Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-63/2022 14.12.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1991-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2aşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə 02 mart 2022-ci il tarixdə saat 20:00 radələrindən saat 22:00 radələrinədək Şabran rayonu, Ağbaş kəndində yerləşən, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Gilgilçay-Qızılburun mənzilinin cüt yolunun 2544 və 2545-ci kilometrliklərindən "xxxx" QSC-yə məxsus ümumilikdə 462 manat dəyərində, hər birinin qiyməti 31 manat 20 qəpik olan 14 ədəd yarımyararlı R-65 tipli rels yanlığını və hər birinin qiyməti 01 manat 05 qəpik olan 24 ədəd yarımyararlı R-65 tipli calaq boltlarını gizli söküb qanunsuz götürməklə hadisə yerindən yaşadığı evin həyətinə aparmış, bununla da, dəmir yolu xətlərinə münasibətdə oğurluq etmiş, yəni dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, ailəlidir, iki azyaşlı uşağı vardır. Uşaqlar azyaşlı olduğundan həyat yoldaşı heç yerdə işləmir. O, evin yeganə qazanc gətirənidir. Fərdi əməklə məşğul olur, sonuncu iş yeri Beyləqan rayonunda tikinti işlərində fəhləlik etmək olmuşdur. Orada işlədiyinə görə məhkəmə çağrışına gələ bilməmiş, elə bu səbəbdən də həbs olunmuşdur. Maddi vəziyyətinin zəif olması ilə əlaqədar pula ehtiyacı olduğu üçün 02 mart 2022-ci il tarixdə tikinti-təmir işləri gedən Şabran rayonu, Ağbaş kəndində yerləşən dəmir yolu xətlərindən, dəmir yoluna aid olan detallardan gizlin götürüb metal qəbulu məntəqələrinə sonradan aparıb təhvil verərək pul əldə etmək qərarına gəlmişdir. Buna görə də 02 mart 2022-ci il tarixdə saat 20 radələrində o, özünə məxsus avtomobillə Şabran rayonu, Ağbaş kəndində yerləşən dəmir yolu xətləri ərazisinə gedərək əvvəl ətrafa baxmış, sonra yaxınlıqda hər hansı bir şəxsin olmamasından əmin olaraq saat 22 radələrinədək 14 ədəd yarımyararlı rels yanlıqlarını 24 ədəd yarımyararlı R-65 tipli calaq boltları ilə birlikdə gizlin yığaraq özünə məxsus “VAZ-21011” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığmış, yaşadığı evin həyətinə aparmış və orada gizlətmişdir. Törətdiyi əməlinə görə peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən Nümayəndə göstərdi ki, o, "xxxx" QSC-nin 1 nömrəli X9 SƏTƏM (Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit) üzrə mütəxəssis vəzifəsində işləyir. "xxxx" QSC-nin verdiyi etibarnaməyə əsasən ona hazırki cinayət işində zərərçəkmiş hüquqi şəxsin, yəni "xxxx" QSC-nin nümayəndəsi kimi iştirak etmək hüququ verilmişdir. 02 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Gilgilçay-Qızılburun mənzilinin cüt yolunun 2544 və 2545-ci kilometrliyindən 14 ədəd yarımyararlı R-65 tipli rels yanlığını və 24 ədəd yarımyararlı R-65 tipli calaq boltlarını oğurlanması nəticəsində maddi ziyanın 462 manat dəyərində hesablanması ilə razıdır. Cinayət işi üzrə tərəflərindən mülki iddia verilmişdir, lakin 14 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən "xxxx" QSCyə vurulmuş maddi ziyan tam ödənilmişdir. Mülki iddiadan imtina edirlər. Təqsirləndirilən şəxsə qarşı heç bir tələbləri və şikayətləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz st. XPŞ-nin PPXM-nın polis nəfəri, polis serjantı Şahid göstərdi ki, Şabran rayonu, Ağbaş kəndi ərazisində yerləşən Gilgilçay-Qızılburun mənzilinin cüt yolunun 2544 və 2544-cü kilometrliklərindən 14 ədəd yarımyararlı R-65 tipli rels yanlığını və 24 ədəd yarımyararlı R-65 tipli calaq boltunun açılaraq oğurlanması barədə "xxxx" QSC-dən daxil olmuş məlumat əsasında Xaçmaz st. XPŞ-nin TQ-nun baş təhqiqatçısı, polis mayoru Nəzər Həbibov oğurluğu törədən naməlum şəxs (şəxslərin) müəyyən edilməsi üçün əməliyyat tapşırığı yazmış, həmin tapşırıq əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı oğurluğu törədən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 17 mart 2022-ci il tarixli məktubundan görünür ki, Gilgilçay-Qızılburun mənzilinin 2544-2545 km-dən oğurlanmış 14 ədəd yarımyararlı R-65 tipli rels yanlığı, 24 ədəd yarımyararlı R-65 tipli calaq boltunun oğurlanması nəticəsində "xxxx" QSC-nə 462 manat ziyan dəymişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs narkoloji və psixiatrik qeydiyyatda olubolmamasının müəyyənləşdirilməsi məqsədilə Publik hüquqi şəxs olan Şabran rayon mərkəzi xəstəxanasına sorğu edilmiş, xx.xx.2022-ci il tarixli 398 nömrəli məktubdan görünür ki, qeyd olunan şəxs narkoloji və psixiatrik kabinetlərdə qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 22 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 avqust 2022-ci il tarixli 2595 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şabran şəhəri, Qafur Məmmədov küçəsində ailə üzvləri – arvadı X4, uşaqları – 2019-cu il təvəllüdlü X6 və 2021-ci il təvəllüdlü X1 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 avqust 2022-ci il tarixli 2598 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış və birgəyaşayış qaydalarına riayət etmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarında olan Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağrışlarına gəlmədiyinə görə onun barəsində axtarış elan edilməklə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilmiş və o, axtarışa verilmişdir. İş materiallarında olan Şabran rayon polis şöbəsi tərəfindən verilmiş axtarışda olan şəxsin tutulması barədə 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yeri Beyləqan şəhərində müəyyən edilərək tutulmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun ifadəsi ilə və iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-2-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən himayəsində iki nəfər azyaşlı uşağının olması və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, ailədə yeganə qazanc gətirən olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2erləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci ildən 14 dekabr 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 25 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq cəzadan çıxmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut hesab edilmiş, "xxxx" QSC-yə məxsus 14 ədəd yarımyararlı R- 65 tipli rels yanlığı və 24 ədəd yarımyararlı R-65 tipli calaq boltları sahibinə təhvil verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 10 (on) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2erləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin, o dərhal məhkəmə zalından azadlığa buraxılsın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilmiş, "xxxx" QSC-yə məxsus 14 ədəd yarımyararlı R- 65 tipli rels yanlığı və 24 ədəd yarımyararlı R-65 tipli calaq boltları sahibinə təhvil verilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-63/2022
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-63/2022
14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver