Məhkəmə qərarları › İş №1(031)-70/2023

Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-70/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-70/2023 29.11.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Gülbabayeva (Vəliyeva) Ülviyyə Əlixan qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1980-ci il tarixdə Dəvəçi rayonunun Uzunboyad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, cavabdeh kimi ondan Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı nəzərə alınmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra xx.xx.2020-ci il tarixdən başlayaraq, övladları, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər ay hər uşağa 110,00 manat olmaqla, cəmi 220,00 manat sabit pul məbləğində alimentin alınaraq zərər çəkmiş şəxs Gülbabayeva (Vəliyeva) Ülviyyə Əlixan qızının xeyrinə ödənilməsinə dair Şabran Rayon Məhkəməsinin 2(031)-95/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2023-cü il tarixdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə təqdimat verilən xx.xx.2023-cü il tarixədək 6160,00 manat məbləğində aliment borcunu zərər çəkmiş şəxs Gülbabayeva (Vəliyeva) Ülviyyə Əlixan qızının xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, məhkəmə qərarı ilə o, Gülbabayeva (Vəliyeva) Ülviyyə Əlixan qızı ilə aralarında olan nikahdan olan 02 (iki) uşaq üçün hər biri üçün ayrılıqda 110 manat aliment ödəməlidir. Fəhlə işləyir və aylıq qazancı təqribən 300 manat təşkil edir. İmkanı çatdığı qədər ayda 100-150 manat ödənişlər edib. Lakin maddi vəziyyəti ağır olduğu üçün icra vərəqəsi üzrə ödənişləri tam şəkildə edə bilməyib. Çalışacaq ki, budan sonra da gücü çatdığı qədər ödənişlər etsin. Xahiş edir ki, barəsində yüngül cəza təyin edilsin. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq icra vərəqəsi üzrə ödənişləri vaxtaşırı əlbəəl Gülbabayeva (Vəliyeva) Ülviyyə Əlixan qızına ödədiyini və sonuncuya etdiyi ödənişləri təsdiq edən hər-hansı bir sübutunun olmadığını, Gülbabayeva (Vəliyeva) Ülviyyə Əlixan qızının dərdinin pul dərdi olmadığını, sadəcə onu tutdurmaq istədiyini, aylıq gəlirinin 300 manat təşkil etdiyini, maddi vəziyyətinin çox ağır olduğu üçün ödənişləri edə bilmədiyini göstərmişdir. Həmçinin müdafiəçinin suallarına cavab olaraq uşaqların Gülbabayeva (Vəliyeva) Ülviyyə Əlixan qızının himayəsində olduqlarını, mütəmadi olaraq övladları ilə görüşəndə onlara geyim aldığını və onlara pul verdiyini, sədrlik edənin sularına cavab olaraq isə icra vərəqəsi üzrə sonuncu dəfə 100 manat məbləğində ödəniş etdiyini, ondan artıq ödəniş edilməsinin onun maddi imkanı xaricində olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmiş Gülbabayeva (Vəliyeva) Ülviyyə Əlixan qızı bildirmişdir ki, Təqsirləndirilən şəxs son 5-6 ay ərzində arada bir 80-100 manat aliment ödəyib. 3-4 il ərzində yığılmış aliment borcundan ona hər-hansı bir ödəniş etməyib. Məhkəmə qətnaməsi ilə alimentin məbləği 220 manat müəyyən edilsə də, Təqsirləndirilən şəxs həmin məbləği bu günədək bir dəfə də tam şəkildə ona ödəməyib. Təqsirləndirilən şəxs aliment borcunu ödəməsini tələb edir. Bundan əlavə müdafiəçinin sualına cavab olaraq, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(031)-95/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə ona ödəməli olduğu aliment borcunun tam şəkildə ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şabran rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı nəzərə alınmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra xx.xx.2020-ci il tarixdən başlayaraq, övladları, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 110,00 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin alınaraq zərərçəkmiş şəxs Gülbabayeva (Vəliyeva) Ülviyyə Əlixan qızının xeyrinə ödənilməsinə dair Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(031)- 95/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb AR CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2023-cü il tarixdə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2023-cü il tarixədək 6160 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Gülbabayeva (Vəliyeva) Ülviyyə Əlixan qızının xeyrinə qərəzli olaraq ödəməmişdir. Bu səbəbdən də toplanmış materiallar xx.xx.2023-cü il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq təqdimat verildikdən sonra Təqsirləndirilən şəxs icra vərəqəsi üzrə aylıq 60-100 manat məbləğində ödənişlər etdiyini, lakin aliment borcu ilə bağlı hər-hansı bir ödəniş etmədiyini, müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs izahat aldığı zaman X1 işləməməsini səbəb gətirərək alimenti ödəmədiyini ona bildirdiyini, ona məşğulluqda qeydiyyata durması təklif edildiyini, lakin Təqsirləndirilən şəxs orada gedib qeydiyyata durmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şabran rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı nəzərə alınmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra xx.xx.2020-ci il tarixdən başlayaraq, övladları, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin alınaraq Gülbabayeva (Vəliyeva) Ülviyyə Əlixan qızının xeyrinə ödənilməsinə dair Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(031)-95/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb AR CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2023-cü il tarixdə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2023-cü il tarixədək 6160 manat məbləğində aliment borcunu Gülbabayeva (Vəliyeva) Ülviyyə Əlixan qızının xeyrinə qərəzli olaraq ödəməmişdir. Bu səbəbdən də toplanmış materiallar xx.xx.2023-cü il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin qərarla Şabran rayon İcra və Probasiya şöbəsində toplanmış material əsasında AR CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir (cinayət işinin 1-2-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli cinayət məsuliyyətinə cəlb etmə haqqında təqdimatdan görünür ki, Şabran rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə təqdimatla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət edilmişdir (cinayət işinin 7- 8-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 2(031)-95/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2010-cu il tarixdə Şabran rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 203 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, boşanma şəhadətnaməsi verilərkən 15 (on beş) manat dövlət rüsumu Zərərçəkmiş şəxs alınması və Təqsirləndirilən şəxs həmin rüsumdan azad edilməsi, boşanmadan sonra xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 anaları Zərərçəkmiş şəxs yanında qalmaları və Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı nəzərə alınmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 110 manat olmaqla, ümumilikdə 220 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir (cinayət işinin 9-10-cu vərəqələri). - Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(031)- 95/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, həmin mülki işi üzrə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış və müvafiq qaydada icraya yönəldilmişdir (cinayət işinin 11-ci vərəqəsi). - xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin qərar əsasında Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(031)- 95/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır (cinayət işinin 12-ci vərəqəsi). - xx.xx.2021-ci il tarixli, 85066/2021 nömrəli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(031)-95/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsində göstərilən tələbi 10 (on gün) müddətində könüllü icra etməsi xahiş olunmuşdur (cinayət işinin 13-cü vərəqəsi). - Şabran Rayon Məhkəməsinin 2(031)-847/2020 nömrəli mülki işi üzrə xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qərardadından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 110 manat olmaqla, ümumilikdə 220 manat sabit pul məbləğində aliment alınaraq uşaqların anası Zərərçəkmiş şəxs verilməlidir və iş üzrə qətnamə çıxarılanadək alimentin tutulması barədə qərardad qüvvədə saxlanılmalıdır (cinayət işinin 14-15-ci vərəqələri). - Zərər çəkmiş şəxs Gülbabayeva (Vəliyeva) Ülviyyə Əlixan qızının Şabran rayon İcra və Probasiya Şöbəsinə ünvanlandığı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, həmin ərizəyə əsasən Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(031)-95/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə 1170 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır və zərər çəkmiş şəxs həmin aliment borcunu tələb edir (cinayət işinin 17-ci vərəqəsi). -xx.xx.2021-ci il tarixli, 85066/2021 nömrəli rəsmi xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(031)-95/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə 1990 manat məbləğində aliment borcunun yaranması barədə xəbərdar edilmiş və ondan 10 (on) gün müddət verilməklə həmin aliment borcunu zərər çəkmiş şəxsə ödəyib ödəniş qəbzini Şabran rayon İcra və Probasiya şöbəsinə təqdim etməsi tələb edilmişdir (cinayət işinin 18ci vərəqəsi). - Təqsirləndirilən şəxs ünvanlanmış xx.xx.2022-ci il tarixli, 85066/21 nömrəli məktubdan görünür ki, onun Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(031)-95/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə xx.xx.2022-ci il tarixə 4200 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır (cinayət işinin 19-ci vərəqəsi). - xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(031)-95/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsində göstərilən tələb üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və həmin icra vərəqəsi üzrə 1830 manat məbləğində ödənilməmiş aliment borcunun yaranması səbəblərindən barəsində AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir (cinayət işinin 22-23cü vərəqələri). - Şabran Rayon Məhkəməsinin 3(031)-356/2021 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir (cinayət işinin 24-cü vərəqəsi). - xx.xx.2022-ci il tarixli borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişdirilməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının olmaması və ya yetərli olmamasının müəyyən edilməsi haqqında aktdan görünür ki, Şabran rayon İcra və Probasiya şöbəsinin əməkdaşları xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və faktiki olaraq yaşadığı Şabran rayonu, Qorğan kəndi ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçiriblər və Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(031)-95/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsində göstərilən tələbin yönəldilə biləcəyi hər-hansı əmlak və ya qiymətli əşya aşkar edilməmişdir (cinayət işinin 25-ci vərəqəsi). - Zərər çəkmiş şəxs Gülbabayeva (Vəliyeva) Ülviyyə Əlixan qızının Şabran rayon İcra və Probasiya Şöbəsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, həmin ərizəyə əsasən Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(031)-95/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə 4640 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır və zərər çəkmiş şəxs həmin aliment borcunu tələb edir (cinayət işinin 27-ci vərəqəsi). - Azərbaycan Respublikasının Şabran rayon İcra Hakimiyyəti Başçısının Uzunboyad İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Şabran rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 25 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonunun Uzunboyad kəndi ərazisində yaşayır və o, ümumilikdə cəmiyyətdə müsbət xarakterizə olunur (cinayət işinin 28-ci vərəqəsi). - Azərbaycan Respublikasının Şabran rayon İcra Hakimiyyəti Başçısının Uzunboyad İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Şabran rayon İcra və Probasiya şöbəsinə təqdim edilməsi üçün verilmiş 288 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Şabran rayonunun Uzunboyad kəndi ərazisində yaşayan Təqsirləndirilən şəxs təsərrüfatında iri və xırda buynuzlu mal-qarası yoxdur (cinayət işinin 29-cu vərəqəsi). - Şabran Rayon Məhkəməsinin 8(031)-70/2022 nömrəli məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında işi üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (cinayət işinin 33-cü vərəqəsi). - xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(031)-95/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsində göstərilən tələb üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməməsi və həmin icra vərəqəsi üzrə 4640 manat məbləğində ödənilməmiş aliment borcunun yaranması səbəblərindən barəsində AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir (cinayət işinin 38-39-cu vərəqələri). - Şabran Rayon Məhkəməsinin 3(031)-541/2022 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir (cinayət işinin 40-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli, 85066/2021 nömrəli rəsmi xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(031)-95/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə 6160,00 manat məbləğində aliment borcunun yaranması barədə xəbərdar edilmiş və ondan 10 (on) gün müddət verilməklə həmin aliment borcunu zərər çəkmiş şəxsə ödəyib ödəniş qəbzini Şabran rayon İcra və Probasiya şöbəsinə təqdim etməsi tələb edilmişdir (cinayət işinin 41ci vərəqəsi). - Azərbaycan Respublikasının Şabran rayon İcra Hakimiyyəti Başçısının Uzunboyad İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Şabran rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 24 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şabran rayonunun Uzunboyad kəndi ərazisində yaşayır, kən təsərrüfatında fəhləlik edir və iri və ya xırda buynuzlu mal-qarası yoxdur (cinayət işinin 46cı vərəqəsi). - AZE seriyalı, 11746361 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X1 arasıdır (cinayət işinin 47-ci vərəqəsi). - AZE seriyalı, 11746306 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü X2 arasıdır (cinayət işinin 48-ci vərəqəsi). - “Elektron İcra” İnformasiya Sistemindən çıxarılmış Təqsirləndirilən şəxs şəxsi kartoçkasının təsdiq olunmuş surətindən görünür ki, onun mülkiyyətində olan hər hansı daşınar və ya daşınmaz əmlakı, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq sorğular göndərilmiş və hər hansı əmlakı və ya gəlirləri aşkar edilməmişdir (cinayət işinin 50-53-cü vərəqələri). - Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(031)- 95/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə Təqsirləndirilən şəxs xx.xx.2020-c il tarixdən xx.xx.2023-cü il tarixə kimi etdiyi ödənişlər ilə bağlı cədvəldən görünür ki, o, həmin icra sənədi üzrə cəmi 440 manat məbləğində ödəniş edib və onun həmin icra sənədi üzrə ümumilikdə 6160 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır (cinayət işinin 55-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişdirilməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının olmaması və ya yetərli olmamasının müəyyən edilməsi haqqında aktdan görünür ki, Şabran rayon İcra və Probasiya şöbəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və faktiki olaraq yaşadığı Şabran rayonu, Qorğan kəndi ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçiriblər və Şabran Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2(031)-95/2021 nömrəli mülki işi üzrə xx.xx.2021-ci il tarixli icra vərəqəsində göstərilən tələbin yönəldilə biləcəyi hər-hansı əmlak və ya qiymətli əşya aşkar edilmımişdir (cinayət işinin 25-ci vərəqəsi). - 187 qeydiyyat nömrəli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, həmin qərara əsasən Gülbabayeva (Vəliyeva) Ülviyyə Əlixan qızı ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cinayət işinin 63-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1980-ci il tarixdə Dəvəçi rayonunun Uzunboyad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs məhkumluğuna dair məlumat yoxdur (cinayət işinin 73-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin qərara əsasən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cinayət işinin 95-96-cı vərəqələri). - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (cinayət işinin 108-109-cu vərəqələri). - ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmışdır (cinayət işinin 111-114-cü vərəqələri). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda qeyd edilən məhkəmə aktlarına, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə — iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, AR CM-nin 306.1 və 306.2-ci maddələrinə müvafiq olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət əməli kimi, eyni əməllərin vəzifəli şəxs tərəfindən törədilməsi isə məsuliyyəti ağırlaşdıran tərkib əlaməti kimi müəyyən edilmişdir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, AR CM-nin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd olunan cinayət əməlinin obyekti qismində ədalət mühakiməsinin, xeyrinə məhkəmə qərarı çıxarılmış fiziki və ya hüquqi şəxslərin, habelə dövlətin mənafeləri çıxış edir. Əməlin ictimai təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qərəzli şəkildə icra edilməməsi və ya ona maneçilik törədilməsi pozulmuş hüquqların bərpasını, təqsirli şəxslərin cəzalandırılmasını, dəymiş zərərin ödənilməsini və s. qeyri-mümkün etməklə dövlətin ədalət mühakiməsi sahəsində vəzifələrinin icrasına maneə yaradır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(031)-95/2021 nömrəli icra sənədini icra etməməyə görə inzibati qaydada məsuliyyətə cəlb edilmiş, icra məmuru tərəfindən yeni müddət təyin edilməklə o, icra sənədini üzrsüz icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Lakin Təqsirləndirilən şəxs bundan sonra da icra sənədini icra etməmə kimi hərəkətlərini davam etdirməklə, icra sənədi üzrə tələb olunan məbləği ödəməmişdir. Bu da Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış və icrası məcburi sayılan məhkəmə qərarının qərəzli olaraq icra etməməsini bir daha təsdiq edir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında 05 (beş) növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri cəzası, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, məhkəmə hazırki vaxtadək zərərçəkmiş şəxsə olan aliment borcunu ödəməməsini nəzərə alaraq, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş alternativ cəzanın ona təyin edilməsi üçün əsas yoxdur. Belə ki, işin müəyyən olunmuş hallarından da göründüyü kimi, təqsirləndirilən şəxs qətnamə üzrə 6160 manat məbləğində aliment ödənişini xx.xx.2021-ci il tarixdən, son təqdimat verilən xx.xx.2023-cü il tarixədək qərəzli olaraq qəsdən ödəməmiş və məhkəmə istintaqı dövründə də yaranmış aliment borcunu ödəməyə cəhd etməmiş, buna dair hər hansı müsbət davranış sərgiləməmişdir. Bu hal onun qərəzli olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə laqeyd münasibətinin göstəricisidir. Ona görədə təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrumetmə cəzası təyin olunmaqla onun islah olunmasına, cəzanın məqsədinə nail olmaq olar. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbir seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli tutulduğu, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar