Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-60/2023 04.10.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X20 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Müdafiəçilər – Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkillər X5 və Müdafiəçi iştirakları ilə fərdi identifikasiya nömrəsi " xxxxxxx" olan, xx.xx.1993cü il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Şabran Rayon Məhkəməsinin 4(031)-24/2023 nömrəli prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarı ilə xx.xx.2023-cü il tarixdən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra AR CM) 234.2-ci maddəsi ilə fərdi identifikasiya nömrəsi "xxxxxxx" olan, xx.xx.1992-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 3 ünvanda yaşayan və barəsində xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 AR CM 234.2-ci maddəsi, Təqsirləndirilən şəxs1 isə AR CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi xx.xx.2023cü il tarixdə Şabran rayon prokurorluğu tərəfindən Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir və Şabran Rayon Məhkəməsində həmin material üzrə 1(031)-60/2023 nömrəli cinayət işi açılmışdır. Yuxarıda qeyd edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa dəqiq məlum olmayan vaxtda, mənbədən və miqdarda satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri müvafiq olaraq 0,391 qram, 0,245 qram və 0,083 qram olmaqla ümumi təmiz çəkisi isə 0,719 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini və 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,730 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ayaqyolusunda, 01 (bir) ədəd kibrit qutusunun içərisində 01 (bir) ədəd ağ rəngli polietilen bükümdə təmiz çəkisi 0,385 qram kustar üsulla hazırlanmış maddə metamfetamini evin sağ tərəfində yerləşən daş hasarın yanında yerdə satış məqsədilə qanunsuz olaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri nəticəsində o, yaşadığı evin yaxınlığında saxlanılmış, evinə keçirilmiş baxış zamanı ayaqyolundan 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri müvafiq olaraq 0,391 qram, 0,245 qram və 0,083 qram olmaqla ümumi təmiz çəkisi isə 0,719 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin və 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,730 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, evin sağ tərəfində yerləşən daş hasarın yanında yerdə 01 (bir) ədəd kibrit qutusunun içərisində 01 (bir) ədəd ağ rəngli polietilen bükümdə təmiz çəkisi 0,385 qram kustar üsulla hazırlanmış maddə metamfetamin, həmin ünvandan ümumilikdə çəkiləri 1,115 qram psixotrop maddə metamfetamin və 0,719 qram narkotik vasitə hesab olunan heroin, yaşadığı evin qonaq otağında olan mebel dəstinin içərisindən üzərində heroinin və metamfetaminin izləri olan 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüş və tanışı Təqsirləndirilən şəxs1 “Vaz 21074” minik, markalı **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən isə xx.xx.2023-cü il tarixdə, saat 01:00 radələrində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri nəticəsində ona məxsus olan üzərində psixotrop maddə metamfetamin izləri olan 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 0,336 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış bir ədəd bükümdə psixotrop maddə metamfetamini özünə məxsus Vaz 21074” minik markalı **-SG- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin salon hissəsində gizlədib qanunsuz olaraq saxlamış və xx.xx.2023-cü il tarixdə gecə saat 01:00 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Şabran rayonunun Xəlfələr kəndi ərazisində saxlanılaraq nəqliyyat vasitəsi ilə birlikdə Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və Şabran Rayon Polis Şöbəsində onun avtomobilinə keçirilmiş baxış zamanı sözügedən psixotrop maddə aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs2 Bakı şəhərindən gəlmişdi, o, onu Şabran şəhərində "Avtovağzal" kimi tanınan yerdən götürüb yaşadığı evə aparıb. Onun idarə etdiyi avtomobildə Təqsirləndirilən şəxs2 məxsus tərəzi qalmışdır, həmin tərəzini Təqsirləndirilən şəxs2 qaytarıb. Təqsirləndirilən şəxs2 həmin tərəzinin onun olmasını özü də təsdiq edib. Onun idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş narkotik vasitə ona məxsusdur və həmin narkotik vasitənin Təqsirləndirilən şəxs2 aidiyyatı yoxdur. Həmin narkotik vasitə köhnədən maşınında qalıb. Bundan əlavə Dövlət ittihamçısı suallarına cavab olaraq, narkotik vasitə istifadəçisi olduğunu, lakin uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etmədiyini, sonuncu dəfə təqribən 02-03 ay bundan qabaq narkotik vasitə istifadə etdiyini, idarə etdiyi avtomobildən aşkar edilmiş tərəzi təqribən mobil telefon boyda olardı, Təqsirləndirilən şəxs2 yaşadığı evə apardığı zaman zamanı tərəzinin onun avtomobilində qaldığını, sözü gedən tərəzinin onun idarə etdiyi nəqliyyat vasitəsinin "bardacok" adlanan əlcək bölməsində qaldığını, Şabran şəhərinə çatdıqdan təqribən 01-02 saat sonra Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını, tərəzinin onun maşınında qaldığını bildiyini, əvvəllər məhkum olunmadığını, Təqsirləndirilən şəxs2 tərəzini nə məqsəd ilə üzərində daşıdığını soruşmadığını, ailəli olduğunu, iki qız övladının olduğunu, qızlarının birinin 03 (üç) digərinin isə 06 (altı) yaşında olduqlarını, qızlarını gələcəkdə narkotik vasitə istifadəçisinə ərə verməyəcəyini, bir iki dəfə narkotik vasitədən istifadə etdiyini və bundan sonra narkotik vasitələrdən istifadə etməyəcəyini, Müdafiəçi suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 uzun müddətdir ki tanıdığını, bir məktəbdə oxuduqlarını və eyni küçədə yaşadıqlarını, Təqsirləndirilən şəxs2 normal bir insan kimi tanıdığını, heç vaxt Təqsirləndirilən şəxs2 narkotik vasitədən istifadə etməsinin və ya kiməsə narkotik vasitə satmasının şahidi olmadığını, sədrlik edənin sualına cavab olaraq isə avtomobildən tapılmış narkotik vasitənin ona məxsus olmadığını və ora haradan düşdüyünü bilmədiyini və bunun üçün ibtidai istintaqda özünü təqsirli bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, narkotik vasitələrdən istifadə edir, lakin narkotik vasitələrin satışı ilə məşğul olmur. Üzərindən narkotik vasitə aşkar edilməyib. Narkotik vasitələrin satışı ilə məşğul olsa idi üzərindən yəqin ki narkotik vasitə aşkar edilərdi. Sadəcə Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilmiş tərəzi və onun yaşadığı evdən aşkar edilərək götürülmüş ona məxsus narkotik vasitə ilə bağlı onu narkotik vasitələrin satışında ittiham edirlər. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq əvvəllər narkotik vasitələrin yayılması ilə bağlı məhkum edildiyini, Bakı şəhərində "Kubinka" adlanan ərazidən narkotik vasitə aldığını, narkotik vasitəni tanımadığı şəxsdən aldığını, sözü gedən əraziyə gedən kimi onu tanıyan narkomanların ona yaxınlaşaraq ona narkotik vasitə almağı təklif etdiklərini, narkotik vasitələri yaymadığını, narkotik vasitələrdən istifadə etdiyini, həm heroindən həm də metamfetamindən istifadə etdiyini, adətən metamfetamindən istifadə etdiyini, metamfetamin istifadə edərkən özünü "cin" kimi, heroin istifadə edərkən isə özünü "toyuq" kimi hiss etdiyini, həm metamfetamin həmdə heroin almasının səbəbi həmin narkotik vasitələri bir-birinə qataraq istifadə etməsi olduğunu, narkotik vasitələri ayrı-ayrı bükümlərdə aldığını, narkotik vasitələri aldığı zaman hər bükümü ayrı-ayrılıqda çəkib sonra aldığını, ona narkotik vasitə satan şəxslərin satış zamanı bükümlərin kağızının çəkisini ümumi çəkindən çıxmadıqlarını, həmin kağız vasitəsi ilə onu çəkidə aldatmaları üçün ora tərəzi ilə getdiyini, sədrlik edənin suallarına cavab olaraq isə müvafiq ekspert rəyi ilə Təqsirləndirilən şəxs1 nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş narkotik vasitənin onun yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə ilə eyni tərkibli olmasının səbəbinin ölkəyə gələn narkotik vasitələrin tərkibinin eyni olması olduğunu, Təqsirləndirilən şəxs1 narkotik vasitə satmadığını və onun yaşadığı evdən aşkar edilmiş elektron tərəzinin işləmədiyini, bu səbəbdən yeni tərəzi aldığını və həmin tərəzini də Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildə unutduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 göstərdi ki, Şabran Rayon Polis Şöbəsinin əməkdarları tərəfindən saxlanılan Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsindən narkotik vasitə və elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 saxlanılmasında o iştirak etməmiş, Şabran Rayon Polis Şöbəsinin digər əməkdaşları Təqsirləndirilən şəxs1 saxlayaraq Şabran Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər, lakin bundan sonra keçirilmiş müvafiq əməliyyat-axtarış təbirlərində o iştirak etmişdir və onun iştirakı ilə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 saxlanılmışdır. Təqsirləndirilən şəxs2 yaşadığı evə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilən zaman evdən narkotik vasitələr və elektron tərəzi aşkar edilərək götürülmüşdür və Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələrin ona məxsus olmalarını etiraf etmişdir. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirdikləri zaman narkotik vasitələrin bir hissəsini "ayaqyolunda", digər hissəsini isə sözü gedən fərdi yaşayış evinin həyətyanı sahəsində sağ tərədə olan hasarda gizlədildikləri yerlərdən tapdıqlarını, sədrlik edənin suallarına cavab olaraq isə Təqsirləndirilən şəxs2 yaşadığı evdən tapılmış elektron tərəzinin işləyib və ya işləmədiyini bilmədiyini və həmin tərəzinin Şabran Rayon Polis Şöbəsinin digər əməkdaşları tərəfindən qablaşdırılaraq götürüldüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 göstərmişdir ki, Şabran Rayon Polis Şöbəsinin əməkdarları tərəfindən saxlanılan Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsindən narkotik vasitə və elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 saxlanılmasında o iştirak etməyib. O, Təqsirləndirilən şəxs2 saxlanılmasında və evinə baxış keçirilməsində iştirak edib. Təqsirləndirilən şəxs2 yaşadığı evə tərəflərindən baxış keçirilən zaman evdən narkotik vasitələr və elektron tərəzi aşkar edilərək götürülmüşdür və Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələrin ona məxsus olmalarını etiraf etmişdir. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 yaşadığı evdən tapılmış elektron tərəzinin işləyib və ya işləmədiyini bilmədiyini, həmin tərəzinin qablaşdırılaraq götürülməsində iştirak etmədiyini, həmin vaxt sözü gedən evin həyətyanı sahəsində yerləşən yarımtikiliyə polis əməkdaşları tərəfindən keçirilən baxışda iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərmişdir ki, o, Şabran rayonunun Xəlfələr kəndi ərazisində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə xidmətdə olduğu zaman Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsini yolun kənarında saxlayaraq özünü şübhəli apardığını gördükləri üçün onun yanına yaxınlaşmağa başlayıblar. Bu saman Təqsirləndirilən şəxs1 əlindəki siqaret qutusunu maşının döşəməsinə atıb. Bundan sonra Təqsirləndirilən şəxs1 və onun idarə etdiyi nəqliyyat vasitəsi tərəflərindən Şabran Rayon Polis Şöbəsinə gətirilib, avtomobilə baxış keçirilən zaman nəqliyyat vasitəsindən narkotik vasitə və tərəzi aşkar edilərək götürülüb. Bundan sonra aparılmış araşdırma nəticəsində səhəri gün Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçiriblər, baxış zamanı Təqsirləndirilən şəxs2 "ayaqyolundan" çıxıb onların yanına gəlib, sonradan oradan və fərdi yaşayış evinin həyətyanı sahəsində sağ tərədə olan hasardan həmin evdən narkotik vasitə və evdən isə elektron tərəzi aşkar ediblər. Dövlət ittihamçısının sualına cavab olaraq həm Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etdiyini, müdafiəçi X1 cavab olaraq Təqsirləndirilən şəxs1 gecə vaxtı idarə etdiyi nəqliyyat vasitəsinin yanında dayandığı zaman polis əməkdaşlarının onun yanına yaxınlaşdıqlarını görən kimi əlindəki siqaret qutusunu tez maşının içinə atmasının onlara şübhəli gəldiyini və bu səbəbdən də Təqsirləndirilən şəxs1 saxladıqlarını, sədrlik edənin suallarına cavab olaraq isə Təqsirləndirilən şəxs2 narkotik vasitələri "ayaqyolunda" unitaza ataraq narkotik vasitələrdən qurtulmaq istədiyini, buna nail ola bilmədikdə isə narkotik vasitələrin yerini onlara göstərdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərmişdir ki, gecə saatlarında Şabran Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə xidmətdə olduğu zaman Şabran şəhərinin Xəlfələr kəndinə gedən yolda Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsini yolun kənarında saxladığını görüblər. Onlara verilmiş təlimata əsasən onlar gecə vaxtı yolun kənarında dayanmış nəqliyyat vasitələri gördükləri zaman həmin nəqliyyat vasitələrinə yaxınlaşıb hansı səbəbdən orada dayandığını ümumiyyətlə bunun nə məsələ olduğu öyrənməlidilər. Təqsirləndirilən şəxs1 onları gönə kimi ilk öncə avtomobildən yerə enib, sonra isə əlindəki siqaret qutusunu maşının içinə atdı. Həmin siqaret qutusuna baxış keçirdikləri zaman içində 01 (bir) ədəd kağız bükümdə narkotikə bənzər kütlə olduğunu gördülər. Bununla yanaşı sözü gedən nəqliyyat vasitəsindən 01 (bir) ədəd elektron tərəzi aşkar edildi. Bu halları öz komandirlərinə məruzə etdilər və bundan sonra Təqsirləndirilən şəxs1 Şabran Rayon Polis Şöbəsinin gətirib təhvil veriblər. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs2 evinə baxış keçirilməsində iştirak etmədiyini, həmin baxış zamanı onun Şabran Rayon Polis X19 Xidmətinin nəqliyyat vasitəsinin sürücüsü kimi çöldə baxışın keçirilib bitməsini gözlədiyini, Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsində olmadığını, lakin onları görən kimi siqaret qutusunu maşının içinə atdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 bildirmişdir ki, gecə saatlarında Şabran Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə xidmətdə olduğu zaman Şabran şəhərinin Xəlfələr kəndinə gedən yolda qırmızı "07" maşının yolun kənarında saxladığını, sürücünün də həmin nəqliyyat vasitəsinin yanında dayandığını görüblər. Həmin nəqliyyat vasitəsinin sürücüsü isə onları görən kimi avtomobilin qapısını açıq və maşının işinə siqaret qutusu atıb. Bu səbəbdən də polis əməkdaşları ona yaxınalaşaraq özlərini təqdim ediblər, bundan sonra nəqliyyat vasitəsindən narkotik vasitə və elektron tərəzi aşkar edilib. O, Təqsirləndirilən şəxs1 saxlanılmasında birbaşa iştirak etməyib, həmin vaxt idarə etdiyi Şabran Rayon Polis Şöbəsinin xidməti nəqliyyat vasitəsinin sükanı arxasında olub, sonrada hadisə yerinə yaxınlaşıb. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şabran Rayon Polis X19 Xidməti tağının manqa komandiri Şahid4 Şabran Rayon Polis Şöbəsinin rəisi X2 ünvanladığı xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Vaz 21074” minik, markalı **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə, saat 01:00 radələrində, Şabran rayonunun Xəlfələr kəndi ərazisində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır (cinayət işinin 1-ci cildinin 3-cü vərəqəsi). - "Şübhəli şəxsin tutulması" haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixə, saat 01:30-da şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin 1-ci cildinin 15-ci vərəqəsi). - "Şübhəli şəxsin tutulması" haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixə, saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin 1-ci cildinin 15-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli "baxış keçirilməsi" barədə protokoldan görünür ki, xx.xx.2023cü il tarixdə saat 01:50-dən 02:00-dək olan müddət ərzində iş üzrə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Vaz 21074” minik, markalı **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş baxış nəticəsində həmin nəqliyyat vasitəsindən 01 (bir) ədəd elektron tərəzi, 01 (bir) "LD" markalı siqaret qutusu və həmin siqaret qutusunun içərisində 01 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlə aşkar edilərək xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür (cinayət işinin 1-ci cildinin 19-cu vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6/3124 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, "tədqiqata təqdim edilmiş üzərində “...(imza) Orucəliyev...” sözləri yazılmış zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,336 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, kağız paketdəki bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixtrop maddələri” in siyahısına (Siyahı İ) daxildir"( cinayət işinin 1-ci cildinin 29-32-ci səhifələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Vaz 21074” minik, markalı **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən aşkar edilmiş metamfetaminin təmiz çəkisi 0,336 qram, tədqiqata həmin metamfetaminin 0,050 qram hissəsi sərf edilib və qalıq 0,286 qram təşkil edir (cinayət işinin 1-ci cildinin 33-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli "baxış keçirilməsi" barədə protokoldan görünür ki, xx.xx.2023cü il tarixdə, saat 17:15-dən 17:40-dək olan müddət ərzində Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış nəticəsində evin həyətyanı sahəsinin sol tərəfindən yerləşən ayaqyolunda mis çömçənin içərisində 02 (iki) ədəd sellofan bükümdə içərisində qəhvəyi rəngli narkotik vasitə hesab edilən heroinə bənzər kütlə, 01 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, ayaqyolunun yerindən 01 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş ağ rəngli içərisində psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlə, 01 (bir) ədəd borucuq, evin daş hasarının sağ hissəsində kərpiclərin altından 01 (bir) ədəd kibrit qutusunda içərisində 01 (bir) ədəd sellofan bükümdə ağ rəngli psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlə, mebel dəstinin içərisindən isə 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (cinayət işinin 1-ci cildinin 55-ci vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6/3132 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, "tədqiqata təqdim edilmiş üzərində “...imza A. Səfər ...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd kibrit qutusunun içərisində 01 ədəd ağ rəngli polietilen bükümdə təmiz çəkisi – 0,385 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində : “...A. Səfər ...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 02 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 0,391 qram, 0,245 qram, 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi – 0,083 qram, ümumi çəkisi – 0,719 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent əlamətlərinə və kimyəvi komponent tərkiblərinə eyni tərkibli narkotik vasitə olan heroindir. 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi – 0,730 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd 1 manatlıq pul əskinasında narkotik vasitə və psixotrop maddə aşkar edilmədi. Tədqiqata təqdim edilmiş üzərində “...imza S. Ağarzayev...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə olan 01 ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarı və təqdim edilən maddələr ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs2 məxsus 02 ədəd bükümdə psixotrop maddə metamfetamin ilə Təqsirləndirilən şəxs1 Şəkərli oğluna məxsus 01 ədəd bükümdə psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə eyni tərkiblidir. Heroin – xx.xx.2005-ci tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı” na daxildir (İ siyahı). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri” in siyahısına (Siyahı İ) daxildir"( cinayət işinin 1-ci cildinin 63- 66-cı vərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şabran Rayon Polis Şöbəsi tərəfindən ekspertlərə ümumi çəkisi 1,115 qram təşkil edən metamfetamin verilmişdir, həmin metamfetaminin 0,10 qram (hər ob. 0,05 qram) hissəsi tədqiqata sərf olunmuşdur və qalıq 1,015 qram təşkil edir (cinayət işinin 1-ci cildinin 67-ci vərəqəsi). - "Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi" haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində polsin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 1-ci cildinin 85-ci vərəqəsi). - Şabran Rayon Məhkəməsinin 4(031)-24/2023 nömrəli prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 1-ci cildinin 111-116-cı vərəqələri). - xx.xx.2023-cü il tarixli "əyanın maddi sübut kimi hesab edilməsi" haqqında qərardan görünür ki, ekspertiza icraatından sonra qaytarılan 1,015 qram metamfetamin, 0,236 qram metamfetamin, 0,569 qram heroin, 02 (iki) ədəd elektron tərəzi maddi sübut hesab edilərək saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutlar otağına təhvil verilmişdir, eləcə də Təqsirləndirilən şəxs1 üzərinə və avtomobilinə keçirilmiş baxış zamanı, Təqsirləndirilən şəxs2 üzərinə və evinə keçirilmiş baxış zamanı video çəkilişdən istifadə olunmuş və qeyd olunan video görüntülər 04(dörd) ədəd "CD" formatlı diskə köçürülərək maddi sübut kimi tanınaraq cinayət işinə əlavə dilmişdir (cinayət işinin 1-ci cildinin 129-cu vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi "xxxxxxx" olan, xx.xx.1992-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şabran şəhəri, Fizuli küçəsi, ev 19 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 ilk dəfə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir və o, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir (cinayət işinin 1-ci cildinin 155-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi "xxxxxxx" olan, xx.xx.1993-cü il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Milli Məclisinin "8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi" haqqında xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək barəsində həmin hökmlə təyin edilmiş cəza 06 (altı) ay müddətinə azaldılıb və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə o, barəsində təyin edilmiş cəzanın çəkilməmiş qalan 10 (on) ay 22 (iyirmi iki) gün hissəsindən şərti olaraq vaxtında qabaq azad edilmişdir (cinayət işinin 1-ci cildinin 156-cı vərəqəsi). - “Şabran Rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən Şabran Rayon Polis X7 müstəntiqi X16 ünvanlanmış xx.xx.2023-cü il tarixli, PHŞ-6-34/2-489/2023 nömrəli məktubundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 psixonevroloji və narkoloji kabinetdə dispanser qeydiyyatında yoxdur. Təqsirləndirilən şəxs2 isə psixonevroloji kabinetdə dispanser qeydiyyatda yoxdur, lakin xx.xx.2020-ci il tarixdən "Narkomaniya" diaqnozu ilə narkoloji kabinetdə dispanser qeydiyyatdadır (cinayət işinin 1-ci cildinin 157-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən Şabran Rayon Polis X7 müstəntiqi X16 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5-74/2-2578/-2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 1 ünvanında qeydiyyatdadır (cinayət işinin 1-ci cildinin 161-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-74/2-2279/3 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı küçədə özünü normal aparmış və birgə yaşayış qaydalarına riayət etmişdir. Ailə üzvlərinə qarşı mehribançılıq göstərmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmışdır. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır (cinayət işinin 1-ci cildinin 162-ci vərəqəsi). - Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-324/2022 nömrəli hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası haqqında işi üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarından görünür ki, Şabran Rayon Məhkəməsinin 1(031)-20/2020 nömrəli cinayət işi üzrə xx.xx.2020-ci il tarixdə qəbul edilmiş hökmü ilə AR CM 234.2-ci maddəsi ilə təqsirli bilinərək, AR CM 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Milli Məclisinin "8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi" haqqında xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək barəsində həmin hökmlə təyin edilmiş cəzasının müddəti 06 (altı) ay müddətinə azaldılmışdır (cinayət işinin 1-ci cildinin 164-165-ci vərəqələri). - Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-820/2022 nömrəli hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası haqqında işi üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarından görünür ki, Şabran Rayon Məhkəməsinin 1(031)-20/2020 nömrəli cinayət işi üzrə xx.xx.2020-ci il tarixdə qəbul edilmiş hökmü ilə AR CM 234.2-ci maddəsi ilə təqsirli bilinərək, AR CM 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-324/2022 nömrəli hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası haqqında işi üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarına əsasən barəsində həmin hökm ilə təyin edilmiş cəzasının müddəti 06 (altı) ay müddətinə azaldılmış Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş cəzanın çəkilməmiş qalan 10(on) ay 22 (iyirmi iki) gün hissəsindən şərti olaraq vaxtında əvvəl azad edilmişdir (cinayət işinin 1-ci cildinin 166-168-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 1(031)-20/2020 nömrəli cinayət işi üzrə xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs2 AR CM 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir və AR CM 69.3-cü maddəsinə əsasən onun barəsində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (cinayət işinin 1-ci cildinin 170-176-cı vərəqələri). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X18 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4232 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cinayət işinin 1-ci cildinin 177-178-ci vərəqələri). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X18 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4288 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cinayət işinin 1-ci cildinin 179-180-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-74/2-3115/23 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Şabran şəhəri, Fizuli küçəsi, ev 19 ünvanında qeydiyyatdadır (cinayət işinin 1-ci cildinin 181-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-74/2-3110/23 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi həyat yoldaşı xx.xx.1992-ci il təvəllüdlü X9, qızı xx.xx.2015-ci il təvəllüdlü X8 və qızı xx.xx.2019-cu il təvəllüdlü X3 ibarətdir (cinayət işinin 1-ci cildinin 182-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-74/2-3962 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvlərinə qarşı mehribançılıq göstərmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmışdır. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır (cinayət işinin 1-ci cildinin 183-cü vərəqəsi). AR CM 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. AR CM 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair" xx.xx.2020-ci il tarixli Qərarına əsasən AR CMnin 27.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadələr, iş üzrə şahidlərin məhkəmə baxışı iclasında verdiyi ifadələr və cinayət işinin digər materialları ilə Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi və saxlaması, Təqsirləndirilən şəxs1 isə satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi tamamilə sübuta yetirildi. Bu səbəbdən də məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 əməli AR CM-nin 234.2-ci maddəsi, Təqsirləndirilən şəxs1 əməli isə AR CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və onların barələrində həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikasının Qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. AR CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. AR CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. AR CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. AR CM-nin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. AR CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. AR CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. AR CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq AR CM-nin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsif təmin edilir. Azərbaycan Respublikası CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, “Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilib-ödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Məhkəmə AR CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini qismən etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə AR CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayətlərin residivi olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə AR CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə AR CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində iki yetkinlik yaşına çatmamış uşağının olmasını, törətdiyi əməli etiraf etməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. AR CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edərək, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi AR CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini əsaslı hesab edir. Bununla yanaşı cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş və əməlində cinayətin residivi vardır. Bu halları nəzərə alara məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək azadlıdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, AR CM-nin 55.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin hökm çıxarılanadək on səkkiz yaşı tamam olmamış şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər AR CM-nin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. AR CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə AR CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı, Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 8 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalı və hökmün icrası Təqsirləndirilən şəxs1 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Belə ki, AR CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. AR CM-nin 52-1.2-ci maddəsinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. AR CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır, Təqsirləndirilən şəxs1 yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 136 (bir yüz otuz altı) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir, iş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza icraatından sonra qaytarılan 1,015 qram metamfetamin, 0,236 qram metamfetamin, 0,569 qram heroin və 02 (iki) ədəd elektron tərəzi məhv edilməlidir və Təqsirləndirilən şəxs1 üzərinə və avtomobilinə keçirilmiş baxış zamanı, Təqsirləndirilən şəxs2 üzərinə və evinə keçirilmiş baxış zamanı video çəkilişdən istifadə olunması və qeyd edilən video çəkiliş nəticəsində əldə edilmiş video görüntülərin 04 (dörd) ədəd "CD" formatlı diskə köçürülərək maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və AR CPM-nin 344-358, 381, 384- 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 AR CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 02 (iki) gün müddət AR CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 8 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza icraatından sonra qaytarılan 1,015 qram metamfetamin, 0,236 qram metamfetamin, 0,569 qram heroin və 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 üzərinə və avtomobilinə keçirilmiş baxışın, Təqsirləndirilən şəxs2 üzərinə və evinə keçirilmiş baxışın video görüntüləri yazılmış 04 (dörd) ədəd "CD" formatlı diskin maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə məsrəfi hesab olunan 136 (bir yüz otuz altı) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X4, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 təqdim olunan vaxtdan) 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(031)-60/2023
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-60/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver