Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-103/2023 22.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 15.30-da Şirvan şəhər Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X1 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Hacıqabul rayonu Qubalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “işləməyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Qubalıbaloğlan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 180.2.1-ci maddəsi ilə, xx.xx.1990-ci ildə Hacıqabul rayonu Qubalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubalıbaloğlan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədilə bacısı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 25 yanvar 2023cü il tarixdə, saat 21 radələrində Şirvan şəhəri, H.Əliyev küçəsində Zərərçəkmiş şəxs məxsus 1000 manat pulu Masallı rayonunda yerləşən fermada çoban işləmək adı ilə Şahid alıb, açıq talayaraq hadisə yerindən qaçıb uzaqlaşmaq istədikdə, Şahid onların qanunsuz hərəkətlərinə müdaxilə etməsi səbəbindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1000 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, 25 yanvar 2023-cü il tarixdə, saat 21 radələrində Şirvan şəhəri, H.Əliyev küçəsində Zərərçəkmiş şəxs məxsus 1000 manat pulu Masallı rayonunda yerləşən fermada çoban işləmək adı ilə Şahid alıb, açıq talayaraq hadisə yerindən qaçıb uzaqlaşmaq istədikdə, Şahid onun qanunsuz hərəkətlərinə müdaxilə etməsi səbəbindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib, Zərərçəkmiş şəxs 1000 (min) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, uzun müddətdir ki, ayrı-ayrı şəxslərin fermer təsərrüfatlarında fəhlə kimi işləmişdir. xx.xx.2023-cü il tarixdə Masallı rayonundan olan bir nəfər Güləxan adlı şəxs ona zəng vuraraq özünə məxsus fermada işləməyi təklif etmişdir. Telefon danışığı zamanı Güləxan aylıq 750 manat əmək haqqı verəcəyini, ailəliklə fermada qalacaqlarını demişdir. Həmin vaxt o, Güləxana demişdir ki, 1000 manat borcu vardır, həmin pulu ona göndərsin və gəlib ailəsi ilə fermada işləsin. Güləxan da razılaşmışdır. O, bu barədə bacısı Sonaya məlumat vermiş və bacısı da onunla gəlib fermada işləməyə razılıq vermişdir. Həmin an fermada işləmək kimi niyyəti olmamışdır, fikri sadəcə Güləxanın göndərdiyi pulu ələ keçirmək və xəstə övladının müalicəsinə sərf etmək olmuşdur. Həmçinin 1000 manat borc ümumi ailənin borcu olmuşdur. Sonra o, Güləxanla yenə də danışmış və 1000 manat pul göndərməsini bildirmiş, sonuncu da razılaşmışdır. Bundan sonra Güləxan ona pulu sürücü vasitsilə göndərəcəyini demişdir. 25 yanvar 2023-cü il tarixdə saat 19-20 radələrində bacısı Sona ilə Şirvan şəhərinin «Salyan dairəsi» adlanan yerə gəlmişlər, burada onlar Güləxanın göndərdiyi sürücü ilə görüşməli olmuşlar. Bir neçə dəqiqə sonra Güləxanın göndərdiyi adını sonradan bildiyi Vəli adlı sürücü avtomaşınla yanlarına gəlmiş və üzərində nağd pul olmadığını deyib, onlardan harada bankomat olduğunu soruşmuş, onlar da ən yaxın bankomatın Şirvan şəhər mərkəzi xəstəxanasının inzibati binasının yanında olduğunu demişlər. Sonra birlikdə bankomatın yanına gəlmişlər. Orada Vəli bankomatdan 1000 manat pul çıxarıb ona vermiş, o isə pulu bacısı Sonaya vermişdir. Orada olarkən Vəli avtomobilinə tərəf getdikdə o, Sonaya qaçmasını demiş və hər biri ayrı-ayrı istiqamətlərə qaçmışlar. O, qaçsa da bacısı Sonanı Vəli tutmuş, o da daha geri qayıtmamışdır. Bundan sonra o, gündüzləri orada-burada vaxtını keçirib, gecələr yaşadığı evə gəlmişdir. Bacısı Sona evə gəldikdən sonra o, barələrində cinayət işinin başlandığını öyrənmiş və daha sonra gizlənməyə başlamış, çünki tutulmaqdan qorxmuşdur. Hadisə xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Şirvan şəhər H.Əliyev küçəsində baş vermişdir. Hadisə vaxtı Şahid 1000 manat pulu alıb qaçmaqda məqsədi həmin pulu ələ keçirib xəstə övladının müalicəsinə sərf etmək və ailələrinin olan borcunu ödəmək olmuş, lakin Vəli bacısını tutduğu üçün bunu edə bilməmişlər. Hadisə vaxtı ətrafda adam olmamışdır. Hadisə 2-3 dəqiqə davam etmişdir. Hadisə vaxtı o, hər hansı bir xəsarət almamışdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, uzun müddətdir ki, ayrı-ayrı şəxslərin fermer təsərrüfatlarında fəhlə kimi işləmiş və xx.xx.2023-cü il tarixdə qardaşı İsmayıl yaşadıqları evdə olarkən ona bildirmişdir ki, Masallı rayonundan Güləxan adlı fermerin ona zəng edərək özünə məxsus olan fermada iş təklif etməsini bildirmişdir. Bundan sonra o, qardaşı İsmayılla razılaşmışdır ki, gedərlər işləməyə. Lakin onun fermada işləmək kimi bir niyyəti olmamışdır. Onun 1000 manat borcunun olmasını İsmayıl bilmiş və İsmayıla tapşırmışdır ki, Güləxana onun borcunun olmasını deməyi unutmasın. Bundan sonra İsmayıl Güləxana zəng edərək bu barədə bildirmiş və həmin şəxs 1000 manat pulu göndərməyə razılıq vermişdir. Bundan sonra İsmayıl Güləxanın pulu sürücü vasitəsilə göndərəcəyini bildirmişdir. Bu məqsədlə o, həmin günü saat 19-20 radələrində İsmayıl ilə birgə Şirvan şəhəri ərazisində yerləşən “Salyan dairəsi” adlanan yerə gəlmişlər. Burada onlar Güləxanın göndərdiyi sürücü ilə görüşüb sürücüdən 1000 manat pul almalı və daha sonra onunla bərabər Masallı rayonuna getməli olmuşlar. Bundan sonra adını sonradan bildiyi yük avtomobilinin sürücüsü Şahid onlarla həmin yerdə görüşmüş və üzərində nağd pulun olmamasını bildirib, yaxınlıqda harada bankomat olmasını soruşmuşdur. Bundan sonra onlar həmin şəxslə birgə Şirvan ŞMX-nin inzibati binasının girişində yerləşən bankomata yaxınlaşmışlar. Burada Şahid bankomatdan pul çıxarıb onun qardaşı İsmayıla 1000 manat vermiş və borclarını ödəyib gəlməyini bildirmişdir. O, pulu aldıqdan sonra Vəli avtomobilinə tərəf getmişdir. İsmayıl həmin pulu ona verib qaçmasını demiş, o da qaçaraq oradan uzaqlaşmağa başlamışdır. Bu vaxt İsmayıl da qaçaraq oradan uzaqlaşmışdır. Daha sonra Vəli arxasınca gələrək onu tutmuş və bu barədə DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Bundan sonra həmin yerə polis əməkdaşları gəlmişlər və onları polis şöbəsinə dəvət etmişlər. Hadisə xx.xx.2023cü il tarixdə saat 21 radələrində Şirvan şəhər H.Əliyev küçəsində baş vermişdir. Şahid pulu onun yanında qardaşı İsmayıla vermiş, İsmayıl da pulu saydıqdan sonra ona vermişdir. Hadisə vaxtı Şahid 1000 manat pulu alıb qaçmaqda məqsəd həmin pulu ələ keçirmək olmuş, lakin Vəli onu tutduğu üçün bunu edə bilməmiş, İsmayıl da qaçıb gedərək uzaqlaşmışdır. Hadisə vaxtı Şahid pulu alıb ələ keçirmək istədiklərini bilməmişdir. Hadisə vaxtı ətrafda adam olmamışdır. Hadisə 2-3 dəqiqə davam etmişdir. Hadisə vaxtı o, hər hansı bir xəsarət almamışdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qızı ifadə verərək bildirdi ki, təsərrüfatında çobanlıq etmək üçün bir ailə axtardığı barədə elan vermişdir. Bundan sonra Biləsuvar rayonundan, adını bilmədiyi bir nəfər şəxs onunla telefonda əlaqə saxlayıb bildirmişdir ki, Şirvan şəhərindən bir ailə vardır, həmin ailə gəlib təsərrüfatında işləyə bilər. O, həmin şəxsdən işləmək isdəyən bir ailə vardır və həmin ailənin əlaqə nömrəsini ona verdikdən sonra o, zəng vurmuş və onunla telefonda bir cavan oğlan danışmışdır. Danışıq əsnasında həmin şəxs adının İsmayıl olduğunu və hal-hazırda 1000 manat borcunun olduğu üçün, həmin borcu ödəyib gələ biləcəyini ona bildirmişdir. Bundan sonra o, İsmayıl ilə razılaşmış və sonuncuya bildirmişdir ki, 1000 manatı tanışı “Qazel” sürücüsü Şahid göndərəcək, lazımı əşyalarını yığıb Masallı rayonuna gəlsin. İsmayıl onunla razılaşdıqdan sonra o, Vəli ilə əlaqə saxlamış və kart hesabına pul köçürəcəyini bildirib Şirvan şəhərinə getməsini və İsmayıla məxsus nömrə ilə əlaqə saxlamasını bildirmişdir. Bundan sonra Vəli istifadəsində olan avtomobil ilə Şirvan şəhərinə getdiyini ona bildirmişdir. Bu söhbətdən 3-4 saat sonra Vəli ona zəng vurub İsmayıl adlı şəxsin yanında bir qadınla onun yanına gəldiyini və 1000 manat pulu aldıqdan sonra qaçıb gedərkən qadını tutub polisə bu barədə məlumat verdiyini bildirmişdir. Ondan ələ keçirilməsinə cəhd edilmiş məbləğ 1000 manat olmuşdur. Ona dəymiş ziyan ödənildiyi üçün onun heç bir şikayət və tələbi yoxdur. Hal-hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid ifadə verərək göstərdi ki, hazırda Masallı rayonu ərazisində özünə məxsus “Lada Qazel” markalı ** CF *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yük daşıyaraq dolanışığını təmin edir. Masallı rayonu Boradigah kənd sakini ferma sahibi olan Güləxan adlı şəxs tez-tez ona mal-qara daşınması və bunun kimi işləri tapşırır. xx.xx.2023-cü il tarixdə Güləxan ona zəng edərək Şirvan şəhərindən onun üçün çoban gətirməyini xahiş etmiş və bildirmişdir ki, həmin şəxslərlə razılığa gəlmiş, bundan başqa o, Şirvan şəhərinə gedərək həmin şəxslərə 1000 manat pul verməli və onları Masallıya gətirməlidir. O, Güləxan ilə razılaşmışdır. Bundan sonra o, Şirvan şəhərinə yola düşmüşdür. Şirvan şəhərinə çatdıqda Güləxanın ona verdiyi nömrə ilə əlaqə saxlamış və Şirvan şəhəri ərazisində olan Salyan dairəsi adlanan yerdə adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə görüşmüşdür. Bundan sonra onlar onun avtomobilinə əyləşmişlər. Güləxan Əliyev 1000 manat pulu onun bank kartına göndərdiyi üçün o, İsmayıldan yaxınlıqda bankomat olub-olmadığını soruşduqda, İsmayıl Şirvan şəhər mərkəzi xəstəxanasının qarşısında bankomatın olduğunu və avtomobili oraya idarə etməyini deyib ona yolu göstərmişdir. O, avtomobili Şirvan ŞMX-nın yanına sürmüş və orada bankomata yaxınlaşıb bank kartından 1000 manat pulu çıxarıb İsmayıla vermiş, İsmayıl isə pulu sayıb yanında olan bacısına vermişdir. O, pulu İsmayıla verdikdən sonra avtomobilinə tərəf getmiş və bu zaman qəfildən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaçmağa başlamışlar. O, qaçaraq Təqsirləndirilən şəxs2 tutmuş və o, Təqsirləndirilən şəxs2 tutan zaman sonuncu əlində olan pulları yerə atmışdır. O, pulu yerdən götürmüş və Təqsirləndirilən şəxs2 yanında DİN «102» xidmətinə zəng vurub məlumat vermiş, Təqsirləndirilən şəxs1 isə qaçıb getmişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və onlar Şirvan ŞPŞ-yə getmişlər. Hadisə vaxtı Təqsirləndirilən şəxs2 və ya Təqsirləndirilən şəxs1 tərəfindən ona hər hansı bir zor tətbiq edilməmişdir. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 26 aynvar 2023-cü il tarixdə, saat 15.15-də şübhəli şəxs qismində tutulmuş, 27 yanvar 2023-cü il tarixdə, saat 17.30-da barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan Zərərçəkmiş şəxs qızının ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tam ödənilmiş, təqsirləndirlən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Hacıqabul rayon İHB-nın Qubalıbalaoğlan inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədə göstərilir ki, onlar barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Hacıqabul rayon İHB-nın Qubalıbalaoğlan inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 və Ağaşova X2 rayon Qubalıbalaoğlan kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Şirvan- Salyan regional filialının Şirvan, Hacıqabul məktubundan görünür ki, Hacıqabul rayon Qubalıbalaoğlan kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 1 saylı Şirvan- Salyan regional filialından heç bir növ sosial müavinət , pensiya və təqaüd almır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin və doğum haqqında tibbi şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 X3 ilə faktiki nikahdan 07 oktyabr 2012-ci il tarixdə Qasımlı İlkin, 01 aprel 2014-cü il tarixdə Qasımlı Əsna və 05 may 2021-ci il tarixdə üçüncü uşaqları anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik Hüquqi şəxsi “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin konsultativ-poliklinika şöbəsinin narkoloji, ruhiəsəb kabinetlərində, eləcə də alkoqol istifadəçisi kimi qeydiyyatda deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında»Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2005-ci il tarixli qərarının 3cü və 7-ci bəndlərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır.Bu zaman təqsirkar hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki,ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn,talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək,yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək),oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29, 180.2.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin mülkiyyət münasibətlərinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini, az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, ona dəymiş maddi ziyanın aradan qaldırılmasını Azərbaycan Respublikası CMnin 59.1.12 -ci maddəsinə, ilk dəfə olaraq az ağır cinayət törətmələrini, zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən hər ikisinin cəzasını, Təqsirləndirilən şəxs1 himayəsində 3 azyaşlı uşaqların olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən İ. Ağaşovun cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 180.2.1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunverciliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən yuxarıda qeyd olunan normalarından göründüyü kimi, cəza təyin edilərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyəti, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi, cinayətin xarakteri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin edilməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində tövsiyyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməli məsələlərdən biri kimi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, müəyyən olunmuş cəzanı yüngülləşdirən halların məcmuyu, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayəti törədəndən sonra davranışları belə bir qənaətə gəlməyə əsas verir ki, onların cəza çəkmədən islah olunmaları mümkündür, ona görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə yuxarıda qeyd olunan qənaətə gələrkən onu əsas tutur ki, cinayət nəticəsində təyin olunan cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəldilməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəzanı əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial, iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Bununla məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmədən islah olunmalarını mümkün sayıb, azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi haqqında qərarın çıxarılmasını lazım bilir. Şərti məhkum etmə təyin edildiyindən məhkəmə tərəfindən təqsirləndirilən şəxslərə sınaq müddəti müəyyən olunmalı, onların üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddəti ərzində təqsirləndirilən şəxslər öz davranışı ilə islah olunmalarını sübut etməlidirlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353, 384-cü maddələrini rəhbər tutub, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29, 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs1 təyin edilmiş 03 (üç) il azadlıqdan məhrumetmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən yaşadığı yer üzrə Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 26 yanvar 2023-cü il tarixdən, 27 yanvar 2023-cü il tarixədək həbsdə olduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən yaşadığı yer üzrə Hacıqabul rayonİcra və Probasiya Şöbəsinə məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-103/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-103/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver