Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-10/2024 06.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 16:30-da Şirvan şəhər Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zərərçəkmiş şəxs nümayəndələri Nümayəndə1, Nümayəndə2, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1969-cu ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Natavan küçəsi, ev 10-da qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, ona etibar edilmiş dövlət əmlakını vahid niyyətlə qulluq mövqeyindən istifadə edərək təkrarən israf etmə yolu ilə talamış, rəsmi sənədlərin məzmununa vahid şəxsi niyyətlə biləbilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 01 iyun 2016-cı tarixli 27 nömrəli əmri ilə 01 iyun 2016-cı il tarixdən Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilməklə 22 avqust 2022-ci il tarixədək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”-nə əsasən, müdir kimi qanunla müəyyən edilmiş qaydada dövlət müəssisəsinə təyin edilməklə dövlət əmlakı və vəsaitlərinin idarə edilməsi, həmçinin kadrların işə qəbulu, əmək haqlarının ödənişləri, körpə və uşaq kontingentinin formalaşdırılması, qrupların, məşğələ saatlarının müəyyənləşdirilməsi, təminat növləri ilə təchiz etmə sahəsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni saxta nüfuz qazanmaq məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, ona etibar edilmiş Zərərçəkmiş şəxsnə məxsus əmlakı öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə israf etmə yolu ilə talamaq məqsədilə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”-nin 3.2-ci maddəsinin tələblərinə əsasən 2021- 2022-ci il tədris ili üçün komplektləşdirmə aparılan zaman 1-3 yaş və 3-6 yaş aralığında olmaqla 2 qrup yaratmalı olduğu halda məktəbəqədər təhsil müəssisəsində qruplar üzrə uşaqların sıxlığının təşkil edilməsinin tələblərini pozaraq, 2021-2022-ci il tədris ili üçün komplektləşdirmə aparılan zaman 1-3 yaş və 3-6 yaş aralığında olmaqla 2 qrup yaratmalı olduğu halda xx.xx.2021-ci il tarixli, 17 nömrəli əmrlə qrupların qəsdən artıq komplektləşdirilməsi ilə 6 qrupun fəaliyyət göstərməsinin təsdiq edilməsinə nail olub, kiçik yaşlı (körpə) qrup üzrə 5 uşaq və böyük yaşlı (bağça) qrup üzrə 5 uşaq olmaqla, ümumilikdə 10 uşağa görə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə 243 iş gününə görə və gündəlik bir uşaq gününə düşən ərzaq xərci orta hesabla 1,76 manat olmaqla, ümumilikdə 2.630,23 manat pul vəsaitinin artıq xərc edilməsi ilə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək israf etmə yolu ilə talamış, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs əmlakın qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi ilə əlaqədar qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni saxta nüfuz qazanmaq məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, Zərərçəkmiş şəxsnə məxsus olmaqla ona etibar edilmiş özgə əmlakını təkrarən öz qulluq mövqeyindən istifadə etməklə israf etmə yolu ilə talamaq məqsədilə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli, 61 nömrəli “Büdcədən maliyyələşən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatları” haqqında Qərarının tələblərinə əməl etməyib tarifləşmə cədvəlində nəzərdə tutulan binaların, qurğuların, avadanlığın cari təmiri və xidmət üzrə fəhlə vəzifəsi binanın qızdırılma mövsümü üçün nəzərdə tutulduğu halda, özü tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 10 nömrəli əmrlə 1 ştat istilik sisteminə xidmət edən fəhlə və 0,5 ştat santexnik vəzifələrinə təyin edilmiş Şahid5 mövsümdən kənar aylarda, istilik sisteminə xidmət edən fəhlə vəzifəsindən irəli gələn öhdəliklərini və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək funksiyalarını icra etmədiyi halda 2022-ci ilin aprel, may və iyun aylarında Şirvan şəhər, H.Əliyev prospektində yerləşən Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasında xidməti otağında 2022-ci ilin aprel, may və iyun aylarının iş vaxtının uçotu tabeli sənədlərinə vahid şəxsi niyyətlə bilə-bilə Şahid5 işə çıxaraq istilik sisteminə xidmət edən fəhlə kimi öz öhdəliklərini yerinə yetirməsi barədə saxta məlumatları daxil edərək vəzifə saxtakarlığı etmiş, həmin tarixlərdə qeyd olunan sənədləri "xxxx" ASCnin Şirvan şəhər filialına göndərməklə sonuncunun adına verilmiş "xxxx" ASC-yə məxsus 4169-XXXX-XXXX-6481 nömrəli plastik əməkhaqqı bank kartına 2022-ci ilin aprel ayı üçün 131,80 manat, may ayı üçün 263,60 manat, iyun ayı üçün 263,60 manat olmaqla cəmi 659,00 manat məbləğində pul vəsaitinin hesablanaraq köçürülməsini təmin etməklə Fuad Abbasovun həmin pul vəsaitini 2022-ci ilin aprel, may və iyun aylarında Şirvan şəhərində yerləşən bankomatlardan nağdlaşdırmaqla şəxsi ehtiyaclarına sərf etməsinə nail olaraq, Şirvan-Salyan Təhsil idarəsinə məxsus olmaqla ona etibar edilmiş 659 manat məbləğində pul vəsaiti vahid niyyətlə təkrarən öz qulluq mövqeyindən istifadə etməklə israf etmə yolu ilə talamış, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs əmlakın qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi ilə əlaqədar qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, rəsmi sənədlərin məzmununa vahid şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi, ifadə verərək bildirdi ki, o, 1990-cı ildən 2015-ci ilə qədər Şirvan şəhəri 2 saylı “Nərgiz” uşaq bağçasında işləmişdir. 2015-ci ildən 2016-cı ilə qədər Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasının müdir əvəzi vəzifəsində işləmiş, 2016-cı ildə həmin bağçada müdir vəzifəsinə təyin olunmuşdur. 2022-ci ilin avqust ayına qədər orada bağça müdiri vəzifəsində işləmişdir. O, komplektləşmə dövründən deyil, fevral ayından işə başladığı üçün 2014-2015-ci illərin komplektləşməsi ona hazır şəkildə verilmişdir. O, 3 saylı Yasəmən körpələr evi-uşaq bağçasında işə başlayarkən Tarifləşmə cədvəli də hazır vəziyyətdə olmuşdur. Həmin dövrdə komplektləşmə və tarifləşmə cədvəli hazır vəziyyətdə olduğu üçün o, eyni qayda ilə işləmişdir. Tarifləşmə cədvəli hər il onlara Şirvan şəhər İcra hakimiyyəti tərəfindən hazır şəkildə verilmişdir. Onlar müstəqil şəkildə heç bir şey etməmiş, onlara hazır şəkildə verilmiş sənədləri imzalamışlar. Onun əlavə qrup yaratmaq ixtiyarı olmamış, o yalnız ona verilmiş göstərişləri həyata keçirmişdir. Onun fəaliyyət göstərdiyi 3 saylı Yasəmən körpələr evi-uşaq bağçası 110 nəfərlik, 6 qrupluq bağça kimi fəaliyyət göstərmişdir. Yoxlama zamanı həmin bağçada 6-cı qrupun olması əlavə qrupun yaradılması kimi qeydə alınsa da, həmin qrup əlavə qrup deyildir. Onun bağça müdiri işlədiyi dövrdə 3 saylı Yasəmən körpələr evi-uşaq bağçasında 36 işçi fəaliyyət göstərmişdir. İşçilərin 12-si tərbiyəçi müəllimə vəzifəsində çalışmışdır. Bundan başqa bağçada texniki vəzifələrdə, yəni tibb bacısı, aşbaz, gözətçi, ocaqçı, istilik sisteminə baxan fəhlə, santexnik vəzifələrində çalışan işçilər də olmuşdur. Ocaqçı işi mövsümi xarakter daşımışdır. İstilik sisteminə baxan fəhlə və santexnik vəzifələrini eyni adam icra etmişdir. İstilik sisteminə baxan fəhlə və santexnik vəzifələrini eyni adamın icra etməsi əvvəllər də həmin qaydada olmuşdur. Sonradan 3 saylı Yasəmən körpələr evi-uşaq bağçası Zərərçəkmiş şəxs tabeliyinə keçirildikdən sonra ona bildirmişlər ki, bu vəzifə olmamalıdır. Tarifləşmə cədvəlində həmin şəxsin adı qeyd olunduğu üçün bu halın baş verməsi onun səhvi deyildir. Bu hal bütün bağçalarda eyni qaydada olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq ona verilən sualları cavablandırarkən bildirmişdir ki, uşaqların yaşına uyğun olaraq qruplar yaradılmış, uşaqlar növbəli olaraq kiçik qruplardan orta qruplara, orta qruplardan böyük qruplara, böyük qruplardan məktəbəqədər hazırlıq qruplarına keçirilmişdir. Məktəbəqədər hazırlıq qrupunda olan uşaqların hamısı bağçanın tərkibindəki uşaqlar olmuş, bağçaya kənardan heç bir uşaq daxil edilməmişdir. O, əlavə qrup yaratmamışdır, əgər əlavə qrup yaratmış olsaydı uşaqların və qrupların sayında dəyişiklik olardı. Onun bağça müdiri olduğu dövrdə ad dəyişikliyi olmuş, həmin ad dəyişikliyi Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən təsdiqlənmişdir. Həmin dövrdə məktəblərdə 5 yaşlı uşaqlar üçün qruplar açılmış, uşaqların çoxu ora götürülməmiş, uşaqlar da məcbur olub bağçada qalmışdırlar. Bağça mərkəzi istilik sistemi ilə təchiz olunmuşdur. Ocaqçı işi mövsümi xarakter daşımışdır. Fuad Abbasov ocaqçı vəzifəsində çalışmamışdır. Fuad Abbasov 1.5 ştat vahidi olmaqla 2 vəzifəni, istilik sisteminə baxan fəhlə və santexnik vəzifələrini yerinə yetirmişdir. Bu hal ondan qabaqkı dövrdə də belə olmuş, o da eyni qayda ilə davam etmişdir. Mərkəzi istilik sistemi mövsümi xarakter daşısa da, bağçada yay aylarında da isti suya ehtiyac olduğu üçün aristona və boruların işlək vəziyyətdə qalmasına nəzarət Fuad Abbasova həvalə edilmişdir. Bu vəzifə binanın qızdırılması dövrü üçün yazılmalı olsa da, o Şirvan şəhər İcra Hakimiyyətinin göstərişi əsasında belə yazmışdır. Onun müstəqil hərəkətlər etmək ixtiyarı olmamışdır. Onun “Asan imza”sı da özündə olmamış, bu barədə müraciət edərək Asan imzasını tələb etsə də ona bildirilmişdir ki, bütün bağça müdirlərinin “Asan imza”sı Şirvan şəhər İcra Hakimiyyətində Şəhla xanımdadır. O, işdən çıxdıqdan sonra öyrənmişdir ki, “Asan imza”lar müdirlərin özlərinə paylanmışdır. 18 yanvar 2022-ci il tarixli Şirvan-Salyan Regional Təhsil şöbəsinin məktubuna əsasən ona bildirilmişdir ki, heç bir işçi götürülməməli, heç bir işçi işdən çıxarılmamalıdır. Onlar işə götürməni və işdən azad etməni heç vaxt müstəqil həyata keçirməmiş, bu səlahiyyəti onların adından Şirvan şəhər İcra Hakimiyyəti həyata keçirmişdir. Onlar yalnız hazır sənədlərə imza etmişdirlər. Onlar Şirvan şəhər İcra Hakimiyyətinə çağırılmış, sənədlər onlara qeyri-iradəvi olaraq möhürlətdirilmişdir. Möhürlənmiş sənədlərin əsası Şirvan şəhər İcra Hakimiyyətində qalmış, surətlərini isə bağça müdirlərinə vermişlər. O , bununla bağlı hüquq mühafizə orqanlarına da müraciət etmişdir. Yeni uşaq götürülərkən əraziyə yaxın olmağına, daha çox şəhid ailələrinə və qazi ailələrinə diqqət edilmişdir. O, bağçaya müəyyən olunmuş yaş qrupuna aid olmayan uşaqları götürməmiş, sadəcə karantin rejimindən qayıtdıqdan sonra əvvəllər bağçanın tərkibində olmuş uşaqların valideynləri ilə əlaqə saxlamış, daha xəstəliyin olmadığını, uşaqların bağçaya qayıda biləcəklərini bildirmişdir. Həmin dövrdə Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən onlara bildirilmişdir ki, hansı bağçada uşaq sayı az olarsa həmin bağça bağlanacaqdır. Şirvan şəhər İcra Hakimiyyətinin tabeliyində olarkən maaşlar Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən müəyyən olunmuş, onlar yalnız sənədlərə imza etmişlər. İşə gələn işçilər gündəlik davamiyyət kitabçasına qol çəkmiş, işə davamiyyətə o özü nəzarət emişdir. Bağçanın möhürü onun özündə olmuşdur. Şirvan şəhər İcra Hakimiyyətinin tabeliyindən Zərərçəkmiş şəxs tabeliyinə keçdikdən sonra da, onlara hər hansı bir şeyi səhv etdikləri bildirilməmiş, yenə hər şey olduğu kimi davam etdirilmişdir. Tarifləşmə cədvəlləri onlara hazır şəkildə verilmiş, tarifləşmə cədvəllərində ondan başqa İcra başçısının, mühasibin və 2 nəfər nümayəndənin imzası olmuşdur. Tarifləşmə cədvəlləri sentyabrın 15-nə kimi tərtib olunmuş, tədris ilinin ortasında cədvəli dəyişdirmək mümkün olmamışdır. Onun artıq ştat yaratmaq səlahiyyəti olmamışdır və o, heç vaxt belə bir şey etməmişdir. Bağçaya yoxlama komissiyası hər il gəlməmiş, Vüsalə Əhmədovanın şikayətindən sonra gəlmişdir. Birinci dəfə bağçaya yoxlamaya 2 nəfər gəlmiş, heç bir nöqsan aşkar edilməmişdir. Valideynlər Şirvan şəhər İcra Hakimiyyətinə şikayət etdikləri üçün Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən onlara göstəriş verilmişdir ki, “şikayətləri daxildə həll edin, İcra hakimiyyətinə şikayət gəlməsin”. Bağçada yoxlama başlamamış Zərərçəkmiş şəxs müdir müavini Şahid3 vurulmuş zərərin miqdarının 30000(otuz min) manat yazılacağını, onun könüllü olaraq öz ərizəsini yazıb işdən çıxmasını bildirmişdir. Bağçada yoxlama aparılarkən çox haqsızlıqlar olmuşdur. O, yoxlama aktına imza edən şəxslərdən yalnız Şahid3 tanımışdır. O, Şahid3 yoxlamanın nə üçün gəldiyini soruşmuş, Şahid3 də Aygün adlı valideynin Prezident aparatına məktub yazdığını onun əsasında yoxlama aparıldığını bildirmişdir. Onun 2015-ci il təvəllüdlü veteran ailəsindən olan uşağın valideyninə yazdırdığı ərizə yoxlama zamanı onun özünə cırdırılaraq məhv edilmişdir. Bütün uyğunsuzluqlar onun günahı kimi göstərilsə də, onun bağça müdiri olduğu dövrdə sektor müdiri Həzi Qasımov tərəfindən ona hər hansı məsələni səhv etməsi barədə heç vaxt xəbərdarlıq edilməmişdir. O, həmçinin bildirmişdir ki, işdən çıxarılana qədər bağçanın Şirvan şəhər İcra Hakimiyyətinin tabeliyindən Zərərçəkmiş şəxs tabeliyinə keçirilməsi ilə bağlı təhvil-təslim başa çatmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür və işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə1 ifadə verərək göstərdi ki, 04 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Zərərçəkmiş şəxs F-14 saylı, xx.xx.2022-ci il tarixli əmrinə əsasən şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasında araşdırma aparılması üçün verilmiş əmrə əsasən maliyyə-təsərüffat, mal-material, tədris prosesinin və bağlanmış əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə təşkil olunmuş komissiyada üzv seçilmişdir. 05-06 iyul 2022-ci il tarixlərdə komissiya üzvü kimi yoxlamalarda iştirak etmişdir. Yoxlama zamanı aşkar edilmiş pozuntularla bağlı müvafiq akt tərtib edilmiş və akta əlavə olaraq izahatlar alınmışdır. Vəzifəsi üzrə yalnız maliyyətəsərüffat və mal-material yoxlamaları üzrə araşdırma aparmışdır. Akt tərəflərindən tərtib olunmuş, aktda qeyd edilənlər tam doğru olmuş, bir daha orada qeyd olunanları təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli aktda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli, 61 nömrəli qərarı ilə təsdiq edilmiş qərarının 2 nömrəli əlavəsinin 8-ci qeydində göstərilmiş 1 ştat istilik sisteminin xidmətinə görə fəhlə vəzifəsi binanın qızdırılma mövsümü başa çatsa da maliyyələşdirilməsi dayandırılmamış, heç bir əmr verilmədən həmin vəzifəni icra edən Şahid5 bağçanın müdiri X2 tərəfindən şifahi olaraq gözətçi vəzifəsi həvalə edilməsi və nəticədə 780,00 manat əmək haqqının hesablanıb ödənilməsi, hesablanmış əmək haqqına əlavə olaraq DSMF, Tibbi sığortaya və İşsizlikdən sığortaya isə 191.10 manat hesablanıb köçürülməsi aşkar edilmişdir. Bu hal üzrə hansı maliyyə pozuntusu və ya israf etmə faktı tərəflərindən aşkar edilməklə aktlaşdırılmışdır. Qış mövsümü bitdikdə bağça müdiriyyəti tərəfindən əmək müqaviləsi dayandırılmalı, yeni qış mövsümündə təzələnməli olmuşdur. Həmin əmək müqaviləsinin dayandırılmaması ilə dövlət büdcəsindən yuxarıda göstərilən məbləğdə artıq vəsait xərclənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 04 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Zərərçəkmiş şəxs F-14 saylı, xx.xx.2022-ci il tarixli əmrinə əsasən Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasında araşdırma aparılması üçün verilmiş əmrə əsasən maliyyə-təsərüffat, malmaterial, tədris prosesinin və bağlanmış əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə təşkil olunmuş komissiyada üzv seçilmişdir. 05-06 iyul 2022-ci il tarixlərdə komissiya üzvü kimi yoxlamalarda iştirak etmiş, yoxlama zamanı aşkar edilmiş pozuntularla bağlı müvafiq akt tərtib edilmiş, akta əlavə olaraq izahatlar alınmış və müvafiq sənədlər akta əlavə edilmişdir. Vəzifəsi üzrə yalnız körpələr evi-uşaq bağçasının tədris pedaqoji sənədləri üzrə yoxlamalar aparmışdır. Digər yoxlamaları komissyanın başqa üzvləri həyata keçirmiş, ancaq yekuna dair akt bütün komissiya üzvlərinin iştirakı ilə tərtib olunmuş və tərəflərindən imza çəkilərək doğruluğu təsdiqlənmişdir. Körpələr evi-uşaq bağçasında aşkar edilmiş qanun pozuntuları ilə bağlı bağçanın müdiri Elmira Səfərovaya izah verilmiş, həmçinin onunla yanaşı komissiyanın digər üzvləri də öz sahələri üzrə apardıqları yoxlamanın nəticəsini Elmira Səfərovaya izah etmişlər. Elmira Səfərova bütün bu izah edilən qanun pozuntuları və israf etmə faktlarını anlamasına baxmayaraq yoxlamanın nəticələrinə dair tərtib edilmiş akta imza çəkməkdən imtina etmişdir. Elmira Səfərovaya imza çəkməkdən imtina etməyin cinayət məsuliyyətindən azad olunma kimi hala bərabər tutulmadığı izah edilmiş, lakin o yenidən akta imza çəkməkdən imtina etmişdir. Tərəflərindən tərtib edilən yoxlamanın nəticələrinə dair aktda qeyd edilənlər doğru olmuş, bir daha orada qeyd edilənləri təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, 1998-ci ildən təhsil sahəsində müxtəlif vəzifələrində işləmiş,2021-ci ilin aprel ayının 29 dan Zərərçəkmiş şəxs müdir müavini vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, 13 iyun 2022-ci il tarixdə Təhsil Nazirliyindən Zərərçəkmiş şəxsnə vətəndaş X1 Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq baxçası barədə şikayəti daxil olmuş və həmin şikayət əsasında Zərərçəkmiş şəxs müdiri Sənan Mənsimlinin xx.xx.2022-ci il tarixli F-14 nömrəli əmri ilə mənim sədrliyi ilə Zərərçəkmiş şəxs Maliyyə- İqtisadiyyat sektorunun müdiri- Nümayəndə1, həmin sektorun baş məsləhətçisi- Şahid2, Zərərçəkmiş şəxs Tədrisin Keyfiyyətli sektorunun aparıcı məsləhətçisi-Şahid4 və Biləsuvar rayon Yuxarı Ağalı kənd A.Abdulov adına ümumi orta məktətib direktoru Şahid1 iştirakı ilə komissiya yaradılaraq Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq baxçasında monitorinq aparılmışdır. Aparılmış monitorinq zamanı Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq baxçasında bir sıra maliyyə pozuntularının olması aşkar edilmiş və həmin pozuntular iştirakçıların imzaları ilə aktlaşdırılmışdır. Akt tərtib olunduqdan sonra hüquqi qiymət verilməsi üçün Şirvan şəhər prokurorluğuna göndərilmişdir. Şahid3 həmçinin ifadəsində göstərmişdir ki, akt onun sədrliyi ilə aparılmış yoxlama zamanı tərtib olunmuşdur. Aktın maliyyə-iqtisadiyyat hissəsinə aid olan tərəflərini Nümayəndə1 araşdırmışdır və həmin hissələr onun tərəfindən akta yazılmışdır. Akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbə qədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinə” istinad edilərək tərtib edilmişdir. Baxça müdiri baxçanın Nizamnaməsində dəyişiklik edib, orada müxtəlif yaşlı qrup yaratmalı imiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbə qədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” 3.2-ci maddəsinə əsasən həmin qrupa 15 nəfər uşaq qəbul edə bilərmiş. O, cümlədən nizamnamədə dəyişiklik edib məktəbə qədər hazırlıq qrupunu ləğv edə bilərmiş və bunu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbə qədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” 3.2-ci maddəsinə əsaslanaraq etməli imiş. Belə ki, həmin maddədə məktəbə qədər qrupun yaradılması üçün 20 nəfərin olmasının zəruri olması göstərilir. Əgər baxça müdiri müxtəlif yaşlı qrup yaratsa idi onda qrupdakı uşaq sayı 15 nəfərlə komplektləşməli imiş və qida normativlərində, o cümlədən ştat vahidlərində dəyişikliklər olmalıdır. Bunun hesablanma qaydası yenidən aparılmalıdır ki, qida normativlərində, o cümlədən ştat vahidlərində dövlət büdcəsindən nə qədər pul vəsaitləri xərcləndiyi müəyyən edilsin. Baxça müdirinin qrupu bağlamaq səlahiyyəti olmamışdır, çünki, həmin qrupa görə ona dövlət büdcəsindən pul vəsaiti ayrılır. Bundan əlavə işçilərlə müqavilələri vardır və həmin işçilər baxçada vəzifələrini yerinə yetirməlidirlər. Baxça müdiri qrupda uşaq sayı uyğun olmadıqda verilən vaxta uyğun olaraq müxtəlif yaş qrupları üzrə qrup yaratmalı imiş. Əgər məktəbə qədər hazırlıq qrupunun əvəzinə müxtəlif yaşlı qrup yaradılsa idi qida normalarında və ştat vahidlərində qismən dəyişiklik olacaqmış. Belə ki, həmin dəyişiklik 1 gün üçün uşaqlara ayırlmış qida rasionuna uyğun pul vəsaiti qismində hesablanmalı və yoxlama dövrünün günlərinin sayına vurulub tapılmalıdır. Ştat vahidlərində də qismən dəyişiklik olunacaqdır və buna görə də əlavə hesablama aparılmalıdır. Şahid5 baxçada 1 ştat istilik sisteminin xidmətinə görə fəhlə vəzifəsində işləmiş, lakin, payız-qış mövsümü başa çatdığına görə 15 aprel 2022-ci ildən onun vəzifəsinə xitam verilməli olduğu halda xitam verilməmişdir. Lakin, Şahid5 yenə baxçada gözətçi kimi faəliyyət göstərmiş və buna görə heç bir rəsmiləşdirmə aparılmamışdır. Ona görə də 780,00 manat əmək haqqı və 191.10 manat DSMF,Tibbi Siğoortaya görə hesablanaraq ödənilməklə həmin məbləğdə dövlət büdcəsindən artıq pul vəsaiti məxaricə verilmişdir.Baxça müdiri məzuniyyətə çıxmış işçilərin əvəzinə digər işçiləri cəlb etmiş və həmin işçilərin həftəlik 36 saat iş yükü norması pozulmuşdur.Ona görə də onlara dövlət büdcəsindən əlavə pul vəsaiti ayrılmışdır və həmin pul vəsaitləri artıq işləmiş şəxslərə əmək haqqı formasında mədaxil olunmuşdur. Əmək Məcəlləsinə əsasən baxça müdiri işçisini əmək məzuniyyətinə göndərdikdə 0,5 ştat vahidi işləyən işçilərə təklif edə bilər və ya kənardan ixtisaslı kadr dəvət etməklə müddətli müqavilə ilə qrupdakı tədris prosesini təmin edə bilər. 04 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Zərərçəkmiş şəxs F-14 saylı, xx.xx.2022-ci il tarixli əmrinə əsasən Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasında araşdırma aparılması üçün verilmiş əmrə əsasən maliyyə-təsərüffat, mal-material, tədris prosesinin və bağlanmış əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə təşkil olunmuş komissiyada sədr təyin edilmişdir. 05-06 iyul 2022-ci il tarixlərdə komissiya sədri kimi yoxlamalarda iştirak etmiş, yoxlama zamanı aşkar edilmiş pozuntularla bağlı müvafiq akt tərtib edilmiş, akta əlavə olaraq izahatlar alınmış və müvafiq sənədlər akta əlavə edilmişdir. Vəzifəsi üzrə komissiya üzvlərinin apardığı araşdırmalar ilə əldə etdiyi nəticələri yekunda akt şəklində tərtib etmişdir. Aktın tərtib edilməsində bütün komissiya üzvləri, Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasının müdiri Elmira Səfərova və həmin bağçada maliyyə-təsərüffat müdiri işləyən Aidə Abdullayeva iştirak etmişdir.Həmin akt tərtib edildikdən sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır.Körpələr evi-uşaq bağçasında aşkar edilmiş qanun pozuntuları ilə bağlı bağçanın müdiri Elmira Səfərovaya izah verilmiş, həmçinin onunla yanaşı komissiyanın digər üzvləri də öz sahələri üzrə apardıqları yoxlamanın nəticəsini Elmira Səfərovaya izah etmişlər.Elmira Səfərova bütün bu izah edilən qanun pozuntuları və israf etmə faktlarını anlamasına baxmayaraq yoxlamanın nəticələrinə dair tərtib edilmiş akta imza çəkməkdən imtina etmişdir. Elmira Səfərovaya imza çəkməkdən imtina etməyin cinayət məsuliyyətindən azad olunma kimi hala bərabər tutulmadığı izah edilmiş, lakin o yenidən akta imza çəkməkdən imtina etmişdir.Tərəflərindən tərtib edilən yoxlamanın nəticələrinə dair aktda qeyd edilənlər doğru olmuş, bir daha orada qeyd edilənləri təsdiq etmişdir. Hər bir komissiya üzvü öz sahəsi üzrə araşdırma aparıb yoxlama həyata keçirdikdən sonra nəticələri ona təqdim etmişdir. Təqdim edilən yoxlama nəticələri bir-bir qanunvericilik aktları ilə qarşılaşdırılmışdır.Qanunvericilik aktlarında nəzərdə tutulan normalarla uyğunluq təşkil edən qanun pozuntuları və ya maliyyə pozuntuları yekun aktda öz təsdiqini tapmışdır. Yekun nəticədə akt tərtib edildikdən sonra aktda nəzərdə tutulan pozuntularla bağlı bağçanın işçilərinin izahatları alınmış, bağçada olan müvafiq sənədlərin surətləri akta əlavə olunmuşdur. Tərtib edilmiş akt komissiya üzvləri tərəfindən ucadan oxunmuş, aktın tərtib edilməsində iştirak edən hər bir şəxs tərəfindən imzalanmış, yalnız aktı Elmira Səfərova imzalamamışdır. O, şəxsən körpələr evi-uşaq bağçasının fəaliyyətini yoxlamamış, komissiya sədri olaraq üzvlər tərəfindən aparılmış yoxlamanın nəticələrini qanunvericilik aktlarında göstərilən normalarla uyğunluq təşkil edibetməməsini tənzimləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, 04 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Zərərçəkmiş şəxs F-14 saylı, xx.xx.2022-ci il tarixli əmrinə əsasən Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasında araşdırma aparılması üçün verilmiş əmrə əsasən maliyyə-təsərüffat, malmaterial, tədris prosesinin və bağlanmış əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə təşkil olunmuş komissiyada üzv seçilmişdir. 05-06 iyul 2022-ci il tarixlərdə komissiya üzvü kimi yoxlamalarda iştirak etmişdir. Yoxlama zamanı aşkar edilmiş pozuntularla bağlı müvafiq akt tərtib edilmiş və akta əlavə olaraq izahatlar alınmışdır. Vəzifəsi üzrə yalnız maliyyə-təsərüffat və mal-material yoxlamaları üzrə araşdırma aparmışdır. Akt tərəflərindən tərtib olunmuş, aktda qeyd edilənlər tam doğru olmuş, bir daha orada qeyd olunanları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, 04 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Zərərçəkmiş şəxs F-14 saylı, xx.xx.2022-ci il tarixli əmrinə əsasən Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasında araşdırma aparılması üçün verilmiş əmrə əsasən maliyyə-təsərüffat, malmaterial, tədris prosesinin və bağlanmış əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə təşkil olunmuş komissiyada üzv seçilmişdir. 05-06 iyul 2022-ci il tarixlərdə komissiya üzvü kimi yoxlamalarda iştirak etmiş, yoxlama zamanı aşkar edilmiş pozuntularla bağlı müvafiq akt tərtib edilmiş, akta əlavə olaraq izahatlar alınmış və müvafiq sənədlər akta əlavə edilmişdir. Vəzifəsi üzrə yalnız körpələr evi-uşaq bağçasının tədris pedaqoji sənədləri üzrə yoxlamalar aparmışdır. Digər yoxlamaları komissyanın başqa üzvləri həyata keçirmiş, ancaq yekuna dair akt bütün komissiya üzvlərinin iştirakı ilə tərtib olunmuş və tərəflərindən imza çəkilərək doğruluğu təsdiqlənmişdir. Körpələr evi-uşaq bağçasında aşkar edilmiş qanun pozuntuları ilə bağlı bağçanın müdiri Elmira Səfərovaya izah verilmiş, həmçinin onunla yanaşı komissiyanın digər üzvləri də öz sahələri üzrə apardıqları yoxlamanın nəticəsini Elmira Səfərovaya izah etmişlər. Elmira Səfərova bütün bu izah edilən qanun pozuntuları və israf etmə faktlarını anlamasına baxmayaraq yoxlamanın nəticələrinə dair tərtib edilmiş akta imza çəkməkdən imtina etmişdir. Elmira Səfərovaya imza çəkməkdən imtina etməyin cinayət məsuliyyətindən azad olunma kimi hala bərabər tutulmadığı izah edilmiş, lakin o yenidən akta imza çəkməkdən imtina etmişdir. Tərəflərindən tərtib edilən yoxlamanın nəticələrinə dair aktda qeyd edilənlər doğru olmuş, bir daha orada qeyd edilənləri təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verib göstərdi ki, 2019-cu ildən Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasında istilik sistemi xidməti üzrə fəhlə vəzifəsində işləyir. Daha sonra daxili əmrlə bağçada gecə gözətçisi vəzifəsində işləmişdir. Aylıq əməkhaqqını "xxxx" ASC-yə məxsus plastik kartlar vasitəsilə almış, əməkhaqqı kartı özündə olmuş, şəxsən özü istifadə etmişdir. Aylıq əməkhaqqısı 260 manatdır. Onun vəzifəsi qazanxananın doldurulması, havasının buraxılması, otaqlarda istiliyə nəzarət və s ibarət olmuşdur. İstilik sisteminin təchiz olunması dövrü hər ilin noyabr ayının 15-dən aprel ayının 15-nə qədər davam etmiş, işlədiyi müddət ərzində aprel ayının 15-i istilik sisteminin təchiz olunması dayandırılsa da o, bağçada fəhləlik işi ilə məşğul olmuşdur. Əsasən bağçanın həyətyanı sahəsində olan ağaclara qulluq etmiş, işıq sistemini təmir etmiş, sınmış mebelləri düzəltmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, 2022-ci ilin aprel ayının 15-i bağçada istilik sisteminin verilməsi dayandırılsa da o, həmişə olduğu kimi bağçada fəhləlik etmiş və bunun qarşılığında aylıq əməkhaqqını almışdır. O, 15 aprel 2022ci il tarixdə əmək müqaviləsinin dayandırılmalı olduğunu bilməmiş, bununla bağlı ona heç kim hər hansı söz deməmişdir. Qanunvericilik savadı olmadığına görə belə məsələlər haqqında məlumatı olmamışdır. Onu da bildirmişdir ki, həmin dövr ərzində o, hər gün işə gedib gəlmiş, fəhləliklə məşğul olmuşdur. Heç kim onun vəzifələrini icra etməmiş və ya ondan əməkahaqqını verməyi tələb etməmişdir. Şahid5 həmçinin əlavə ifadəsində göstərmişdir ki, 2021-2022-ci illərdə Şirvan şəhərində işlədiyi dövrdə mütəmadi olaraq saat 08-də işə getmiş və saat 12-13 radələrində işdən çıxmışdır. O, 2022-ci ilin aprel, may və iyun ayında işə getmiş və həmin vaxtlarda fəhlə-santexnik kimi işləmiş, bundan əlavə 1 ay gözətçi kimi də işləmişdir. Həmin vaxt gözətçi məzuniyyətdə olduğuna görə onu 1 ay əvəz etmişdir. İşlədiyi gündən onun maaşı karta köçmüş və həmin pulu heç kimə verməyərək şəxsi ehtiyaclarıma xərcləmişdir. Həmçinin, ondan maaşını tələb edən olmamışdır. O, telefon danışıqlarındakı antenin nə səbəbdən elə göstərməsini izah edə bilməmiş, lakin, hər gün işə getdiyini və hər işə gedəndə tabelə qol çəkdiyini bildirmişdir. İş materiallarında olan 24 may 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, “Yasəmən” körpələr evi-uşaq bağçasında müvafiq maddi-texniki və tədris bazasının mövcudluğunun qruplardakı uşaqların sayına görə carpayılar və yataq dəsti olduğuna görə əlavə qrup yaradılması və uşaqların bağçaya davamiyyətinin artıq göstərilməsi halları olmamış, yalnız komplektləşdirmə aparılan zaman 1-3 yaş və 3-6 yaş arasındakı uşaqlar üzrə müxtəlif yaş qrupuna aid və sayı düzgün təsdiq edilməmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan müddət ərzində, yəni 2021/2022-ci tədris ilində kiçik yaşlı (körpə) qrup üzrə 5 uşaq və böyük yaşlı (bağça) qrup üzrə 5 uşaq artıq komlektləşdirilmiş və nəticədə cəmi 10 uşağa görə 243 iş gününə görə və gündəlik bir uşaq gününə düşən ərzaq xərci orta hesabla 1,76 manat olmaqla, cəmi 4276,80 manat ərzaq xərcinin artıq planlaşdırıldığı, gündəlik davamiyyət jurnalları, hesabatlar və gündəlik menyular üzrə qeyd edilən qruplarda faktiki uşaq sayının 2021/2022-ci tədris ilində smeta üzrə 26730 uşaq gününə qarşı faktiki yerinə yetrilmmiş 16450 uşaq günü, yəni 61,5 faiz olduğu, yəni faktiki ərzaq xərci üzrə az icra olunduğu nəzərə alınmaqla, cəmi 2630,23 manat pul vəsaitinin artıq xərc edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlar Kabinetinin 1996-cı il 29 may tarixli 61 nömrəli qərarı ilə təsdiq edilmiş qərarının 2 nömrəli əlavəsinin 8-ci bəndinə zidd olaraq binanın qızdırılma mövsümünün başa çatmasına baxmayaraq, 1,0 ştat istilik sisteminin xidmətinə görə fəhlə vəzifəsi üzrə ştatın ixtisar edilməməsi nəticəsində cəmi 780,00 manat əmək haqqının hesablanıb ödənildiyi müəyyən edilmişdir. (c.11, i.v 62-66) İş materiallarında olan 15 avqust 2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 21 avqust 2023-cü il tarixli protokolundan görünür ki, Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin anten məlumatlarına baxış keçirilərkən müəyyən edilir ki, Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçası Şirvan şəhər, H.Əliyev prospektində yerləşir və 2022-ci ilin may, iyun və iyul aylarında Şahid5 anten dairəsi müxtəlif vaxtlarda Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasının yerləşdiyi Şirvan şəhər, H.Əliyev prospektini göstərsə də əsasən Şirvan şəhəri, İ.Qayıbov küçəsi, Şirvan şəhəri, X3 küçəsi və s olduğunu göstərir. (c.11, i.v 105-106) İş materiallarında olan 2022-ci ilin aprel, may və iyun aylarının iş vaxtının uçotu tabeli sənədlərindən görünür ki, Şahid5 qeyd edilən dövrlərdə işə gəlmişdir və bu bağça müdiri Təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla möhürlə təsdiq edilmişdir. (c.3, i.v 112-113, 119-120, 130-131) İş materiallarında olan Şirvan şəhər 3 nömrəli “Yasəmən” körpələr evi-uşaq bağçasının 2021-2022 tədris ili üçün komplektləşdirilən qruplarda olan uşaqların adlı siyahısından görünür ki, xx.xx.2021-ci il tarixli, 17 nömrəli əmrlə qrupların qəsdən artıq komplektləşdirilməsi ilə 6 qrupun fəaliyyət göstərməsi bağçanın müdiri tərəfindən imzanlanmaqla möhürlə təsdiqlənmişdir. (c.1, i.v 22) İş materiallarında olan xx.xx.2023-cü il tarixli Şahid5 məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, Şahid5 məxsus 4169-XXXX-XXXX-6481 nömrəli plastik əməkhaqqı bank kartına 2022-ci ilin aprel ayı üçün 131,80 manat, may ayı üçün 263,60 manat, iyun ayı üçün 263,60 manat artıq hesablanmaqla ümumilikdə, hər ay 395 manat pul vəsaiti köçürülmüşdür. (c.11, i.v 118) İş materiallarında olan 10 dekabr 2021-ci il tarixli cinayət təqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında qərardan görünür ki, Şahid5 məxsus əməkhaqqı kartına 2020-ci ilin iyun-noyabr ayları və 2021-ci ilin aprel-ayları üçün artıq hesablanmaqla, cəmi 2.014,53 manat pul vəsaiti köçürülmüşdür. Həmin pul vəsaitlərinin Elmira Səfərova tərəfindən dövlət büdcəsinə ödənilməsi və ödənişə əsasən cinayət məsuliyyətindən azad edilməsi faktı sonuncunun ona etibar edilmiş pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə israf etmə yolu ilə talama, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmə cinayətlərində özünü təqsirli bilməsinin sübutu kimi qiymətləndirilmişdir. (c.9, i.v 146-171) İş materiallarında olan 01 iyun 2016-cı il tarixli 27 nömrəli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2016-cı il tarixdən Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin olumuşdur. (c.4, i.v 115) İş materiallarında olan 19 avqust 2022-ci il tarixli K-843 nömrəli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 22 avqust 2022-ci il tarixdə vəzifəsindən kənarlaşdırılmışdır. (c.11, i.v 119-120) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. (c.9, i.v 223) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Lakin, məhkəmə törədilən əməllərin tövsifi məsələsində aşağıdakıları qeyd edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün tövsif edilməmişdir, həmin əməllərin Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 313-cü-cü maddələri ilə yanaşı, həm də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə tövsif edilməsi əsassızdır. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma əməli cinayət hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: -qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyrikommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Hazırki ittiham üzrə qulluq mövqeyindən istifadə etməklə israf etmə cinayəti törətmiş vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs əməli 179.2.3-cü maddəsi ilə tam əhatə olunduğu halda, bununla yanaşı əlavə olaraq onun əməlinin Azərbaycan Respublikası CM-nin 308.1ci maddəsi ilə tövsif edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 39-cu bəndinə əsasən məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israfetmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-nin 308ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3cü maddəsi ilə tövsif olunmalıdır). Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs olaraq öz qulluq mövqeyindən istifadə etməklə israf etmə cinayəti törətdiyindən, bu əməli təsbit edən CMin 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməli, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin maddə ilə tövsif edilməli, CM-nin 308.1-ci maddəsi üzrə təqsirli bilinməsinə dair hissə ittihamdan xaric edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, cəzaların az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə və ya təyin olunmuş cəzaların tamamilə və ya qismən toplama yolu ilə birləşdirilməsi məsələsini həll edərkən məhkəmələr həm cinayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həm də şəxsin törətdiyi bütün cinayətlərin məcmu halında yüksək təhlükəli olmasını nəzərə almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 313-cü maddələrinin sanksiyası həddləri daxilində cərimə cəzası təyin edilməli, CM-in 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilməli, cəzanın əvvəli hökm icraya yönəldilən vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 25 avqust 2023-cü il tarixli qərarla Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasının müdiri vəzifəsi tərəfindən təsdiq edilmiş 2022-ci ilin aprel, may və iyun aylarının iş vaxtının uçotu tabelləri, xx.xx.2023-cü il tarixli Şahid5 məxsus ödəniş kartı üzrə çıxarış və telefon danışıqlarını özündə əks etdirən 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Zərərçəkmiş şəxsin nümayəndəsinə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 313-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3-cü maddələri ilə 4300 manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinərək 1600 manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq ona 4300 manat cərimə cəzası təyin edilsin. Cəzasının əvvəli hökm icraya yönəldilən vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 25 avqust 2023-cü il tarixli qərarla Şirvan şəhər 3 saylı “Yasəmən” körpələr evi-uşaq bağçasının müdiri vəzifəsi tərəfindən təsdiq edilmiş 2022-ci ilin aprel, may və iyun aylarının iş vaxtının uçotu tabelləri, xx.xx.2023-cü il tarixli Şahid5 məxsus ödəniş kartı üzrə çıxarış və telefon danışıqlarını özündə əks etdirən 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxsin nümayəndəsinə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-10/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-10/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver