Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-62/2024 04.12.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1974-cü il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 yaşamış, barəsində polisin nəzarəti altına verilmə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, təmiz çəkisi 245,19 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək yaşadığı evdə saxlamış və 2024-cü ilin yaz-yay aylarında istintaqa məlum olmayan vaxtda ünvan 2 yaşadığı evin həyətyanı sahəsində və dibçəklərdə qanunsuz olaraq xeyli miqdarda, yəni 6 ədəd narkotik tərkibli çətənə bitkisini əkib, aqrotexniki qaydada qulluq edərək yetişdirməkə kultivasiya etmiş, Şabran RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saxlanılaraq saat 11 radələrində ünvan 2 yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətyanı sahədən qanunsuz olaraq əkib, aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi torpaqda 2 ədəd yaş vəziyyətdə ümumi çəkisi 2020 qram çəkidə olan əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi, 1 ədədi torpaqda, digər 3 ədədi isə dibçəklərdə, ümumilikdə 4 ədəd ümumi çəkisi 0,88 qram olan əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri və evə baxış keçirən zaman isə 1 ədəd dəmir məcməyinin içərisində 225 qram, 14 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda 5,39 qram, 0,91 qram, 0,88 qram, 0,97 qram, 0,97 qram, 1,09 qram, 1,14 qram, 2,07 qram, 1,05 qram, 1,21 qram, 1,17 qram, 0,88 qram, 0,26 qram, 1,22 qram və tütün ilə qarışıqda olan təmiz çəkisi 0,980 qram olmaqla ümumi təmiz çəkisi 245,19 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, bir neçə ildir ki, narkoitk vasitə olan marixuanadan istifadə etməkdədir. 2023-cü ilin əvvəllərində Bakı şəhərində olan zaman “Şamaxinka” adlanan ərazidə yerdən 1 ədəd bükümdə qurudulmuş marixuana tapmışdır. Həmin bükümdə 1 ədəd toxum aşkarlamış və həmin toxumu 2023-cü ilin yaz aylarında həyətyanı sahədə kolların arasında əkmiş və yetişdirmişdir. Əkdiyi koldan heç kimin xəbəri olmamışdır. Yetişən koldan yığılan marixuananı toplamış və gizlətmişdir. Qurutduğu kütlədən 6 ədəd toxum aşkarlamışdır. Həmin toxumlardan 2 ədədini 2024-cü ilin yaz aylarında yaşadığı evin həyətində kolların arasında əkmiş və yetişdirmişdir. 2024-cü ilin iyun ayının sonlarında isə qalan 4 ədəd toxumdan 1 ədəd toxumu torpaq sahədə 3 ədəd toxumu isə dibçəkdə əkmişdir. 2023-cü ildə əkib topladığı narkotik vasitə olan marixuananı şəxsi istifadəsi üçün evində gizlətmiş və istifadə etməsi üçün rahat olması məqsədilə həmin qurudulmuş kütlələri xırda bükümlərdə saxlamışdır. 15,07.2024-cü il tarixdə saat 10 radələrində yaşadığı evin yaxınlığında küçədə olan zaman 4 nəfər əvvəlcədən tanımadığı şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişdirlər. Yaşadığı evin qarşısında olan zaman polis əməkdaşları yanlarına gəlmiş və ona müdafiəçi təyin edilmişdir. O da Müdafiəçi tərəfindən müdafiə olunmaq istədiyini bildirmişdir. Dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə razılığına əsasən ilkin olaraq avtomobilinə baxış keçirilmiş, daha sonra razılığı ilə yaşadığı evin həyətinə daxil olmuşdurlar. O əkdiyi çətənə bitkilərini göstərmiş, 3 ədədi torpaqda, 3 ədədi isə dibçəkdə olan bitkilər çıxarılıb qablaşdırılmışdır. Ardınca üzərində şəxsi axtarış keçirilmiş və üzərində heç bir qanunsuz əşya və predmet aşkarlanmamışdır. Razılığı ilə yaşadığı evə daxil olunmuş və yaşadığı evdə saxladığı narkotik vasitə olan qurudulmuş marixuanalar da qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və baxış zamanı video çəkilişdən istifadə olunmuş və etirazı olmamışdır. Baxış bitdikdən sonra sənədləşmə üçün RPŞ-yə gəlmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şabran şəhəri, İ.Qayıbov küçəsində qeydiyyatda olan və R.Fəttahov küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlamaqla daşımasında, narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli olduğundan Şabran RPŞ-nin əməkdaşları Şahid3, Şahid4 və Şahid2 iştirakı ilə keçirilən tədbir zamanı xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Şabran şəhəri M.Rəsulov küçəsi ilə M.Müşfiq küçəsinin kəsişməsində yaşadığı evin yaxınlığında saxlanılaraq təhqiqatçı dəvət olunmuşdur. Təhqiqatçı gəldikdən sonra Nazimə müdafiəçi təqdim edilmiş və şübhəli şəxs qismində saxlanılma əsası izah edildikdən sonra, hüquq və vəzifələri elan olunmuş, müdafiəçi kimi Müdafiəçi təqdim edilmişdir. Nazim Müdafiəçi tərəfindən müdafiə olunmağına etiraz etməmiş, Nazimin razılığı ilə yaşadığı evin qarşısındakı “Naz-Lifan” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. Daha sonra yaşadığı evin həyətinə baxış zamanı 3 ədədi torpaqda, 3 ədədi isə dibçəklərdə olan narkotik tərkibli bitkilərin aşkarlanaraq götürülmüşdür. Nazimin üzərində şəxsi axtarış aparıldıqdan sonra razılığı ilə yaşadığı evə daxil olunmuş və həmin mənzildə 1 ədəd sinidə və bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülmüşdür. Şəxsi axtarış və baxış keçirilməsi zamanı videoçəkiliş aparılmış və protokol tərtib edilmişdir. Nazim səmimi etiraf edərək aşkarlanmış bitkilərin çətənə bitkiləri olduğunu və əkdiyini, həmçinin yaşadığı evdən aşkarlanmış kütlələrin isə narkotik vasitə olan qurudulmuş marixuana olmasını, şəxsi istifadəsi üçün əkdiyini və saxladığını etiraf etmişdir. Aşkarlanmış predmetlərə baxış keçirilərək götürülmüş, qablaşdırılmış, üzəri yazılaraq möhürlənmiş, bu barədə videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şabran RPŞ-nin əməkdaşları Şahid3 və Şahid4 eyniməzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaqda verdiyi ifadəsi elan edilmiş Şahid2 eyniməzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Habelə ibtidai istintaq zamanı dindirilmiş şahid X1 ifadəsindən görünür ki, o, Şabran rayon Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin aparıcı mütəxəssisi-aqronom vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə Şabran RPŞ-nin TQ-nun baş təhqiqatçısı İsmayıl Novruzovun qərarına əsasən Şabran şəhəri R.Fəttahov küçəsinə baxış keçirilməsində iştirak etmək üçün gəlmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə etiraz etməyərək narkotik tərkibli bitkiləri kultivasiya etdiyini bildirmişdir. Sahəyə baxış keçirilən zaman 03 ədəd torpaqda əkilmiş, 02 ədəd dibçəkdə isə 03 ədəd əkilmiş narkotik tərkibli çətənə bitkisi aşkarlanmış və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə kolları olduğunu bildirməklə, kultivasiya etdiyini etiraf etmişdir. Onun tərəfindən aşkarlanmış bitkilərə baxış keçirən zaman həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyi və yetişdirildiyini müəyyən etmiş, bu barədə rəy vermişdir. Baxış zamanı aşkarlanmış çətənə bitkiləri torbaya qoyulmaqla qablaşdırılmışdır. Bu barədə videoçəkiliş aparılmış, baxış keçirilməsinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi xx.xx.2024-cü il tarixdə Şabran RPŞ tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə başlanmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şabran RPŞ tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Şabran RPŞ-nin xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılmasından əvvəl onu bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim edilməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs üzərində və əynində olan paltarların cibindən qanunla qadağan olunmuş aşkar edilməmişdir. Şabran RPŞ-nin xx.xx.2024-cü il tarixli baxış və götürmə haqqında protokolu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Şabran şəhəri, R.Fəttahov küçəsi, ev 23 ünvanına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs evdə qanunla qadağan edilmiş əşya varsa, təqdim edilməsi xahiş edilmiş, sonuncu etiraf edərək evdə sinidə çətənə bitkisinin yarpaqlarını qurutmaq üçün evdə sərdiyini bildirmiş, 7 mişar daşı üzərində kürsülü evə daxil olaraq sağ otaqdan sinidə qurutduğu yaşıl rəngli çətənə bitkisini təqdim etmiş, ondan əlavə narkotik vasitə olduğu soruşulduqda, o, zalın pəncərəsində olan ağ plastik qutunu təqdim edərək onun da içərisində çəkmək üçün bükümlərə yığdığı 14 kağız bükümü və onlarla birlikdə təxminən 1 büküm həcmində açıq şəkildə rəngli kağızın arasında olan narkotik vasitə marixuanaya oxşar kütlələr götürülmüş, əlavə olaraq evə baxış keçirilsə də, başqa aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş açıq şəkildə qurudulması məqsədilə qurudulmuş narkotik və 14 ədəd bükümdə 1 bükümü isə açıq formada olan narkotik vasitə olan marixuanaya oxşar kütlələr göy rəngli sellofan torbaya qablaşdırılaraq götürülmüşdür. Həmin istintaq hərəkətlərinin videogörüntüləri ilə aparılmış istintaq hərəkətlərinin işin faktiki hallarına uyğunluğu müəyyən edilmişdir. İş üzrə Ədliyyə Nazirliyi MEM-in məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/1157 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, üzərində "Təqsirləndirilən şəxs yaşadığı evdən açıq vəziyyətdə və pəncərənin qarşısında ağ plasmas qabda 14 ədəd bükümdə və 1 ədəd büküm həcmində isə açıq formada narkotik vasitə hesab edilən marixuanaya oxşar yaşıl kütlələr qablaşdırılaraq götürüldü ...” sözləri yazılmış göy rəngli polietilen torbada olan təmiz çəkisi 225 qram, 14 ədəd qəhvəyi rəngli kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,39 qram, 0,91 qram, 0,88 qram, 0,97 qram, 0,97 qram, 1,09 qram, 1.14 qram, 2,07 qram, 1,05 qram, 1,21 qram, 1,17 qram, 0,88 qram, 0,26 qram, 1,22 qram və tütün ilə qarışıqda olan təmiz çəkisi 0,980 qram kütlələr narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə gorə eynidirlər. Marixuananın ümumi çəkisi 245,19 qramdır. Üzərində "Təqsirləndirilən şəxs yaşadığı həyətdə 6 ədəd ikisi 1,5-2 metr hündürlüyü, 4 ədəd isə 12-15 sm uzunluğunda çətənə bitkisinə oxşar bitkilər aşkar edilərək qablaşdırılaraq götürüldü...” sözləri və yazılmış sintetik torbada ümumi sayı 2 ədəd yaş vəziyyətdə ümumi çəkisi 2020 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisidir. Təqdim edilmiş bir ədəd zərfdə ümumi sayı 4 ədəd ümumi çəkisi 0,88 qram bitki şitilləri, narkotik tərlkibli çətənə bitkisinin şitilləridir. Aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Çətənə (kannabis) bitkisində olan və həmin növ bitkidən hazırlanan marixuana kannabinoidli komponentlər eynidir. Ümumi çəkisi 245,19 qram olan marixuananın 0,8 qramı (istifadə edildi hər obyektdən 0,05 qram) tədqiqata sərf edilmiş, qalıq 244,39 qram təşkil etmişdir. Ümumi çəkisi 2020 qram bitkilərin 0,1 qramı (hər obyektdən 0,05 qram) tədqiqata sərf edilmiş, qalıq 2019,9 qram təşkil etmişdir. İş üzrə ekspertiza icraatından sonra qaytarılan 2 ədəd bağlamada 2019,9 qram çətənə bitkiləri, 4 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri və 244,39 qram qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi hesab olunmuş, saxlanılması üçün Şabran RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş üzrə Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin xx.xx.2024-cü il tarixli, 6511 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin istifadə hallan olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş üzrə şəxsi axtarış və baxış keçirilməsinə dair istintaq hərəkətinin görüntüləri əks olunmuş 4 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş üzrə Şabran RİHB-nin Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 1990-cı il təvəllüdlü arvadı X7 2017-ci il təvəllüdlü oğlu Kazım Səfərəliyev və 2021-ci il təvəllüldlü oğlu Ərdoğan Səfərəliyevdən ibarət ailə tərkibi vardır, Şabran RİHB-nin Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin verdiyi xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş üzrə “İş üzrə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılan Təqsirləndirilən şəxs məlumatlarının sorğulanmasının çıxarışına əsasən onun 3-cü qrup müharibə əlilliyinin olduğu müəyyən olunmuşdur.İş üzrə Azərbaycan Respublikası “X8” İctimai Birliyi tərəfindən verilən 13937 nömrəli vəsiqəyə əsasən X4 Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən verilən 126573 nömrəli vəsiqədən görünür ki, X4 müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş üzrə İ-92033 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinə əsasən X4 “vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair" xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 27.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 3cü bəndinə əsasən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən cinayətin predmetinin narkotik vasitə, psixotrop maddə, prekursor, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddə olmasının, onların tibbi məqsədlər üçün istifadəyə yararlı olub-olmamasının, bitkilərin tərkibində narkotik maddələr olan bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən, həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Predmetin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, bitkinin tərkibində isə narkotik maddələr olması, habelə onların miqdarı dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlaraia əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. ”Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladlarının olmasını, böyük oğlu X3 Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına görə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını, özünün 1-ci Qarabağ muharibəsində iştirak etməsini və 3-cü qrup müharibə əlili olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yuxarıda sadalanmış yüngülləşdirən hallarla yanaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (məhkumluğunun olmamasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi hər iki maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək (52-1.2.1.); elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək (52-1.2.2.); məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək (52-1.2.3.); müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq (52-1.2.4.). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Şabran Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış tarılan 2 ədəd bağlamada 2019,9 qram çətənə bitkiləri, 4 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri və 244,39 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 4 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 3 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə barəsində təyin edilmiş 3 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddət ərzində Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, faktiki yaşayış yeri olan ünvan 2 yerləşən fərdi yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verilmə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutun qalığı olan Şabran RPŞ-də saxlanılan 2 ədəd bağlamada 2019,9 qram çətənə bitkiləri, 4 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri və 244,39 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş 4 (dörd) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Şabran rayonu ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №1(031)-62/2024
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-62/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver