Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-71/2022 07.12.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1994-cü il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki yaşayan, 02 sentyabr 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş və saxlanc yeri olan binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizi olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 20 avqust 2022-cı il tarixdə saat 17 radələrində Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsindəki şəhər avtovağzalının qarşısında Şabran şəhər sakini Zərərçəkmiş şəxs2 ilə şəxsi münasibətlər zəminində aralarında mövcud olan münaqişə ilə əlaqədar sonuncuya qarşı zor tətbiq edərək yumruq və təpiklə onun sifət nahiyəsinə zərbələr endirmiş, nəticədə ona həyatı üçün təhlükəli olmayan sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş “çənə sümüyünün sağ mental, sol qalxan şaxələrinin yerini dəyişən sınıqları, üzün sağ yarısının yumşaq toxumalarının əzilməsindən” ibarət bədən xəsarəti yetirməklə qəsdən onun sağlamlığına az ağır zərər vurmuşdur. Bundan başqa o, 24 avqust 2022-ci il tarixdə saat 02 radələrində tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədilə ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus kafenin plastik materialdan hazırlanmış pəncərəsini yerdən tapdığı dəmir parçası ilə açıb, oradan həmin tikili binaya qanunsuz daxil olmaqla kafenin zalında divardan asılmış 300 (üç yüz) manat dəyərində 01 ədəd 2021-ci il istehsallı 43 düym, (109 diaqonal) “Shıvakı” markalı televizoru gizi olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs2 onun yaşadığı evin qonşuluğunda kirayədə yaşayır və onunla münasibəti yaxşı olmuşdur. 16 avqust 2022-ci il tarixdə saat 15 radələrində qonşusu Nailə usta kimi evində iş gördürməkdən ötrü onu öz evinə çağırdığı üçün Nailənin evinə getmişdir. Nailə evinin altında şkaf düzəltdirmək istədiyi üçün həmin yeri ona göstərib və orada taxta materialdan şkaf yığa biləcəyini ondan soruşmuşdur. O, həmin yerə baxıb şkaf yığa biləcəyini Nailəyə bildirmişdir. Bundan sonra Nailə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 kirayədə qaldığı həyəti ona göstərib və oradan olan armud ağacından təxminən 5- 10 ədəd yemək üçün armud yığmağı ondan xahiş etmişdir. Onunla razılaşdıqdan sonra Səxavətin kirayə yaşadığı evin qapısını döydükdə həyət qapısını Səxavətin 12 yaşlı oğlu Alişan açmışdır. Həyətyanı sahələrindən olan armud ağacından 5-10 ədəd yemək üçün armud dərmək istədiyini ona bildirmişdir. Alişan onu həyətə buraxıb və ağacdan armud yığmağa razılıq vermişdir. Ağacdan təxminən 10 ədəd armud yığdığı zaman Alişanın anasının bibisi həyətə, yəni bağ sahəsinə çıxaraq kimdən icazə almasını soruşub və armud yığmağına görə ona öz iradını bildirmişdir. Yanında olan azyaşlı Alişanı göstərib sonuncudan icazə aldığını ona demişdir. Həmin qadın bu barədə Səxavətə deyəcəyini dedikdən sonra əlindəki, yəni yığdığı armud meyvələrini həyətdə qoyaraq çıxıb getmişdir. 20 avqust 2022-ci il tarixdə saat 17 radələrində Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində şəhər avtovağzalı yaxınlığında yerləşən “Qayalı” marketdən 01 ədəd ətir alıb və oradan çıxaraq avtovağzalın qarşısı ilə yaşadığı evə getdiyi zaman küçədə tanışı Zərərçəkmiş şəxs2lə rastlaşmışdır. Səxavət hansı səbəbdən onun kirayədə yaşadığı həyətə daxil olmasını ondan soruşduqda o, qonşu Nailənin xahişi və oğlu Alişanın razılığı ilə həmin həyətə daxil olub oradan 5-10 ədəd armud yığmaq istədiyini Səxavətə demişdir. Lakin Səxavət həmin zaman evdə kişi xeylağının olmamasını əsas gətirərək onunla mübahisə etməyə başlayaraq yenə də həmin sözləri təkrar etməkdə davam etmişdir. Səxavətin bu sözlərdən əsəbləşib və nə üçün onu şərəfsiz hesab etməsini deyərək onun sifətindən təxminən 2-3 yumruq zərbəsi və sonra isə qarnından bir təpik zərbəsi vurmuşdur. Bu zaman taksi sürücüsü işləyən Rəşad və ətrafda olan digər tanımadığı şəxslər onlara yaxınlaşaraq onları ayırdıqlarına görə oradan uzaqlaşıb və çayxanaya tərəf getmişdir. Həmin yerdən bir qədər uzaqlaşıb çayxanaya getməsinə baxmayaraq Səxavət yenə də onun yanına çayxanaya gəlmişdir. Buna görə də çayxanadan da çıxıb gedərək Səxavətlə münaqişədən yayınmışdır. Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən zərbələr vurduğuna görə onun xəsarət alması sonradan ona məlum olmuşdur. Bundan başqa son vaxtlar maddi vəziyyəti çox ağır olduğundan oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 23 avqust 2022-ci il tarixdə axşam saatlarında Şabran şəhərində yerləşən “Gilavar” kafesinə gedib və orada yemək yedikdən sonra dostluq etdiyi qonşusu Şükranın orada digər masada oturmasını görmüşdür. Gecə saat 02 radələrində Şükranla birlikdə kafedən çıxıb və yaşadığı məhəlləyə gələrkən həmin yaşadığı küçənin yaxınlığında 20 yanvar küçəsində yerləşən Zərərçəkmiş şəxs1 kafesindən oğurluq etmək istəmişdir. Lakin o, bu niyyəti barədə Şükrana heç nə deməmişdir. Yerdən tapdığı dəmir parçası ilə kafenin pəncərəsini açıb və kafenin içərisinə daxil olduğu zaman dostluq etdiyi Şükranın küçədə dayanmasını zənn etmişdir. Dəmir parçası ilə kafenin pəncərəsini açıb içəri daxil olduqdan sonra kafedə hər hansı bir qiymətli əşya və ya predmet tapa bilməmişdir. Buna görə də kafenin divarından asılmış 01 ədəd “Shivaki” markalı televizoru sökərək onu pəncərədən küçəyə çıxarmışdır. Küçəyə çıxdığı zaman dostluq etdiyi Şahid1 küçədə olmadığını görüb və həmin oğuradığı televizoru özü ilə götürüb sonradan satmaq üçün 20 yanvar küçəsində yerləşən yarımtikiliyə apararaq orada gizlətmişdir. 24 avqust 2022-ci il tarixdə Şabran RPŞ-nin əməkdaşları onu RPŞ-nə dəvət etdikdən sonra Şabran rayon PŞ-nə gələrək etmiş olduğu əməli etriaf edib və Şabran şəhəri 20 yanvar küçəsində yerləşən yarımtikilidə gizlətdiyi “Shivaki” markalı televizoru polis əməkdaşlarına təqdim etmişdir. Törətdiyi əməlinə görə peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, ünvan 3 ünvanda ailəsi ilə birlikdə yaşayır və 5 ildir ki, Siyəzən rayon QİBK-nin xəttinin "xxxx" MMC-də fəhlə işləyir. Evinin qarşısında özünə məxsus kafe vardır və həmin kafeni işlədir. 23 avqust 2022-ci il tarixdə saat 22 radələrində kafenin qapı və pəncərələrini bağlayaraq yaşadığı evə keçərək gecəni evdə ailə üzvləri ilə birlikdə yatmışdır. Ertəsi gün saat 06 radələrində yuxudan ayılıb küçəyə çıxdıqda evinin qarşısında yerləşən özünə məxsus kafenin plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Kafenin içərisinə daxil olduqda kafenin divarından asdığı 280 manat dəyərində 01 ədəd “Shivaki” markalı televizorun oğurlandığını görüb kafeyə oğru və ya oğruların daxil olduğunu başa düşmüşdür. 2022-ci ilin avqustun 23-dən 24-nə keçən gecə naməlum şəxs və ya şəxslər ona məxsus Şabran şəhəri 20 yanvar küçəsində evinin qarşısında yerləşən kafeyə plastik pəncərədən içəri daxil olmaqla divardan asdığı təxminən 280 manat dəyərində 1 ədəd “Shivaki” markalı televizoru oğurlamışlar. Bu barədə atası Məzahir Məmmədova dedikdən sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək ona məxsus kafedən 01 ədəd televizorun oğurlanması barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra Şabran RPŞ-nin əməkdaşları kafeyə gəlib və sənədləşdirmə işləri apardıqları zaman kafedən televizorun oğurlanması barədə ərizə ilə RPŞ-nə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, ünvan 5 ünvanda qeydiyyatda olmasına baxmayaraq ünvan 6 birlikdə yaşayır və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Laçın rayonunda yerləşən N saylı hərbi hissəsində gizir rütbəsində xidmət edir. 16 avqust 2022-ci il tarixdə xidmətdə olduğu zaman ailə üzvləri onun mobil telefonuna zəng edərək qonşuluqda yaşayan Təqsirləndirilən şəxs yaşadıqları həyətin bağ sahəsinə daxil olaraq ağacdan meyvə dərmək istədiyini və ailə üzvlərinin ona irad bildirdikləri üçün sonuncunun həyətdən çıxaraq getməsi barədə ona məlumat vermişlər. 20 avqust 2022-ci il tarixdə saat 17 radələrində ezamiyyətə getdiyinə görə Şabran şəhərinə gəlmişdir. Şabran şəhərinə gəlib və taksi avtomobilindən Şabran şəhər avtovağzalından düşdüyü zaman təsadüfən qonşuluqda yaşayan Təqsirləndirilən şəxs görüb və hansı səbəbdən yaşadığı evin həyətinə girməsinin səbəbini ondan soruşmaq istəmişdir. Bu məqsədlə ona yaxınlaşıb hansı səbəbdən kirayədə yaşadığı evin həyətinə daxil olmasının səbəbini İlkindən soruşduqda sonuncu, bir qonşu kimi meyvə dərmək məqsədilə ərk edərək həyətə daxil olduğunu dedikdən sonra aralarında söz mübahisəsi yaranmışdır. Aşağı əyilib əlindəki çantanı yerə qoyduğu zaman İlkin qəflətən sifətinin sol tərəfinə yumruqla və qarın nahiyəsinə isə təpiklə zərbələr vuraraq ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Avtovağzalda taksi sürücüsü işləyən Rəşad adlı şəxs və ətrafda olan digər tanımadığı şəxslər onlara yaxınlaşaraq onları ayırdıqları üçün İlkin orada olan çayxanaya keçmişdir. Çayxanaya yaxınlaşıb və onu çağırdığı zaman ətrafda olan şəxslər yenə də onları sakitləşdirdiklərinə görə İlkin çayxanada ayağa qalxıb, oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs Şabran şəhər sakini kimi təxminən 5 ilə yaxındır ki, tanyır və əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyinə görə Müdafiə Nazirliyinin hərbi hospitalında əməliyyat olunduqdan sonra müalicə almış və bu hadisəyə görə ona maddi və mənəvi zərər dəymişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, ünvan 7 ünvanda yaşayır və heç bir yerdə işləmir. 23 avqust 2022-ci il tarixdə axşam saatlarında Şabran şəhərində yerləşən “Gilavar” kafesinə çay içmək məqsədilə getmiş və təxminən bir saat sonra tanışı Şabran şəhər sakini Təqsirləndirilən şəxs həmin kafeyə gəlməsini görmüşdür. İlkin digər masada əyləşib yemək yemişdir. Təxminən 1-2 saat sonra yaşadığı evə getdiyinə görə İlkin də onunla birlikdə evinə getmək məqsədilə ona qoşulmuş və onlar birlikdə “Gilavar” kafesindən çıxaraq getmişlər. Gecə saat 02 radələrində yaşadıqları Şabran şəhəri 20 yanvar küçəsində yerləşən kafenin yaxınlığından keçərkən qəflətən Təqsirləndirilən şəxs yoxa çıxdığını görüb və ətrafa baxdıqda onu görməmişdir. İlkinin yaşadığı evə çıxıb getməsini zənn edib öz yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs həmin küçədə yerləşən Zərərçəkmiş şəxs1 məxsus kafedən oğurluq etməsi sonradan ona məlum olmuşdur. Təqsirləndirilən şəxs Şabran şəhəri 20 yanvar küçəsində yerləşən kafedən oğurluq etməsi barədə heç bir məlumatı olmamış və o, həmin gecə yaşadığı evə gedərək gecəni evində qalmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, ünvan 8 ünvanda ailəsi ilə birlikdə yaşayır, heç bir yerdə işləmir, icrarə əsasında “Xəzər” markalı avtomobillə taksi kimi Bakı-Şabran marşrutu üzrə işləyərək ailəsini dolandırır. İdarə etdiyi avtomobillə hər gün Şabran avtovağzalından gedib və oradan müştəri tapdığı halda taksi kimi işləyərək Bakı şəhərinə gedib-gəlir. İlkin və Səxavət adlı şəxsləri rayon sakinləri kimi tanyır və münasibəti onlarla normal olmuşdur. 20 avqust 2022-ci il tarixdə saat 17 radələrində Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən avtovağzalda, yəni çayxanada olduğu zaman rayon sakini kimi tanıdığı Səxavət adlı şəxslə rayon sakini kimi tanıdığı İlkin adlı şəxsin arasında münaqişə olmasını görüb onlara yaxınlaşmışdır. Onlardan münaqişə etməyərək sakit olmalarını və oradan çıxıb getmələrini xahiş etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 əli ilə ağzını tutduğunu gömüş və o, mübahisə zamanı İlkinə qarşı nalayiq ifadələr işlətdiyi üçün onların ikisinə də iradını bildiriib, Səxavətin qolundan tutaraq oradan uzaqlaşdırmışdır. Təqsirləndirilən şəxs də avtovağzaldan çıxaraq oradan uzaqlaşıb harasa çıxıb getmişdir. Münaqişə zamanı Təqsirləndirilən şəxs yumruqla Səxavəti vurduğuna görə onun sifətindən xəsarət alması sonradan ona məlum olmuşdur. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 sentyabr 2022-ci il tarixli 9/6149 saylı rəyindən görünür ki, 43 düym (109 diaqonal) “Shivaki” markalı, “US43H101” model televizorun orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 300,00 manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 05 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli 3682 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 10 ünvanda atası X2 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli 3683 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış və birgə yaşayış qaydalarına riayət etmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 30 noyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir. Ondan heç bir tələbi və şikayəti yoxdur. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur, xahiş edir ki, ərizəsi nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə olan hissədə işin icraatına xitam verilsin. İş materiallarında olan Şabran rayon məhkəməsinin 07 dekabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun ifadəsi ilə, iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə aradan qaldırılması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. İş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Shivaki” markalı televizor cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübüt kimi hesab edilməklə məsul saxlanc üçün zərərçəkmişə təhvil verilməsi və kafedən götürülmüş oğurluq hadisəsinin videogörüntüsü olan 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdir. Aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Shivaki” markalı televizor cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübüt kimi hesab edilməklə məsul saxlanc üçün zərərçəkmişə təhvil verilməsi və kafedən götürülmüş oğurluq hadisəsinin videogörüntüsü olan 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-71/2022
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-71/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver