Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-108/2024 16.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:40-da Şirvan şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Salyan rayonu Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu Qarabağlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaya səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, o, 31 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Şirvan şəhəri, Mahir Mirzəyev küçəsində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna riayət etməyib, hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq, Zərərçəkmiş şəxs2 özünə məxsus idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «VAZ-2106» markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhərinin Mahir Mirzəyev küçəsində Şirvan şəhəri istiqamətinə manevr edib, dönmə əməliyyatı apardığını görərək, hadisənin qarşısını almaq üçün idarə etdiyi “Mercedes Benz” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürətini tam dayanma həddinə çatdırmayıb, «VAZ-2106» markalı,**-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, ehtiyatsızlığı nəticəsində «VAZ-2106» markalı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs1 sol tərəfdə İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X qabırğalarda sınıqlar, sol tərəfli minimal hemotoraks kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sol tərəfli minimal pneviotoraks, sol İİİ, İV, V qabırğa qövslərində yerdəyişməyən sınıq, sağ bazuda qançırları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almalarına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, “Mercedes Benz” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı mikroavtobus onun özünə məxsusdur. Həmin avtomobil ilə Salyan rayonundan Şirvan şəhərinə həmçinin əks istiqamətə sərnişin aparır. Avtomobillə və sərnişin daşımaqla bağlı bütün sənədləri, o cümlədən sürücülük vəsiqəsi mövcuddur. xx.xx.2023-cü il tarixdə təxminən saat 12 radələrində Salyan rayonundan Şirvan şəhərinə getmiş, sərnişinləri düşürdükdən sonra Salyan rayonu istiqamətində geri qayıtmışdır. Təxminən saat 13 radələrində Şirvan şəhər, Çılpaqlı qəsəbəsi ərazisində Salyan rayonu istiqamətində 50 km/saat sürətlə hərəkətdə ikən ağ rəngdə “VAZ 2106” markalı avtomobilin üzü Salyan rayon istiqamətində yolun sağ tərəfində torpaq yoldan yolun Şirvan şəhəri istiqamətinə tərəf dönmə hərəkətini etmək istədiyini görmüşdür. O, həmin maşını təxminən 5 metr qalmış görmüşdür. Həmin maşının dönmə siqnalını yandırıb-yandırmamasını görməmişdir. “VAZ 2106” markalı maşının sürücüsü avtomobilini demək olar ki, torpaq yoldan asfalt yola çıxartmışdır. O da həmin maşını keçməkdən ötrü yolun əks istiqamətinə çıxmışdır. Bu zaman “VAZ-2106” markalı maşının sürücüsü də maşınını yolun Şirvan şəhər istiqamətinə olan hissəsinə çıxartmış və o, əyləcdən istifadə etsə də avtomobilini saxlaya bilməmiş və “VAZ 2106” markalı avtomobil ilə sol tərəfindən toqquşmuşlar. Bu zaman “VAZ 2106” markalı avtomobilin sürücüsü yolun Şirvan şəhər istiqamətində sağ tərəfdə dayanan Renault markalı avtomobilə dəyərək dayanmışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları yaxınlaşmışlar. Hadisə zamanı digər avtomobildə sürücüdən əlavə 2 nəfər olmuşdur. Hadisə zamanı avtomobili 50 km/saat sürətlə idarə etmişdir. Həmin vaxt avtomobildə oğlu və oğlunun sinif yoldaşı olmuşdur. Avtomobil texniki cəhətdən saz olmuşdur. O, təhlükə anını qarşısına çıxan avtomobilin hadisə yerinə 5 metr qalmış görmüş, hadisənin qarşısını almaqdan ötrü əyləc sistemindən istifadə etmişdir. Hadisə nəticəsində o və onun avtomobilində olan sərnişinlər xəsarət almamışlar. Törətdiyi əmələ görə çox peşmandır. Zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxs bu barədə məhkəməyə ərizə təqdim edərək iş üzrə icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verib göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 09-da Şirvan şəhəri, Çılpaqlı qəsəbəsində şəhidin yas mərasiminə getmişdir. Günorta saat 13 radələrində o, yas mərasimindən çıxanda Zərərçəkmiş şəxs2 görmüş, sonuncuya məxsus avtomobilə əşləşmişdir. Ondan başqa yaşıllaşdırma idarəsində işləyən Rauf adlı şəxs də maşına əyləşmişdir. Rasim maşını üzü Salyan istiqamətində yolun sağ tərəfində torpaq yolda saxlamış, şəhidin yas mərasimi olduğu üçün yolun hər iki tərəfində çoxlu sayda maşınlar olmuşdur. Onlar maşına əyləşdikdən sonra Rasim avtomobili işə salmış və üzü Şirvan istiqamətinə çıxmaq istəmişdir. Rasim yola çıxarkən üzü Şirvan istiqamətində yolda Mercedes markalı avtomobil Rasimə məxsus avtomobilin qarşısından ötmə etmək istədikdə “VAZ-2106” markalı avtomobilin sol tərəfindən vurmuşdur. Onun sərnişin olduğu “VAZ-2106” markalı avtomobil də yolun üzü Şirvan şəhər istiqamətində sağ tərəfdə dayanan Renault markalı avtomobilə dəyərək dayanmışdır. Hadisə nəticəsində o, xəsarət almışdır. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 11 radələrində Şirvan şəhəri, Çılpaqlı qəsəbəsində şəhidin yas mərasiminə getmişdir. Təxminən saat 13 radələrində yas mərasimindən çıxıb evə getmək üçün avtomobilinə əyləşmişdir. O, avtomobilini şəhərin M.Mirzəyev küçəsində, şəhidin evinin qarşısında üzü Salyan rayon istiqamətində yolun sağ tərəfində saxlamışdır. Həmin vaxt yas mərasimindən çıxan tanıdığı Şahin adlı şəxs onu da avtomobili ilə aparmağını istəmişdir. Bundan sonra Şahin özü ilə birlikdə olan bir nəfər adını bilmədiyi şəxsi avtomobilə dəvət etmiş, o da razılaşmışdır. Bundan sonra o, öz tərəfindən pencərəni açmış, yolun sağ və sol tərəflərinə nəzər salmış və Salyan rayon istiqamətində bir ədəd “Mercedes Benz” markalı avtomobil gəldiyini görmüşdür. Lakin həmin avtomobil bir qədər uzaqda olduğu üçün o, yolun digər hərəkət istiqamətinə keçə biləcəyi qənaətinə gəlmiş və dönmə siqnalını qoşaraq yolun Şirvan şəhər istiqamətinə çıxmağa çalışmışdır. O, üzü Şirvan şəhər istiqamətində avtomobilini çıxartmış, lakin Mercedes markalı avtomobilin sürücüsü avtomobili öz istiqamətində sol tərəfə çəkmiş və onun avtomobili ilə yolun Şirvan şəhər istiqamətində toqquşmuşdur. Bu toqquşmanın nəticəsində onun avtomobili yolun sağ tərəfində dayanmış halda olan “Renault” markalı avtomobilə dəyərək dayanmışdır. Hadisə zamanı idarə etdiyi avtomobildə qeyd etdiyi kimi qabaq sağ tərəfdə Şahin adlı şəxs, arxada sağ tərəfdə isə adı ona sonradan məlum olan Şahid2 adlı şəxs olmuşdur. Hadisə nəticəsində o, 3, 4 və 5-ci qabırğalarının sınığı xəsarəti almış, avtomobildə olan sərnişinlərdən Şahin də xəsarət almışdır. Ona dəyən ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Şirvan şəhəri, Çılpaqlı qəsəbəsində yerləşən şəhidin yas mərasiminə getmişdir. Günorta saat 13 radələrində o, yas mərasimindən çıxıb getmək istəmişdir. Yas mərasimindən çıxanda o, Şahin adlı şəxslə Rasimin maşına əyləşmişlər. Rasim maşını üzü Salyan istiqamətində yolun sağ tərəfində torpaq yolda saxlamışdır. Şəhidin yas mərasimi olduğu üçün yolun hər iki tərəfində çoxlu sayda maşınlar olmuşdur. Onlar maşına əyləşdikdən sonra Rasim avtomobili işə salmış və üzü Şirvan istiqamətinə çıxmaq istəmişdir. Bu zaman sol tərəfdən gələn Mercedes markalı maşını Rasim görməmiş və üzü Şirvan istiqamətinə dönəndə Mercedes markalı avtomobilin sürücüsü əyləcdən istifadə etsə də, maşını saxlaya bilməmiş və onların sərnişin olduğu VAZ-2106 markalı avtomobil ilə toqquşmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, dostu Nihad ilə Şirvan şəhərində yerləşən “Avropa” kurslarında təhsil alır. 31 noyabr 2023cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs onu və dostu Nihadı Şirvan şəhərində yerləşən “Avropa” kurslarından götürüb, Salyan rayonuna aparmaq üçün yola düşmüşdür. O, Nihadla birlikdə avtomobilin arxa oturacağında oturmuşdur. Hadisə olan zaman dostu Nihad ilə söhbət etdikləri üçün avtomobillərin toqquşma anını görməmişdir. Hadisə zamanı heç bir xəsarət almamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai istintaqda Şahid1 ifadə verib göstərmişdir ki, hazırda Təhsil İşçiləri Azad X4 rayon Komitəsinin sədri vəzifəsində işləyir. İşlədiyi idarədən ona “Renalut Logan” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. xx.xx.2023-cü il tarixdə Şirvan şəhərindən olan şəhidin yas mərasiminə gəlmiş, avtomobilini Şirvan şəhəri, Çılpaqlı qəsəbəsi, Mahir Mirzəyev küçəsində yolun kənarında saxlamış, təxminən saat 12 radələrində yas mərasimində olduğu zaman ona bildirmişlər ki, Mahir Mirzəyev küçəsində “VAZ 2106” markalı və “Mersedes” markalı avtomobil toqquşmuş, “VAZ 2106” markalı avtomobil onun avtomobilinə dəymişdir. Yas mərasimindən çıxıb avtomobilinin yanına gəlmiş, “Mersedes” markalı avtomobil ilə “VAZ 2106” markalı avtomobilin toqquşduğunu, “VAZ 2106” markalı avtomobilin onun yolun kənarında saxladığı avtomobilinə dəyməsini görmüşdür. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri, M.Mirzəyev küçəsidir, hadisə baş verən ərazinin yaşayış yeri olmaqla maksimum hərəkət surətinin 60 km/saat olması, yolun bir hərəkət hissəli, iki hərəkət istiqamətli, iki hərəkət zolaqlı olmaqla döngəsiz, asfalt örtüklü, quru, düz və hamar olması, görmə məsafəsinin məhdud olmaması, yolun sağ və sol kənarlarında yaşayış evlərinin və obyektlərin olması, həmin ərazidə Şirvan şəhəri, M.Mirzəyev küçəsindən Şirvan şəhəri istiqamətində yolun sağ kənarlarında “döngəli yol” xəbərdarlıq nişanının olması, sürücülərə ötmə əməliyyatı aparmalarına icazə verilməməsi, hərəkət hissələrinin ümumi eninin 8 metr olması müəyyən edilmişdir. Hadisə yerində təkər sürtünmə izləri aşkar edilməmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin 31 oktyabr 2023-ci il tarixli 125 saylı tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18 noyabr 2023-cü il tarixli, 582 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunan xəsarətlər – sol tərəfdə İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X qabırğalarda sınıqlar, sol tərəfli minimal hemotoraks küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 31 oktyabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının məhkəmə-tibbi ekspertizasının 18 noyabr 2023-cü il tarixli, 584 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunan xəsarətlər – sol tərəfli minimal pneviotoraks, sol İİİ, İV, V qabırğa qövslərində yerdəyişməyən sınıq, sağ bazuda qançırlar küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 31 oktyabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan 19 dekabr 2023-cü il tarixli ifadənin yerində yoxlanması protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri əyani şəkildə göstərərək, Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ 2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun hərəkət hissəsinə çıxdığını 7.70 metr mesafədən gördüyünü bildirmişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat ekspertizasının 29 yanvar 2024-cü il tarixli, 8/29 nömrəli rəyində göstərilmişdir ki, Mersedes Benz 212 markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Şirvan RQİ və TBŞ-nin 14 fevral 2024-cü il tarixli, 3-13-16-7/2-1375/2024 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “B1, B, C1, D1, D” kateqoriyalı BD-505107 nömrəli sürücülük vəsiqəsi verilmiş və hal-hazırda onun adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. İş materiallarında olan 01 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında və qətimkan tədbiri seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Salyan rayonu İcra Hakimiyyəti başçısının Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 22 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində yaşayır. İş materiallarında olan Salyan rayonu İcra Hakimiyyəti başçısının Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Salyan rayonu Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə bu günə kimi heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Salyan rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Salyan RMX-nın Poliklinika şöbəsinin narkoloji və psixo-nevroloji kabinetlərində qeydiyyatda yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim etmiş, həmin ərizəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və tələbi olmadığını göstərərək, barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, sonuncu tərəfindən onlara dəymiş ziyanın tam ödənilməsini, ondan şikayət və tələblərinin olmadığını göstərmişlər. Məhkəmə araşdırılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini və onlarla barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 128 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış «Mersedes-Benz» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icratına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 128 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış «Mersedes-Benz» markalı **-DM-*** dövlət qeydiyyat nişanlı mikroavtobus Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Qərardan elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə qərarın surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №1(032)-108/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-108/2024
16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver