Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-68/2023 22.11.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X10 Hidayət oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şabran Rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1970-ci il tarixdə Dəvəçi rayonunun Sincanboyad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, ünvan 1i ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə Şabran rayon prokurorluğu tərəfindən Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 66,308 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək yaşadığı evdə saxlamış və 2023-cü ilin yaz aylarında istintaqa məlum olmayan vaxtda Şabran rayonu Sincanboyad kəndində yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq xeyli miqdarda, yəni 06 ədəd narkotik tərkibli çətənə bitkisini əkib, aqrotexniki qaydada qulluq edərək yetişdirməkə kultivasiya etmiş, Şabran RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saxlanılaraq saat 15 radələrində Şabran rayonu Sincanboyad kəndində yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədən qanunsuz olaraq əkib, aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi 06(altı) ədəd yaş vəziyyətdə ümumi çəkisi 340 qram çəkidə olan əkilib- becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi və evə baxış keçirən zaman isə evin mətbəxindəki tavan aralığından 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 65,00 qram, sonuncuya məxsus yataq otağının giriş qapısının sağ tərəfindəki divardan asılmış taxta lövhənin üzərindən 01 (bir) ədəd “Vest” markalı siqaret qutusunun içərisindən 02 (iki) ədəd bükümdə ayrı- ayrılıqda 0,537 qram və 6,771 qram olmaqla ümumi təmiz çəkisi 1,308 qram olmaqla ümumilikdə 66,308 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, təzəlikcə marixuana əkməyə başlamışdır ki, polislər tərəfindən saxlanılıb. Bu işlə əvvəllər məşğul olmayıb və hansı səbəbdən narkotik vasitə əkdiyini özü də anlamır. Səhərdən gecəyə qədər yaşadığı kəndin sakinlərinin heyvanlarını otararaq özünü və ailəsini dolandırır. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq həqiqətən də narkotik vasitə əkdiyini, sözü gedən narkotik vasitəni əkdiyi zaman əkdiyi toxumların narkotik vasitə olduğunu dərk elədiyini, "Şabran" adlı restorandan gecə saatlarında toydan gəldiyi zaman qarşısına çıxan "Vıceroy" markalı siqaretlərin qutusundan əkdiyi narkotik vasitənin toxumlarını tapdığını, özünü ona elan edilmiş ittihamda təqsirli bildiyini, törətdiyi əməllərdən peşman olduğunu, ağciyərlərin infiltrativ vərəmi xəstəliyində əziyyət çəkdiyini, xəstəliyi ilə əlaqədar Şabran şəhərində yerləşən xəstəxanada müalicə aldığını və əkdiyi narkotik vasitəni özünün arada bir istifadə etdiyini bildirmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şabran rayonu Sincanboyad kənd Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, saxlaması, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə əməliyyat aparatına məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində tədbirdə iştirak edən Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Şabran rayonu Sincanboyad kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq ona barəsində Şabran Rayon Polis Şöbəsinə daxil olmuş məlumat barədə məlumat verildikdən sonra müstəntiq Taleh Ağayev, vəkil Müdafiəçi və dəvət edilmiş mütəxəssis-aqronom Ramin Mürsəlov ilə birlikdə yaşadığı evə baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs baxış keçirilməsinə etiraz etməyərək narkotik tərkibli bitkiləri kultivasiya etdiyini bildirmişdir. Həyətyanı sahəyə baxış keçirilən zaman həyətin giriş darvazasından sağ tərəfdə hasarın yanında yerdə plastmas yeşikdə 03 ədəd narkotik tərkibli çətənə bitkisi aşkarlanmışdır. Həmçinin Rövşənin yaşadığı evin qarşısındakı bitkilər əkilən yerdən 01 ədəd dibçəkdə əkilmiş olan 01 ədəd çətənə bitkisi aşkarlanmış və həyətin giriş darvazasından sol tərəfdə hasarın yanında yerdə 01 ədəd plastmas yeşikdə əkilmiş halda 02 ədəd çətənə bitkisi aşkarlanmış və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bitkilərin narkotik tərkibli çətənə kolları olduğunu bildirməklə, kultivasiya etdiyini etiraf etmişdir. Dəvət edilmiş mütəxəssis-aqronom da bitkilərə baxış keçirdikdən sonra həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini təsdiq etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda başqa narkotik vasitə olması barədə soruşduqda, yaşadığı evdə əkdiyi bitkilərdən topladığı hissələri qurutmaq və istifadə etmək üçün saxladığını və həmin yerləri göstərə biləcəyini demişdir. Rövşənin iştirakı ilə yaşadığı evə daxil olunmuş və giriş qapısından daxil olduqları yerdən 01 ədəd patrondaşın içərisində 07 (yeddi) ədəd patron aşkarlanmış və götürülmüş, Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsindəki mətbəxdəki tavanın arasında 01 ədəd sellofan torbada narkotik vasitə olan marixuana, evin birinci mərtəbəsindəki yataq otağının giriş qapısının yanındakı divarda olan siyirmənin üzərindən 01 ədəd “Vest” markalı siqaret qutusunun içərisindən 02 ədəd bükümdə narkotik vistə olan marixuana, həmin otaqdan bir ədəd ov silahı aşkarlanaraq, zərflərə qoyularaq qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. İş materiallarına olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə,saat 16:20-də şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin 21-22-ci vərəqələri). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16-2-№7/979 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş kağız paketdəki 01 ədəd sellofan torbada təmiz çəkisi 65 qram və kağız paketdəki “West” adlı siqaret qutusunun içərisində 02 ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,537 qram. 0,771 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi-66,308 qramdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən götürülmüş və tədqiqata təqdim edilmiş ağ rəngli sintetik torbadakı sayı 06 ədəd yaş vəziyyətdə ümumi çəkisi 340 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Qeyd: Marixuananın ümumi çəkisi 66,308 qram, tədqiqata istifadə olundu 0,3 qram, qalıq 66,008 qram. Çətənə bitkilərinin ümumi çəkisi 340 qram, tədqiqata sərf edildi 0,3 qram, qalıq 339,7 qram. (cinayət işinin 50-52-ci vərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, hazırkısı üzrə aşkar edilmiş qurudulmuş marixuananın ümumi çəkisi 66.308 qramdır, tədqiqata həmin marixuananın 0.03 qram hissəsində miqdarı sərf edilmişdir və qalıq 66.008 qram, aşkar edilmiş qurudulmuş marixuananın ümumi çəkisi 340 qramdır, tədqiqata həmin marixuananın 0.03 qram hissəsində miqdarı sərf edilmişdir və qalıq 339.7 qram təşkil edir (cinayət işinin 53-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin X7 azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şabran Rayon Polis X6 Yerindən və onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 75-76-cı vərəqələri). - xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınmaq haqqında qərardan görünür ki, ekspertiza icraatından sonra qaytarılan 02 ədəd kağız paketdə və 01 ədəd sintetik torbada 66,008 qram qurudulmuş marixuana və 339,7 qram çətənə bitkisi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2023-cü il tarixdə maddi sübut kimi hesab olunub, saxlanılması üçün Şabran RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. (cinayət işinin 82-83-cü vərəqələri). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1970-ci il tarixdə Dəvəçi rayonunun Sincanboyad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.1994-cü il tarixli Dəvəçi rayon Xalq məhkəməsinin hökmü ilə AR köhnə CM-nin 83-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrumetmə cəzası verilmiş, CM-nin 39-cu maddəsinə əsasən əməli Dəvəçi rayon Xalq məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə CM-nin 143-cü maddəsinin 2-ci hissəsi ilə təyin edilmiş 02 il islah işləri cəzası ilə birləşdirilərək qəti əmlakı müsadirə olunmaqla 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhər Nərimanov rayon Xalq məhkəməsinin xx.xx.1996-cı ildə qərarı ilə CM-nin 50-1-ci maddəsinə əsasən əməyə mütləq cəlb olunmaqla 02 il 08 ay 15 gün şərti azad edilmiş, 27.07,1997-ci ildə CM-nin 50-ci maddəsinə əsasən 01 il 05 ay 13 gün vaxtından əvvəl şərti azad olunmuşdur (cinayət işinin 98-99-ci vərəqələri). - Şabran rayon İHB-nın Dəvəçi İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş ictimai xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddət ərzində qismən özünü nəzakətli aparmışdır. Nümayəndəlikdə keçirilən mədəni, kütləvi tədbirlərdə, ictimai işlərdə qismən iştirak etmişdir. Birgə yaşayış qaydalarına hörmətlə yanaşır, onun qanunlara zidd hərəkəti barədə heç bir məlumat daxil olmamışdır (cinayət işinin 101-ci vərəqəsi). - Məhkəmə narkoloji ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin xx.xx.2023-cü il tarixli 5048 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cinayət işinin 153-154-cü vərəqələri). - Şabran rayon İHB-nın Dəvəçi İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 31 avqust 2023-cü il tarixli 627 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonu Sincanboyad kəndində ailə üzvləri – həyat yoldaşı – X1, qızı – X3 ilə birlikdə yaşayır. - "Şabran Rayon Mərkəzi Xəstəxanası" X11 tərəfindən verilmiş 3873 çıxış nömrəli, xx.xx.2023-cü il tarixli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs ağciyərlərin infiltrativ vərəmi, bərkimə mərhələsi diaqnozu qoyulmuşdur və onun ambulator müalicəyə ehtiyacı vardır. - "Şabran Rayon Mərkəzi Xəstəxanası" X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3468 nömrəli arayışdan görünür ki, X1 "Şabran Rayon Mərkəzi Xəstəxanası" X9 Onkoloji kabinetində dispanser qeydiyyatdadır (DZ: qeyri-hoçkin linfaları İV mərhələ AKT-dən sonrakı vəziyyət, anemiya orta ağır dərəcədə. Anoreksiya xəstə müntəzəm surətdə Milli Onkologiya Xəstəxanasında müayinə və müalicə qəbul edir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Cinayət Məcəlləsinin 17.3-cü maddəsinə əsasən şəxs AR CM-nin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) — üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanunun: 1.0.9-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair" xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Buna görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Həmçinin həmin Qərara əsasən AR CM-nin 27.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında həmin maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2021-ci il tarixli Qərarına əsasən toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Azərbaycan Respublikasının "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1. və 237.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə tam təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməllərinə görə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halın olmasını və ağırlaşdırıcı halın olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu (həbsdə saxlanıldığı) 02 gün müddə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2i ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Belə ki, AR CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalı, habelə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 142 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutlar otağına təhvil verilmiş sübutlar: ekspertiza icraatından sonra qaytarılan 02 ədəd kağız paketdə və 01 ədəd sintetik torbada 66,008 qram qurudulmuş marixuana və 339,7 qram çətənə bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, eləcə də şəxsi axtarış keçirilməsinə və baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 02 ədəd diskin maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2i ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şabran rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutlar otağına təhvil verilmiş sübutlar: ekspertiza icraatından sonra qaytarılan 02 ədəd kağız paketdə və 01 ədəd sintetik torbada 66,008 qram qurudulmuş marixuana və 339,7 qram çətənə bitkisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, eləcə də şəxsi axtarış keçirilməsinə və baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 02 ədəd diskin maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 142 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə Şabran Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(031)-68/2023
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-68/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver