Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 1(031)-70/2022 15.12.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1982-ci il tarixdə Bərdə rayonu Lənbəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs özünün Bakı şəhəri Z.Bünyadov prospekti 11 ünvanda yerləşən “Metal dam örtükləri yüksək inşaat” şirkətində satış meneceri kimi təqdim etməklə onun üçün dam örtükləri göndərəcəyinə yalan vədlər verib aldadaraq 16 iyul 2022-ci il tarixdə saat 13:45-də Şabran şəhəri H.Əliyev prospektində yerləşən “Oba” marketdə quraşdırılmış “Milliön” elektron ödəmə vasitəsi ilə “Leobanka” aid **********963781 nömrəli hesaba göndərilən 900 manat pulu, 20 iyul 2022-ci il tarixdə saat 15:28-də yenə həmin yerdən Zərərçəkmiş şəxs tərəfindən “Leobanka” aid **********963781 nömrəli hesaba göndərilən 1000 manat pulu, ümumilikdə isə 1900 (bir min doqquz yüz) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olmasına baxmayaraq ünvan 4 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 2022-ci ilin iyun-iyul aylarında Bakı şəhəri Z.Bünyadov prospekti 11 ünvanda yerləşən “Metal dam örtükləri yüksək inşaat” şirkətində qeyri-rəsmi olaraq satıcı kimi işləmiş və təxminən 1 aydan çoxdur ki, həmin işdən çıxmışdır. Yay aylarında internet vasitəsi ilə Şabran rayonundan olan Zərərçəkmiş şəxsla tanış olmuş, Samir onunla tetefon əlaqəsi saxlayaraq dam örtükləri almaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs özünü satış meneceri kimi təqdim edərək 5400 manat pula ona dam örtükləri sata biləcəyini dedikdən sonra Samir onun təklifi ilə razılaşmışdır. Pulu göndərməsi üçün özünə məxsus “Leobanka” aid **********963781 nömrəli kartın fotoşəklini ona göndərmişdir. Zərərçəkmiş şəxs ona göndərdiyi karta 16 iyul 2022-ci il tarixdə 900 manat və 20 iyul 2022-ci il tarixdə isə daha 1000 manat pul göndərdikdən sonra ümumilikdə 1900 manat pulu Bakı şəhəri Z.Bünyadov prospektində yerləşən “Almarket”in yaxınlığında yerləşən “Kapitalbank”a məxsus bankomatından çıxarmışdır. Bankomatdan çıxartdığı ümumilikdə 1900 manat pulu işlədiyi ofisin müdiriyyətinə demədən öz ehtiyacları üçün xərcləmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs onun yanına, yəni işlədiyi ofisə gələrək onunla görüşüb və dam örtüklərini ondan tələb etdikdə əlavə olaraq 2600 manat pul verməli olduğunu ona bildirmişdir. Lakin Zərərçəkmiş şəxs onunla razılaşmayaraq ondan aldığı 1900 manat pulunu geri qaytarmasını ondan tələb edərək çıxıb getmişdir. Təxminən 2-3 ay ərzində Zərərçəkmiş şəxs aldığı 1900 manat pulun 1700 manatını hissəhissə ona qaytarmış, sonradan isə qalan borcunu tam ödəmiş və ondan üzr istəmişdir. Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Odur ki, barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Şabran rayonu Rəhimli kəndində qeydiyyatda olmasına baxmayaraq Şabran şəhəri C.Cahangirov küçəsi ev 3 ünvanda ailəsi ilə birlikdə yaşayır və təxminən 9 ildir ki, ünvan 5 İƏD-sü üzrə nümayəndəsi vəzifəsində işləyir. 2022-ci ilin iyul ayının əvvələrində yaşadığı evin təmiri üçün yeni dam örtükləri almaq qərarına gəlmişdir. Buna görə də 2022-ci ilin iyul ayının əvvələrində internet vasitəsi ilə “Metal dam örtükləri yüksək inşaat” şirkətində satış meneceri işləyən Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş və onunla əlaqə saxladıqda həmin şəxs göndərdiyi bank hesabına, yəni karta 1900 manat pul köçürməsini ondan xahiş etmişdir. 16 iyul 2022-ci il tarixdə saat 13:45-də Şabran şəhəri H.Əliyev prospektində yerləşən “Oba” marketə gedib və orada quraşdırılmış “Milliön” elektron ödəmə vasitəsi ilə Təqsirləndirilən şəxs göndərdiyi “Leobanka” aid **********963781 nömrəli karta 900 manat pulu göndərmişdir. Birinci dəfə pulu göndərdikdən bir gün sonra Dərnəgül şosesində yerləşən “Metal dam örtükləri yüksək inşaat” şirkətinin mağazasına gedib və orada Təqsirləndirilən şəxslə şəxsən tanış olmuşdur. Aralarındakı söhbət zamanı Təqsirləndirilən şəxs əlavə olaraq 1000 manat pul da ödəməli olduğunu ona demiş, o da Elnurla razılaşaraq çıxıb getmişdir. Bir neçə gün sonra, yəni 20 iyul 2022-ci il tarixdə 15:28 radələrində yenə də Şabran şəhəri H.Əliyev prospektində yerləşən “Oba” marketə gedib orada quraşdırılmış “Milliön” elektron ödəmə vasitəsi ilə Təqsirləndirilən şəxs ona göndərdiyi həmin karta 1000 manat pulu göndərmişdir. İki dəfəyə ümumilikdə 1900 manat pulu onun göndərdiyi karta köçürüb qurtarmışdır. Lakin sonradan dəfələrlə Təqsirləndirilən şəxslə əlaqə saxlayıb ona göndərdiyi pulun müqabilində sifariş etdiyi dam örtüklərini tələb etməsinə baxmayaraq Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək malı ona çatdırmamışdır. Təqsirləndirilən şəxs zəng edib ona verdiyi pullarını, ya da ki, dam örtüklərinin ona çatdırılmasını ondan tələb etməsinə baxmayaraq həmin şirkətin satış meneceri kimi təqdim etmiş Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Təqsirləndirilən şəxs göndərdiyi 1900 manat pulu və ya sifariş etdiyi dam örtüklərini ondan ala bilmədikdən sonra həmin şəxsin onu aldadaraq dələduzluq yolu ilə pullarını ələ keçirməsini başa düşmüş və buna görə də Təqsirləndirilən şəxs barəsində Şabran RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur, sonuncunun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Bu barədə məhkəməyə rəsmi ərizə də təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, Şabran rayonu Rəhimli kəndində ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun oğludur. Oğlu Zərərçəkmiş şəxs təxminən 9 ildir ki, ünvan 5 İƏD-sü üzrə nümayəndəsi vəzifəsində işləyir. Oğlu 2022-ci ilin iyulun əvvələrində Şabran şəhərində yerləşən yaşadığı evin təmiri üçün yeni dam örtükləri almaq istəməsini ona demişdir. Samir “Metal dam örtükləri yüksək inşaat” şirkətinin əməkdaşı kimi özünü təqdim etmiş Təqsirləndirilən şəxs adlı şəxslə tanış olub və həmin şəxsin ona göndərdiyi “Leobank”a aid **********963781 nömrəli karta 02 dəfəyə ümumilikdə 1900 manat pul göndərmişdir. Lakin sonradan oğlu Samir həmin şəxslə dəfələrlə əlaqə saxlayıb və sifarişi yerinə yetirməsini ondan xahiş etməsinə baxmayaraq Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək nə malı və nə də ki onun hesabına ödədiyi 1900 manat pulu ondan geri ala bilməmişdir. Oğlu həmin şəxs tərəfindən aldadılması və 1900 manat pulunun ələ keçrilməsi barədə sonradan ona ətraflı məlumat vermişdir. Təqsirləndirilən şəxs adlı şəxs dələduzluq yolu ilə oğluna məxsus 1900 manat məbləğində pulu ələ keçirib onu aldatmışdır. Buna görə də oğlu Zərərçəkmiş şəxs 02 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Şabran rayon PŞ-nə ərizə ilə müraciət etmişdir. X1 olan 1900 manat borcunu tam ödəmiş, onlardan üzr istəmişdir. O, da bir valideyn kimi Elnurun bağışlanmasını xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 31 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bərdə RİH Başçısının Lənbəran kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 sentyabr 2022-ci il tarixli 461 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə RİH Başçısının Lənbəran kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənd əhalisi arasında hörmətə malikdir, həmişə ictimai işlərdə və təşkilatı tədbirlərdə fəal iştirak etmişdir. Onunla bağlı icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, xahiş edir ki, ərizəsi nəzərə alınaraq işin icraatına xitam verilsin. İş materiallarında olan Şabran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına gəlmədiyinə görə onun barəsində axtarış elan edilməklə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Şabran rayon polis şöbəsi tərəfindən verilmiş axtarışda olan şəxsin tutulması barədə 08 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yeri Bakı şəhərində müəyyən edilərək tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı bir tələbi olmadığından, eləcə də hazırki iş üzrə cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildiyindən, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayətinin olmaması səbəbindən zərərçəkmiş şəxsin ərizəsi nəzərə alınmalı və cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.11, 73-1.1, 43.1.2, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-70/2022
Şabran Rayon Məhkəməsi Qərar — İş №1(031)-70/2022
15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver