Azərbaycan Respublikası adından HÖKM Şabran şəhəri İş № 1(031)-9/2024 03.07.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon məhkəməsinin hakimi Məmmədov ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə fərdi identifikasiya nömrəsi “xxxxxxx" olan, xx.xx.1982-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şabran şəhəri, X26 küçəsi, ev 5 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 10,39 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan marixuananı 01 (bir) ədəd “Argo” markalı siqaret qutusunun içərisində 01 (bir) ədəd kağız bükümdə əynində olan cins şalvarın sol yan cibinə yerləşdirib üstündə daşımaqla qanunsuz olaraq saxlamış və xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Şabran şəhərinin X26 küçəsi ərazisində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və Şabran Rayon Polis Şöbəsində onun üzərində şəxsi axtarış aparılan zaman sözügedən narkotik vasitə ondan aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs göstərmişdir ki, o, ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilmir. Belə ki, o, alimentlə bağlı axtarışa verilmiş və xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərinin ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Şabran şəhərinə gətirilmişdir. Şabran şəhərində onu Şabran Rayon Polis Şöbəsinə təhvil vermişlər, oradan onu xx.xx.2023-cü il tarixdə Şabran rayon İcra və Probasiya şöbəsinə aparmışlar, Şabran rayon İcra və Probasiya şöbəsindən də onu Şabran Rayon Məhkəməsinə gətirmişlər. Bundan sonra Şabran Rayon Məhkəməsində onun barəsində olan inzibati işə baxıldıqdan və o cərimə edildikdən sonra polis əməkdaşları onu təzədən Şabran Rayon Polis Şöbəsinə aparmışlar. Polis əməkdaşları ona hazırda adını xatırlamadığı Şabran Rayon Polis Şöbəsinin rəis müavinin onu görməli olduğunu və bundan sonra onu buraxacaqlarını demişlər. Lakin, onu Şabran Rayon Polis Şöbəsinə gətirdikdən sonra buraxmamışlar, xx.xx.2023-cü il tarixdə günortadan sonra orada onu döydükdən sonra cibinə narkotik vasitə qoyub onun üzünə durub onu hədələmişlər və bu səbəbdən də o, narkotik maddəni tapdığını boynuna almışdır. Fikirləşmişdir ki, bunu etməsə, polis əməkdaşları başqa şəxsləri onun üzünə durduraraq narkotik maddələrin satışında da əsassız və qanunsuz olaraq onu ittiham edəcəklər və məhkəmə qarşısında olan zaman hər-hansı bir şəxs onun üzünə duraraq ondan narkotik maddə aldığını bildirdiyi təqdirdə məhkəmə ona yox, həmin şəxs inanacaq. Bununla yanaşı həmçinin ümid etmişdir ki, məhkəmədə onun təqsirsizliyi sübuta yetiriləcəkdir. Çünki Sumqayıt şəhərində saxlanıldığı vaxtdan ayın xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində daim polis əməkdaşlarının nəzarəti altıda olub və polis əməkdaşları da onu yaşadığı küçədə saxlamayıblar. Həmçinin xx.xx.2023-cü il tarixdən məhkəmədə işinə baxıldıqdan təkrarən polis əməkdaşları tərəfindən Şabran Rayon Polis Şöbəsinə gətirlmişdir və həmin vaxtdan etibarən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində də Şabran Rayon polis Şöbəsində olmuşdur. xx.xx.2023-cü il tarixdə onu təkrarən Şabran Rayon Məhkəməsinə gətirmişlər və barəsində həbs növündə qətimkan tədbiri seçilmişdir. Lakin o, Sumqayıt şəhərində saxlanıldığı vaxtdan etibarən polis əməkdaşlarının müşahidəsi altıdan olmuş və bu vaxt ərzində nəzarətsiz qalmamışdır. Bunda əlavə dövlət ittihamçısının suallarına cavab olaraq əvvəllər narkotik maddə istifadə etdiyini, ekspertizada müayinə də olduğunu, məcburi müalicəyə ehtiyacının olmadığını, qanından analiz götürülmədiyini, saxlanıldığı zaman müdafiəçisinin olmasına baxmayaraq polis əməkdaşlarının özünə durmamaları məqsədi ilə vəkilə başına gələnlər ilə bağlı məlumat vermədiyini, sədrlik edənin sualına cavab olaraq isə ekspertizada müayinədə olduğu və narkotiklə əlaqədar müalicəyə ehtiyacının olmadığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyi təsdiq edən sübutlar kifayət etməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 göstərmişdir ki, dəqiq və qərəzsiz mənbədən daxil olmuş Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və onların satışı ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında əməliyyat müvəkkili Şahid1 ilə birlikdə ilə birlikdə xx.xx.2023-cü il tarixdə günün ikinci yarısında Təqsirləndirilən şəxs tərəflərindən Şabran şəhərinin X26 küçəsi ərazisində saxlanılmış və Şabran Rayon Polis Şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. Şabran Rayon Polis X7 müdafiəçisini iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş və üzərindən narkotik maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik maddəni tapdığını bildirmişdir. Bundan əlavə dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs mülki iş üzrə barəsində alan edilmiş axtarış ilə bağlı Şabran Rayon Polis Şöbəsinə gətirilməsindən məlumatını olduğunu, lakin Təqsirləndirilən şəxs Şabran Rayon Polis Şöbəsindən buraxıldıqdan 1-2 gün sonra tərəflərindən saxlanıldığını, müdafiəçinin suallarına cavab olaraq dəqiq və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs tərəflərindən saxlanıldığını, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəni haradan tapdığını demədiyini və onların dəvəti əsasında heç bir etiraz etmədən onlarla birlikdə Şabran Rayon Polis Şöbəsinə gəldiyini, təqsirləndirilən şəxsin suallarına cavab olaraq onun evinə polis əməkdaşları tərəfindən baxış keçirilmədiyini, üzərindən narkotik maddə çıxdıqdan sonra özünün həmin narkotik maddəni tapdığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini və narkotik vasitələrin satışı ilə məşğul olmadığını dediyi üçün evinə baxış keçirilmədiyini və əvvəllər bir neçə dəfə Post Patrul Xidməti əməkdaşlarından qaçdığını sədrlik edənin suallarına cavab olaraq isə Təqsirləndirilən şəxs Şabran Rayon Polis Şöbəsində hər-hansı bir fiziki və ya psixi təzyiq göstərilməsinin şahidi olmadığını və onun tərəfindən Təqsirləndirilən şəxs münasibətdə belə bir hala yol verilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı Zaur ata evində bacısı ilə yaşayır. O isə Şabran rayonunun Sincanboyad kəndində yaşayır. Zaur 2023-cü ildə Sumqayıt şəhərində işləyirdi və aliment borcuna görə Sumqayıt şəhərində saxlanılaraq Şabran Rayon məhkəməsinə gətirilmişdir. O da, həmin vaxt məhkəmənin qabağına gəlmişdi. Məhkəmənin qarşısında görmüşdür ki, iki nəfər polis əməkdaşı qardaşı Təqsirləndirilən şəxs qapıdan çıxanda götürüb apardılar. Bundan əlavə müdafiəçinin sualına cavab olaraq Şabran Rayon Məhkəməsinin qarşısında gələndə Təqsirləndirilən şəxs artıq məhkəmə iclas zalında olduğunu və işinə baxıldığını öyrəndiyini, Təqsirləndirilən şəxs işinə xx.xx.2023-cü il tarixdə Şabran Rayon Məhkəməndə baxıldığını, qardaşı Təqsirləndirilən şəxs işinə məhkəmədə baxıldıqdan sonra Təqsirləndirilən şəxs məhkəmədən çıxandan sonra onu polislərin apardıqlarını, ondan sonra qardaşı Təqsirləndirilən şəxs görmədiyini, Təqsirləndirilən şəxs evə də gəlmədiyini, Təqsirləndirilən şəxs içəridə olduğu zaman onunla əlaqə saxlamadığını, ona məhkəmədə belə bir ifadə verməsini heç-kimin demədiyini, həqiqəti söylədiyini, dövlət ittihamçısının suallarına cavab olaraq isə Təqsirləndirilən şəxs əvvəllər narkotik maddələrin istifadəsinə görə tutulduğunu, lakin çıxandan sonra narkotik maddə istifadə etməyəcəyinə dair söz verdiyini və Təqsirləndirilən şəxs narkotik maddə istifadə etməsinin şahidi olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid5 Rasim oğlu bildirmişdir ki, Təqsirləndirilən şəxs və Şahid4 onun dayılarıdır. Şahid4 ona dayısı Təqsirləndirilən şəxs işinə məhkəmədə baxıldıqdan sonra polis əməkdaşları tərəfindən Şabran Rayon Polis Şöbəsinə aparılmasını və bundan sonra evə qayıtmamasını bildirmişdir. Dayısı Təqsirləndirilən şəxs 5-6 aydır ki, Sumqayıt şəhərində yaşayır və işləyirdi. Hərdən bir rayona gəlib gedirdi. Bundan əlavə müdafiəçinin suallarına cavab olaraq dayısı Təqsirləndirilən şəxs Sumqayıt şəhərinə gedənə kimi onlarla birlikdə yaşadığını, arada bir Şabran şəhərinə gəldiyi vaxtlarda onların evində qaldığını, lakin Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onların evinə gəlmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 226.1—226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış Şahid1 məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə iş üzrə dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və müdafiəçinin işə Şahid1 iştirakı olmadan baxılmasına etiraz etməmələrini, o cümlədən adı iş üzrə şahid qismində keçən Şahid1 ibtidai istintaq zamanı Şahid2 ilə eyni məzmunlu ifadə verməsini nəzərə alaraq, hazırki işə Şahid1 iştirakı olmadan və onun ibtidai istintaqda verdiyi ifadənin məhkəmə iclasında elan edilərək baxılmasını mümkün hesab etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, Şabran şəhəri, X26 küçəsi ev 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və onların satışı ilə məşğul olması barədə əməliyyat aparatına dəqiq və qərəzsiz məlumat daxil olduğundan bu səbəbdən onu saxlamaq qərarına gəlmişlər. Buna görə də xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı küçədə saxlamış, Təqsirləndirilən şəxs tərəflərindən saxlanıldıqdan sonra sonuncunu Şabran Rayon Polis Şöbəsinə dəvət etmişlər. O da onların təklifi əsasında Şabran Rayon Polis Şöbəsinə gəlmişdir. Ardınca Təqsirləndirilən şəxs Şabran Rayon Polis X8 təhvil verdikdən sonra sonuncunun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, müdafiəçi gəldikdən sonra müstəntiqin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun üzərindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 (bir) ədəd büküm aşkar edilərək götürülüb qablaşdırılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmasını və onu Şabran rayon ərazisində tapdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərara əsasən fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cinayət işinin İ cildinin 1-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli əməliyyat məlumatının yoxlanılması barədə qərardan görünür ki, Şabran şəhəri, X26 küçəsi, ev 5 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun ətrafında əməliyyat müşahidələrin keçirilməsi və onun narkotik vasitələrin və digər cinayətin törədilməsində istifadə olunan əşyaların və maddi sübutların aşkar edilməsi məqsədi ilə dərhal onun üzərinə baxış keçirilməsi qərara alınmışdır (cinayət işinin İ cildinin 3-cü vərəqəsi). - xx.xx.2023-cü il tarixli, 3-13-107/Ə59/2023 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu və satışı ilə məşğul olması barədə etimad doğuran naməlum və qərəzsiz mənbədən daxil olmuş məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır (cinayət işinin İ cildinin 4-5-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində, Şabran şəhərinin X26 küçəsi ərazisində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şabran Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və Növbətçi hisəyə təhvil verilmişdir (cinayət işinin İ cildinin 8-ci vərəqəsi). - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır (cinayət işinin İ cildinin 9-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:20-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cinayət işinin İ cildinin 19-20-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 16:30dan 16:35-ə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki cins şalvarın sol yan cibindən bir ədəd siqaret qutusunun içərisində, kağıza bükülmüş narkotik maddəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cinayət işinin İ cildinin 22-ci vərəqəsi). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/835 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs ...” yazısı və imzalar olan kağız paketdəki “ARGO” adlı siqaret qutusunun içərisində (01) ədəd kağız bükümdə təmiz çəkisi 10,39 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir (cinayət işinin İ cildinin 27-29-cu vərəqələri). -“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar edilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş 10,39 qram narkotik vasitə hesab edilən marixuananın 0,1 qramı nümunə olaraq götürülmüş və 10,29 qram miqdarında hissəsi geri qaytarılmışdır (cinayət işinin İ cildinin 30-cu vərəqəsi). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir (cinayət işinin İ cildinin 35-36-cı vərəqələri). - xx.xx.2023-cü il tarixli şəxsin X17n azad edilməsi və barəsində polisin nəzarəti altında vermə növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altında vermə növündə qətimkan tədbiri seçilmişdir. Lakin həmin qərarın nəticəvi (qərara aldı) hissəsində Təqsirləndirilən şəxs Şabran Rayon Polis X12 Yerindən azad edilməli olması dair hər-hansı bir qeyd mövcud deyildir (cinayət işinin İ cildinin 47-48-ci vərəqələri). - Şabran Rayon Məhkəməsinin 5(031)-20/2023 nömrəli istintaq hərəkətlərinin məcburi aparılması və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat müşahidələrin keçirilməsi və onun narkotik vasitələrin və digər cinayətin törədilməsində istifadə olunan əşyaların və maddi sübutların aşkar edilməsi məqsədi ilə dərhal onun üzərinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir (cinayət işinin İ cildinin 50-51-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin ləğv edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altında vermə növündə qətimkan tədbiri ləğv edilmişdir. Bununla yanaşı həmin qərarda Təqsirləndirilən şəxs istintaq orqanından yayınması halının müəyyən edildiyi qeyd edilsə də, Təqsirləndirilən şəxs hansı əməli ilə (hərəkət və ya hərəkətsizlik) istintaqdan yayınması göstərilməmiş, bununla bağlı hər-hansı bir əsaslandırma aparılmamış və sadəcə Azərbaycan Respublikasının Cinayət-Prosessual məcəlləsinin müvafiq müddəaları sadalanmaqla onun barəsində seçilmiş polisin nəzarəti altında vermə növündə qətimkan tədbiri ləğv edilmişdir (cinayət işinin İ cildinin 55-ci vərəqəsi). - Şabran Rayon Məhkəməsinin 4(031)-25/2023 nömrəli prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üzrə icraat haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Bununla yanaşı həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini göstərmişdir (cinayət işinin İ cildinin 62-66-cı vərəqəsi). - xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut kimi hesab edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ekspertiza tədqiqatında geri qaytarılmış 10,29 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi-sübutlar otağına təhvil verilmişdir və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd "CD" disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cinayət işinin İ cildinin 70-ci vərəqəsi). - "Şabran Rayon Mərkəzi Xəstəxanası" X24 xx.xx.2023-cü il tarixli, PHŞ-6-34/2- 472/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji kabinetlərdə dispanser qeydiyyatı yoxdur (cinayət işinin İ cildinin 80-ci vərəqəsi). - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, fərdi identifikasiya nömrəsi “xxxxxxx" olan, xx.xx.1982-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Şabran şəhəri, X26 küçəsi, ev 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3 və 234.1-ci maddələri ilə 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Milli Məclisinin "8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi" haqqında xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə barəsində Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) ay müddətinə azaldılmış və o, xx.xx.2022-ci il tarixdə barəsində Şabran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmış və cəzasının sonu ilə azad edilmişdir (cinayət işinin İ cildinin 82-ci vərəqəsi). - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-74/2-2583/23 nömrəli xasiyyətnamədən görünür ki, Şabran şəhəri, X26 küçəsi, ev 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs ailə üzvlərinə qarşı mehribançılıq göstərməmiş, qonşuları və yaxın yoldaşlarına qarşı hörmətlə davranmamışdır. Yaxın qohumları və yoldaşlarının rəğbətini qazanmamışdır. Özündən böyüklərə hörmətlə yanaşmamışdır (cinayət işinin İ cildinin 85-ci vərəqəsi). - Şabran Rayon Məhkəməsinin 1(031)-50/2021 nömrəli cinayət işi üzrə xx.xx.2021ci il tarixdə qəbul edilmiş hökmdən görünür ki, həmin hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onun həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasında çıxılmış və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəzası saxlanılmışdır (cinayət işinin İ cildinin 86-88-ci vərəqələri). - Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-988/2021 nömrəli hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası haqqında işi üzrə 17.125.2021-ci il tarixdə qəbul edilmiş qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin "8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi" haqqında xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə barəsində Şabran Rayon Məhkəməsinin 1(031)-50/2021 nömrəli cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 (altı) ay müddətinə azaldılmışdır (cinayət işinin İ cildinin 89- 91-ci vərəqələri). - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X24 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4642 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cinayət işinin İ cildinin 101-102-ci vərəqələri). - xx.xx.2023-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham qüvvəsində saxlanılmışdır (cinayət işinin İ cildinin 111-118-ci vərəqələri). Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş: - Şabran Rayon Polis Şöbəsinin Şabran Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13107/2-16057/23 nömrəli məktubda qeyd edilmişdir ki, - "Şabran şəhəri sakini Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək şübhəli şəxs qismində saxlanılmışdır. Z. Cəbiyev Şabran RPŞ-nin X21 yerləşdirilən zaman onun üzərində baxış keçirilmiş və hər-hansı xəsarət aşkar olunmamışdır. Bu barədə X5 qeydiyyat kitabında qeydiyyat aparılmışdır". - 89 nömrəli X9 və X4 Qeydiyyatı kitabının müvafiq səhifələrinin surətlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 12:50-ə Şabran Rayon Polis X12 yerində gətirilmiş Təqsirləndirilən şəxs hər-hansı bir xəsarət faktı aşkar edilməmişdir. - Şabran Rayon Polis Şöbəsinin Şabran Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-107/2-17884/23 nömrəli məktubdan görünür ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq Şabran Rayon Polis Şöbəsinin inzibati binasında və həyətində quraşdırılmış kameraların "DVR" arxivinin saxlama müddəti 60 (altmış) gün olduğundan, 2023-cü ilin iyun ayının 06-dan 13-nə kimi olan müddət ərzində qeydə alınmış görüntülərin Şabran Rayon Məhkəməsinə təqdim edilməsi mümkün olmamışdır. - Şabran rayon prokurorluğunun müstəntiqi X23 tərəfindən 93c-23 nömrəli material nəzərdən keçirilərək qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin müddətinin uzadılması məsələsinə Şabran Rayon Məhkəməsində baxıldığı zaman Şabran Rayon polis Şöbəsində döyülməsi və psixi təzyiqə məruz qalması ilə bağlı verdiyi məlumat əsasında 93c-23 nömrəli material üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bununla yanaşı həmin qərardan görünür ki, keçirilmiş tibbi müayinə nəticəsində Təqsirləndirilən şəxs üzərində xx.xx.2023-cü il tarixdə yetirməyə uyğun gələn bədən xəsarətləri aşkar edilməmişdir. - Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X14 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, həmin qərara əsasən Şabran Rayon Məhkəməsinin 2(031)-698/2022 saylı mülki işi üzrə verilmiş xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. - Şabran Rayon Polis X1 Bölməsinin rəisi X16 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli axtarış işinin açılması barədə qərardan görünür ki, Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X14 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli borclunun axtarılması haqqında qərar əsasında Təqsirləndirilən şəxs barəsində 390220 nömrəli axtarış işi açılmışdır. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərinin ərazisində saxlanıldıqdan sonra Şabran Rayon Polis X8 təhvil verilmişdir. - Şabran Rayon Polis X1 Bölməsinin rəisi X16 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli axtarış işinə xitam verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yeri aşkar edilərək saxlanılıb Şabran rayon icra və Probasiya şöbəsinə təhvil verildiyindən 390220 nömrəli axtarış işinə xitam verilmişdir. - Şabran Rayon Polis Şöbəsinə gətirilmiş şəxslərin qeydiyyatı kitabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:15-də Şabran Rayon Polis Şöbəsinə gətirilmişdir. - “Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X24 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8388 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs remissiya mərhələsində opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinə xas olan xarakterik klinik əlamətlərin itməsi ilə əlaqədar, abstinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. - Şabran Rayon Məhkəməsinin 3(031)-244/2023 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxılması xx.xx.2023-cü il tarixə, saat 11:15-ə təyin edilmişdir. - Şabran Rayon Məhkəməsinin 3(031)-244/2023 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardan görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasınn Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. 21.1-ci maddəsinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-ci maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Yuxarıda qeyd edildiyi kimi düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının Cinayət-Prosessual qanunvericiliyində nəzərdə tutulmuş, həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1ci maddəsində təsbit etmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 124.2-ci maddəsinə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Vera Fernandez-Huidobro İspaniyaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, qərəzsizlik tələbi “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə” - nin 11-ci maddəsində, “İnsan hüquqlarının və X13 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 .05.2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə hətta istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 42.2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə əməldə cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 350.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Cinayət mühakimə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri – təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5, 28.2 və 28.6-cı maddələri). Ədalət mühakiməsi bu şərtlə öz mahiyyətinə uyğun qəbul oluna bilər ki, o hər bir şəxsin Azərbaycan Respublikası Konstitusiyasında (60-cı maddəsinin İ hissəsində), habelə beynəlxalq – hüquqi aktlarda (“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı, “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt” - ın 14-cü, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8-ci maddələrində) təsbit olunmuş məhkəmə müdafiəsi və ya ədalətli məhkəmə araşdırılması hüquqlarının səmərəli bərpasını təmin etmiş olsun. Bu baxımdan məhkəmə icraatının həqiqətin müəyyən edilməsini təmin etməsi vəzifəsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində nəzərdə tutulması əhəmiyyətlidir. Məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz sürətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində daha geniş təsbit olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirlməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüdən görünür ki, Şabran Rayon Polis X6 müstəntiqi X22, Şabran Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin Şahid1, Şabran Rayon Polis X28 Xidmətinin polis nəfəri X18 və müdafiəçi Siyəzən rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil X11 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sol yan cibindən 02 (iki) ədəd siqaret qutusu və sağ yan cibindən isə 01 (bir) ədəd alışqanı masanın üzərinə qoyaraq təqdim etmiş, bundan sonra kamera müstəntiqin belini çəkdiyi, yəni müstəntiq tərəfindən kameranın qarşısı kəsildiyi və onun Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş siqaret qutularından biri ilə nə etdiyi faktiki olaraq kamera vasitəsi ilə çəkilən videogörüntünün əhatəsinə düşmədiyi zaman siqaret qutularından biri müstəntiq tərəfindən açılaraq onun içərisində bir büküm çıxarılmış, yalnız bundan sonra həmin siqaret qutusu və büküm kamera vasitəsi ilə çəkilən videogörüntüyə düşmüş (müstəntiq tərəfindən kameranın qarşısına aparılaraq göstərilmiş), Təqsirləndirilən şəxs həmin bükümdə olan narkotik maddənin marixuana olduğunu və həmin narkotik maddənin Şabran şəhərinin ərazisində tapdığını bildirmiş, bundan sonra həmin bükümlə bağlı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs suallar verildiyi zaman kamera Təqsirləndirilən şəxs çəkərək yenidən onun tərəfindən təqdim edilmiş siqaret qutusunu və həmin qutudan aşkar edilərək götürülmüş narkotik maddəni ümumiyyətlə çəkməmiş (həmin vaxtı aşkar edilmiş bükümlə nə edildiyi videoya düşməmiş) və sözü gedən büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bununla yanaşı Şabran rayon prokurorluğunun müstəntiqi X23 tərəfindən 93c-23 nömrəli material nəzərdən keçirilərək qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində keçirilmiş tibbi müayinə nəticəsində Təqsirləndirilən şəxs üzərində xx.xx.2023-cü il tarixdə yetirməyə uyğun gələn bədən xəsarətləri aşkar edilmədiyi qeyd edilmiş və həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin müddətinin uzadılması məsələsinə Şabran Rayon Məhkəməsində baxıldığı zaman Şabran Rayon polis Şöbəsində döyülməsi və psixi təzyiqə məruz qalması ilə bağlı verdiyi məlumat əsasında 93c-23 nömrəli material üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hallar ilə yanaşı, Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X14 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli borclunun axtarılması haqqında qərardan, Şabran Rayon Polis X1 Bölməsinin rəisi X16 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli axtarış işinin açılması barədə qərardan, xx.xx.2023-cü il tarixli raportdan Şabran Rayon Məhkəməsinin 3(031)-244/2023 nömrəli inzibati xəta haqqında işi üzrə xx.xx.2023-cü il tarixli bildiriş və qərardan, xx.xx.2023-cü il tarixli əməliyyat məlumatının yoxlanılması barədə qərardan, o cümlədən iş üzrə əlavə şahid olaraq dindirilmiş Şahid4 və Şahid5 Rasim oğlunun məhkəmə iclasında verdikləri ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərinin ərazisində saxlanıldıqdan sonra xx.xx.2023-cü il tarixdə, saat 00:15-də Şabran Rayon Polis Şöbəsinə gətirilmiş və Növbətçi Hissəyə təhvil verilmiş, bundan sonra Şabran rayon İcra və Probasiya Şöbəsinə aparılaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, bundan sonra həmin inzibati xəta haqqında protokol baxılması üçün aidiyyatı üzrə Şabran Rayon Məhkəməsinə göndərilmiş, Şabran Rayon Məhkəməsində həmin inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2023-cü il tarixə, saat 11:15-ə təyin edilmiş, inzibati xəta haqqında işə Şabran Rayon Məhkəməsində baxıldıqdan sonra polis əməkdaşlarının müşahidəsi altında məhkəməyə gətirilmiş Təqsirləndirilən şəxs yenidən polis əməkdaşlarının müşahidəsi altında Şabran Rayon Polis Şöbəsinə aparılmışdır. Məhkəmə bütün bu hallarını nəzərə alaraq, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində saxlanıldığı vaxtdan başlayaraq üzərində narkotik maddə saxlamasının və gəzdirməsinin, onun polis əməkdaşlarının nəzarəti altında olduğu vaxt ərzində üzərində şəxsi axtarış keçirilməməsinin, barəsində olan inzibati xəta haqqında işə məhkəmədə baxıldıqdan sonra "azadlığa" buraxıldığı təqdirdə belə qısa müddət ərzində yerdən narkotik maddə tapdıqdan sonra dərhal polis əməkdaşları tərəfindən saxlanılmasının, üzərində narkotik maddə olmasına və iş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadədə onun dəfələrlə Post Patrul Xidmətinin əməkdaşlarından qaçdığını göstərməsinə baxmayaraq hər-hansı bir mübahisə etmədən və müqavimət göstərmədən polis əməkdaşları ilə birlikdə Şabran Rayon Polis Şöbəsinə gəlməsinin, xx.xx.2023-cü il tarixli əməliyyat məlumatının yoxlanılması barədə qərarda Şabran şəhəri, X26 küçəsi, ev 5 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə yanaşı satışı ilə məşğul olması barədə də məlumatın daxil olmasına baxmayaraq sadəcə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədə narkotik maddələrinin satışı ilə məşğul olmamasını bildirməsi əsasında bu hal ilə bağlı hər-hansı bir araşdırmanın aparılmamasını, onun yaşadığı Şabran şəhərinin ərazisində yerləşən fərdi yaşayış evinə baxış keçirilməməsini və bu halları ilə bağlı hazırki iş üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarda və ittiham aktında hərhansı bir əsaslandırma aparılmadığını nəzərə alaraq, ittihamın əsası kimi çıxış edən sübutların həqiqəti əks etdirmədiyi, bunun əksinə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadədə göstərdiklərinin məhkəmə istintaqı zamanı öz təsdiqi tapdığı qənaətinə gəlir. Beləliklə məhkəmə istintaqı zamanı aşkar edildi ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı psixi təzyiqə məruz qalmış, bundan sonra Təqsirləndirilən şəxs buna dözməyib şəxsi axtarış və götürmə aparılarkən və ibtidai istintaqda dindirilən zaman təzyiq altında özünə qarşı ifadələr vermişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadəsinə münasibətdə qeyd edir ki, o, həmin ifadəni polisin təsiri altında vermişdir. Bundan əlavə o, təqsirləndirilən şəxs qismində dindirmə zamanı etiraf edici ifadə verdiyi gün, Şabran Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən ona qarşı elan edilmiş ittihamda göstərilən əməl üzrə özünü təqsirli bilmədiyini göstərmişdir. Belə olan halda təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə psixi təzyiq altında verdiyi şübhəli ifadəsindən başqa hər-hansı bir sübutun olmadığı şəraitdə isə onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair verdiyi həmin ilkin ifadəsi hazırda onun əleyhinə istifadə edilə bilməz. Bu cür yanaşma “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarında da qeyd edilmişdir. Belə ki, həmin Qərarın 23-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda Cinayət Məcəlləsinin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 351.3.1, 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Qərarın 24-cü bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Qərarın 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Qərarın 27-ci bəndinə əsasən şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Qərarın 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, maddə 21.2) əsasında həll etməlidir. Göstərilənlərə əsasən digər hər hansı bir sübut və ya dəlil olmadığı üçün, təqsirləndirilən şəxsin həmin şübhəli olan ilkin ifadəsi onun əleyhinə istifadə edilə bilməz. Həmçinin təqsirləndirilən şəxsin belə bir vəziyyətdə narkotik vasitənin cibindən çıxararaq stolun üzərinə qoyması, onun əməlinin etirafedici ifadəsinin sübutu kimi də qəbul edilə bilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar onun hüququ pozulmaqla və ona qarşı psixi təzyiq tətbiq olunaraq əldə edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2ci maddə); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə (125.2.3-cü maddə); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (125.2.7-ci maddə). 125.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İnsan Hüquqlarının və X13 X2 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyriinsani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” (xx.xx.1998-ci il) “Selmuni Fransaya qarşı” (04 may 1999-cu il) işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında (xx.xx.2006-cı il) qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, “Dikmə Türkiyəyə qarşı” xx.xx.2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Məhkəmə tərəfindən işin halları ilə bağlı məhkəmə istintaqı zamanı müəyyən edilmiş və işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin həqiqəti əks etdirməsi bir daha öz təsdiqini tapmışdır. Göründüyü kimi ibtidai istintaq müddətində və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və gəzdirilməsi və narkotik vasitələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğuna əsaslı şübhələr var və bütün şübhələr də təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikasının “Əməliyyat-axtarış fəaliyyəti” haqqında xx.xx.1999-cu il tarixli, 728-İQ nömrəli Qanununun 16-cı maddəsinin İ hissəsinin tələbinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Həmin qanunun 10-cu maddəsinin İ hissəsində qanunla müəyyən edilmiş qaydada keçirilməli olan əməliyyat-axtarış tədbirlərinin konkret siyahısı müəyyən edilmişdir və bu maddənin İİ hissəsində qeyd olunur ki, müəyyən olunan bu əməliyyat-axtarış tədbirlərinin siyahısı yalnız Qanunla dəyişdirilə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. İstintaq orqanı tərəfindən qanunun bu tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarının: 4-cü bəndinə qeyd edilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının X21 gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Məhkəmə müdafiə hüququnun səmərəli şəkildə həyata keçirilməsi barədə milli və beynəlxalq qanunvericiliyinin (“İnsan Hüquqlarının və X13 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin) tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Qərarlarında sərgilədikləri hüquqi mövqedən çıxış edərək cinayət işinin materiallarına nəzər saldıqda müəyyən edir ki, hələ ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması vəkil X15 həvalə edilərək sonradan o, ibtidai araşdırma zamanı müxtəlif istintaq hərəkətlərinin aparılmasında və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsində iştirak etsə də, onun fəaliyyəti səmərəli və keyfiyyətli olmamış, sonuncu hazırki iş üzrə həqiqətin müəyyən edilməsi üçün keyfiyyətli xidmət göstərməyərək lazımi fəallıq nümayiş etdirməmiş və işin əsl hallarının araşdırılmasına təşəbbüs göstərməmiş, bununla bağlı heç bir vəsatət qaldırmamış və yalnız ona təqdim olunmuş prosessual sənədləri imzalamaqla kifayətlənmişdirdir. Belə olan halda təhqiqat və ibtidai araşdırma zamanı vəkil X19 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının səmərəli şəkildə müdafiə olunması barədə nəticəyə gəlmək mümkün deyil. Bundan başqa, məhkəmə sübut kimi istinad olunan polis əməkdaşlarının həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləriifadələrin hazırki iş üzrə sübut növü kimi qəbul edilməsinin mümkünlüyünə də nəzər yetirilməsini və təhlil olunmasını zəruri hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittihamın elan olunmasına əsas kimi ittiham aktında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinə əsaslanmışdır ki, bu ifadələrin də əsasən şübhəli şəxsin tutulmasının vaxtı, səbəbi və halları barədə hissələrinin, məhkəmə iclasında araşdırılmış digər sübutlarla ziddiyyət təşkil etməsi müəyyən edilmişdir. Belə ki, əməliyyat tədbirinin keçirilməsi barədə qərarda, raportda və əməliyyat qrupunun yaradılması haqqında əmrdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə məlumatın Şabran Rayon Polis Şöbəsinə daxil olduğu qeyd edilsə də, cinayət işinin materiallarında ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olubolmaması ilə bağlı hər-hansı bir araşdırma aparılmamış, əlavə olaraq onun yaşadığı və olduğu ünvanlara baxış keçirilməmiş, bununla bağlı müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı əməliyyat tapşırığı verilməmişdir. İbtidai istintaq zamanı şahid kimi ifadə verən polis əməkdaşları, o cümlədən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdikləri ifadələrdə demək olar ki, nöqtə-vergülünə kimi eyni olan ifadələrində “narkotik vasitələri qanunsuz olaraq üzərində daşıması və satışı ilə bağlı etibarlı mənbədən daxil olmuş məlumata” əsasən Təqsirləndirilən şəxs saxlandığını bildirmişlər. xx.xx.2023-cü il tarixli “Əməliyyat qrupunun yaradılması haqqında əmr” - in birinci abzasında “Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə etimad doğuran naməlum və qərəzsiz mənbədən məlumat daxil olduğu” qeyd olunmuşdur. Naməlum mənbə dedikdə məlum olmayan mənbə başa düşüldüyü nəzərə alaraq, məlum olmayan mənbənin qərəzsiz olduğu cinayət təqibi orqanı tərəfindən necə müəyyənləşdirildiyi məhkəməyə aydın deyil. Adları çəkilən şəxslərin ifadələrinin sübut kimi mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa Məhkəməsi özünün bir çox Qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. Belə ki, “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli, “X3rşı” iş üzrə 18 yanvar 1978-ci il tarixli Qərarlarında, həmçinin bir sıra digər Qərarlarda Avropa Məhkəməsi göstərmişdir ki, yerli məhkəmələr sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edirlər. Polis əməkdaşlarının fəaliyyət göstərdikləri orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Hazırki işin materiallarına nəzərə yetirildikdə müəyyən olunur ki, adları çəkilən polis əməkdaşları Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilməsi və onun üzərində şəxsi axtarışın aparılması barədə şahid kimi ifadələr vermişlər və ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs təqsirlilik məsələsini bu ifadələrə əsaslanmaqla müəyyən edərkən nəzərindən qaçırmışdır ki, onların bu ifadələri cinayətin törədilməsini deyil, onların polis əməkdaşları kimi öz fəaliyyətlərini əks etdirən ifadələr olmuş, Təqsirləndirilən şəxs narkotik vasitəni nə vaxt, kimdən əldə etməsi, hansı müddətdə saxlaması və daşımasını, narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması ilə bağlı halların müəyyən edilməsi məqsədilə ibtidai araşdırma orqanı heç bir sübut əldə etməmiş, bununla bağlı məhz həmin halları təsdiq edə bilən və maraqları olmayan şəxslər dindirilməmişlər. Buna görə, məhkəmə hazırki iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı yol verilmiş kobud qanun pozuntularının (yuxarıda ətraflı təsvir edilmiş) fonunda polis əməkdaşlarının ifadələrinin hazırki iş üzrə sübut kimi qəbul edilməsinə şübhə ilə yanaşılmasını haqlı hesab edir və bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət edən başqa sübutlar cinayət təqibi zamanı əldə olunmamış və araşdırılmamışdır. Təhlil edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə əməlin aşkar edilməsinə və onun bu əməli törətməsinin sübuta yetirilmiş hesab edilməsinə əsas olmuş bütün sübutları hüquqi qüvvəsi olmayan, yəni Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş sübutlar kimi qiymətləndirməklə Təqsirləndirilən şəxs hər hansı cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə nəticəyə gəlir və ona bu əsasla bəraət verilməsini mümkün bilir, digər tərəfdən həmin pozuntuları təqsirləndirilən şəxsin ziyanına həll etməklə və onun barəsində ehtimal xarakterli ittiham hökmünün çıxarılmasından imtina edir. Məhkəmə, növbəti olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/835 nömrəli ekspert rəyi və Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X24 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4642 nömrəli və xx.xx.2023-cü il tarixli, 8388 nömrəli rəylərinin sübutedici qüvvəsinə münasibətdə qeyd edir ki, həmin rəylər də mənbə olaraq Təqsirləndirilən şəxs qanunsuz yolla əldə edilmiş və mötəbər sayılmayan maddi sübuta - narkotik vasitəyə söykənmişdir. Təbii ki, ittihamın əsasını təşkil edən maddi sübutlar mötəbər sübut sayılmadığı halda, bu sübutlardan törəyən sözügedən ekspert rəyləri və digər sübutlar da mötəbər sübut sayıla bilməz. Çünki, məntiqi baxımından “əsasın yalan olması, onun nəticəsinin də yalan olması deməkdir” və ya “zəhərli ağacın meyvələri də zəhərlidir” formulu sübut qaydasıdır. Belə olan halda, qeyri-mötəbər, həqiqiliyi digər sübutlarla təsdiq edilməyən, əksinə təkzib olunan sübutlar (sənədlər) əsasında aparılan ekspertizanın nəticəsi də mötəbər hesab edilə bilməz. Digər tərəfdən, ambulator məcburi narkoloji tibbi yoxlamaya dair rəy təqsirləndirilən şəxsin qəsdən qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və saxlamasını sübut etmir. Hətta həmin rəyə inanılaraq, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması qəbul edilsə belə, bu, təqsirləndirilən şəxsin müvafiq olaraq qurudulmuş marixuana olan narkotik vasitəni qəsdən satış məqsədilə yada belə məqsəd olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, daşınması və saxlamasının sübutu anlamına gəlmir. Belə ki, həmin narkotik vasitələr satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında da istehlak edilə, həmçinin hazırlana, əldə edilə, saxlanıla, daşına və ya göndərilə bilərdi ki, bu əmələ görə də cinayət məsuliyyəti yox, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyət nəzərdə tutulur. Qeyd edilənlər əsasında məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/835 nömrəli ekspert rəyi və Azərbaycan Respublikalının Səhiyyə Nazirlinin Respublika Narkoloji Mərkəzi” X24 Ambulator Məcburi-Narkoloji Yoxlaması tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4642 nömrəli və xx.xx.2023-cü il tarixli, 8388 nömrəli rəylərini təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün mötəbər sübut kimi qəbul etmir. Məhkəmə yuxarıda qeyd olunanların xülasəsi olaraq belə nəticəyə ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə barəsində qəbul edilmiş axtarış qərarına əsasən Sumqayıt şəhərinin ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış, bundan sonra polis əməkdaşlarının müşahidəsi altında Şabran rayonunun ərazisinə gətirilərək ilk öncə Şabran Rayon Polis Şöbəsinə, sonra isə Şabran rayon İcra və Probasiya şöbəsinə təqdim edilmiş, Şabran rayon İcra və Probasiya şöbəsinə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə Şabran Rayon Məhkəməsinə göndərilmiş, bu səbəbdən Təqsirləndirilən şəxs polis əməkdaşlarının müşahidəsi altında Şabran Rayon Məhkəməsinə gətirilmiş və barəsində olan inzibati xəta haqqında işə baxıldıqdan sonra o, təkrarən polis əməkdaşlarının müşahidəsi altında Şabran Rayon Polis Şöbəsinə aparılmış və həmin vaxtdan etibarən xx.xx.2024-cü il tarixə kimi orada saxlanılmışdır. Bununla yanaşı xx.xx.2023-cü il tarixli şəxsin X17n azad edilməsi və barəsində polisin nəzarəti altında vermə növündə qətimkan tədbirinin seçilməsi haqqında qərarın nəticəvi (qərara aldı) hissəsində Təqsirləndirilən şəxs Şabran Rayon Polis X12 Yerindən azad edilməli olması dair hər-hansı bir qeyd mövcud deyildir və xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin ləğv edilməsi haqqında qərarda da Təqsirləndirilən şəxs istintaq orqanından yayınması halının müəyyən edildiyi qeyd edilsə də, Təqsirləndirilən şəxs hansı əməli ilə (hərəkət və ya hərəkətsizlik) istintaqdan yayınması göstərilməmiş, bununla bağlı hər-hansı bir əsaslandırma aparılmamış və sadəcə Azərbaycan Respublikasının Cinayət-Prosessual məcəlləsinin müvafiq müddəaları sadalanmaqla onun barəsində seçilmiş polisin nəzarəti altında vermə növündə qətimkan tədbiri ləğv edilmişdir. Şabran Rayon Polis Şöbəsinə göndərilmiş müvafiq sorğu əsasında Şabran Rayon Polis Şöbəsinin inzibati binasında və həyətində quraşdırılmış kameraların 2023-cü ilin iyun ayının 06-dan 13-nə kimi olan müddət ərzində qeydə alınmış görüntülərin Şabran Rayon Məhkəməsinə təqdim edilməsi tələb edilsə də, videogörüntülər quraşdırılmış kameraların "DVR" arxivinin silinməsi səbəbi ilə məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı Şabran rayonu ərazisində 03 (üç) nəfər fərdi qaydada vəkil fəaliyyəti ilə məşğul olan vəkil olduğu halda təqsirləndirilən şəxsə Siyəzən rayonundan müdafiəçi təyin edilmiş, həmin müdafiəçi tərəfindən müdafiə etdiyi şəxsə ümumiyyətlə heç bir yardım olunmamış, yalnız prosessual sənədləri imzalamış və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aparılmış videoçəkiliş mümkün olan və olmayan bütün pozuntuları törətməklə aparılmışdır. Ümumiyyətlə qeyd olunmalıdır ki, xx.xx.2023-cü lil tarixdən etibarən polis əməkdaşları tərəfindən Sumqayıt şəhərinin ərazisində saxlanılan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə işinə məhkəmədə baxıldıqdan dərhal sonra yerdən narkotik vasitə tapması və bundan bir müddət sonra polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt dəfələrlə onlardan qaçmasına baxmayaraq, hər-hansı bir müqavimət göstərmədən polis əməkdaşları ilə birlikdə Şabran Rayon polis Şöbəsinə gəlməsi ağlabatan və inandırıcı deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə aşkar edilərək götürülmüş narkotik vasitələrin ona məxsus olmaması barədə məhkəmə iclasında verdiyi ifadələri inandırıcı və düzgün hesab edilməlidir. Beləliklə aydın olur ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasını təsdiq edən məlumatlar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Konstitusiyada, beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kim çıxış edir. Bu mövqeyi İnsan hüquqları Avropa Məhkəməsinin “Qaritski Polşaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəllilərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan və məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza tədqiqatından sonra geri qaytarılmış 10,29 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hazırkı cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan, hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra həmin faktın üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Maddi sübut kimi saxlanılan yuxarıda qeyd olunan narkotik vasitə həmin fakta görə aparılan cinayət təqibi ilə əlaqədar Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliyi sübuta yetirilməmişdir və buna görə də, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352, 353, 356, 357 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübutlar: ekspertiza icraatından sonra qaytarılan Şabran Rayon Polis Şöbəsinin maddi-sübutlar otağında saxlanılan 01 ədəd kağız paketdə 10,29 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra onların qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılsın, cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış keçirilməsinə dair görüntüləri özündə əks etdirən 01 ədəd disk isə cinayət işində saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət- Posessual Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş qaydada Şabran Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd kağız paketdə 10,29 qram qurudulmuş marixuananın kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №1(031)-9/2024
Şabran Rayon Məhkəməsi Hökm — İş №1(031)-9/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver