Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-8/2024 06.03.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ X31 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1969-cu il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra AR CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda, mənbədən və miqdarda satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış ayrı-ayrılıqda çəkiləri müvafiq olaraq 0,447 qram, 0,633 qram, 0,898 qram, 0,532 qram, 0,502 qram, 0,643 qram, 0,776 qram, 0,315 qram, 0,778 qram, 0,504 qram, 1,006 qram, 0,695 qram, 0,624 qram, 0,484 qram, 0,399 qram və 0,451 qram olmaqla, ümumi təmiz çəkisi 9,687 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuananı və bir ədəd kağız bükümdə təmiz çəkisi 0,579 qram olan psixotrop maddə metamfetamini əynində olan qara rəngli şalvarın sol yan cibində qanunsuz olaraq satış məqsədilə daşımış və saxlamış, bundan əlavə tanışı Şabran şəhər sakini Şahid5 məxsus Şabran şəhəri, Babək küçəsində yerləşən mebel sexində olan şkafda isə 01 ədəd elektron tərəzini qanunsuz olaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 05:00 radələrində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri nəticəsində o, yaşadığı Şabran şəhəri, V. Abdullayev küçəsində saxlanılmış, üzərinə keçirilmiş şəxsi axtarış və Şabran şəhəri, Babək küçəsində yerləşən sexə baxış zamanı sözügedən narkotik vasitə qurudulmuş marixuana, habelə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, AR CM-nin 234.2-ci maddəsi ilə ittiham olunması ilə razı deyil. Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddəni satmaq fikirlində olmayıb və onları öz istifadəsi üçün çoxdan alıb qoyub. Sadəcə narkotik vasitə istifadəcisi olmasını, polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş tərəzinin işlək vəziyyətdə olmamasını və narkotik vasitələrin satışı ilə məşğul olmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq narkotik vasitələri və psixotrop maddəni uzun müddət bundan qabaq alsa da, onları hissə-hissə bir yerə yığdığını, psixotrop maddə olan metamfetamindən istifadə etməsə də, onun da aldığı narkotik vasitələr və psixotrop maddənin içində olduğunu, narkotik vasitələri və psixotrop maddəni bir yerdə aldığını, sonra onları öz istifadəsi üçün bükümlərə ayırdığını, köhnə uçulmuş binada narkotik vasitələri və psixotrop maddəni gizlətdiyini, oradan hərdən bir narkotik vasitədən götürüb istifadə etdiyini, psixotrop maddə olan metamfetaminin də gizlətdiyi narkotik vasitələrin içində olduğunu, özünün də həmin psixotrop maddənin orada olmasının yadından çıxdığını, narkotik vasitələri və psixotrop maddəni Xaçmaz şəhərində olan tanışımdan aldığını, onları alarkən çəkilərinin 05 qram olduğunu, bir qutu narkotik maddənin çəkisinin 05 qramdan çox gəlmədiyini bildiyini və onunda bir qutu narkotik vasitə aldığını, narkotik vasitələrin aşkar edildiyi zaman polis əməkdaşları tərəfindən 16 bükümün müəyyən edildiyini, onun özünün həmin bükümləri saymadığını, polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş tərəzinin işləmdəyini, həmin tərəzini düzəltməsi üçün yaxın dostuna verdiyini, polis əməkdaşları axtarışa gələndə yolda onu gördükləri üçün ondan haradan gəldiyini soruşduqlarını, onun da onlara sex bağlı olduğu üçün geri qayıtdığımı bildirdiyini, tərəzini təqribən 3-4 il olar ki, dostuna düzəltməyə verdiyini, sözü gedən sexin mebel sexi olduğunu və onun da orada ustaya köməklik etdiyini, sözü gedən tərəzidən qızıl çəkmək üçün istifadə etdiyini, 20 il Rusiya Federasiyasında qızıl satışı ilə məşğul olduğunu, sənədlərlə bunu təsdiq edə biləcəyini, həmin günü səhər saat 05:00 radələrində avtobazanın yaxınlığında yerləşən dükana siqaret almağa getdiyini, həmin vaxt siqaretinin qurtardığını və siqaret çəkmədən dayana bilmədiyini, müdafiəçinin suallarına cavab olaraq narkotik vasitə istifadəçi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını üçün şəxsi axtarış protokolunu imzalamadığını və polis əməkdaşları tərəfindən saxlanıldığı zaman onların yanından qaçmağa cəhd eləmədiyini, sədrlik edənin suallarına cavab olaraq isə tərəzinin onda olmadığını, hazırda polis əməkdaşlarında qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs sonrakı məhkəmə iclaslarında polis əməkdaşları tərəfindən saxlanıldığı zaman ona fiziki təzyiq göstərildiyini, Şabran Rayon Polis Şöbəsində olduğu zaman polis əməkdaşları tərəfindən döyüldüyünü, Şabran Rayon Polis Şöbəsinin əməliyyat üzrə müavini X24 Rayon Polis Şöbəsində olduğu zaman onun ünvanına nalayiq ifadələr işlədərək onun ləyaqətini alçaltdığını və polis əməkdaşlarının onun ünvanına ağır söyüşlər söyüdüklərini və bununla bağlı prokurorluqda araşdırma aparıldığı zaman da müstəntiqə məlumat verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, xidmətləri yoxladıqları zaman səhərə yaxın saat təqribən 05:00 radələrində polis əməkdaşı ona zəng edərək bir nəfər şübhəli şəxsin saxlanılması barədə məlumat verib. Onlar manqa komandiri ilə birlikdə həmin yerə yaxınlaşdıqdan sonra həmin şəxsi polis şöbəsinə gətirmişlər. Şabran Rayon Polis Şöbəsində həmin şəxsin üzərinə baxış keçirmişlər və üzərindən 16 büküm marixuanaya bənzər maddə çıxmışdır. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs əməlini özü etiraf etdiyini, hadisə iyun ayının 15-dən 16-na keçən gecə olduğunu, müdafiəçinin suallarına cavab olaraq isə Təqsirləndirilən şəxs digər polis əməkdaşları tərəfindən saxlanıldığını və bundan sonra saxlanıldığı yerdən onların iştirakı ilə polis şöbəsinə gətirildiyini və Təqsirləndirilən şəxs narkotik maddə satması barədə heç bir məlumatının olmadığını bildirmişdir. Bunlarla yanaşı məhkəmə iclasında təkrar ifadə verdiyi zaman göstrəmişdir ki, xidmətdə olarkən Təqsirləndirilən şəxs görüblər və onun özünü şübhəli apardığı üçün ona yaxınlaşıb maşını saxlayıblar, Təqsirləndirilən şəxs onları görən kimi qaçmağa başlayıb və onlardan qaçarkən dəmir yolu relslərinə ilişib yıxılıb. Ona heç bir zor tətbiq edilməyib. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs onları görüb qaçarkən dəmir yolu relslərinə ilişib yıxıldığını, ona heç bir fiziki zor tətbiq edilmədiyini, üzərindən narkotik vasitələrin polis şöbəsində aşkar edildiyini və onun üzərindən cəmi 17 büküm narkotik maddə aşkar olunduğunu, müdafiəçinin suallarına cavab olaraq isə Ramazanın özünü şübhəli apardığını görəndə ona yaxınlaşıb maşını saxlayıb maşından düşdüklərini, Ramazan bu zaman qaçmağa başladığını, onu təxminən səhər saat 05:00 rədlərində Şabran şəhərinin V. Abdullayev küçəsi istiqamətində gördülərini və xidmətdə olarkən maşında manqa komandirləri, yəni, o, və Nemət Mursəliyev və iki nəfər polis əməkdaşları Şahid3 və Şahid2 olduqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, 5-6 ay bundan əvvəl polis əməkdaşı Şahid3la xidmətdə olarkən onlar səhər saat təqribən 05 radələrində adını sonradan öyrəndiyi Ramazanı görüblər və onu saxlayıb ondan haradan gəldiyini soruşublar. Ramazan özünü şübhəli aparmış, gah dükandan, gah da mebel sexindən gəldiyini demiş, buna görə də onlar da ondan şübhələniblər, avtomobildən düşüblər ki, portala vurub onun kimliyini öyrənsinlər, lakin həmin şəxs qaçmağa başlayıb və onlar da də onu təqib edib saxlayıblar. Bu barədə məlumat veriblər və bundan sonra onu polis şöbəsinə gətiriblər. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq təxmini yadında qalmasa da, hadisə 5-6 ay bundan qabaq olduğunu, sexə baxış keçirməyə getdiklərini, sexə baxış keçirildiyi zaman çöldə dayandığı üçün oradan nə çıxdığını bilmədiyini, müdafiəçinin suallarına cavab olaraq isə Təqsirləndirilən şəxs polis şöbəsinə apardıqlarını, Şabran Rayon Polis Şöbəsində onun üstünə baxış keçirildiyini, onların Təqsirləndirilən şəxs üzərinə yerində baxış keçirmədilklərini, Təqsirləndirilən şəxs onları görüb yolunu dəyişdiyi üçün ondan şübhələndiklərini və Təqsirləndirilən şəxs narkotik maddə satması barədə məlumatının olmadığını bildirmişdir. Bunlarla yanaşı məhkəmə iclasında təkrar ifadə verdiyi zaman Şabran rayonunun Dəmir yolu tərəfdə, Güləmli istiqamətində xidmətdə olarkən Ramazanın gəldiyini gördüklərini, özünü şübhəli apardığı üçün ona maşınla yaxınlaşdıqlarını, maşından düşmək istədikdə, Ramazanın onları görüb qaçmağa başladığını, relslərin arasında yıxıldığını, onların Ramazanı tutub saxlayaraq maşına mindirib Şabran Rayon Polis Şöbəsinə gətirdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində bildirmişdir ki, o, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə xx.xx.2023-cü il tarixdə Şabran şəhərinin V. Abdullayev küçəsi ərazisində xidmətdə olub. Onlar həmin küçədə Ramazan adlı şəxsi görüb ona yaxınlaşıblar və portal vasitəsi ilə onun şəxsiyyətini müəyyən etmək istədikdə, həmin şəxs onlardan uzaqlaşmağa, sonra da qaçmağa başlayıb. O, digər polis əməkdaşları ilə birlikdə onu saxlayıb Şabran Rayon Polis Şöbəsinə gətiriblər və onu Növbətçi Hissəyə təhvil veriblər. Şabran Rayon X1 üzərinə baxış keçirilmiş və 01 ədəd "Winiston" markalı siqaret qutusunda 16 bükümdə marixuanaya bənzər kütlə və 01 ədəd metamfetamin aşkar edilmişdir. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq X20 Ramazanovun üzərindən narkotik maddə çıxdığının aşkar edildiyini, həmin narkotik vasitənin onun qabaq sol cibindən çıxdığını, Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən iştirak etdiyini, onun evində heç nə aşkar edilmədiyini, Mirzə adlı şəxsin sexinə baxış keçirilərkən oradan bir ədəd tərəzi çıxdığını, orada onlara həmin tərəzinin Təqsirləndirilən şəxs olduğunun bildirildiyini, müdafiəçinin suallarına cavab olaraq isə Təqsirləndirilən şəxs saxladıqdan sonra növbətçi hissəyə təhvil verdiklərini, onu saxladıqda üzərinə baxış keçirmədiklərini, Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün tərəflərindən saxlanıldığını və onun üzərinə baxışın Şabran Rayon Polis X7 keçirildiyini bildirmişdir. Bunlarla yanaşı məhkəmə iclasında təkrar ifadə verdiyi zaman göstrəmişdir ki, Şabran rayonunun Güləmli istiqamətində xidmətdə olarkən Təqsirləndirilən şəxs görüblər, özünü şübhəli apardığı üçün ona yaxınlaşıb maşını saxlayıb düşərkən, Ramazan qaçmağa başlayıb. Təqsirləndirilən şəxs, maşından 10-15 metr aralanmış, onun ayağı relslərə ilişmiş vəbundan sonra Təqsirləndirilən şəxs yıxılmışdır. Onlar da onu tutub maşina əyləşdirib Şabran Rayon Polis Şöbəsinə gətirmişlər. Şabran Rayon Polis Şöbəsində Ramazanın üzərindən 16 büküm narkotik vasitə, 01 büküm də metamfetamin deyilən maddə aşkar edilmişdir. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq Ramazanın onları görüb qaçarkən dəmir yolu relslərinin arasında özünün ayağı ilişib yıxıldığını və ona heç kəs fiziki təzyiq göstərmədiyini, sədrlik dənin suallarına cavab olaraq isə Ramazanı Şabran Rayon Polis Şöbəsinə gətirəndə onlardan onu buraxmalarını istədiyini, Şabran Rayon Polis Şöbəsinə təzə çıxdığını bildirdiyini və Şabran Rayon Polis Şöbəsində onlara qarşı nalayiq ifadələr işlətdiyini və onları döyüldüyünü deyəcəyi ilə hədələdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X10 ifadəsində bildirmişdir ki, o, xidmətdə olarkən Şabran Rayon Polis X30 Xidmətinin əməkdaşları məlumat verib onları köməyə çağırıblar. Həmin çağırış əsasında hadisə yerinə gəldikdə görüblər ki, Təqsirləndirilən şəxs saxlanılmışdır. Həmin vaxt onu maşında görüb və onun hər hansı bir xəsarət almasını görməyib. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq onlar hadisə yeridə gəldikdə Təqsirləndirilən şəxs artıq saxlanıldığını, ona hər hansı bir fiziki təzyiq göstərilmədiyini, müdafiəçinin sualına cavab olaraq Təqsirləndirilən şəxs narkotik maddənin satışı ilə məşğul olmasını eşitmədiyini, sədrlik edənin suallarına cavab olaraq isə Şabran Rayon Polis X30 Xidmətinin əməkdaşlarının onu köməyə çağırdıqlarını, onun da şəxsi maşını ilə hadisənin baş verdiyi yerə gəldiyini, ora çatanda artıq polis əməkdaşlarının Təqsirləndirilən şəxs maşına mindirdiklərini və budan sonra onu polis şöbəsinə apardıqlarını göstərmişdir. Bunlarla yanaşı məhkəmə iclasında təkrar ifadə verdiyi zaman göstrəmişdir ki, manqa komandiri və iki nəfər polis əməkdaşı ilə birlikdə gecə növbəsində xidmətdə olublar, səhərə yaxın Şabran şəhəri, V. Abdullayev küçəsi, yəni Güləmli kəndi deyilən ərazidə Ramazana rast gəliblər, özünü şübhəli apardığı üçün ona yaxınlaşıb maşını saxlayıb düşmək istədikdə, o, onları görüb qacmaa başlayıb. Ramazan qaçarkən dəmir yolunun relslərinin arasında yıxılıb. Onlar Ramazanı saxladıqdan sonra onu Şabran Rayon Polis Şöbəsinə gətirmişlər. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs tərəflərindən heç bir zor göstərilmədiyini, onu saxladıqdan sonra Şabran Rayon Polis Şöbəsinə gətirib təhvil verdiklərini, təqsirləndirilən şəxsin sualına cavab olaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, verdiyi izahatın təkrar ifadə verdiyi zaman göstərdiyi kimidir, üzərindən müddət çox keçdiyinə görə keçən məhkəmə iclasında səhv ifadə verdiyini, sədrlik dənin sualına cavab olaraq isə Təqsirləndirilən şəxs tutulmasında iştirak etdiyini, Təqsirləndirilən şəxs onları gördükdən sonra qaçmağa başladığını və polis əməkdaşları ilə birlikdə onu tutub maşına əyləşdirib Şabran Rayon Polis Şöbəsinə gətirdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X14 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Yay aylarında, sərf etmirsə 16 iyun 2023-cü il tarixində Təqsirləndirilən şəxs saxlanılmışdır. O, Şabran Rayon Polis X11 Yerinə gətirilərkən ayağı axsayırdı, başqa vəziyyəti isə normal olmuşdur. Özü bildirmişdir ki, polis saxlayanda qaçarkən yıxılmışdır. Sonra onu müayinə etmək üçün həkim çağırılmışdır. Bundan əlavə təqsirləndirilən şəxsin sualına cavab olaraq onun aclıq elan etməsi barədə heç bir məlumatının olmadığını, dövlət ittihamçısının sualına cavab olaraq isə Təqsirləndirilən şəxs ona döyülməsi barədə məlumat vermədiyini və ona qaçarkən yıxıldığını bildirdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 ifadəsində bildirmişdir ki, o, Ramazanı tanıyır, onunla ədavəti və düşmənçiliyi yoxdur. Bundan əlavə müdafiəçinin suallarına cavab olaraq Ramazanın saxlanılmasında iştirak etmədiyini, Ramazanın təqribən bir il bundan qabaq tərəzisini gətirib ona düzəltməsi üçün verdiyini, tərəzini düzəldə bilmədiyi üçün divanın altına atdığını, dövlət ittihamçısının suallarına cavab olaraq evdə yatdığı zaman polis əməkdaşlarının Ramazanın tərəflərindən tutulması və Ramazanın onun sexində olması ilə bağlı oyatdıqlarını, sexdə onun razılığı ilə axtarış aparılanda tərəzinin divanın altından tapıldığını, Ramazanla aradabir narkotik maddə çəkdiklərini, Ramazan narkotik maddəni haradan alıb gətirməsi barədə məlumatının olmadığını, Ramazandan narkotik vasitəni haradan aldığını heç-vaxt soruşmadığını, 4-5 il olar aradabir narkotik maddə çəkdiyini, Ramazanının həftədə 3-4 dəfə narkotik vasitə alıb gətirərək onunla birlikdə çəkdiyini, bir yerdə adətən bir papiros marixuana çəkirdiklərini, arada bir birlikdə narkotik maddə çəkdiklərini, polis əməkdaşlarının Ramazana məxsus tərəzinin onun anbarında olduğunu haradan öyrəndiklərini bilmədiyini, sədrlik edənin suallarına cavab olaraq özünün əvvəllər narkotik vasitədən istifadə etdiyini, lakin artıq bunu tərgitdiyini, tövbəli olduğunu, işlədiyi sexdə polis əməkdaşları tərəfindən çəkdiyi marixuananın olduğu yarımçıq papirosun aşkar edilərək götürüldüyünü, Ramazanın uzun müddətdir ki tanıdığını, onunla birlikdə əvvəllər mütəmadi olaraq narkotik vasitədən istifadə etdiklərini, Ramazanın ona qızıl satmağa başlamaq istədiyi üçün tərəziyə ehtiyacının olduğunu bildirdiyini və ona düzəltməsi üçün tərəzi verdiyini, Ramazanın yanında həmin tərəziyə baxdıqda onun sınıq olduğunu aşkar etdiklərini, Ramazana həmin tərəzini düzəldə bilməyəcəyini dediyini, bundan sonra sözü gedən tərəzini sexdə divanın altına atdığını, polis əməkdaşlarının tərəzini sexdə olan divanın altından aşkar etdiklərini, sexə baxış keçirildiyi aman Ramazanla aralarında hər-hansı bir söhbətin olmadığını, həmin vaxtı Ramazanın axsadığını gördüyünü, Ramazanın axsaması istisna olmaqla onda hər-hansı bir başqa xəsarət görmədiyini, polis əməkdaşlarının onlara danışmağa icazə vermədikləri üçün Ramazandan hansı səbəbdən axsadığını soruşa bilmədiyini, sadəcə uca səslə Ramazandan sexdə tutulub-tutulmadığını soruşduğunu, Ramazanın isə buna cavab olaraq polis əməkdaşları tələfindən orada saxlanılmadığını ona dediyini, Ramazanın evində olan köhnə mebelləri düzəltməsi üçün arada bir ona gətirdiyini, onun da həmin mebelləri düzəltdiyini, bunun qarşılığında Ramazandan pul almadığını, Ramazanla yoldaşlıq etdikləri üçün bir-birlərindən pul almadıqlarını, Ramazan birlikdə narkotik vasitə istifadə edərkən bir papirosu növbə ilə birlikdə çəkdiklərini və Ramazanla onun işinin əvəzinə ona narkotik maddə verilməsi barədə aralarında söhbətin olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid7 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən iştirak edib, baxış zamanı o, həyətdə olub, Təqsirləndirilən şəxs özü isə polis əməkdaşları ilə birlikdə evdə olub. Evə baxış qurtardıqdan sonra Mirzə adlı şəxsin sexinə baxış keçirmək üçün gediblər. Həmin sexdən bir ədəd tərəzi çıxmışdır, Təqsirləndirilən şəxs özü orada bildirmişdir ki, tərəzi ona məxsusdur. Bundan əlavə dövlət ittihamçısının sualına cavab olaraq Təqsirləndirilən şəxs evinə baxış zamanı heç nə aşkar olunmadığını, müdafiəçinin sualına cavab olaraq isə sexə baxış zamanı bir ədəd elektron tərəzi çıxdığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 ifadəsində bildirmişdir ki, Ramazanı hadisə ilə əlaqədar tanıyır. Polis əməkdaşları ona səhərə yaxın zəng edib məruzə etmişlər ki, bir nəfər vətəndaş saxlayıb Şabran Rayon Polis Şöbəsinə gətirmişik. Həmin vaxt o, əynimi geyinib işə gəlib. O, işə gələndə səhv etmirsə onun üzərinə baxış keçirilmişdir. Şabran Rayon Polis Şöbəsinə gələndə görüb ki Ramazan həyətdə daşın üzərində oturub, Ondan soruşub ki, nə məsələdir və Ramazan ona ayağının əzildiyini bildirib. Polis əməkdaşlarından soruşanda ona bildirdilər ki, Şabran rayonunda "Güləmli" adlanan istiqamətində tərəflərindən saxlanılarkən Ramazan qaçıb, relslərin üstündə yıxılıb, ayağını əzib. O, Ramazanın özündən də soruşub ki, səni kimsə vurmayıb? Ramazanın özü də ona demişdir ki, onu heç kim vurmayıb. Şabran Rayon Polis X12 maraqlandıqda ona bildirmişlər ki, üzərinə baxış keçirilərkən narkotik maddə aşkar olunmuş, stolun üzərinə baxdıqda siqaret qutusunda 10-dan çox büküm olduğunu görüb. Evinə və emalatxanaya baxış keçirilmişdir. O, evinə baxışda iştirak etmişdir. Evindən heç nə çıxmamışdır, sexə baxış keçirilərkən bir ədəd tərəzi aşkar edilmişdir. Ramazanın özü də həmin vaxt demişdir ki, tərəzi ona məxsusdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə emalatxanada aşkar edilmiş tərəzi sübutlar siyahısına əlavə edilməməsi ilə əlaqədar Şabran Rayon Polis X8 baş müstəntiqi X17 izahatı alınmış və o, məhkəmə iclasında texniki səhv səbəbindən iş üzrə emalatxanada aşkar edilmiş tərəzinin ittiham aktının arayış hissəsinə əlavə edilmədiyini, ancaq tərəzinin zərfdə möhürlənmiş halda mövcud olduğunu bildirmiş, həmin möhürlənmiş zərf məhkəməyə təqdim edilmiş, sözü gedən möhürlənmiş zərf məhkəmə iclasında baxış keçirilmiş və zərfdən elektron tərəzi və siqaretlər aşkar edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin zərfdən çıxmış tərəzinin onun olduğunu və həmin tərəzini düzəltməsi üçün Şahid5 verdiyini bildirməsini və iş üzrə təqsirləndirilən şəxsin və müdafiəçinin həmin tərəzinin maddi sübut kimi cinayət işinə əlavə edilməsinə etiraz etməmələrini nəzərə alaraq, dövlət ittihamçısının vəsatəti əsasında iş üzrə emalatxanada aşkar edilmiş tərəzinin maddi sübut kimi cinayət işinə əlavə olunması və Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına verilməsi barədə qərar qəbul etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılması və istintaq aidiyyatı üzrə verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli, 3-13-107/ə61/2023 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olduğundan, həmin məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır (cinayət işinin 1-ci cildinin 3-4-cü vərəqələri). - xx.xx.2023-cü il tarixli əməliyyat tədbirinin keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulu ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olduğundan, Təqsirləndirilən şəxs ətrafında əməliyyat müşahidələri keçirilməsi və dərhal onun narkotik vasitələr və digər cinayətin törədilməsində istifadə olunan əşyaların və maddi sübutların aşkar edilməsi məqsədi ilə üzərinə baxış keçirilməsi qərara alınmışdır (cinayət işinin 1-ci cildinin 5-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli, 3-13-107/ə60/2023 nömrəli əmrdən görünür ki, Şahid5 narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olduğundan, həmin məlumat ətrafında əməliyyataxtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır (cinayət işinin 1-ci cildinin 8-9-cu vərəqələri). - xx.xx.2023-cü il tarixli əməliyyat tədbirinin keçirilməsi haqqında qərardan görünür ki, Şahid5 narkotik vasitələrin qanunsuz qəbulu ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olduğundan, Şahid5 ətrafında əməliyyat müşahidələri keçirilməsi və dərhal onun narkotik vasitələr və digər cinayətin törədilməsində istifadə olunan əşyaların və maddi sübutların aşkar edilməsi məqsədi ilə üzərinə baxış keçirilməsi qərara alınmışdır (cinayət işinin 1-ci cildinin 10-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə, saat 05:10 radələrində, Şabran rayonunun V. Abdullayev küçəsi ərazisində xidmətdə olduqları vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs yaxınlaşdıqları zaman o, qaçaraq onların yanlarından uzaqlaşmağa cəhd etmiş, bu zaman yerə yıxıldığı üçün buna nail ola bilməmiş və polis əməkdaşları dərhal Təqsirləndirilən şəxs saxlayaraq onu Şabran Rayon Polis Şöbəsinə gətirmişlər (cinayət işinin 1-ci cildinin 13-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cinayət işinin 1-ci cildinin 14-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx.xx.2023-cü il tarixdə, saat 06:00da AR CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin 1-ci cildinin 15-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 06:15-dən 06:35-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli şalvarının sol yan cibindən 01 ədəd "Winiston" markalı siqaret qutusunun içərisində 16 bükümdə 01 bükümü qırmızı rəngli kağıza bükülmüş spesifik iyləri olan yaşıl rəngli narkotikə bənzər kütlələr, 01 ədəd gümüşü kağızda bükülü vəziyyətdə ağ rəngli duza bənzər kütlə və 01 ədəd boru şəkilli predmet aşkar edilərək götürülmüşdür (cinayət işinin 1-ci cildinin 28-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixdə, saat 06:15-dən 06:35-ə kimi olan müddət ərzində Şabran Rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın "DVD" diskdəki videogörüntüsündən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli şalvarının sol yan cibindən 01 ədəd "Winston" markalı siqaret qutusunun içərisində 16 bükümdə 01 bükümü qırmızı rəngli kağıza bükülmüş yaşıl rəngli narkotikə bənzər kütlələr, 01 ədəd gümüşü kağızda bükülü vəziyyətdə ağ rəngli duza bənzər kütlə və 01 ədəd boru şəkilli predmet aşkar edilərək götürülmüşdür. Bununla yanaşı Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı 03 (üç) gün qabaq Şabran Rayon Polis Şöbəsindən buraxıldığı üçün polis əməkdaşlarını görəndə qaçmağa başladığını, polis əməkdaşlarının onu yerə yıxıb tutduqlarını, bu zaman onun yanında yerdə olan siqaret qutusunu yerdən götürərək həmin qutunun on məxsus olduğunu bildirdiklərini göstərərək, həmin qutunun ona məxsus olmadığını bildirmişdir(cinayət işinin 1-ci cildinin 29-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 07:25-dən 07:40-a kimi olan müddət ərzində Şabran şəhərinin Babək küçəsi ərazisində yerləşən sexdə keçirilmiş baxış nəticəsində üzərində "Y.R.S" sözləri yazılmış kordonun içərisində 01 ədəd üzərində kart rəsmi olan elektron tərəzi aşkar edilərək götürülmüşdür (cinayət işinin 1-ci cildinin 32-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixdə, saat 07:25-dən 07:40-a kimi olan müddət ərzində Şabran şəhərinin Babək küçəsi ərazisində yerləşən sexdə keçirilmiş baxışın "DVD" diskdəki videogörüntüsündən görünür ki, Təqsirləndirilən şəxs sexdən aşkar edilərək götürülmüş olan elektron tərəzinin ona məxsus olduğunu bildirmişdir (cinayət işinin 1-ci cildinin 33-cü vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 7-880-6/3384 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs imza..." yazılan zərfdə 01 ədəd "Winston" markalı siqaret qutusunun içərisində 16 ədəd kağız kəsiyi bükümdə hər birinin ayrı ayrılıqda təmiz çəkiləri 0,447 qram, 0,633 qram, 0,898 qram, 0,532 qram, 0,502 qram, 0,643 qram, 0,776 qram, 0,315 qram, 0,778 qram, 0,504 qram, 1,006 qram, 0,695 qram, 0,624 qram, 0,484 qram, 0,399 qram və 0,451 qram olmaqla, ümumi təmiz çəkisi 9,687 qram bitki məşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən marixuanadır. Həmin zərfin içərisində 01 ədəd kağız kəsiyi bükümdə təmiz çəkisi 0,579 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 70 manat təşkil etmişdir (cinayət işinin 1-ci cildinin 45-46-cı vərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş 9,687 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən marixuananın 0,32 qram nümunə olaraq götürülmüş və 9,367 qram hissəsi geri qaytarılmışdır, 0,579 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin isə 0,05 qram nümunə olaraq götürülmüş və 0,529 qram geri qaytarılmışdır (cinayət işinin 1-ci cildinin 47-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir (cinayət işinin 1-ci cildinin 52-53-cü vərəqələri). - Şabran Rayon Məhkəməsinin 4(031)-26/2023 nömrəli prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Bununla yanaşı həmin iş üzrə məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs göstərmişdir ki o, AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlimi törətdiyini etiraf edib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi il təqsirləndirilməsinə etiraz edir və barəsində həbs növündə qətimkan tədbirinin seçilməməsini xahiş edir. Bundan əlavə verilmiş suallara cavab olaraq şübhəli şəxs qismində saxlanılarkən, barəsində tutma prosessual məcburiyyət tədbiri tətbiq edilərkən, həmçinin istintaq zamanı heç bir fiziki və ya psixi təzyiqə və zorakılığa məruz qalmadığını, barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş vəsatət, təqdimat və ona əlavə edilmiş materiallar ilə müdafiəçisi Müdafiəçi1 iştirakı ilə tanış olduğunu bildirmişdir (cinayət işinin 1-ci cildinin 75-77-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 5(031)-21/2023 nömrəli istintaq hərəkətlərinin məcburi aparılması və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üzrə icraat barədə işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarından görünür ki, Şahid5 ətrafında əməliyyat müşahidələri keçirilməsi, onun yaşadığı ünvanda narkotik vasitələr və digər cinayətin törədilməsində istifadə olunan əşyaların və maddi sübutların aşkar edilməsi məqsədi ilə saxlanılan zaman üzərinə və yaşadığı ünvana baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli əməliyyat məlumatının yoxlanılması haqqında qərar qanuni və əsaslı hesab edilmişdir (cinayət işinin 1-ci cildinin 82-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut kimi hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza təhqiqatından sonra geri qaytarılmış 9,367 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən marixuana, 0,529 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi maddi sübut hesab edilməklə saxlanılmaları üçün Şabran Rayon Polis Şöbəsinin maddi-sübutlar otağına təhvil verilmişdir (cinayət işinin 1-ci cildinin 83-284-cü vərəqələri). - Şabran Rayon Məhkəməsinin 5(031)-22/2023 nömrəli istintaq hərəkətlərinin məcburi aparılması və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üzrə icraat barədə işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat müşahidələri keçirilməsi, onun yaşadığı ünvanda narkotik vasitələr və digər cinayətin törədilməsində istifadə olunan əşyaların və maddi sübutların aşkar edilməsi məqsədi ilə saxlanılan zaman üzərinə və yaşadığı ünvana baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli əməliyyat məlumatının yoxlanılması haqqında qərar qanuni və əsaslı hesab edilmişdir (cinayət işinin 1-ci cildinin 94-95-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 9,687 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuananı və ümumi təmiz çəkisi 0,579 qram olan psixotrop maddə metamfetamini haradan və kimdən eldə etdiyinin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır (cinayət işinin 1-ci cildinin 96-cı vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx.xx.1969-cu il tarixdə Dəvəçi rayonunda anadan olmuş Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlından məhrum etmə növündə cəzaya məhkum edilmiş və xx.xx.2011-ci il tarixdə həmin cəzanı çəkib bitirmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlından məhrum etmə növündə cəzaya məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə AR CMnin 66,5 və 317-2.1-ci maddələri ilə 02 (iki) il 04 (dörd) ay müddətinə azadlından məhrum etmə növündə cəzaya məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə barəsində təyin edilmiş cəzanın 05 (beş) ay 16 (on altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2014-cü il tarixdə cəza müddəti başa çatmışdır (cinayət işinin 1-ci cildinin 97-98-ci vərəqələri). - Azərbaycan Respublikasının Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Şabran Rayon Polis X8 müstəntiqi X22 ünvanladığı 5-74/2-2579/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır (cinayət işinin 1-ci cildinin 104-cü vərəqəsi). - Azərbaycan Respublikasının Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-74/2-2580/2023 nömrəli, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs ailə üzvlərinə qarşı mehribançılıq göstərməmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmamışdır. Yaxın qohumları və yoldaşlarının rəğbətini qazanmamışdır. Özündən böyüklərə hörmətlə yanaşmamışdır (cinayət işinin 1-ci cildinin 105-ci vərəqəsi). - Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-18/2013 nömrəli cinayət işi üzrə xx.xx.2013-cü il tarixdə qəbul edilmiş hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CMnin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş və AR CM-nin 66.5-ci maddəsinə əsasən Şabran Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə barəsində təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya həmin hökmlə barəsində təyin edilmiş 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza qismən toplanılmaqla, barəsində qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir (cinayət işinin 1-ci cildinin 107-110-cu vərəqələri). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnaməyə və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-18/2013 nömrəli cinayət işi üzrə xx.xx.2013-cü il tarixdə qəbul edilmiş hökmünə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Belə ki, AR CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən AR CM-nə uyğun olaraq məhkumluq nəzərə alınır. AR CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X5 barəsində cinayət işinin başlanması rədd edilmişdir (cinayət işinin 1-ci cildinin 116-117-ci vərəqələri). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X27 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4647 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbula nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cinayət işinin 1-ci cildinin 128-129-cu vərəqələri). - ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmışdır (cinayət işinin 144-153-cü vərəqələri). Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş: - Şabran Rayon Məhkəməsinin 1(031)-59/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023cü il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsi ilə məhkəməyə verilmiş və Şabran Rayon Məhkəməsinin 4(031)-26/2023 nömrəli prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarına əsasən onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. - Şabran Rayon Polis Şöbəsinin Şabran Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2024-cü il tarixli, 3-13-107/2-200/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Təqsirləndirilən şəxs Şabran Rayon Polis X11 Yerinə yerləşdirilən zaman onun üzərinə baxış keçirilmiş və sağ ayağında baldır nöqtələrində əzilmiş şişlər, sağ və sol qollarında dirsəkdən yuxarı hissələrdə yaralar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşlarının gəldiyini görüb və qaçarkən yıxılaraq xəsarət aldığını bildirmişdir. Bu barədə Şabran Rayon Polis X2 qeydiyyat kitabında qeydiyyat aparılmışdır. - Tibbi müayinənin keçirilməsi və tibbi yardımdan göstərilməsinin qeydiyyatı kitabının müvafiq səhifəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:50də Şabran Rayon Polis X11 Yerinə yerləşdirilmiş və onun üzərinə keçirilmiş baxış nəticəsində sağ ayağında baldır nöqtələrində əzilmiş şişlər, sağ və sol qollarında dirsəkdən yuxarı hissələrdə yaralar aşkar olunmuşdur. Tibbi işçisi tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 14:45-də keçirilmiş müayinə zamanı Təqsirləndirilən şəxs sağ ayağında, sağ və sol qollarında əzilmiş yaralar aşkar edilmişdir. - Şabran Rayon Polis X13 Bölməsinin əməliyyat müvəkkili X15 xx.xx.2023-cü il tarixdə Şabran rayon prokurorluğunda verdiyi izahatda göstərmişdir ki, o, Təqsirləndirilən şəxs narkotik aludəçisi kimi əvvəllər məhkum olunmuş şəxs kimi tanıyır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman aldığı xəsarətlər ilə bağlı Şabran Rayon Polis X30 Xidməti Bölməsinin əməkdaşları ona Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməyindən şübhələndikləri üçün ona yaxınlaşdıqları zaman Təqsirləndirilən şəxs qaçaraq onların yanında uzaqlaşmağa cəhd etdiyi zaman yıxılaraq xəsarətlər aldığını bildiriblər. Təqsirləndirilən şəxs saxlayan Şabran Rayon Polis X30 Xidməti Bölməsinin əməkdaşları polis nəfərləri Əhmədağa, Nemət, Toğrul və Oqtay adlı şəxslər olublar. - Şabran Rayon Polis X30 Xidməti Bölməsinin manqa komandiri Şahid1 xx.xx.2023cü il tarixdə Şabran rayon prokurorluğunda verdiyi izahatda Təqsirləndirilən şəxs narkotik aludəçisi kimi əvvəllər məhkum olunmuş şəxs kimi tanıdığını, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman aldığı xəsarətlər ilə bağlı xidməti fəaliyyəti ilə bağlı isə təxminən 01 (bir) ay əvvəl səhər saat 05:00 radələrində polis nəfəri Şahid3 ona zəng edərək Şabran şəhərinin Vidadi Abdullayev küçəsi ərazisində Təqsirləndirilən şəxs saxladıqlarını bildirdiyini, Şabran Rayon Polis X30 Xidməti Bölməsinin manqa komandiri Nemət Mursəliyev ilə hədisə yerinə gəldikdə Təqsirləndirilən şəxs hər hansı şəxs və ya polis əməkdaşı tərəfindən şiddət və ya fiziki təsir göstərilmədiyini götdüyünü, Təqsirləndirilən şəxs özünün onlara yıxılaraq xəsarətlər aldığını bildirdiyini, hətta bu barədə müvafiq ərizə verdiyini və sözü gedən hadisə zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulacağını anladığı üçün cibindəki narkotik vasitələri yerə tulladığını göstərmişdir. - Şabran Rayon Polis X30 Xidməti Bölməsinin polis nəfəri X16 xx.xx.2023-cü il tarixdə Şabran rayon prokurorluğunda verdiyi izahatda Təqsirləndirilən şəxs tərəflərindən saxlanıldığı zaman qaçmağa cəhd etdiyi vaxt yıxılaraq xəsarətlər aldığını, Təqsirləndirilən şəxs Şabran Rayon Polis Şöbəsində olduğu zaman bu halı etiraf etdiyi ərizə də verdiyini və Təqsirləndirilən şəxs tərəflərindən saxlanıldığı zaman qaçmağa cəhd etdiyini və onlara müqavimət göstərdiyini bildirmişdir. - Şabran Rayon Polis X30 Xidməti Bölməsinin polis nəfəri Şahid3 Əlihüseyn oğlu xx.xx.2023-cü il tarixdə Şabran rayon prokurorluğunda verdiyi izahatda təxminən 01 (bir) ay əvvəl səhər saat 05:00 radələrində Təqsirləndirilən şəxs tərəflərindən saxlanıldığı zaman qaçmağa cəhd etdiyi vaxt dəmir yolu relslərinin üzərində yıxılaraq xəsarətlər aldığını, Təqsirləndirilən şəxs həmin vaxt yıxılmayacağı təqdirdə onların yanında qaçmağa nail olacağını, Təqsirləndirilən şəxs ayağa qaldırdıları zaman onun 01 ədəd "Winston" markalı siqaret qutusunu yerə atdığını, həmin siqarət qutusunu yerdən götürərək onun olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs ilk öncə inkar etsə də, sonradan sözü gedən siqaret qutusunun onun olduğunu təsdiq etdiyini və Şabran Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs məxsus 01 ədəd "Winiston" markalı siqaret qutusundan narkotik vasitələr aşkar edildiyini bildirmişdir. - Şabran Rayon Polis X30 Xidməti Bölməsinin manqa komandiri Şahid4 xx.xx.2023cü il tarixdə Şabran rayon prokurorluğunda verdiyi izahatda Təqsirləndirilən şəxs narkotik aludəçisi kimi əvvəllər məhkum olunmuş şəxs kimi tanıdığını, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman aldığı xəsarətlər ilə bağlı xidməti fəaliyyəti ilə bağlı isə təxminən 01 (bir) ay əvvəl səhər saat 05:00 radələrində polis nəfərinin Şabran Rayon Polis X30 Xidməti Bölməsinin manqa komandiri Şahid1 zəng edərək Şabran şəhərinin Vidadi Abdullayev küçəsi ərazisində Təqsirləndirilən şəxs saxladıqlarını bildirdiyini, Şabran Rayon Polis X30 Xidməti Bölməsinin manqa komandiri Şahid1 ilə hədisə yerinə gəldikdə Təqsirləndirilən şəxs hər hansı şəxs və ya polis əməkdaşı tərəfindən şiddət və ya fiziki təsir göstərilmədiyini, Təqsirləndirilən şəxs özünün onlara yıxılaraq xəsarətlər aldığını bildirdiyini, hətta bu barədə müvafiq ərizə verdiyini və sözü gedən hadisə zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulacağını anladığı üçün cibindəki narkotik vasitələri yerə tulladığını göstərmişdir. - Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şabran rayon prokurorluğunda verdiyi izahatda xx.xx.2023-cü il tarixdə səhər saat təqribən 04:00-05:00 radələrində Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarından qaçmağa cəhd etdiyi zaman yerə yıxılaraq xəsarətlər aldığını, lakin Şabran Rayon Polis Şöbəsinin əməliyyat üzrə müavini X24 Rayon Polis Şöbəsində olduğu zaman onun ünvanına nalayiq ifadələr işlədərək onun ləyaqətini alçaltdığını bildirmişdir. - Şabran Rayon Polis Şöbəsinin əməliyyat üzrə müavini X19 xx.xx.2023-cü il tarixdə Şabran rayon prokurorluğunda verdiyi izahatda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman aldığı xəsarətlər ilə bağlı göstərmişdir ki, Təqsirləndirilən şəxs aldığı xəsarətlər polis şiddəti nəticəsində əmələ gəlməmişdir. Həmçinin Təqsirləndirilən şəxs qarşı onun və Şabran Rayon Polis Şöbəsinin digər əməkdaşları tərəfindən şiddət göstərilməmiş və onlar vəzifə səlahiyyətlərini aşmamışlar. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə verdiyi ərizədə aldığı xəsarətləri küçədə yıxıldığı zaman aldığını özü də etiraf etmişdir. - Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizədə Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarından qaçmağa cəhd etdiyi zaman yerə yıxılaraq xəsarətlər aldığını bildirmişdir. - Şabran rayon prokurorluğunun müstəntiqi X23 tərəfindən Təqsirləndirilən şəxs Şabran Rayon Polis X11 Yerinə yerləşdirildiyi zaman bədəni səthində aşkar edilmiş xəsarətlər ilə bağlı 66c-23 nömrəli material üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin material üzrə cinayət işinin başlanması AR CM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. - “Şabran Rayon Mərkəzi Xəstəxanası” X34 Şabran Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli, 18-1-34/2-966/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “aşağı ətrafların əzələ və vətərlərin travması nəticələri” diaqnozu ilə xx.xx.2023-cü il tarixdə, “aşağı ətrafların dəqiqləşdirilmiş səviyyədə açıq yarası” diaqnozu ilə xx.xx.2023-cü il trarixdə xəstəxanaya müraciət etmişdir. - “Şabran Rayon Mərkəzi Xəstəxanası” X34 Şabran Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2024-cü il tarixli, 18-1-34/2-124/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanaya olan müraciəti araşdırılmış, xəstənin adına hər hansı bir sənəd aşkarlanmamışdır. AR CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarının 8-ci və 9-cu bəndlərində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmənin əvvəlki iclaslarında verdiyi ifadədən fərqli olaraq sonrakı iclaslarında polis tərəfindən zorakılığa məruz qalması, üzərindən aşkar olunmuş narkotik vasitənin ona aid olmaması və zor nəticəsində ilkin ifadələrində özünü qismən təqsirli bilməsi barədə dedikləri özünü müdafiə xarakteri daşımaqla həqiqəti əks etdirmir və məhkəmə araşdırması zamanı da təsdiqini tapmamışdır. Əksinə məhkəmə iclasında ifadə verən polis əməkdaşları olan şahidlər təqsirləndirilən şəxsin qaçarkən yıxıldığını və bunun nətixəsində xəsarət aldığını bildirmiş, təqsirləndirilən şəxs özü də prokurorluqda xəsarətləri ilə bağlı araşdırma aparılarkən döyülməsi və ya zorakıllığa məruz qalması ilə bağlı heç nə deməmişdir. Onun üzərindən aşkar olunmuş narkotik vasitələrin çoxlu sayda xırda bükümlərdə olması, həmçinin məhkəmə iclasında Şahid5 verdiyi ifadə (təqsirləndirilən şəxslə mütamadi olaraq bir yerdə narkotik vasitə qəbul etməsi, onunla dostluq etməsi, əvəzində pul almaması, lakin təqsirləndirilən şəxsin köhnə mebellərini təmir etməsi) təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməlini törətməsini sübut etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, yuxarıda qeyd edilən sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq AR CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlayaraq AR CM-nin 234.2-ci maddəsində göstərilən cinayət əməlini törətməsi sübuta yetirildi və həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və yaxud təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də AR CPM-nin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR CPM-nin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. AR CPM-nin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. AR CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. AR CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikasının Qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. AR CM 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. AR CM 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. AR CM 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. AR CM 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. AR CM 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq AR CM 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsif təmin edilir. Azərbaycan Respublikası CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir.” AR CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə cəza növü və həddi müəyyən edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yuxarıda göstərilən cəzasını yüngülləşdirən və ya ağırlaşdıran halların aşkar edilməməsini , habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməlidir, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır, onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır, X9 məhkəmə məsrəfi hesab olunan 70 manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir, iş üzrə maddi sübut hesab edilərək Şabran Rayon Polis Şöbəsinin maddi-sübutlar otağına təhvil verilmiş 9,367 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən marixuana, 0,529 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hazırki hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir və cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və baxış istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən 03 (üç) ədəd "CD" disk cinayət işində saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və AR CPM-nin 344-358, 381, 384- 385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs AR CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübutlar: Şabran Rayon Polis Şöbəsinin maddi-sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş və ekspertiza təhqiqatından sonra geri qaytarılmış 9,367 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən marixuana, 0,529 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və baxış istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən 03 (üç) ədəd "CD" disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X4, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №1(031)-8/2024
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-8/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver