Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-61/2024 27.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Şabran Rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1970-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan və barəsində "polisin nəzarəti altında vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibat binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, təmiz çəkisi 235 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək yaşadığı ünvan 2 ünvanında yerləşən evinin həyətində olan əl damında saxlamış, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində, Şabran şəhərinin H. Nağıyev küçəsində yaşadığı evin yaxınlığında saxlanılmış, evinə və həyətyanı sahəsinə baxış keçirilən zaman evin həyətyanı sahəsində olan əl damından 01 (bir) ədəd sellofan torbada 235 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, cavan yaşlarından narkotik istifadəçisi olmuş, narkotik olandan olana istifadə etmişdir. O, öz istifadəsi üçün narkotik tapmaqda çətinlik çəkdiyinə görə özü narkotik vasitə olan çətənə kolu əkmək qərarına gəlmişdir. 2024-cü ilin aprel ayının ilk on günlüyündə çəkdiyi qurudulmuş marixuananın içərisindən çıxmış çətənə tumunu yaşadığı evin həyətyanı sahəsində yerləşən bağda fındıq ağaclarının arasında, iki ədəd çətənə tumundan birini əkmişdir ki, yetişərsə ikincisini də əksin. O, əkdiyi çətənə bitkisinə qulluq edərək ona nəzarət edirdi. Təxminən 01 (bir) ay sonra, yəni may ayının əvvəllərində əkdiyi çətənə bitkisinin yetişdiyini görmüş, ikinci tumu da həmin çətənə bitkisinin yanında əkmişdir. O, əkdiyi çətənə bitkilərinə vaxtı vaxtında qulluq etmiş, xx.xx.2024-cü il tarixdə ilk əkdiyi çətənə bitkisinin yetişdiyini görmüş, kökündən çıxardaraq qurudub şəffaf sellafona yığaraq həyətində olan tövlədə olan boş kardon qutunun içərisinə qoymuşdur. Həmin qurutduğu çətənə bitkisindən bir iki dəfə siqaret gilizinə dolduraraq istifadə etmişdir. Onun həyətində əkdiyi narkotik vasitələrdən heç kimin xəbəri olmamışdır. xx.xx.2024-cü il tarixdə, təxminən saat 12:00 radələrində polis əməkdaşları onu Şabran şəhəri ərazisində saxlayaraq Şabran Rayon Polis Şöbəsinə aparmışlar. Şabran Rayon Polis Şöbəsində üzərinə baxış keçirildikdə üzərində heç bir narkotik vasitə aşkar olunmamış, daha sonra polis əməkdaşları ona yaşadığı ünvanın həyətinə baxış keçirmək istədiklərini bildirmişlər. O, polis əməkdaşlarının onun yaşadığı evin həyətinə baxış keçirmələrinə razılıq verdikdən sonra, polis əməkdaşları ilə birlikdə onun yaşadığı ünvana getmişlər. Orada ona və orada olan iştirakçılara hüquqlarını izah edərək yaşadığı evin həyətinə baxış keçirməyə başlamışlar. Baxış zamanı polis əməkdaşları onun evinin həyətyanı sahəsində olan bağda fındıq ağaclarının arasında əkdiyi və qulluq etdiyi narkotik vasitə olan çətənə bitkisini aşkar etmişlər. Baxış zamanı polis əməkdaşları ilk əkdiyi çətənə bitkisinin çıxardılmış yerini gördükdə digər çətənə bitkisini çıxardıb hara qoyduğunu ondan soruşmuşlar. O, könüllü olaraq ilk əkdiyi və yetişdikdən sonra kökündən çıxardıb qurudub şəffaf sellafona yığdığı qurudulmuş marixuanan tövlədə qoyduğu yeri polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları iştirakçıların və onun iştirakı ilə aşkar edilmiş 01 (bir) ədəd narkotik vasitə olan çətənə bitkisini və 01 (bir) ədəd şəffaf selofan qurudaraq yığdığı narkotik vasitə qablaşdıraraq götürülmüş və bu barədə protokol tərtib etmişlər. Baxış zamanı əkmiş olduğu çətənə bitkilərini nə məqsədlə əkdiyi ondan soruşulmuş və o, həmin narkotik vasitə olan çətənə bitkilərini öz istifadəsi üçün əkdiyini bildirmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Şabran şəhəri, H. Nağıyev küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və əkilməsi ilə məşğul olması barədə Şabran Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində, Şabran Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Cəmil Nəsirov, Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Alış Səfərov və Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 iştirakları ilə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şabran şəhəri, H. Nağıyev küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Şabran Rayon Polis Şöbəsində onun təyin olunmuş vəkilinin iştirakı ilə üzərinə təhqiqatçı İsmayıl Novruzov tərəfindən şəxsi-axtarış keçirildikdə onun üzərindən qanunazidd hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı ünvan 4 ünvanına gedərək təhqiqatçı İsmayıl Novruzov, əməliyyat müvəkkili Şahid1, vəkili Müdafiəçi və onun iştirakı ilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs həyətində və yaşadığı evdə qanunla qadağan edilmiş hər hansı bir əşya olub-olmamasını soruşulduqda, sonuncu həyətində bir ədəd çətənə bitkisini özü istifadə etmək üçün əkdiyini bildirib meyvə və tərəvəz əkilmiş yerdə bir ədəd çətənə bitkisinə oxşar bitkini təqdim etmiş, həmin çətənə bitkisinə oxşar bitki kökündən çıxarılaraq götürülmüş, Təqsirləndirilən şəxs əlavə başqa yerdə əkib əkmədiyi soruşulduqda o, təqdim etdiyi çətənə bitkisinin yanını göstərərək əvvəllər bir ədəd çətənə bitkisini əkib becərərək yetişdirdikdən sonra dərərək, qurudub topladığını və yaşadığı evin əl damında saxladığım bildirmişdir. Təqsirləndirilən şəxs qurudaraq topladığı bitkini təqdim etməsi barədə soruşulduqda isə o, əl evindən sellofan torbada qurudaraq topladığı marixuanaya oxşar spesifik iyi olan kütləni təqdim etmişidr. Bundan başqa həyətdə olan əl damma və digər yerlərə baxış keçirilsə də başqa heç nə aşkar edilməmişdir. Sonda bağdan aşkar edilmiş bir ədəd çətənə bitkisinə oxşar bitki və əl damından özünün təqdim etdiyi, qurudaraq topladığı marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilərək ağ kisəyə qablaşdırılıb möhürlənməklə götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Şabran şəhəri, H. Nağıyev küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və əkilməsi ilə məşğul olması barədə Şabran Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində, Şabran Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Cəmil Nəsirov, Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Alış Səfərov və Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 iştirakları ilə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şabran şəhəri, H. Nağıyev küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Şabran Rayon Polis Şöbəsində onun təyin olunmuş vəkilinin iştirakı ilə üzərinə təhqiqatçı İsmayıl Novruzov tərəfindən şəxsi-axtarış keçirildikdə onun üzərindən qanunazidd hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı ünvan 4 ünvanına gedərək təhqiqatçı İsmayıl Novruzov, əməliyyat müvəkkili Şahid1, vəkili Müdafiəçi və onun iştirakı ilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs həyətində və yaşadığı evdə qanunla qadağan edilmiş hər hansı bir əşya olub-olmamasını soruşulduqda, sonuncu həyətində bir ədəd çətənə bitkisini özü istifadə etmək üçün əkdiyini bildirib meyvə və tərəvəz əkilmiş yerdə bir ədəd çətənə bitkisinə oxşar bitkini təqdim etmiş, həmin çətənə bitkisinə oxşar bitki kökündən çıxarılaraq götürülmüş, Təqsirləndirilən şəxs əlavə başqa yerdə əkib əkmədiyi soruşulduqda o, təqdim etdiyi çətənə bitkisinin yanını göstərərək əvvəllər bir ədəd çətənə bitkisini əkib becərərək yetişdirdikdən sonra dərərək, qurudub topladığını və yaşadığı evin əl damında saxladığım bildirmişdir. Təqsirləndirilən şəxs qurudaraq topladığı bitkini təqdim etməsi barədə soruşulduqda isə o, əl evindən sellofan torbada qurudaraq topladığı marixuanaya oxşar spesifik iyi olan kütləni təqdim etmişidr. Bundan başqa həyətdə olan əl damma və digər yerlərə baxış keçirilsə də başqa heç nə aşkar edilməmişdir. Sonda bağdan aşkar edilmiş bir ədəd çətənə bitkisinə oxşar bitki və əl damından özünün təqdim etdiyi, qurudaraq topladığı marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilərək ağ kisəyə qablaşdırılıb möhürlənməklə götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və həmin cinayət işinə ********* nömrəsi verilmişdir (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, satışında, üzərində və yaşadığı ünvanda saxlamasında, həmçinin yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsində şübhəli olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən Şabran Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur (cinayət işinin İ cildinin 3-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, satışında, üzərində və yaşadığı ünvanda saxlamasında, həmçinin yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsində şübhəli olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən Şabran Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında onların ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cinayət işinin İ cildinin 4-5-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli, 3-13-107/Ə110/24 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, satışında, üzərində və yaşadığı ünvanda saxlamasında, həmçinin yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsində şübhəli olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən Şabran Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında əməliyyat axtarış təbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır (cinayət işinin İ cildinin 6-7-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:00-da Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şabran şəhərinin H. Nağıyev küçəsi ərazisində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və Növbətçi Hissəyəsə təhvil verilmişdir (cinayət işinin İ cildinin 10-cu vərəqəsi). - xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:00-dan etibarən Azərbaycan Respublikasının Cinayət Məcələsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 11-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs həmin ərizədə yaşadığı Şabran şəhəri, H. Nağıyev küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir (cinayət işinin İ cildinin 34-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli baxış və götürülmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 14:10-dan 14:34-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şabran şəhəri, H. Nağıyev küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin həyətyanı sahəsinə keçirilmiş baxış və götürmə nəticəsində Təqsirləndirilən şəxs həyətində və yaşadığı evdə qanunla qadağan edilmiş hər hansı bir əşya olması soruşulduqda sonuncu həyətində bir ədəd çətənə bitkisini özü istifadə etmək üçün əkdiyini bildirib meyvə və tərəvəz əkilmiş yerdə bir ədəd çətənə bitkisinə oxşar bitkinə təqdim etmiş, həmin çətənə bitkisinə oxşar bitki kökündən çıxarılaraq götürülmüş, Təqsirləndirilən şəxs əlavə başqa yerdə əkib əkmədiyi soruşulduqda o, təqdim etdiyi çətənə bitkisinin yanını göstərərək əvvəllər bir ədəd çətənə bitkisini əkib becərərək yetişdirdikdən sonra dərərək qurudub topladığını, yaşadığı evin əl damında saxladığını bildirmiş, ondan qurudaraq topladığı bitkini təqdim etmək soruşulduqda isə o, əl evindən sellafon torbada qurudaraq topladığı marixuanaya oxşar spesifik iyi olan kütləni təqdim etmiş, bundan başqa həyətdə olan əl damma və digər yerlərə baxış keçirilsə də başqa heç nə aşkar edilməmiş, sonda bağdan aşkar edilmiş bir ədəd çətənə bitkisinə oxşar bitki və damından özünün təqdim etdiyi, qurudaraq topladığı marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilərkən 215 qram çəkidə kütlə ağ kisəyə qablaşdırılaraq möhürlənib götürülmüşdür (cinayət işinin İ cildinin 35-36-cı vərəqələri). - xx.xx.2024-cü il tarixdə, saat 14:10-dan 14:34-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şabran şəhəri, H. Nağıyev küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin həyətyanı sahəsinə keçirilmiş baxış və götürmə zamanı çəkilmiş "DVD" diskdə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs həyətində və yaşadığı evdə qanunla qadağan edilmiş hər hansı bir əşya olması soruşulduqda sonuncu həyətində bir ədəd çətənə bitkisini özü istifadə etmək üçün əkdiyini bildirib meyvə və tərəvəz əkilmiş yerdə bir ədəd çətənə bitkisinə oxşar bitkinə təqdim etmiş, həmin çətənə bitkisinə oxşar bitki kökündən çıxarılaraq götürülmüş, Təqsirləndirilən şəxs əlavə başqa yerdə əkib əkmədiyi soruşulduqda o, təqdim etdiyi çətənə bitkisinin yanını göstərərək əvvəllər bir ədəd çətənə bitkisini əkib becərərək yetişdirdikdən sonra dərərək qurudub topladığını, yaşadığı evin əl damında saxladığını bildirmiş, ondan qurudaraq topladığı bitkini təqdim etmək soruşulduqda isə o, əl evindən sellafon torbada qurudaraq topladığı marixuanaya oxşar spesifik iyi olan kütləni təqdim etmiş, bundan başqa həyətdə olan əl damma və digər yerlərə baxış keçirilsə də başqa heç nə aşkar edilməmiş, sonda bağdan aşkar edilmiş bir ədəd çətənə bitkisinə oxşar bitki və damından özünün təqdim etdiyi, qurudaraq topladığı marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilərkən 215 qram çəkidə kütlə ağ kisəyə qablaşdırılaraq möhürlənib götürülmüşdür (cinayət işinin İ cildinin 37-ci vərəqəsi). - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şabran şəhəri, H. Nağıyev küçəsi, ev 35 ünvanından aşkar edilərək götürülmüş 01 (bir) ədəd əkib becərilməsi qadağan olunmuş çətənə bitkisinə aqrotexniki qulluq olunmuşdur (cinayət işinin İ cildinin 38-ci vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1334 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş kağız paketdə 01 (bir) ədəd kağız bükülüdə, təmiz çəkisi 0,34 qram olan bitki tədqiqata təqdim edilmiş bir ədəd sellofan torbada təmiz çəkisi 235,0 qram olan kütlə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd yaş vəziyyətdə çəkisi 1,35 qram olan bitki əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronomum rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil etmişdir (cinayət işinin İ cildinin 47- 49-cu vərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, hazırki cinayət işi üzrə aşkar edilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş 235,0 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 0,05 qram hissəsi nümunə olaraq götürülmüş, 234,95 qram hissəsi isə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş 01 (bir) ədəd yaş vəziyyətdə çəkisi 1,35 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin isə .,05 qram hissəsi nümunə olaraq götürülmüş, 1,3 qram hissəsi isə geri qaytarılmışdır (cinayət işinin İ cildinin 50-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cinayət işinin İ cildinin 56-57-ci vərəqələri). - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin həbsdən azad edilməsi və barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şabran Rayon Polis X4 yerindən həbsdən azad edilmiş və onun barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin İ cildinin 69-70-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 5(031)-43/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixli əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qanuni və əsaslı hesab edilmişdir (cinayət işinin İ cildinin 74-76-cı vərəqələri). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-74/2-2697/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası xx.xx.1942-ci il təvəllüdlü X6, həyat yoldaşı xx.xx.1970-ci il təvəllüdlü X7 və oğlu xx.xx.1995-ci il təvəllüdlü X3 ibarət ailə tərkibi vardır (cinayət işinin İ cildinin 85-ci vərəqəsi). - xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən ekspertiza tədqiqatından sonra geri qaytarılmış ümumilikdə 234,95 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan qurudulmuş marixuana ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi hesab edilmiş və saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (cinayət işinin İ cildinin 86-cı vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1970-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs üzərində götürülməmş və ya ödənilməmiş məhkumluğu yoxdur (cinayət işinin İ cildinin 88-ci vərəqəsi). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X8 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6460 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cinayət işinin İ cildinin 95-96-cı vərəqələri). - “Şabran Rayon Mərkəzi Xəstəxanası” X8 xx.xx.2024-cü il tarixli, 18-1-34/2- 657/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji kabinetlərdə dispanser qeydiyyatında yoxdur (cinayət işinin İ cildinin 99-cü vərəqəsi). - xx.xx.2024-cü il tarixli ********* nömrəli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, həmçinin iş üzrə şəxsi axtarış, baxış və götürmə aparılmasına dair görüntüləri özündə əks etdirən 02 (iki) ədəd “DVD” disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs həyətyanı sahəsindən 1,35 qram çəkidə narkotik vasitə olan marixuana bitkisinin aşkar edilərək götürülməsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinin əlamətləri olduğu üçün barəsində həmin maddə ilə tədbir görülməsindən ötrü qərarın surəti Şabran Rayon Polis X1 bölməsinə göndərilmişdir (cinayət işinin İ cildinin 100-103-cü vərəqələri). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-74/2-4072/2024 nömrəli, xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Şabran şəhəri, H. Nağıyev küçəsi, ev 35 ünvanında yaşayan xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cinayət işinin İ cildinin 108-ci vərəqəsi). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədə göstərilmiş məlumatlara əsasən Təqsirləndirilən şəxs üzərində götürülməmiş və ya ödənilməmiş məhkumluğu yoxdur. Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş CMS – “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi məlumatlarına dair çıxarışdan görünür ki, o, Şabran şəhəri, H. Nağıyev küçəsi, ev 35 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Orlov Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar vermişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözü gedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ Siyahının (Narkotik vasitələr) 109-cu bəndinə əsasən qurudulmuş marixuananın (kannabisin) xeyli miqdarının (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədi isə 500 qram təşkil edir. Göründüyü kimi Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 235 qram qurudulmuş marixuananın (kannabisin) əldə edilməsi, saxlanılması və daşınması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair" xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-ci il tarixli, 8 nömrəli Qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahidlərin ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx.xx.2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakretizə olunmasını, törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq hissi keçirməsini və yaşını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Belə ki, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla barəsində təyin ediləcək azadlığın məhdudlaşıdılrması cəzasının müddətindən çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, H. Nağıyev küçəsi, ev 35 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalı, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köcürülməli və iş üzrə maddi sübutlar Şabran Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza icraatından sonra qaytarılan 234,95 qram qurudulmuş marixuana (kannabis) hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə şəxsi axtarış, baxış və götürmə aparılmasına dair görüntüləri özündə əks etdirən 02 (iki) ədəd “DVD” disk isə cinayət işində saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla barəsində təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və onun barəsində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, H. Nağıyev küçəsi, ev 35 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübutlar Şabran Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ekspertiza icraatından sonra qaytarılan 234,95 qram çəkidə qurudulmuş marixuanan (kannabis) hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, şəxsi axtarış, baxış və götürmə aparılmasına dair görüntüləri özündə əks etdirən 02 (iki) ədəd “DVD” disk cinayət işində saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №1(031)-61/2024
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-61/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver