Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-75/2022 30.11.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1992-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda daimi qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 avqust 2022-ci il tarixdə saat 19 radələrində tamah niyyəti ilə Şabran şəhəri Nizami küçəsi 1 ünvanda yerləşən Şabran rayonu "xxxx" MMC-nin anbarına hasardan keçib qanunsuz içəri daxil olmaqla həyətdən 01 metrinin dəyəri 12 manat, ümumi dəyəri isə 120 manat təşkil edən 10 metr uzunluğunda 100-lük dəmir boruları saxlanc yeri olan anbarın binasına pəncərədən içəri daxil olmaqla oradan 01 metrinin dəyəri 04 manat, ümumi dəyəri isə 480 manat təşkil edən 120 metr uzunluğunda 3 fazalıq 4X4-lük 2020-ci il tarixdə alınmış mis kabeli və 01 metrinin dəyəri 10 manat, ümumi dəyəri 300 manat təşkil edən 30 metr uzunluğunda birfazalıq 10-luq, 2020-ci ildə alınmış mis kabeli, ümumilikdə isə 900 (doqquz yüz) manat dəyərində özgənin əmlakını gizi olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Maddi vəziyyəti son vaxtar ağır olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 31 avqust 2022-ci il tarixdə saat 19 radələrində Şabran şəhəri Nizami küçəsi 1 ünvanda, yəni yaşadığı evin yaxınlığında yerləşən "xxxx" MMC-nin yerləşdiyi əraziyə gəlib və hasardan içəri, yəni anbarın həyətinə daxil olmuşdur. Dəyirmanın həyətinə göz gəzdirərkən həyətdə olan dəmir boruları görüb və onları əli ilə götürərək hasardan küçəyə çıxarmışdır. Bundan başqa, dəyirmanın anbar binasının açıq pəncərəsindən içəri daxil olub və anbara baxdıqda orada mis kabellərin olmasını görmüşdür. Həmin kabelləri də oğurlayaraq pəncərədən həyətə çıxaraq onları da anbarın hasarından keçirib və özü ilə küçəyə çıxarmaq istəyərkən həmin vaxt uzaqdan dəyirmanın gözətçisi onu görərək qışqırmışdır. Gözətçinin onu tutmasından ehtiyat edərək qaçıb dəyirmanın hasarından çıxaraq küçəyə keçmişdir. Bundan sonra anbardan oğurladığı dəmir əşyaları özü ilə götürərək yaxınlıqda yerləşən yaşadığı evə getmişdir. Anbardan oğurladığı təxminən 10 metr uzunluğunda dəmir boruları Şabran şəhərində adı yadında qalmadığı dəmir alışsatışı ilə məşğul olan şəxsə 20 manat pula satdıqdan sonra oğurladığı mis kabelləri əvvəlcə küçədə yandırıb və əzdikdən sonra onları götürərək Şabran şəhəri Haqverdiyev küçəsinə getmişdir. Həmin küçədə metal qəbulu sexində işləyən Vasif adlı şəxsə yaxınlaşaraq yandırdığı mis kabelləri zibilliklərdən yığmasını və pula ehtiyacı olduğuna görə satmaq istədiyini demişdir. Vasif ona inanaraq həmin mis kabelləri məntəqədəki tərəzidə çəkdikdən sonra ona təxminən 54 manat pul vermişdir. Həmin 54 manat pulu Vasifdən aldıqdan sonra pulları öz ehtiyacı üçün xərcləmişdir. Şabran rayon PŞ-nin əməkdaşları onu RPŞ-nə dəvət etdikdə onlara etiraz etməyərək polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlib və törətmiş olduğu cinayəti etiraf etmişdir. Törətdiyi əməlinə görə peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin müvəkkil etdiyi nümayəndə qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, ünvan 3 ünvanda ailəsi ilə birlikdə yaşayır və 2007-ci ildən ünvan 6i Dəyirman” MMC-nin direktor müavini işləyir. 31 avqust 2022-ci il tarixdə saat 19 radələrində dəyirmanın taxıl anbarının gözətçisi Şahid1 ona zəng edərək taxıl anbarına daxil olmuş bir nəfər şəxsi gördüyünü və onun anbara gəlməsini ondan xahiş etmişdir. İdarə etdiyi avtomobillə anbara getdikdən sonra anbarın gözətçisi Şahid1 anabarın pəncərəsindən içəri daxil olmuş bir nəfər şəxsi gördüyünü və həmin şəxsin onu görərək hasardan tullanaraq qaçdığını ona bildirmişdir. Şahid1 həmin şəxsin əlində dəmir və kabel olduğunu gördüyünü, lakin onu tutmağa gecikdiyinə görə həmin şəxsin də əşyaları hasardan küçəyə keçirib və qaçdığını ona bildirmişdir. Anbarın hasarı hündür olduğundan həmin oğurluq etmiş şəxsi tutmaq üçün gözətçi hasarın digər tərəfinə keçməyə təxminən 10 dəqiqə vaxt sərf etdiyindən həmin oğurluq etmiş şəxsi tutmaq mümkün olmamışdır. Anbardan təxminən 40 metr uzunluğunda kabelin oğurlandığı ona məlum olduğuna görə bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Şabran rayon PŞ-nin əməkdaşları anbara gəlib və baxış keçirdikləri zaman 40 metr kabelin oğurlanması barədə ərizə ilə RPŞ-nə müraciət etmişdir. 01 sentyabr 2022-ci il tarixdə yenidən anbara baxış keçirərkən anbarın içərisindən 01 mertəsi 07 manat, ümumi dəyəri isə 840 manat olan 120 metr uzunluğunda üçfazalıq 4X4lük 2020-ci ildə alınmış mis kabelin, 01 mertəsi 10 manat, ümumi dəyəri isə 300 manat olan 30 metr uzunluğunda birfazalıq 10-luq 2020-ci ildə alınmış mis kabelin və anbarın həyətindən isə 01 metrəsi 15 manat, ümumi dəyəri isə 150 manat dəyərində 10 metr uzunluğunda 100-lük dəmir borunun oğurlanması ona məlum olduğuna görə Şabran rayon PŞ-nə gələrək bu barədə təkrarən ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq nəticəsində "xxxx" MMC-yə ümumilikdə 1290 manat məbləğində maddi ziyan dəymişdir. "xxxx" MMC-yə dəymiş ziyan ödənilməmişdir, ziyanın ödənilməsini tələb edir. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, ünvan 4 ünvanda qeydiyyatda olmasına baxmayaraq ünvan 5 və təxminən 2016-cı ildən ünvan 6i Dəyirman” MMC-nin taxıl anbarında gözətçi işləyir. 31 avqust 2022-ci il tarixdə saat 19 radələrində anbarın ərazisində gəzişərkən uzaqdan bir nəfər şəxsin əlində kabel anbarın içərisindən hasara qalxaraq qaçmaq istədiyini görmüşdür. Həmin şəxsə yaxınlaşmaq istəyərkən həmin şəxs anbarın hasarını aşaraq qaçmış və buna görə də özünə məxsus mobil telefonla "xxxx" MMC-nin direktor müavini işləyən Zərərçəkmiş şəxs zəng edərək bu barədə məlumat vermişdir. Həmin şəxsi tutmaq üçün hasarın digər tərəfinə, yəni anbarın arxa tərəfinə keçmək lazım olduğundan həmin şəxsi tuta bilməmiş və bu səbəbdən də həmin şəxsin ardınca qaçmamışdır. Təxminən 10-15 dəqiqə sonra müdir müavini Zərərçəkmiş şəxs anbara gəldikdən sonra baş vermiş hadisə barədə ona danışmışdır. Anbardan təxminən 40 metr uzunluğunda kabelin oğurlanması məlum olduğuna görə Zərərçəkmiş şəxs bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis Şöbəsində araşdırma zamanı oğurluq edənin Şabran rayon sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, ünvan 7 ünvanda yerləşən evdə atası Aydın və digər ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadıqları evin yaxınlığında yerləşən atası Aydın Orucovun işlətdiyi dəmir qəbulu sexi vardır. Atası evdə olmadığı zamanlar işləyərək metaq qəbulu və alış-verişi ilə məşğul olmuşdur. 31 avqust 2022-ci il tarixdə saat 21 radələrində sexdə olduğu zaman Şabran rayon sakini kimi tanıdığı Elvin adlı şəxs onun yanına gələrək yandırılmış mis kabellər satmaq məqsədilə sexə gətirdiyini ona bildirmişdir. Onun sexə gətirdiyi mis kabellərə baxdıqda həmin kabellərin yandırıldığını və qırıq-qırıq vəziyyətdə olmasını görüb və onları haradan əldə etməsini ondan soruşmuşdur. Elvin də həmin kabelləri zibillikdən hissə-hissə yığdığını və onları yandırdıqdan sonra pula ehtiyacı olduğu üçün satmaq istədiyini ona demişdir. Elvinin gətirdiyi yandırılmış mis kabelləri tərəzidə çəkdikdən sonra onların çəkisinin cəmi 05 kq gəlməsi səbəbindən onlara görə Elvinə 56 manat pul verə biləcəyini bildirmişdir. Elvin onun təklifi ilə razılaşdıqdan sonra sonuncu, ondan 56 manat pulu alıb getmişdir. Elvindən aldığı həmin mis kabellər yandırılmış formada olduğundan onların oğurlanması barədə heç bir məlumatı olmamışdır. Şabran şəhər sakini Təqsirləndirilən şəxs sexə gətirib, ona satdığı həmin yandırılmış vəziyyətdə olan mis kabellər sexdə olduğuna görə onları istintaqa təqdim etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 oktyabr 2022-ci il tarixli 9/6449 saylı rəyinə əsasən 10 metr uzunluğunda 100-lük dəmir borunun dəyəri 120 manat, 120 metr uzunluğunda üçfazalıq 4x4-lük 2020-ci il tarixdə alınmış mis kabelin dəyəri 480 manat, 30 metr uzunluğunda birfazalıq 10-luq 2020-ci il tarixdə alınmış mis kabelin dəyəri 300 manat, əşyaların ümumi dəyəri isə 900 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 12 sentyabr 2022-ci il tarixli tələbnamədən və Xaçmaz rayon məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 06 noyabr 2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şabran rayon məhkəməsinin 19 aprel 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə tamamilə birləşdirilərək ona 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 3000 manat cərimə cəzası təyin edilmiş və Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Elvin Əliyevə təyin edilmiş cəzanın müstəqil icra olunması göstərilmişdir. Şabran rayon İcra və probasiya şöbəsindən alınmış xx.xx.2022-ci il tarixli məktubdan göründüyü kimi Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası 01 il 09 ay müddətinə islah işləri ilə əvəz edilmiş və 08 noyabr 2021ci il tarixli amnistiya aktına əsasən islah işləri cəzasından azad edilmişdir. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli 3681 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şabran şəhəri, Nizami küçəsində ailə üzvləri – anası X3, qardaşı X2 ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran RİH Başçısının Şabran şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli 3686 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçədə özünü normal aparmış və birgəyaşayış qaydalarına riayət etmişdir. Onun barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. İş materiallarında olan Şabran rayon məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli 4(031)-42/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 01 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun ifadəsi ilə, iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə, cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yungülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddində cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. İş üzrə maddi sübut hesab edilən Şabran şəhər sakini Şahid2 götürülmüş Şabran RPŞ-nin maddi sübütlar otağında saxlanılan 5 kq çəkidə yanmış vəziyyətdə olan mis kabellər zərərçəkmiş şəxsə qaytarılmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 01 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilən Şabran şəhər sakini Şahid2 götürülmüş Şabran RPŞ-nin maddi sübütlar otağında saxlanılan 05 kq çəkidə yanmış vəziyyətdə olan mis kabellər zərərçəkmiş şəxsə qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-75/2022
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-75/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver