Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-102/2025 16.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 11:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi1 və Şirvan Regional Vəkil bürosunun vəkilləri Müdafiəçi2 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxx 1986-cı il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində ünvan 2, 09 aprel 2025-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1, 26 oktyabr 1986-cı il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində ünvan 4, 02 iyun 2025-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 06 aprel 2025-ci il tarixdə saat 21 radələrində ictimai yer hesab olunan Şirvan şəhəri, Heyranxanım küçəsində yerləşən “Oba” marketin yaxınlığında Zərərçəkmiş şəxs hadisədən təxminən bir neçə gün əvvəl ondan aldığı 15 manat pulu tələb edərək, heç bir əsaslı səbəb olmadan qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxslə mübahisə edib üzərinə hücum çəkərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətlərini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş ümumi əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özləri üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs diz nahiyələrinə qəsdən bir neçə təpik zərbələri vurmuş, qrup üzvü olan Təqsirləndirilən şəxs2 isə sonuncunu dirsək nahiyəsinə qəsdən əli ilə vurub yerə yıxmaqla hər ikisi onu yerdə olan zaman ayaq və qol nahiyələrinə qəsdən təpik zərbələri vurmaqla Zərərçəkmiş şəxs “hər iki dirsəkdə sıyrıqlar, sağ dizdə şişkinlik-hematoma” kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli hərəkətlər edib xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 06 aprel 2025-ci il tarixdə saat 21 radələrində ictimai yer hesab olunan Şirvan şəhəri, Heyranxanım küçəsində yerləşən “Oba” marketin yaxınlığında Zərərçəkmiş şəxs hadisədən təxminən bir neçə gün əvvəl Təqsirləndirilən şəxs1 aldığı 15 manat pulu tələb edərək, heç bir əsaslı səbəb olmadan qrup üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxslə mübahisə edib üzərinə hücum çəkərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətlərini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş ümumi əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özləri üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs dirsək nahiyəsinə qəsdən əli ilə vurmuş, qrup üzvü olan Təqsirləndirilən şəxs1 isə sonuncunun diz nahiyələrinə qəsdən bir neçə təpik zərbələri vurub yerə yıxmaqla hər ikisi onu yerdə olan zaman ayaq və qol nahiyələrinə qəsdən təpik zərbələri vurmaqla Zərərçəkmiş şəxs “hər iki dirsəkdə sıyrıqlar, sağ dizdə şişkinlik-hematoma” kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli hərəkətlər edib xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək məhkəməyə vermiş olduğu ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs Şirvan şəhər sakini kimi tanıyır, onunla münasibətləri normal olmuşdur. Aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Metal alğı-satqısı ilə məşğul olur, 2025-ci ilin aprel ayının əvvəlində Tural onun istifadə etdiyi mobil nömrəsinə öz istifadəsində olan nömrəsindən zəng edərək ondan 15 manat pul istəmiş və qarşılığında ona dəmir verəcəyini demişdir. Tural ilə razılaşmış və ona 15 manat pul vermiş, lakin Tural ondan aldığı 15 manatın müqabilində ona dəmir verməmişdir. Təqsirləndirilən şəxs2 onun uşaqlıq dostudur. Tural xx.xx.2025-ci il tarixdə ona zəng edib 15 manat pulu vermək istədiyini və görüşmək istədiyini demişdir. Həmin vaxt Cəmil ilə birlikdə Şirvan şəhərində “Kənd evləri” adlanan ərazidə, məscidin yolunda piyada evə gedən zaman Tural “Vaz 2106” markalı, göy rəngdə olan, hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə gəlmişdir. Tural qabaq sağ oturacaqda əyləşmiş, avtomobili isə tanımadığı cavan oğlan idarə etmiş, Tural avtomobildən düşüb onunla görüşmüş, qabaqda oturub onunla söhbət etmək istədiyini demiş, Cəmil və Tural ilə birlikdə avtomobilə əyləşmiş, avtomobili isə həmin tanımadığı şəxs idarə edərək Şirvan şəhəri, 5 nömrəli məktəbin qarşısına getmişlər. Yolda olarkən Tural ilə pul barədə söhbət etmiş, sonuncu içkili vəziyyətdə olmuşdur. Avtomobildə olan zaman Tural ona cibindən qatlanmayan mətbəx bıçağı çıxartmış, Cəmil Turala bıçağı cibinə qoymağını demişdir. Turaldan bıçağı yığışdırmağını tələb etmiş, 5 nömrəli məktəbin qarşısında Tural avtomobildə arxa oturacaqdan düşüb, qabaq sağ oturacaqda əyləşdiyinə görə qabaq qapını açıb bıçaqla onu vurmaq istəmiş, həmin vaxt sürücü avtomobili sürətlə sürüb oradan uzaqlaşıb yaxınlıqda olan “Al market”in qarşısında saxlamışdır. Cəmil həmin yerdə avtomobildən yerə düşmüş, Turaldan bıçağı almağa çalışmış, piyada orada olan “Oba” marketin qarşısına tək getmişdir. Tural əlində bıçaq piyada “Oba” marketin qarşısında qaçmış, o da həmin yerə gedib Turala heç bir söz demədən, heç bir xəsarət yetirmədən Cəmili də götürüb oradan piyada çıxıb getmişlər. Həmin vaxt orada təxminən 10-15 nəfərə yaxın tanımadığı şəxslər olmuş, həmin vaxt təxminən saat 21 radələri olmuş, Tural da oradan qaçıb çıxıb getmişdir. Mübahisə xx.xx.2025-ci il tarixdə təxminən saat 21 radələrində Şirvan şəhəri, Heyranxanım küçəsində baş vermiş, həmin mübahisəni konkret olaraq orada yaşayan şəxslər, həmçinin səs-küyə yığışan şəxslər görmüşlər, lakin onların adlarını xatırlamır. Turala konkret olaraq heç bir xəsarət yetirməmiş, onun yanında olan dostu Cəmil də Turala heç bir xəsarət yetirməmişdir. Münaqişəyə səbəb Turalın ondan 15 manat pul alması, lakin həmin pulu geri qaytarmaması olmuşdur. Turala heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamış, ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir. Tural həmin vaxt içkili vəziyyətdə olmuş, ora bura qaçmış, ola bilsin ki, xəsarətləri qaçarkən yıxılması nəticəsində almışdır. “Vaz 2106” markalı avtomobilin sürücüsünü tanımır, çox güman ki, həmin şəxsi Tural tanıyır, taksi sürücüsünün heç bir rolu olmamış, mübahisəyə qoşulmamışdır. Hazırda Zərərçəkmiş şəxslə aralarında heç bir narazılıq yoxdur, barışmışlar. İbtidai istintaq zamanı isə Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı ilə verdiyi ilkin ifadəsində aralarında baş vermiş münaqişə zamanı onunla bir yerdə olmuş dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə əllə və təpiklə xəsarətlər yetirdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək məhkəməyə vermiş olduğu ifadəsində bildirdi ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır, onunla eyni məktəbdə oxumuşdur. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Tutulana qədər Bakı şəhərində müxtəlif yerlərdə fəhləçiliklə məşğul olmuşdur. xx.xx.2025-ci il tarixdə axşamtərəfi Xalidlə görüşmüş, piyada Xalidlə çayxanaya getmək istəmişdir. Piyada yol ilə Şirvan şəhəri Kənd evləri adlanan ərazidə bir avtomobil yanlarında saxlamış, avtomobildən sonradan adını bildiyi Tural düşüb Xalidlə sözlə mübahisə etməyə başlamışdır. Onların yanlarında avtomobili idarə edən tanımadığı şəxs olmuşdur. Həmin avtomobil qara rəngli, “Vaz 2106” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil olmuş, az sonra Tural adlı şəxs Xalidə avtomobilə minməyini demiş, o da Xalid ilə birlikdə olduğundan sonuncunu tək buraxmamış, onunla birlikdə qeyd etdiyi avtomobildə arxa oturacaqda əyləşmişdir. Şəhərin 5 nömrəli tam orta məktəbin yaxınlığında “Oba” adlı marketin qarşısından keçərkən avtomobildə Xalid ilə Turalın sözlə mübahisəsi olmuş, həmin mübahisə öz aralarında olan pul məsələsi ilə bağlı olmuş, onun isə həmin pul məsələsinə heç bir aidiyyəti olmamışdır. Mübahisə olan zaman avtomobili Xalid və Tural saxlatdırmışlar, avtomobildən yerə düşmüşlər, o da avtomobildən yerə düşmüş, düşən zaman Tural adlı şəxs cibindən rəngini görmədiyi, qatlanmayan, ev bıçağına oxşayan bıçağı çıxardıb Xalidin üstünə hücum etmiş, o da Xalidin yanında olmuş, bıçağı Turalın əlindən almaq istəmiş, lakin ala bilməmişdir. Bundan sonra onlar oradan qaçmışlar, Tural da onların arxasınca qaçmış, qaçarkən də yerə yıxılmışdır. Onlar da hadisə yerindən uzaqlaşmışlar. Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində bildirmişdir ki, dava-dalaş xx.xx.2025-ci il tarixdə təxminən saat 21 radələrində Şirvan şəhəri, Heyranxanım küçəsində baş vermiş, həmin davanı konkret olaraq orada yaşayan şəxslər, həmçinin səs-küyə yığışan şəxslər görmüşlər, lakin onların adlarını bilməmişdir. Hadisə vaxtı Turala heç bir xəsarət yetirməmiş, eləcə də, Tural ona heç bir xəsarət yetirməmişdir. Ola bilər ki, həmin hadisə zamanı Tural əlində bıçaq onların arxasınca qaçarkən yıxılmış, yıxılarkən də həmin xəsarətləri almışdır. “Vaz 2106” markalı avtomobilin sürücüsünün mübahisədə heç bir iştirakı olmamış, mübahisəyə qoşulmamışdır. Hazırda Zərərçəkmiş şəxslə aralarında heç bir narazılıq yoxdur, barışmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 tanıyır, onunla münasibətləri normal olmuşdur. Aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs2 isə hadisə baş verən günə kimi tanımamışdır. Təqsirləndirilən şəxs1 metal alğı-satqısı ilə məşğul olur. O, 2025-ci ilin aprel ayının əvvəlində Təqsirləndirilən şəxs1 istifadə etdiyi mobil nömrəsinə öz istifadəsində olan nömrəsindən zəng edərək ondan 15 manat pul istəmiş və qarşılığında ona dəmir verəcəyini demişdir. Təqsirləndirilən şəxs1 ilə razılaşmış və sonuncu ona 15 manat pul vermiş, lakin aldığı 15 manatın müqabilində ona dəmir verməmişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə zəng edib 15 manat pulu vermək istədiyini və görüşmək istədiyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 Cəmil ilə birlikdə Şirvan şəhərində “Kənd evləri” adlanan ərazidə, məscidin yolunda piyada evə gedən zaman “Vaz 2106” markalı, göy rəngdə olan, hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə ora gəlmişdir. Avtomobildən enmiş, Təqsirləndirilən şəxs1 qabaq sağ oturacaqda əyləşmiş, avtomobili isə tanımadığı cavan oğlan idarə etmiş, Şirvan şəhəri 5 nömrəli məktəbin qarşısına getmişlər. Yolda olarkən Təqsirləndirilən şəxs1 ilə pul barədə söhbət etmişlər. Həmin vaxt aralarında mübahisə yaranmış, Təqsirləndirilən şəxs1 onu sinəsindən itələmiş, üzü üstə yerə yıxılmışdır. Mübahisədən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 çıxıb getmiş, özü də yaşadığı evə qayıtmışdır. Evə çatdığı zaman polis əməkdaşları gəlmiş, onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona olunan təzyiqlər nəticəsində ərizə yazmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçi olmuşdur. Ona əllə və təpiklə vurmaqla xəsarət yetirilməmiş, yalnız Təqsirləndirilən şəxs1 onu itələdiyi zaman üzü üstə yerə yıxılmışdır. Mübahisəyə səbəb Təqsirləndirilən şəxs1 15 manat pul alması, lakin həmin pulu geri qaytarmaması olmuşdur. Təqsirləndirilən şəxs1 ona heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamış, ümumiyyətlə hazırda narkotik vasitə və psixotrop maddələrdən istifadə etmir və müalicə alır. Taksi sürücüsünün hadisə vaxtı heç bir rolu olmamış, mübahisəyə qoşulmamışdır. Hadisə baş verən zaman orada tanımadığı şəxslər olmuşdur. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlardan heç bir şikayət və ya tələbi yoxdur. İbtidai araşdırma zamanı isə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Şirvan şəhər sakini kimi tanıyır, onunla münasibətləri normal olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Xalidi narkotik vasitələrin alğı-satqısı ilə məşğul olan şəxs kimi tanıyır, özü əvvəllər narkotik vasitə qəbul etdiyi üçün barəsində azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. 2025-ci ilin aprel ayının əvvəlində Xalidin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə öz istifadəsində olan mobil nömrə ilə zəng edərək ondan psixotrop maddə metamfetamin istəmiş və onun yaşadığı küçəyə gedərək bir ədəd sellofan bükümdə metamfetamin almışdır. Həmin metamfetaminin müqabilində Xalid ondan 15 manat pul istəmiş, o isə Xalidə pulu tez bir zamanda verəcəyini demişdir. Həmin psixotrop maddə metamfetamini isə qəbul etmiş, lakin, sonradan pul tapa bilmədiyi üçün Xalidə verə bilməmişdir. Xalid isə dəfələrlə ona zəng edərək 15 manat pulu tələb etmiş, ona telefonda hədə-qorxu gələrək və söyüş söyərək onunla görüşmək istədiyini və ona bu hərəkəti keçməyəcəyini demişdir. O da Xalidə etiraz etməmiş və xx.xx.2025-ci il tarixdə görüşmək məqsədi ilə kənd evləri adlanan yerdə “Oba” marketin yanına getmişdir. Həmin yer onun yaşadığı məhəllədir. Oraya piyada getmiş və Xalidi gözləmişdir. Həmin vaxt saat axşam 21 radələri və hava qaranlıq olmuşdur. Xalid dəqiq markasını və dövlət qeydiyyat nişanını görmədiyi avtomobillə həmin yerə gəlmiş, onun yanında Cəmil adlı şəxs də gəlmişdir. Xalidlə danışaraq həmin söhbəti bağlamağı və söyüş söyməməsini dedikdə Cəmil onu yumruqla üz nahiyəsindən bir dəfə vurmuş, daha sonra Xalidlə Cəmil onu yerdə sürüyərək bədən nahiyəsinə və üz nahiyəsinə yumruq və təpik zərbələri vurmuşlər. Onların vurduqları zərbələr nəticəsində sol qulağında və gözündə, diz nahiyəsində və dirsəklərində güclü ağrılar hiss etmişdir. Həmin vaxt ətrafda təxminən 5-10 nəfər adam yığışmışdır. Hava qaranlıq olduğu üçün həmin şəxslərin kim olduqlarını görə bilməmiş, hadisə təxminən 10-15 dəqiqə ərzində davam etmiş, Xalid və Cəmil onu i döydükdən sonra oradan uzaqlaşaraq qaçmışlar. O da yerdən durub evə getmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində bildirmişdir ki, dava-dalaş xx.xx.2025-ci il tarixdə, təxminən saat 21 radələrində Şirvan şəhəri, Heyranxanım küçəsində baş vermiş, həmin davanı konkret olaraq orada yaşayan şəxslər, həmçinin səs-küyə yığışan şəxslər görmüşlər, lakin onların adlarını hazırda xatırlamır, həmin vaxt orada səs-küy yaranmış, oraya başqa şəxslər toplaşmışdır. Xalid və Cəmilin onu konkret olaraq hansı nahiyələrindən vurmalarını görə bilməmiş, çünki həmin vaxt hava qaranlıq olmuşdur. Onlar onu yerdə sürümüşlər, ilkin olaraq Cəmil onu üz nahiyəsindən yumruqla vurmuş, daha sonra isə hər ikisi onu bədəninin və üzünün müxtəlif nahiyələrindən vuraraq döymüşlər. Münaqişəyə səbəb Xalidin ona satdığı psixotrop maddə metamfetaminin pulu olan 15 manat borcu tələb etməsi və ona qarşı nalayiq ifadə işlətməsi olmuşdur. Xalidin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatı olmuş, lakin onun konkret olaraq hansı şəxslərə narkotik maddə satmasını bilməmiş, özü əvvəllər Xaliddən narkotik almamış, ilk dəfə olmuş ki, ondan narkotik almışdır. Hadisə vaxtı Təqsirləndirilən şəxs1 və Cəmil adlı şəxsə heç bir xəsarət yetirməmişdir. Hadisə zamanı onun üzərində mətbəx bıçağı olmuş, lakin həmin bıçaqdan istifadə etməmişdir. Döyülən zaman həmin bıçağı itirmiş, hazırda harada olmasını bilməmişdir. Zərərçəkmiş şəxs əlavə ifadəsində göstərmişdir ki, Cəmil yalan deyir, ora heç bir avtomobil ilə getməmiş, onların mübahisəsi və dava-dalaşı 5 nömrəli məktəbin qarşısında baş verməmiş, bu barədə polis əməkdaşına bildirmiş, mübahisə və dava-dalaş yaşadığı evin yaxınlığında olan Oba marketin yaxınlığındakı asfalt yolun kənarında baş vermişdir. Həmin mübahisə zamanı onu elə birinci Cəmil sifətindən əli ilə vurmuş, sonra isə Xalid təpiklə onun diz nahiyələrindən vurmuş, qollarını üzünə tutub özünü qoruyan zaman Cəmil də əli ilə onun dirsəklərindən vurmuş, beləcə xəsarətlər almışdır. Hadisə zamanı onun üzərində bıçaq olmuş, lakin həmin bıçağı istifadə etməmiş, cibindən çıxarmamışdır. Əgər bıçaqdan istifadə etsəydi həmin bıçaq onlardan birinə dəymiş olardı, oradan qaçmamış, anası onu görüb yanına gəlmiş, Cəmil isə bu ifadələrlə özünü müdafiə etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə üzləşdirmə zamanı da həmin ifadəsində göstərdiklərini onların üzünə qarşı bir daha demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs tanımır, həmin şəxslərlə arasında hər hansı ədavət və ya qərəzli münasibət yoxdur. xx.xx.2025-ci il tarixdə, təxminən saat 21 radələrində siqaret almaq məqsədi ilə yaşadığı küçə ilə piyada mağazaya getmiş, həmin vaxt küçədə görmüşdür ki, üç nəfər şəxs bir-biri ilə mübahisə edir. Həmin şəxslərdən iki nəfər, digər şəxsi yumruq və təpik zərbələri ilə vuraraq yerə yıxmışlar, daha sonra həmin şəxsi yerdə sürüyərək üz və bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə vurmuşlar. Həmin vaxt adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qarşı ucadan nalayiq söyüşlər söymüşlər. Ətrafda ondan başqa çoxlu sayda şəxslər olmuş, təxminən küçədə 10-15 nəfər insan toplaşmışdır. Daha sonra Xalid və Cəmil adlı şəxslər həmin yerdən qaçaraq uzaqlaşmışlar. O da hadisə bitdikdən sonra oranı tərk etmişdir. Dava-dalaş xx.xx.2025-ci il tarixdə təxminən saat 21 radələrində Şirvan şəhəri, Heyranxanım küçəsində baş vermiş, həmin yerə getdikdə səs-küyə çoxlu şəxslər yığışmış, lakin onların adlarını xatırlamamışdır. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Turalın Xalid və Cəmilə hər hansı xəsarət yetirməsinə şahid olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Şahid2 məhkəmə baxışı iclasına gəlməmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid2 həmin ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs tanımır, həmin şəxslərlə arasında hər hansı ədavət və ya qərəzli münasibət olmamışdır. xx.xx.2025-ci il tarixdə, təxminən saat 21 radələrində Şirvan şəhəri, Kənd evləri adlanan ərazidə, 5 nömrəli məktəbin yaxınlığındakı Oba marketin yanında piyada mağazaya getmiş, həmin vaxt küçədə 3 nəfər şəxsin bir-biri ilə dalaşdığını görmüşdür. Həmin şəxslərdən iki nəfəri, digər şəxsi yumruq və təpik zərbələri ilə vuraraq yerə yıxmışlar, sonra isə adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs yerdə sürüyərək üz və bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə vurmuşlar. Həmin vaxt adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qarşı ucadan nalayiq söyüşlər söymüşlər. Ətrafda ondan başqa çoxlu sayda şəxslər olmuş, təxminən küçədə 10-12 nəfər insan toplaşmışdır. Daha sonra Xalid və Cəmil adlı şəxslər həmin yerdən qaçaraq uzaqlaşmışlar, o da hadisə bitdikdən sonra oranı tərk etmişdir. Dava-dalaş xx.xx.2025-ci il tarixdə təxminən saat 21 radələrində Şirvan şəhəri, Heyranxanım küçəsində baş vermiş, həmin yerə getdikdə səs-küyə çoxlu şəxslər yığışmış, lakin onların adlarını xatırlamamış, hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Turalın Xalid və Cəmilə hər hansı xəsarət yetirməsinə şahid olmamış, hadisə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlində hər hansı bir əşya və ya bıçaq görməmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlanması və icraata qəbul olunması haqqında 07 aprel 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və Şirvan şəhər polis şöbəsinin istintaq bölməsinin müstəntiqi X1 icraatına qəbul edilmişdir; şübhəli şəxsin tutulması haqqında 07 aprel 2025-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025ci il tarixdə saat 15:30-da tutulmuşdur; zərərçəkmiş şəxs qismində tanınma haqqında 07 aprel 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 09 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən, həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir; təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur; Şirvan şəhər Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 4(032)-62/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır; təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir; cinayət işini icraata qəbul etmək haqqında 26 may 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi Şirvan şəhər polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi X3 icraatına qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir; axtarışda olan şəxsin tutulması haqqında 30 may 2025-ci il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri ərazisində tutularaq Şirvan şəhər Polis şöbəsinin MSYnə təhvil verilmişdir; məhkəmə-tibbi ekspertizasının 08 aprel 2025-ci il tarixli, 185 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - hər iki dirsəkdə sıyrıqlar, sağ dizdə şişkinlik-hematoma küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 06 aprel 2025-ci il tarixdə əmələ gələ bilərdi. Ağırlıq dərəcələrinə görə, sağ dizdə aşkar olunan hematoma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Hər iki dirsəkdə aşkar olunan sıyrıqlar sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir; məhkəmə-tibbi ekspertizasının 08 aprel 2025-ci il tarixli, 187 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 bədən səthində heç bir xəsarət aşkar olunmamışdır; Şirvan şəhər Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 4(032)-82/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamələrdən və Şirvan şəhər Məhkəməsinin 12 may 2008-ci il tarixli, 1(032)- 51/2008 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış, Təqsirləndirilən şəxs2 isə əvvəllər Şirvan şəhər Məhkəməsinin 12 may 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 01 il 27 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, 20 aprel 2009-cu il tarixdə cəzasını tam çəkib qurtarmışdır; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 204 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 203 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; xx.xx.2015-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin (AZ-İİ № 071198) surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2015-ci il tarixdə X5 ilə nikaha daxil olmuşdur; xx.xx.2017-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin (AZ-İİİ № 931669) surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs1, anası X4r; xx.xx.2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin (AZ-İV № 638540) surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs1, anası X4r; təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 23 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamın məzmununa əlavələr edilərək, o Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir; təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 23 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamın məzmununa əlavələr edilərək, o Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 4(032)-103/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 15 (on beş) gün, yəni 22 iyul 2025-ci il tarixədək uzadılmışdır; Zərərçəkmiş şəxs təqdim etmiş olduğu 30 iyul 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, onlara qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasına əsasən xuliqanlıq dedikdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin edilməsi nəzərdə tutulur. Bununla da xuliqanlıq cinayətinin obyektiv tərəfi aşağıda göstərilən 3 əlamətlə xarakterizə edilir: 1) ictimai qaydanın kobud surətdə pozulması; 2) cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi; 3) vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi ilə hədələmə, habelə özgənin əmlakının məhv edilməsi və yaxud zədələnməsi. Buna görə də, əməlin xuliqanlıq cinayəti hesab olunması üçün şəxsin hərəkətlərində bu cinayətin obyektiv tərəfinin yuxarıda göstərilən əlamətlərinin hər üçü mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər yalnız sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında hesab etmişdir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq, başqa cinayətlərdən fərqləndirilməlidir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əmələri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya sair tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa xuliqanlıq kimi qiymətləndirilməməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının tövsiyyəsinə görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ilə olunan hərəkətlər başa düşülür. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının tövsiyyəsinə görə, şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Göründüyü kimi, cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 nömrəli qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ziddiyyətli ifadələrinə, yəni zərərçəkmiş şəxsə xəsarət yetirməmələri barədə bildirdiklərinə (təqsirləndirilən şəxslərin əvvəllər ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli dərəcədə ziddiyyətlər olduğu üçün) məhkəmə qiymət verərək onları qəbul etmir və bildirir ki, həmin ifadələr işin halları ilə təkzib olunur. Məhkəmə bu kontekstdə çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs1 ibtidai araşdırmanın ilkin mərhələsində müdafiəçinin iştirakı ilə etirafedici ifadə vermiş, narazılığını və ya etirazını bildirməmişdir. Belə ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs1 ilkin olaraq ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs Şirvan şəhər sakini kimi tanıyır. Onunla münasibətləri normal olmuşdur. Aramızda hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Metal alğısatqısı ilə məşğul olur. Təxminən 3-4 gün bundan əvvəl Tural istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı nömrəsindən zəng edərək ondan 15 manat pul istəmiş və qarşılığında ona dəmir verəcəyini bildirmişdir. O, da Tural ilə razılaşmış və ona 15 manat pul vermişdir. Lakin Tural aldığı 15 manatın müqabilində ona dəmir verməmişdir. Turala zəng edərək bu barədə söhbət etmək məqsədi ilə görüşmək istədiyimi demişdir. Tural da etiraz etməmiş və xx.xx.2025-ci il tarixdə görüşmək məqsədi ilə kənd evləri adlanan yerdə “Oba” adlı marketin yanına getmişdir. Həmin yer Turalın yaşadığı məhəllədir. Həmin vaxt saat axşam 21 radələri və hava qaranlıq olmuşdur. Dəqiq markasını və dövlət qeydiyyat nişanını bilmədiyi taksi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin yerə gəlmişdir. Tural ilə danışaraq 15 manat pulu qaytarmasını ondan tələb etmişdir. Həmin vaxt Tural ilə aralarında mübahisə baş vermişdir. Tural onun üstünə bıçaq çıxarmış və onu vurmaq istəmişdir. Həmin vaxt bıçağı Turalın əlindən almağa çalışmışdır. Bu səbəblə də özünü qorumaq məqsədi ilə Turalı yumruq və təpiklə vurmuşdur. Cəmil də yumruqla Turalın üz nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Daha sonra Tural yerə yıxılmış və ondan bıçağı almağa çalışmışlar. Lakin hazırda həmin bıçağın harada olmasını bilmir. Ola bilsin ki, bıçaq hadisə vaxtı yerə düşmüşdür. Həmin vaxt ətrafda təxminən 5-10 nəfər adam yığışmışdır. Hava qaranlıq olduğu üçün həmin şəxslərin kim olduqlarını görə bilməmişdir. Hadisə təxminən 10-15 dəqiqə ərzində davam etmişdir. Onlar oradan qaçaraq uzaqlaşmışdır. Həmçinin Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində ilkin olaraq ifadəsində Tural adlı şəxsin cibindən rəngini görmədiyi, qatlanmayan, ev bıçağına oxşayan bıçaq çıxarıb Xalidin üzərinə getməsini, özünün Xalidin yanında olmasını, dərhal oradan qaçmalarını, Turalın isə onların arxasınca qaçarkən yerə yıxılmasını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs2 müstəntiq tərəfindən ona verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs1 yalan söyləməsini, həmin hadisə zamanı yumruqla Turalın üz nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən vurmadığını, həmin vaxt Turalın yerə yıxılmağını bilmədiyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 vermiş olduğu ifadəsi ilə, ifadə verdikdən sonra ona verilmiş suallara cavab arasında ziddiyyətlər mövcuddur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında bildirdikləri işin halları ilə tam təkzib olunur. Belə olan vəziyyətdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında vermiş olduğu ifadələrinə inanıb onları qəbul etmək üçün məhkəmədə heç bir əsas yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddədə göstərilən cinayət əməlini törətmələri, yəni bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması, habelə əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və onların həmin əməli törətməkdə təqsirli olmaları zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X2 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respbulikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, yaşayış yerindən müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CMnin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətilərini, o cümlədən barələrində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzalarını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxslərin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmalarını mümkün sayaraq, hesab edir ki, onlara azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxslərin barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır, cəzaçəkmə müddətinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 07 aprel 2025-ci il tarixdə, saat 15:30-da tutulmuş, barəsində Şirvan şəhər Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 4(032)-62/2025 saylı qərarı ilə, əvvəli 07 aprel 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Şirvan şəhər Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 1(032)-102/2025 saylı hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30 may 2025-ci il tarixdə, saat 19:10-da tutulmuş, barəsində Şirvan şəhər Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 4(032)-82/2025 saylı qərarı ilə, əvvəli 30 may 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Şirvan şəhər Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 1(032)-102/2025 saylı hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları müddət nəzərə nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində təyin edilən cəzanın növünü və onların barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmasını nəzərə alaraq hesab edir ki, onların barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli və hökm qanuni qüvvəyə minənədək barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 07 aprel 2025-ci il tarixdən 16 oktyabr 2025-ci il tarixədək həbsdə olduğu 06 ay 09 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanıb ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 01 il 18 gün çıxılmaqla üzərində qəti olaraq 05 (beş) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin, hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 30 may 2025-ci il tarixdən 16 oktyabr 2025-ci il tarixədək həbsdə olduğu 04 ay 16 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanıb ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 09 ay 02 gün çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin, hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-102/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-102/2025
16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver