Məhkəmə qərarları › İş №1(031)-66/2022

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-66/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-66/2022 03.11.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1981-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2olisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-cı ilin mart ayının sonlarında istintaqa məlum olmayan vaxtda, mənbədən və miqdarda əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində qanunsuz olaraq əkib, onlara mütəmadi olaraq aqrotexniki qaydada qulluq göstərib qanunsuz olaraq yetişdirməklə, tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etmiş, 25 iyul 2022-ci il tarixdə Şabran RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində aparılan əməliyyat-axtarış tədbirləri zamanı həmin fərdi yaşayış evinin həyətindən 07 ədəd müxtəlif ölçüdə bitki nümunəsi əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr (komponentlər) olan çətənə (kannabis) bitkiləri aşkar edilmiş, bundan əlavə, onun yaşadığı fərdi yaşayış evinin hasarının dibində ümumi təmiz çəkisi 450,00 qram narkotik vasitə hesab olunan qurudulmamış marixuana, 01 ədəd kardon qutunun içərisində təmiz çəkisi 7,690 qram narkotik vasitə qurudulmuş marixuana və əynindəki cins şalvarın sağ yan cibindən isə bir ədəd kağız bükümdə təmiz çəkisi 0,660 qram narkotik vasitə olan qurudulmuş marixuana olmaqla ümumilikdə ondan 8,350 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanda daimi qeydiyyatda olmaqla ünvan 4ikdə yaşayır, ailəlidir, iki övladı vardır. Daimi iş yeri yoxdur, fərdi əməklə məşğul olur və ailənin yeganə qazanc gətirənidir. Uzun illərdir ki, narkotik vasitə hesab edilən qurudulmuş marixuananı siqaretin tütünü ilə qarışdıraraq qəbul edir. 2022-ci il mart ayının əvvəllərində günorta saatlarında yaşadığı Şabran şəhəri, F.Əmirov küçəsi ilə təkbaşına gəzərkən yerdə bir ədəd ağ rəngli kağız bükümünün olduğunu görmüş, həmin büküm onun diqqqətini cəlb etdiyinə görə bükümü yerdən götürüb onun içərisinə baxdığı zaman bükümün içərisində 07 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə bitkisinin toxumlarının olduğunu aşkar etmişdir. Həmin bükümü cibinə qoyaraq yaşadığı evə gəlmiş və 25 mart 2022-ci il tarixdə həmin 07 ədəd toxumu yaşadığı evin arxa hissəsində əkərək onlara xüsusi qaydada qulluq etməyə başlamışdır. Artıq iyul ayının ortalarında həmin bitkilər kifayət qədər boy atmağa başladığından onların yarpaqlarını yığaraq günəşin altında qurutmağa başlamış, qurumuş vəziyyətdə olan yarpaqları ovaraq kağız qutunun içərisinə doldurub şəxsi istifadəsi üçün evin həyətindəki ağacın altında saxlamışdır. 25 iyul 2022-ci il tarixdə Şabran RPŞ-nin əməkdaşları onun yaşadığı evə gələrək evin həyətində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib yetişdirməyi ilə bağlı əməliyyat məlumatının daxil olmasını və məlumatın yoxlanılması məqsədilə evinin həyətinə baxış keçirməli olduqlarını bildirmişlər. O, polis əməkdalarına heç bir etiraz etməyərək baxış keçirə biləcəklərini bildirmiş, daha sonra isə onun və hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə həyətyanı sahəsinə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı 25 mart 2022-ci il tarixdə xüsusi qaydada əkib becərdiyi ümumilikdə 07 ədəd çətənə bitkisi, hasarın dibinə açıq vəziyyətdə sərilmiş çətənə bitkilərinin qurudulmuş yarpaqları, həyətdəki ağacın altında kağız qutunun içərisində və əynindəki cins şalvarın sağ yan cibində bir ədəd siqaretin gümüşü kağızına doldurulmuş narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitələrinin özünə məxsus olmasını, onları şəxsi istifadə məqsədilə əkib becərdiyini səmimi olaraq etiraf etmiş və narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Etdiyi əməldən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şabran RPŞ-nin CAB-nin rəisi vəzifəsində işləyən Şahid1 göstərdi ki, 25 iyul 2022-ci il tarixdə Şabran şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində narkotik tərkibli çətənə bitkilərinin əkilməsi ilə məşğul olması barədə əməliyyat aparatına məlumat daxil olmuş, buna görə də həmin tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında Şabran RPŞ-nin əməkdaşları – NMQ-nun əməliyyat müvəkkili Şahid3 və CAB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən saxlanılmış, həmçinin qeyd olunan fərdi yaşayış evinə və həyətə baxış keçirilməsi və qeyd olunan şəxsin üzərində şəxsi axtarışının keçirilməsi məsədilə RPŞ-dən müstəntiqi, bitkilərin narkotik tərkibli bitki olub-olmaması, müsbət halda, onlara qulluq olunub-olunmamasını aydınlaşdırmaq üçün aqronomu və Mehmanın hüquqlarının müdafiə olunması üçün fərdi qaydada fəaliyyət göstərən vəkili dəvət etmişlər. Müstəntiq, aqronom və vəkil dəvət olunduqdan sonra evə və həyətə baxış keçirən zaman evin arxa həyətində ümumilikdə 07 ədəd çətənə bitkisi, evin hasarınının kənarına açıq vəziyyətdə yığılmış qurudulmamış marixuanaya bənzər kütlə, bundan əlavə yenə də həmin həyətdə 01 ədəd kardon qutunun içərisindən qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman əynindəki cins şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə də aşkar edilərək götürülmüşdür. Tərəflərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlələr vəkilin iştirakı ilə qablaşdırılaraq bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs da evində aşkar olunan narkotik vasitəyə bənzər kütlələrin özünə məxsus olduğunu və onu şəxsi istehlak məqsədilə əkdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şabran RPŞ-nin əməkdaşları –Şahid3, Şahid2, Şahid4 və Şabran rayon X5 rəisi vəzifəsində işləyən Şahid5 iş üzrə Şahid1 ifadəsində göstərdiklərini olduğu kimi təsdiq edərək analoji ifadələr vermişlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 7/820 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyət hissəsinin arxasındakı sahədən aşkar olunaraq götürülmüş və 01 ədəd qara rəngli polietilen torbada qablaşdırılaraq tədqiqata təqdim olunmuş 07 ədəd bitki nümunəsi əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr (komponentlər) olan çətənə (kannabis) bitkiləridir. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətindən aşkar olunaraq götürülmüş 01 ədəd möhürlü zərfdə qablaşdırılaraq tədqiqata təqdim olunmuş bitki mənşəli kütlə təmiz çəkisi 7,690 qram olan və 01 ədəd möhürlü zərfdə qablaşdırılaraq tədqiqata təqdim olunmuş bitki mənşəli kütlə təmiz çəkisi 0,660 qram olan (ümumi çəkisi 8,350 qram, cəmi təhqiqata sərf edildi – 0,1 qram (hər bir obyekdən 0,05 qram olmaqla), qalıq 8,25 qram) qurudulmuş marixuanadır. Sonuncunun həyətindən aşkar olunaraq götürülmüş və 01 ədəd qara rəngli polietilen torbada qablaşdırılaraq tədqiqata təqdim olunmuş bitki mənşəli kütlə isə təmiz çəkisi 450,0 qram (tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 449,95 qram) olan qurudulmamış marixuanadır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2022-ci il tarixli 5442 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyi aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 09 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli 2894 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanda ailə üzvləri – arvadı X6, uşaqları – 2006-cı il təvəllüdlü X2 və 2008-ci il təvəllüdlü X3 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli 2895 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış və birgəyaşayış qaydalarına riayət etmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarında olan 25 iyul 2022-ci il tarixli tutma protokolundan, eləcə də 27 iyul 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 27 iyul 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün səmimi etirafedici ifadəsilə yanaşı şahid ifadələri və məhkəmə ekspertizalarının rəyləri, eləcə də iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli həmin maddələrlə düzgün tövsif edilmiş və o, həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağlarının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs etdiyi əməldən peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həmçinin azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, F.Əmirov küçəsi, ev 18 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 iyul 2022-ci il tarixdən 27 iyul 2022-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq cəzadan çıxmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs yaşadığı evin həyət hissəsinin arxasındakı sahədən aşkar olunaraq götürülmüş 01 ədəd qara rəngli polietilen torbada qablaşdırılaraq tədqiqata təqdim olunmuş 07 ədəd bitki nümunəsi əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr (komponentlər) olan çətənə (kannabis) bitkiləri, 02 ədəd ayrı-ayrı zərflərdə qablaşdırılaraq götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq qalan 8,25 qram qurudulmuş marixuana və 01 ədəd qara rəngli polietilen torbada qablaşdırılaraq tədqiqata təqdim olunmuş bitki mənşəli kütlə (təmiz çəkisi 450,0 qram) tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 449,95 qram olan qurudulmamış marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, eləcə də fərdi yaşayış evinə və şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 88 AZN (səksən səkkiz) Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1ci maddələri ilə nəzərdə tutlmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Şabran şəhəri, F.Əmirov küçəsi, ev 18 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs yaşadığı evin həyət hissəsinin arxasındakı sahədən aşkar olunaraq götürülmüş və 01 ədəd qara rəngli polietilen torbada qablaşdırılaraq tədqiqata təqdim olunmuş 07 ədəd bitki nümunəsi əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr (komponentlər) olan çətənə (kannabis) bitkiləri, 02 ədəd ayrı-ayrı zərflərdə qablaşdırılaraq götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq qalan 8,25 qram qurudulmuş marixuana və 01 ədəd qara rəngli polietilen torbada qablaşdırılaraq tədqiqata təqdim olunmuş bitki mənşəli kütlə (təmiz çəkisi 450,0 qram) tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 449,95 qram olan qurudulmamış marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs fərdi yaşayış evinə və şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 88 AZN (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Apelyasiya məhkəməsinə Şabran rayon məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar