Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-106/2023 12.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:25-də Şirvan şəhər Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi2 iştirakı ilə, xx.xx.1984-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, F.İsmayılov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan və Şirvan şəhəri sürücülük məktəbinin yataqxanasında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs1 yalan vəd verərək, sonuncuya dəyərindən aşağı qiymətə tütün məmulatları satacağını bildirib, sonuncudan 2021-ci ilin iyun ayında vahid niyyətlə əhatə olunmuş qəsdlə Şirvan şəhəri, G.Şıxabalaoğlu küçəsində yerləşən “Zəhra” mağazasında xeyli miqdarda, yəni 5500 (beş min beş yüz) manat pul alıb, verdiyi vədə əməl etməyərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini X1 yalan vəd verərək, sonuncuya dəyərindən aşağı qiymətə “Redbull” içkisi satacağını bildirib, sonuncudan 2021-ci ilin iyun ayında vahid niyyətlə əhatə olunmuş qəsdlə Şirvan şəhəri, G.Şıxabalaoğlu küçəsində yerləşən mağazasında 4000 (dörd min) manat pul alıb, verdiyi vədə əməl etməyərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham üzrə təqsirli bilmədi, ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs1 tanıyır, aralarında müştəri kimi münasibət olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 2020-2022-ci illər ərzində o, "xxxx" MMC-də ekspeditel (redbul satıcı) kimi işləmiş, həmin vaxtlar o, 6 rayona, yəni Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayonlarında yerləşən mağazalara və marketlərə redbull paylamışdır. Həmin vaxtlarda onun maddi vəziyyəti çətinləşmiş və bu səbəbdən problemlərini həll etmək üçün borca və ya faizə pul axtarmağa başlamışdır. O bu barədə maraqlanan zaman Şirvan şəhər sakini Zərərçəkmiş şəxs1 faiz qarşılığında pul verdiyini öyrənmiş, belə ki, o, Zərərçəkmiş şəxs1 işlətdiyi mağazaya redbull verdiyindən sonuncu mağaza sahibi kimi tanımış və 2021-ci ilin iyun ayında o, Həqiqətin işlətdiyi şəhərin G.Şıxbalaoğlu küçəsində yerləşən mağazasında Həqiqətlə görüşmüş və ondan faizə pul istəmiş, həmin vaxt Həqiqətdən o, 5500 manat pulu 20 faiz qarşılığında almışdır. O, növbəti aylarda aylıq faizi ilə birlikdə aldığı pulu Həqiqətə qaytarmağa başlamışdır. Təxminən 1 il 2 aya yaxın müddət ərzində o, Zərərçəkmiş şəxs1 800 manata yaxın pul vermişdir. Sonradan həmin pulu qaytara bilmədiyinə görə, Həqiqətlə aralarında söz söhbət yaranmış, Həqiqət həmin pulun Zərərçəkmiş şəxs2 qardaşına məxsus olmasını bildirmiş, o, həmin Xalidin qardaşı ilə danışaraq, pulu olmadığını, yaxın vaxtlarda onun pulunu qaytarıb verəcəyini bildirmişdir. Lakin, o, pulu qaytara bilməmiş, sonrasında dəfələrlə o, Xalidlə telefonla danışsa da, aralarında olan razılıq pozulmuşdur. Bu səbəbdən Həqiqət və Xalid onun barəsində Şirvan şəhər polis şöbəsinə şikayət etmişdir. 5500 manat pulu Zərərçəkmiş şəxs1 faiz qarşılığında almış, Xalid İsgəndərovun ifadəsində göstərdiyi 4000 manat pul barədə heç bir məlumatı olmamışdır. O, "xxxx"-də redbull işçkilərinin satışı ilə məşğul olmuş, başqa əmtəə malı satmamış, Xalid İsgəndərovu tanımamş, onunla heç bir alış verişi olmamışdır, lakin Zərərçəkmiş şəxs1 tanımış, sonuncuya mağazasında həftəsinə 3-4 ədəd “Redbull” satmışdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə təngidi yanaşaraq hesab edir ki,bu cür ifadə özünü müdafiə xarakteri daşıyır,cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür və işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır, belə ki, Təqsirləndirilən şəxs “Cahan” holdingdə işlədiyindən işlətdiyi şəhərin G.Şıxbalaoğlu küçəsində yerləşən mağazasına əmtəə malları gətirmiş, həmin vaxtlarda Ceyhunla aralarında əmtəə mallarının alışı və ya satışına dair heç bir narazılıq və ya anlaşılmazlıq olmamışdır. 2021-ci ilin iyun ayında Təqsirləndirilən şəxs işlətdiyi “Zəhra” marketə gəlmiş və ona demişdir ki, Cahan holdingdə kompaniya vardır, maya dəyərindən aşağı qiymətə əlavə hədiyyəsi ilə birlikdə tütün məhsulları və Redbull içkisi ilə təmin edə bilər. O da onunla razılaşmış və təxminən 2-3 gün sonra Ceyhunla mağazasında görüşmüşlər və ona 5500 manat pulu əlbəəl Ceyhuna vermişdir. O, pulu Ceyhuna verəndən bir müddət sonra Ceyhunla telefonla danışaraq ondan işin nə yerdə qaldığı soruşanda, sonuncu hər səfərində ona müxtəlif bəhalələr gətirərək, aldığı pulu öz şəxsi ehtiyaclarına xəclədiyini və yaxın vaxtlarda pulu qaytarıb verəcəyini bildirmişdir. Həmin vaxtdan indiyədək Ceyhun tərəfindən ona aldığı pul qaytarılmadığından o da onun barəsində Şirvan şəhər polis şöbəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs 5500 manat pulu 2021-ci ilin iyun ayında Şirvan şəhəri, G.Şıxabalaoğlu küçəsində yerləşən və ona məxsus olan “Zəhra” marketdə təklikdə vermiş, həmin vaxt yanlarında kimsə olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 5500 manat məbləğində ziyanın 1750 manatı ödənilmiş, 3750 manatı ödənilməmişdir. Təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini, ona dəymiş ziyanın tam şəkildə ödənilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır, belə ki, Təqsirləndirilən şəxs “Cahan” holdingdə işlədiyindən işlətdiyi şəhərin G.Şıxbalaoğlu küçəsində yerləşən mağazasında əmtəə malları gətirmiş, həmin vaxtlarda Ceyhunla aralarında əmtəə mallarının alışı və ya satışına dair heç bir narazılıq və ya anlaşılmazlıq olmamışdır. 2021-ci ilin iyun ayında Təqsirləndirilən şəxs işlətdiyi marketə gəlmiş və ona demişdir ki, Cahan holdingdə kompaniya vardır, maya dəyərindən aşağı qiymətə əlavə hədiyyəsi ilə birlikdə tütün məhsulları və Redbull içkisi ilə təmin edə bilər. Bunun üçün ona 4000 manat pul verəcək, o da, həmin 4000 manat pul müqabilində onun üçün tütün məhsulları gətirəcəkdir. O da onunla razılaşmış və həmin günün ikinci yarısı saat 16 radələrində Təqsirləndirilən şəxslə mağazasında görüşmüş, o, Ceyhuna 4000 manat pulu əlbəəl vermiş, o, pulu Ceyhuna verəndən bir müddət sonra Ceyhunla telefonla danışaraq ondan işin nə yerdə qaldığı soruşanda, o, bildirmişdir ki, tez bir zaman tütün məhsulların gətirib ona təhvil verəcəkdir, müəyyən gecikmələr vardır. Sonradan o, Ceyhunla telefonla danışan zaman sonuncu bildirmişdir ki, aralarında olan danışıq alınmamış, onun 4000 manat pulunu yaxın vaxtlarda qaytarıb verəcəkdir. Həmin vaxtdan indiyədək Ceyhun tərəfindən ondan aldığı pul qaytarılmadığından o da, onun barəsində Şirvan şəhər polis şöbəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs 4000 manat pulu 2021-ci ilin iyun ayında Şirvan şəhəri, G.Şıxabalaoğlu küçəsində yerləşən və ona məxsus olan marketdə təklikdə vermiş, həmin vaxt yanlarında kimsə olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 4000 manat məbləğində ziyanın 200 manatı ödənilmiş, 3800 manatı ödənilməmişdir. Təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsində maraqlı olmadığını, ona dəymiş ziyanın tam şəkildə ödənilməsini xahiş etdi. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 06 mart 2023-cü il tarixdə verilmiş 1590 saylı arayışdan görünür ki, Əliyev X4 şəhəri, F.İsmayılov küçəsi, ev 1 mənzil 2 ünvanında yaşayır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan AZE № 11102718 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə Şirvan şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Əliyeva Arzudur. İş materiallarında olan AZE № 11102719 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2013-cü il tarixdə Şirvan şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Əliyeva Arzudur. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək,məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs1 yalan vəd verərək, sonuncuya dəyərindən aşağı qiymətə tütün məmulatları satacağını bildirib, sonuncudan 2021-ci ilin iyun ayında vahid niyyətlə əhatə olunmuş qəsdlə Şirvan şəhəri, G.Şıxabalaoğlu küçəsində yerləşən “Zəhra” mağazasında xeyli miqdarda, yəni 5500 (beş min beş yüz) manat pul alıb, verdiyi vədə əməl etməyərək dələduzluq etəklə və təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini X1 yalan vəd verərək, sonuncuya dəyərindən aşağı qiymətə “Redbull” içkisi satacağını bildirib, sonuncudan 2021-ci ilin iyun ayında vahid niyyətlə əhatə olunmuş qəsdlə Şirvan şəhəri, G.Şıxabalaoğlu küçəsində yerləşən mağazasında 4000 (dörd min) manat pul alıb, verdiyi vədə əməl etməyərək dələduzluq etməklə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin tərkibini təşkil edən cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs humayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü, yaşayış yerindən müsbət xarakterizə olunmasını, dəymiş ziyanın qismən ödənilməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzasına alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün isə əsaslar yoxdur. Məhkəmə işin yuxarıda sadalanan obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, barəsində olan yüngülləşdirici halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır, onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasının həddləri daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini və üzərinə daimi yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş və ya təhsil yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulmasını məqsədəmüvafiq olması qənaətinə gəlir. Zərərçəkmiş şəxsə izah olunmalıdır ki, dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353, 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Zərərçəkmiş şəxslərə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə maddi sübutun olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-106/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-106/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver