)-88/2014 nömrəli, xx.xx.2014-cü il tarixli mülki işi üzrə icra vərəqəsi üzrə icraata başlanılmışdır (cinayət işinin 11-ci vərəqəsi). İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 303 nömrəli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin 2(031)-88/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsində göstərilən tələbi 10 (on gün) müddətində könüllü icra etməsi xahiş olunmuşdur (cinayət işinin 12-ci vərəqəsi). İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilən xx.xx.2015-ci il tarixli ərizədən görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)-88/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs hər ay ona 100 manat ödənilməli olsa da, Təqsirləndirilən şəxs heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir (cinayət işinin 20-ci vərəqəsi). İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 8(031)-635/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (cinayət işinin 27-ci vərəqəsi). İş materiallarında olan ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan şəxs barədə xx.xx.2015-ci il tarixli məlumat vərəqindən görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)-88/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində aliment olmaqla bugünədək yaranmış 2200 manat aliment pulu tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir (cinayət işinin 29-cu vərəqəsi). İş materiallarında olan borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının olmaması və ya yetərli olmamasının müəyyən edilməsi haqqında xx.xx.2016-cı il tarixli aktdan görünür ki, Şabran rayon İcra və Probasiya şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı Şabran rayonu, Ağalıq kəndi ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçiriblər və orada Şabran Rayon Məhkəməsi 2(031)-88/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsində göstərilən tələbin yönəldilə biləcəyi hər-hansı əmlak və ya qiymətli əşya aşkar edilməmişdir (cinayət işinin 34-35-ci vərəqələri). İş materiallarında olan xx.xx.2016-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şabran Rayon İcra Şöbəsinə təhvil verilmiş, izahatı alınmış və ona yaranmış 2200 manat aliment borcunu ödənilməsi təklif olunsa da, borclu yaranmış aliment borcunu ödəməyəcəyini bildirmişdir (cinayət işinin 39-40-cı vərəqələri). İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 3(031)-47/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə təqsirli bilinərək barəsində 10 gün müddətində inzibati həbs tətbiq edilmişdir. (cinayət işinin 44-cü vərəqəsi). İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilən xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)-88/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs hər ay ona 100 manat ödənilməli olsa da, Təqsirləndirilən şəxs heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs barəsində cinayət işi qaldırılmasını xahiş etmişdir. (cinayət işinin 46-cı vərəqəsi). İş materiallarında olan Şabran RİHB-nin Ağalıq İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Şabran rayonu, Ağalıq kəndində qeydiyyatdadır. Lakin hal-hazırda Ağalıq İƏD üzrə nümayəndəliyinin ərazisində yaşamır. Onun hesabında iri və xırdabutnuzlu mal-qara yoxdur (cinayət işinin 47-ci vərəqəsi). İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilən ərizədən görünür ki, Təqsirləndirilən şəxs o günədək ona olan aliment borcu ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi yoxdur (cinayət işinin 52-ci vərəqəsi). İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 1(031)-52/2017 nömrəli, xx.xx.2017-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməklə təqsirli bilinib qazancının 20 faizi dövlət nəfinə pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən həbsdə saxlanıldığı 37 gün bir günə üç gün hesablanmaqla ona təyin edilmiş 2 il islah işləri cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq qazancının 20 faizi dövlət nəfinə pul tutulmaqla 1 il 8 ay 9 gün islah işləri cəzası təyin edilmişdir (cinayət işinin 53-56 vərəqələri). İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 7(031)-12/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin 1(031)-52/2017 nömrəli, xx.xx.2017-ci il tarixli hökmü ilə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən və təyin edilmiş qazancının 20 faizi dövlət nəfinə pul tutulmaqla 1 il 8 ay 9 gün islah işləri cəzasından azad edilmişdir (cinayət işinin 57-59-cu vərəqələri). İş materiallarında olan Şabran RİHB-nin Ağalıq İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1985-ci il tarixdə Şabran rayonu, Ağalıq kəndində anadan olmuş, azərbaycanlı, bitərəf, orta təhsillidir və heç bir məhkumluğu olmamışdır. Ağalıq kəndində yaşadığı müddətdə özünü çalışqan, mehriban, səmimi bir insan kimi göstərmişdir. Birgə yaşayışqaydalarına riayət etməklə öz yoldaşları, qonşuları ümumilikdə, kənd camatı arasında zəhmətkeçliyi və çalışqanlığı ilə seçilmişdir. Bir insan kimi kənd ağsaqqallarının hörmətini qazanmışdır. Nümayəndəliyə onun barəsində Ağalıq kəndində yaşadığı dövr ərzində heç bir şifahi və yazılı şikayət daxil olmamışdır (cinayət işinin 60-cı vərəqəsi). İş materiallarında olan Şabran Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs barəsində Təqsirləndirilən şəxs başqa şəxslə nikahın bağlanması və nikahın ləğvi barədə akt qeydi aşkar edilməmişdir (cinayət işinin 61-ci vərəqəsi). İş materiallarında olan Şabran Rayon Qeydiyyat Şöbəsinin nikah kitabının 77-ci səhifəsindən çıxarışa əsasən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında nikah bağlanmış və boşanma kitabının 35-ci səhifəsindən çıxarışa əsasən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında nikah pozulmuşdur (cinayət işinin 64-cü vərəqəsi). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Şabran Rayon Məşğulluq Mərkəzi tərəfindən verilən xx.xx.2017-ci il tarixli, 243 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məşğulluq Mərkəzində işsiz və işaxtaran kimi qeydiyyatda deyil (cinayət işinin 65-ci vərəqəsi). İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilən xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)-88/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs hər ay ona 100 manat ödənilməli olsa da, hazırda 1200 manat aliment borcu vardır. Təqsirləndirilən şəxs aliment borcunu tələb etsə də, borcu ödməkdən yayınmışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasından ötrü barəsində toplanmış materialı hüquqi qiymət verilməsindən ötrü Ədliyyə Nazirliyinin İstinaq idarəsinə göndərilməsini xahiş etmişdir (cinayət işinin 70-ci vərəqəsi). İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)-88/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment tutulub 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməlidir. Təqsirləndirilən şəxs icra sənədi üzrə 1490 manat aiment borcu yaranmışdır. Təqsirləndirilən şəxs inzibati və cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (cinayət işinin 73-cü vərəqəsi). İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)-88/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment tutulub 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməlidir. Təqsirləndirilən şəxs icra sənədi üzrə xx.xx.2020-ci il tarixə 3190 manat aiment borcu yaranmışdır. Aliment borcunun alınmasında kömək edilməsini və borclu barəsində tədbir görülməsini xahiş etmişdir. (cinayət işinin 74-cü vərəqəsi). İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 3(031)-638/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə təqsirli bilinərək 8 gün müddətinə inzibati həbs edilmişdir (cinayət işinin 85-86-cı vərəqələri). İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)-88/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment tutulub 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməlidir. Təqsirləndirilən şəxs icra sənədi üzrə xx.xx.2022-ci il tarixə 3564 manat aiment borcu yaranmışdır. Təqsirləndirilən şəxs borcu ödəməkdən boyun qaçırdığına görə onun cinayət məsuliyyətinə cəlb edilməsini və materialların Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilməsini xahiş etmişdir. (cinayət işinin 89-cu vərəqəsi). İş materiallarında olan Şabran RİHB-nin Ağalıq İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Şabran rayonu, Ağalı kəndində yaşayır və qeydiyyatdadır. Təsərrüfatında iri və xırdabutnuzlu malqara yoxdur. Hal-hazırda işləmir. (cinayət işinin 91-ci vərəqəsi). İş materiallarında olan Şabran RİHB-nin Ağalıq İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1985-ci il tarixdə Şabran rayonu, Ağalıq kəndində anadan olmuş, azərbaycanlı, subay və heç bir məhkumluğu olmamışdır. Ağalıq kəndində yaşadığı müddətdə özünü çalışqan, mehriban, səmimi bir insan kimi göstərmişdir. Birgə yaşayış qaydalarına riayət etməklə öz yoldaşları, qonşuları ümumilikdə, kənd camatı arasında zəhmətkeçliyi və çalışqanlığı ilə seçilmişdir. Bir insan kimi kənd camatının hörmətini qazanmışdır. Nümayəndəliyə onun barəsində Ağalıq kəndində yaşadığı dövr ərzində heç bir şifahi və yazılı şikayət daxil olmamışdır (cinayət işinin 92-ci vərəqəsi). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X1 Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli vətəndaş Təqsirləndirilən şəxs məşğulluq məlumatları barədə məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində xx.xx.2022-ci il tarixdən işaxtaran şəxs kimi qeydiyyatda olduğu müəyyən edilmişdir (cinayət işinin 93-cü vərəqəsi). İş materiallarında olan borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının olmaması və ya yetərli olmamasının müəyyən edilməsi haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şabran rayon İcra və Probasiya şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Şabran rayonu, Ağalıq kəndi ünvanına baxış keçirmiş, Təqsirləndirilən şəxs hazırda kənddə yaşamadığını və Bakı şəhərində olduğunu müəyyən etmişdirlər. (cinayət işinin 96- 97-ci vərəqələri). İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)-88/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment tutulub 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməlidir. Təqsirləndirilən şəxs icra sənədi üzrə xx.xx.2023-cü il tarixə 4464 manat aiment borcu yaranmışdır. Aliment borcunun alınmasında kömək edilməsini və borclu barəsində tədbir görülməsini xahiş etmişdir (cinayət işinin 99-cu vərəqəsi). İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 3(031)-443/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə təqsirli bilinərək barəsində 10 gün müddətində həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir (cinayət işinin 107-111-ci vərəqələri). İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)-88/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment tutulub 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməlidir. Təqsirləndirilən şəxs icra sənədi üzrə hazırda 4764 manat aiment borcu yaranmışdır. Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanması üçün materialların Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilməsini xahiş etmişdir (cinayət işinin 112-ci vərəqəsi). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X1 Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli vətəndaş Təqsirləndirilən şəxs məşğulluq məlumatları barədə məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində işsiz kimi, xx.xx.2022-ci il tarixdən “Qoyunçuluq təsərrüfatı” istiqaməti üzrə Filial tərəfindən qeydiyyata alınmışdır (cinayət işinin 115-ci vərəqəsi). İş materiallarında olan Şabran RİHB-nin Ağalıq İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Şabran rayonu, Ağalı kəndində yaşayır. Təsərrüfatında iri və xırdabutnuzlu mal-qara yoxdur. (cinayət işinin 120-ci vərəqəsi). İş materiallarında olan Şabran RİHB-nin Ağalıq İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1985-ci il tarixdə Şabran rayonu, Ağalıq kəndində anadan olmuş, azərbaycanlı, subay və heç bir məhkumluğu olmamışdır. Ağalıq kəndində yaşadığı müddətdə özünü çalışqan, mehriban, səmimi bir insan kimi göstərmişdir. Birgə yaşayış qaydalarına riayət etməklə öz yoldaşları, qonşuları ümumilikdə, kənd camatı arasında zəhmətkeçliyi və çalışqanlığı ilə seçilmişdir. Bir insan kimi kənd camatının hörmətini qazanmışdır. Nümayəndəliyə onun barəsində Ağalıq kəndində yaşadığı dövr ərzində heç bir şifahi və yazılı şikayət daxil olmamışdır (cinayət işinin 121-ci vərəqəsi). İş materiallarında olan AZ-İİİ seriyalı, 050871 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, atası Təqsirləndirilən şəxs və anası Zərərçəkmiş şəxs olan X6 xx.xx.2009-cu il tarixdə doğulmuşdur (cinayət işinin 122-ci vərəqəsi). İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 2(031)-88/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixə qədər ödənilən aliment ödənişləri barədə cədvəldən görünür ki, qalıq borc 4884 manat təşkil etmişdir (cinayət işinin 130-cu vərəqəsi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxs kimi tanınmaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmış və ona məlumat verilmişdir (cinayət işinin 133-cü vərəqəsi). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, qazancının 20 faizi dövlət nəfinə ödənilməklə 2 il müddətinə islah işləri cəzasına məhkum olunmuş və Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən cəzadan azad edilmiş, hazırda məhkumluğu yoxdur (cinayət işinin 152-ci vərəqəsi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cinayət işinin 161-162-ci vərəqələri). İş materiallarında olan xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cinayət işinin 173-174-cü vərəqələri). İş materiallarında olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsilə elan olunmuş xx.xx.2024-cü il tarixli ittiham və barəsində həmin tarixli qərarla seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış və aparılan cinayət təqibi üçün əhəmiyyət kəsb edən ifadələr və digər sənədlər sübut kimi qiymətləndirilmişdir (cinayət işinin 176-179-cu vərəqələri). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda qeyd edilən məhkəmə aktlarına, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, CM-nin 306.1 və 306.2-ci maddələrinə müvafiq olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət əməli kimi, eyni əməllərin vəzifəli şəxs tərəfindən törədilməsi isə məsuliyyəti ağırlaşdıran tərkib əlaməti kimi müəyyən edilmişdir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, CM-in 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd olunan cinayət əməlinin obyekti qismində ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış fiziki və ya hüquqi şəxslərin, habelə dövlətin mənafeləri çıxış edir. Əməlin ictimai təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qərəzli şəkildə icra edilməməsi və ya ona maneçilik törədilməsi pozulmuş hüquqların bərpasını, təqsirli şəxslərin cəzalandırılmasını, dəymiş zərərin ödənilməsini və s. qeyri-mümkün etməklə dövlətin ədalət mühakiməsi sahəsində vəzifələrinin icrasına maneə yaradır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Şabran Rayon Məhkəməsinin 3(031)-443/2023 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarı ilə olmaqla dəfələrlə Şabran Rayon Məhkəməsinin 2(031)-88/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsində göstərilən tələbi icra etməməyə görə inzibati qaydada məsuliyyətə cəlb edilmiş, icra məmuru tərəfindən yeni müddət təyin edilməklə o, icra sənədini üzrsüz icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Lakin Təqsirləndirilən şəxs bundan sonra da icra sənədini icra etməmə kimi hərəkətlərini davam etdirməklə, icra sənədi üzrə tələb olunan məbləği ödəməmişdir. Bu da Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış və icrası məcburi sayılan məhkəmə qərarının qərəzli olaraq icra etməməsini bir daha təsdiq edir. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri cəzası, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, məhkəmə təqsirləndirilən şəxsin hazırki vaxtadək zərər çəkmiş şəxsə olan aliment borcunu ödəməməsini, ibtidai və məhkəmə istintaqında yayınmasını, barəsində həm ibtidai həm də məhkəmə istintaqı zamanı axtarış elan edilməsini nəzərə alaraq, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş alternativ cəzanın ona təyin edilməsi üçün əsas yoxdur. Belə ki, işin müəyyən olunmuş hallarından da göründüyü kimi, təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin 2(031)-88/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsi üzrə aliment borcunu qərəzli olaraq qəsdən ödəməmiş və məhkəmə istintaqı dövründə də yaranmış aliment borcunu ödəməyə cəhd etməmiş, buna dair hər hansı müsbət davranış sərgiləməmişdir. Bu hal onun qərəzli olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə laqeyd münasibətinin göstəricisidir. Ona görədə təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrumetmə cəzası təyin olunmaqla onun islah olunmasına, cəzanın məqsədinə nail olmaq olar. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli, onun barəsində seçiləcək həbs növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı və cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №1(031)-6/2025
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-6/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver