Məhkəmə qərarları › İş №1(032)-101/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-101/2025

22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-101/2025 22.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:15-də Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X1 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Şirvan şəhəri 1 May küçəsi, ev 101A-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə (qaçırma) cinayət əməlini törətmişdir. Belə ki, o, 14 aprel 2025-ci il tarixdə saat 07 radələrində yaşadığı Şirvan şəhəri 1 May küçəsində yolun kənarında dayanmış vəziyyətdə olan Sabirabad rayonu Həşimxanlı kənd sakini Zərərçəkmiş şəxs məxsus “X6” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmışdır. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 14 aprel 2025ci il tarixdə səhər saat 07 radələrində yaşadığı Şirvan şəhəri 1 May küçəsində piyada hərəkətdə olan zaman asfalt yolun kənarında yerləşən avtomobillərin təmir sexlərinin qarşısında "X6" markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin dayandığını və həmin avtomobilə yaxınlaşan vaxt qapılarının açıq olduğunu görmüş, maşına əyləşərək bardaçoka baxan zaman açarın orada olduğunu aşkar etmişdir. Piyada olduğu üçün avtomobili işə salıb gəzmək məqsədilə Sabirabad rayonuna getmək qərarına gəlmişdir. Avtomobillə Şirvan-Sabirabad DYP postuna yaxınlaşan zaman orada xidmət aparan Şahid2 adlı polis əməkdaşı ona avtomobili saxla göstərişi vermiş və buna görə avtomobili postda saxlamışdır. Həmin vaxt avtomobilin qaçırıldığı və başqa şəxsə məxsus olması müəyyən edilmişdir. Daha sonra Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən avtomobillə birlikdə Şirvan Şəhər Polis Şöbəsinə gətirilmişdir. Törətdiyi əmələ görə çox peşmandır. Zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxs bu barədə məhkəməyə ərizə təqdim edərək iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, özünə məxsus "X7" markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vardır. Həmin avtomobilin mühərrikində nasazlıq yarandığı üçün 14 aprel 2025ci il tarixdə səhər saat 04:30 radələrində evakuator vasitəsilə avtomobili təmir etdirmək məqsədilə Şirvan şəhəri 1 May küçəsində yerləşən avtomobillərin təmiri sexinin qarşısına gətirərək, avtomobili orada saxlamış və açarını bardaçoka qoyduqdan sonra yaşadığı evinə qayıtmışdır. Həmin gün səhər saat 07 radələrində həmkəndlisi Şahid1 onun mobil telefonuna zəng edərək, avtomobilinin yolda Sabirabad rayonu istiqamətində hərəkətdə olduğunu və başqa şəxsin avtomibili idarə etdiyini bildirmişdir. Kənana avtomobilin nasaz olması səbəbindən təmir sexinə apardığını və idarə etmədiyini bildirdikdən sonra dərhal DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək, avtomobilinin naməlum şəxs tərəfindən qaçırılması barədə məlumat vermiş və Şirvan-Sabirabad DYP postuna yaxınlaşaraq, orada xidmət aparan Şahid2 adlı polis əməkdaşına avtomobilinin qaçırılmasını və Sabirabad rayonu istiqamətində hərəkətdə olmasını bildirmişdir. Bir qədər sonra avtomobil DYP postuna yaxınlaşmış və Şahid2 tərəfindən saxlanılmışdır. Avtomobili gaçıran şəxsin Şirvan şəhəri sakini Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. İzahat vermək məqsədilə Şirvan Şəhər Polis Şöbəsinə gəlmişdir. Rəsad Əmirov tərəfindən ona məxsus avtomobil qaçırılan zaman avtomobildə hər hansı qiymətli əşya və ya pul olmamışdır. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahidlər Şahid1 və Şahid2 məhkəməyə gəlmədiyindən onların ibtidai istintaqda verdiyi ifadələri elan olunmuşdur. İbtidai istintaqda Şahid1 ifadə verib göstərmişdir ki, Sabirabad rayonu Həşimxanlı kəndində yaşayır, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, Vügarın özünə məxsus "X6" markalı, **-HJ-*** dövlət geydiyyat nişanlı yük avtomobili vardır. Həmin avtomobilin mühərrikində nasazlıq yarandığı üçün Vüqar evakuator vasitəsilə avtomobili təmir etdirmək məqsədilə 14 aprel 2025-ci il tarixdə səhər saatlarinda Şirvan şəhəri 1 May küçəsində yerləşən avtomobillərin təmiri sexinin qarşısına gətirmişdir. Həmin gün səhər saat 07 radələrində özünə məxsus avtomobillə hərəkətdə olarkən yolda Vüqara məxsus avtomobilin Sabirabad rayonu istiqamətində hərəkətdə olduğunu və başqa şəxs tərəfindən idarə edildivini gördükdə dərhal Zərərçəkmiş şəxs zəng edərək, avtomobilini basqa şəxsin idarə etdiyi barədə məlumat vermişdir. Vüqar isə ona avtomobilinin nasaz olması səbəbindən təmir sexinə apardığını və avtomobildə olmadığını bildirmişdir. Bundan sonra Vüqar DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək, avtomobilinin naməlum şəxs tərəfindən qaçırılması barədə məlumat vermiş, daha sonra isə Şirvan-Sabirabad DYP postuna yaxınlaşarag orada xidmət aparan Şahid2 adlı polis əməkdaşına avtomobilinin qaçırılmasını və Sabirabad rayonu istiqamətində hərəkətdə olmasını bildirmişdir. Vüqarın avtomobili həmin DYP postuna yaxınlaşmış və polis əməkdaşı Şahid2 tərəfindən saxlanıldıqda özü də həmin postda olmuş, avtomobili qaçıran şəxsin Şirvan şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, onu avtomobildən qapını açıb yerə düşürtmüşlər. Bundan sonra həmin şəxs avtomobillə birlikdə Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən şəhər polis şöbəsinə aparılmış, özü də izahat vermək üçün Şirvan şəhər polis şöbəsinə getmişdir. İbtidai istintaqda Şahid2 ifadə verib göstərmişdir ki, 2002-ci ildən DİN-nin BDYPİ-nin YPX alayının 12-ci tağımının yol-patrul baş inspektoru vəzifəsində işləyir. 14 aprel 2025-ci il tarixdə səhər saat 07 radələrində Hacıqabul-Horadiz tras yolunun 18-ci kilometrliyində olan 729 saylı DYP postunda xidmətdə olduğu zaman Sabirabad rayon sakini Zərərçəkmiş şəxs ona yaxınlaşaraq, özünə məxsus "X8" markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin tanımadığı naməlum şəxs tərəfindən qaçırıldığını bildirdikdən təxminən 5-10 dəqiqədən sonra həmin postda tərəfindən Sabirabad istiqamətində hərəkətdə olan həmin Zərərçəkmiş şəxs məxsus"X8" markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış və nəqliyyat vasitəni idarə edən sürücü yoxlanılarkən müəyyən edilmişdir ki, həmin şəxs xx.xx.1984-cü il təvəllüdlü Şirvan səhər sakini Təqsirləndirilən şəxsdur və avtomobili heç bir sənədi olmadan idarə edir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs avtomobili ilə birlikdə Şirvan ŞPŞ-nin əməkdaşlarına təhvil verilmiş və rəsmi raportla hadisə barəsində məruzə etmişdir. İş materiallarında olan 16 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında və qətimkan tədbiri seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 14 aprel 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, avtomobilə baxış zamanı, salonda, yük hissəsində, eləcə də avtomobilin xarici səthində hər hansı zədələr və iş üçün əhəmiyyət kəsb edən hər hansı izlər aşkar edilməmişdir. Baxış zamanı baxışda iştirak edən ekspert-kriminalist Miradil Əmirov tərəfindən avtomobilin salonundan müxtəlif yerlərdən, əsasən sürücü oturacağı tərəfindən əl-barmag izləri müvafiq qaydada götürülmüşdür. İş materiallarında olan Azərbavcan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən və xx.xx.2023-cü il tarixli qərarından görünür ki. Təqsirləndirilən şəxs Əfgan oğlu əvvəllər cinavət məsuliyyətinə cəlb edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş. Lakin Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 04 ay 11 gün hissəsi 08 ay 05 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir . Təqsirləndirilən şəxs cəzasının sonu ilə xx.xx.2024-cü il tarixdə azad edildikdən sonra törətdiyi hazırki cinayət əməlinə qədər məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 24.04 2025-ci il tarixli 3-13-11/2-5123/2025 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs "X8" markalı **-HJ-*** qeydiyyat nişanlı avtomobilin sağ gabaq qapısından götürülmüş 01 ədəd əl izi Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağının əksi ilə eynilik təşkil etmişdir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarə etmə Birliyi” X5 “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X4 17 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Əmirov X3 Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim etmiş, həmin ərizəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını göstərərək, barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, sonuncu tərəfindən ona dəymiş ziyanın tam ödənilməsini, ondan şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ittiham düzgün irəli sürülmüş, məhkəmə istintaqı zamanı həmin ittiham onun özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, cinayət işinə əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq, məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəmiş, onunla barışıq əldə etmiş, zərərçəkmiş şəxs isə məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın ödənilməsini və heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş maddi ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus "X8" markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qapısından götürülmüş Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağının əksi ilə eynilik təşkil edən 01 ədəd əl-barmaq izi cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş maddi ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus "X8" markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qapısından götürülmüş Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağının əksi ilə eynilik təşkil edən 01 ədəd əl-barmaq izi cinayət işi materiallarında saxlanılsın. Qərardan elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə qərarın surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar