Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-1/2025 15.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:36 Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs31 nümayəndəsi Nümayəndə, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs16 Adıgözəl oğlunun, X17, Zərərçəkmiş şəxs5 , Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs27 qızının, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs28 , Zərərçəkmiş şəxs23 və X34, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1990-cı il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 31 may 2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirməklə dələduzluq etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz hazırlayaraq saxtalaşdırmış və bilə-bilə saxta sənəddən istifadə etmişdir. Belə ki, o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini X10 oğlu Faiq Rzazadəyə əlilliyə görə pensiya təyin edilməsi barədə yalan vəd verib onu aldadaraq, ondan 2021-ci ilin iyun ayında Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Azpetrol” YDM-nin yaxınlığında 600 (altı yüz) manat pulunu alaraq ələ keçirib, verdiyi vədə əməl etməyərək, zərərçəkmiş şəxs Havanisə Rzayevə 600 (altı yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X45 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, Şirvan şəhər sakini Zərərçəkmiş şəxs26 sonuncunun qohumu X24 əlilliyə görə pensiya təyin etdirəcəyi barədə yalan vəd verib aldadaraq, qrup üzvü olan Cavid Astanov ondan 2021-ci ilin iyun ayının ortalarında Şirvan şəhəri, F.Eynullayev küçəsində yerləşən 9 nömrəli tam orta məktəbin yaxınlığında 3000 (üç min) manat pulu alaraq ələ keçirdikdən sonra həmin məbləğdə pulu aralarında bölüb, verdikləri vədə əməl etməyərək, Zərərçəkmiş şəxs26 3000 (üç min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X45 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, Şirvan şəhər sakini Zərərçəkmiş şəxs7 əlilliyə görə pensiya təyin edilməsi barədə yalan vəd verib aldadaraq, ondan 2021-ci ilin avqust ayının əvvəllərində Şirvan şəhəri, M.Ə.Rəsuzladə küçəsində yerləşən “Elit” ticarət mərkəzinin yaxınlığında 3000 (üç min) manat pulunu alıb ələ keçirdikdən sonra həmin məbləğdə pulu aralarında bölüb, verdikləri vədə əməl etməyərək, Zərərçəkmiş şəxs7 3000 (üç min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Sabirabad rayon sakini Zərərçəkmiş şəxs24 sonuncuya Şirvan şəhərində yerləşən “Araz” zavoduna işə düzəldəcəyi barədə yalan vəd verib onu aldadaraq, ondan vaid niyyətlə əhatə olunmuş qəsdlə 2021-ci ilin noyabr ayının sonlarında Şirvan şəhəri, 20 Yanvar küçəsində yerləşən ofisində 2500 (iki min beş yüz) manat pulu əlbəəl almaqla və ödəniş terminalı vasitəsi ilə 200 (iki yüz) manat pulu Şirvan şəhərində yerləşən ödəniş terminalı vasitəsi ilə köçürtdürməklə ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs24 ümumilikdə 2700 (iki min yeddi yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Lənkəran rayonu Separadi kəndində yaşayan Zərərçəkmiş şəxs29 Xəzayil oğluna əlilliyə görə pensiya düzəldəcəyi barədə yalan vəd verib onu aldadaraq, ondan 2021-ci ilin dekabr ayının sonlarında Lənkəran şəhərində 600 (altı yüz) manat pulunu alaraq ələ keçirib, verdiyi vədinə əməl etməyərək Zərərçəkmiş şəxs29 600 (altı yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs3 əlilliyə görə pensiya təyin etdirəcəyi barədə yalan vəd verib onu aldadaraq, ondan vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin yanvar ayında 1000 manat pulu və 2022-ci ilin fevral ayında ayrı-ayrı tarixlərdə 1000 manat və 400 manat pulu Şirvan şəhəri, 20 Yanvar küçəsində alaraq ələ keçirib, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs3 ümumilikdə 2400 (iki min dörd yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs28 arvadı X11 iş yerini Sabirabad rayonundan Şirvan şəhərinə yerdəyişmə edəcəyi barədə yalan vəd verib onu aldadaraq, ondan vahid niyyətlə əhatə olunan qəsdlə 09 fevral 2022-ci il tarixdə Şirvan şəhəri, 20 Yanvar küçəsində 5000 (beş min) manat pulu alaraq ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs28 ümumilikdə 5000 (beş min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X46 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək, Şirvan şəhər sakini Zərərçəkmiş şəxs25 Məhəmmədhəsən oğluna arvadı X18 Şirvan şəhər Mərkəzi Xəstəxanasında işə düzəldəcəyi barədə yalan vəd verib onu aldatmış, qrup üzvü olan Cavid Astanov 15 fevral 2022-ci il tarixdə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Bank of Baku”-nun Şirvan şəhər filialının qarşısında ondan 2500 (iki min beş yüz) manat pulunu almaqla ələ keçirdikdən sonra həmin məbləğdə pulu aralarında bölüb, verdikləri vədə əməl etməyərək, Zərərçəkmiş şəxs25 2500 (iki min beş yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs30 əlilliyə görə pensiya düzəltdirəcəyi barədə tanışı cinayətdən xəbəri olmayan Şahid4 və X47 vasitəsi ilə yalan vəd verib onu aldadaraq, ondan vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin mart ayında Şahid4 və Taleh Əkbərov vasitəsi ilə Şirvan şəhərində 4000 (dörd min) manat pulu almaqla ələ keçirib, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs30 4000 (dörd min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs8 əlilliyə görə pensiya təyin edilməsi barədə yalan vəd verib onu aldadaraq, ondan 17 may 2022-ci il tarixdə Şirvan şəhəri, 20 Yanvar küçəsində 1300 (min üç yüz) manat pulu almaqla ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs8 1300 (min üç yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs17 iş yerinin Sabirabad rayon ərazisindən Şirvan şəhəri ərazisinə dəyişdiriləcəyinə köməklik edəcəyi barədə yalan vəd verib onu aldadaraq, ondan 20 may 2022-ci il tarixdə Şirvan şəhəri, 20 Yanvar küçəsində 5500 (beş min beş yüz) manat pulu almaqla ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs17 5500 (beş min beş yüz) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs4 sonuncuya əlilliyə görə pensiya təyin edilməsi barədə yalan vəd verib onu aldadaraq, ondan 2022-ci ilin may ayının sonlarında Şirvan şəhəri, 20 Yanvar küçəsində 3000 (üç min) manat pulu alaraq ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs4 3000 (üç min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Hacıqabul rayon sakini Zərərçəkmiş şəxs5 Hacıqabul rayonu ərazisində yerləşən məktəblərin birinə müəllim kimi işə düzəldəcəyi barədə yalan vəd verib onu aldadaraq, 31 may 2022-ci il tarixdə Şirvan şəhəri, 20 Yanvar küçəsində 2500 (iki min beş yüz) manat pulu alaraq ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs5 2500 (iki min beş yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri Qaradağ rayon sakini Zərərçəkmiş şəxs21 əlilliyə görə pensiya təyin edilməsi barədə yalan vəd verib onu aldadaraq, ondan vahid niyyətlə əhatə olunan qəsdlə 31 may 2022-ci il tarixdə 500 manat pulu və 02 iyun 2022-ci il tarixdə sonuncunun yaşadığı Bakı şəhəri Qaradağ rayonu Cənub qapısı yaşayış massivi adlanan yerdə 3500 manat pulu alaraq ələ keçirib, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs21 ümumilikdə 4000 (dörd min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şirvan şəhər sakini Zərərçəkmiş şəxs16 Adıgözəl oğluna sonuncunun arvadı X12 Bakı Dövlət Universitetində dövlət imtahanında iştirak etmədən diplom almasına köməklik edəcəyi barədə yalan vəd verib onu aldadaraq, ondan 2022-ci ilin iyun sonlarında Şirvan şəhəri, H.Əliyev adına olan parkda 5000 (beş min) manat pulu alaraq ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs16 5000 (beş min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İmişli şəhər sakini Zərərçəkmiş şəxs23 əlilliyə görə pensiya təyin etdirəcəyi barədə yalan vəd verib onu aldadaraq, 2022-ci ilin iyul ayının əvəllərində Şirvan şəhəri, 20 Yanvar küçəsində 1000 (min) manat pulunu alaraq ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs23 1000 (bir min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Daşkəsən rayon sakini Zərərçəkmiş şəxs2 pensiya düzəldəcəyi barədə yalan vəd verib onu aldadaraq, ondan vahid niyyətlə əhatə olunmuş qəsdlə 01 iyul 2022-ci il tarixdə 350 (üç yüz əlli) manat pulu əlbəəl almaqla, 04 iyul 2022-ci il tarixdə 5000 (beş min) manat pulu Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində yerləşən “Əminə” marketin qarşısında yerləşən ödəniş terminalı vasitəsilə, 21 avqust 2022-ci il tarixdə 1000 (min) manat pulu “Birbank” mobil tətbiqi vasitəsilə və 1010 (min on) manat pulu isə Tovuz şəhərində yerləşən “Bron” marketin qarşısında yerləşən ödəniş terminalı vasitəsilə "xxxx"-a aid 4169-7385-2798-6081 saylı bank kartına köçürtdürməklə ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 7360 (yeddi min üç yüz altmış) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs14 Etibar oğluna əlilliyə görə pensiya təyin edilməsi barədə yalan vəd verib onu aldadaraq, 22 iyul 2022-ci il tarixdə Şirvan şəhəri, 20 Yanvar küçəsində 1000 (bir min) manat pulu alaraq ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs14 1000 (bir min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İmişli rayon sakini Zərərçəkmiş şəxs22 sonuncuya əlilliyə görə pensiya təyin etdirəcəyi barədə yalan verib onu aldadaraq, ondan 2022-ci ilin avqust ayının əvvəllərindən 2022-ci ilin dekabr ayının əvvəllərindək olan müddətdə vahid niyyətlə əhatə olunan qəsdlə Şirvan şəhərində yerləşən ödəniş terminalları vasitəsi ilə ümumilikdə 1433 (min dörd yüz otuz üç) manat pulu “Kapital banka” aid 4169-7385-2798-6081 saylı bank kartına köçürtdürməklə ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs22 1433 (min dörd yüz otuz üç) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Sabirabad rayon sakini Zərərçəkmiş şəxs1 sonuncuya pensiya düzəldəcəyi barədə yalan vəd verib onu aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 08 avqust 2022-ci il tarixdə Şirvan şəhəri, 20 Yanvar küçəsində yerləşən ofisində 2500 (iki min beş yüz) manat pulu alaraq ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs1 2500 (iki min beş yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs15 sonuncunun anası X48 əlilliyə görə pensiya təyin edilməsi barədə yalan vəd verib onu aldadaraq, ondan 23 avqust 2022-ci il tarixdə Şirvan şəhəri, 20 Yanvar küçəsində 1500 (min beş yüz) manat pulu alaraq ələ keçirməklə, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs15 1500 (min beş yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Sabirabad rayon sakini Zərərçəkmiş şəxs31 xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən əlilliklə bağlı təqaüdə göndərilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verib onu aldadaraq, 24 avqust 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən ofisində 4000(dörd min) manat pulu əlbəəl almaqla, 26 avqust 2022-ci il tarixdə 1000 (bir min) manat məbləğdə pulu, 02 sentyabr 2022-ci il tarixdə 2000 (iki min) manat məbləğdə pulu, 01 noyabr 2022-ci il tarixdə 500 (beş yüz) manat məbləğdə nağd pulu pulu "xxxx"-a aid 4169-7385-2798-6081 saylı bank kartına köçürtdürməklə, 2022-ci ilin noyabr ayının əvvəllərindən 2022-ci ilin dekabr ayının ortalarına qədər olan müddət ərzində vahid qəsdlə əhatə olunan qəsdlə ünvan 3 ünvanında yerləşən ofisində ümumilikdə 1900 (min doqquz yüz) manat pulu əlbəəl almaqla, 23 dekabr 2022-ci il tarixdə Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Cənnət bağı” restoranının 5-ci otağında 300 (üç yüz) manat pulu əlbəəl almaqla ələ keçirib, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs31 ümumilikdə 9700 (doqquz min yeddi yüz) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini X25 pensiya təminatını bərpa etdirəcəyi barədə yalan verib onu aldadaraq, ondan 03 sentyabr 2022-ci il tarixdə Şirvan şəhəri, 20 Yanvar küçəsində yerləşən ofisində 1500 (min beş yüz) manat pulu alaraq ələ keçirib, verdiyi vədə əməl etməyərək, zərərçəkmiş şəxs İlqar Şəfiyevə 1500 (min beş yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, 21 oktyabr 2022-ci il tarixli, 7E-12769 nömrəli etibarnamə ilə nümayəndəsi qismində çıxış etdiyi Türkiyə Respublikası vətəndaşı Şahid1 Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılması ilə bağlı ona xx.xx.2021-ci il tarixdə verilmiş Dövlət Miqrasiya Xidmətinə təqdim edilməsi üçün zəruri olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə X38 regional laboratoriyası tərəfindən “İİV”, viruslu hepatitlər B və C-yə İFA müayinəsi haqqında” 024590 nömrəli arayışın qüvvədə olma müddəti bitdiyinə görə həmin sənəddə qeyd olunmuş “xx.xx.2021” rəqəmlərinin üzərindən ağardıcı maddə çəkərək və kağız parçası yapışdıraraq “xx.xx.2022” rəqəmlərini yazmaqla 09 sentyabr 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən evində saxtalaşdırmış, daha sonra həmin tarixdə yaşadığı ünvandan Şahid1 adından Dövlət Miqrasiya Xidmətinin rəsmi internet saytına elektron müraciət fomasında təqdim edilməsi üçün Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospektində yerləşən miqrasiya xidmətləri ilə bağlı hüquqi yardım göstərən ofisə üzərində düzəlişlər etdiyi arayışın şəklini “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə göndərməklə, bil-bilə yalan saxta sənəddən istifadə etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Daşkəsən şəhər sakini Zərərçəkmiş şəxs6 sonuncunun oğlu X31 xidmət etdiyi “N” saylı hərbi hissədə xidmətini yerini “Bağ” adlanan yerə dəyişdirmək barədə yalan vəd verib onu aldadaraq, ondan 26 sentyabr 2022-ci il tarixdə “Kapital banka” aid 4169-7385-2798-6081 saylı bank kartına 2500 (iki min beş yüz) manat pulu köçürtdürməklə ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs6 2500 (iki min beş yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Sabirabad rayon sakini Zərərçəkmiş şəxs20 sonuncunun oğlu Şahid3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işlə təmin edəcəyi barədə yalan vəd verib onu aldadaraq, ondan vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin sentyabr ayının sonlarında Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Banıçiçək” restoranında 500 manat pulu, 15 oktyabr 2022-ci il tarixdə Şirvan şəhəri, 20 Yanvar küçəsində yerləşən ofisində 5000 manat pulu və 30 oktyabr 2022-ci il tarixdə Şirvan şəhəri, 20 Yanvar küçəsində yerləşən ofisində 3500 manat pulu pulu alaraq, ələ keçirməklə verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs20 ümumilikdə 9000 (doqquz min) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İmişli rayon sakini X2 əlilliyə görə pensiya düzəltdirəcəyi barədə yalan vəd verib onu aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 10 oktyabr 2022-ci il tarixdə Şirvan şəhərində yerləşən “Çay bağı” kafesində 2400 (iki min dörd yüz) manat pulunu alaraq ələ keçirib, verdiyi vədə əməl etməyərək, zərərçəkmiş şəxs Adəm Əhmədzadəyə 2400 (iki min dörd yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İmişli rayon sakini Zərərçəkmiş şəxs11 sonuncuya pensiya düzəltdirəcəyi barədə yalan vəd verib onu aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 13 oktyabr 2022-ci il tarixdə Şirvan şəhəri, 20 Yanvar küçəsində 1800 (min səkkiz yüz) manat pulu alaraq ələ keçirməklə, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs11 1800 (min səkkiz yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İmişli rayon sakini Zərərçəkmiş şəxs12 sonuncuya pensiya düzəltdirəcəyi barədə yalan vəd verib onu aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 13 oktyabr 2022-ci il tarixdə Şirvan şəhəri, 20 Yanvar küçəsində 2500 (iki min beş yüz) manat pulu alaraq ələ keçirməklə, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs12 2500 (iki min beş yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs10 əlillik dərəcəsinə görə pensiya düzəldəcəyi barədə yalan vəd verib onu aldadaraq, ondan vahid niyyətlə əhatə olunmuş qəsdlə 27 oktyabr 2022-ci il tarixdə Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən Şirvan şəhəri 1 saylı Notariat ofisində 3000 (üç min) manat pulu ələ keçirməklə verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs10 3000 (üç min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İmişli rayon sakini Zərərçəkmiş şəxs27 qızına sonuncu barəsində məhkəmədə lehinə qərar qəbul edilməsinə və sonuncunun kürəkəni X49 əlilliyə görə pensiya təyin etdirəcəyi barədə yalan vəd verib onu aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 22 noyabr 2022-ci il tarixdə 3500 (üç min beş yüz) manat pulu, 29 noyabr 2022-ci il tarixdə 3000 (üç min) manat pulu və 15 dekabr 2022-ci il tarixdə isə 1000 (bir min) manat pulu İmişli şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx"a məxsus ATM-dən özünə məxsus "xxxx"-a aid 4169-7385-2798-6081 saylı bank kartına köçürtdürməklə ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs27 ümumilikdə 7500 (yeddi min beş yüz) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Beyləqan rayon sakini Zərərçəkmiş şəxs19 sonuncuya “Qazi” statusu təyin etdirəcəyi barədə yalan vəd verib onu aldadaraq, ondan 25 noyabr 2022-ci il tarixdə vahid niyyətlə əhatə olunmuş qəsdlə Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən Şirvan şəhəri 1 saylı Notariat ofisində 7000 (yeddi min) manat pulu alaraq ələ keçirməklə, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs19 ümumilikdə 7000 (yeddi min) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda qismən təqsirli bildi, CM-nin 320.1-ci və 320.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə isə təqsirli bilməyərək ibtidai istintaq zamanı verdiyi ifadələrini əsasən təsdiq etməklə ifadəsində göstərdi ki, orta təhsillidir, 2011-ci ildən 2015-ci ilə kimi DİN-nin Baş Mühafizə İdarəsində İdarəsində mühafizəçi və polis nəfəri kimi işləmişdir. Daha sonra heç bir yerdə işləməmişdir. Şirvan şəhərində onu çox adam hüquqşünas kimi tanımışdır. Lakin onun heç bir hüquqi və ya başqa ali təhsili olmamışdır. O, heç bir dövlət qurumunda çalışmamış, 2021-ci ilin yanvar ayının ortalarında Şirvan şəhərində 20 yanvar küçəsində Ədalət adlı şəxsə məxsus olan obyekti ofis kimi icarəyə götürmüş, həmin obyekti icarəyə götürəndən sonra "xxxx" MMC-ni təsis etmişdir. Həmin MMC-ni dövlət qeydiyyatından keçirmişdir. MMC-nin əsas fəaliyyət istiqaməti vətəndaşlara hüquqi yardım və hüquqi sənədlərin hazırlanmasında köməklik göstərməkdən ibarət olmuş, onun hüquqi təhsili olmasa da, bəzi qanunvericilik aktlarını oxuyub məlumatlar əldə etmişdir. Əsasən əmək hüququ və pensiya qanunvericiliyi ilə bağlı qanunvericilik aktlarını oxuyub məlumatlar əldə etmişdir. Ofis məhkəmənin yaxınlığında yerləşdiyi üçün iddia ərizələrinin də yazılmasında və hazırlanmasında köməklik etmişdir. Vətəndaşlar ona pensiya sənədlərinin hazırlanması, dayandırılmış müavinət və pensiyaların bərpasını təmin etmək məqsədilə köməklik etməyi üçün ona müraciət etmişlər. Onun pensiya təminatını bərpa etmək üçün səlahiyyəti olmasa da, həmin şəxslərə lazımı köməklik edəcəyinə, həmçinin həkim müayinələrindən keçirəcəyinə və bütün sənədlərini hazırlayıb lazımı orqanlara verəcəyi barədə vədlər vermişdir. Barəsində olan cinayət işi üzrə ona qarşı irəli sürülmüş ittihamda qeyd edilən bəzi zərərçəkmiş şəxslərdən aldığı pulun məbləği ittihamda qeyd edilən məbləğdən daha az olmuşdur. Mahiyyəti üzrə bildirmişdir ki, tanış olduğu Zərərçəkmiş şəxs29 Xəzayil oğlu adlı şəxslə söhbət zamanı ona pensiya təminatı ilə bağlı lazımı işləri görə biləcəyini demişdir. 2021-ci ilin dekabr ayının sonlarında o, özü onu Lənkəran şəhərinə dəvət etmiş, Lənkəran şəhərində kafelərin birində oturub yemək yeyib çay içmişlər. Söhbət əsnasında tanışlarını pensiya çıxaracağına söz vermiş, bu iş üçün ondan cəmi 2000 manat pul almış, puldan əlavə həmin şəxslərə məxsus şəxsiyyət vəsiqələrinin və xəstəliklərinə dair bəzi sənədlərin surətini almışdır. O, Məhərrəmə həmin şəxslərin pensiya çıxmaları üçün 2 ay möhlət istəmişdir. 2 ay keçməsinə baxmayaraq o, bir iş görə bilməmiş, bundan sonra Məhərrəm ona zəng edib ona pul verən şəxslərin pullarını geri istədiklərini bildirmişdir. O, həmin 2000 manat pulu Məhərrəmin bank kartına göndərmişdir. Məhərrəmin ərizə və izahatında göstərdiyi 600 manat pulu isə 2000 manat pula görə faiz hesablamışdır. Bundan başqa göstərdi ki, Zərərçəkmiş şəxs28 tanıyır, ondan müqavilə əsasında 5000 manat borca pul götürmüş, amma bundan başqa o, ona demişdir ki, arvadının iş yerinin Sabirabad rayonundan Şirvan şəhərinə imkan olarsa dəyişdirilməsinə köməklik etsin. O da ona təhsil sisteminin regionallaşdırıldığını və bir az çətin məsələ olduğunu demişdir. Heç bu işə cəhd də etməmiş, amma aldığı 5000 manatın ödənilməsini gecikdirdiyi üçün onun barəsində bu cür şikayət etmişdir. Həmin borcunu isə tam şəkildə ödəmişdir. Bundan başqa göstərdi ki, tanışı X45 ilə birlikdə Şirvan şəhər sakinləri Zərərçəkmiş şəxs25 arvadı X18 Şirvan şəhər Mərkəzi Xəstəxanasında işə düzəltdirmək üçün 15 fevral 2022-ci il tarixdə Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “AzərTürk Bank”-ın filialının qarşısında 2500 manat pulunu almış, həmin pulu sonradan tam olaraq ödəmişdir. Bundan başqa, əvvəllər qonşusu olmuş Şirvan şəhəri Füzuli küçəsi ev 24-də yaşayan Zərərçəkmiş şəxs3 əlilliyə görə pensiya təyin edilməsi ilə bağlı həkim komissiyasına təqdim edilməli olan lazımı sənədlərin hazırlanmasını vəd edib, onun 2400 manat deyil, 1000 manat pulunu pulunu almışdır. Bundan başqa göstərdi ki, Şahid4 tanıyır, onunla İmişli şəhər sakini Taleh adlı şəxsin deməsi əsasında görüşmüş, Taleh ona demişdir ki, Bəhruzla görüş, pensiya işi var, düzəlməyi barədə ona məlumat ver. O, Bəhruzla görüşmüş, çay içəndən sonra ayrılmışlar. Taleh ona Bəhruzla söhbət etməmişdən əvvəl 4000 manat pul vermişdir. O, ona demişdir ki, pulu ona verdiyi üçün “Bəhruz səni görmək istəyir”. Buna görə də o, Bəhruzla görüşmüş, sonradan Taleh ona zəng etmişdir ki, “Bəhruz məni sıxışdırır, onun pulunu dala qaytaraq”. O, Talehə 1000 manat, 1500 manat və daha sonra da qalanını göndərməklə həmin dörd min manatı qaytarmışdır. Bütün çeklər də hazırda əlində olmuş, Bəhruz da ona zəng edib soruşmuşdur ki, “pulu Talehə atmısan ya yox”, o da demişdir ki, atmışdır. Üstündən üç ay keçəndən sonra onu DTXdan çağırıb soruşmular ki, Şahid4 tanıyır, demişdir ki, bir dəfə görmüşdür. Bəhruz DTXya yalan ifadə verərək guya onun ona 200 manat pul borclu qalmağını demişdir. DTXda işi araşdırıb, həqiqətən də onun ondan pul almadığını və heç bir borcunun olmadığı sübut olunmuş, onu oradan buraxmışlar. Sonradan o, tutularkən Şahid4 Taleh adlı şəxsi məhkəməyə verərək 4000 manatı məhkəmədə təsdiqlətdirib pensiyasına yönləndirməyə nail olmuş, Talehə də dəfələrlə demişdir ki, həmin pulu Anardan da alacaqdır. O, Bəhruzdan pul almamışdır. Talehdən almış və aldığını da qaytarmış, bunun çekləri də vardır. Zərərçəkmiş şəxs30 tanımır, ondan pul almamışdır. Bundan başqa göstərdi ki, Zərərçəkmiş şəxs8 tanıyır, sonunucu daha öncədən onun ofisinə yaxınlaşıb, müharibədə iştirak etdiyini, əlillik pensiyasının çıxmasına köməklik etməyini istəmişdir. Sonra atası ilə gəlmiş, o, onun atasına geniş izahat vermişdir ki, “sizin oğlunuz öncə Şirvan MRX-da nevroloji kabinetdə anket açılacaq, 1 saylı Psixiatriya xəstəxanasına gedəcək, Şirvan MRX-da yatacaq. Daha sonra Bakı şəhəri Montin adlı yerdə yerləşən Psixi Mərkəzin həkimi Fuad İsmayılovun yanına gedib oradan da rəy alınacaq. EQ aparatından keçəcək və katedən keçəcək. Yenidən 1 saylı Psixiatriya xəstəxanasında komissiyadan keçəcək. Bütün sənədlər toplanaraq regional Salyan Psixiatriya xəstəxanasından Qeydiyyatdan keçərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndəriləcək”. Bunları tam şəkildə sadaladığı orqanlardan keçirmiş, hər gedəndə də şəxsi maşınla aparılıb gətirilmişdir. Bunu sadəcə Salyan xəstəxanasında kodu yanlış göndərilməsi ilə bağlı imtina cavabı gəlmişdir ki, yenidən sistemə müraciət olunsun. Atası ona zəng edərək hədə-qoxu gəlmişdir ki, onun yuxarıda qohumu işləyir, onu tutduracaqdır. Ona artıqlaması ilə pulunu verəcəkdir. O, ondan xahiş etmişdir ki, səbirli olsun. Sənədlər bir daha dəqiq göndərilsin, nəticəsini özü görəcəkdir. Zərərçəkmiş şəxs8 aldığı 1300 manat puldan 300 manat pul isə onunla bağladığı müqavilə pulu olmuş, qarşılığında xidmət göstərmiş, ona görə də 1300 manat (bir min üç yüz) manat məbləğində pulu ona qaytarmamışdır. Bundan göstərdi ki, Zərərçəkmiş şəxs17 tanıyır, onunla Elnur adlı şəxsin vasitəsilə tanış olmuş, bir gün söhbət əsnasında X73 rayonunda yerləşən məktəblərdən birində müəllim kimi çalışdığını demiş, X92 şəhərində işləmək istədiyini bildirmiş, o, Elmirin iş yerinin Sabirabad rayonu ərazisindən Şirvan şəhər ərazisində dəyişdirə biləcəyini yalandan Elnura bildirmişdir. 20 may 2023-cü il tarixdə onun fəaliyyət göstərdiyi ofisdə Elnur və Elmirlə görüşmüşlər. Bu işin alınması üçün Elmirdən ümumilikdə 5500 manat pul almış və tez bir müddətdə Elmirin işə çıxacağına söz vermişdir. Bir iki aydan sonra Elmir işin düzəlmədəyini görüb pulunu geri istəmiş, o, həmin 5500 manat pulu ona qaytarmışdır. Bundan başqa göstərdi ki, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs21 tanıyır, Zərərçəkmiş şəxs4 onun ofisinə yaxınlaşaraq pensiyasının kəsildiyini, kömək etməyini istəmiş, o, ona bildirmişdir ki, Şirvan MRX-dan terapiya şöbəsində və Bakı şəhəri Mirqasımov adına Baş Klinik Xəstəxanasına və Bakı şəhəri Endokroloji xəstəxana və yenidən Şirvan MRX-da yatmalısınız. İradə ona demişdir ki, nə qədər pula həll olunar. O da demişdir ki, “bizim sizə kömək etməyimiz və yol xərci, xəstəxanalara verilən pullar 3000 manat civarında tutacaqdır”. O, ona demişdir ki, həyat yoldaşı ağır diabet xəstədir. Ona görə o qədər pulu yoxdur. Ona qabaqcadan 500 manat pul verə bilər. O, bununla razılaşmış, onunla müqavilə bağlamışdır. Sonra Zərərçəkmiş şəxs4 onu aldadaraq bir qohumunun pensiyasının da düzəlməyini istəmişdir. O, həqiqətən düşünmüşdür ki, onun qızı Zərərçəkmiş şəxs21 bunun qohumudur. Amma həqiqətdə qızıdır. O, Samirə ilə görüşmüş, xəstələyi barədə dinlədikdən sonra demişdir ki, onu nevroloji yatızdıraraq, ona xəstə kimi 3 dərəcəli əlillik verdirə bilər. Bunu dedikdən sonra Samirə ona nə qədər pul istəyəcəyini demiş, ona 350 manat müqavilə pulu, 3000 manat da onun yatmağının xərci olacağını demişdir. O, onu müqavilə bağalayaraq iki dəfə ona 1500 manat və 1500 manat olmaqla 3000 manat pul vermişdir. 350 manat müqavilə pulu vermədiyinə görə 350 manatdan müqavilə pulunu daxil etmişlər. Yatızdırıma pulu tam olmamışdır. Samirə xanım dəfələrlə ona zəng edərək hər dəfə işi barəsində soruşmuşdur. Samirəyə demişdir ki, “İradə xanım mənə 500 manat pul vermişdir”. İradə qabaqcadan Samirədən 3000 manat alıb amma qızına bilmişdir ki, guya həmin pulu ona vermişdir. Amma bu doğru deyil. İradə ona 500 manat pul vermişdir. Alınmış pulun 1500 manat hissəsini qaytarmışdır. Bundan başqa göstərdi ki, Zərərçəkmiş şəxs5 tanıyır, Lamiyyə adlı şəxs qardaşı ilə yanına gəlib ona demişdir ki, məktəbə işə düzəlmək istəyir. Həyat yoldaşı da hazırda Rusiyadadır. O, ona demişdir ki, “siz imtahanı verməlisiz, imtahanda iştirakınız vacibdir. İmtahandan sonra kömək edə bilərəm”. Onlar ona 2500 manat pul təklif etmişdir. O da onlarla razılaşmış, borc müqaviləsi bağlamışdır. Özləri onunla borc müqaviləsi bağlamışdır. Bununla bağlı onun hal şahidləri var ki, özü ona pul təklif etmiş və borc müqaviləsini özü dəfələrlə istəmişdir. O da razı olmuş, şirkət daxili onlarla borc müqaviləsi bağlamışdır. Burda heç bir dələduzluq olmamış, aralarında borc müqaviləsi olmuş, həmin 2500 manat borc sayılmışdır. Bundan başqa göstərdi ki, X13 tanıyır, Havanisə onun ofisinə gəlib, oğlu Faiqin qolunun anadan gəlmə əyri olmağını, Travmatologiya İnstitutundan rəy alınmağına müraciət etmişdir. Faiqi ofisinə çağırıb onun qoluna baxış keçirib, sabahı gün anasına bildirmişdir ki, 600 manat pul lazımdır. Havanisədən aldığı 600 manat pulu atası X86 ilə görüşüb tam olaraq qaytarmışdır. Bundan başqa göstərdi ki, Zərərçəkmiş şəxs23 tanıyır, X79 şəhərində onun ofisinə əlində sənədlərlə gəlmişdir. Sənədlər yetərsiz olmuş, bununla bağlı 1 saylı Psixiatriya Xəstəxanasına aparılıb və orada müvafiq sənədlər komissiyadan keçərək alınmışdır. X39 Mərkəzinə aparılmış oradan da tutarlı sənədlər alınmış, EQ, Kate sənədləri hazırlanmış və özünə təqdim olunmuşdur. Bu aralarda onun səhhətində güclü problem olduğu üçün onun göstərişi ilə xəstəxanalara etmiş və müvafiq sənədlər verilmişdir. Aralarında 350 manat ödənişlə müqavilə bağlanmışdır. 350 manat həmin min manatın içində olmuş, dediyi pul isə ona verilməmiş, gedilən xəstəxanalarda sənədlərin alınması üçün verilmişdir. Ona çatası 350 manat müqavilə pulu olmuş, başqa pul almamışdır. Bundan başqa göstərdi ki, Zərərçəkmiş şəxs14 Etibar oğlunu tanıyır, sonuncunu Psixiatriyaya aparmış, orada müvafiq sənəd alınmış, orada yatan şəxslər hər həftnin ikinci və beşinci günü gedib qol çəkib dərmanlarını götürməlidir. Bu təxmini 21-28 gün arası müddətdir. O, hər dəfə oraya şəxslərin yerinə gedib dərmanları almış, hər dəfəsində orada işləyən qızlara 10-15 manat pul vermiş, o, ona min manat verməmiş, 350 manat müqavilə pulu olmuşdur. Ondan 1000 (bir min) manat məbləğində pul almış, qaytara bilməmişdir. Bundan başqa göstərdi ki, Zərərçəkmiş şəxs24 tanıyır, onu Şirvan şəhərində “Araz” zavoda işə düzəltmək müqabilində cəmi 2700 manat pulunu almışdır. Bir ay sonra Ramizin oğlu ona zəng etmiş və demişdir ki, iş lazım deyil, pulu geri qaytar. Sonradan Zərərçəkmiş şəxs24 almış olduğu pulu tam həcmdə qaytarmaqla dəymiş ziyanı ödəmişdir. Bundan başqa göstərdi ki, Zərərçəkmiş şəxs20 tanıyır, Niyaməddin öz tanıdığı birinci qrup əlil olan şəxslə onun Şirvan şəhərində restoranların birində görüşmüşlər. Niyaməddin oğlunun FHN-ə düzəlməsi ilə bağlı ondan xahiş etmişdir. O, onlara demişdir ki, bununla bağlı dəqiq öyrənib deyəcəkdir. Qabaqcadan ona 1000 manat vermişlər, o, onlara demişdir ki, 9000 manat civarında pul istəyirlər. Niyaməddinin oğlunu Bakı şəhərinə FHN-ə aparmışdır. Orada hansı sənədlərin gətirilməli olduğu onlara bildirilmişdir. Bunların hamısına şahid Səlimxan özü olmuşdur. Niyaməddindən alınmış 9000 manat pulu başqa şəxsə vermişdir. Sonradan tutulduğundan pulları qaytara bilməmişdir. Bundan başqa, Şirvan şəhər sakini Zərərçəkmiş şəxs16 Adıgözəl oğlunun arvadı X50 dövlət imtahanında iştirak etmədən diplom almasına köməklik edəcəyini yalandan vəd edib 2022-ci ilin iyun ayının sonlarında tarixdə Şirvan şəhəri H.Əliyev adına olan parkda 5000 manat pulunu ələ keçirmiş, həmin pulu tam olaraq qaytarmışdır. Bundan başqa göstərdi ki, Zərərçəkmiş şəxs7 tanıyır, sonuncu ona pensiya işinin düzəlməsi ilə müraciət etmişdir. Belə ki, sonuncu ilə Şirvan şəhər mərkəzi Xəstəxanasında rastlaşmış, həmin vaxt aralarında danışıq olmuşdur ki, onun pensiya işinin düzəlməsi ilə 3000 manat pul verməsini bildirmiş, bu barədə aralarında razılıq olmuşdur. 2021-ci ilin oktyabr-noyabr aylarında o, Zərərçəkmiş şəxs7la şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elit” TM-nin yaxınlığında görüşmüş və ondan əlbəəl 3000 manat pul almış, sonradan işini həll edə bilmədiyindən aldığı 3000 manatı Zərərçəkmiş şəxs7 qaytarıb vermişdir. Bundan başqa göstərdi ki, Zərərçəkmiş şəxs26 tanıyır, mahiyyəti üzrə bildirmişdir ki, Kamran 2-ci Qarabağ müharibəsində yaralanmış və 3-cü qrup əlilliyə görə pensiya almışdır. 2021-ci ildə Kamranla aralarında olan danışıq zamanı xalasının yoldaşının astma xəstəsi olmasını, maddi vəziyyətlərinin yaxşı olmamasını, ona pensiya düzəltmək istədiyini, ona bu barədə köməklik etməyimi bildirmişdir. O da ona bu barədə köməklik edəcəyini bildirmiş və bu işlə bağlı onu tanışı Cavid Astanovla tanış etmiş, həmin vaxt Kamran, o və Cavid arasında olan danışıq olan zaman Kamrana bildirmişdir ki, xalasının yoldaşının pensiya işi düzələ bilər. Bunun üçün 3000 manat pul lazım olduğunu bildirmişlər və aralarında razılıq olmuş, təxminən 2 gün sonra 3000 manat pulu X87 Şirvan şəhərində yerləşən 9 nömrəli məktəbin yaxınlığında görüşmüş və 3000 manat pulu əlbəəl ona vermişdir. Lakin Zərərçəkmiş şəxs26 pensiya işi həll edilməmişdir. Hazırda Zərərçəkmiş şəxs26 dəymiş ziyanı tam olaraq ödəmişdir. Bundan başqa göstərdi ki, X19 tanıyır, sonuncu ilə ilk dəfə 2022-ci ildə Şirvan şəhərində yerləşən ”GÜVƏN A.K.” MMC ofisimdə görüşmüş, belə ki, 2022-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 ofisinə gəlmiş və özünə təqaüd düzəltməsi ilə bağlı söhbət etmişlər. O da, ona bu məsələni hüquqi yolla həll etməyin asan olduğunu bildirmişdir. Bunun qarşılığında ondan 2500 manat pul istəmişdir. O da, onunla razılaşmış, 08 avqust 2022ci il tarixdə Zülfiqar 2500 manat pulu Şirvan şəhərində ofisində ona vermiş, sonrasında Zərərçəkmiş şəxs1 işin həll edə bilməmiş, aldığı pulu da ona qaytarıb vermişdir. Bundan başqa göstərdi ki, Zərərçəkmiş şəxs2 tanıyır, sonuncu 2020-ci il tarixdə 44 günlük 2-ci Qarabağ müharibəsi iştirakçısıdır, həmin dövrdə Kəlbəcər rayonunun azad edilməsi uğrunda döyüşlərdə iştirak etmiş, həmin döyüşlərdə ayaq və baş nahiyəsindən xəsarət almış və aldığı xəsarətlər səbəbindən Bakı şəhəri ərazisində yerləşən Müdafiə Nazirliyinin hərbi hospitalında müalica almışdır. Həmin dövrdə o, Zərərçəkmiş şəxs2la tanış olmuş, aralarında olan söhbət zamanı ona əlillik təqaüdü düzəltmək barədə köməklik etməyini bildirmiş, o da onunla razılaşmış, pensiya işinin düzəlməsi üçün 9000 manat pul lazım olduğunu bildirmişdir. O da, işinin həlli üçün 7000 manat pul verəcəyini, iş düzəldikdən sonra isə 2000 manatı verəcəyini bildirmişdir. Bu barədə aralarında müqavilə bağlanmışdır. 04 iyul 2022-ci il tarixdə Vüqal Bağırov ona məxsus bank kartıma 5000 manat pul köçürmüş, təxminən 2 ay keçdikdən sonra 1000 manat pul birbank mobil tətbiqi vasitəsi ilə və həmin gündə 1010 manat pulu ödəniş terminalı vasitəsi ilə kart hesabına göndərmişdir. Zərərçəkmiş şəxs2 ümumilikdə ona pensiya işinin düzəlməsi üçün 7360 manat pul vermişdir. Sonradan Vüsalın işin həll edə bilməmiş, aldığı pulun 2000 manatını qaytarmış, qalan pulu da qaytarib verə bilməmişdir. Bundan başqa göstərdi ki, Zərərçəkmiş şəxs15 tanıyır, sonuncu 2022-ci ilin iyul ayında ofisə gəlmiş, ona anası X51 əllillik dərəcəsi təyin etdirməkdə ona kömək etməyini bildirmiş, o da ona işinin həlli üçün 1500 manat pul lazım olduğunu demiş, o da onunla razılaşıb onunla müqavilə bağlamışlar, 350 manat müqavilə pulu vermiş, 1500 manat pulu isə verməmişdir. Sonrasında onun işini həll edə bilməmiş, aldığı 350 manat pulu qaytarmamışdır. Bundan başqa göstərdi ki, X26 tanıyır, sonuncu 2022-ci ildə onun işlədiyi Şirvan şəhərində yerləşən ofisinə gəlmiş və ona pensiya işinin düzəlməsində kömək etməyini bildirmişdir. O da, ona pensiya işinin düzəlməsi ilə bağlı kömək edə biləcəyini bildirmiş və bunun üçün 1500 manat pul lazım olduğunu demişdir. Növbəti gün İlqar 1500 manat pulu əlbəəl ona Şirvan şəhərində yerləşən ofisində vermiş, o da onun pensiya sənədlərini düzəltsə də, onun pensiya işi alınmamışdır. O da aldığı 1500 manat pulu sonradan qaytarmaqla maddi ziyanı ödəmişdir. Bundan başqa göstərdi ki, Zərərçəkmiş şəxs6 tanıyır, sonuncunun oğlu 02 iyun 2022-ci il tarixdə hərbi xidmətə getmiş, Bakı şəhərində yerləşən "384" saylı hərbi hissədə qulluq etmişdir. Zərərçəkmiş şəxs6 ona müraciət edərək, oğlu Nicatın "384" saylı hərbi hissədə əsgər olduğunu, onu hərbi hissədə "bağa" keçirmək istədiyini bildirmiş və ona köməklik etməyini bildirmiş, o da ona bu barədə kömək edəcəyini bildirmiş, bu iş üçün 2500 manat pul lazım olduğunu demiş, o da, onunla razılaşmış və ona məxsus bank kartına 26 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində 2500 manat pul göndərmiş, həmin vaxt o, Sabirənin oğlunun işini həll edə bilməmiş, aldığı 2500 manat pulu qaytarıb ona vermişdir. Bundan başqa, göstərdi ki, X52 tanıyır, sonuncu 2-ci Qarabağ müharibəsində iştirak etmiş və yaralanmış, lakin buna baxmayaraq o, əlilliyə görə pensiya ala bilməmişdir. 2022-ci ilin oktyabr ayının əvvəllərində tanışı X66 vasitəsi ilə pensiya işinin həlli ilə bağlı ona müraciət etmiş, 10 oktyabr 2022-ci il tarixdə Adəm və atası X76 ilə Şirvan şəhərində görüşmüşlər, onlar "Çay bağı" adlanan kafeyə getmişlər, orada Adəm ona pensiya işinin düzəlməsində ona kömək etməyini bildirmiş, o da ona pensiya işinin düzələcəyini bildirmiş və ona 2400 manat pul lazım olduğunu demişdir, həmin vaxt Adəm aralarında olan danışıq əsasında 2400 manat pulu orada ona vermiş, Sonrasında o, Adəmin pensiya işin həll edə bilməmiş, aldığı pulu da öz ehtiyaclarına xərcləmişdir. X3 dəymiş ziyanı aradan qaldırmışdır. Bundan başqa göstərdi ki, Zərərçəkmiş şəxs11 tanıyır, sonuncu 2-ci Qarabağ müharibəsində iştirak etmiş və yaralanmış, lakin buna baxmayaraq o, əlilliyə görə pensiya ala bilməmişdir. 2022-ci ilin oktyabr ayının tanışı X66 vasitəsi ilə Sənan Əliyevlə tanış olmuşlar, o, ona əlilliyə görə pensiya düzəltməkdə köməklik etməyini bildirmişdir. 13 oktyabr 2022-ci il tarixdə sonuncu ilə Şirvan şəhərində görüşmüşlər və ona 1800 manat deyil, 1000 manat pul vermiş, sonrasında o, onun pensiya işin həll edə bilməmiş, aldığı puluda qaytarıb verə bilməmişdir. Bundan başqa göstərdi ki, Zərərçəkmiş şəxs12 tanıyır, sonuncu 2-ci Qarabağ müharibəsində iştirak etmiş və yaralanmışdır. Lakin bunun üçün əlilliyə görə pensiya ala bilməmişdir. 2022-ci ilin oktyabr ayının əvvəllərində Əfsunla tanışı İmişli şəhər sakini X66 vasitəsi ilə tanış olması, 13 oktyabr 2022-ci il tarixdə Əfsunla Şirvan şəhərində yerləşən ofisində görüşməsi, həmin vaxt ona pensiya işinin həll edilməsi barədə kömək edə biləcəyini bildirmiş və qabaqcadan aralarında olan razılıq əsasında 2500 manat pulu ona verməsi barədə ibtidai istintaq zamanı ifadə versə də hazırda bu barədə heç nəyi xatırlamır. Ola bilsin ki həmin pulu Zərərçəkmiş şəxs12 almışdır, qaytara bilməmişdir, lakin hazırda onu xatırlamır. Bundan başqa göstərdi ki, Zərərçəkmiş şəxs10 tanıyır, sonuncu ilə 2022-ci ilin oktyabr ayında Vüqar ona müharibə iştirakçısı olduğunu və bununla bağlı ona kömək etməyini bildirmişdir. Vüqardan 1500 manat pul alsa da aralarında 3000 manat almasına dair notarial qaydada borc müqaviləsi bağlanmışdır. Aldığı puluda qaytarıb verə bilməmişdir. Bundan başqa göstərdi ki, Zərərçəkmiş şəxs19 tanıyır, sonuncu 2020-ci ildə İkinci Qarabağ müharibəsində düşmənə qarşı gedən döyüşlərdə iştirak edib yaralanmış, lakin "qazi" statusu ala bilməmişdir. Elşəndən 7000 manat almasına dair borc müqaviləsi bağlamışdır. Sonrasında Elşənin qazilik işin həll edə bilməmiş, 4000 (dörd min) manat onun dostuna qaytarılmış, 3000 (üç min) manat borcu qalmışdır. Bundan başqa göstərdi ki, Zərərçəkmiş şəxs22 tanıyır, sonuncu könüllü olaraq 44 günlük Vətən müharibəsində iştirak etmiş və ağır yaralanmışdır. Veteran statusu olsa da, ona əllilik dərəcəsi hələki təyin olunmamışdır. 2022-ci ilin ortalarında, Süleyman İsayev ona zəng edərək, Ceyhunun əlillik dərəcəsi ala bilmədiyini, ona kömək etməyini bildirmiş, sonrasında o, Ceyhunla Sabirabad rayonunda "Qlobus" dairəsi adlanan yerdə görüşmüşlər. Ona pensiya işinin 4500 manata başa gələcəyini bildirmiş, aralarında bu barədə razılıq olmuş, 2022-ci ilin avqust ayının əvvəllərindən 2022-ci ilin dekabr ayının əvvələrinə qədər olan müddətdə Ceyhun ona məxsus bank kartına İmişli şəhərinin müxtəlif yerlərində olan bankomatlar vasitəsilə ümumilikdə 1000 manat pul göndərmiş, lakin o, Ceyhunun pensiya işin düzəldə bilməmiş, aldığı 1000 manat pulu da qaytarıb ona vermişdir. Bundan başqa göstərdi ki, Zərərçəkmiş şəxs27 qızını tanıyır, sonuncu ilə aralarında heç bir formada pensiya və ya başqa işin düzəlməsi ilə danışıq olmamış, o, Gülbənizdən 7500 manat pulu sələm qarşılığında götürmüş, həmin 1000 manat puluda ona qaytarıb vermişdir. Bundan başqa göstərdi ki, Zərərçəkmiş şəxs31 tanıyır, sonuncunu 2022-ci ilin avqust ayında tanımış, Afis ona təqaüdə çıxmaq barədə köməklik etməyini bildirmiş, o da ona bu işin həlli üçün 9000 manat pul lazım olduğunu demiş, Afisdən işin həll olunması üçün 9700 manat pul deyil, 3000 manat pul almışdır. Həmin pulun 2300 manatını Afisin müayinə və müalicəsinə xərcləmişdir. Afisin pensiya işin həll edə bilməmiş, aldığı pulu da ona qaytarıb vermişdir. Bundan başqa, barəsində Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələri ilə Azərbaycan Respublikası DİN-in BMCMİ-də istintaqı aparılan və Şirvan şəhər polis şöbəsinə göndərilən cinayət işi üzrə də özünü təqsirli bilmir və Türkiyə vətəndaşı Şahid1 Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılması ilə bağlı ona xx.xx.2021-ci il tarixdə verilmiş Dövlət Miqrasiya Xidmətinə təqdim edilməsi zəruri olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə X38 regional laboratoriyası tərəfindən "İİV, viruslu hepatitler B və C-yə İFA müayinəsi haqqında" 024590 nömrəli arayışın qüvvədə olma müddəti bitdiyinə görə həmin sənəddə qeyd olunmuş "xx.xx.2021" rəqəmlərinin üzərindən ağardıcı maddə çəkərək və kağız parçası yapışdıraraq "xx.xx.2022" rəqəmlərini yazmaqla 09 sentyabr 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən evində düzəliş etmiş, lakin həmin sənədi dövlət qurumuna deyil, özəl ofisidə işləyən qadına “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə göndərmişdir. Bundan başqa o bildirmişdir ki, o aldığı pullardan heç kimə pul verməmiş, pul aldığı şəxsləri sadəcə olaraq onu tanış etmişlər, sonrasında danışıqları özü aparmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs31 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, ərizə verərək ona dəymiş ziyanın ödənilməməsini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş, nümayəndəsi məhkəmə iclasında iştirak etdiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs31 nümayəndəsi Nümayəndə bildirdi ki, oğlu Zərərçəkmiş şəxs31 döyüşlərdə yaralanmış, müalicələr almışdır. Oğlu təqsirləndirilən şəxslə tanış olmuş, təqsirləndirilən şəxs oğlunun təqaüdə çıxmasına kömək edə biləcəyini bildirmişdir. Əvvəlcə təqsirləndirilən şəxsə 4000 manat pulu şəxsən özü əlbəəl onun ofisində vermişdir, qalan pulu isə əlillik təyin olunduqdan sonra verməli idilər. Lakin təqsirləndirilən şəxs sonradan ona zəng edərək pul lazım olduğunu bildirdiyindən hissə-hissə olmaqla 5700 manat vermiş, ümumilikdə təqsirləndirilən şəxsə 9700 manat məbləğində pul verilmişdir. Hüquqi xidmətlə bağlı oğlu təqsirləndirilən şəxslə müqavilə bağlasa da müqavilədə nə qədər pul qeyd edilməsini bilmir. Dəymiş maddi ziyandan 1000 manat məbləğində pul qaytarılmışdır. Hal-hazırda təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs31 8700 manat borcu vardır. Sonrakı məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs31 nümayəndəsi Nümayəndə məhkəmə bildirişi verilməsinə baxmayaraq , zərərçəkmiş şəxs və nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs8 bildirdi ki, müharibə iştirakçısıdır, ona əlillik təyin edilməsi ilə məqsədi ilə təqsirləndirilən şəxsə müraciət etmişdir. Belə ki, onu müharibə iştirakçısı olan Cavid adlı şəxs vasitəsi ilə tanımış, bilmişdir ki, o, müharibə iştirakçısı olan şəxslərə əliliyin təyin edilməsində köməklik edir. Təqsirləndirilən şəxsin ofisində əlilliyin təyin edilməsi üçün Anara əvvəlcə 1300 manat, daha sonra isə 200 manat, ümumlikdə 1500 manat pul vermişdir. Əliliyin təyin edilməsindən imtina barədə məlumat gəldikdə o başa düşmüşdür ki, aldadılmışdır. Ona dəymiş zərər ödənilməmişdir və təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs10 bildirdi ki, Təqsirləndirilən şəxs tələbə yoldaşı Kamran vasitəsi ilə tanış olmuşdur. Kamran Təqsirləndirilən şəxs ona müharibə istirakçılarına əlillik dərəcəsi təyin etdirməsi barədə köməklik edəcəyini bildirmiş, onu vəkil kimi təqdim etmişdir. O, Təqsirləndirilən şəxs onu aldada biləcəyindən şübhəli olduğundan bununla bağlı 1 nömrəli notariat kontorunda notarial qaydada 3000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Pulu verdikdən sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, iş ilin sonuna qədər həll olunacaq. Lakin artıq müqqavilə müddəti başa çatmasına baxmayaraq əlillik təyin edilmədiyindən aldadıldığını başa düşmüşdür. Ona dəymiş zərər ödənilməmişdir və təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 bildirdi ki, o, müharibə iştrakçısıdır. Təqsirləndirilən şəxs qazi Kamran vasitəsi ilə tanımış, Təqsirləndirilən şəxs əlillik dərəcəsini təsdiq edilməsi ilə əlaqədar müraciət etmiş, onunla 9000 manat müqabilində razılaşmışlar. Hüquqi xidmətə görə 350 manat müqavilə bağlamış, 5000 manat onun kart hesabına köçürmüş,daha sonra isə 2000 manat pul vermişdir. 2000 manat məbləğində pul atası tərəfindən Kamrana verilmiş, Kamran da həmin məbləğdə pulu ona vermişdir. Anarın atası ona pulun qaytarılacığını bildirib ondan şikayətini götürməsini xahiş etmiş, bundan sonra o , təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş zərərin tam ödənildiyini və şikayətinin olmadığı barədə notarial qaydada təsdiq edilmiş ərizəsini istintaq orqanına təqdim etmişdir. Lakin ona dəymiş ziyan qaytarılmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda ona 5350 manat məbləğində pul verməlidir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs14 bildirdi ki, o, könüllü olaraq 44 günlük Vətən müharibəsində iştirak etmiş və ağır yaralanmışdır. Veteran statusu olsa da, ona ǝllilik dərəcəsi hələki təyin olunmamışdır. Təqsirləndirilən şəxs əlillik dərəcəsini təsdiq edilməsi ilə əlaqədar müraciət etmiş, 2500 manat müqabilində razılaşmışlar. 1000 manat pulu ona əlbəəl vermiş, qalan 1500 manat isə iş həll olunduqdan sonra verməli idi. Danışıqlarından 3 ay keçdikdən Təqsirləndirilən şəxs xəbər çıxmadığından ona zəng etmiş, lakin onun telefonuna zəng çatmamış, daha sonra bilmişdir ki, aldadılmışdır. Ona dəymiş 1000 manat maddi ziyan ödənilməmişdir, ondan şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs16 Adıgözəl oğlu bildirdi ki, onun həyat yoldaşı X27 "Bakı Dövlət Universiteti"ni təxminən 10 il bundan əvvəl bitirib, lakin dövlət imtahanlarından kəsildiyi üçün diplomunu ala bilməmişdir. O da bu barədə Anar adlı şəxsə söhbət əsnasında məlumat vermişdir. 2022-ci ilin iyun ayında Anar ona həyat yoldaşı Lalənin diplomunu imtahansız həll edə biləcəyini bildirmişdir. O da ona bunu imtahansız hansı yolla həll edə biləcəyini soruşmuş, Anar ondan bunun qarşılığında 5000 (beş min) manat pul istəmişdir. O da Anara Şirvan şəhəri H.Əliyev adına olan parkda 3000 manat və 2000 manat olmaq, ümumlikdə 5000 manat pul vermişdir. Vaxt tamam olduqda o ondan diplomla bağlı soruşduqda gözləməyini, diplomun düzələcəyini vəd etmişdir. Anarın vədinə əməl etmədiyini görüb ondan pulunu geri qaytarmasını tələb etmiş, Anar bu dəfə də pulu qaytarmağı vəd etsə də, yenə də o vədinə əməl etməyərək ona müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmışdır. Ona dəymiş maddi ziyandan 3250 manat qaytarılmış, qalan 1750 manat pul ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş X35 bildirdi ki, o, Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Onun tanıdığı müharibə iştirakçısı ona hüquqi xidmət göstərən Anar adlı şəxsin olduğunu bildirmiş, o da ona pensiya təyin edilməsində köməklik etməsi üçün Anara müraciət etmişdir. Anar ona köməklik edə biləcəyini bildirmiş, 3000 manat pul müqabilində razılaşmışlar, 1500 manat pulu ona vermiş, qalan pulu isə iş düzəldikdən sonra verməli idi. Ona dəymiş 1500 manat maddi ziyandan 550 manat ödənilmiş, 950 ödənilməmiş pul qalmışdır. Lakin təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs5 bildirdi ki, o ibtidai sinif müəllimidir. Əvvəllər ibtidai sinif müəllimi kimi işləmiş, sonradan ailə vəziyyəti ilə əlaqadar olaraq işdən ayrılmışdır. Şirvan şəhərində yaşayan Anar adlı bir hüquqşünas olduğunu və Anarın ailə vəziyyəti çətin olan şəxsləri yaşadığı kənddə yerləşən məktəbdə işlə təmin etməyə hüquqi yolla kömək edə biləcəyini eşitmişdir. 2022-ci ilin aprel ayının sonlarında qardaşının Xəqani ilə birlikdə Anarın işlədiyi Şirvan şəhərində yerləşən Humanitar Kollecin yaxınlığında yerləşən ofisə gəlmişlər. Anarla danışmış və məsələni ona izah etmişdir. Anar onu öz kəndlərində ibtidai sinif müəllimi kimi işə düzəltdirəcəyini və bu işin düzəlməsi üçün 2500 manat pul lazım olduğunu demişdir. Təqsirləndirilən şəxslə 5000 manat pula razılaşmışlar, 2500 manat pulu ona əlbəəl vermiş, o, pulu ona verəndə qardaşı Xəqani də onunla birlikdə olmuş, 2022-ci ilin avqust ayının sonlarında Rusiya Federasiyasının Amur vilayətində yaşayan həyat yoldaşı X75 zəng edərək işin nə yerdə olduğunu soruşanda o, müxtəlif bəhanələr gətirib işin yubandığını demişdir. Bundan sonra o aldadıldığını bilmişdir. Ona dəymiş 2500 manat maddi ziyan ödənilməmişdir və şikayətçidir . Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs20 bildirdi ki, oğlu müharibə iştirakçısıdır, 2022-ci ilin sentyabr ayında oğlu Şahid3 dövlət orqanlarının birində işə düzəlməsi üçün tanışlar axtaran zaman Sabirabad rayonu Qalağayın kənd sakini tanışı Rahib Anar adlı tanışı olduğunu və oğlunu işə düzəltməkdə kömək edə biləcəyini demişdir. Anarla mobil telefondan danışıb Şirvan şəhərinə görüş təyin etmişlər. Bundan sonra sentyabr ayının sonlarında Anar, Rahib və o Şirvan şəhərində “Banuçiçək” adlı restoranda görüşmüşlər. Anara oğlunu işə düzəltmək istədiyini bir daha demiş, Anar oğlu Səlimxanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sabirabad rayonu şöbəsinə yanğınsöndürən kimi işə düzəldə biləcəyini deyib, bu işin 9000 manata başa gələcəyini bildirmişdir. O, oğlunun hər ay təxminən 450-500 manat maaş alacağını, sonrakı illərdə maaşının artacağını demişdir. O da Anarla razı olmuş, həmin vaxt Rahibin yanında ona 2022-ci ilin sentyabr ayının sonlarında Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Banıçiçək” restoranında 500 manat pul vermişdir. Həmin pul Anarın deməsinə görə ilkin sənədləşəmələr üçün lazım olmuşdur. Bundan təxminən oktyabr ayının 15-də Anar ona zəng edərək oğlum Səlimxanı Şirvan şəhərinə göndərməyini və birlikdə Bakı şəhərinə həkim kommisiyasına aparacağını demişdir. Həmçinin 5000 manat pul göndərməyini də istəmişdir. O, oğlu Səlimxana həmin tarixdə, yəni 15 oktyabr 2022-ci il tarixdə 5000 manat pul verib taksi ilə onu Şirvan şəhərinə yola salmış, Səlimxan pulu həmin tarixdə Anara ona məxsus Şirvan şəhəri, 20 Yanvar küçəsində yerləşən ofisində vermişdir. Anar pulu Səlimxandan aldığını ona zəng edib bildirmiş, oğlunu köməkçisi Kamran adlı şəxslə Bakı şəhərinə yola saldığını demişdir. Həmin gün oğlu həkim müayinəsindən keçib evə qayıtmış, o, Bakıya Kamran adlı şəxslə gedib gəldiyini demişdir. Bundan təxminən 10 gün sonra, 30 oktyabr 2022-ci il tarixdə Anar yenidən ona zəng edərək X40 Nazirliyinin Bakı şəhərində yerləşən Baş İdarəsinə yoxlanışa aparacağını demiş və qalan 3500 manat pulu oğlu ilə göndərməyini bildirmişdir. O, yenə də oğluna həmin gün, yəni 30 oktyabr 2022-ci il tarixdə 3500 manat pul verib onu Anar görüşüb pulu ona verməsi üçün Şirvan şəhərinə yola salmış, oğlu Səlimxanda 3500 manat pulu 30 oktyabr 2022-ci il tarixdə Anarla sonuncunun ofisində görüşüb ona vermişdir. Sonra oğlu Səlimxan deməsinə görə, Anar və Kamran adlı şəxslə Bakı şəhərinə getmiş, müəyyən yoxlanışlardan keçmiş və sonra evə qayıtmışdır. 5 gün keçəndən sonra Anarla əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşmuş, Anar onu inandırmağa çalışmışdır ki, iş tezliklə öz həllini tapacaqdır. Ümulikdə , təqsirləndirilən şəxsə 9000 manat pul vermişdir. Ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs27 qızı bildirdi ki, bacısıoğlu Adəm pensiya düzəltmək üçün bir nəfar tanışı olduğunu və həmin adama 2500 manat pul verdiyini, pensiyası düzəldikdən sonra isə 2500 manat da verəcəyini bildirmişdir. Adəm həmin adamın hüquqşünas vəkil olduğunu, adının Təqsirləndirilən şəxs olduğunu demişdir. Adəm 44 günlük müharibadə iştirak edib, döyüşlərdə xəsarət alsa da hələki pensiya ala bilməmiş, onun kürəkəni Hacıqabul şəhər sakini X28 da müharibə iştirakçısıdır. O, da döyüşlərdə travma almasına baxmayaraq pensiya almamışdır. Anarla onu tanış etməsini, Adəmdən xahiş etmiş, o da kürəkəninə pensiya düzəltdirmək istəmiş, belə ki, Anarın mobil nömrəsini əldə etdikdən sonra onunla danışmış və kürəkəninin pensiya alması üçün köməklik etməsini ondan xahiş etmişdir. Anar onunla razılaşmış və bu işin alınması üçün ümumilikdə 5000 manat pul lazım olduğunu demiş, Anar kürəkəninin hər ay təxminən 800 manat pensiya alacağını demişdir. Anar ona verilməli olan həmin pulun 4000 manatını əvvəlcədən, qalan 1000 manat isə iş düzəldikdən sonra verməli olduğunu demişdir. Anar hüquqşünas olduğunu bu işləri rahat şəkildə düzəldə biləcəyinə onu inandırmışdır. Anarla söhbət əsnasında ona İmişli rayon Məhkəməsində mübahisəli məsələsi olduğunu və Şirvan Apelyasiya Məhkəməsinə şikayət edəcəyini və onu müdafiə etməsini ondan xahiş etmiş, Anar vəkil olduğunu və Şirvan Apelyasiya Məhkəməsində onun lehinə qərar qəbul etdirə biləcəyini demişdir. Onun mülki iş üzrə tələbi isə 20000 manat olmuşdur. Anar bu işin həll olunması üçün ümumilikdə 3500 manat pul istəmişdir. Anar həmin pulun 500 manatını ona çatacağını, qalan 3000 manat pulun isə tanımadığı hakimə çatacağını demişdir. O, onunla razılaşmış, beləliklə iki işin alınması üçün ona ümumilikdə 7500 manat pulu ödəmə terminalı vasitəsilə İmişli şəhərindən göndərmişdir. Anar pulları ondan əldə etdikdən sonra ona zəng edib kürəkəni Məhəmmədi həkim komissiyasına aparmaq istədiyini və dediyi yerə gəlməsini istəmişdir. Anar Məhəmmədi həkim komisiyyasından keçirib gətirmiş, bundan sonra onlar inanmışlar ki, Anar Məhəmmədin pensiya işini düzəldəcək. Anar Məhəmmədi 3 ay müddətinə pensiyaya çıxaracağını demişdir. 2023-cü ilin fevral ayında Şirvan Apelyasiya Məhkəməsində o, iddiaçı qismində olduğu zaman Anarın vəkil kimi iştirak etmədiyini görmüşdür. Səbəbini köməkçilərdən soruşduqda onlar ona Anar adlı vəkili tanımamışlar və Şirvan şəhərində Anar adlı vəkil olmadığnı demişlər. Bundan sonra başa düşmüşdür ki, o aldadılmışdır. Ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs28 bildirdi ki, həyat yoldaşı X1 rayonunda müəlimə kimi çalışmış, ailə vəziyyəti ilə əlaqədar onun iş yerinin Sabirabad rayonundan Şirvan şəhərinə keçirilməsini istəmiş, bununla bağlı olaraq 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs ilə onun ofisinda görüşmüş, məsələni ona bildirdikə Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onun nazirlikdə tanışları var, bu məsələni həll edə bilər. Bu məsələni həll etmək üçün isə 5000 manat pula ehtiyac olduğunu bildirmişdir. O da onunla razılaşmış, 5000 manat pulu tanışlarından faizə borc olaraq alıb 09 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onun ofisində əlbəəl vermişdir. Pulu verdikdən sonra o, aralarında borc olduğuna dair müqavilə vermiş və işin həll olunacağına onu arxayın etmişdir. 2022-ci ilin avqust ayında o, Təqsirləndirilən şəxs ofisinə gedərək məsələnin nə yerdə olduğunu soruşmuş, o isə ondan bir sıra sənədləri gətirməyini istəmişdir. Onun dediyi sənədləri toplayaraq ofisində özünə təqdim etmişdir. Sentyabr ayında dərslərin başlamasına artıq az qalmış, lakin Təqsirləndirilən şəxs heç bir xəbər olmamışdır. Atası ona borcun ödəniləcəyini bildirərək 500 manat pul vermiş, qalan pulu hər ay 500 manat olmaqla hissə-hissə verəcəklərini bildirdiyindən təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş zərərin tam ödənildiyini və şikayətinin olmadığı barədə notarial qaydada təsdiq edilmiş ərizə vermişdir. Lakin ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs11 bildirdi ki, 2-ci Qarabağ müharibəsində iştirak etmiş və yaralanmış, lakin buna baxmayaraq o, bunun üçün əlilliyə görə pensiya ala bilməmişdir. O, Anarı Kamran vasitəsi ilə vəkil kimi tanımışdır. 13 oktyabr 2022-ci il tarixdə o, Samir və digər tanışı Əfsun ilə birlikdə Şirvan şəhərinə gələrək burada Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. Bundan sonra onlar burada onun ofisinin yerləşdiyi yerə gəlmişlər. Ofisdə olarkən Təqsirləndirilən şəxsla ona tibbi şəhadətnamə alıb verməsi barədə razılaşmışlar. Bundan sonra ona bu iş üçün onunla qabaqcadan razılaşdıqları 1800 manat pulu təqsirləndirilən şəxs X99, Zərərçəkmiş şəxs12 və Şirvan sakini Kamranın yanında əlbəəl vermişdir. Bununla bağlı müqavilə bağlamışlar, müqavilədə hüquqi xidmətin 350 manat müqabilində olması qeyd edilmişdir. Ona dəymiş ziyanın ödənilməmişdir və ondan şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs9 bildirdi ki, 14 ildir ki, övladı 3-cü qrup əlilliyə görə pensiya almış, pensiya dayandırıldıqdan sonra pensiyanın verilməsinin davam etdirilməsi üçün sənədlər toplamağa başlamış, 2021-ci ilin iyun ayında Şirvan Şəhər Mərkəzi Xəstəxanasında tibbi ekspert komissiyasında olarkən həmin vaxt orada olan və özünü vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs oğlunun əlillik dərəcəsinə görə pensiyasının bərpasına kömək edə bilər. Anar onunla görüşərək bildirmişdir ki, oğlu Faiqin əlillik işi ilə bağlı 600 manat pul, oğlunun xəstəlikləri ilə bağlı sənədləri və digər sənədləri istəmişdir. Həmin vaxt o, onunla razılaşmış və Anarla “Azpetrol” YDM-nin yanında ona 600 manat pul vermişdir. Bundan sonra o, Anardan oğlu Faiqin işinə dair maraqlansa da, sonuncu ona hər dəfəsində yalan vədlər vermiş və bu yolla vaxt qazanmağa çalışmışdır . Anarın ona qarşı dələduzluq etmiş olduğunu başa düşmüş və Anar barəsində Şirvan Şəhər Polis Şöbəsinə şikayət etmişdir. Bundan sonra Anar pulu ona qaytarmışdır. Hazırda ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs23 bildirdi ki, o, könüllü olaraq 44 günlük vətən müharibəsində iştirak etmiş və ağır yaralanmışdır. Veteran statusu olsa da, ona əllilik dərəcəsi təyin olunmamışdır. Lakin səhhəti ilə əlaqədar olaraq onaq əllilik dərəcəsi təyin edilməlidir. 2022-ci ilin iyul ayında qonşu Süleyman İsayev ona Şirvan şəhərində bir vəkil olduğunu və hüquqi yolla ona əlillik təyin etdirib pensiyaya çıxmağa kömək edə biləcəyini demişdir. O, Süleymandan xahiş etmişdir ki, Anara zəng edib danışsın. Süleyman onun yanında Anara zəng etmiş və onun veteran olduğunu, döyüşlərdə yaralandığını, lakin əlillik dərəcəsi təyin edilmədiyini demişdir. Anar onun Şirvana gəlməyini və 1000 manat da pul gətirməyini Süleymana demişdir. O, Anarın dediyi kimi 1000 manat pul götürüb 2022-ci ilin iyul ayının əvvələrində Şirvan şəhərinə gəlmişdir. Anarın Şirvan dövlət İqtisadiyyat və Humanitar kollecinin qarşısındaki ofisinə yaxınlaşmışdır. Həmin ofisin qapısındakı elanda göstərilən xidmətlər, o cümlədən qazilərə əllilik dərəcələrinin təyin olunmasında köməkliklə bağlı qeydi də görmüşdür. O, həmin ofisə daxil olmuş, özünü ofisin rəhbəri kimi təqdim edən Anar adlı şəxs onu dinlədikdən sonra ona əllillik dərəcəsi təyin etdirməkdə kömək edəcəyini deyib, ona 1000 manat verməli olduğunu demişdir. O, ona dediyi məbləğdə olan pulu, yəni 1000 manatı Şirvan şəhərində işlədiyi ofisdə əlbəəl özünə vermişdir. Həmin gün Təqsirləndirilən şəxs onunla müqavilə imzalamış və həmin müqavilədə göstərilən xidmətin 200 manat olması ilə bağlı qeydi görsə də bununla bağlı Anara nəsə deməmişdir. Həmçinin Anar ondan şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və yaralanma haqqında xəstəlik şəhadətnaməsinin surətlərini də almışdır. Bundan sonra o, tam arxayın olmuşdur. Həmin müqavilənin surətini və mədaxil qəbzini götürüb evə getmiş və Anardan xəbər gəlməsini gözləmiş, lakin iş gecikmiş, onunla əlaqə saxlayan olmamışdır. O, dəfələrlə Anarla telefon əlaqəsi saxlamış, o, ona hər dəfə demişdir ki, səbrli ol, darıxma iş düzələcək. Son zamanlar o, onun telefon zənglərinə də cavab vermədiyi üçün aldadıldığını başa düşmüş, həmçinin onun barəsində ondan başqa da şəxslərin şikayət etdiyini bildiyi üçün Anardan Şirvan şəhər polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Nəticədə ona 1000 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənilməsə də ondan şikayətçi olmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş X67 bildirdi ki, təqsirləndirilən şəxs Anarı Əfsun və Samir Babayev vasitəsi ilə tanımışdır. X67, atası, o, Əfsun və Samir Babayevlə birlikdə onun ofisinə gedərək ona sənədlərin düzəlməsində köməklik etməsi məqsədi ilə müqavilə bağlamışlar. Anara ümumilikdə 2400 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan qaytarılmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs1 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, ərizə göndərərək ona dəymiş 2500 manat maddi ziyanın ödənilməsini , təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirmiş , məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyindən onun məhkəmə iclasında iştirakı təmin edilmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə 2022-ci ildə onun Şirvan şəhərində yerləşən ”GÜVƏN A.K.” MMC ofisində tanımış, belə ki, o, 2022-ci ilin avqust ayında onun ofisinə getmiş və özünə təqaüd düzəltməsi ilə bağlı Təqsirləndirilən şəxs ilə söhbət etmiş, Təqsirləndirilən şəxs ona bu məsələni hüquqi yolla həll etməyin onun üçün çox asan olduğunu bildirmiş, bunun qarşılığında isə 2500 manat pula ehtiyac olduğunu bildirmiş, o da onunla razılaşmış, 08 avqust 2022-ci il tarixdə o, Anarın dediyi 2500 manat məbləği Şirvan şəhərində sonuncuya məxsus ofisdə vermiş, pulu aldıqdan sonra Anar ona məsələnin həll olunacağını bildirmiş, bir müddətdən sonra işin heç bir nəticə vermədiyini görmüş və Təqsirləndirilən şəxs ilə əlaqə saxlamağa çalışmış, lakin bu mümkün olmamışdır. Heç bir zənginə cavab ala bilməmiş, bundan sonra Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etdiyini bilmiş və bu barədə şikayət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs3 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, ərizə göndərərək ona dəymiş 2400 manat maddi ziyanın ödənilməməsini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasına gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2014cu il tarixdə ürək xəstəliyi ilə əlaqədar olaraq əlillik pensiyasına çıxmış və 2-ci qrup əlil olmaqla hər ay 259 manat pensiya almışdır, 2021-ci il tarixdə bir çox vətəndaşda olmaqla onun da əlillik pensiyası dayandırılmış, lakin bu barədə heç bir aidiyyatı orqana müraciət etməmiş, buna səbəbin isə bu barədə heç bir anlayışının olmamağı olmuş, bundan bir müddət sonra təsadüfən Təqsirləndirilən şəxslə tanış olmuş, onunla münasibəti yaranmış, bir dəfə ona pensiyasının kəsildiyini bildirmiş və Anar ona pensiyasının bərpa olunmasında köməkilik edəcəyini bildirmiş, bunun üçün 3500 manat pul istəmiş, həmin pulun 2000 manatını əvvəlcədən verəcəyinə qalan 1500 manatın isə pensiyası bərpa olunandan sonra verəcəyinə razılaşmışlar, həmin hadisədən təxminən 20 gün sonra yəni 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs ofisində Kamran adlı tanışının yanında 1000 manat pul vermiş, Təqsirləndirilən şəxs Şirvan ŞMX-nın yaxınlığında özünə AK adlı ofis açmış, oradan fəaliyyət göstərir, təxminən 1 ay sonra fevral ayında isə növbəti 1000 manatı vermiş, həmin hadisədən bir müddət keçdikdən sonra Anara Əlavə olaraq yenidən onun istəyi ilə 400 manat pul vermiş, pulu verdiyi tarixdən uzun müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirir, verdiyi pulları geri qaytarmır, Təqsirləndirilən şəxslə aralarında olan danışıqların hamısı telefon vasitəsi ilə olmuş, aralarında heç bir mesajlaşma yoxdur, hal- hazırda həmin ofis öz fəaliyyətini dayandırmışdir.Bundan başqa o bildirmişdir ki, ona ümumilikdə 2400 manat maddi ziyan dəymiş, o, həmin pulu Şirvan şəhərində, Təqsirləndirilən şəxs işlədiyi ofisdə vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs17 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, ərizə göndərərək ona dəymiş 5500 manat maddi ziyanın ödənilməsini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Zərərçəkmiş şəxs17 məhkəmə iclasına gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin may ayında ayında onun ofisində olan hüquqi xidmətlərlə bağlı elanları gördükdən sonra tanımış, o, elanı gördükdən sonra ofisə daxil olmuş, ofisdə Təqsirləndirilən şəxs iş yerinin Sabirabad rayonunda Şirvan şəhərinə dəyişdirilməsinin istədiyini bildirmiş, o, isə ona onun üçün bu məsələni hüquqi yolla həll etməyin çox asan olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məsələnin həlli üçün 5500 manat pula ehtiyac olduğunu bildirmiş, o da onunla razılaşmış, həmin gün Anar onunla onun arasında borc olmasına dair müqavilə çap edərək 1 nüsxəsini ona vermiş və sentyabrın 20-nə qədər işi həll edəcəyini bildirmişdir. Həmin gün AzərTürk banka getmiş və 5500 manat kredit çəkmiş, həmin pulu 2022-ci il may ayının 20-də Təqsirləndirilən şəxs ilə onun Şirvan şəhərində yerləşən ofisində görüşərək ona vermiş, pulu ödədikdən sonra o ona işi həll edəcəyini, əks təqdirdə ona ödədiyi 5500 manat və onun kreditinin faizlərini geri qaytaracağını bildirmişdir. Sentyabr ayının 20-nə qədər işin heç bir nəticə vermədiyini görmüş, işlə bağlı Təqsirləndirilən şəxslə əlaqə saxlamağa çalışsa da, onun nömrəsinə zəng çatmamış, bundan sonra ona qarşı dələduzluq etdiyini bilmişdir. Bundan başqa o bildirmişdir ki, Təqsirləndirilən şəxs pulu verərkən yanlarında bibisioğlu Elvin olduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs4 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, ona dəymiş 3000 manat maddi ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasına gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 12/1-də ailə üzvləri ilə birlikdə yaşayır, özů hazırda heç bir yerdə işləmir, Təqsirləndirilən şəxs barəsində șikayət ərizəsini o, özü yazmış, o, əvvəllər 2-ci qrup əlil olduğu üçün pensiya almış, lakin 2020-ci ildə pensiyanın verilməsi dayandırılmış, 2022-ci ilin may ayının sonlarında Şirvan şəhəri Mərkəzi Poçtun qarşısından keçən zaman poçtun yaxınlığında bir ofis olduğunu görmüş, həmin ofisin qapısındakı elanda göstərilən hüquqi xidmətlər, o cümlədən əllilik dərəcəlarinin və pensiyaların bərpa olunması ilə bağlı köməkliklə bağlı qeyd görmüş, bundan sonra o, həmin ofisə daxil olmuş, özünü ofisin rəhbəri kimi təqdim edən Anar adlı şəxs onu dinlədikdən sonra onun pensiyası 2 ay müddətində bərpa etdirəcəyinə söz verib, bu işin 3000 manata başa gələcəyini bildirmiş, o, hüquqşünas olduğunu bu işləri rahat şəkildə düzəldə biləcəyinə onu inandırmışdır. O, həmin pulu kimə verəcəyini, pensiyanı necə bərpa etdirəcəyini ona deməmişdir. O, Anara həmin pulu verməyə razı olmuşdur. Sonra evə getmiş, evdə uzun müddətdən bəri yığıb saxladığı pulları və bir qədər də qohum, tanışdan borc alaraq Anarın dediyi 3000 manat məbləğində pulu toplayıb təxminən 3 gün sonra Anarn xidmət göstərdiyi ofisə getmiş, həmin 3000 manat pulu Anarın ofisinin yaxınlığında ona vermiş, o, pulu ona verəndə yanlarında basqa kimsə olmamış, həmin gün Təqsirləndirilən şəxs onunla müqavilə imzalamış və həmin müqaviləni 200 manata bağlanması ilə bağlı ona mədaxil qəbzi də təqdim etmiş, həmin müqaviləyə görə Anar xidmətlər göstərməli olmuş, hətta onun şəxsiyyət vəsiqəsinin surətini də ondan almışdır ki, toplayacağı sənədlərə əlavə edəcəkdir. O da, məlumata görə xəstəxanadan onun şəkər xəstəsi kimi qeydiyyatda olmağı ilə bağlı müvafiq sənədləri də Anar xəstəxanadan əldə etmiş, onun həmin sənədləri xəstəxanadan hansı yolla əldə etməsindən məlumatı olmamışdır. Bundan sonra arxayın olmuşdur ki, Anar onun pensiyası bərpa etdirəcək. Anarın verdiyi həmin müqavilənin surətini, mədaxil qəbzini isə götürüb evə getmiş və Anardan xəbər gəlməsini gözləmiş, lakin iş gecikmiş, mənimlə əlaqə saxlayan olmamışdır. O, dəfələrlə Anarla telefon əlaqəsi saxlamış, o, ona hər dəfə demişdir ki, darıxma iş düzələcək. Lakin Anar nə pensiyanı bərpa etdirmiş, nə də verdiyi 3000 manat pulu qaytarmışdır. Son zamanlar o, onun telefon zənglərinə də cavab vermədiyi üçün aldadıldığını başa düşmüş, dələduzluq etdiyi üçün onun barəsində ondan başqa şəxslərində şikayət etdiyini bildiyi üçün Anarın barəsində Şirvan şəhər polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan başqa o bildirmişdir ki, Anar istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə dəfələrlə zəng edib onun pensiya məsələsini həll edəcəyini demişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs19 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş teleqram göndərərək ona dəymiş 7000 manat maddi ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu, yolunun uzaq olduğunu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs19 məhkəmə iclasına gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Anarı Ömər adlı tanışı vasitəsilə tanımış, onunla arasında hər hansı ədavət və ya düşmənçilik olmamış, o, 2020-ci ildə İkinci Qarabağ müharibəsində düşmənə qarşı gedən döyüşlərdə iştirak edib yaralanmış, o, "qazi" statusu almaq üçün müvafiq qurumlara müraciət etmiş, 23 noyabr 2022-ci il tarixdə müraciətinə cavab verilməmişdən əvvəl Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsi ərazisində olarkən tanışı Ömərlə görüşüb ona “qazi' statusu almaq üçün müvafiq qurumlara müraciət etdiyini bildirmiş, Ömər ona Şirvan şəhərində yaşayan Anar adlı tanışı olduğunu və bu işlərdə insanlara kömək etdiyini bildirmiş, onlar həmin günün səhəri Anarın yanına getməyə qərar vermişlər. 24 noyabr 2022-ci il tarixdə Ömərlə görüşüb birlikdə Şirvan şəhərinə gedib Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Anar ona 7000 manat pul qarşılığında ömürlük qazi statusu ala biləcəyini bildirmişdir. O, Anarla razılaşmış və səhəri gün Şirvan şəhərinə qayıdıb ona 7000 manat pulu verəcəyini bildirmiş, 25 noyabr 2022-ci il tarixdə o, Ömərlə telefon vasitəsi ilə əlaqə saxlamış, Ömər ona Şirvan şəhərində olduğunu bildirmiş, o, taksi ilə Şirvan şəhərinə gedib çatanda Anarın mobil nömrəsinə zəng etmiş, Anar maşınla gəlib onu götürmüş və onlar Anarla birlikdə Şirvan şəhərinə ərazisində yerləşən notariusa getmişlər. O, əlində rəsmi sənəd olsun deyə və nə vaxtsa problem yaranacağı teqdirdə Anara pulu verdiyini sübut edə bilsin deyə borc müqaviləsi əsasında 7000 manat pulu notarial qaydada Anara vermişdir. O, Anarla notariusdan çıxıb Ömrərin yanına getmişlər. Sonra Ömərin maşını ilə Beyleqan şəhərinə qayıtmışlar. Bundan başqa o bildirmişdir ki, o, Anara 7000 manat pulu 25 noyabr 2022-cü il tarixdə, saat 15:15-də ona ömürlük qazi statusu almaqda köməklik etməsi üçün bir dəfəyə, Şirvan şəhəri ərazisində yerləşən notariusda vermiş, o, Anara verdiyi pulu əlində sübut olsun deyə notarial qaydada borc müqaviləsi əsasında vermiş, əslində isə o,Anara pulu borc olaraq deyil, ona ömürlük qazi statusu almaqda köməklik etsin deyə vermişdirş Bundan başqa o bildirmişdir ki, Anar onu aldadıb pulunu almış, lakin verdiyi vədi yerinə yetirməmiş, Anar ondan pulu alan zaman pulu kiməsə verəcəyini bildirməmiş, Anar pulu ondan alıb ömürlük qazi statusu almaqda köməklik edəcəyini ona bildirmiş və o da 7000 manat pulu ona vermiş, Təqsirləndirilən şəxs ona 7000 manat maddi ziyan vurmuş, onun bu barədə dəqiq məlumatı olmamış, lakin Şirvan şəhər Polis şöbəsinə Anarın başqa şəxsləri aldatması barədə də istintaq aparıldığını bilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs6 məhkəmə bildirişi göndərilməsinə, barəsində məcburi gətirilmə qərarı verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Lakin iş materiallarında olan notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur.Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Zərərçəkmiş şəxs6 məhkəmə iclasına gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 12 dekabr 2022-ci il tarixdə DİN-nin "102 xidməti-Zəng mərkəzi"-nə və Daşkəsən rayon polis şöbəsinə o, müraciətlər etmişdir. 02 iyun 2022-ci il tarixdə oğlu X59 hərbi xidmətə getmiş, hal-hazırda Bakı şəhərində yerləşən "384" saylı hərbi hissədə qulluq etmiş və əsgərdir. 07 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində Daşkəsən şəhərində yaşadığı evdə olan zaman “N” saylı hərbi hissədə qulluq edən xalasının nəvəsi Zərərçəkmiş şəxs2 ilə telefonla danışıb əlaqə saxlamış, oğlu Nicat "384" saylı hərbi hissədə əsgər olduğunu, onu hərbi hissədə "bağa" keçirmək istədiyini deyərək tanışı olub-olmasını bildirmişdir. Vüsal onun vəkil işləyən tanışı Təqsirləndirilən şəxs olduğunu, bu işdən ona köməklik göstərəcəyini bildirmişdir. Vüsladan Anar ilə danışıb ona köməklik göstərməsini xahiş etmişdir. 08 sentyabr 2022-ci il tarixdə saat 11-12 radələrində Daşkəsən şəhərində olan zaman ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng gəlmiş, onun danışan zaman Təqsirləndirilən şəxs olduğunu, Vüsal onun nömrəsini ona verdiyini və oğlunun məsələsi ilə əlaqədar onunla əlaqə saxladığını demişdir. Anar oğlu Nicatı hərbi hissədə “bağa” keçirmək üçün ondan 2500 (iki min beş yüz) manat məbləğində pul tələb etmiş, oğlunun xətirəsi üçün o, Anar ilə razılaşmışdır. O, bacısı X14 bankdan adına kredit götürüb ona verməsini xahiş etmiş, 09 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində bacısı Tahirə ilə "xxxx" ASC-nin Daşkəsən rayon filalına getmişlər, bacısı Tahirə öz adına 3500 (üç min beş yüz) manat kredit götürmüş, həmin pulun 2500 (iki min beş yüz) manatını ona vermiş, "xxxx" ASC-nin Daşkəsən filialında yerləşən K0184012 nömrəli terminal vasitəsi ilə "xxxx" ASC də hesab nömrəsi ******************** olan və 85941162 nömrəli Təqsirləndirilən şəxs Raqif oğlunun adına olan kartına köçürmüş, o, dəfələrlə Anar ilə telefonla əlaqə saxlayıb maraqlanmış, Anar işin alınmadığını demiş, o, ona belə olan halda 2500 (iki min beş yüz) manat pulu özünə geri qaytarmasını xahiş etmişdir. Anar müxtəlif bəhanələr edərək onun pulunu geri qaytarmamış, Vüsala bu barədə məlumat vermiş, Vüsal Anarın onun da telefon zənglərinə cavab vermədiyini demişdir. Oğlu Nicat və xalasının nəvəsi Vüsala ziyan gəlməsin deyə 12 dekabr 2022-ci il tarixdə DİN-nin "102 xidməti-Zəng mərkəzi"nə zəng edərək 09 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onu təqaüd düzəltmək vədi ilə "xxxx" ASC-nin Daşkəsən rayon filalından terminal vasitəsi ilə ona 2500 (iki min beş yüz) manat nağdı pul alıb aldatması barədə məlumat vermişdir. Vüsalın vasitəsi ilə o, Təqsirləndirilən şəxs terminal vasitəsi ilə 2500 (iki min beş yüz) manat pul göndərmişdir. Həqiqətdə Anar ondan pulu onu təqaüdə çıxartmaq məqdəsi ilə almamış, oğlu Nicatın işi ilə bağlı almışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs22 məhkəmə bildirişi göndərilməsinə, barəsində məcburi gətirilmə qərarı verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Lakin iş materiallarında olan notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən təqsirləndirilən şəxslə barışmış,ona qarşı heç bir iddiası və tələbi yoxdur və gələcəkdə bununla bağlı heç bir məhkəməyə müraciət etməyəcəkdir. Zərərçəkmiş şəxs22 məhkəmə iclasına gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs22 ifadəsində göstərmişdir ki, o, könüllü olaraq 44 günlük Vətən müharibəsində iştirak etmiş və ağır yaralanmış, veteran statusu olsa da, ona əllilik dərəcəsi hələki təyin olunmamışdır. Lakin o, bilmişdir ki, hazırkı səhhəti ilə əlaqədar olaraq ona əllilik dərəcəsi təyin edilməlidir. 2022-ci ilin ortalarında, yəni, yay aylarında qonşusu Süleyman İsayev ona Şirvan şəhərində bir vəkil olduğunu və hüquqi yolla ona əlillik təyin etdirib pensiyaya çıxmağa kömək edə biləcəyini demişdir. O, Süleymandan xahiş etmişdir ki, Anara zəng edib danışsın. Süleyman onun yanında Anara zəng etmiş və onun veteran olduğunu, döyüşlərdə yaralandığını, lakin əlillik dərəcəsi təyin edilmədiyini demişdir. Anara danışıq zamanı onun üçün bu işlərin asan bir şey olduğunu və tez bir zamanda ona əlillik təyin etdirə biləcəyini demişdir. Anar Sabirabad rayonunda olduğunu onun sənədləri ilə birlikdə Sabirabad rayonuna gəlməyini demişdir. O, Anarın dediyi kimi Sabirabada gəlmiş və onlar şəhərin "Qlobus" dairəsi adlanan yerində görüşmüşlər. Anar onun sənədlərinə baxdıqdan sonra onu qısa bir zamanda əlillik təyin etdirib pensiyaya çıxara biləcəyini deyib, bu işin 4500 manata başa gələcəyini bildirmişdir. O, ona 3-cü qrup əlillik təyin etdirəcəyini demişdir. O, bu işin təxminən 1-2 aya həllini tapacağını demişdir. Anar sənədləşmələr üçün ilkin mərhələdə 2000 manat verməli olduğunu demiş, O, 2022-ci ilin avqust ayının əvvəllərindən 2022-ci ilin dekabr ayının əvvələrinə qədər olan müddətdə Anarın dediyi bank hesablarına İmişli şəhərinin müxtəlif yerlərində olan bankomatlar vasitəsilə ümumilikdə 1433 manat pul göndərmişdir. O, dəfələrlə Anarla telefon əlaqəsi saxlamış, o, ona hər dəfə demişdur ki, səbrli ol, darıxma iş düzələcək. Son zamanlar o, onun telefon zənglərinə də cavab vermədiyi üçün aldadıldığını başa düşmüş, həmçinin onun barəsində başqa da şəxslərin şikayət etdiyini bildiyi üçün Anardan Şirvan şəhər polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs24 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, məhkəmənin poçt ünvanına ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona dəymiş zərərin ödənilmədiyini bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs24 məhkəmə iclasına gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs24 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2021-ci ildə Vahid adlı şəxsin vasitəsilə tanış olmuş, Təqsirləndirilən şəxs ilə tanımaqda məqsədi onun köməyi ilə işə düzəlmək olmuşdur. O, Təqsirləndirilən şəxslə Şirvan şəhərində görüşmüş və işlə bağlı onunla söhbət etmişlər. O onu X88 işə düzəltmək úçün 2700 manat pulun lazım olduğunu bildirmişdir. O da, işə düzələ bilmək üçün onunla razılaşmış, onun dediyi pulu 2500 manat pulu Təqsirləndirilən şəxslə 2021-ci ilin noyabr ayının sonlarında onunla Şirvan şəhəri, 20 Yanvar küçəsində yerləşən ofisində görüşüb əlbəəl vermişdir. Həmin vaxt oğlu Tural da yanında olmuşdur. Bir müddət keçdikdən sonra Vahid adlı şəxs ona zəng edərək, Anarın işin həll olması üçün əlavə 200 manat pul istədiyini demiş, o da, həmin 200 manat pulu 2021-ci ilin noyabr ayının sonlarında oğlu Turala vermiş ki, Vahidə məxsus bank kartına göndərsin. Oğlu Tural da həmin 200 manat pulu Şirvan şəhərində yerləşən ödəniş terminalından Vahidə məxsus bank kartına yükləmişdir. Bundan sonra işin nəticəsini gözləməyə başlamışlar. Təxminən 8 ay keçməsinə baxmayaraq heç bir nəticə olmamış, bu müddət ərzində o, onunla işlə bağlı danışdıqda hər dəfəsində yalan vədlər verərək işin yaxın vaxtlarda həll olacağını bildirmişdir. Sonrasında o, Anarın ona qarşı dələduzluq etdiyini bilib bu barədə şikayət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs25 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, ərizə göndərərək ona dəymiş 2500 manat maddi ziyanın ödənilməsini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Zərərçəkmiş şəxs25 məhkəmə iclasına gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs25 ifadəsində göstərmişdir ki,o, Şirvan şəhərində çayxana ailə üzvləri ilə işlədir. Təqsirləndirilən şəxs də məhz onun çayxanasına gedib-gəldiyindən tanımış, buna görə də Anarla müəyyən qədər münasibəti olmuş, həyat yoldaşı işdən çıxarılmış və onun işə bərpa olunması üçün məhkəməyə müraciət etmişlər və bu ərizələri yazmaqda Təqsirləndirilən şəxs ona kömək etmiş, is məhkəmədə davam etməkdə olarkən, Təqsirləndirilən şəxs ona bildirmişdir ki, həyat yoldaşını mərkəzi xəstəxanaya işə düzəldə bilər. Bu işi həll etmək üçün isə 2500 manat pula ehtiyac olduğunu bildirmiş, bu məbləğdən başqa iși həll etmək üçün bir sıra sənədlərin lazım olacağını bildirmiş, o da, onunla razılaşmışdır. 15 fevral 2022-ci il tarixdə ayında o, 2500 manat pulu Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerəşən “Bank of Baku”-nun Şirvan şəhər filialının qarşısında Təqsirləndirilən şəxs vermiş, bundan sonra ondan işin həlli üçün zəruri olan sənədləri almış, bundan sonra isə Təqsirləndirilən şəxs ona narahat olmamağını, işinin həll olacağını bildirmiş, bir müddət keçdikdən sonra işin heç bir nəticə vermədiyini görmüş və bu baradə Təqsirləndirilən şəxs bildirdikdə hər dəfə ona işin həll olacağı barədə yalan vədlər verərək vaxtı uzadırmış, sonradan Təqsirləndirilən şəxs ona bildirmişdir ki, pul Cavid Astanov adlı şəxsdədir. Hətta bir neçə dəfə onun yanında Cavid ilə danışaraq işin nə yerdə olmasını da maraqlanmışdır. Bir müddət sonra isə Təqsirləndirilən şəxs yoxa çıxmış, o, yoxa çıxdıqdan sonra isə bəzən Whatsapp-dan ona işin həll olacağını bildirmiş, o, isə artıq bilmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etmiş və bu barədə şikayət etmişdir. Bundan başqa o bildirmişdir ki, Təqsirləndirilən şəxs pulu verərəkən yanlarında heç kim olmamış, pulu Təqsirləndirilən şəxs albəəl vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs30 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, teleqram göndərərək ona dəymiş 4000 manat maddi ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs30 məhkəmə iclasına gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs30 ifadəsində göstərmişdir ki, 1993cü ildən 2009-cu ilə qədər Sumqayıt şəhərində yerləşən Polimer zavodunda maşinist işləmiş, 2009-cu ildə ürəyində yaranan problemlərlə əlaqədar olaraq işdən çıxmış və ona ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. 2009-cu ildən 2021-ci ilə qədər ikinci qrup əlilliyə görə pensiya almış və ailəsi həmin pensiya ilə dolandırmışdır. Lakin 2021-ci ildə ona təyin edilmiş pensiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kəsilmiş, pensiyanı bərpa etdirmək üçün bir neçə dəfə Tibbi Sosial Ekspert Komissiyasından keçsə də, ona hər dəfə imtina cavabı gəlmiş, bu məsələ ilə bağlı dayısı X15 ilə məsləhət etdikdə sonuncu ona iş yoldaşı Şahid4la danışıb bu sahədə köməklik etməsini xahiş edəcəyini bildirmiş, 2022-ci ilin mart ayında dayısı onunla əlaqə saxlayaraq Bəhruzun 4.000 manat müqabilində bir nəfər şəxsin pensiyasını bərpa etdirə biləcəyini dediyini bildirmiş, o da həmin pulu Bəhruza çatdırması üçün dayısına vermiş, lakin bir neçə ay keçməsinə baxmayaraq pensiyası bərpa olmadığı üçün özü Bəhruzla əlaqə saxladıqda sonuncu Təqsirləndirilən şəxs adlı şəxsin bu işlə məşğul olduğunu, onunla danışıb xəbər verəcəyini demiş, bir neçə gündən sonra Təqsirləndirilən şəxs özü əlaqə saxlayaraq onu X4 dəvət etmişdir. O, ora getdikdə Anar qeyd etdiyi Mərkəzdən çıxmış və ona yaxınlaşnış, onlar tanış olduqdan sonra Anar həmin mərkəzdə işlədiyini deyib ona narahat olmamağını, işinin həll olacağını bildirmiş, o, daha sonra Anarla yenidən X29rşısında görüşdükdə də sonuncu ona eyni cavabı vermiş, lakin o, Anarın onu aldatdığını başa düşdüyü üçün Bəhruzla görüşərək pulunu geri qaytarmasını ondan tələb etmiş, Bəhruz da onunla razılaşmış və bir neçə gündən sonra 4.000 manat pulu ona geri qaytarılmışdır.Bundan başqa o bildirmişdir ki, dayısı Əziz İskəndərzadə Azərbaycan X9 Problemləri İnstitutunda komendant işləmiş, Bəhruz da həmin institutda mühəndis olmuş, onunla dayısı vasitəsilə tanış olmuş, Bəhruzla yaxın münasibəti olmadığı üçün sonuncunun bu işlə məşğul olub-olmadığını bilməmiş, lakin ondan ona köməklik etməsini dayısı xahiş etmişdir. Bəhruz bu barədə ona hər hansı məlumat verməmiş, Taleh adlı şəxsi ümumiyyətlə tanımamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs15 məhkəmə bildirişi göndərilməsinə, barəsində məcburi gətirilmə qərarı verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş , sonradan məhkəməyə ərizə verərək ona dəymiş 1500 manat maddi ziyanın ödənilməməsi, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, istintaqa verdyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs15 məhkəmə iclasına gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, 2022ci ilin iyul ayında Şirvan dövlət İqtisadiyyat və Humanitar kollecinin qarşısından keçən zaman bir ofis diqqətini çəkmiş, həmin ofisin qapısındakı elanda göstərilən xidmətlər, o cümlədən əllilik dərəcələrinin təyin olunmasında köməkliklə bağlı qeyd görmüş, bundan sonra o, həmin ofisə daxil olmuş, özünü ofisin rəhbəri kimi təqdim edən Anar adlı şəxs onu dinlədikdən sonra anası X50 əlillik dərəcəsi təyin etdirməkdə kömək edəcəyini deyib, bu işin 1500 manata başa gələcəyini bildirmiş, o, anasına 2-ci qrup əlillik təyin etdirəcəyini demiş, o, ona dediyi məbləğdə olan pulu, yəni 1500 manatı 23 avqust 2022-ci il tarixdə Şirvan şəhərində işlədiyi ofisdə əlbəəl özünə vermiş, həmin gün Təqsirləndirilən şəxs onunla müqavilə imzalamış və həmin müqavilənin 350 manata bağlanması ilə bağlı ona mədaxil qəbzi də təqdim etmiş, bundan sonra onlar tam arxayın olmuşlar ki, Təqsirləndirilən şəxs anası pensiyaya çıxaracaq. Hətta anasının xəstəlikləri ilə bağlı xəstəxanalardan verilmiş müxtəlif sənədlərini də onlardan almış, həmin müqavilənin surətini və mədaxil qəbzini isə götürüb evə getmişlər və Anardan xəbər gəlməsini gözləmişlər. Lakin iş gecikmiş, onlarda əlaqə saxlayan olmamış, o, dəfələrlə Anarla telefon əlaqəsi saxlamış, o, ona hər dəfə demişdir ki, darıxma iş düzələcək. Son zamanlar o, onun telefon zənglərinə də cavab vermədiyi üçün aldadıldığını başa düşmüş, dələduzluq etdiyi üçün onun barəsində ondan başqa şəxslərin də şikayət etdiyini bildiyi üçün Anardan DİN-in 102 xidmətinə və Şirvan şəhər polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs12 məhkəmə bildirişi göndərilməsinə, barəsində məcburi gətirilmə qərarı verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, telegram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməsini bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs12 məhkəmə iclasında iştirakı təmin edilmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, o, 2-ci Qarabağ müharibəsində iştirak etmiş və yaralanmış, lakin buna baxmayaraq o, bunun üçün əlilliyə görə pensiya ala bilməmiş, 2022-ci ilin oktyabr ayının əvvəllərində tanışı İmişli şəhər sakini X8 şəhər sakini olan Təqsirləndirilən şəxs ona əlilliyə görə pensiya düzəltməkdə köməklik göstərə biləcəyini demişdir. 13 oktyabr 2022-ci il tarixdə o, Samir və digər tanışı Murad ilə birlikdə Şirvan şəhərinə gələrək burada Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. Bundan sonra onlar burada onun ofisinin yerləşdiyi yerə gəlmişlər. Ofisdə olarkən Təqsirləndirilən şəxs ona 2022-ci ilin dekabr ayının sonlarına kimi pensiya müavinətini ala biləcəyini demişdir. Bundan sonra o, ona bu iş üçün onunla qabaqcadan razılaşdıqları 2500 manat pulu çıxarıb ona vermişdir. Bundan sonra onlar oradan çıxaraq getmişlər. Həmin vaxtdan indiyədək Təqsirləndirilən şəxs nə ona verdiyi vədə əməl etmiş, nə də ki ondan aldığı pulu geri qaytarmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs21 məhkəmə bildirişi göndərilməsinə, barəsində məcburi gətirilmə qərarı verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və məhkəmə iclasında iştirakı təmin edilmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs21 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan yolu, "Cənub qapısə" yaşayış kompleksi 24A, mənzil 83-də yaşayır, Özü hazırda heç bir yerdə işləmir, Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsini o, özü yazmış, Təqsirləndirilən şəxs Şirvan şəhərində yaşayan anası Zərərçəkmiş şəxs4 vasitəsilə tanımış, belə ki, 2022-ci ilin may ayının sonlarında anası ilə mobil telefonla danışanda Anar adlı şəxslə tanış olduğunu və Anarn onun dayandırılmış pensiyasını bərpa etdirəcəyini demiş, anası Anara 3000 manat pul da verdiyini demiş, anası Anarın ofisinin olduğunu və çox adama köməklik etməsi barədə məlumatlar əldə etdiyini demişdir. O, miqren xəstəsi olduğu üçün anasına demişdir ki, Anarla əlaqɔ saxlasın, mümkünsə onun da pensiya almağı üçün kömək etsin. Anası Anarla əlaqə saxladıqdan sonra Anar onu pensiya almağı üçün köməklik edəcəyini bildirmiş, bundan sonra anasından Anarın mobil nömrəsini almış, Anarla mobil telefonla əlaqə saxlamış və Şirvan şəhərinə gələ bilmədiyini demiş, Anar özü Bakı şəhərinə gələcəyini və onunla görüşüb işin hallarını başa salacağını demişdir. 2022-ci ilin may ayının sonlarında 29 və yaxud 30 may tarixində Bakı şəhərində yaşadığım binanın həyətində Anarla görüşmüş, onun pensiya almağı üçün köməklik edəcəyini demiş və təxminən 4 ay müddətində əlillik teyin etdiracəyinə söz vermiş, bu işin 4000 manata başa gələcəyini bildirmişdir. O, hüquqşünas olduğunu bu işləri rahat şəkildə düzəldə biləcəyinə onu inandırmışdır. O, həmin pulu kimə verəcəyini, pensiyaya necə çıxaracağını ona deməmişdir. O, Anara həmin pulu verməyə razı olmuş, 31 may 2022ci il tarixdə yaşadığı binanın həyətində Anara 500 manat pul vermiş, həmin gün Təqsirləndirilən şəxs onunla müqavilə imzalamış və həmin müqaviləni 200 manata bağlanması ilə bağlı ona mədaxil qəbzi də təqdim etmiş, o, Anara 500 manat pul verdiyi halda müqavilədə hansı səbəbdən 200 manat göstərildiyini soruşmuş, Anar həmin 200 manat pulu göstərdiyi xidmətlər müqavilində özünə götürdüyünü qalan verilən və veriləcək pulları isə onun əlillik dərəcəsi təyin olunmağına və pensiyaya çıxmağına xərclənəcəyini bildirmişdir. Anar onun şəxsiyyət vəsiqəsinin surətini, miqren xəstəsi olmağı ilə bağlı müalicə aldığı müvafiq sənədləri də ondan almışdır ki, toplayacağı sənədlərə əlavə edəcək. O, qalan 3500 manat pulu isə 02 iyun 2022-ci il tarixdə Bakı şəhərində yaşadığı binanın həyətində ona vermişdir. O, pulu ona verəndə yanlarında başqa kimsə olmamış, 2022-ci ilin sentyabr ayının sonlarında Anar onu Bakı şəhəri Yasamal rayonunda yerləşən "Respublikanski" deyilən xəstəxanaya müayinə olunmaq üçün aparmış, o, xəstəxanada həkimlərin müayinəsindən keçmiş, müayinədən sonra Anar sənədlərinin tam toplandığını və qısa müddətdə əlillik dərəcəsi təyin olunmaqla pensiya alacağını demiş, o da ona tam inamış və xəbər gəlməsini gözləmişdir. Bir neçə gün gözlədikdən sonra Anara zəng edib işin nə yerdə olduğunu soruşanda o, müxtəlif bəhanələr gətirib işin yubandığunı demişdir. Bir müddətdən sonra Anar ümumiyyətlə onun telefon zənglərinə cavab verməmişdir. Dekabr ayının əvvəllərində Anarla mobil telefonda danışan zaman onun ona qarşı dələduzluq etdiyini demiş və pulumu qatarmasa barəsində şikayət edəcəyini bildirmiş, bundan sonra 04 dekabr və 12 dekabr 2022-ci il tarixlərində Anar ondan aldığı 4000 manat puldan ümumilikdə 1500 manatını geri qaytarmış, həmin pulları göstərdiyi tarixdə Anar qohumunun plastik bank kartına köçürmüş, qalan 2500 manat pulu da Anara tezliklə qaytaracağına söz versə də əməl etməmiş, dələduzluq etdiyi üçün onun barəsində ondan başqa şəxslərin də şikayət etdiyini bildiyi üçün Anarın barəsində Şirvan şəhər polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan başqa o bildirmişdir ki, Anar istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə mənim istifadəmdə olan ***-***-**-** saylı mobil nömrəyə dəfələrlə zəng edib mənim pensiya məsələni həll edəcəyini demiş, həmin pulun bir hissəsini özünə məxsus olan qızıl-zinyət əşyalarını satmaqla əldə etmiş, bir hissəsini isə həyat yoldaşı uzun müddətdən bəri xərclik kimi ona verdiyi üçün yığıb saxlamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs7 məhkəmə bildirişi göndərilməsinə, barəsində məcburi gətirilmə qərarı verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və məhkəmə iclasında iştirakı təmin edilmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs müəyyən müddətdir ki tanımış, belə ki, o, özünə pensiya düzəltmək üçün zəruri sənədlər toplamış, bununla bağlı Şirvan şəhər Xəstəxanasında olarkən Təqsirləndirilən şəxs ona yaxınlaşaraq işi ilə maraqlanmış, daha sonra ona bildirmişdir ki o vətəndaşlara hüquqi yolla pensiya düzəldə bilir. Bunun qarşılığında ondan 3000 manat məbləğində pul tələb etmiş, o da onunla razılaşmış, Anar bildirmişdir ki bu pulu onun tanışına verəcək və onunla birlikdə bu məsələni həll edəcəkdir. 2021-ci ilin avqust ayında o,n 3000 manat pulu X100 şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elit” Ticarət Mərkəzinin yaxınlığında əlbəəl vermişdir. Bundan sonra Anar ona işin həll olunacağını bildirmiş, bir müddət keçdikdən sonra işin heç bir nəticə vermədiyini görmüş və onun ona qarşı dələduzluq etdiyini bilmiş və bu barədə şikayət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs26 məhkəmə bildirişi göndərilməsinə, barəsində məcburi gətirilmə qərarı verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Lakin iş materiallarında olan notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir iddiası , şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Zərərçəkmiş şəxs26 məhkəmə iclasına gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs26 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs çoxdan tanıyır, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O, 2-ci Qarabağ müharibəsində yaralanmış və 3-cü qrup əlilliyə görə pensiya almışdır. Anarla 2021-ci ilin iyun ayında aralarında olan danışıq zamanı xalasının yoldaşının astma xəstəsi olmasını, maddi vəziyyətlərinin yaxşı olmamasını, ona pensiya düzəltmək istədiyini bildirmişdir. Anar isə ona bildirmişdir ki, ona köməklik göstərə bilər, onun bu işləri həll edə bilən tanışı vardır. Bundan sonra o, Anarla razılaşmış və sonuncu onu tanışı Cavid Astanovla tanış etmişdir. Həmin vaxt Anar, o və Cavid arasında olan danışıq olan zaman ona bildirmişlər ki, xalasının yoldaşının pensiya işini düzəldə bilərlər. Bunun üçün 3000 manat pul lazım olduğunu bildirmişlər. O da onlarla razılaşmış, 2021-ci ilin iyun ayının ortalarında 3000 manat pulu X89 şəhəri, F.Eynullayev küçəsində yerləşən 9 nömrəli məktəbin yaxınlığında əlbəəl vermişdir. Bundan sonra o, ona işin həll olacağını bildirib bununla bağlı onu arxayın etmişdir. İşin heç bir nəticə vermədiyini gördükdə o, bununla bağlı onlarla əlaqə saxlayıb bu barədə bildirmişdir. Onlar isə hər dəfəsində ona səbirli olmağı, işin həll olunacağını bildirmişlər. Bu qaydada hər dəfə ona yalan vədlər verərək zaman qazanmağa çalışmışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs29 məhkəmə bildirişi göndərilməsinə, barəsində məcburi gətirilmə qərarı verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və məhkəmə iclasında iştirakı təmin edilmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs29 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə təsadüf nəticəsində tanış olmuş, sonuncu ilə 2021-ci ilin dekabr ayında aralarında olan danışıq zamanı ona əlilliyə görə pensiya düzəltmək barədə bildirmişdir. O da, ondan bunu necə edəcəyini soruşmuş, sonuncuda ona demişdir ki, onun Bakı şəhərində tanışları var, onun pensiya işini həmin tanışları vasitəsi ilə düzəldəcəkdir. O da ona razılıq vermiş, bundan sonra 2021-ci ilin dekabr ayında o, Anarla Lənkəran şəhərində görüşmüş və ona 600 manat pul və sənədlərini vermişdir. Sonrasında o, dəfələrlə Anarla bu barədə danışsa da, Təqsirləndirilən şəxs ona səbirli olmağı, işin həll olunacağını bildirmişdir. O, ona zəng edərək, işin alınmadığı üçün ona verdiyi 600 manat pulu və sənədləri geri qaytarmasını bildirmişdir. Sonrasında Anar telefonun söndürmüş, o, Anar tapa bilməmiş, məcbur qalıb onun barəsində Şirvan şəhər polis şöbəsinə şikayət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlməmiş ,telegram göndərərək yataq xəstəsi olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməsini bildirmişdir. Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Şahid2 həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs20 onun qardaşı ilə bazarda alver etmiş, 2021-ci ilin ortalarında Niyaməddin ona oğlunu FHN-nə işə dủzəltmək istədiyini ona köməklik etməyini bildirmiş, o da, Niyaməddinə Şirvan şəhərində Anar adlı şəxsi tanıdığını, Anarın onun işlədiyi Demokratik Cəmiyyətin İnkişafina X55 işlədiyini demişdir. 17 sentyabr 2022-ci il tarixdə o, Niyaməddini Şirvan şəhərinə Anarın yanına aparmışdır. Şirvan şəhərində Anara Niyaməddinin oğlunu FHNnə işə düzəltmək istədiklərini demişlər. Anar da onlara Niyaməddinin oğlunu FHN-nə işə düzəldəcəyini bunun müqabilində 9000 manat pul alacağını demişdir. Niyaməddin Anarla razılaşmış, Anar Niyaməddinə beh verməsini demiş, Niyaməddin də o, daha yaxın olduğu üçün 500 manat pulu ona vermiş, o da pulu Anara vermişdir. Anar da kağıza nəsə yazmış, Anar və Niyaməddin imza çəkmişlər və Anar sənədi Niyaməddinə vermişdir. Şirvan şəhərində birlikdə yemək yemişlər. O, onlara yeriməkdə əziyyət çəkdiyi üçün daha gələ bilməyəcəyini buna görədə bir-birinin mobil nömrələrini götürmələrini demişdir. Qalan pulun verilməsində o, iştirak etməmişdir. Niyaməddin neçə dəfə ona zəng edib işin nə üçün hələdə alınmadığını soruşmuşdur. O da, Niyaməddinə Anara zəng etməsini bildirmiş, bir dəfə də Niyaməddin onunla birlikdə Anarın işlədiyi yerə getmişlər, Anar da qarşıdan gələn ayın 10-a kimi həll olunacağını bildirmişdir. Onlarda geri qayıtmışlar. Həmin vaxtdan sonra o, Anarı görməmiş, hazırda Anarla heç bir əlaqəsi olmamışdır . Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 bildirdi ki, atasının tanışı vasitəsi ilə onu işə düzəltməkdə kömək edə biləcəyi vədi ilə Anarla tanış olmuşlar. Anarla mobil telefondan danışıb Şirvan şəhərinə görüş təyin etmişlər. Bundan sonra sentyabr ayının sonlarında Anar, Rahib və atası Şirvan şəhərində “Banuçiçək” adlı restoranda görüşmüşlər. Atası Anara onu işə düzəltmək istədiyini demiş, Anar da atasına onu Səlimxanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sabirabad rayonu şöbəsinə yanğınsöndürən kimi işə düzəldə biləcəyini deyib, bu işin 9000 manata başa gələcəyini bildirmişdir. Bir müddət keçəndən sonra atası Anarla əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşduqda , Anar onu inandırmağa çalışmışdır ki, iş tezliklə öz həllini tapacaqdır. Lakin Anar atasına verməli olduğu pul qaytarmamış, bundan sonra atası aldadıldığını bilərək polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, Şirvan şəhərində ticarətlə məşğuldur, Azərbaycanda yaşadığı müddət ərzində hər il yaşamaq və iş üçün icazə almaq məqsədi ilə zəruri olan sənədləri toplayıb Dövlət Miqrasiya Xidmətinə təqdim etmiş, 2022-ci ilin sentyabr ayında yenidən yaşamaq və üçün icazə almaq məqsədi ilə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs etibarnamə və zəruri sənədlərini təqdim etmiş, bundan başqa Təqsirləndirilən şəxs edəcəyi köməklik qarşılığında ona 150 manat xidmət haqqı vermişdir. Bildirmişdir ki, 2021-ci ildə də Anar onun üçün yaşamaq üçün və iş üçün icazə alınması məqsədi ilə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Həmin vaxt o, tibbi yoxlamadan keçmişdir. Belə ki, Respublika QİÇS-lə X38 X6 vermiş olduğu 024590 nömrəli arayış da Təqsirləndirilən şəxs qalmışdır. 2022-ci ilin oktyabr ayının əvvəlində sənədlərinə Dövlət Miqrasiya Xidmətindən nə cavab gəlməsini öyrənmək istədikdə sənədlərində problem olması ona məlum olmuşdur. O, bu barədə Anarla danışdıqda Anar ona demişdir ki, 2021-ci ildə Respublika QİÇS-lə X38 X6 vermiş olduğu 024590 nömrəli arayışın üzərində düzəliş edib tarixləri dəyişdirmişdir. Həmin sənədi saxtalaşdırıb və elektron qaydada Dövlət Miqrasiya Xidmətinə göndərmişdir. O, həmin sənədin üzərində saxtalaşdırma etməsi, tarixləri düzəltməsi və həmin sənədi Dövlət Miqrasiya Xidmətinə təqdim etməsi barədə heç bir tapşırıq verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid4 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Şahid4 həmin ifadəsində göstərmişdir ki, onlar institut əməkdaşları ilə akademiya yaxınlığında yerləşən çayxanaya mütəmadi olaraq getmişlər. 2021-ci ilin yay aylarında o, orada Taleh adlı şəxslə tanış olmuş, həmin şəxs özünü Qarabağ qazisi kimi təqdim etmiş, Talehlə çayxanaya gedən zaman tez-tez söhbət etmişlər və sonuncu ona əlilliyə görə verilən pensiyaların bərpası ilə bağlı hər hansı müraciət olarsa bu sahədə kömək edə biləcəyini demişdir. Onların institutun təsərrüfat müdiri X20 ilə onun münasibətləri yaxşı olmuşdur. Onlar 12 ildir ki, birlikdə işləmişlər. Əziz ona hər dəfə söhbət edən zaman bacısı oğlu X21 əlilliyə görə verilən pensiyasının kəsildiyini deyərək pensiyanı bərpa etdirmək istədiklərini bildirmiş və bu sahədə ondan kömək istəmişdir. O da Taleh adlı şəxslə əlaqə saxlayaraq Nərimanın pensiyasını bərpa etdirmək üçün ondan köməklik istəmişdir. Daha sonra onlar Talehlə həmin çayxanada yenidən görüşmüşlər və sonuncu ona 4.000 manat müqabilində bu işin həll olacağını demişdir. O da, 2022-ci ilin mart ayında Nərimanın sənədlərini və 4.000 manat pulu çay evində Talehə vermişdir. O, pulu verdikdən bir neçə ay keçdikdən sonra hər hansı nəticə olmadığını gördüyü üçün Talehlə əlaqə saxlayaraq bu barədə maraqlandıqda sonuncu onu Tbilisi prospektində yerləşən "Qədim Şəki" restoranına dəvət etmişdir. O, onu Təqsirləndirilən şəxs ilə tanış edərək bu işlərlə sonuncunun məşğul olduğunu demişdir. Anar söhbət zamanı ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri vəzifəsində işlədiyi deyib narahat olmamağı, Nərimanın özü ilə iki dəfə X43 görüşdüyünü və məsələnin həllini tapacağını bildirmişdir. O, onlarla görüşdən sonra Nərimanla əlaqə saxlayıb Təqsirləndirilən şəxslə görüşüb-görüşmədiyini maraqlandıqda Nəriman Anarla görüşdüyünü təsdiqləmiş və sonuncunun ona da narahat olmamağı, pensiyanı bərpa etdirəcəyini dediyini bildirmişdir. O, bir müddət də gözləməyə başlamış, lakin Əziz müəllim ona narazılıq etdiyi üçün 4.000 manat pulu kredit götürərək sonuncuya qaytarmışdır. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş və ora dəvət edildikdə ona Anarın fotoşəklini göstərərək həmin şəxsin nazirliklə hər hansı əlaqəsinin olmadığını, vətəndaşlara özünü nazirlik əməkdaşı kimi təqdim edib aldadaraq onların pullarını ələ keçirdiyini bildirmişlər. O, daha sonra mobil telefon vasitəsilə dəfələrlə Təqsirləndirilən şəxslə əlaqə saxlayıb nazirlik əməkdaşı olmadığını bildiyini deyib pulu tələb etmişdir. Onlar onunla həm telefonla, həm də "whatsapp" mobil tətbiqi vasitəsilə danışmışlar. Təqsirləndirilən şəxslə aralarında olan danışıqları təqdim etmişdir. Hazırki vaxta qədər Anar ona hissə-hissə 3900 manat pul vəsaitini geri qaytarmışdır. Hazırda da onun ona 100 manat borcu qalmışdır. Bundan başqa o bildirmişdir ki, Talehin hansı işlə məşğul olduğunu bilməmiş, ona özünü Qarabağ qazisi kimi təqdim etmiş, o, Taleh və Anar görüşən zaman sonuncu 4.000 manat pulun özündə olduğunu, Talehi bu məsələ ilə bağlı narahat etməməyini demiş, o, onun belə işlərlə məşğul olub-olmadığını dəqiq bilməmiş, sadəcə söhbət əsnasında Taleh ona əgər belə bir çətinlik olarsa kömək edə biləcəyini demiş, o da bu səbəbdən sonuncuya müraciət etmiş, o, ümumiyyətlə belə işlərlə məşğul olmamış, sadəcə Əziz müəllim ondan köməklik etməyini xahiş etdiyi üçün onların arasında sadəcə vasitəçilik etmiş və pulu sonuncudan alıb Talehə vermiş, o, Nərimandan başqa hər hansı şəxs üçün bu sahədə vasitəçilik etməmişdir İş materiallarında olan : Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İmişli rayon Polis Şöbəsinin müstəntiqi İlqar Soltanlı tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraatına qəbul edilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs31 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Müxtəlif növ xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin təsisçisi Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs31 ilə müqavilə bağlamışlar. Xidmətlərin müqavilə üzrə dəyəri 350 manat məbləğində müyyən edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şirvan şəhər Polis Şöbəsinin müstəntiqi Əhməd Baloğlanov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraatına qəbul edilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs10 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şirvan şəhər Polis Şöbəsinin müstəntiqi Əhməd Baloğlanov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraatına qəbul edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şirvan şəhər Polis Şöbəsinin müstəntiqi Əhməd Baloğlanov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraatına qəbul edilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Müxtəlif növ xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin təsisçisi Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 ilə müqavilə bağlamışlar. Xidmətlərin müqavilə üzrə dəyəri 350 manat məbləğində müyyən edilmişdir. Cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi , ********* nömrəli cinayət işi və ********* nömrəli cinayət işi bir icraatda birləşdirilməklə istintaqın ********* nömrəsi altında aparılması və cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi illə istintaq edilən ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və ********* nömrəsi saxlanılmaqla ibtidai istintaq davam etdirilməsi və cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.2,178.2.4,320.1 və 320.2-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki , Tovuz rayon Polis Şöbəsinin müstəntiqi Amil Qurbanov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraatına qəbul edilmişdir. Müxtəlif növ xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin təsisçisi Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 ilə müqavilə bağlamışlar. Xidmətlərin müqavilə üzrə dəyəri 350 manat məbləğində müyyən edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki , Şirvan şəhər Polis Şöbəsinin İB-nin müstəntiqi Bəhruz Qəhrəmanov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraatına qəbul edilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi və ********* nömrəli cinayət işi bir icraatda birləşdirilməklə istintaqın ********* nömrəsi altında aparılması və cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 ,178.2.4,320.1 və 320.2-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki , Şirvan şəhər Polis Şöbəsinin müstəntiqi Bəhruz Qəhrəmanov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraatına qəbul edilmişdir. Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi və ********* nömrəli cinayət işi bir icraatda birləşdirilməklə istintaqın ********* nömrəsi altında aparılması qərara alınmışdır. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki , DİN-nin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Telman Babayev tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraatına qəbul edilmişdir. Cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki , Şirvan şəhər Polis Şöbəsinin müstəntiqi Bəhruz Qəhrəmanov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə ********* nömrəli cinayət işi icraatına qəbul edilmişdir. Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi bir icraatda birləşdirilməklə istintaqın ********* nömrəsi altında aparılması qərara alınmışdır. Sənədlərin məhkəmə texniki ekspertizasının 28 oktyabr 2022-ci il tarixli 5/1324 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid1 Hqüseyn oğlunun adına verilmiş 024590 nömrəli tibbi arayışda “024590” rəqəmlərdən sonra gələn qələm vasitəsi ilə icra edilmiş “22” rəqəmlərində olan ağardıcı maddənin altındakı rəqəmlərin rəngləyicisinin intensivliyi ağardıcı maddənin rənginin intensivliyindən zəif olduğu üçün ilkin yazıları müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş Şahid1 adına verilmiş 024590 nömrəli tibbi arayışda “qanın götürülmə tarixi”, “İİV-infeksiyası” “Viruslu hepatit C” və “Virus hepatit B” qrafalarında olan “xx.xx.2022” rəqəmlərin yerləşdiyi kağız parçasının altında “xx.xx.2021” rəqəmləri olmuşdur. Üzərindən ağardıcı maddə çəkilərək və kağız parçası yapışdırılaraq indiki rəqəmlər icra edilmişdir. Təqdim edilmiş Şahid1 adına verilmiş 024590 nömrəli tibbi arayışda “arayışın verilmə tarixi” qrafasında “30 avqust 2022” rəqəm və sözlərin üzərindən eyni məzmunlu yazılar təkrarən icra edilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs21 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs14 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs24 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs23 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs22 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X35 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs27 qızı ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs17 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs17 arasında bağlanmış borc müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs17 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5500 manat məbləğində borc pul almasına dair müqavilə imzalanmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs26 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs15 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs16 Adıgözəl oğlu ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs14 Etibar oğlu ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs25 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs29 Xəzayil oğlu ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs8 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X16 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs19 Öylət oğlu ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs28 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs28 arasında bağlanmış borc müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs28 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5000 manat məbləğində borc pul almasına dair müqavilə imzalanmışdır. Şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şirvan şəhər Polis Şöbəsinin İB-nin müstəntiqi Bəhruz Qəhrəmanov tərəfindən Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması və MSY-yə təhvil verilməsi və barəsində axtarış elan edilməsi qərara alınmışdır. Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2023-cüil tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1,320.1,320.2-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməsi olan şəxsin olduğu yer müəyyən olunana qədər dayandırılması qərara alınmışdır. Cinayət işinin başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki , Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən Təqsirləndirilən şəxs barəsində 46C-23 saylı material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki , Şirvan şəhər Polis Şöbəsinin müstəntiqi Bəhruz Qəhrəmanov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraatına qəbul edilmişdir. Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2023-cüil tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılması qərara alınmışdır. Sübutların qiymətləndirilməsi və cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi materiallarından Təqsirləndirilən şəxs barəsində ayrıca icraata Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə başqa cinayət işi ayrılması və ayrılmış cinayət işinə ********* nömrəsi verilməsi qərara alınmışdır. Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması üçün dayandırılmış icraat təzələnmişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhərində tutularaq Şirvan şəhərinə gətirilmiş və Şirvan şəhər Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması üçün dayandırılmış icraat təzələnmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1,320.1, 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi üzrə əməlinin tövsif edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.2, 178.2.4, 320.1, 320.2 -ci maddələrinə tövsif olunması qərara alınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.2, 178.2.4, 320.1 və 320.2 -ci maddələri ilə təqsirləndirilən şəxs cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(032)-199/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X68 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs11 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs12 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X67 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X22 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.2, 178.2.4, 320.1 və 320.2 -ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi və Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi və istintaqın ********* nömrəsi ilə davam etdirilməsi qərara alınmışdır. Cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki , Şirvan şəhər Polis Şöbəsinin müstəntiqi Əhməd Baloğlanov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.2,178.2.4,320.1, 320.2-ci maddələri ilə ********* nömrəli cinayət işi icraatına qəbul edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay, yəni 31 oktyabr 2023-cü il tarixinədək uzadılmışdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.2,178.2.4,320.1,320.2-ci maddələri ilə yenidən eyni məzmunlu ittiham elan edilmişdir. Müxtəlif növ xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin təsisçisi Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs4 ilə müqavilə bağlamışlar. Xidmətlərin müqavilə üzrə dəyəri 50 və 300 manat olmaqla, ümumlikdə 350 manat məbləğində müyyən edilmişdir. Müxtəlif növ xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin təsisçisi Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs8 ilə müqavilə bağlamışlar. Xidmətlərin müqavilə üzrə dəyəri 50 və 300 manat olmaqla, ümumlikdə 350 manat məbləğində müyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs9 arasında bağlanmış borc müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2000 manat məbləğində borc pul almasına dair müqavilə imzalanmışdır. Müxtəlif növ xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin təsisçisi Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs14 Etibar oğlu ilə müqavilə bağlamışlar. Xidmətlərin müqavilə üzrə dəyəri 350 manat məbləğində müyyən edilmişdir. Müxtəlif növ xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin təsisçisi Təqsirləndirilən şəxs ilə X30 ilə müqavilə bağlamışlar. Xidmətlərin müqavilə üzrə dəyəri 350 manat məbləğində müyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə 2500 manat məbləğində borc pul almasına dair müqavilə imzalanmışdır. Müxtəlif növ xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin təsisçisi Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs21 ilə müqavilə bağlamışlar. Xidmətlərin müqavilə üzrə dəyəri 50 və 300 manat olmaqla, ümumlikdə 350 manat məbləğində müyyən edilmişdir. Müxtəlif növ xidmətlərin göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin təsisçisi Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs23 ilə müqavilə bağlamışlar. Xidmətlərin müqavilə üzrə dəyəri 350 manat məbləğində müyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs10 xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə 3000 manat məbləğində borc pul almasına dair müqavilə imzalanmışdır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs19 Öylət oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Əliyev X61 Elşən Öylət oğlundan xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə 7000 manat məbləğində borc pul almasına dair müqavilə imzalanmışdır. Cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki , İmişli Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi İlqar Soltanlı tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2,178.2.4,320.1, 320.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi icraatına qəbul edilmişdir. İmişli rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim Ülvi Qənbərov) Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 04 dekabr 2023-cü il tarixinədək uzadılmışdır. Təqsirləndirilən şəxs yenidən ittiham elan etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2,178.2.4,320.1, 320.2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki , Şirvan şəhər Polis Şöbəsinin İB-nin müstəntiqi Əhməd Baloğlanov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2,178.2.4, 320.1, 320.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi icraatına qəbul edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 30 yanvar 2024-cü il tarixinədək uzadılmışdır. Zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid4 cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsi, Şahid4 ifadəsinin şahid ifadəsi qismində nəzərə alınması qərara almışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs30 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X36 və X5 zərərçəkmiş şəxs qismində statusuna xitam verilmişdir. Təqsirləndirilən şəxs yenidən ittiham elan etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2,178.2.4,320.1, 320.2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. Zərərçəkmiş şəxs16 Adıgözəl oğlunun notariat qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış , onun ona qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Zərərçəkmiş şəxs17 notariat qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış , onun ona qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Zərərçəkmiş şəxs25 notariat qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış , onun ona qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. X17 notariat qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış , onun ona qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Zərərçəkmiş şəxs28 notariat qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış , onun ona qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Zərərçəkmiş şəxs22 notariat qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış , ona qarşı heç bir iddiası və tələbi yoxdur və gələcəkdə bununla bağlı heç bir məhkəməyə müraciət etməyəcəkdir. Zərərçəkmiş şəxs1 notariat qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış , onun ona qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Zərərçəkmiş şəxs9 notariat qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış , onun ona qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Zərərçəkmiş şəxs26 notariat qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, oan qarşı heç bir iddiası , şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir Zərərçəkmiş şəxs6 notariat qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış , onun ona qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Zərərçəkmiş şəxs2 notariat qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış , onun ona qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir. X17 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış , onun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Zərərçəkmiş şəxs19 Öylət oğlunun xx.xx.2024-cü il tarixli teleqramından görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir . Zərərçəkmiş şəxs24 xx.xx.2024-cü il tarixli teleqramından görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir. Ona dəymiş ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxs25 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Hökm çıxarılarkən nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs4 xx.xx.2024-cü il tarixli teleqramından görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir. Ona dəymiş ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir. Ona dəymiş ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxs17 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış , onun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış , onun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. X7 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir. Ona dəymiş ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxs31 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir. Ona dəymiş ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxs23 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçi deyil. X34 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X53 və xx.xx.2014-cü il təvəllüdlü X60 atası Təqsirləndirilən şəxs , anası X33r. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X104 “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X93 xx.xx.2023-cü il tarixli, PHŞ-6-35/2-423/2023 məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildən Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in Endokrinoloji kabinetində E11.9 “ şəkərli diabet tipli, ağır gedişli, insulin tələbi ilə“ diaqnozu ilə qeydiyyatdadır. İmtiyazlı qrup dərman preparatları ilə təmin olunur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə şpris 1.0 insulin, İns. Mikstard 100 TV 10 ml dərman preparatları ilə təmin edilib. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün qismən etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir . Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarın 31-ci bəndinə əsasən şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.2.1-ci ,178.2.2-ci və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; təkrar törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır . 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4, 320.1 və 320.2-ci ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə özünü təqsirli bilməməsinə dair hissədə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür və işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələri ilə təyin edilmiş cəzaya münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma- üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə- min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs təqsirləndiriliyi Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər hesab edilir və o, cinayət əməlini 09 sentyabr 2022-ci il tarixdə törətmişdir. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Beləliklə də, müəyyən olunur ki, Təqsirləndirilən şəxs təqsirləndiriliyi Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələrinə münasibətdə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Azərbyacan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin məhkəmə iclasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmədiyindən məhkəmə hesab edir ki, Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsində göstərilən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən həmin maddə üzrə ona cəza təyin edilməməklə ittiham hökmü çıxarılmalıdır. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə görə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 43-cü maddəsində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin : 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsindəonlar cəzanı çəkib qurtardıqları gündən üç il keçdikdə məhkumluğu olmayan hesab edilir. 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Əliyev X54 rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən 2700 manat cərimə cəzasına məhkum edilmişdir. Hökm xx.xx.2016cı il tarixdə qüvvəyə minmişdir. Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(056)-72/2016 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Sabirabad rayon Məhkəməsinin 1(056)-72/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmünün icraya yönəlməsi barədə işi materialında müvafiq sənədlər aşkar edilməmişdir. Azərbaycan Respublikası CM-nin 80.1.2.-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən az ağır cinayət törətməyə görə məhkum edilərkən yeddi il keçdikdə icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur . Beləliklə, Təqsirləndirilən şəxs Sabirabad rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid olduğundan həmin hökmün icrası müddəti keçmişdir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs25 , X37, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs26, və X49 vurulmuş maddi ziyanı ödəməklə dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə, xəstəliyini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə iş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələrinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli , cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CMin 178.2.2-ci və 178.2.4-cü maddləri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs25 , X37 vurulmuş 4000 (dörd min) manat, Zərərçəkmiş şəxs6 vurulmuş 2500 (iki min beş yüz) manat, Zərərçəkmiş şəxs22 vurulmuş 1433 (bir min dörd yüz otuz üç) manat , Zərərçəkmiş şəxs26 vurulmuş 3000 (üç min) manat və X49 vurulmuş 2400 (iki min dörd yüz) manat maddi ziyanın zərərçəkmiş şəxslərə ödənilməsi nəzərə alınmalıdır. Digər zərərçəkmiş şəxslərə izah olunmalıdır ki, dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqları vardır. Ekspertiza tədqiqatının dəyəri 62 (altmış iki) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırılaraq 024590 nömrəli arayış cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməsin . Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi ziyan ödənilməmiş zərərçəkmiş şəxslərə onlara dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Ekspertiza tədqiqatının 62 (altmış iki) manat miqdarında dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırılaraq 024590 nömrəli arayış cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın . Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-1/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-1/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver