Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-8/2021 18.02.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhərəmov Aydın Yarməmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1998-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Qafur Məmmədov küçəsi ev 12 ünvanda yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 02 (iki) il 09 (doqquz) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 03 (üç) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəzanın şərti tətbiq edilməsinə baxmayaraq, islah olunmamış və yenidən qəsdən cinayət törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd sellofan paketə bükülmüş vəziyyətdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarında ümumi təmiz çəkisi 420 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 01 (bir) ədəd ağ-qırmızı rəngli şüşə kasanın içərisinə yerləşdirib ünvan 2 ünvanda yerləşən evinin həyətyanı sahəsində toyuq hininin yaxınlığında istifadəyə yararsız masanın üzərinə yığılmış köhnə taxta və sellofan paketlərin altında gizlətməklə qanunsuz olaraq saxlamış, xx xxxxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Şabran RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində aparılan əməliyyat-axtarış tədbirləri zamanı sözügedən narkotik vasitə - 420 qram qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, ünvan 3 ünvanda yerləşən evdə anası və bacısı ilə birlikdə yaşayır. 2019-cu ildə törətmiş olduğu cinayət əməlinə görə məhkum olunmuş və ona sınaq müddəti təyin edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 06 radələrində yaşadığı evin həyətyanı sahəsində saxladığı ev itini gəzdirmək məqsədilə yaşadığı evin yaxınlığında, yəni “5-sotlar massivi” ərazisində adını bilmədiyi küçədə gəzən zaman yolun kənarındakı otluq sahənin arasında bir ədəd sellofan torba görərək onu götürmüşdür. Həmin sellofanın içərisində müxtəlif ərzaq malları, yəni qovyadina, yumurta, çörək, 01 ədəd pampers və ayrıca sellofan paketin içərisində təxminən 500 qrama yaxın çəkidə bir qədər nəm vəziyyətdə narkotik vasitə olan nəşəyə oxşayan bitki olmasını görmüşdür. Bu günə qədər ümumilikdə təxminən 6-7 dəfə nəşə çəkdiyinə görə həmin bitkinin nəşə olmasını bilərək tapdığı sellofanın içərisindəki digər əşyaları ataraq içində nəşə olan sellofanı özü ilə götürüb və yaşadığı evə getmişdir. Axşam saatlarında nəm vəziyyətdə olan nəşəni sellofanın içərisindən çıxarıb evin mətbəxindən götürdüyü ağ-qırmızı rəngli kasanın içərisinə yığaraq evin həyətində yerləşən toyuq hininin yanındakı köhnə masanın üzərinə qoymuşdur. Ertəsi gün səhər saatlarında kasaya qoyduğu nəşəni anası Mileyhə Aslanova görməsin deyə üzərinə sellofan paketlər və digər əşyalar yığmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə axşam saat təxminən 18 radələrində yaşadığı evin həyətində olduğu zaman qəfildən evlərinin yerləşdiyi küçəyə polis avtomobilinin və eyni zamanda yaşadığı evin həyətinə polis əməkdaşlarının daxil olmasını görərək həyəcanlanaraq bağ sahəsinə tərəf qaçmışdır. Bu zaman RPŞ-nin polis əməkdaşları ona yaxınlaşaraq onu Şabran rayon polis şöbəsinə aparmışlar. Şabran rayon PŞ-də xx xxxxxxxx 2020-ci il tarixdə yol kənarından taparaq yaşadığı evin həyətyanı sahəsində kasanın içərisində gizlətdiyi narkotik vasitə hesab edilən nəşə kütləsinin həmin gün anası Mileyhə Aslanovanın və hal şahidlərinin iştirakı ilə yaşadığı evə keçirilən baxış zamanı aşkar edilərək götürülmüşdür. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Şabran rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxxxx 2020-ci il tarixdə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş həmin məlumata əsasən həmin gün, yəni xx xxxxxxxx 2020-ci il tarixdə saat 18 radələrində RPŞnin CAB-nin əməliyyat müvəkilləri Şahid3, Şahid2, Rəşad Məhərrəmov, polis nəfəri Savalan Məhərrəmov və digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Həmin evə çatdıqda Təqsirləndirilən şəxs evdən qaçması onlara məlum olmuş və həmin zaman evdə olan bacısı Kamilova Əfsanə Rövşən qızına yaşadıqları evə baxış keçirmək istədiklərini bildirmişlər. Əfsanə Kamilova anası Mileyhə Aslanovaya zəng etdikdən bir neçə dəqiqə sonra anası yaşadıqları evə gəlmiş və dəvət etdikləri iki nəfər hal şahidinin iştirakı ilə onların yaşadıqları evə və həyətyanı sahələrinə baxış keçirmək istədiklərini onlara bildirdikdə ev sahibi Mileyhə Aslanova buna etiraz etməyərək müstəntiqə bu barədə ərizə ilə müraciət etmişdir. Dəvət etdikləri hal şahidlərinə hüquq və vəzifələri izah edildikdən sonra Mileyhə Aslanovanın uşaqları ilə birlikdə yaşadığı evə baxış keçirməyə başlamışlar. Onların yaşadıqları evdən hər hansı bir cinayət xarakterli əşya aşkar edilməsə də evin əks tərəfində həyətyanı sahədə yerləşən toyuq hininin yanındaki istifadəyə yararsız masanın üzərində köhnə taxta və sellofan paketlərinin altında gizlədilmiş 01 (bir)ədəd ağ-qırmızı rəngli şüşə kasanın içində narkotik vasitəyə bənzər yaşımtıl rəngli kütlələr aşkar olunmuşdur. Ev sahibi Mileyhə Aslanovadan həmin kasanın içindəki yaşımtıl rəngli spesifik qoxuya malik olan kütlələrin nə olmasını soruşduqda o, kasanın ona məxsus olmasını deməsinə baxmayaraq kasanın içərisindəki yaşımtıl rəngli kütlədən xəbərsiz olmasını bildirmişdir. Həmin narkotik vasitəyə bənzər kütlələr şüşə kasa ilə birlikdə hal şahidlərinin iştirakları ilə elektron tərəzidə çəkilərkən onun çəkisinin 1027 qram və kasasız isə 440 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr və bir ədəd ağ-qırmızı rəngli şüşə kasa ayrı-ayrlıqda kağız paketlərdə qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib olunduqdan sonra imzalarla təsdiq edilmişdir. Şabran RPŞ-nə saxlanılaraq gətrilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik vasitənin ona məxsus nəşə olmasını və onu öz istifədəsi üçün həyətində gizlətdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən RPŞ-nin polis əməkdaşları Şahid3 və Şahid2 Natiq oğlu iş üzrə Şahid1 ifadəsində göstərilənləri olduğu kimi təsdiq edərək analoji ifadə vermişlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 7/615 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş təmiz çəkisi 420,0 qram (tədqiqata sərf edildi – 0,02 qram, qalıq – 419,98 qram) bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 2712 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatından sui-istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan edilən ambulator məhkəmə psixiatrik ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 2017 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki ruhi xəstəlik, ruhi fəaliyyətinin müvəqqəti pozulması, kəmağılılıq və sair xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Şabran rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 4(031)-31/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesab edilmişdir. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 4247 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda qeydiyyatda olmaqla, ünvan 6 ünvanda ailə üzvləri – anası X1 və bacısı Kamilova Əfsanə Rövşən qızı ilə birlikdə yaşayır. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 4248 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən və Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 1(004)-231/2019 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 ay 21 gün müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 02 il 09 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 02 il 09 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzası 03 il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri və məhkəmə ekspertizalarının rəyləri, eləcə də iş materiallarında olan toplanmış digər sübutlarla tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini əsaslı hesab edir. İş materialları ilə müəyyən olunur ki, şərti məhkum edilmiş Təqsirləndirilən şəxs sınaq müddətində qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə ləğv edilməli və ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4№-li Qərarının 17-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökm çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub Respublika büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut hesab edilmiş və Şabran RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş təmiz çəkisi 419,98 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, bir ədəd ağ-qırmızı rəngli kasa isə Təqsirləndirilən şəxs anası Mileyhə Aslanovaya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə şərti hesab olunaraq təyin olunmuş və çəkilməmiş qalan 02 il 09 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilmiş və Şabran RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş təmiz çəkisi 419,98 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini alandan sonra məhv edilsin, bir ədəd ağ-qırmızı rəngli kasa isə Mileyhə Aslanovaya qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №1(031)-8/2021
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-8/2021
18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver