Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-107/2023 20.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 15:55-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Heydərov Fərrux Fəttah oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsq oğlunun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxsq oğlu zərərçəkmiş şəxsin sağlamlığına qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 20 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi, H.B.Zərdabi küçəsi, 39 saylı fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun qollarından tutub yerə yıxaraq ona sol dizdə şişkinlik və hərəkət məhdudluğu, hər iki dizdə sıyrıq xəsarətləri yetirməklə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxsq oğlu ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısıdır. Onun anası və atası ilə bir neçə dəfə ailədaxili mübahisələri olmuş, səbəb isə anasının onun ailə məsələlərinə qarışmağı, onu ailəsindən boşatdırmağı olmuş, ona görə də, bir neçə dəfə Gülyara demiş ki, gedib bacısını, yəni onun anasını başa salsın ki, onun ailə söhbətlərinə qarışmasın, həmçinin bunlara görə dayısı Gülyarla bir neçə dəfə sözlə mübahisələri olmuşdur. 20 yanvar 2023-cü il tarixdə ad günü vaxtı spirtli içki içmiş, içkili vəziyyətdə dayısı oğlu Rəsulun yaşadığı evin həyətinə getmiş, Rəsul ilə söhbət etmiş, sonra təxminən ssat 22 radələrində içkili vəziyyətdə Gülyarın evinin qapısını döymüş, Gülyara gedib bacısı, yəni anası ilə söhbət etməyini, onun ailə söhbətlərinə qarışmamağını deməyini tapşırmış, Gülyar onunla acı danışmış, o, bundan bərk əsəbləşib Gülyarın sinəsindən tutub yaxalaşmış, qollarından tutub sol tərəfi üstə onu yerə yıxmışdır. Rəsul gəlib onları ayırmışdır. Bundan sonra oradan çıxıb getmişdir. Şirvan polis şöbəsinə dəvət olunanda ona məlum olmuş ki, dayısı Gülyar ondan şikayət edib, o, da, Gülyarın onu döyməsi ilə bağlı şikayət ərizəsi yazmışdır. Hazırda zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı aradan qaldırdığını nəzərə alıb barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı Mehribanın oğludur. Nicatın anası və atası ilə bir neçə dəfə ailədaxili mübahisələri olmuş, səbəb isə Nicat həmişə deyinmiş ki, anası və atası onun ailə məsələsinə qarışır, onu boşatdırmaq istəmişlər, ona görə Nicat ona bir neçə dəfə gəlib anasına, yəni bacısına bu barədə bir söz deməyini bildirmişdir. Sonuncu dəfə 20 yanvar 2023-cü il tarixdə təxminən sat 22 radələrində yaşadığı evdə olarkən evin həyət darvazası döyülmüş, Nicat sərxoş vəziyyətdə qapının qarşısında anası ilə olan probleminə görə onun ünvanına nalayiq ifadələr və söyüş təhqirlər işlətməyə başlamış, o, Nicatdan nə olduğunu soruşduqda Nicat qışqıra-qışqıra onun gedib anası, yəni bacısı ilə söhbət etməyini, onun ailəsinə müdaxilə etməyinə irad bildirməyini demişdir. Bundan əlavə ona “bacının öhdəsindən gələ bilmirsən? Get onu başa sal, mənim ailəmə müdaxilə etməsin” demiş, o, da, cavabında Nicata “sənin öz anandı, get özünüz bir-biriniz ilə yola gedin” söyləmişdir. Nicat içkili halda giriş qapısının qarşısında onun sinəsindən bir dəfə yumruq vurmuş, sonra qollarından tutub sol tərəfi üstə yerə yıxmışdır. O, hər iki ayağından xəsarət almışdır. Rəsul gəlib onları ayırmış, Nicatı kənara çəkmişdir. O, dərhal istifadəsində olan mobil nömrə ilə DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş, sonra Şirvan ŞPŞ-nə gedib Nicatın onu döyməsi ilə bağlı ərizə yazmışdır. Mübahisə təxminən 5-6 dəqiqə müddətində davam etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər aradan qaldırılmış, ona qarşı tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilən ifadəsində göstərmişdir ki, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisi, Təqsirləndirilən şəxs isə bibisi oğludur. Nicatın ailəsində bir neçə dəfə ailədaxili mübahisələri olmuşdur. Nicat alkoqol düşkünüdür, əksər hallarda spirtli içki içib gəlib qohumlar arasında dava-dalaş salmış, bir neçə dəfə şahidi olmuş ki, Nicat Gülyarın yaşadığı evin həyətinə gedib Gülyarla sözlə mübahisə etmiş, əmisinə demiş ki, “sən gəl Mehribanı başa sal ki, mənim ailəmə müdaxilə etməsin”. Sonuncu dəfə Nicat 20 yanvar 2023-cü il tarixdə təxminən saat 22 radələrində içkili vəziyyətdə yaşadığı evin həyətinə gəlib ona demiş ki, gedib Gülyarı döyəcəm. Nicatdan bunun səbəbini soruşduqda, anasının onun evini yıxdığını, ailəsini dağıtdığını, Gülyarın isə gedib onun anasına tərbiyə verməyini demişdir. O, həmin vaxt Nicata fikir verməmiş, az sonra Nicat içkili vəziyyətdə əmisi Gülyarın yaşadığı evin qarşısına gedib Gülyarı çağırmış, evin qarşısında Gülyarla yaxalaşmış, qollarından tutub sol tərəfi üstə yerə yıxmış, Gülyar isə əlində olan ağac parçası ilə özündən uzaqlaşdırmaqdan ötrü Nicata bir-iki dəfə vurmuşdur. O, Nicatın içkili vəziyyətdə olduğunu görüb onları ayırmış, az sonra Gülyar bu barədə polisə məlumat vermiş və polis əməkdaşları gəlib onları aparmışlar. Məhkəmə istintaqında müdafiəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsq oğlu onun oğludur. Zərərçəkmiş şəxs isə onun qardaşıdır. Nicat Hacıqabul ravonundan olan Tünzalə adl xanımla ailə həyatı qurmuş, Tünzalə ilə onun evdə ailadaxili söz-söhbatləri olmuşdur. Nicat mütəmadi olaraq spirtli içki qəbul edir, icdikdən sonra isə evdə hamı ilə mübahisə edir. xx.xx.2023-cü il tarixdə Nicat evdən çıxıb getmişdir. Həmin gün təxminən saat 22 radələrində əri ona Gülyarın onun mobil telefonuna zəng edib Nicatın içkili vəziyyətdə onun yaşadığı evin qarşısına gedib onu döydüyünü demişdir. Sonradan eşitmişdir ki, Nicat Gülyarın yaşadığ evin qarşısında Gülyarla yaxalaşıb, Nicat Gülyarı döymüş, Gülyar isə ağacla oğlu Nicatı vurmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Məhkəmə-tibbi ekspertizasının 21 yanvar 2023-cü il tarixli, 32 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - sol dizdə şişkinlik və hərəkət məhdudluğu, hər iki dizdə sıyrıqlar küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 20 yanvar 2023-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (i.v. 17-18) Verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, müəyyən edilmişdir ki, 20 yanvar 2023-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə Zərərçəkmiş şəxs yaşadığı Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi, H.B.Zərdabi küçəsi ev 39 nömrəli evin qarşısında şəxsi münasibətlər zəminində baş verdiyi, mübahisə zamanı ətrafda kənar şəxslər olmadığı, həmçinin ora kənar şəxslər toplaşmadığı, hadisə zamanı ictimai qayda pozulmadığı, mübahisə qısa vaxt ərzində baş verdiyi müəyyən edilmişdir. (i.v.38) İfadəsinin yerində yoxlanılması zamanı zərər çəkmiş Zərərçəkmiş şəxs 20 yanvar 2023cü il tarixdə, saat 22 radələrində hadisənin yaşadığı Şirvan şəhəri, H.B.Zərdabi küçəsi 39 saylı fərdi yaşayış evinin qarşısında və hansı qaydada baş verdiyini, hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən ona xəsarətlərin hansı qaydada yetirildiyini və sonuncuya xəsarətləri hansı qaydada yetirdiyini əyani göstərməklə istintaqa verdiyi ifadəsini hadisə yerində təsdiq etmişdir.(i.v.50-51) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsq oğlu əvvəllər məhkum olunmamışdır. (i.v. 55-56) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsq oğlu ilə barışmasını nəzərə alaraq təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasına etiraz etmədiyini bildirdi. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs Təqsirləndirilən şəxsq oğlu Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı aradan qaldırdığından o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə şərh olunanları və Azərbaycan Respublikası CPM-nın 347,356, 384-cü maddələrini rəhbər tutub, QƏRARAALDİ: Təqsirləndirilən şəxsq oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad olunsun. Qərardan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-107/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-107/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver