Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-10/2025 22.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:21-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs , Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci və 234.1-ci maddələri ilə cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 12 iyun 2024-cü il tarixdə saat 14 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Təbiət” adlı kafedə olarkən Zərərçəkmiş şəxs öz mobil telefonunda danışmaq üçün pul olmadığını bildirib, sonuncunu aldadaraq, Zərərçəkmiş şəxs məxsus içərsində 6 manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan 150 manat dəyərində “İnfinix Smart 8” markalı mobil telefonunu götürüb, mobil telefonla danışmaq kimi görüntü yaradaraq, bir qədər kənara çəkildikdən sonra qəfildən qaçaraq hadisə yerindən uzaqlaşan zaman Zərərçəkmiş şəxs mobil telefonunu qaytarması və qanunsuz hərəkətlərinə son qoyması ilə bağlı çağırışlarına baxmayaraq, öz qanunsuz əməlini dərk edib, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirməklə sonuncunun əmlakının qaytarması ilə bağlı tələbinə məhəl qoymayıb, mobil telefonu özündə saxlamaqla açıq talayıb, Zərərçəkmiş şəxs 156 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda və yerdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,416 qram çəkidə narkotik vasitə heroini əldə edib, üzərində daşımaqla saxlamış, 13 iyun 2024-cü il tarixdə saat 10:10 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şirvan şəhəri, Vidadi küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,416 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının CM-in 180.1-ci və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında yaşadığı Şirvan şəhəri, Xanlar küçəsində gəzən zaman yolun kənarında 1 ədəd sellofan büküm görmüş, onun marağını cəlb etdiyi üçün həmin bükümü yerdən götürüb açmış, əvvəllər də heroindən istifadə etdiyi üçün tanıdığına görə içərisinə baxan zaman içərisində heroin olmasını bilmiş və həmin heroini tapmış olduğu bükümdə əynindəki cins şalvarının cibinə gələcəkdə istifadə etmək məqsədilə qoymuşdur. Həmin günün səhəri təxminən saat 10:10 radələrində Şirvan şəhəri, Vidadi küçəsində dayanarkən mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim etmişlər və ondan üzərində narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu demişlər, onun üzərində şəxsi axtarış aparacaqları üçün Şirvan şəhər Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməyib, polis əməkdaşları ilə birlikdə Şirvan şəhər Polis Şöbəsinə getmişdir. Şirvan şəhər Polis şöbəsində olarkən polis əməkdaşlarının, vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşub, olduğu halda könüllü təqdim etməyini təklif etmişdir. O da əynində olan cins şalvarının cibində olan bir bükümdə narkotik vasitə heroini masanın üzərinə qoymuş və həmin bükümün içərisində narkotik vasitə heroin olmasını söyləmişdir. Həmin büküm təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsilə çəkilib miqdarı dəqiqləşdirildikdən sonra zərfə qablaşdırılmış, daha sonra müvafiq protokol tərtib edilmişdir. Digər bütün iştirakçılar kimi o da həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs oğlu daha sonra ifadəsinə davam edib göstərdi ki , xx.xx.2024-cü il tarixdə təxminən saat 14 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Təbiət” adlı kafedə əyləşmiş, həmin vaxt oğurluq etmək qərarına gəlmişdir. Üzdən tanıdığı Sabirabad rayon sakini Anar adlı şəxsi kafedə görmüşdür. Bu məqsədlə Anar adlı şəxsə mobil nömrəsinin balansının olmamasını demiş və Anardan bir nəfərə zəng etmək üçün mobil telefonunu istəmişdir. Anar ona mobil telefonunu vermiş, o, sakitcə arxaya baxmadan yalandan guya danışa-danışa oradan uzaqlaşmış, tanımadığı sürücünün idarə etdiyi bir taksi avtomaşını saxlatdırıb həmin avtomaşınla yaşadığı evə getmiş, mobil telefonu yaşadığı evə qoymuşdur. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı aradan qaldırmış, onunla barışıq əldə etmişdir. Himayəsində 3 (üç) övladının olmasını, etdiyi əməldən peşman olmasını bildirib məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 12 iyun 2024-cü il tarixdə təxminən saat 14 radələrində Şirvan şəhəri, H.Əliyev prospketində yerləşən “Təbiət” adlı kafedə əyləşdikləri vaxt orada əvvəldən tanıdığı Şirvan şəhər sakini Ataxan adlı şəxsi görmüş, Ataxan asfalt yolun kənarı ilə keçmişdir. Bu zaman onlar Ataxana səslənərək yanlarına çağırmışlar. Ataxan gəlib ona mobil nömrəsində balansı olmamasını deyib ondan ona borcu olan bir nəfər şəxsə zəng etmək üçün mobil telefonunu istəmişdir. Ataxan ona bildirmişdir ki, həmin şəxsdən alacağı puldan ona olan 15 manat borcunu da ödəyəcəkdir. O da Ataxana istifadəsində olan “İnfinix 8” markalı mobil telefonunu vermişdir. Ataxan ona mobil telefonu 30 dəqiqə ərzində qaytaracağını bildirmişdir. Lakin dediyi vaxtdan uzun müddət keçsə də Ataxan telefonu qaytarmamışdır. O, Ataxanın yaşadığı evi getmiş, qapını döymüş, qapını uşaq açmış Ataxanın evdə olmamasını bildirmişdir. O da əsəbiləşib Ataxan barədə polis şöbəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan aradan qaldırılmış, təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayətçi deyil . Məhkəmə araşdırması zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs müxtəlif ifadələr verdiyindən və onun verdiyi ifadələr ziddiyyətli olmaqla biri digərinə uyğun olmadığından onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 12 iyun 2024cü il tarixdə təxminən saat 14 radələrində Şirvan şəhəri, H.Əliyev prospketində yerləşən “Təbiət” adlı kafedə əyləşib çay içmişdir. Həmin vaxt orada üzdən tanıdığı Şirvan şəhər sakini Ataxan adlı şəxsi görmüş, Ataxan asfalt yolun kənarı ilə keçmişdir. Ataxan gəlib ona mobil nömrəsində balansı olmamasını deyib ondan bir nəfər şəxsə zəng etmək üçün mobil telefonunu istəmişdir. O da Ataxana istifadəsində olan “İnfinix 8” markalı mobil telefonunu vermişdir. Ataxan sakitcə oradan yalandan guya kiminləsə danışa-danışa qəfildən oradan uzaqlaşmış, o, Ataxanı görüb arxadan uca səslə qışqıraraq səsləmiş, mobil telefonunu qaytarmasını tələb etmişdir. Ona cavab vermədiyini görüb Ataxanın arxasınca qaçmış, lakin Ataxan mobil telefonunu özündə saxlayıb oradan qaça-qaça çıxıb getmişdir. Onun sözlərinə heç bir məhəl qoymamışdır. O, Ataxanın yaşadığı evi soraqlaşa-soraqlaşa gedib tapmış, qapını döymüş, qapını qadın cinsindən olan şəxs açmış, o, Ataxanla görüşmək istədiyini dedikdə ona evdə olmadığını bildirmişdir. Ataxan onun telefonunu götürüb oradan uzaqlaşdıqdan sonra sonuncuya çata bilmədiyini görüb istifadəsində olan ***-***- **-** mobil nömrəsinə zəng etdikdə ona 10-15 dəqiqəyə gələcəyini yalandan demiş, ona mobil telefonda hədə-qorxu gəlmiş və “adboy” vermişdir. Bundan sonra o, öz mobil nömrəsinə zəng etdikdə artıq telefon söndürülmüşdür. Bundan sonra bu barədə Şirvan şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona 210 manat məbləğində maddi ziyan dəymiş, belə ki, həmin mobil telefonu 2024-cü ilin yanvar ayının sonlarında 210 manata almışdır. Hadisə 12 iyun 2024-cü il tarixdə saat 14 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Təbiət” kafesində baş vermişdir. Ataxan adlı şəxs o, kafedə olarkən asfalt yolun kənarından keçərkən onu görüb ona bildirmişdir ki, mobil telefonunu versin, kimləsə əlaqə saxlayacaqdır, özünün mobil nömrəsində balansı bitmişdir. Ataxan kiməsə yalandan mobil telefon ilə zəng vurmuş, sonra isə mobil telefonu əlində qaçmağa başlamışdır. Ataxanın arxasınca gedib qaçmağa başlayıb Ataxan adlı şəxsə mobil telefonunu qaytarması üçün çağırsa da sonuncu onun sözlərinə məhəl qoymamış, qaçıb hadisə yerindən uzaqlaşmışdır. Ataxanın ardınca uca səslə çağıraraq mobil telefonunu qaytarmasını bildirən zaman aralarında olan məsafə yaxın olmuş, sonuncu onun sözlərini eşitsə də sözlərinə heç bir məhəl qoymamış, qaçaraq oradan uzaqlaşmışdır. Ona məxsus olan 1 ədəd mobil telefonun Ataxan adlı şəxs tərəfindən ələ keçirilməsi nəticəsində ona 210 manat maddi zərər dəymişdir. Polis əməkdaşı tərəfindən mobil telefon ona təqdim edilmiş, bəli həqiqətən də, həmin mobil telefon ona məxsusdur, məhz Təqsirləndirilən şəxs tərəfindən talanmış mobil telefonudur. O, mobil telefonunu tanımışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əlavə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona məxsus olan mobil telefonu danışmaq üçün ondan alıb qaçdıqdan sonra onu axtarmağa başlamış, həmin vaxt Hacqabul rayon sakini kimi tanıdığı “Elvin” adlı şəxsdən mobil telefonunu istəmiş, Elvinin mobil telefonu ilə Təqsirləndirilən şəxs mesaj yazıb ondan mobil telefonunu və həmçinin Təqsirləndirilən şəxs bir ay əvvəl ondan borc aldığı 20 manat pul istəmiş, sonra onun yaşadığı evin qapsına getmiş, Təqsirləndirilən şəxs tapıb ondan mobil telefonumu ala bilmədiyi üçün polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs ondan aldığı mobil telefonu 2024-cü ilin yanvar ayında 210 manata aldığını, həmin mobil telefonu işlətdiyini, mobil telefonun bir qədər köhnəldiyini, həmçinin Təqsirləndirilən şəxs mobil telefonundan ona məxsus olan ***-***-**-** saylı mobil nörməni çıxardığını, həmin mobil nömrəni 2024-cü ilin yanvar ayında 6 manata aldığını, ekspert rəyi ilə razı olduğunu, mobil telfonu 2024-cü ilin yanvar ayında aldıqdan sonra istifadə etdiyini, mobil telefonun köhnəldiyini, ona ümumlikdə mobil telefona görə 150 manat, mobil telefonun üzərində olan mobil nörməyə görə isə 6 manat maddi zərər dəydiyini, Elvin adlı şəxsin Hacqabul rayon sakini olduğunu, onun yaşadığı ünvanı, soyadını və mobil nömrəsini bilmədiyini, hadisə olan vaxtı Elvinin ona Rusiya Federasiyasına işləmək üçün gedəcəyini bildirdiyini, Elvin adlı şəxsin hazırda Rusiya Federasiyasında olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı da sonuncunun ona məxsus mobil telefonu soyğunçuluq yolu ilə ələ keçirməsi barədə ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şirvan şəhər Polis Şöbəsinin CABnin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 13 iyun 2024-cü il tarixdə xidmətdə olarkən icraatına məlumat daxil olmuşdur ki, Şirvan şəhəri, Xanlar küçəsi, dalan 4, ev 3-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə etdiyi narkotik vasitələri və və psixotrop maddələri daşımaqla saxlayır. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarın icrası ilə əlaqədar o, Şirvan ŞPŞnin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 və Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenatı X5 ibarət əməliyyat qrupu yaradılmış, sonra 13 iyun 2024-cü il tarixdə saat 10 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Vidadi küçəsinə getmişlər. Həmin küçədə saat 10:10 radələrində Təqsirləndirilən şəxs yolun kənarında hərəkət etdiyini görmüşlər və barəsində məlumat daxil olduğu üçün qərara gəlmişlər ki, yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan şəhər polis şöbəsinə dəvət etsinlər. Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirdikdə, sonuncu olnarın polis əməkdaşı olduğunu görüb özünü şübhəli apararaq onlardan yayınıb getmək istəmiş, buna baxmayaraq Təqsirləndirilən şəxs polis şöbəsinə gətirməyə müvəffəq olmuşlar. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs Təhqiqat bölməsində vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil X1, vəkil Salman Fərəcov gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş, buna hər hansı bir etirazının olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs təklif olumuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm təqdim etmiş, təqdim etdiyi bükümdə narkotik vasitə olan heroinin olmasını bildirmişdir. Daha sonra şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi sellofan bükümdə narkotik vasitə olan heroindir. Təqdim etdiyi narkotik vasitəni 12 iyun 2024-cü il tarixdə yaşadığı evin küçəsindən yerdən tapıb və istifadə etmək üçün üzərində gəzdirib. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitəyə bənzər kütlə zərfdə qablaşdırılaraq möhürlənmiş, həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Şirvan şəhər Polis Şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkətə, psixi və ya fiziki zorakılığa yol verilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid Şirvan şəhər Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qərardan” görünür ki, Təqsirləndirilən şəxs azadlığı xx.xx.2024-cü il tarixdə, saat 10:00 dəqiqədən məhdudlaşdırılmış, xx.xx.2024-cü il tarixdə, saat 10:35-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroini təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini xx.xx.2024-cü il tarixdə yaşadığı evin yaxınlığında yerdən tapdığını və istifadə etmək üçün üzərində saxlamasını bildirmişdir . Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/587 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs üzərindən...» sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,416 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,416 - qram, tədqiqatda sərf edildi - 0,05 qram, qalıq - 0,366 qram. xx.xx.2024-cü il tarixli “cinayət işinin icraata qəbul olunması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli materialın cinayət işinə birləşdirilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilərək ibtidai istintaq davam etdirilmişdir. xx.xx.2024-cü il tarixli “cinayət əməlinin tövsif olunması barədə” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 180.1-ci və 234.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 24026018 nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 180.1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(032)-143/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 299 nömrəli rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X15 X13-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 4619 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən 12 iyun 2024-cü il tarixdə saat 15:53:46-da “Mənən Anar. Gəl qapuza”, 12 iyun 2024-cü il tarixdə saat 16:18:07-də “Gəl qapuza tərəfə gəlirəm ora”, 12 iyun 2024-cü il tarixdə saat 16:59:28-də “Aşda bu poxı. Adamı niyə vadar edirsən nəyəsə”, 12 iyun 2024-cü il tarixdə saat 17:17:23-də “Yarım saata telefon və pul çatmasa şöbəyə gedirəm”, 12 iyun 2024-cü il tarixdə saat 17:22:34-də “Qaqa mesajı Anar yazıb. indidə qapuzdadı”, “Anar ayrıldı məndən getdi şöbəyə. 12 iyun 2024-cü il tarixdə saat 18:12:44-də “Anar getdi şöbəyə 1.2 saata aparacaqlar səni” məzmunlu SMS-lərin olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə narkotik vasitələrin satışının həyata keçirilməsi ilə bağlı SMS-lərin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (məhkəməəmtəəşünaslıq ekspertizasının) xx.xx.2024-cü il tarixli, 9/4924 saylı rəyindən görünür ki, ekspertiza təqdimatına təqdim edilən 01 ədəd “İnfinix Smart 8” markalı , “İnfinix X6525” model ,4GB,64GB yaddaş tutumlu mobil telefonun komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması və yuxarıda qeyd edilən xüsusatlar (istismar xarakterli qüsurlar (cızıqlar, rəng qopuqları)) nəzərə alınmaqla 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti təxminən 150,00 manat müəyyən olunur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(032)-183/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay olmaqla, yəni 13 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci və 234.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək və məzmununa əlavələr edilərək , o Azərbaycan Respublikası CM-nin 180.1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki üzləşdirmə zamanı Zərərçəkmiş şəxs qızı ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. Belə ki, Müdafiəçi iştirakı ilə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə aparılmazdan əvvəl Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CPM-nin 87ci maddəsinə nəzərdə tutulan hüquq və vəzifələri, o cümlədən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ izah olunmuş, həmçinin bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsi və ifadə verməkdən imtina etməyə görə Azərbaycan Respublikası CM-nin 298-ci maddəsi ilə məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Üzləşdirmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsinə nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ona verilən “ Siz Təqsirləndirilən şəxs sözlərinə qarşı nə deyə bilərsiz” 1-ci suala cavab olaraq “ Təqsirləndirilən şəxs məndən mobil telefonumu aldı ki, daınışım. Danışa-danışa məndən uzaqlaşdı. Mən onu çağırdım ki, Ataxan mənim mobil telefonumu ver. Bundan sonra o yerişlərini itiləşdirdi. Maşın var idi, həmin maşına mindi. Sonra getdi. Sonra ona zəng vurduq. Dedi gəlləm. Zərərçəkmiş şəxs ona verilən “ Təqsirləndirilən şəxs sizin mobil telefonunla danışa-danışa gedən zaman siz onu çağıraraq ondan mobil telefonunuzu istədinizmi” 2-ci suala cavab olaraq “Bəli. Mən onu çağırdım. O isə avtomobilə əyləşib getdi. Mobil telefonumu qaytarmadı. Mən ondan mobil telefonumu istəsəm də, o mənim mobil telefonumu qaytarmamışdır.” bildirmişdir. «Şirvan şəhər mərkəzi xəstəxanası» X17 xx.xx.2024-cü il tarixli, 18-1-35/2-953/2024 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ŞMX-nın PHŞ-in poliklinika şöbəsinin narkoloji kabinetində “opioidlərin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır. Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2024-cü il tarixli 312 nömrəli xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, hazırda məhkumluğu olan şəxsdir. Şirvan şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli 17601-305 saylı məktubundan görünür ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, qeyd edilən hökm xx.xx.2024-cü il tarixdə Şirvan şəhər İcra və Probasiya Şöbəsinə daxil olmuş, lakin məhkum Təqsirləndirilən şəxs Şirvan şəhər İcra və Probasiya Şöbəsinə gələrək qeydiyyatdan keçmədiyi üçün Azərbaycan Respublikasının CM-nin 51- 2-ci maddəsinin tələblərinə əsasən ona təyin edilmiş cəza çəkilməmiş qalmışdır. Zərərçəkmiş şəxs notariat qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan da görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2005-ci il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X10 adlı uşaqları vardır. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini yaşadığı evin yaxınlığında yerdən tapdığını və istifadə etmək üçün üzərində saxlamasını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin : 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama-üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının” İ siyahısının 83-cü bəndinə görə heroinin xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0,416 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ziddiyyətli ifadəsinə, yəni Təqsirləndirilən şəxs mobil telefonu ondan aldıqdan sonra qaytarmadığını təsdiq etsə də, onun arxasınca qışqıraraq çağırmadığını bildirməsinə (zərərçəkmiş şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) qiymət verərək onları qəbul etmir və qeyd edir ki, həmin ifadə işin halları ilə təsdiq olunmur. Belə ki, Zərərçəkmiş şəxs ibtidai araşdırmanın bütün mərhələsində heç bir təsir və ya təzyiq olmadan, həmçinin üzləşdirmə zamanı təqsirləndirilən şəxsin üzünə qarşı onun arxasınca çağırmasını, Təqsirləndirilən şəxs buna məhəl qoymadığını, ona məxsus mobil telefonu özü ilə götürüb aparmasını, sonradan bununla bağlı polis şöbəsinə ərizə ilə müraciət etməsini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdikləri (Təqsirləndirilən şəxs mobil telefonu ondan aldıqdan sonra onun arxasınca qışqıraraq çağırmaması) işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam təkzib olunur. Belə olan vəziyyətdə Zərərçəkmiş şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsinə inanıb onu qəbul etmək üçün məhkəmədə heç bir əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsini, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır . Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakılar qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin : 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə, himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə , himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olmasını, əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal olduğunu nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən həmçinin aşağıdakı halları qeyd etməyi vacib hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4№-li qərarının 3-cü bəndində qeyd olunmuşdur ki,…məhkəmələr böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci və 234.1-ci maddələrinin sanksiyası həddləri daxilində Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya əvvəlki Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddəti CM-in 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla qismən birləşdirilməklə qəti cəza təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilməli, o,ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik və xx.xx.2024-cü il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat , ümumilikdə 81 (səksən bir ) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 (kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan və keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,366 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş iki ədəd “DVD- R” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə maddi sübut olan “İnfinix 8” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 180.1-ci maddəsi ilə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya əvvəlki Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırlması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırlması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilərək qəti olaraq ona 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin . Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,366 qram olan narkotik vasitə heroin məhv edilsin. “İnfinix 8” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik və 50 (əlli) manat , ümumlikdə 81 (səksən bir) manat 95 (doxsan beş) qəpik pul tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 ( kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Cinayət işinə əlavə edilmiş iki ədəd “DVD-R” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-10/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-10/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver