Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-7/2024 24.01.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1986-cı il tarixdə Quba rayonunun 1-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycana Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra AR CM) 178.2.1-ci maddəsi ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1978-ci il tarixdə Quba rayonunun Əsparasti kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işsiz, ünvan 2 ünvanda yaşayan və barəsində polisin nəzarəti altında vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs İİ qrup gözdən əlil olan övladı Etibar Bünyatovun aylıq təqaüdünü bərpa etdirəcəyini yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün köməklik edəcəyini və ona yenidən təqaüd verilməsini təmin etdirəcəyini yalandan vəd verib Zərərçəkmiş şəxs formalaşdırdıqları inam və etibardan suiistifadə edərək xx.xx.2022-ci il tarixdə “Muğan Bank” - ın Xaçmaz şəhər filialında ondan 3000 manat pulu alıb, xx.xx.2022-ci il tarixdə isə Şabran şəhərinin Heydər Əliyev prospektində yerləşən ödəniş terminalı vasitəsilə Zərərçəkmiş şəxs 1000 manat məbləğində pul vəsaitini bank hesabına köçürtməsinə nail olub, həmin vəsaitləri Təqsirləndirilən şəxs2lə birlikdə bölüşdürərək şəxsi ehtiyaclarına sərf edib, Zərərçəkmiş şəxs ümumilikdə 4000 manat məbləğində ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 AR CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 isə aldatma və etibardan sui istifadə etmə yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirib ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Təqsirləndirilən şəxs1 vasitəsilə ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs İİ qrup gözdən əlil olan övladı Etibar Bünyatovun aylıq təqaüdünü bərpa etdirəcəyini yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün köməklik edəcəyini və ona yenidən təqaüd verilməsini təmin etdirəcəyi yalandan vəd verib Zərərçəkmiş şəxs formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək xx.xx.2022-ci il tarixdə “Muğan Bank” - ın Xaçmaz şəhər filialında Təqsirləndirilən şəxs1 ondan 3000 manat pulu almasına, xx.xx.2022-ci il tarixdə isə Şabran şəhərimim Heydər Əliyev prospektində yerləşən ödəniş terminalı vasitəsilə 1000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 bank hesabına köçürülməsinə nail olduqdan sonra həmin vəsaitləri Təqsirləndirilən şəxs1la birlikdə bölüşdürərək şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs ümumilikdə 4000 manat məbləğində ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs onun İİ qrup gözdən əlil olan övladı Etibar Bünyatovun aylıq təqaüdünü bərpa edəcəyi adı ilə ilk öncə 3000 manat, sonradan isə 1000 manat məbləğində pul alıb. Hazırda Zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə edilib, ona dəymiş maddi ziya ödənilib və Zərərçəkmiş şəxs ondan hər-hansı bir şikayət və tələbi yoxdur. Bununla yanaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə törətdikləri cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilib. Bu halları nəzərə alaraq məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs onun İİ qrup gözdən əlil olan övladı Etibar Bünyatovun aylıq təqaüdünü bərpa edəcəyi adı ilə ilk öncə 3000 manat, sonradan isə 1000 manat məbləğində pul alıb. Onlar hazırda Zərərçəkmiş şəxs ilə barışıblar və ona dəymiş maddi ziya ödəyiblər. Zərərçəkmiş şəxs onlardan hər-hansı bir şikayət və tələbi yoxdur. Həmçinin Təqsirləndirilən şəxs1 ilə birlikdə törətdikləri cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilib. Bu halları nəzərə alaraq məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra AR CPM) 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməməmiş, hansı səbəbdən məhkəmə iclasına gəlməməsi barədə məlumat verməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və ondan işə baxılmasının təxirə alınmasına dari vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və müdafiəçinin işə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasına etiraz etməmələrini nəzərə alaraq, AR CPM-nin 315.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin mümkün olduğu və bu halın əsaslı yekun məhkəmə qərarının çıxarılmasına mane olmadığı nəticəsinə gəlmiş və hazırki işə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadədə göstərmişdir ki, 2022-ci ilin mart ayında oğlu X1 təqaüdünü bərpa etmək üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına tanışı Nurlan ilə yollanmışdır. Həmin vaxt Nurlan öz arvadı ilə, o da öz oğlu ilə xəstəxanaya getmişdir. Orada söhbət əsnasında Nurlanın mobil telefonuna zəng gəlmişdir. Nurlan həmin şəxslə söhbət edən zaman həmin şəxs Nurlana xəstəlik təqaüdünü bərpa edə biləcəyini bildirmişdir. Bundan sonra o, Nurlan ilə məsləhətləşdikdən sonra oğlu Etibarı Quba rayonuna adının sonradan Dəyanət olduğunu bildiyi şəxslə görüşmək üçün göndərmişdir. X8 şəhərində Dəyanət ilə görüşdükdən sonra evə qayıtmış və bir neçə gün sonra o, öz istifadəsində olan nömrə ilə Dəyanətin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmişdir. Danışan zaman Dəyanət ona Xaçmaz şəhərində görüşə biləcəklərini bildirmişdir. O da oğlu Etibarı götürərək Xaçmaz şəhərinə gəlmişdir. Xaçmaz şəhərinə çatan zaman Dəyanət ona oğlu Etibar Bünyatovun təqaüdünü bərpa etmək üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra onlar Dəyanətlə birgə Xaçmaz şəhərindəki notariat kontoruna getmişlər. 250 manat məbləğində bank rüsumu olmaqla Muğan Bank vasitəsilə o, 3000 manat məbləğində pulu Təqsirləndirilən şəxs1 hesabına göndərmişdir. Təxminən 02 gün sonra Təqsirləndirilən şəxs1 ilə telefon əlaqəsi saxlayan zaman Dəyanət ona əlavə 1000 manat pulu terminal vasitəsilə ödəməsini bildirmişdir. O da Şabran şəhərinin Heydər Əliyev prospektində yerləşən Qayalı marketin içərisindəki terminal vasitəsilə 1000 manat pulu Təqsirləndirilən şəxs1 göndərmişdir. Lakin hal hazıradək Dəyanət nə onun telefonuna cavab vermiş nə də ki, onun işini düzəltmişdir. AR CPM-nin 226.1—226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış Şahid1 məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və müdafiəçinin işə Şahid1 iştirakı olmadan baxılmasına etiraz etməmələrini nəzərə alaraq, AR CPM-nin 317.1-ci maddəsinə əsasən Şahid1 məhkəmə iclasına gəlməməsinin cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadığı qənaətinə gələrək, hazırki işə Şahid1 iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadədə göstərmişdir ki, o, İİ qrup gözdən əlildir və hər ay 265 manat təqaüd alırmış. 2021-ci il tarixdə ona verilən təqaüd dayandırılmış, buna səbəb isə guya artıq gözlərinin sağalması olmuşdur. Halbuki, onun gözlərinin görmə qabiliyyəti əvvəlkindən daha da pisdir. 2022-ci ilin mart ayında tanışı Nurlana təqaüdünün artıq verilmədiyini bildirmişdir. Nurlan ona Dəyanət adlı tanışının olduğunu, təqaüdünün bərpa edilməsində ona köməklik edəcəyini bildirmişdir. O da Nurlanla razılaşmış və 2022-ci ilin aprel ayının əvvəllərində Nurlan ilə o, Quba rayonunda Dəyanətlə görüşmüşlər. Görüş zamanı o, Dəyanətə problemini danışmış və dəyanətdə ona həmin məsələ ilə bağlı köməklik edə biləcəyini bildirmişdir. Həmin vaxt Nurlan ona əgər bu işi həll edə bildiyi təqdirdə ona köməklik etməsini xahiş etmiş və Dəyanət Nurlanla ona arxayın olmalarını, o, bu məsələni müsbət yolla həll edəcəyini söyləmişdir. Bir neçə gün sonra Dəyanət, atası Cavanşir, Nurlan və o, Xaçmaz şəhərində görüşmüş və onun təqaüdünü bərpa etmək məqsədilə atası Cavanşir 3000 manat pulu X7 şəhər filialı vasitəsilə Dəyanətə vermişdir. Təxminən bir neçə gün sonra atası yenidən terminal vasitəsilə Dəyanətə 1000 manat pul göndərmişdir. Həmin gündən sonra o, dəfələrlə Dəyanətə zəng etsə də, Dəyanət müxtəlif bəhanələr gətirərək onu aldatmış, guya məsələni həll edəcəyini deyib onun sənədlərini "WhatsApp" vasitəsilə ona atmasını bildirmişdir. AR CPM-nin 226.1—226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış Şahid2 məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və müdafiəçinin işə Şahid2 iştirakı olmadan baxılmasına etiraz etməmələrini nəzərə alaraq, AR CPM-nin 317.1-ci maddəsinə əsasən Şahid2 məhkəmə iclasına gəlməməsinin cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadığı qənaətinə gələrək, hazırki işə Şahid2 iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmə iclasında elan edilmiş ifadədə göstərmişdir ki, Zərərçəkmiş şəxs onun tanışıdır. 2022-ci ilin mart ayının sonlarında Zərərçəkmiş şəxs ilə birgə onun oğlu İİ qrup əlil olan Şahid1 əlillik təqaüdünü bərpa etmək üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yollanmışlar.Həmin vaxt onun telefonuna tanışı Təqsirləndirilən şəxs1 zəng etmişdir. Dəyanət ilə telefonda danışan zaman təsadüfən ona tanışının oğlu üçün əlillik təqaüdü bərpa etmək məqsədilə hal hazırda Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında olduğunu bildirmişdir. Dəyanətdə ona bu işləri edə biləcək tanışının olmasını və onun tanışına kömək edə biləcəyini söyləmişdir. O da Zərərçəkmiş şəxs Dəyanət adlı tanışının olmasını və qeyd edilən məsələ ilə bağlı ona kömək edə biləciyini Cavanşirə deməsini ondan xahiş etmişdir. Zərərçəkmiş şəxs də onu həmin şəxslə görüşdürməsini yaxud mobil telefon vasitəsilə əlaqə yaratmasında köməklik etməsini ondan xahiş etmişdir. O da Cavanşirə Dəyanətin mobil nömrəsini vermişdir. xx.xx.2022-ci il tarixdə isə Etibar, Cavanşir və o, Dəyanət ilə Xaçmaz şəhərində görüşmüşlər. Görüş zamanı Cavanşir 4000 manat pul düzəldə bilmədiyini, hal hazırda 3000 manat pul ilə gəldiyini bildirmişdir. Bundan sonra onlar X7 şəhəri filialına gedərək orada kredit müqaviləsi bağladıqdan sonra Cavanşir 3000 manat pulu Dəyanətə vermişdir. Bir müddət sonra isə o, Etibar və Cavanşirdən öyrənmişdir ki, Zərərçəkmiş şəxs əlavə olaraq ödəniş terminalı vasitəsilə əlavə olaraq 1000 manat pulu Təqsirləndirilən şəxs1 göndərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 185377 nömrəli qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 08:37:47-də Təqsirləndirilən şəxs1 bank kartına 1000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs 3000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 notariusun depozit hesabı vasitəsi ilə borc vermişdir. - xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, həmin icra qeydinə əsasən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs tərəfindən ödənilmiş 3025 manat məbləğində pul tutulmalıdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan və xx.xx.1986-cı il tarixdə Quba rayonunun 1-ci Nügədi kəndində anadan olmuş Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin X4 azad olunması və barəsində polisin nəzarəti altında vermə növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin qərara əsasən Əliyev X2 Rayon Polis X3 Yerindən azad edilmiş və onun barəsində polisin nəzarəti altında vermə növündə qətimkan tədbiri seçilmişdir. - Şabran Rayon Məhkəməsinin 1(031)-57/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs növündə qətimkan tədbiri seçilmişdir. - 31826 nömrəli mədaxil qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 3025 manat məbləğində pul vəsaitini tələbkarın xeyrinə edilən ödəniş olaraq məhkəmə icraçılarının müvafiq bank hesabına köçürmüşdür. - 30000 nömrəli mədaxil qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 211,75 manat məbləğində pul vəsaitini 7 faiz icra ödəniş olaraq məhkəmə icraçılarının müvafiq bank hesabına köçürmüşdür. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan və xx.xx.1978-ci il tarixdə Quba rayonunun Əsparasti kəndində anadan olmuş Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. - xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut kimi hesab edilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında bağlanan kredit müqaviləsinin surəti, Şabran şəhəri Heydər Əliyev prospektində yerləşən “eManat” vasitəsilə Rabitə bankın fiziki şəxsin debet kartına 1000 manat məbləğində mədaxil edilən qəbzin surəti, xx.xx.2022-ci il tarixli icra qeydi vərəqəsi, Quba rayon icra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surəti maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs **********442 nömrəli, xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş (reyestrdə 8İ-24442 nömrə ilə qeyd edilib) ərizəsindən görünür ki, onun xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs **********441 nömrəli, xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş (reyestrdə 8İ-24441 nömrə ilə qeyd edilib) ərizəsindən görünür ki, onun xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. - ********** nömrəli mədaxil qəbzdən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan Təqsirləndirilən şəxs2 dövlət büdcəsinə 1000 manat məbləğində ödəniş etmişdir. AR CM-nin 73-1.2-ci maddəsinə əsasən AR CM-nin 178.2, 179.2 186.2.1, 189-1.2-1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. AR CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. AR CM-nin 178.2.1-ci maddəsinə əsasən eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, dələduzluq cinayətini oğurluqdan fərqləndirən ən mühüm əlamətlərdən biri onun törədilməsi üsuludur. Belə ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alğı-satqı müqaviləsinin predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur. Etibardan sui-istifadə isə özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək niyyətində olan şəxs tərəfindən əmlakın mülkiyyətçisi, əmlaka sahiblik edən və ya əmlak üzərində sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən sui-istifadə olunmasıdır. Etibardan sui-istifadə, həmçinin şəxsin əmlakı və ya ona olan hüququ əvəzsiz şəkildə ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı hallarda yaranmış olur. Nəzərə alınmalıdır ki, oğurluq və dələduzluq cinayətləri tövsif edilərkən talamanın predmeti olan əmlakın nədə ifadə olunmasına xüsusi diqqət yetirilməlidir. AR CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). AR CPM-nin 43.1.2-ci maddəsinə əsasən AR CPM-nin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair" xx.xx.20211-ci il tarixli Qərarında qeyd edilmişdir ki, nəzəriyyədə cinayət məsuliyyətindən azad etmə dedikdə, törədilmiş cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və ona cəza tətbiq etməkdən imtina etməsi başa düşülür. Cəzadan azad etmə isə, məhkum olunmuş şəxsə cəzanın tətbiq edilməməsini və yaxud cəzanın qalan hissəsini çəkməkdən azad edilməsini nəzərdə tutur. Göstərilənlərdən belə nəticəyə gəlmək olur ki, bu institutlar (cinayət məsuliyyətindən azad etmə və cəzadan azad etmə) aşağıdakılara görə fərqlənir: cinayət mühakimə icraatının mərhələlərinə görə; bu cür qərar qəbul etmək səlahiyyətinə malik olan şəxslərin və orqanların dairəsinə görə. Cinayət məsuliyyətindən azad etmə həm məhkəməyədək mərhələdə, həm də məhkəmə baxışı mərhələsində mümkündür. Cəzadan azad etmə isə yalnız məhkəmə baxışı mərhələsində mümkündür. Cinayət məsuliyyətindən prokurorun razılığı ilə təhqiqatçı və müstəntiq, habelə məhkəmə azad edə bilər. Cəzadan azad etmə isə məhkəmənin müstəsna səlahiyyətidir. Cinayət məsuliyyətindən azad etmə müvafiq olaraq cəzadan azad etməni də əhatə edir. Bu zaman cinayət məsuliyyətindən azad etmənin ilkin anı - məhkəməyədək mərhələ, son anı - hökm elan olunanadək məhkəmə baxışı mərhələsidir. Bu mərhələdən sonra isə söhbət yalnız cəzadan azad etmədən gedə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 40.4-cü maddələri imperativ qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsini nəzərdə tutduğu halda, həmin Məcəllənin 40.2-ci maddəsində göstərilən hallar üzrə (Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələri) şəxsin cinayət məsuliyyətindən azad edilməsi cinayət prosesini həyata keçirən orqanın vəzifəsi kimi nəzərdə tutulmamış və qanunverici bu halları cinayət təqibini həyata keçirən orqanların və ya məhkəmənin mülahizəsinə buraxmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" xx.xx.2015-ci il tarixli, 7 nömrəli Qərarının 40-cı bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsi Cinayət Məcəlləsinin 178.1, 178.2, 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institutunun tətbiq edilməsi üçün CM-in 73-1.1, 73-1.2, 73-1.3-cü maddələrində göstərilənlərdən (zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş ziyanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa, digər şərtlər nəzərdə tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl etmiş istənilən, o cümlədən dələduzluqla yanaşı başqa cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci madəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədə ifadə olunan cinayət əməlini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxslər, zərər çəkmiş şəxs, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən AR CM-nin 178.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmışlar, ona dəymiş ziyanı tamamilə ödəmişlər və törətdikləri cinayət nəticəsində vurulmuş ziyanın (4000 manat məbləğində pulun) iyirmi beş faizi miqdarında (1000 manat) dövlət büdcəsinə ödəniş etmişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə ərizə vasitəsi ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını bildirmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə (AR CM-nin 73-1.2-ci maddəsinə əsasən) təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, onlara qarşı hazırki iş üzrə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalı və onların barəsində seçilmiş qətimkan tədbirləri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə maddi sübutlar: xx.xx.2022ci il tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında bağlanan kredit müqaviləsinin surəti, Şabran şəhəri Heydər Əliyev prospektində yerləşən “eManat” vasitəsilə Rabitə bankın fiziki şəxsin debet kartına 1000 manat məbləğində mədaxil edilən qəbzin surəti, xx.xx.2022-ci il tarixli icra qeydi vərəqəsi, Quba rayon icra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surəti – cinayət işinə əlavə edildiyindən, həmin maddi sübutlar cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və AR CPM-nin 40, 43, 344-347, 356, 381, 384, 385ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs1 AR CM-nin 73-1.2-ci maddəsinə əsasən hazırkı cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun AR CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azadlığa buraxılsın. Təqsirləndirilən şəxs2 AR CM-nin 73-1.2-ci maddəsinə əsasən hazırkı cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun AR CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(031)-7/2024
Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-7/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver