Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-104/2023 20.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 14:25-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Heydərov Fərrux Fəttah oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Şıx Salahlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, qəsdən tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talamaq məqsədi ilə 30 yanvar 2023-cü il tarixdə, saat 12 radələrində Şirvan şəhərinin H.Əliyev prospektində yerləşən Məhəmməd Füzuli adına istirahət parkında dayısı oğlu Zərərçəkmiş şəxs ilə görüşərkən sonuncuya məxsus 120 manat dəyərindəki 01 ədəd “Xiaomi” markalı “Mİ A2” android tipli modelli mobil telefon cihazını baxış keçirərək geri qaytaracağını yalandan bildirməklə alaraq həmin əmlakın mülkiyyətçisinin gözü qarşısında qaçaraq istirahət parkının ərazisindən uzaqlaşıb qeyd edilən telefon cihazını qanunsuz və əvəzsiz olaraq özünün xeyrinə keçirməklə talayaraq, Zərərçəkmiş şəxs 120 (yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Kapital” bankın ofisindən 1700 manat kredit götürüb dayısı oğlu Aydının yaşadığı ünvana getmiş, o, üzərində olan 1700 pulu dayısı yoldaşı Ruqiyyəyə saxlamaq üçün vermişdir. Bundan sonra yemək yeməyə başlamış və həmin müddətdə dayısı oğlu Aydın ilə birlikdə bir litr yarım spirtli içki qəbul etmişlər. Daha sonra Aydın mobil telefonunda mahnıya qulaq asmağa başladığı üçün ona telefonun səsini alıb yerə qoymasını irad bildirdikdə Aydın onun iradına məhəl qoymadığı üçün o, əli ilə onun telefonuna vurmuş, Aydının telefonu yerə düşərək qırılmışdır. Bundan sonra o, Aydının özünə yeni telefon alması üçün Ruqiyyədə olan 1700 manat pulundan 210 manatını götürüb Aydına vermişdir ki, səhər gedib özünə telefon alsın. Həmin vaxtı o, Aydının yoldaşı Ruhəngizə olan 100 manat borcunu da vermişdir. Bundan sonra o, həmin gecəni onlarda qalmış və səhəri gün pulu Ruqiyyədən alıb yaşadığı Sabirabad rayonu, Şıxsalahlı kəndinə getmişdir. xx.xx.2023-cü il tarixdə o, Şirvan şəhərinə gəlmiş və Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Kapital” bankın ofisindən 1800 manat kredit götürmüş və Aydınla spirtli içki içdiyi gün yəni xx.xx.2023-cü il tarixdə onun ailəsinə və özünə xərclədiyi pulun hesabatın aparmaq üçün onlara getmişdir. O, Aydının yaşadığı ünvana gedib onu evindən çölə çağırmışdır ki, gedib Şirvan şəhər “Füzuli” adına istirahət parkında çay içsinlər. Bundan sonra onlar piyada söhbət edə-edə Şirvan şəhər “Məhəmməd Füzuli” adına istirahət parkına gəlmiş, sonra o, Aydını aldadıb ona bildirmişdir ki, telefonu versin və Aydında əlində olan “Mİ” A2 markalı mobil telefonu ona vermişdir. Bundan sonra Aydın ondan telefonu geri istədikdə o, Aydına telefonu ona verməyəcəyini bildirərək ordan qaçaraq uzaqlaşıb getmişdir. Sonra ona Şirvan şəhər PŞ-dən zəng gələrək PŞ-nə gəlməyi bildirilmiş və o da polis şöbəsinə gəlmiş, Aydından aldığı mobil telefonu PŞ-nin təhqiqat bölməsində təqdim etmişdir. Hadisə vaxtı o, zərər çəkmişşəxsə qarşı heç bir zor tətbiq etməmişdir. Törətmiş olduğu cinayət əməlindən peşmandır, dəymiş ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə bibisi oğlu Təqsirləndirilən şəxs onların yaşadığı ünvana gəlmiş, üzərində olan 1700 pulu anası Ruqiyyəyə saxlamaq üçün vermişdir. Bundan sonra Əzimlə o, yemək yeməyə başlamış və həmin müddətdə Əzim ilə birlikdə litr yarım spirtli içki qəbul etmiş,sonra o, mobil telefonunda mahnıya qulaq asmağa başlamış və Əzim ona telefonunun səsini alıb yerə qoymasını irad bildirdikdə o, Əzimin iradına məhəl qoymadığı üçün Əzim ilə onun mobil telefonuna vurmuş və onun mobil telefonu yerə düşərək qırılmışdır. Bundan sonra Əzim ona sındırdığı telefonun əvəzinə anası Ruqiyyədə olan 1700 manat pulundan 210 manatını telefon almaq üçün vermişdir. Həmçinin Əzim onun keçmiş həyat yoldaşı Ruhəngizə olan 100 manat borcunu da vermişdir. Əzim həmin gecəni onlarda qalmış və səhəri gün pulunu anası Ruqiyyədən alıb yaşadığı Sabirabad rayonu, Şıxsalahlı kəndinə getmişdir. O da Əzimin ona verdiyi 210 manat pulla özünə “Xiaomi” markalı “Mİ A2” android tipli mobil telefon almış və istifadə etməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə səhər 11 radələrində evdə olan zaman bibisi oğlu Əzim onların yaşadığı evə gəlmiş və onu Şirvan şəhər “Məhəmməd Füzuli” adına istirahət parkında çay içmək üçün çağırmışdır. O, Əzimlə birlikdə piyada söhbət edə-edə Şirvan şəhər “Məhəmməd Füzuli” adına istirahət parkına gəlmiş, Əzim ondan telefonunu istəmişdir ki, baxsın və o əlində olan “Xiaomi” markalı “Mİ A2” android tipli mobil telefonunu Əzimə vermiş, sonra Əzimdən telefonunu geri tələb etdikdə Əzim ona telefonu verməyəcəyini bildirərək oradan qaçaraq uzaqlaşmışdır. Bundan sonra olanlar barədə Şirvan ŞPŞ-yə gələrək ərizə ilə mürtaciət etmişdir. Hadisə vaxtı ona 210 manat ziyan dəymişdir. Ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun baldızı oğludur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onların yaşadığı ünvana gəlmiş, üzərində olan 1700 pulu ona saxlamaq üçün vermişdir. Bundan sonra Əzimlə oğlu Aydın yemək yeməyə başlamış, spirtli içki qəbul etmişlər. Daha sonra Aydın mobil telefonunda mahnıya qulaq asarkən Əzim Aydına telefonunun səsini alıb yerə qoymasını irad bildirdikdə Aydın Əzimin iradına məhəl qoymadığı üçün Əzim əli ilə Aydının mobil telefonuna vurmuş və Aydının mobil telefonu yerə düşərək qırılmışdır. Əzim sındırdığı telefonun əvəzinə onda olan 1700 manat pulundan 210 manatını götürüb Aydına özünə telefon almaq üçün vermişdir. Həmçinin Əzim gəlini Ruhəngizə olan 100 manat borcunu da vermişdir. Bundan sonra Əzim həmin gecəni onlarda qalmış və səhəri gün pulunu ondan alıb yaşadığı Sabirabad rayonu, Şıxsalahlı kəndinə getmişdir. Aydında Əzimin ona verdiyi 210 manat pula gedib özünə “Xiaomi” markalı “Mİ A2” android tipli mobil telefonu alıb istifadə etməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə səhər 11 radələrində oğlu Aydınla birlikdə evdə olan zaman Əzim onlara gəlmiş və Aydını Şirvan şəhər “Məhəmməd Füzuli” adına istirahət parkında çay içmək üçün çağırmış, Əzimlə birlikdə evdən çıxıb getmişlər. Sonra Aydın evə gəlib istifadəsində olan “Xiaomi” markalı “Mİ A2” android tipli mobil telefonunu Əzimin onun əlindən alaraq getməsini və bu barədə Şirvan ŞPŞ-nə ərizə ilə müraciət etdiyini ona bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Götürmə aparılması haqqında 31 yanvar 2023-cü il tarixli qərardan və həmin tarixli götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi əşyaya baxış aparılan zaman həmin əşyanın 01 ədəd “Mİ A2” android tipli mobil telefon olması müəyyən edilmişdir. Təqdim olunmuş 01 ədəd “Mİ A2” android tipli mobil telefonun qızılı rəngli, işlək vəziyyətdə olması müəyyən olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01 ədəd “Mİ A2” android tipli mobil telefonu qohumu Zərərçəkmiş şəxs əlindən alıb qaçmışdır (i.v.13-18) «Sabirabad rayon mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 02 mart 2023-cü il tarixli, PHŞ-6-70/2-70/2023 nömrəli məktubunda göstərilmişdir ki, Sabirabad rayonu Şıxsalahlı kəndində yaşayan İsmayılov X2 RMX-nın Polikilinka şöbəsinin “əsəb-ruhi, alkaqol və narkoloji” kabinetlərində dispanser qeydiyyatında yoxdur. (i.v. 61) İfadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs hadisənin hansı qaydada baş verməsini hadisə yerində əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. (i.v.53-56) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 aprel 2023-cü il tarixli, 9/2499 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 01 ədəd “Xiaomi” markalı “Mİ A2” android tipli modelli mobil telefonun satış üçün komplektlədirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 120 manat müəyyən edilir. (i.v.79-81) Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir.(i.v.59-60) İ-18882 nömrəli, İ-15416 nömrəli, İ-9882 nömrəli və İ-21005 nömrəli vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X3 Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2714, 2712, 2720 və 2711 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Suqovşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 4/1004 nömrəli arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs “İ-ci Qarabağ Müharibəsi” zamanı Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə hər iki pəncəsinin donvurması ilə N saylı hərbi hissəyə gətirilmiş, sol ayaq pəncəsindən bütün barmaqları, sağ ayaq pəncəsindən beşinci barmağı amputasiya edilmişdir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, vurulmuş ziyanı ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, “İ-ci Qarabağ Müharibəsi” iştirakçısı olmasını, oğlu X1 “Vətən müharibəsi iştirakçısı” olmasını, yaşını, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlinə olan münasibətini, əvvəllər məhkum olunmamasını, cəzasını yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunmasını, üzərinə müvafiq olaraq daimi yaşayış yerlərini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Cinayət iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Sabirabad rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabirabad rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Sabirabad rayonu, Şıx Salahlı kəndindəki evi hər gün saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Sabirabad rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-104/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-104/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver