Məhkəmə qərarları › İş №1(031)-67/2023

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-67/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-67/2023 20.12.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1965-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra AR CM) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, tanışı Şabran rayonu Gəndov kəndində yaşayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğlu Şahid xəstəliyi ilə əlaqədar təqaüd pulunun düzəlməsi üçün tibbi həkim komissiyasından keçirərək zəruri rəy almağa vəd verməklə bu məqsədlər üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yaşadığı Şabran rayonunun Gəndov kəndindəki evində sonuncunun etibarından sui-istifadə edib ondan əvvəlcə 2022-ci ilin yanvar ayında 1000 manat, sonra isə 2022-ci ilin sentyabr ayında həmin niyyətlə Şabran rayonun ərazisindən keçən Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisində olan döngənin yaxınlığındakı avtobus dayanacağının arxasında olan “Su səsi” kafesində 2200 manat pulu aldatma yolu ilə alıb sonradan vədinə əməl etməyərək, cəmi 3200 manat pul vəsaitindən ibarət zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus əmlakını ələ keçirib vahid niyyətlə əhatə olunan dələduzluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1000 manat, sonra isə 2200 manat pulu aldığını danmır. Lakin o, İİ qrup əlildir, 326 manat məbləğində pensiya alır və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs aldığı 3200 manat məbləğində pulu hazırda tam şəkildə geri qaytarmaq iqtidarında deyil. Hazırda törətdiyi əməldən peşmandır. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 3200 manat məbləğində pul aldığını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmin pulu oğluna təqaüd düzəltmə adı ilə aldığını, müdafiəçinin sualına cavab olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 2022-ci ilin yanvar ayında 1000 manat, sonra isə 2022-ci ilin sentyabr ayında 2200 manat pul aldığını, sədrlik edənin sualına cavab olaraq isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona iki dəfəyə ümumilikdə 3200 manat məbləğində pul verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs onu oğlu Şahid xəstəliyi ilə əlaqədar təqaüd pulunun düzəlməsi üçün tibbi həkim komissiyasından keçirəcəyi adı ilə ondan ilk öncə 1000 manat, bundan təqribən 01 (bir) ilə yaxın müddət keçdikdən sonra isə 2200 manat pul alıb. Bundan sonra ona verdiyi vədi yerinə yetirməməsinə baxmayaraq ondan aldığı pulu geri qaytarmayıb. Xahiş edir ki, onun barəsində qanuni tədbir görülsün. Bundan əlavə müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs özünün ona oğlu üçün təqaüd düzəltməyi təklif elədiyini, Təqsirləndirilən şəxs bir çox tanışına təqaüdə çıxmağa köməklik etdiyini, Təqsirləndirilən şəxs üçün ev tikdiyi zaman aralarında borcun yarandığını, lakin onun hazırda Təqsirləndirilən şəxs borcunun olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid göstərmişdir ki, atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona təyin edilmiş pensiyanın ödənilmə müddətinin uzadılması üçün ilk öncə 1000 manat, bundan təqribən 01 (bir) ilə yaxın müddət keçdikdən sonra isə 2200 manat pul verib. Bundan sonra ona ödənilən pensiya kəsilib və Təqsirləndirilən şəxsda onlardan aldığı pulu geri qaytarmayıb. Bundan əlavə müdafiəçinin suallarına cavab olaraq həqiqətən xəstəlikdən əziyyət çəkdiyini, Təqsirləndirilən şəxs hərhansı bir vəzifə tutumasa da onun hərbi xidmətdə işə düzəlməsində və sonra 2015-ci ildə pensiyaya çıxmasında ona köməklik etdiyi üçün ona təyin edilmiş pensiyanın ödənilmə müddətinin uzadılması ilə bağlı Təqsirləndirilən şəxs pul verdiklərini, Təqsirləndirilən şəxs özünü ona və atasına müraciət edərək onu həkim komissiyasından keçirmək qarşılığında onlardan pul istədiyini və atası ilə Təqsirləndirilən şəxs arasında olan pul haqq hesabı barədə dəqiq məlumatının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə AR CM 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (cinayət işinin 1-ci vərəqəsi). - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Şabran Rayon Polis Şöbəsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, həmin ərizədə oğlunun təqaüd pulunu artıracağını ona vəd etmiş Təqsirləndirilən şəxs 3200 manat məbləğində pul verdiyini, Təqsirləndirilən şəxs vədini yerinə yetirmədiyini və onun pulunu geri qaytarmadığını bildirmiş və Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir (cinayət işinin 4-cü vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1965-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 213-1.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il sınaq müddəti ilə şərti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilib (cinayət işinin 21-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli ittihamın elan edilməsi üçün şəxsin tutulması məqsədi ilə axtarışın elan edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (cinayət işinin 23-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayət işinin istintaq icraatının dayandırılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq icraatı Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim olunana qədər dayandırılmışdır (cinayət işinin 25-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:40-da radələrində Şabran rayonunun Ərəblər kəndi ərazisində saxlanılmışdır (cinayət işinin 27-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayət işinin istintaq icraatının təzələnməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin qərarla ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (cinayət işinin 28-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixə, saat 13:00-da ********* nömrəli cinayət işi üzrə AR CM 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin 30-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisində olan döngənin yaxınlığmdaki avtobus dayanacağının arxasında olan “Su səsi” kafesinin sağ tərəfindən olan masanı göstərərək, orada zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əvvəlcədən aldığı 1000 manatla yanaşı 2 200 manat pulu aldığını bildirmişdir (cinayət işinin 48-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR Cm-nin 178.1-cimadəsi ilə ittihamelan edilmişdir (cinayət işinin 50-51-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin həbsdən azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis X3 Yerindən azad edilmiş və onun barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 59-cu vərəqəsi). - Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(011)-34/2019 nömrəli cinayət işi üzrə xx.xx.2019-cu il tarixdə qəbul edilmiş hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CMnin 213-1.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və onun barəsində AR CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 02 (iki) il müddətinə azadlından məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti verilməklə şərti hesab edilmişdir (cinayət işinin 64-76-cı vərəqələri). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(011)-34/2019 nömrəli cinayət işi üzrə xx.xx.2019-cu il tarixdə qəbul edilmiş hökmünə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Belə ki, AR CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, xxxxxxx0001 nömrəli, xx.xx.2016-cı il tarixli zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğlu Şahid müayinə məlumatlarına dair çıxarışdan görünür ki, onun İİ dərəcəli əlilliyi (hərbi xidmət dövrü ilə əlaqədar) vardır (cinayət işinin 78-ci vərəqəsi). - ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (cinayət işinin 86-86-cı vərəqələri). Məhkəmə istintaqı zamanı məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də xx.xx.2023-cü il tarixdə "xxxx" – sına sağ qabırğaaltı nahiyələrdə ağrı, yayılmış sümük, əzələ ağrıları, sidik ləngiməsi, ümumi zəiflik, halsızlıq şikayətləri ilə hepatoloqun müayinəsi üçün müraciət etmişdir. Müvafiq müayinədən sonra ona "B 18.2 – xroniki hepatit C virus infeksiyası" diaqnozu qoyulmuşdur. - Təqsirləndirilən şəxs Fətullayev X2 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin 05 nömrəli, xx.xx.2014-cü il tarixli əmri ilə "X1 Bitməsinin 25 İllik Xatirəsinə" medalı ilə təltif olunmuşdur. - CMS – "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən Təqsirləndirilən şəxs pensiya məluamtlarına dair çıxarışdan görünür ki, onun hərbi xidmət vəzifələrinin (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar 2-ci qrup əlilliyi vardır. AR CM-nin 177-ci maddəsinin "Qeyd" –nin 1-ci hissəsinə əsasən AR CM-nin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. AR CM-nin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. AR CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə — min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, dələduzluq cinayətini oğurluqdan fərqləndirən ən mühüm əlamətlərdən biri onun törədilməsi üsuludur. Belə ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alğı-satqı müqaviləsinin predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur. Etibardan sui-istifadə isə özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək niyyətində olan şəxs tərəfindən əmlakın mülkiyyətçisi, əmlaka sahiblik edən və ya əmlak üzərində sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən sui-istifadə olunmasıdır. Etibardan sui-istifadə, həmçinin şəxsin əmlakı və ya ona olan hüququ əvəzsiz şəkildə ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı hallarda yaranmış olur. Nəzərə alınmalıdır ki, oğurluq və dələduzluq cinayətləri tövsif edilərkən talamanın predmeti olan əmlakın nədə ifadə olunmasına xüsusi diqqət yetirilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq AR CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs AR CM-nin 178.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR CPM-nin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. AR CPM-nin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. AR CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. AR CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, AR CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası AR CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx.xx.2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə AR CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, xroniki hepatit C virus infeksiyasından əziyyət çəkməsini onun hərbi xidmət vəzifələrinin (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar 2-ci qrup əlilliyi olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. AR CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi AR CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Belə ki, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən AR CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir və Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bunula yanaşı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində Şabran Rayon Polis X3 yerində həbsdə saxlanıldığı müddət barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalıdır. Belə ki, AR CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və AR CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs AR CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində Şabran Rayon Polis X3 yerində həbsdə saxlanıldığı müddət barəsində təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən bir günə iki gün hesabı ilə çıxılsın və onun barəsində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə barəsində təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddət ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yeri olan ünvan 1 ünvanını saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar