Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-100/2023 24.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 11:25-də Şirvan şəhər Məhkəməsinin hakimi X10 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Şirvan şəhər Məhkəməsinin 06 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə 1000 (min) manat cərimə cərimə cəzasına məhkum edilmiş, Şirvan şəhər Məhkəməsinin 25 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 1000 (min) manat cərimə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qərarı ilə cəzası 03 il 03 aya endirilmiş, Salyan rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 06 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuş, 14 iyul 2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona Şirvan şəhər Məhkəməsinin 25 iyul 2017-ci il tarixli, 1(032)124/2017 saylı hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzasının çəkilməmiş cərimə cəzası hissəsi həmin hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə üzərində qəti olaraq 3 il müddətə azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzası saxlanılmış, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə “08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən 06 ay cəzası azaldılmış, həmin qərarın 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 (bir) ay 16 (on altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,256 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində daşımaqla saxlamış, 04 fevral 2023-cü il tarixdə saat 20:15 radələrində Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində Şirvan şəhəri, N.Nərimanov küçəsində saxlanılaraq Şirvan şəhər Polis Şöbəsinin inzibati binasına gətirilmiş və üzərində axtarış aparılan zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində olan bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,256 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,480 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlamış, xx.xx.2023-cü il tarixdə saat 02:15 radələrində Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyattədbiri nəticəsində Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində saxlanılaraq Şirvan şəhər Polis Şöbəsinin inzibati binasına gətirilmiş və üzərində axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibində olan bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,480 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı H.Əliyev prospektində yerləşən evinin yaxınlığında piyada hərəkətdə olarkən yolun kənarında yerdə sellofan bükümü olduğunu görmüşdür. Bundan sonra həmin büküm onun diqqətini cəlb etdiyi üçün yerdən götürüb açıb baxdıqda içərisində narkotik vasitə olan heroin olduğunu görmüş və özü şəxsi istifadə etmək məqsədilə üzərində saxlamışdır ki, münasib bir yerdə istifadə edər. Həmin gün yəni xx.xx.2023-cü il tarixdə axşam saat 20:15 radələrində Şirvan şəhəri, N.Nərimanov küçəsində, piyada hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxs onu dayandıraraq, ona yaxınlaşıb özlərini təqdim edib və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsi ilə bağlı şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu polis şöbəsinə dəvət etmişlər. O da buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Şirvan şəhər Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsinin Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X2. Bir müddət sonra vəkil Füzuli Eyvazov gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, o, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində bir ədəd sellofana bükülmüş narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, həmin bir ədəd sellofan bükümdə narkotik maddə olan heroindir. Polis əməkdaşları ondan həmin sellofan bükümünü haradan əldə etməyini soruşduqda, demişdir ki, onu yaşadığı evin yaxınlığından yerdən tapmış və istifadə etmək üçün üzərində gəzdirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin qanunsuz heç bir əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə aşkar olunmamışdır. Daha sonra protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra protokola imza etmişdir. Bundan sonra onun barəsində Şirvan şəhər PŞ-nin İB-nin müstəntiqi Faiq İmanov tərəfindən xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, evinə buraxılmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən mənzilinin yaxınlığında küçədə piyada hərəkətdə edən zaman yolun kənarında 1 sellofan bükümü onun diqqətini çəkmişdir. O, yaxınlaşaraq həmin bükümü yerdən götürmüş və həmin bükümün içini açıb baxdıqda içərisində narkotik vasitə olan heroin olduğunu görmüş və istifadə etmək məqsədilə həmin bükümü üzərində saxlamışdır ki, münasib bir vaxtda istifadə edər. xx.xx.2023-cü il tarixdə 02:15 radələrində Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsində hərəkətdə olarkən Şirvan ŞPŞ-nin mülki geyimli əməkdaşları yaxınlaşıb özlərini təqdim edib və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsində şübhəli olduğu üçün üzərində şəxsi axtarış və baxış aparılmasında ötəri onu polis şöbəsinə dəvət etmişlər. O da buna etiraz etməmiş və birlikdə Şirvan şəhər Polis Şöbəsinə gəlmişlər. Polis şöbəsinin Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bir qədər keçdikdən sonra vəkil Salman Fərəcov gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, o, üzərində olan 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən qanunsuz heç bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Bundan sonra protokol tərtib olunmuş, oda bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra protokola imza etmişdir. Şirvan ŞPŞ-nə gətirilərkən və Şirvan ŞPŞ-də olarkən ona qarşı heç bir fiziki zor tətbiq olunmamışdır. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs tərəfindən həmin cinayətin törədilməsi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolları, ekspertiza rəyləri, maddi sübut, videoçəkiliş və digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər PŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə olan heroin istifadə etməkdə, üzərində gəzdirməsi ilə bağlı şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yarandığından ŞPŞ-nin ƏİÜ rəis müavini, polis polkovnik leytenantı Farid Vəliyev, İTB-ın sahə polis nəfəri, polis baş serjantı Şahid1, təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı İsmail Qasımov və ondan ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs yeri tərəflərindən müəyyən edilərək xx.xx.2023-cü il tarixdə saat 20:15 radələrində Şirvan şəhəri, N.Nərimanov küçəsində saxlanılıb Şirvan şəhər Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsinin inzibati binasının otaqlarının birində videoçəkiliş vasitəsilə vəkilin və yuxarıda adı çəkilən polis əməkdaşının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan büküm aşkar olunmuş, həmin bükümə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə təhqiqatçı İsmail Qasımov tərəfindən protokol tərtib olunduqdan sonra həmin protokol onun, digər polis əməkdaşı, vəkil və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə bənzər kütlənin barəsində ekspertiza rəyi alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan Regional ekspertizası mərkəzinə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Şahid2 məhkəmə iclasında ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər PŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə icraatına ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə olan heroin istifadə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqla şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yaranmışdır. Şirvan ŞPŞ-nin PPXB-nün polis nəfəri, polis baş serjantı Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs yeri tərəflərindən müəyyən edilərək xx.xx.2023-cü il tarixdə saat 02:15 radələrində Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində saxlanılıb şəhər polis şöbəsinə gətirilmişdir. Şəhər polis şöbəsinin inzibati binasının otaqlarının birində videoçəkiliş vasitəsilə vəkilin və yuxarıda adı çəkilən polis əməkdaşının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı Akif İbadov üzərində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan büküm aşkar olunmuş, həmin bükümə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə təhqiqatçı Kənan Osmanlı tərəfindən protokol tərtib olunmuş, həmin protokol onun, digər polis əməkdaşı, vəkil və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə bənzər kütlənin barəsində ekspertiza rəyi alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan Regional ekspertizası mərkəzinə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Şahid3 məhkəmə iclasında ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X6 iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş şəxsi axtarış və götürmə haqqında xx.xx.2023cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərində saxladığı 1 ədəd sellofan kəsiyi aşkar edilmiş, həmin sellofan kəsiyinə baxış keçirilən zaman içərsində narkotik maddəyə bənzər heroin aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Ona görə də Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:55-də üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar narkotik vasitə aşkar olunmasını özündə əks etdirən 1 ədəd disk protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş şəxsi axtarış və götürmə haqqında xx.xx.2023cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 1 ədəd sellofan kəsiyi aşkar edilmiş, həmin sellofan kəsiyinə baxış keçirilən zaman içərsində narkotik maddə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Ona görə də Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 02:45-də üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar narkotik vasitə aşkar olunmasını özündə əks etdirən 1 ədəd disk protokola əlavə edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin xx.xx.2023-cü il tarixli 18/138 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,256 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi – 0,256 qram, tədqiqata istifadə olundu – 0,05 qram, qalıq 0,206 qramdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin xx.xx.2023-cü il tarixli 18/192 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,480 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi – 0,480 qram, tədqiqata istifadə olundu – 0,05 qram, qalıq 0,430 qramdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin xx.xx.2023-cü il tarixli 18/428 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: 18/138... Təqsirləndirilən şəxs üzərindən...” MEM-ə məxsus kağız paketdəki 1 ədəd bükümdə olan heroin ilə üzərində: “18/192... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış MEM-ə məxsus kağız paketdəki 1 ədəd bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidir, eyni tərkibli deyildir. Heroinin ümumi təmiz çəkisi – 0,636 qram, tədqiqata istifadə olundu – 0,10 qram (hər ob-0,05 qr), qalıq 0,536 qramdır. Cinayət işi materiallarında olan məhkəmə - narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli, 1253 nömrəli rəyindən görünür ki, müaiyinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomanyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-dən verilmiş tələbnamədən, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarının surətindən, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, İbadov X9 şəhər Məhkəməsinin 06 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə 1000 (min) manat cərimə cərimə cəzasına məhkum edilmiş, Şirvan şəhər Məhkəməsinin 25 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 1000 (min) manat cərimə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli qərarı ilə cəzası 03 il 03 aya endirilmiş, Salyan rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 06 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuş, 14 iyul 2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona Şirvan şəhər Məhkəməsinin 25 iyul 2017-ci il tarixli, 1(032)124/2017 saylı hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzasının çəkilməmiş cərimə cəzası hissəsi həmin hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə üzərində qəti olaraq 3 il müddətə azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzası saxlanılmış, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə “08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən 06 ay cəzası azaldılmış, həmin qərarın 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 (bir) ay 16 (on altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, hər iki hökm üzrə məhkumluğu ödənilməmişdir. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs,yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli və Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmləri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq yenidən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən, cinayətlərin təhlükəli residivi yaranmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında»Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 19-cu bəndinə görə məhkəmələr hökmlərin məcmusu üzrə əsas və əlavə cəzaların hansı hissəsinin faktiki olaraq çəkildiyini aydınlışdırmalı və bu hal hökmün giriş hissəsində öz əksini tapmalıdır.Çəkilməmiş cəza müddətinə məhkumun şərti olaraq vaxtından əvvəl azad edildiyi cəza müddəti,əvvəlki hökmlə təyin edilmiş şərti məhkumetmənin bütün müddəti,hamilə qadınlar və ya səkkiz yaşına qədər uşağı olan qadınlar tərəfindən çəkilməsi təxirə salınmış cəza müddəti aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər məhkum edilməsini, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən onun satış məqsədi olmadan narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etməsi və cinayətlərin təhlükəli residivi onun cəzasını ağırlaşdıran hallardır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi yüksək olduğunu, əməlində cinayətlərin təhlükəli residivinin yaranmasını və təkrarən eyni kateqoriyalı cinayət əməlini törətməsini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddləri daxilində CMin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, CM-in 76.6.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilərək, CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya əvvəlki Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 16 (on altı) gün hissəsi qismən birləşdirilərək qəti cəza təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 18 fevral 2023cü il tarixdən hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-ci il tarixdə Şirvan şəhər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, həmin tarixdə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçildikdən sonra xx.xx.2023-cü il tarixdə analoji cinayət törətmiş, buna görə də məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(032)-78/2023 saylı qərarı ilə «həbs» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 149 manat 22 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. Keçirilmiş ekspertiza tədqiqatlarından sonra ümumi qalıq çəkisi 0,536 qram iş üzrə maddi sübut kimi Şirvan şəhər Polis Şöbəsində saxlanılan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356-cı maddələrini rəhbər tutuaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş qalan 01 (bir) ay 16 (on altı) gün hissəsini çəkməkdən şərti olaraq vaxtında əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya əvvəlki Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 16 (on altı) gün hissəsi qismən birləşdirilərək qəti olaraq ona 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olma müddəti nəzərə alınmaqla təyin edilmiş cəzadan 2 gün çıxılmaqla üzərində 02 (iki) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 18 fevral 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutları saxlama anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,536 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 149 manat 22 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X4 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-100/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-100/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver