Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-63/2023 20.12.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X13 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1978-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2şayan və barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin iyun ayının axırlarında X2 vasitəsilə müraciət edən ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs xəstəliyə görə təqaüd düzəltmək imkanına malik olduğunu yalandan bildirməklə, təqaüdün düzəldilməsi üçün zəruri tədbirləri görməsinə görə ümumilikdə maddi nemət olan 4000 manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, həmin tarixdə Zərərçəkmiş şəxs Xaçmaz rayon mərkəzi xəstəxanasının həyətində 2200 manat, 2022-ci ilin iyun ayının axırlarında cinayətdən xəbərsiz taksi fəaliyyəti ilə məşğul olan Şahid2 vasitəsilə Xaçmaz şəhərində 800 manat, 28 iyun 2022-ci il tarixdə günorta saatlarında Xaçmaz rayon mərkəzi xəstəxanasının qarşısında 1000 manat pulu alıb, daha sonra 06 iyul 2022-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs zəng edərək təqaüdün düzəldilməsi üçün əlavə olaraq 1000 manat pul verilməsinin zəruri olmasını yalandan bildirib, Zərərçəkmiş şəxs tərəfindən Şabran şəhəri ərazisində yerləşən “EURO market" - də olan milli ön ödəmə terminalı vasitəsilə oğlu Xəyal Orucəliyevin adına olan "xxxx" ASC-yə məxsus 50699853 nömrəli plastik karta 450 manat pulun köçürülməsinə nail olub, habelə həkim müayinələrindən keçmək adı ilə 110 manat pulun verilməsinin zəruri olmasını yalandan bildirib, 2022-ci ilin iyul ayının ortalarında günorta saatlarında Şabran şəhər avtovağzalının yaxınlığında 110 manat pulu Zərərçəkmiş şəxs alıb, şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 4560 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs onun üçün pensiya düzəltmək adı ilə hisə-hissə 4560 manat məbləğində pulu alıb. Hazırda törətdiyi əməldən peşmandır. Zərər çəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəyib və xahiş edir ki, iş üz icraata xitam verilsin. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq Zərərçəkmiş şəxs Bakı şəhərində olan tanışının köməkliyi ilə onun işini düzəldə biləcəyini dediyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışması barədə ərizəsini təqdim edərək, ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə X2 vasitəsi ilə tanış olub. Təqsirləndirilən şəxs onun üçün pensiya düzəltmək adı ilə ondan hissə-hissə 4560 manat məbləğində pul alıb. Təqsirləndirilən şəxs ilk öncə ona Xaçmazdaki həkimlər vasitəsi ilə onun işini düzəldəcəyini bildirmiş, sonradan isə Bakıda “VTEK” də Yusif adlı həkim vasitəsi ilə onun işinin düzəldəcəyini ona deyib. Daha sonra Təqsirləndirilən şəxs yalan danışdığını öyrənib. Təqsirləndirilən şəxs pulunu geri tələb etsə də, o, pulu hissə-hissə ona geri qaytaracaq. Lakin Təqsirləndirilən şəxs pulunu ona geri qaytarmamış və bu səbəbdən də o, şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan aldığı pulu geri qaytarıb. Ondan şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Təqsirləndirilən şəxs ilə barışması barədə ərizəsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, özünə məxsus maşınla Xaçmaz şəhərinə gedirdi. Avtovağzalda Zərərçəkmiş şəxs ona pul verib ki, Xaçmazda şəhərində Təqsirləndirilən şəxs versin. O da, həmin pulu Xaçmaz dairəsinin yaxınlığında yerləşən mağazaların birində həmin pulu Zərərçəkmiş şəxs verib və bu barədə Təqsirləndirilən şəxs məlumat verib. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir Məhkəmə iclasında şahid X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. Xaçmaz şəhərində onunla görüşdüyü zaman o, ona bildirmişdir ki, xəstəliyə görə pensiya düzəldə bilir. Qonşusu Zərərçəkmiş şəxs görüşən zaman bu barədə ona məlumat vermişdir və Təqsirləndirilən şəxs ilə əlaqə saxlaması üçün ona Təqsirləndirilən şəxs nömrəsini vermişdir. 01 gün sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs ilə Xaçmaz şəhər Mərkəzi Xəstəxanasının həyətində onları gözlədiyini bildirib. Zərərçəkmiş şəxs ilə ora gedərək Təqsirləndirilən şəxs ilə görüşüblər və Təqsirləndirilən şəxs ilə 4500 manat müqabilində Zərərçəkmiş şəxs üçün pensiya düzəldilməsi barədə aralarında razılıq əldə edilib və Zərərçəkmiş şəxs üzərində olan 2200 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yenidən 2250 manat pul alıb. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 12-ci vərəqəsində olan 03 mart 2023cü il tarixli Şabran rayon mərkəzi xəstəxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixonevroloji və narkoloji kabinetdə dispanser qeydiyyatında yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-ci vərəqəsində olan Şabran Rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəsi tərəfindən verilmiş 28 mart 2023-cü il tarixli 1096 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda qeydiyyatda olmuş, ailə üzvləri – həyat yoldaşı –X3, uşaqları – 2001-ci il təvəllüdlü X5, 2008-ci il təvəllüdlü X4, 2005-ci il təvəllüdlü X1 ibarətdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-ci vərəqəsində olan Şabran Rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəsi tərəfindən verilmiş 28 mart 2023-cü il tarixli 1098 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində sakinlərə hörmətlə yanaşmış, yaxın qohumları və yoldaşlarının rəğbətini qazanmışdır, özündən böyüklərə hörmətlə yanaşmışdır. Lakin ailəsinin, valideynlərinin öyüd və nəsihətlərinə əməl etməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 32-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 aprel 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 43-44 vərəqəsində olan üzləşdirmə protokolundan görünür ki, 24 aprel 2023-cü il tarixdə Xaçmaz RPŞ-nin müstəntiqi Elşən Əliyev tərəfindən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs hisə-hissə olmaqla ümumilikdə 4450 manat pulu Təqsirləndirilən şəxs verməsini sonuncunun üzünə qarşı söyləmişdir. Cinayət işinin 117-127-ci vərəqələrində olan 30 avqust 2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə irəli sürülmüş ittiham və barəsində seçilmiş başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM- nin 178.2.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, X2 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 78.2.1-ci maddəsi ilə cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsində əsasən rədd edilmiş, cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 13:34:57 radələrində Şabran şəhəri R. Behbudov küçəsində milli elektron ödəmə sistemi ilə Təqsirləndirilən şəxs oğlu Xəyal Orucəliyevə göndərilən 450 manat məbləğində ödəmə qəbzi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı ümumilikdə 4560 manat məbləğində pulu Bakı şəhərində təsadüfən tanış olduğu Yusif adlı şəxsə verməsini, həmin şəxsin dəqiq şəxsiyyətini, ünvanını və mobil nömrəsini bilməməsini söyləməsi onun özünü müdafiəsi kimi qiymətləndirilsin və vəsatət kimi qəbul edilərək rədd edilmiş, 0rucəliyev Daşqın Vidadi oğlunun qeyd olunan cinayəti törətməsi, onun qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və üzləşdirmə protokolu cinayət işinin faktiki hallarına uyğun olmaqla obyektiv həqiqəti əks etdirdiyindən və istintaqda toplanmış digər sübutlarla təsdiq olunduğundan sübut növü kimi qiymətləndirilməli, iş üzrə toplanmış sübutlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət hesab edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ona dəymiş ziyan tam ödənildiyini, hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını və onunla barışdığını bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, eləcə də işin digər obyektiv halları ilə tam sübuta yetirildi. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı bir tələbi olmadığından, eləcə də hazırki iş üzrə cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildiyindən, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayətinin olmaması səbəbindən zərərçəkmiş şəxsin ərizəsi nəzərə alınmalı və cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinin tələbinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair" xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 73.1-ci maddəsindən fərqli olaraq həmin Məcəllənin 73.2-ci maddəsi imperativ norma olmaqla, cinayət məsuliyyətindən azad etmənin şərti kimi cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışığı çərçivəsində həm dəymiş maddi zərərin əvəzinin (məsələn, oğurlanmış, zədələnmiş əmlakın qaytarılması və ya onun dəyəri miqdarında pul kompensasiyasının) ödənilməsini, həm də dəymiş mənəvi zərərin bilavasitə ödənilməsi forması olaraq müəyyən kompensasiyanın ödənilməsini nəzərdə tutur. Cinayət Məcəlləsinin 73.1 və 73.2ci maddələrinin mətnindən göründüyü kimi, dəymiş zərərin ödənilməsi cinayət məsuliyyətindən azad edilmənin vacib şərtlərindən biridir. Həmin maddələrdə nəzərdə tutulmuş zərərin ödənilməsi dedikdə, zərərin əvəzinin ödənilməsi ilə yanaşı, həmçinin cinayət nəticəsində zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının və qanuni maraqlarının bərpa edilməsinə yönəlmiş sair tədbirlər başa düşülməlidir. Cinayət ilə (cinayət nəticəsində) zərərçəkmişə fiziki, maddi və mənəvi zərər vurula bilər. Nəzəriyyədə fiziki zərər dedikdə zərərçəkmiş şəxsin həyat və sağlamlığına vurulmuş zərər nəzərdə tutulur. Fiziki zərər ödənilə bilməz, söhbət yalnız onun pul kompensasiyasından gedə bilər. Maddi zərərə zərərçəkmiş şəxsin maddi vəziyyətində baş verən mənfi nəticələr daxildir. Maddi zərərin ödənilməsinə real zərərin və əldən çıxmış faydanın ödənilməsi daxil ola bilər. Mənəvi zərər isə zərərçəkmiş şəxsin mənəvi dəyərlərinə dəymiş zərərdir. Belə zərər, bir qayda olaraq, pul formasında kompensasiya olunur, lakin onun qeyri-maddi forması da mümkündür: məsələn, üzr istəmək, yalan (yanlış) məlumatları təkzib etmək və s. Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır. Tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli, 7 nömrəli Qərarının 40-cı bəndində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Dövlət büdcəsinə qanunla müəyyən edilmiş pul vəsaitləri cinayət nəticəsində vurulmuş zərər ödənildikdən və zərərçəkmiş şəxslə barışıq əldə edildikdən sonra ödənilməlidir, buna qədər ödənilmiş vəsaitlər isə zərərçəkmiş şəxslə barışıq əldə olunmadığı və bu səbəbdən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmadığı hallarda ödənişi həyata keçirmiş şəxsə qaytarılmalıdır. Dələduzluq cinayəti iştirakçılıqla törədildiyi hallarda isə ziyan və büdcəyə ödənişlər Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə müvafiq olaraq cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş paylara müvafiq surətdə ödənilir. İştirakçılıqla törədilən dələduzluq cinayətlərinə görə məhkum edilmiş şəxslərin hökmün icrası qaydasında icraatda Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən cəzadan azad edilməsi məsələsi də hər bir iştirakçının payına müvafiq olaraq həll edilməli olduğundan, hətta iştirakçılar mahiyyəti üzrə cinayət işinə baxılması zamanı ziyanı ödəmək niyyətində olmadıqları halda belə, məhkəmə hər bir iştirakçının cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən etməlidir. Cinayət Məcəlləsinin 73-1-ci maddəsi Cinayət Məcəlləsinin 178.1, 178.2, 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institutunun tətbiq edilməsi üçün CM-in 73-1.1, 73-1.2, 73-1.3-cü maddələrində göstərilənlərdən (zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş ziyanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa, digər şərtlər nəzərdə tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl etmiş istənilən, o cümlədən dələduzluqla yanaşı başqa cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.2 və 175.5-ci maddələrinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 344-347, 356, 358 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar, apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(031)-63/2023
Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-63/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver