Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-61/2022 19.10.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Müdafiəçilər – fərdi qaydada fəaliyyər göstərən vəkillər – Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1990-cı il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə, xx xxx 1992-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 19 iyul 2022-ci il tarixdə saat 02 radələrində qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Şabran rayonu, Ağalıq kəndində həmin kəndin sakini Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirərək ona sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş “sağ mil sümüyünün aşağı ucunun yerdəyişməyən qapalı sınığı, başın sol gicgah nahiyəsinin yumşaq toxumalarının əziyi, sağ gözaltı nahiyənin, sağ bazu və sol said nahiyəsinin qançırları, hər iki dirsəyin, sol saidin, sol əlin birinci və beşinci barmaqlarının sıyrıqları” kimi bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs1 19 iyul 2022-ci il tarixdə saat 02 radələrində qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Şabran rayonu, Ağalıq kəndində həmin kəndin sakini Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ona sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş “sağ mil sümüyünün aşağı ucunun yerdəyişməyən qapalı sınığı, başın sol gicgah nahiyəsinin yumşaq toxumalarının əziyi, sağ gözaltı nahiyənin, sağ bazu və sol said nahiyəsinin qançırları, hər iki dirsəyin, sol saidin, sol əlin birinci və beşinci barmaqlarının sıyrıqları” kimi bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Müxtəlif yerlərdə fəhləlik etməklə məşğul olur. Ailədə iki uşaq olublar, bir bacı və bir qardaş. Bacısı Ruhanə 2014-cü il tarixdə Şabran şəhər sakini Kamil adlı şəxslə ailə qurmuş, o isə 2015-ci il tarixdə Şabran rayonu, Çölquşçu kənd sakini Şahid2 ilə ailə həyatı qurmuşdur və hazırda nikahdan iki övladı vardır. Şəfəq ilə ailə həyatı qurduqdan sonra münasibətlərinin hər zaman normal olmuş, ailə həyatı qurduqdan sonra Şəfəqlə birlikdə Şabran rayonu, Ağalıq kəndində yerləşən fərdi yaşayış evində anası və atası ilə birlikdə yaşamışlar. Ailə həyatı qurduqdan sonra Şəfəqin anası və atası ilə münasibətləri çox da yaxşı olmamışdır. Təxminən 2 ay əvvəldən başlayaraq bacısı Ruhanənin həmkəndlisi Natiqlə münasibətlərinin olmasından şübhələnmiş, şübhələnməyinin də səbəbinin onun ara-sıra Rusiya Federasiyasına gedib qayıtdıqdan sonra həyat yoldaşı Şəfəqin ona onun evdə olmayan zaman yaşadıqları evin həyətində gecələr Natiqi tez-tez gördüyünü söyləməsi olmuşdur. O, isə bu məlumatın doğru olub-olmamasını aydınlaşdırmaq məqsədilə Şəfəqə sakit qalmağı, heç kimə heç nə deməməyi məsləhət etmişdir. 16 iyul 2022-ci il tarixdə Bakı şəhərindən ailəsi ilə birlikdə yaşadıqları evə gəlmiş və şübhələndiyi vəziyyətlə bağlı atası və anası ilə mübahisə etmiş, buna görə də atası Qurban da bu barədə DİN-nin 102 xidmətinə müraciət etmiş, daha sonra isə öz ailəsini də götürərək əmisi Hicranın evinə getmişdir. Həmin günü sabahı, saat 11 radələrində həmkəndlisi Natiqlə yaşadıqları kənddə rastlaşmış, sonuncu ilə birlikdə onun avtomobili ilə Ağalıq meşəsi istiqamətində getmiş, orada yerləşən “Qara qoyunlu” kafesində sakit bir yerə çəkilib, ondan bacısı ilə hər hansı bir münasibətinin olub-olmamasını soruşmuş, Natiq isə cavabında bunun mümkün olmadığını bildirmiş, ardınca isə hər ikisi söyüş qoymuş, bu zaman ətrafda olan insanlar Natiqi onun yanından uzaqlaşdırmışlar. 18 iyul 2002-ci il tarixdə saat 17 radələrində həmkəndlisi Xanat adlı şəxsin Ağalıq kəndində olan zaman ona yaxınlaşaraq “Xəzər” kafesinə çörək yeməyə getməyi təklif etmiş, o, Xanatla razılaşaraq sonuncu ilə birlikdə kafeyə getmiş, kafedə olan zaman orada Xanata, bacısı və Natiqin münasibətlərinin olmasından şübhələndiyini söyləmiş, Xanat isə ona elə bir şeyin mümkün olmadığını söyləyərək Natiqə zəng edib onu kafeyə dəvət etmişdir. Təxminən 10-15 dəqiqə sonra Natiq kafeyə gəlmiş, hər üçü birlikdə oturub yemək yeyərkən Xanat baş vermiş narazılığı Natiqlə danışaraq sonuncu ilə onu barışdırmış, daha sonra isə onlar Natiqin maşını ilə kəndə qayıtmışlar. Həmin günün axşamı evdə olan zaman anası ilə söhbət etmiş, söhbət edən zaman yenidən Ruhanə ilə Natiq arasındakı münasibətlərdən söhbət düşmüş, söhbət zamanı anası ona hər şeyi yanlış anladığını bildirərək əslində Natiqin Ruhanə ilə deyil, onun arvadı Şəfəqlə əlaqəsinin olduğunu söyləmişdir. 19 iyul 2022-ci il tarixdə saat 01 radələrində kəndin mərkəzində olan zaman qohumu Təqsirləndirilən şəxs1 görmüş, sonuncudan mobil telefonunu istəmiş, Əli də öz telefonunu ona vermiş, ardınca isə Əlinin telefonu ilə Natiqə zəng edərək sonuncunu çölə çağırmış, daha sonra isə Əlinin telefonunu özünə qaytarmışdır. Bundan sonra kənddə “Dəyirman yolu” adlanan ərazidə Natiq və qardaşı Zamiqlə rastlaşmış, Natiqə arvadı Şəfəqlə münasibətinin olduğunu bildirərək sonuncunu yumruqla vurmuş, ardınca isə Natiq də onu vurmuş və orada əlbəyaxa olmuşlar. Bu zaman Natiqin qardaşı Zamiq onları aralaşdırmış, Natiq də onun əlindən çıxaraq qaçıb evlərinə getmiş, ardınca isə o, özü də geri dönərək əmisi Hicranın evinə getmişdir. Etdiyi əməldən peşmandır. Hazırda Zərərçəkmiş şəxs onunla barışmış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Odur ki, barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Ailəlidir və 2 övladı var. İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Hal-hazırda heç bir yerdə işləmir. Ancaq bu yaxın vaxta qədər icarə əsasında idarə etdiyi “Toyota-Prius” markalı avtomobillə Baki şəhərində taksi fəaliyyəti ilə məşğul olur. Kəndin bələdiyyə sədri Zərərçəkmiş şəxs tanıyır, bu vaxtadək aralarında ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs qarşı törətdiyi əməli etiraf edir, etdiyi əməldən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, Zərərçəkmiş şəxs ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Odur ki, barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşadığını, ailəli olmaqla 03 uşaq atası olduğunu, Şabran rayon Ağalıq kənd bələdiyyəsinin mühasibi kimi 2004-cü ildən, sədr kimi isə 2010-cu ildən işlədiyini, Təqsirləndirilən şəxs2 onun həmkəndlisi olduğunu və onunla münasibətinin hər zaman normal olduğunu, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində idarə etdiyi “Mitsubishi-Autlander” markalı avtomobillə təkbaşına Bakı-Xaçmaz magistral yolunun Ağalıq kəndindən keçən hissəsində yolun sağında ət mağazasının qarşısından keçdiyi zaman yolun qırağında Elvinin onu gördükdən sonra maşına əl edərək saxlatdırdığını və maşınına əyləşib ona “sür meşəyə tərəf sənə sözüm var” dediyini, buna görə də onun da avtomobili idarə edib, meşə ərazisinə sürdüyünü, daha sonra isə avtomobildən düşərək söhbət etdiklərini, söhbət zamanı Elvinin ona bacısı Ruhanə ilə əlaqəsinin olduğunu söylədiyini, onun isə Elvinə cavabında belə bir şeyin mümkün olmadığını, Elvinin isə cavabında bacısı ilə əlaqəsi olanın ünvanına nəlayiq ifadələr işlətdiyini, ardınca isə onun da öz avtomobilinə əyləşərək oradan uzaqlaşdığını, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində həmkəndlisi Xanad adlı şəxsin onun mobil nömrəsinə zəng edərək Elvinin də yanında olduğunu və onu “Xəzər” restoranına dəvət etdiyini, bu təkliflə razılaşaraq “Xəzər” kafesinə getdiyini, kafeyə getdikdən sonra hər üçünün yemək yeyərək söhbət etdiklərini, söhbət əsnasında Xanadın onları barışdırdığını və ardınca da hər üçünün onun avtomobili ilə birlikdə Ağalıq kəndinə qayıtdıqlarını, həmin gecə saat 02 radələrində evdə olan zaman Elvinin xalası oğlu Əli adlı şəxsin ona zəng edərək onunla görüşmək istədiyini, onun isə cavabında Əliyə artıq gec olduğunu və səhər görüşməyi təklif etdiyini, Əlinin isə cavabında səhər şəhərə gedəcəyini, buna görə də indi görüşmək istədiyini, nəticədə onun çölə çıxdığını, bu zaman Əlini idarə etdiyi “Toyota Prius” markalı avtomobili ilə onun evinin qarşısında gördüyünü, ona yaxınlaşanda Əlinin ona avtomobilə oturmağı təklif etdiyini və onun da bu təklifi qəbul etdiyini, avtomobilə əyləşdikdən sonra söhbət etdiklərini, Əlinin isə avtomobili idarə edərək kəndin mərkəzinə sürdüyünü, kənddə yerləşən dəvə heykəlinə yaxınlaşdıqda avtomobili yolun kənarında saxladığını, avtomobili saxladıqdan sonra Əlinin ona “Xanad kimdir ki, sizi barışdırıb” dediyini və ardınca da maşının içərisində Əlinin ona yumruq atdığını, onun isə Əlinin yumruğunu tutub ona “sən nə edirsən, nə məsələdir” söylədiyini, Əlinin bu hərəkətini görüb cəld maşınından yerə düşdüyünü, avtomobildən düşdükdən sonra avtomobildən təxminən 50 metr kənarda mağazanın qarşısında 5-6 nəfəri görərək onlara tərəf qaçdığını, ora çatan zaman isə həmin şəxslərin içərisində Elvini də gördüyünü, həmin yerə çatdıqda Elvinin onun ayağının qarşısına ayağını qoyduğuna görə yerə yıxıldığını, bu zaman Elvin və ardınca ora gələn Əlinin onu döyməyə başladıqlarını, bu zaman həmin yerdə Elvinin əmisi oğlanları – Rauf və Əli adlı şəxslərin də orada olduğunu, həmin şəxslərin onlara müdaxilə etdiyini, bundan əlavə Elvin və Təqsirləndirilən şəxs1 onu döyərkən onun üzərində olan iki telefonundan birinin yerə düşdüyünü, həmin şəxslərdən kiminsə əyilərək həmin telefonu götürdüyünü, ancaq həmin şəxsin kim olduğunu görmədiyini, ardınca da həmin ərazidən uzaqlaşdıqdan sonra bu barədə DİN-nin 102 xidmətinə məlumat verdiyini, hazırda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır, onlara qarşı heç bir tələbi və şikayəti yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə rəsmi ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, Şabran rayonu, Rəhimli kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən 3 ilə yaxındır ki, ünvan 5 nümayəndəsinin müavini vəzifəsində çalışır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində idarədə olan zaman işlə bağlı Natiqlə telefon əlaqəsi saxlamışdır. Bu zaman telefonu Natiq deyil, Ağalıq kənd sakini Daşqın Talıbov götürmüşdür. O, Daşqından Natiqin telefonunun onda nə üçün olduğunu soruşduqda, sonuncu, ayın 19-u kəndin mərkəzində dava olduğunu və onun da həmin ərazidən keçdiyini, bu zaman yerdən bir ədəd mobil telefon tapdığını, həmin mobil telefonun kimə məxsus olduğunu camaatdan soruşduqda isə kənd əhalisinin ona həmin ərazidə dava olduğunu, çox güman ki həmin telefonun da Natiqə məxsus olduğunu, buna görə də telefonu Natiqə vermək üçün özündə saxladığını demişdir. Bu zaman o da Daşqına telefonu ona verməsini, onun Natiqə telefonu özünün verəcəyini bildirmişdir. O, da elə həmin gün mobil telefonu ona vermişdir. Mobil telefon “Apple-6S” markalı mobil telefon olmuş və telefonun ekranı qırılmışdır. O, da telefonu aldıqdan sonra Natiqin digər nar nömrəsinə zəng etmişdir. Bu zaman Natiq ona hal-hazırda polis şöbəsinə getdiyini və daha sonra onunla əlaqə saxlamalı olduğunu söyləmişdir. O, da ardınca həmin günün axşamı yenidən Natiqlə əlaqə saxlamışdır. Natiq isə bu səfər vaxtı olmadığını, buna görə də səhər görüşə biləcəyini söyləmişdir. O, da onunla razılaşmışdır. Həmin günün səhəri Natiqin evinə gedərək onunla evində görüşmüş və telefonu da ona vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Şabran rayonu, Çöl-Quşçu kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır . Özü heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2la 2015-ci ildə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra o, Natiqin valideynləri ilə birlikdə Şabran rayonu, Ağalıq kəndindəki evlərində yaşamış, nikahlarından iki övladı olmuş, ailə həyatı qurduqdan sonra Elvinlə münasibətləri çox da yaxşı olmamış, bundan əlavə həm qaynanası, həmdə ki, baldızı Ruhanə ilə də münasibətləri çox da yaxşı olmamışdır. Hal-hazırda Elvinlə münasibətləri yaxşı olmadığına görə boşanma ərəfəsindədir, bundan əlavə Şabran rayonu, Ağalıq kənd sakini Zərərçəkmiş şəxs ilə aralarında heç bir münasibəti də yoxdur. İş üzrə şahid qismində dindirilmiş X1 Musayevin və Təqsirləndirilən şəxs2 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir və iki övladı var. Həm qızı, həm də oğlu evlidirlər. Elvin 2016-cı ildə Şabran rayon sakini Şəfəq adlı xanımla ailə həyatı qurmuş, ailə həyatı qurduqdan sonra Elvin ailəsi ilə birlikdə ata evində onlarla birlikdə qalmış, Elvinin Şəfəqlə olan nikahdan iki övladı dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra Şəfəqin onlarla münasibətləri hər zaman normal olmuş, 2022-ci ilin iyun ayında oğlu işləmək məqsədilə Bakı şəhərinə getmiş, iyul ayında isə Elvin ailəsini də götürərək Bakı şəhərinə aparmışdır. 2022-ci ilin iyul ayının ortalarında Elvin hələ Bakı şəhərində olan zaman onunla telefon əlaqəsi saxlayaraq bacısı Ruhanənin həmkəndlisi Natiq ilə münasibətinin olduğunu söyləmiş, o isə Elvinə cavabında elə bir şeyin mümkün olmadığını bildirmişdir. Həmin günün səhərisi Elvinin ailəsini də götürərək evə gəlmiş, evə gəldikdən sonra Elvin, bacısı Ruhanə ilə Natiqin münasibətinin olmasını əsas gətirərək evdə mübahisə salmış, o və əri isə Natiqi sakitləşdirə bilmədiklərinə görə məcbur olub DİN-nin 102 xidmıtinə müraciət etmişlər. Polis əməkdaşları isə gəldikdən sonra Elvin sakitləşərək ailəsini də götürərək əmisi Hicranın evinə getmişdir. Növbəti gün isə ona və ailəsinə həmkəndliləri olan Natiqin onun qızı ilə yox, gəlini Şəfəqlə münasibətinin olduğunu öyrənmişdir. Hələ 2022-ci ilin may ayında evdə olan zaman evin arxa həyətinə keçəndə Natiqlə Şəfəqi tək başlarına həyətdə söhbət etdiklərini görmüş və Natiqdən orada nə etdiyini soruşduqda, sonuncu, su içmək məqsədilə həyətə girdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 anası Şahid7 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, Şabran rayonu, Ağalıq kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Ailəlidir və 2 övladı var. Təxminən 3 ilə yaxındır ki, "xxxx" MMC-də çilingər işləyir. xx.xx.2022-ci il tarixdə saat 02 radələrində yaşadığı evdə yatan zaman çöldən səs-küyün gəldiyini eşitmiş, buna görə də paltarını geyinərək çölə çıxmış, bu zaman kəndin mərkəzində dava-dalaş olduğunu görmüş, ancaq artıq çölə çıxan zaman davanın qurtarmış olduğunu görmüş, bundan əlavə havanın da qaranlıq olduğuna görə hər şeyi tam aydın görə bilməmişdir. İş üzrə şahid qismində dindirilən Şahid5 qardaşı Şahid6 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəmə-tibb ekspetizasının xx.xx.2022-ci il tarixli 149 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ mil sümüyünün aşağı ucunun yerdəyişməyən qapalı sınığı, başın sol gicgah nahiyəsinin yumşaq toxumalarının əziyi, sağ gözaltı nahiyənin, sağ bazu və sol said nahiyəsinin qançırları, hər iki dirsəyin, sol saidin, sol əlin birinci və beşinci barmaqlarının sıyrıqları bərk küt əşyanın təsirindən alınmışdır, müayinə olunanın ilkin məlumatda, eləcə də qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə küt əşya ilə vurulan zərbələr nəticəsində alınması mümkündür, bütövlükdə aşkar olunmuş xəsarətlər səhhətin uzun müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ idarəsi tərəfindən verilmiş 25 avqust və 07 sentyabr 2022-ci il tarixli tələbnamələrdən görünür ki, müvafiq olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış şəxslərdir. İş materiallarında olan Şabran RİH Başçısının Ağalıq İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2022-ci il tarixli 208 saylı xasiyyətnamədən görünür ki, Əsədov X9 rayonu Ağalıq kəndində yaşadığı müddətdə özünü çalışqan, mehriban və səmimi bir insan kimi göstərmişdir. Birgəyaşayış qaydalarına riayət etməklə öz yoldaşları, qonlşuları, ümumilikdə kənd camaatı arasında zəhmətkeşliyi və çalışqanlığı ilə seçilmişdir. Onun barəsində Ağalıq kəndində yaşadığı dövr ərzində heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Ağalıq İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2022-ci il tarixli 211 saylı arayışdan görünür ki, Əsədov X9 rayonu Ağalıq kəndində qeydiyyatdadır və ailə tərkibi – arvadı X12, uşaqları – 2105-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1d Əli oğlu, 2019-cu il təvəllüdlü X5 idarətdir. İş materiallarında olan Şabran RİH Başçısının Ağalıq İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 avqust 2022-ci il tarixli 213 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şabran rayonu Ağalıq kəndində yaşadığı müddətdə özünü çalışqan, mehriban və səmimi bir insan kimi göstərmişdir. Birgəyaşayış qaydalarına riayət etməklə öz yoldaşları, qonlşuları, ümumilikdə kənd camaatı arasında zəhmətkeşliyi və çalışqanlığı ilə seçilmişdir. Onun barəsində Ağalıq kəndində yaşadığı dövr ərzində heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Ağalıq İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 avqust 2022-ci il tarixli 212 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Şabran rayonu Ağalıq kəndində qeydiyyatdadır və ailə tərkibi – atası X11, anası Şahid7, arvadı X6, uşaqları – 2016-cı il təvəllüdlü X3, 2018-ci il təvəllüdlü X2 ibarətdir. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır. Onlara qarşı heç bir şikayəti və tələbi yoxdur, xahiş edir ki, ərizəsi nəzərə alınaraq işin icraatına xitam verilsin. İşə əlavə edilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəməyə təqdim etdikləri ərizələrindən görünür ki, onlar tutduqları əməldən peşmandır, zərərçəkmişlə barışmışlar, peşmançılıq çəkmələrini və barışmalarını nəzərə alaraq barələrində olan cinayət işinə xitam verilmələrini xahiş edirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslə barışdığlarından, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərdən hər hansı bir tələbləri olmadığından, eləcə də hazırki iş üzrə cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildiyindən, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərdən şikayətinin olmaması səbəbindən zərərçəkmiş şəxsin ərizəsi nəzərə alınmalı və cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, həmçinin barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.8, 73.2, 43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilsin və onlar, cinayət məsuliyyətindən azad edilsinlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-61/2022
Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-61/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver