Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-103/2024 05.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 15:04-də Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Əli-Bayramlı (indiki Şirvan) anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1, 177.2.2, 177.2.3,177.2.4 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 08 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu tətbiq edilməklə üzərində 07 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 01 odlu silahı, 04 ədəd patronu və 01 ədəd silah üçün nəzərdə tutulmuş darağı yaşadığı Şirvan şəhəri, H.Əliyev prospekti bina 2A, mənzil 2-də yerləşən evində saxlamış, Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 30 yanvar 2024-cü il tarixdə saat 13:55-dən saat 15:10dək olan müddət ərzində yaşadığı şəhərin H.Əliyev prospekti bina 2A, mənzil 2-də yerləşən evində keçirilmiş baxış zamanı evin qonaq otağında olan çarpayının üzərindəki döşəyin altından 01 ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, 7,62 kalibrli, Tokarev (TT) konstruksiyalı, yivli, texniki cəhətdən saz və atəşə yararlı odlu döyüş silahı hesab edilən tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, “TT” Tokarev konstruksiyalı silahların komplekt hissəsi olan texniki cəhətdən saz, bircərgəli və 08 ədəd 7.62x25 mm kalibrli patronlar üçün nəzərdə tutulmuş daraq və 04 ədəd zavod üsulu ilə istehsal olunmuş, 7.62x25 mm kalibrli olmaqla Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-plemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən patron aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, təxminən 2-3 ay əvvəl Bakı şəhəri Lökbatan dairəsində yol maşınları ilə Şirvan şəhərinə gəlmək istəyən zaman, yolun kənarında bir ədəd qara rəngli sellofan torba diqqətini cəlb etmiş, ətrafa baxanda kimsə olmadığını görmüş, həmin sellofan torbanı yerdən götürüb açıb içərisinə baxanda içərisində 1 ədəd tapança olmasını görmüş, sonra silahı yoxlayanda darağında 4 ədəd patron olması diqqətini çəkmiş, bundan sonra silahı sellofan torbada özü ilə götürərək yol maşını ilə Şirvan şəhərinə yaşadığı evə gəlmişdir. Həmin vaxt anası evdə olmamışdır. Silahı qonaq otağında olan çarpayının üzərindəki döşəyin altında gizlətmiş, silahdan istifadə etməmişdir. Sadəcə özü ilə gətirməkdə məqsədi, nə vaxtsa satıb pul əldə etmək olmuşdur. 30 yanvar 2024-cü il tarixdə saat 13 radələrində evdə olarkən polis əməkdaşları yaşadığı ünvana gəlmiş, evinə baxış keçirəcəklərini bildirmişlər. Onun razılığı ilə videoçəkiliş vasitəsilə evinə baxış keçirilmiş, baxış zamanı yaşadığı evdə qonaq otağında odlu silah gizlətdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə mənzilə daxil olmuş, qonaq otağında olan çarpayının üzərindəki döşəyin altından 1 ədəd silahı və silahın darağını təqdim etmiş, sonra onun iştirakı ilə silaha və silahın darağına baxış keçirilmiş, baxış zamanı silahın qara rəngdə olması, darağın üzərində 4 ədəd patron olması müəyyən edilmişdir. Təqdim etdiyi 1 ədəd silah, silahın darağı və 4 ədəd patron qablaşdırılmış və götürülmüşdür. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şirvan şəhər Polis Şöbəsinin Cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 30 yanvar 2024-cü il tarixdə xidmətdə olarkən Şirvan şəhəri, Heydər Əliyev prospekti, bina 2 A, mənzil 2-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz yolla əldə etdiyi odlu silah tapança və onun patronlarını həmçinin narkotik narkotik vasitələri saxlaması barədə məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarın icrası ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsinin Cinayət axtarış bölməsin əməliyyat müvəkkili Şahid3, PPXB-nin polis nəfəri, Şahid4 və İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X2 ibarət əməliyyat qrupu yaradılmış, sonra 30 yanvar 2024-cü il tarixdə saat 13:35 radələrində əməliyyat qrupu ilə birlikdə ünvan 3 ünvanına getmişlər. Təqsirləndirilən şəxs və anası Şahid1 yaşadıqları ünvana baxış keçirilməsinə heç bir etirazlarının olmadıqlarını bildirmişlər. Sonra evə baxış keçirilməyə başlanılmış, Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında odlu silah gizlətdiyini bildirmiş, Təqsirləndirilən şəxs yaşadığı mənzilin qonaq otağında olan çarpayının üzərindəki döşəyin altından 01 ədəd silah və silahın darağını təqdim etmiş, həmin silahın qara rəngdə olduğu, darağın içərsində 4 ədəd patronun olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 01 ədəd tapança silah, həmin silahın darağı və 04 ədəd patron qablaşdırılaraq götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində olarkən Təqsirləndirilən şəxs İstintaq bölməsində vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil X1, vəkil Emil Quliyev gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş, buna hər hansı bir etirazının olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşyanın olmamasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər heç bir qanunsuz əşya və ya predment aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şirvan şəhər Polis Şöbəsinin CAB-ın, əməliyyat müvəkkili Şahid3 və Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid4 Şahid2 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişlər . İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilən zaman mənzilin qonaq otağından 1 ədəd “Tokarev” markalı silah, silahın komplekt hissəsi olan 1 ədəd daraq və 4 ədəd patron aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 31.012024-cü il tarixli 24/244 ekspertin rəyindən görünür ki: 1.Tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silnmiş, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, 7,62 mm kalibrli Tokarev (TT) konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdr, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir.
2. Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 7.62x25 mm kalibrli olmaqla Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-plemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdır.
3. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, “TT” Tokarev konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircəgəlidir və 08 ədəd 7.62x25 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur.
4. Experimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ- də yerləşən «güllə-giliz» Kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Qeyd : təqdim edilmiş 04 ədəd 7.62 mm kalibrili patronlardan 02 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş şəxsi şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 1 ədəd diskə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilən zaman mənzilin qonaq otağından 1 ədəd “Tokarev” markalı silah, silahın komplekt hissəsi olan 1 ədəd daraq və 4 ədəd patron aşkar olunaraq götürülmüşdür. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanından aşkar olunaraq götürülmüş 01 ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, 7,62 kalibrli, Tokarev (TT) konstruksiyalı tapança,02 ədəd patronlar, 02 ədəd gilizlər və 01 ədəd daraq maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Şirvan şəhər Polis Şöbəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:55-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(032)-22/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 30 may 2024cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Paşayev X3 Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-3 maddəsinin 2-cü hissəsinə əsasən təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Saatlı Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1,180.2.2,180.2.4-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 132-ci maddələri ilə təqsirli bilinərək 01 il şərti sınaq müddəti təbiq edilməklə 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1, 177.2.2, 177.2.3,177.2.4 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 08 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317- 2.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 08 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu tətbiq edilməklə üzərində 07 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını çəkib qurtarmış, hazırda həmin məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivini yaratdığından bu hal CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, CM-in 56.1.3-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut Şirvan şəhər Polis Şöbəsinin maddi sübutları saxlama anbarında saxlanılan 01 ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, 7,62 mm kalibrli, Tokarev (TT) konstruksiyalı tapança, 02 ədəd patron, 02 ədəd giliz,1 ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni 30 yanvar 2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddianın və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır . Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutları saxlama anbarında saxlanılan 01 ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, 7,62 mm kalibrli, Tokarev (TT) konstruksiyalı tapança, 02 ədəd patron, 02 ədəd giliz, 1 ədəd daraq müsadirə olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təhcizat İdarəsinə təhvil verilsin. Cinayət işinə əlavə edilmiş bir ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə mülki iddianın və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir.
Hakim: Aydan Məmmədli