Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-74/2021 23.12.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – fərdi qaydada fəaliyyət göstərən vəkillər – Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 1966-cı il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, 01 avqust 1970-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, üzərində məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanda qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 2021-ci ilin iyun ayının əvvələrində saat 14 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Şabran şəhəri H.Z.Tağıyev küçəsi 10 ünvanda yerləşən uzun müddət yaşayış olmaması səbəbindən nəzarətsiz qalan Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etmək barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2lə birlikdə sözügedən əraziyə gəlmiş, aralarında aparılmış rolların bölgüsünə uyğun olaraq sonuncu, hər hansı təhlükə haqqında əvvəlcədən xəbərdarlıq edib onu sığortalamaq məqsədilə evin qarşısında küçədə pusquda dayanıb gözləyərkən, evin həyətyanı sahəsini əhatə edən hasardan keçib evin həyətinə, eləcə də evin həyətyanı sahəsində yerləşən köhnə əşyaların yığılması üçün nəzərdə tutulmuş otağa qanunsuz olaraq daxil olmaqla oradan 120 manat dəyərində 01 ədəd 07 litr su tutumu olan odun samovarını, 50 manat dəyərində 01 ədəd 30 litrlik aliminium süd bidonunu, 15 manat dəyərində 01 ədəd baltanı, 15 manat dəyərində 01 ədəd böyük çəkici, 01 ədədinin dəyəri 10 manat ümumi dəyəri 40 manat təşkil 04 ədəd sapsız belləri, 01 ədədinin dəyəri 15 manat ümumi dəyəri 30 manat təşkil edən 02 ədəd saplı belləri, 40 manat dəyərində 01 ədəd divar saatını, 01 ədədinin dəyəri 35 manat ümumi dəyəri 70 manat təşkil edən 02 ədəd “Geepas” markalı sərinkeşləri, 01 kisənin dəyəri 25 manat ümumi dəyəri 50 manat təşkil edən 50 kq-lıq 02 kisə buğdanı, 01 ədədinin dəyəri 55 manat ümumi dəyəri 110 manat təşkil edən 02 ədəd sintetik materialdan hazırlanmış tentləri (çadırları), 50 manat dəyərində 01 ədəd “Desna-28” markalı velosipedi, ümumi dəyəri 36 manat təşkil edən 06 ədəd 03 metr uzunluğunda, 8 mm diametrində armaturları, ümumi dəyəri 60 manat təşkil edən 06 ədəd 04 metr uzunluğunda 16 mm diametrində dəmir boruları, cəmi 686 (altı yüz səksən altı manat) məbləğində Zərərçəkmiş şəxs məxsus əmlakı ələ keçirib, istintaqa məlum olmayan avtomobil ilə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs2 ilə vahid niyyətlə əhatə olunan cinayətkar əməlini davam etdirib tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək eyni üsulla, eyni mənbədən, yəni Şabran şəhər sakini Zərərçəkmiş şəxs müvəqqəti olaraq nəzarətsiz qalmış evindən oğurluq etmək üçün 2021-ci ilin iyun ayının əvvələrində saat 16 radələrində, Təqsirləndirilən şəxs2lə birlikdə sözügedən əraziyə gəlmiş, aralarında aparılmış rolların bölgüsünə uyğun olaraq sonuncu, hər hansı təhlükə haqqında əvvəlcədən xəbərdarlıq edib onu sığortalamaq məqsədilə evin qarşısında küçədə pusquda dayanıb gözləyərkən, evin həyətinə, oradan isə evin taxta materialdan hazırlanmış pəncərəsini açıb qanunsuz içəri daxil olmaqla müvafiq olaraq evin şüşəbəndindən və qonaq otağından 350 manat dəyərində 01 ədəd “Simens” markalı 45 kv/m-lik kondisionerin detalları ilə birlikdə motorunu, 20 manat dəyərində 01 ədəd “Gepas” markalı ətçəkən maşını, 250 manat dəyərində 01 ədəd “LG” markalı 82 dioqonallı televizoru, 01 ədədinin dəyəri 40 manat ümumi dəyəri 80 manat təşkil edən 02 ədəd 10 min amperlik “Poverbank” qidalandırıcı aparatlarını, 01 ədədinin dəyəri 20 manat ümumi dəyəri 40 manat təşkil edən 02 ədəd mərcməyiləri (podnosları), 01 ədədinin dəyəri 20 manat ümumi dəyəri 80 manat təşkil edən 04 ədəd balina tipli yastıqları, 20 manat dəyərində 01 ədəd oyuncaq şiri, 70 manat dəyərində 01 ədəd çöl şəraiti üçün yataq kisəsini, hamamdan isə 50 manat dəyərində 01 ədəd alüminium teşti, cəmi 960 (doqquz yüz altmış) manat, ümumilikdə isə 1646 (min altı yüz qırx altı) manat məbləğində Zərərçəkmiş şəxs məxsus əmlakı ələ keçirib özləri ilə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talamaqla vahid niyyəti ilə əhatə olunan oğurluqlar etmişdir. Təqsirləndirilən şəxs2, tanışı Təqsirləndirilən şəxs1 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Şabran şəhəri H.Z.Tağıyev küçəsi 10 ünvanda yerləşən uzun müddət yaşayış olmaması səbəbindən nəzarətsiz qalan Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etmək barədə öz aralarında əvvəlcədən razılığa gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək məqsədiilə 2021-ci ilin iyun ayının əvvələrində saat 14 radələrində Təqsirləndirilən şəxs1la birlikdə sözügedən əraziyə gəlmiş, aralarında aparılmış rolların bölgüsünə uyğun olaraq sonuncu, evin həyətyanı sahəsini əhatə edən hasardan keçib evin həyətinə qanunsuz olaraq daxil olarkən onu hər hansı təhlükə haqqında əvvəlcədən xəbərdarlıq edib sığortalamaq məqsədi ilə küçədə pusquda dayanmış, qanunsuz içəri daxil olmaqla evin həyətindən, eləcə də evin həyətyanı sahəsində yerləşən köhnə əşyaların yığılması üçün nəzərdə tutulmuş otaqdan Təqsirləndirilən şəxs1 ələ keçirdiyi 120 manat dəyərində 01 ədəd 07 litr su tutumu olan odun samovarını, 50 manat dəyərində 01 ədəd 30 litrlik alüminium süd bidonunu, 15 manat dəyərində 01 ədəd baltanı, 15 manat dəyərində 01 ədəd böyük çəkici, 01 ədədinin dəyəri 10 manat ümumi dəyəri 40 manat təşkil 04 ədəd sapsız belləri, 01 ədədinin dəyəri 15 manat ümumi dəyəri 30 manat təşkil edən 02 ədəd saplı belləri, 40 manat dəyərində 01 ədəd divar saatını, 01 ədədinin dəyəri 35 manat ümumi dəyəri 70 manat təşkil edən 02 ədəd “Geepas” markalı sərinkeşləri, 01 kisənin dəyəri 25 manat ümumi dəyəri 50 manat təşkil edən 50 kq 02 kisə buğdanı, 01 ədədinin dəyəri 55 manat ümumi dəyəri 110 manat təşkil edən 02 ədəd sintetik materialdan hazırlanmış tentləri (çadırları), 50 manat dəyərində 01 ədəd “Desna-28” markalı velosipedi, ümumi dəyəri 36 manat təşkil edən 06 ədəd 03 metr uzunluğunda, 8 mm diametrində armaturları, ümumi dəyəri 60 manat təşkil edən 06 ədəd 04 metr uzunluğunda 16 mm diametrində dəmir boruları, cəmi 686 (altı yüz səksən altı manat) məbləğində Zərərçəkmiş şəxs məxsus əmlakı ələ keçirib istintaqa məlum olmayan avtomobil ilə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs1 ilə vahid niyyətlə əhatə olunan cinayətkar əməlini davam etdirib tamah niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək eyni üsulla, eyni mənbədən, yəni Şabran şəhər sakini Zərərçəkmiş şəxs müvəqqəti olaraq nəzarətsiz qalmış evindən oğurluq etmək üçün 2021-ci ilin iyun ayının əvvələrində saat 16 radələrində, Təqsirləndirilən şəxs1la birlikdə sözügedən əraziyə gəlmiş, aralarında aparılmış rolların bölgüsünə uyğun olaraq sonuncu, evin hasarından keçib həyətə, oradan isə evin taxta materialdan hazırlanmış pəncərəsini açıb qanunsuz içəri daxil olarkən onu hər hansı təhlükə haqqında əvvəlcədən xəbərdarlıq eib sığortalamaq məqsədilə evin qarşısında küçədə pusquda dayanmış, qanunsuz içəri daxil olmaqla müvafiq olaraq evin şüşəbəndindən, eləcə də qonaq otağından Təqsirləndirilən şəxs1 ələ keçirdiyi 350 manat dəyərində 01 ədəd “Simens” markalı 45 kv/m-lik kondisionerin detalları ilə birlikdə motorunu, 20 manat dəyərində 01 ədəd “Gepas” markalı ətçəkən maşını, 250 manat dəyərində 01 ədəd “LG” markalı 82 dioqonallı televizoru, 01 ədədinin dəyəri 40 manat, ümumi dəyəri 80 manat təşkil edən 02 ədəd 10 min amperlik “Poverbank” qidalandırıcı aparatlarını, 01 ədədinin dəyəri 20 manat ümumi dəyəri 40 manat təşkil edən 02 ədəd mərcməyiləri (podnosları), 01 ədədinin dəyəri 20 manat ümumi dəyəri 80 manat təşkil edən 04 ədəd balina tipli yastıqları, 20 manat dəyərində 01 ədəd oyuncaq şiri, 70 manat dəyərində 01 ədəd çöl şəraiti üçün yataq kisəsini, hamamdan isə 50 manat dəyərində 01 ədəd alüminium teşti, cəmi 960 (doqquz yüz altmış) manat, ümumilikdə isə 1646 (min altı yüz qırx altı) manat məbləğində Zərərçəkmiş şəxs məxsus əmlakı özləri ilə aparmış, bununla da özgənin əmlakını gizli olaraq talamaqla vahid niyyəti ilə əhatə olunan oğurluqlar etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, ünvan 3 ünvanda yerləşən evdə ailəsi ilə birlikdə yaşayır, daimi iş yeri yoxdur, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs2 rayon sakini kimi çoxdan tanıyır və onunla dostluq edir. 2021-ci ilin təxminən iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs2lə görüşmüş və aralarındakı söhbət zamanı Mehman yaşadığı evin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməyi ona təklif etmişdir. Təqsirləndirilən şəxs2 təklifini qəbul edərək razılaşmış və 2021-ci ilin iyun ayında günorta saat 14 radələrində Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanda yerləşən evin qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs2 evin qarşısında pusquda dayanmış, o isə evin həyətyanı sahəsinin daş hasarından aşaraq həyətə daxil olmuşdur. Həyətdən müxtəlif əşyaları dəmir-dümürləri, 02 ədəd tentləri, 01 ədəd sərinkeşi, velosipedi və bir kisə buğdanı oğurlayaraq hasardan aşırıb Mehmana vermişdir. Evin həyətindən oğurladığı əşyaları Mehmana verib qurtardıqdan sonra evin hasarından aşaraq onun yanına gəlmiş, Mehmanla birlikdə həmin əşyaları götürərək oradan uzaqlaşıb getmişlər. Oğurladıqları dəmir-dümür materiallarını müxtəlif əşyaların səyyar alış-verişi ilə məşğul olan “Qazel” markalı avtomobildəki şəxslərə satıb və əldə etdikləri pulları yemək-içmək alaraq xərcləmişlər. Həmin oğurluqdan təxminən 3-4 gün sonra günorta saat 16 radələrində Təqsirləndirilən şəxs2lə görüşüb və onunla birlikdə Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməyi davam etdirmək üçün daxil olmaq qərarına gəlmişlər. Mehmanla birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gəldikdən sonra bu dəfə özü evin qarşısında pusquda dayandıqdan sonra Mehman evin həyətyanı sahəsinin hasarından aşaraq həyətə daxil olmuşdur. Bir neçə dəqiqə sonra Mehman hasardan aşıb, onun yanına gələrək həyətdəki otaqdan bir ədəd çöl şəraiti üçün nəzərdə tutulmuş yataq ləvazimatını oğurladığını ona dedikdən sonra həmin ləvazimatı ona vermişdir. Çöl şəraiti üçün nəzərdə tutulumuş yataq ləvazimatını özü ilə götürüb, ertəsi gün həmin əşyanı 18 manat pula qonşusu Hacıəhməd adlı şəxsə satıb və əldə etdiyi pulları Mehmanla birlikdə yeyib-içərək xərcləmişlər. Şabran şəhər sakini Zərərçəkmiş şəxs məxsus evdən tanışı Təqsirləndirilən şəxs2lə birlikdə ümumilikdə 02 gün ərzində oğurluq etmişlər. Etdiyi əməldən peşmandır, buna görə, eləcə də Zərərçəkmiş şəxs cinayət nəticəsində vurmuş olduqları ziyanı tam aradan qaldırdığına görə ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, ünvan 5 ünvanda ailəsi ilə birlikdə yaşayır, daimi iş yeri olmasa da, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs1 rayon sakini kimi çoxdan tanıyır və onunla dostluq edir. 2021-ci ilin təxminən iyun ayının əvəllərində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs1la görüşüb söhbət edərkən pula ehtiyacları olduğu üçün qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evindən oğurluq etmək qərarına gəlmişlər. 2021-ci ilin iyun ayının əvvələrində dəqiq xatırlamadığı tarixdə günorta saat 14 radələrində Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 6 ünvanda yerləşən evinin qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs1 evin hasarından keçib həyətə daxil olmuş, o, isə darvazanın qarşısında pusquda dayanmışdır. Bir neçə dəqiqə sonra Akif içəridən əlindəki kisədə müxtəlif əşyaları, yəni dəmir-dümürləri, sərinkeşləri və digər əşyaları küçədə ona vermiş və o, həmin əşyaları Akifdən alaraq küçədə asvaltın üzərinə qoymuşdur. Akif həmin evdən oğurladığı əşyaları ona verib qurtardıqdan sonra evin hasarından aşaraq onun yanına gəlmişdir. Oğurladıqları əşyaları götürüb həmin yerdən uzaqlaşarkən Təqsirləndirilən şəxs1 yolda tanımadıqları “VAZ-2109” markalı taksi avtomobili saxlamışdır. Onlar əşyaları tanımadıqları taksi avtomobilinə yığdıqdan sonra Akif həmin “VAZ-2109” markalı avtiomobilə oturaraq əşyaları satmaq üçün çıxıb getmişdir. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs1 onun yanına gəldikdən sonra onunla birlikdə mağazaya gedib və oğurluqdan əldə etdikləri pullara araq, siqaret və yemək-içmək alaraq birlikdə yeyib-içərək pulları xərcləmişlər. Bundan başqa həmin oğurluqdan bir neçə gün sonra günorta saat 16 radələrində Təqsirləndirilən şəxs1la görüşüb və birlikdə Zərərçəkmiş şəxs məxsus evdən oğurluğu davam etmək üçün həmin gün qeyd olunan evə daxil olmağı qərara almışlar. Akiflə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gəldikdən sonra bu dəfə özü Zərərçəkmiş şəxs evinin həyətyanı sahəsinin hasarından aşaraq həyətə daxil olmuşdur. Akif isə həmin zaman evin qarşısında pusquda dayanaraq onu gözləmişdir. Evdəki müxtəlif əşyaları dəmir-dümürü, velosipedi, eləcə də bir ədəd çöl şəraiti üçün nəzərdə tutulmuş yataq ləvazimatını oğurlayaraq həmin əşyaları torbaya yığıb Akifə verdikdən sonra özü də küçəyə çıxmışdır. Bundan sonra Akif həmin əşyaları satmaq üçün özü ilə götürərək çıxıb getmiş, ertəsi gün Akif onunla görüşüb həmin əşyaları satdığını ona deyərək əldə etdiyi pullara yemək-içmək alıb birlikdə yeyib-içmişlər. Zərərçəkmiş şəxs evindən oğurladıqları yataq kisəsini Təqsirləndirilən şəxs1 öz tanışı Hacıəhməd adlı şəxsə satması sonradan ona məlum olmuşdur. 19 avqust 2021-ci il tarixdə saat 17 radələrində Şabran şəhəri H.Əliyev prospektində Zərərçəkmiş şəxs evindən oğurladığı velosipedlə olduğu zaman Zərərçəkmiş şəxs onunla rastlaşaraq velosipedi əlamətlərindən tanıyaraq ona məxsus olduğunu və həmin velosipedin onun yaşadığı evdən oğurlandığını ona demişdir. Zərərçəkmiş şəxs polis əməkdaşlarına məlumat verdiyi üçün bir neçə dəqiqə sonra RPŞ-nin əməkdaşları həmin yerə gələrək onu RPŞ-nə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Şabran RPŞnə getmişdir. Zərərçəkmiş şəxs evindən Akiflə birlikdə ümumilikdə 02 gün ərzində oğurluq etmişlər. Bundan sonra, onlar Zərərçəkmiş şəxs etdiyi hərəkətlərə görə üzr istəmiş, ona vurduqları ziyanı ödəycəklərini bildirmişlər. Etdiyi əməldən peşmandır, buna görə, eləcə də Zərərçəkmiş şəxs cinayət nəticəsində vurmuş olduqları ziyanı tam aradan qaldırdığına görə ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində batareya komandiri olmaqla, baş leytenant hərbi rütbəsində xidmət edir. Şabran şəhəri H.Z.Tağıyev küçəsi 10 ünvanda yerləşən evdə qeydiyyatda olmasına baxmayaraq işi ilə əlaqədar olaraq hazırda Ağcəbədi rayonunda yaşayır. 2021-ci ilin təxminən iyun ayının əvvələrindən sonuncu dəfə yaşadığı evə gəlmişdir. Evə baxdıqda hər şeyin qaydasında olduğunu görüb və xidməti yerinə, yəni Ağcəbədi rayonuna qayıdıb getmişdir. 07 avqust 2021-ci il tarixdə saat 17 radələrində Şabran şəhəri H.Z.Tağıyev küçəsi 10 ünvanda yerləşən evinə gəldikdə evin taxta materialdan hazırlanmış pəncərəsinin açıq olduğunu görmüş, evə daxil olduqda evdə olan əşyaların axtarılaraq ətrafa dağıdılmasını görüb evinə oğru və ya oğruların daxil olmasını başa düşərək DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra Şabran RPŞ-nin əməkdaşları yaşadığı evə gələrək baxış keçirib və sənədləşdirmə işləri apararkən evin şüşəbəndində 350 manat dəyərində 2019-cu il istehsallı 01 ədəd “Simens” markalı 45 kv/m-lik kondisionerinin detalları ilə birlikdə motorunun, 70 manat dəyərində 01 ədəd çöl şəraiti üçün yataq kisəsinin və 40 manat dəyərində 2019-cu il istehsallı 01 ədəd “Geepas” markalı ətçəkən maşının oğurlanması ona məlum olmuşdur. Evin qonaq otağına baxdıqda oradan 400 manat dəyərində 2019-cu il istehsallı 1 ədəd “LG” markalı 82 dioqonallı televizorun, 02 ədəd – 01 ədədinin dəyəri 40 manat ümumi dəyəri 80 manat 2020-ci ilin istehsallı olan 10 min amperlik “Poverbank” qidalandırıcı aparatlarının, 01 ədədinin dəyəri 20 manat ümumi dəyəri 40 manat olan 02 ədəd mərcməyilərin (podnosların), 01 ədədinin dəyəri 20 manat ümumi dəyəri 80 manat olan 04 ədəd balina tipli yastıqların, 20 manat dəyərində 01 ədəd oyuncaq şirinin və hamamdan isə 50 manat dəyərində 01 ədəd alüminium teştin olmamasını görmüşdür. Bundan başqa həyətdəki köhnə əşyaları yığdığı otağa baxdıqda oradan 100 manat dəyərində 07 litir su tutumu olan 01 ədəd odun samovarın, 01 ədəd 50 manat dəyərində 30 litrlik alüminium süd bidonunun, 15 manat dəyərində 01 ədəd odun doğramaq üçün nəzərdə tutulmuş baltanın, 01 ədəd 15 manat dəyərində böyük çəkicin, 01 ədədinin dəyəri 10 manat ümumi dəyəri 40 manat olan 04 ədəd bellərin, 01 ədədinin dəyəri 15 manat ümumi dəyəri 30 manat olan 02 ədəd saplı bellərin, 40 manat dəyərində 2019-cu il istehsallı 01 ədəd divar saatının, 01 ədədinin dəyəri 35 manat ümumi dəyəri 70 manat dəyərində 2019-cu il istehsallı 2 ədəd “Geepas” markalı sərinkeşlərin, 01 kisədə 50 kq olmaqla 01 kisəsinin dəyəri 25 manat, ümumi dəyəri 50 manat təşkil edən 02 kisə buğdaların, 01 ədədinin dəyəri 55 manat ümumi dəyəri 110 manat dəyərində 02 ədəd sintetik materialdan hazırlanmış tentlərin, 50 manat dəyərində 01 ədəd 2007-ci il istehsallı “Desna-28” markalı velosipedin, 01 ədədinin dəyəri 09 manat ümumi dəyəri 54 manat olan 06 ədəd 03 metr uzunluğunda 08-lik armaturların və 01 ədədinin dəyəri 15 manat ümumi dəyəri 90 manat dəyərində 06 ədəd 04 metr uzunluğunda 16-lıq dəmir boruların oğurlanması ona məlum olmuşdur. Evindən baş vermiş oğurluğa görə ümumilikdə ona 1646 manat məbləğində maddi ziyan dəydiyi üçün bu barədə ərizə ilə Şabran RPŞ-nə müraciət etmişdir. 19 avqust 2021-ci il tarixdə saat 17 radələrində Şabran şəhəri H.Əliyev prospektində olduğu zaman qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 velosiped sürdüyünü görüb ona yaxınlaşmışdır. Sürdüyü velosipedin əlamətlərindən ona məxsus oğurlanmış velosiped olduğunu tanıdığı üçün həmin velosipedi haradan əldə etməsini Mehmandan soruşmuşdur. Mehman da həmin velosipedi dəmir-dümür yığan şəxslərdən aldığını dedikdən sonra ona inanmayaraq Şabran rayon PŞ-nin əməkdaşlarına bu barədə məlumat vermişdir. Həmin zaman məlum olmuşdur ki, onun evindən oğurluğu Akiflə Mehman etmişdir. Bundan sonra, Akiflə Mehman ondan üzr istəmiş, ona vurduqları ziyanı ödəyəcəklərini bildirərək, bağışlanmalarını xahiş etmişlər. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, ünvan 7 ünvanda ailəsi ilə birlikdə yaşayır və təxminən 2014-cü ildən Şabran rayonunda yerləşən "xxxx" ASC-də operator işləyir. Təqsirləndirilən şəxs1 onun atasıdır. Təxminən 1 ay əvvəl yaşadığı evə gəldiyi zaman atasının dəmir əşyaları, yəni dəmir boru, armaturları və sərinkeşin detallarını hardansa yaşadıqları evin həyətinə gətirdiyini görmüşdür. Həmin əşyaları haradan gətirməsini atasından soruşduqda o, əşyaları küçələrdən, yəni zibilliklərdən satmaq üçün yığıb gətirdiyini ona demişdir. Bir neçə gün sonra həyətlərində olan dəmir-dümürlərin olmadığını görüb həmin əşyaların hara yoxa çıxmasını atasından soruşduqda atası onları dəmir-dümür satan şəxslərə satdığını ona bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 adlı rayon sakini kimi tanıdığı şəxsin də bir neçə dəfə velosipedlə atasının yanına, yəni yaşadıqları evə gəldiyini görmüşdür. X9 şəhər sakini Zərərçəkmiş şəxs evindən oğurluq etməsindən xəbəri və yaxud bu barədə hər hansı bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, ünvan 9 ünvanda ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Bəzən iş tapdıqda fərdi tikintilərdə işləyərək dolanır. Təxminən 2-3 ay əvvəl gündüz vaxtı qonşusu Təqsirləndirilən şəxs1 onun yanına gələrək 01 ədəd çöl şəraiti üçün yataq kisəsinin 18 manata satdığını ona bildirmişdir. Həmin yataq kisəsini haradan əldə etdiyini ondan soruşduqda sonuncu, hərbi xidmətdən qayıdıb gəlmiş tanışının həmin yataq kisəsini gətirdiyini və onu satmaq istədiyini ona demişdir. Akifə 18 manat pul verərək həmin yataq kisəsini ondan alaraq çıxıb getmişdir. Bir neçə gün sonra Akifdən aldığı yataq kisəsini bir nəfər tanımadığı çoban onda görərək özü üçün almaq istədiyini ona demiş və həmin yataq kisəsini çobana 20 manat pula satmışdır. Həmin yataq kisəsinin rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs2 adlı şəxsin Akifə verməsi sonradan ona məlum olmuşdur. Təqsirləndirilən şəxs1 aldığı yataq kisəsinin oğurluq olmasından onun heç bir məlumatı olmamış və əgər onun bundan xəbəri osaydı, həmin yataq kisəsini ondan almazdı. 22 avqust 2021-ci il tarixdə yaşadığı evin yaxınlığında olduğu zaman Şabran RPŞ-nin əməkdaşları onun yanına gələrək onu RPŞnə dəvət etmişlər. O, da etiraz etməyərək onlarla birlikdə Şabran RPŞ-nə gəlib izahat vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli 9/6039 saylı rəyindən görünür ki, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində, mağazalarda inşaat materialları satışı məntəqələrində və köhnə əşyaların satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilməyən əvəllər istifadə olunmuş tədqiqat obyektlərinin 2021-ci ilin may-iyun aylarına respublikadaxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq təxminən aşağıdakı kimi müəyyən olunur; 01 ədəd “Gepas” markalı ətçəkən maşın 20 manat, 01 ədəd “LG” markalı 82 dioqonallı televizor 250 manat, 02 ədəd 10 min amperlik “Poverbank” qidalandırıcı aparatlar 80 manat, 02 kisə olmaqla 50 kq buğda 50 manat, 01 ədəd 07 litrlik odun samovarı 120 manat, 01 ədəd 30 litrlik alüminium süd bidonu 50 manat, 01 ədəd “Desna-28” markalı velosiped 50 manat, 06 ədəd 03 metr uzunluğunda, 8 mm diametrində armaturlar 36 manat, 06 ədəd 04 metr uzunluğunda 16 mm diametrində dəmir borular 60 manat, ümumi dəyəri 716 manat təşkil edir. Şabran rayon İstesal İstehlak koperativindən alınmış arayışdan göründüyü kimi Zərərçəkmiş şəxs məxsus evdən oğurlanmış digər əşyaların ümumi dəyəri 930 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs2 üzərində məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli 4048 saylı arayışdan görünür ki, Umayev X2 şəhəri, Nizami küçəsi ev 3 ünvanda arvadı X4 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli 4047 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 oktyabr 2021-ci il tarixli 4186 saylı məktubdan görünür ki, Əbilov X3 şəhəri, Xəqani küçəsi ev 20 ünvanda ailə üzvləri – arvadı X5 və uşaqları – 1994-cü il təvəllüdlü Şahid1 və 1998-ci il təvəllüdlü X6 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 oktyabr 2021-ci il tarixli 4190 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli olmaları məhkəmə istintaqı zamanı tədqiq olunmuş onların özlərinin səmimi etirafedici ifadələrilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən onların əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddərlə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin içtimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını da onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən onun cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) AZN Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Respublika büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut hesab edilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs2 götürülmüş zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus “Desna-28” markalı velosipedin zərərçəkmişə təhvil verilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutlmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutlmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2 ünvanda yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Hökmün bu hissədə icrası Təqsirləndirilən şəxs2 faktiki yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şabran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Şabran rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Məhkəmə məsrəfi hesab olunan – aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) AZN Təqsirləndirilən şəxs1n və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. İş üzrə maddi sübut hesab edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus “Desna- 28” markalı velosipedin zərərçəkmişin özünə təhvil verilməsi nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-74/2021
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-74/2021
23.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver