Məhkəmə qərarları › İş №1(032)-100/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-100/2024

28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-100/2024 28.08.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:10-da Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Nümayəndə, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən silah qismində istifadə etdiyi əşya ilə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə hədəsi ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşaiyət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, qəsdən, 16 avqust 2023-cü il tarixdə, saat 23 radələrindən 17 avqust 2023-cü il tarixə keçən gecə saat 01 radələrinədək olan müddətdə ictimai yer hesab edilən Azərbaycan Respublikası Məhkəmə-Tibbi Ekspertizası və X7 X11 balansında olan, Şirvan şəhəri, H.Əliyev prospekti 16 ünvanda yerləşən Şirvan şəhər şöbəsinin həyətində ictimai qaydanı kobud surətdə pozaraq, səs-küy salıb, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə, ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış və birgəyaşayış qaydalarına qarşı etinasızlıq göstərməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ətrafda olan çox sayda insanların gözü qarşısında Azərbaycan Respublikası Məhkəmə-Tibbi Ekspertizası və X7 X18 Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Nümayəndə üzərində zor tətbiq olunması hədəsi ilə və Azərbaycan Respublikası Məhkəmə-Tibbi Ekspertizası və X7 X18 Şirvan şəhər şöbəsinin əmlakının zədələnməsi ilə müşayiət olunan hərəkətlər etməklə, özünün şəxsiyyətini başqa şəxsin fövqində qoyub, Nümayəndə nalayiq söyüşlərlə söyüb təhqir edərək həmin şöbənin arxa giriş qapısının cəftəsini əli ilə qəsdən vurub sındıraraq və silah qismində istifadə etməklə etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin şöbənin yan tərəfinə qəsdən bir dəfə çırparaq Azərbaycan Respublikası Məhkəmə-Tibbi Ekspertizası və X7 X18 Şirvan şəhər şöbəsinə ümumilikdə 280 (iki yüz səksən) manat maddi ziyan vurmaqla ictimai qaydanın ümumilikdə 30 dəqiqə müddət ərzində pozulmasına səbəb olan qərəzli hərəkətlərə yol verməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 16 avqust 2023-cü il tarixdə saat 23 radələrində qardaşı X3 Hacıqabul rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı vəfat etməsi və bununla bağlı sonuncunun Şirvan şəhər Məhkəmə tibb ekspertizası və Patoloji Anatomiya şöbəsinə morqa aparılması barədə məlumat alıb dərhal idarə etdiyi **-BE-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobili ilə morqa getmişdir. Avtomobildən düşüb morqa daxil olmaq istəyərkən orada olan polis əməkdaşları ona qapı bağlı olmasını, ekspertin isə hələ gəlmədiyini bildirmişlər. Qardaşının vəfat etdiyi ona pis təsir etmiş, ona görə də, əsəbindən idarə etdiyi avtomobilə əyləşib şöbənin divarına bir dəfə çırpmış, həmin vaxt orada olan polis əməkdaşları onu avtomobildən yerə düşürtmüşlər. Həmin vaxt bir anlıq özündən getmiş, sonradan özünə gəlmişdir. Morqda olan heç bir alətə və ya morqun arxa hissəsində olan qapının dəstəyinə əli dəyməmişdir. Sonradan ona vəfat etmiş qardaşını göstərmişlər, həmin gecə aqressiv halda olan zaman onu anası və yaxın qohumları sakitləşdirərkən qolunda olan saatı düşmüş, morqun qarşısında nə qədər axtarsa da, tapa bilməmişdir. Hadisə zamanı Nümayəndə qarşı nalayiq ifadə işlətməsini, onu hədələməsini xatırlamır. Bundan başqa Eldar həkimə zor tətbiq etməmişdir. Mərhum qardaşı X3 baş vermiş yol-nəqliyyat hadisəsi zamanı vəfat etməsi ona pis təsir etmiş, hadisə zamanı özündə olmamışdır. hadisənin təsirindən özündə olmamış, əsəbi olmuşdur. Hal-hazırda törətmiş olduğu cinayət əməlindən peşmandır, dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Bu halların, eləcə də “Vətən Müharibəsi”nin iştirakçısı olmaqla erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməsinin, himayəsində dörd aylıq körpə, epilepsiya xəstəsi olan uşağının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zərərçəkmiş şəxs PHŞ-nin nümayəndəsi qismində tanınmış və zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Birliyin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Nümayəndə ifadəsində göstərmişdir ki, hazırda “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” X15 Şəxsin Şirvan şöbəsinin rəisi vəzifəsini icra edir, 16 avqust 2023-cü il tarixdə, saat 22-23 radələrində ona baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 ölməsi və meyitinin morqa gətirilməsi barədə məlumat verilmişdir. Həmin məlumat əsasında meyitin xarici və daxili müayinəsini aparmaq üçün “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X16 həyətində olan və “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” X15 Şəxsə məxsus Şirvan şöbəsinin inzibati binasına gəlmiş, həmin vaxt binanın qarşısında çoxlu sayda adam görmüş, bunların çoxusu ölmüş şəxsin qohumları olmuşdur. İnzibati binaya daxil olduqdan sonra Fərid Məmmədzadənin qohumları səs-küy saldıqları və qanunsuz olaraq morq yerləşən binaya daxil olmaq istədikləri üçün morqun qapısına yaxınlaşıb, morqun və şöbənin giriş qapısını başlamışdır. Həmin vaxt “Toyota Prius” markalı avtomobili idarə edən şəxs avtomobili idarə edib zərblə morqun divarına çırpmış və bununla da təxminən 30 dəqiqə ərzində morqun yanında səs-küy salıb onun işinə mane olmuşdur, binaya ziyan vurmuşdur, həmçinin şöbənin arxa giriş qapısının cəftəsi sındırılmışdır. Səs-küy salanların arasında əsasən mərhumun qardaşı, sonradan adının Şahin olduğunu öyrəndiyi şəxs olmuş və avtomaşını da divara vuran məhz həmin şəxs olmuşdur. Həmin gün Fərid Məmmədzadənin meyiti qohumlarına təhvil verilmiş, bu baş verənlər barədə polis şöbəsinə müraciət etməmiş, çünki mərhumun ailə üzvləri olduğunu başa düşüb, onlara bu kədərli günlərində problem yaratmaq istəməmiş, lakin 28 avqust 2023-cü il tarixdə, saat 13 radələrində mərhumun qohumlarından biri qadın, ikisi kişi olmaqla üç nəfər şəxs, onlardan biri mərhumun qardaşı olmuş, şöbəyə gələrək ondan mərhumun itmiş qol saatını və ölüm şəhadətnaməsini tələb etməyə başlamışlar. Onlara ölüm haqqında şəhadətnamənin verilmə qaydalarını izah etdikdə nalayiq ifadələrlə onu təhqir etmişlər. Ona görə məcbur olub baş verənlər barədə Şirvan şəhər polis şöbəsinə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində «MTE və PA» Birliyinə 280 manat maddi ziyan dəymişdir. Nümayəndə həmçinin ifadəsində göstərmişdir ki, hadisə günü onu vuran olmamış, onun heç bir xəsarəti olmamışdır. Hadisə 16 avqust 2023-cü il tarixdə, saat 23:00-dan 17 avqust 2023-cü il tarixdə, saat 01:00-a kimi olan müddət ərzində baş vermiş və ətrafda çoxlu sayda şəxslər, hüquq-mühafizə orqanının əməkdaşları olmuşdur. Hadisə vaxtı konkret olaraq “MTE və PA” Birliyinin Şirvan şəhər şöbəsinin inzibati binasının morq hissəsində cəftəsini sındıran və “Toyota Prius” markalı avtomobillə binaya zərbə vuran mərhumun adını sonradan öyrəndiyi qardaşı Şahin olmuşdur. Hadisə vaxtı mərhumun qardaşı Şahin heç bir əsaslı səbəb olmadan nalayiq ifadələr işlədib, səs-küy salıb, ətrafda olan çoxlu sayda şəxslərin gözü qarşısında ona hədə-qorxu gəlmışdir. Hal-hazırda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs PHŞ-nin Şirvan şəhər şöbəsinin inzibati binasına vurduğu ziyanı ödəmiş, onunla barışmışlar. Ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X10 şöbəsi, MMX, mülki mühafizəçi vəzifəsində işləyir, onun mühafizə etdiyi ərazi Şirvan şəhər Mərkəzi xəstəxanası və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyinin Şirvan şəhər şöbəsinin inzibati binasıdır. 16 avqust 2023-cü il tarixdə, saat 09:00-dan 17 avqust saat 09:00-a qədər olan müddət ərzində xidmətdə olmuş, xidmətdə olarkən yəni, 16 avqust 2023-cü il tarixdə təxminən saat 23 radələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyinin Şirvan şəhər şöbəsinin inzibati binasının morquna Təcili tibbi yardım avtomobili ilə həmin tarixdə Hacıqabul rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı vəfat etmiş X3 meyitini gətirmişlər, az sonra həmin yerə Hacıqabul rayon polis şöbəsi və Şirvan şəhər polis əməkdaşları, bundan başqa mərhumun qohumları gəlmişdir. Həmin şəxslərdən sonra ekspert Eldar həkim gəlib inzibati binaya daxil olduqdan sonra mərhumun qohumları səs-küy salmışlar, o və orada olan polis əməkdaşları onları sakitləşdirməyə çalışmışlar, orada olan sonradan bildiyi mərhumun qardaşı Şahin adlı şəxs qanunsuz olaraq morq yerləşən binaya daxil olmaq istəmiş, morqun qapısına yaxınlaşıb morqun giriş qapısının cəftəsini sındırmışdır. Polis əməkdaşları həmin şəxsi sakitəşdirmişlər və Şahin adlı şəxs gedib boz rəngli “Toyota Prius” markalı avtomobilinə əyləşmiş, bir qədər sonra avtomobildən düşüb ucadan ünvansız söyüşlər söyə-söyə səs-küy salmış, Eldar həkimin ünvanına və ətrafda olan kənar şəxslərin ünvanına heç bir əsaslı səbəb olmadan nalayiq ifadələr işlətmiş, Eldar həkimə hədə-qorxu gəlmişdir. Polis əməkdaşları həmin şəxsi intizama dəvət etsələr də, buna heç bir məhəl qoymamışdır. Bir qədər sonra Şahin adlı şəxs gedib idarə etdiyi avtomobilinə əyləşmiş və avtomobili işə salıb heç bir əsaslı səbəb olmadan yüksək sürətlə idarə edərək MTE və PA birliyinin Şirvan şəhər şöbəsinin inzibati binasının divarına bir dəfə çırpmışdır. Həmin vaxt orada olan polis əməkdaşları Şahini avtomobildən yerə düşürtmüşlər, səs-küy yarandığından ətrafa çoxlu sayda şəxslər toplaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 16 avqust 2023-cü il tarixdə, təxminən saat 23 radələrindən sonra şəhər ərazisində xidmətdə olarkən şəhər polis şöbəsinin növbətçi hissəsindən verilən məlumat əsasında şöbənin digər polis əməkdaşları ilə birlikdə Şirvan şəhər Mərkəzi xəstəxanasının həyətində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyinin Şirvan şəhər şöbəsinin inzibati binasının qarşısına getmişlər, həmin şöbənin inzibati binasının morqunda Hacıqabul rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı vəfat etmiş X3 meyitini gətirmiş, mərhumun qohumları gəlmiş, ekspert Eldar həkim gəlib inzibati binaya daxil olduqdan sonra mərhumun qohumları səs-küy salmışlar, orada olan polis əməkdaşları onları sakitləşdirməyə çalışmışlar, orada olan sonradan bildiyi mərhumun qardaşı Təqsirləndirilən şəxs qanunsuz olaraq morq yerləşən binaya daxil olmaq istəmiş, morqun qapısına yaxınlaşıb morqun giriş qapısının cəftəsini sındırmış, polis əməkdaşları həmin şəxsi sakitəşdirmişlər və Təqsirləndirilən şəxs gedib boz rəngli “Toyota Prius” markalı, 77-BE758 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, bir qədər sonra avtomobildən düşüb ucadan ünvansız söyüşlər söyə-söyə səs-küy salmış, Eldar həkimin ünvanına heç bir əsaslı səbəb olmadan nalayiq ifadələr işlətmiş, Eldar həkimi hədələmişdir. Səs-küyə çoxlu sayda şəxlər gəlmişlər, hətta inzibati binanın içərisində olan mühafizəni təşkil edən polis əməkdaşları belə səs-küyə inzibati binadan bayıra çıxmışlar, orada olan çoxlu sayda polis əməkdaşları həmin şəxsi intizama dəvət etsələr də, buna heç bir məhəl qoymamışdır. Bir qədər sonra Şahin gedib idarə etdiyi avtomobilinə yenidən əyləşmiş və avtomobili işə salıb heç bir əsaslı səbəb olmadan yüksək sürətlə idarə edərək səbəbsiz yerə MTE və PA birliyinin Şirvan şəhər şöbəsinin inzibati binasının divarına bir dəfə çırpmışdır. Dərhal orada olan çoxlu sayda polis əməkdaşları Təqsirləndirilən şəxs saxlamış, onu avtomobildən birtəhər yerə düşürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 Şahid4 ifadəsinə uyğun ifadə verməklə onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 və Şahid3 məhkəməyə gəlmədiyindən onların ibtidai istintaqda verdiyi ifadələri elan olunmuşdur. Şahid2 və Şahid3 həmin ifadələrində Şahid4 ifadəsinə uyğun ifadə verməklə göstərilənləri təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28 avqust 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, inzibati binanın yan tərəfində divarın əzilməsi, mişar daşlarının sıyrılmış vəziyyətdə yararsız halda deformasiyaya uğradığı yerdə avtomaşına aid qırıntıların olması müşahidə olunmuşdur. 19 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyoto Prius” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil Hacı-X5 məxsus olmaqla avtomobil gümüşü metallik rəngindədir, avtomobilin iki sol və iki sağ qapıları vardır. Baxış zamanı avtomobilin qarşı sol hissəsinin deformasiyaya uğraması, sol işığın şüşəsinin sınması müşahidə olunmuşdur. Baxış zamanı avtomobildə hər hansı bir zədə aşkar olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 25 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-221183/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1 saylı X1 əlilliyə görə heç bir növ sosial müavinət, əmək pensiyası almır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2023-cü il tarixli, 18-1-41/2-469/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X11 konsultativpoliklinika şöbəsinin narkoloji, ruhi-əsəb kabinetlərində, eləcə də alkoqol istifadəçisi kimi qeydiyyatda deyildir. 05 noyabr 2023-cü il tarixli əməlliyyat tapşırığına cavab məktubundan görünür ki, ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 16 avqust 2023-cü il tarixdə saat 23 radələrindən 17 avqust 2023-cü il tarixə keçən gecə saat 01 radələrinədək olan müddətdə Azərbaycan Respublikası Məhkəmə- Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi PHŞ-nin Şirvan şəhər şöbəsinin həyətində ictimai qaydanı kobud surətdə pozaraq, səs-küy salıb, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ətrafda olan çox sayda insanların gözü qarşısında Nümayəndə nalayiq söyüşlərlə söyüb təhqir edərək idarə etdiyi “Toyota Prius” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin şöbənin yan tərəfinə bir dəfə çırparaq və həmin şöbənin arxa giriş qapısının cəftəsini əli ilə qəsdən vurub sındıraraq xuliqanlıq etmiş, bundan başqa hadisə baş vermiş ərazidə müşahidə kameralarının olmaması müəyyən edilmişdir. 05 noyabr 2023-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 25 dekabr 2023-cü il tarixli cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə qərarın sürətindən görünür ki, ********* №-li cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay 5 ayadək, yəni 01 yanvar 2024-cü il tarixdən, 01 mart 2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin 28 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, “MTE və PAB” PHŞ-nin Şirvan şəhər şöbəsinin inzibati binası “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin balansındadır.Nümayəndə verdiyi məlumata əsasən hadisə nəticəsində Birliyin Şirvan şəhər şöbəsinə 280 (iki yüz səksən) AZN dəyərində maddi ziyan dəymişdir. 21 aprel 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarın sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 21 aprel 2024-cü il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İ-49184 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından verilmiş xx.xx.2021-ci il tarixli “Xəstəlik haqqında Şəhadətnamədən (№ 1223) görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət dövründə travma almışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il təvəllüdlü X6 adında övladı var. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli,habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. ”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir.Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir.Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışmasını CM-nin 59.1.2-ci, dəymiş ziyanı tamamilə ödəməsini CM-nin 59.1.13-cü maddələrinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyası hədləri daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunverciliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən yuxarıda qeyd olunan normalarından göründüyü kimi, cəza təyin edilərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyəti, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi, cinayətin xarakteri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin edilməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində tövsiyyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməli məsələlərdən biri kimi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, müəyyən olunmuş cəzanı yüngülləşdirən halların məcmusu, həmçinin Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra davranışları belə bir qənaətə gəlməyə əsas verir ki, onun cəza çəkmədən islah olunması mümkündür, ona görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə yuxarıda qeyd olunan qənaətə gələrkən onu əsas tutur ki, cinayət nəticəsində təyin olunan cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəldilməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəzanı əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial, iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Bununla məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayıb, azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi haqqında qərarın çıxarılmasını lazım bilir. Şərti məhkum etmə təyin edildiyindən məhkəmə tərəfindən təqsirləndirilən şəxsə sınaq müddəti müəyyən olunmalı, onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddəti ərzində təqsirləndirilən şəxs öz davranışı ilə islah olunmasını sübut etməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan “Toyoto Prius” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddianın və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il azadlıqdan məhrumetmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən yaşadığı yer üzrə Hacıqabul rayonu üzrə İcra və Probasiya Şöbəsinə məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut “Toyoto Prius” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar