Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-11/2025 13.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxx 1986-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış, barəsində Abşeron rayon Məhkəməsinin 4(012)-278/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrarən aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 yüksək vəzifədə işləyən tanışlarının olduğunu yalandan bildirməklə, həmin tanışları vasitəsilə sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149-cu maddəsi ilə həsbdə olan qardaşı oğlu X7 Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə həbsdən azad etdirəcəyinə dair yalan vədlər verib, aldadaraq, etibarından sui-istifadə edib, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 25 mart 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, ünvan 5 ünvanda yerləşən ofisdə 1500 manat pulu, bundan sonra o istintaqa məlum olmayan vaxtda Bakı şəhərində Zərərçəkmiş şəxs1 məxsus “Mercedes Benz E320” markalı, ** UL *** dövlət qeydiyyat nişanlı avtomobili satıb əldə olunan 4000 manat pulu, daha sonra 03 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Tennis Akademiyasının qarşısında 4000 manat pulu, 07 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanda yerləşən “Araz market” adlı mağazada quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə onun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169-7388-3280-6206 nömrəli bank kartına göndərdiyi 4000 manat pulu, 2023-cü ilin may ayında Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşısında 1000 manat pulu, 13 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanda yerləşən “Araz market” adlı mağazada quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə onun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169-7388-3280-6206 nömrəli bank kartına göndərdiyi 500 manat pulu, 2023-cü ilin avqust ayında Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Elit» Ticarət Mərkəzinin qarşısında 1500 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdarda 16500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 cinayətdən xəbəri olmayan tanışı Şahid2 yüksək vəzifədə işləyən tanışlarının olduğunu yalandan bildirməklə, həmin tanışları vasitəsilə Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə həsbdə olan qohumu X16 həbsdən azad etdirəcəyinə dair yalan vədlər verib, aldadaraq, etibarından sui-istifadə edib, vahid niyyətlə əhatə olunan qəsdlə Şahid2 Zərərçəkmiş şəxs2 alıb, yaşadığı ünvan 7 ünvanından "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus bank kartına dair mobil telefonda quraşdırılmış «U» tətbiqi vasitəsilə onun "xxxx" ASC-yə aid 4169-7388-3280-6206 nömrəli bank kartına 24 iyun 2023-ci il tarixdə saat 14:13-də göndərdiyi 5000 manat pulu, saat 15:49-da göndərdiyi 3500 manat pulu, saat 16:06-da göndərdiyi 2000 manat pulu, saat 19:43-də göndərdiyi 5000 manat pulu, saat 19:46-da göndərdiyi 2000 manat pulu, saat 19:54-də göndərdiyi 500 manat pulu, saat 20:19-da göndərdiyi 1000 manat pulu, həmin gün eyni üsulla göndərdiyi 2000 manat pulu və 03 iyul 2023-cü il tarixdə saat 10:35-də həmin ünvandan eyni üsulla göndərdiyi 5000 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs2 ümumilikdə xeyli miqdarda 26000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 yüksək vəzifədə işləməklə tanışlarının olduğunu yalandan bildirib, həmin tanışları vasitəsilə sonuncunun qızını Azərbaycan Respublikası Gömrük Komitəsində işə qəbulla bağlı keçirilən müsabiqədən keçməsinə kömək edəcəyinə dair yalan vədlər verib, aldadaraq, etibarından sui-istifadə edib, Zərərçəkmiş şəxs3 13 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsində yerləşən “Naxçıvani Rezidens” adlı yeni tikilinin həyətində 5000 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 yüksək vəzifədə işləyən tanışlarının olduğunu yalandan bildirməklə, həmin tanışları vasitəsilə sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə həsbdə olan oğlu Rəşad Mehdiyevi həbsdən azad etdirəcəyinə dair yalan vədlər verib, aldadaraq, etibarından sui-istifadə edib, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 20 noyabr 2023-cü il tarixdə ünvan 8 ünvanında yerləşən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yaxınlığında 8500 manat pulu, 02 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 qohumu Şahid3 vasitəsilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «İctimai Televiziya»nın yaxınlığında 1000 manat pulu, 17 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 qohumu Şahid3 vasitəsilə Sumqayıt şəhəri ərazisində onun bank kartına göndərilən 100 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs4 ümumilikdə xeyli miqdarda 9600 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 «Hyundai» markalı avtomobil satacağına dair yalan vədlər verib, aldadaraq, etibarından sui-istifadə edib, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 04 yanvar 2024-cü il tarixdə Şirvan şəhəri ərazisindən onun 5239-1517-7785-2156 nömrəli bank kartına göndərdiyi 2100 manat pulu, Zərərçəkmiş şəxs5 06 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində 5000 manat, Zərərçəkmiş şəxs5 09 yanvar 2024-cü il tarixdə Şirvan şəhəri ərazisində ***- ***-**-** mobil telefon nömrəsinə dair «M10» tətbiqi vasitəsilə onun həmin bank kartına göndərdiyi 3000 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs5 ümumilikdə xeyli miqdarda 10100 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etdi və ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs1 yüksək vəzifədə işləyən tanışlarının olduğunu yalandan bildirməklə, həmin tanışları vasitəsilə sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149cu maddəsi ilə həsbdə olan qardaşı oğlu X7 Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə həbsdən azad etdirəcəyinə dair yalan vədlər verib, aldadaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 16500 manat məbləğində pul almışdır. Bundan başqa Zərərçəkmiş şəxs2 cinayətdən xəbəri olmayan tanışı Şahid2 yüksək vəzifədə işləyən tanışlarının olduğunu yalandan bildirməklə, həmin tanışları vasitəsilə Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə həsbdə olan qohumu X16 həbsdən azad etdirəcəyinə dair yalan vədlər verib, aldadaraq ümumilikdə 26000 manat məbləğində pul almışdır. Bundan başqa Zərərçəkmiş şəxs4 yüksək vəzifədə işləyən tanışlarının olduğunu yalandan bildirməklə, həmin tanışları vasitəsilə sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə həsbdə olan oğlu Rəşad Mehdiyevi həbsdən azad etdirəcəyinə dair yalan vədlər verib, aldadaraq ümumilikdə 9600 manat məbləğində pul almışdır. Bundan başqa Zərərçəkmiş şəxs5 “Hyundai” markalı avtomobil satacağına dair yalan vədlər verib, aldadaraq ümumilikdə 10100 manat məbləğində pul almışdır. Bundan başqa Zərərçəkmiş şəxs3 yüksək vəzifədə işləməklə tanışlarının olduğunu yalandan bildirib, həmin tanışları vasitəsilə sonuncunun qızını Azərbaycan Respublikası Gömrük Komitəsində işə qəbulla bağlı keçirilən müsabiqədən keçməsinə kömək edəcəyinə dair yalan vədlər verib, aldadaraq ümumilikdə 5000 manat məbləğində pul almışdır. Əldə etdiyi pulları təkbaşına almış, öz şəxsi ehtiyaclarına xərcləmiş, kiməsə verməmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən aradan qaldırmışdır. Məhkəmədən barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməklə azadlığa buraxılaraq, bütün zərərçəkmiş şəxslərə pullarını qaytarmaq üçün şərait yaradılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, qardaşı oğlu X8 2023-cü ildə Azərbaycan Respublikası CM-nin 149cu maddəsi ilə Səbail rayon prokurorluğu tərəfindən ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, istintaq yekunlaşdıqdan sonra Elnur barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin ərəfədə o, özünə məxsus Xətai rayonu Babək prospekti 70 ünvanda yerləşən birinci mərtəbədə olan 35 kv.metrlik qeyri-yaşayış sahəsini ofis kimi icarəyə vermək istəmişdir. Onunla qonşuluqda yaşayan İlqar adlı şəxs ona demişdir ki, Ruslan adlı bir nəfər vardır, obyekti icarəyə götürmək istəyir. 2023-cü ilin mart ayı olardı, Ruslan həmin yerə gəlmiş, Ruslanla obyekti 300 manata razılaşmışlar. Ruslan nə işlə məşğul olduğu, nə işlə məşğul olacağı barədə ona bir söz deməmişdir. O da Ruslanın nə işlə məşğul olduğu ilə maraqlanmamışdır. Ruslan orada təmir işləri aparmışdır. O da orada olmuşdur. Bu vaxt Elnurun vəkili ona zəng vurub, Elnurun məhkəməsinin vaxtını bildirmişdir. O, vəkillə danışanda Ruslan eşitmişdir. Ruslan özü ondan maraqlanmağa başlamışdır ki, nə məsələdir, qardaşı oğlu niyə görə tutulmuşdur. O da Elnurun tutulma səbəbini danışmışdır. Ruslan bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin rəhbərliyi ilə münasibəti vardır, Elnura kömək edə bilər. O da Ruslana demişdir ki, imkanı varsa kömək etsin. Sabahı gün Ruslan gəlib demişdir ki, gedib danışmış, Elnuru qolbaqla çıxarmağa imkan vardır. Yəni Elnura azadlığın məhdudlaşdırması cəzası verdirmək mümkündür. Ruslan demişdir ki, Elnuru ilkin olaraq Maştağa qəsəbəsində yerləşən psixiatriyaya yerləşdirmək üçün 1500 manat pul lazımdır. Elnur orada bir müddət yatdıqdan sonra 14000 manat verəcəklər, Elnuru azadlığa buraxacaqlar. 25 mart 2023-cü il tarixdə ondan icarəyə götürdüyü obyektdə Ruslana 1500 manat pul vermişdir. O da Ruslana demişdir ki, hazırda əllərində pul yoxdur, ancaq Elnurun köhnə bir “Mercedes” markalı maşını vardır, onu satıb pul verə bilərlər. Elnur demişdir ki, o, satmağa kömək edə bilər. O da onunla razılaşmışdır. Ruslan özü maşına müştəri tapmış, Ruslanın deməsinə görə maşını 4000 manata satmışdır. O, maşının pulunu görməmiş, çünki pulu Ruslan özü götürmüşdür. Maşının kimə satılması barədə sənədləri təqdim edə bilər. Maşın X1. Elnurun ikinci məhkəmə prosesindən sonra Ruslan demişdir ki, Elnuru Maştağaya yerləşdirməyə ehtiyac qalmamış, danışmış, məsələ elə məhkəmədə həll olunacaq, lakin qalan pulu, yəni 11000 manatı təcili çatdırmaq lazımdır. Onlar da Elnurun özünə məxsus Bayıl qəsəbəsində yerləşən üç otaqlı evini satdığa qoymuşdur. Ev də alınmamışdır. Ruslana bir qədər gözləməyi təklif etsə də sonuncu ona demişdir ki, “mən iş danışmışam, sizdən də başqa mənim onlarla işlərim var, siz məni onların yanında gözü kölgəli qoyursuz”. Belə olan vəziyyətdə məcbur olub “Accessbank”dan özünün və həyat yoldaşının adına hər biri üçün 4000 manat kredit götürmüşdür. 29 mart 2023-cü ildə bankdan pulu götürmüşdür. Aprel ayının ikisi və ya üçü 4000 manatı Binəqədi rayonu ərazisində yerləşən Tennis Akademiyasının qarşısında Ruslana vermişdir. O biri 4000 manatı da ondan 3-4 gün sonra yaşadığı evin yanında “Araz” marketdən quraşdırılmış “MilliÖn” terminalından Ruslanın ona verdiyi karta köçürmüşdür. Ruslanın kartının nömrəsi yadında deyil. Sonuncu 4000 manatı Ruslana vermək istəməmişdir ki, fikirləşmiş, heç olmasa Ruslan işin yarısını görsün, sonra pulu versin. Lakin Ruslan onu tələsdirdiyindən 4000 manatı da Ruslanın verdiyi karta köçürməli olmuşdur. Ondan bir nəçə gün sonra Ruslan ona demişdir ki, 1500 manat da lazımdır. O, imkanı olmadığını demiş, ancaq 1000 manat tapa biləcəyini bildirmişdir. Ruslan demişdir ki, “eybi yoxdur sən 1000 manatı ver, özümdə 500 manat qoyub çatdıraram, sonra 500 manatı mənə verərsən”. Ruslan 1000 manatı gəlib onun işlədiyi Binəqədi rayonu ərazisində inşa edilən "xxxx" MMC-yə məxsus tikintinin qarşısında götürmüşdür. Bir neçə gün sonra Ruslan ona zəng edib demişdir ki, 500 manatı göndərsin, gömrükdə malı gəlib onu çıxarmalıdır. Demişdir ki, 400 manat vardır onu göndərsin. Demişdir ki, ona təcili lazımdır 500 manat. O da məcbur olub 100 manat da tapmış, yaşadığı evin yanında “Araz” marketdən quraşdırılmış “MilliÖn” terminalından Ruslanın ona verdiyi karta köçürmüşdür. Ruslan demişdir ki, Elnurun işində zərərçəkmiş barışmır, əlavə 3000 manat da lazımdır. Bildirmişdir ki, onun elə bir imkanı yoxdur, beş aydır icarə haqqı vermir. Demişdir ki, o, 1500 manat tapır, 1500 manatı da özü qoysun. Ruslan onunla razılaşmışdır. Bir nəfərdən 1500 manat tapmış, Ruslanla “Elit” Ticarət Mərkəzinin qarşısında gürüşüb 1500 manat pulu Ruslana vermişdir. Deməsinə görə ona verəcəyi 1500 manat icarə haqqını da onun üstünə qoyub həmin qıza vermişdir. Məhkəmə proseslərində o da iştirak etmişdir. Hakim qızdan soruşmuşdur ki, “Elnurla barışmısan”, qız da barışmadığını bildirmişdir. Belə olan vəziyyətdə o, məhkəmə zalından çıxıb Ruslana zəng etmişdir ki, burada bütün işlər tərsinə gedir. Ruslan demişdir ki, narahat olmasın. Hər şey nəzarətdədir. Elnura səkkiz il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Sonra Ruslan bir müddət onunla telefonla əlaqə saxlamış, bir qədər Ruslanı axtarsa da tapa bilməmişdir. Beləliklə Ruslana 16500 manat pul vermişdir. Ümumilikdə ona 16500 manat maddi ziyan dəymişdir. Ruslanb Məmmədovdan şikayətçidir, dəymiş ziyanı ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, özünü ona Turhan Məmmədov adı ilə təqdim etmiş Təqsirləndirilən şəxs tanıyır, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. X6 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğundan xx.xx.2023-cü il tarixdə Quba RPŞ-nin əməkdaşları tərəfindən həbs olunmuşdur. Oğlu həbsdə saxlanıldığı müddətdə kürəkəni Şahid3 ilə arabir oğlunun yanına getmişlər. Həmin vaxtlarda oğlu Rəşad həbsxanada Şahid5 adlı şəxslə dostluq etdiyini demişdir. Oğlunun barəsində olan cinayət işinin istintaqı yekunlaşaraq Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Təxminən 2023-cü ilin noyabr ayının ortalarında kürəkəni Mahir ona bildirmişdir ki, Təqsirləndirilən şəxs mobil telefonuna zəng vuraraq özünü Şahid5 tanışı kimi tanıtdırmış, oğlu Rəşadın məhkəmədə həbsdən azad olunaraq barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasında köməklik göstərə biləcəyini, bunun əvəzində də 8500 manat pul lazım olacağını bildirmişdir. O da Mahirə həmin məsələlərə aydınlıq gətirmək üçün Ruslanla danışaraq görüşməklərini deməsini bildirmişdir. Bundan sonra o, oğlu Rəşadla görüşmüş və Ruslan barədə məlumat vermişdir. Rəşad isə Ruslanın, İlqarın tanışı olduğunu, Mahirin nömrəsini də İlqara özünün verdiyini bildirmişdir. Onlar Ruslandan məlumat almaq üçün İlqarın qardaşı Şahid4lə də telefonla danışıb Ruslan barədə maraqlanmışlar, Vüsal isə Ruslanın etibarlı adam olduğunu, onları aldatmayacağını demişdir. Bundan sonra o, onların sözünə inanıb Ruslanla görüşmək qərarına gəlmişdir. Mahir, Ruslanla danışdıqdan sonra onlar sonuncu ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “İctimai Televiziya”nın qarşısında görüşmüşlər. Söhbət zamanı Təqsirləndirilən şəxs özünü onlara nüfuzlu şəxs kimi tanıtdıraraq Sumqayıt şəhər məhkəməsində də işlədiyini, Baş Prokurorluqda tanışlarının olduğunu, birinci müavin olduğunu demişdir. Onlar Ruslandan harada birinci müavin olduğunu soruşanda isə onlara ətraflı məlumat verə bilməyəcəyini, işi barədə ətraflı məlumat verməsinin qadağan olunduğunu demişdir. Ruslan özünü onlara nüfuzlu şəxs kimi tanıtdırdığından sonuncuya etibar etmişlər. Ruslan oğlunun həbsdən azad olunması üçün sonuncuya 8500 manat pul verməyini istəmiş, o da onunla razılaşıb həmin pulu düzəltdikdən sonra əlaqə saxlayacağını demişdir. O, pulu düzəltdikdən sonra bu barədə Mahirə demiş, sonuncu da Ruslana zəng vurub onunla görüş təyin etmişdir. Təxminən xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində o, Mahir və Ruslan Bakı şəhərində yerləşən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yaxınlığında görüşmüşlər. Həmin vaxt Ruslan onlara bildirmişdir ki, oğlu Rəşadın işi ilə bağlı Korrupsiya İdarəsinə gəldiyini bildirmişdir. Orada o, 50-lik və 100-lük əskinazlardan ibarət 8500 manat məbləğində pulu Mahirə vermiş, sonuncu da pulu Ruslana vermişdir. Ruslan pulu aldıqdan sonra 2023-cü ilin dekabr ayının sonuna kimi Rəşadı həbsdən azad etdirəcəyini demişdir. Təxminən xx.xx.2023-cü il tarixdə Mahir onunla əlaqə saxlayıb Ruslanın oğlu Rəşadın işinə görə əlavə olaraq da 1000 manat pul istədiyini, həmin pulu yenidən ekspertiza rəyi verilməsi üçün ödəyəcəyini bildirdiyini demişdir. O da həmin vaxt yaşadığı Quba rayonunda olduğundan Ruslana verməsi üçün Mahirin bank kartına 1000 manat pulu göndərmişdir. Mahir isə həmin pulu arvadı, yəni qızı Şahnazla birlikdə Yasamal rayonu ərazisində yerləşən İctimai Televiziyanın qarşısında Ruslanla görüşüb sonuncuya vermişlər. xx.xx.2023-cü il tarixdə kürəkəni Mahirin yaşadığı ünvan 9 ünvanında olduğu zaman Ruslan kürəkəni Mahirə zəng vuraraq Ruslanın işinin demək olar ki, düzəldiyini, əlavə olaraq 500 manat pul lazım olduğunu, Rəşadın işi ilə bağlı apellyasiya şikayəti verdiyini bildirmişdir. Onun pulu olmadığından Mahirdən pul istəmiş, Mahir də 100 manat pul olduğundan həmin pulu terminalla bank kartına göndərmişdir. Bundan sonra Mahir mütəmadi olaraq Ruslanla əlaqə saxlayıb oğlu Rəşadın işi ilə maraqlanmış, Ruslan isə xx.xx.2024-cü il tarixdə oğlunun məhkəmə zalından azad olunacağını bildirmişdir. Bununla da o, Təqsirləndirilən şəxs ümumilikdə 9600 manat məbləğində pul vermiş olmuşdur. Ruslan oğlu Rəşadın xx.xx.2024-cü il tarixdə həbsdən azad olunacağını deməsinə baxmayaraq o, Rəşadın barəsində seçilmiş azadlıqdan məhrum etmə cəzasının dəyişdirilmədiyini, heç bir apellyasiya məhkəməsinin olmadığını görüb Ruslanın onu aldatdığını başa düşmüşdür. Bundan sonra Ruslanla əlaqə saxlamaq istəməklərinə baxmayaraq sonuncu ilə heç bir əlaqə saxlaya bilməmişlər. Ümumilikdə ona 9600 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs şikayətçidir, dəymiş ziyanı ödənilməsini tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs2 məhkəməyə gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq ona vurulmuş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs2 həmin ifadəsində bildirmişdir ki, 24 iyun 2023-cü il tarixdə saat 11 radələrində ailəvi tanışları olan Şahid2 zəng edərək, əmisi oğlu X13 DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduğunu və onun buraxılmağı üçün tanışının olub-olmadığını soruşmuşdur. Bundan bir qədər sonra Könül Xırdalan şəhərinə yaşadığı evə gəlmişdir. Onlar bu barədə bir qədər söhbət etdikdən sonra Könül təxminən bir il olar ki, tanıdığı Ruslan adlı tanışının bir neçə dəfə onun tanışlarının məhkəmə işlərini həll etdiyini bildirib bu barədə də maraqlanması üçün Ruslana zəng etmişdir. Ruslan Könüldən əmisi oğlu Azad Əmirovun anket məlumatlarını alıb bu barədə maraqlanacağını və zəng edəcəyini demişdir. Bundan bir neçə dəqiqə sonra Ruslan Könülə zəng edərək, Azad Əmirovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə tutulduğunu bildirmişdir. Bu zaman Könül Ruslandan bu işin necə həll ola biləcəyini soruşduqda, Ruslan Könülə 25000 manat müqabilində Azadı sərbəst buraxdıra biləcəyini demişdir. Bundan sonra o, Könülə evə getməyini və əmisi oğlu Azadın sərbəst buraxılması üçün Ruslanın dediyi həmin 25000 manat pulu toplaya bilsələr zəng edəcəyini bildirmiş və Könül də çıxıb getmişdir. Bundan bir qədər sonra o, Könülə zəng edərək lazım olan məbləği hissə-hissə topladıqlarını və Ruslana göndərməyi üçün plastik kartına göndərəcəyini demişdir. Bundan bir qədər sonra o, yaşadığı evin yaxınlığında yerləşən “Nuru” marketdə olan elektron ödəmə sistemi vasitəsilə Könülün "xxxx" kartına 5000 manat, 3500 manat, 2000 manat, 5000 manat, 2000 manat, 500 manat, 1000 manat və 2000 manat olmaqla ümumilikdə 21.000 manat pul göndərmişdir. O, hər dəfə pulu göndərdikcə Könül də həmin məbləği dərhal Ruslanın plastik kartına göndərdiyini bildirmişdir. Həmin gün axşam saatlarında Könül ona zəng edərək Ruslanın zəng etdiyini və dediyi 25000 manat pulu tam olaraq ödənilmədiyi üçün Azadın saxlanıldığı yerdən sərbəst buraxılması işinin alınmadığını, bu səbəbdən də Azadın indi buraxılması üçün 50000 manat pul istənildiyini dediyini bildirmişdir. Həmin vaxt o da Könülə Ruslanın bu dedikləri ilə razılaşmadığını bildirmişdir. Bundan bir gün sonra da Ruslan Azadın barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi barədə Nərimanov rayon məhkəməsinin qərarını Könülə göndərib, Azadın dörd ay müddətinə həbs edildiyini bildirmiş və Könül də bu barədə ona məlumat vermişdir. Bundan bir qədər sonra o, Könül ilə telefon əlaqəsi saxladıqda sonuncu Ruslanın zəng etdiyini, işin gələcəkdə məhkəməyə göndəriləcəyini və Ağır cinayətlər məhkəməsi ilə danışıb ümumilikdə Azadın buraxılması üçün 45000 manat pul lazım olacağını dediyini bildirmişdir. Bundan sonra o, məcbur olub Ruslanın dediyi şərtlərlə razı olduğunu və 42000 manat toplaya biləcəklərini Könülə bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, yenidən Ruslana göndərməsi üçün Könülün "xxxx" kartına hissə-hissə olmaqla ümumilikdə 21000 manat da göndərmişdir. Beləliklə o, əmisi oğlu Azad Əmirovun məhkəmə işinin həll olunmasına görə Ruslana göndərmək üçün Könülün plastik kart hesabına ümumilikdə 42000 manat pul göndərmiş olmuşdur. Könül də həmin pulun 26000 manatını Ruslana göndərdiyini, qalan 16000 manatı isə iş yekunlaşan kimi Ruslana verəcəyini demişdir. Lakin sonradan Könül onunla telefon əlaqəsi saxlayıb Ruslanın yalan danışdığından şübhələndiyini, onları aldatmaq niyyətində olduğundan şübhələndiyini, ona görə də Ruslana zəng edib verdiyi 26000 manat pulu geri qaytarmasını tələb etdiyini bildirmişdir. Lakin Ruslan isə müxtəlif bəhanələr gətirərək Könülün göndərdiyi 26000 manat pulu geri qaytarmamışdır. Bundan sonra da Könül ona zəng edərək Ruslanın telefon zənglərinə cavab vermədiyini, onu aldatdığını öyrəndiyini bildirmiş və Ruslana vermək üçün özündə saxladığı 16000 manatı ona qaytarmışdır. Həmçinin bundan sonrakı günlərdə də Könül Ruslana göndərdiyi puldan qalan 26000 manatı özü ona qaytarmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs3 məhkəməyə gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq ona vurulmuş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs3 həmin ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr-noyabr ayından tanıyır. Belə ki, həmin vaxt qızı Gömrük İdarəsinə işə qəbul olmaq üçün imtahan vermiş, birinci müsabiqədən keçmiş, ikinci müsabiqənin nəticələri bəlli deyildir. Həmin İdarənin qarşısında olarkən bir nəfər kişini görmüşlər və həmin kişi ilə aralarında yaranmış söhbət zamanı sonuncuya qızının müsabiqəsi ilə bağlı gəldiklərini dedikdə, həmin şəxs “Sizdə müsabiqəyə gəlmisiz” dedikdə, o, bunu təsdiq etmiş və həmin şəxs “onsuzda burda pulsuz mümkün deyil gərək kimsə tapşırsın”. O isə belə bir adamlarının olmadığını demişdir. Həmin şəxs ona Korrupsiya İdarəsində bir nəfər Ruslan adlı şəxsin işlədiyini, həmin şəxsə öz işi ilə bağlı 10000 manat pul verdiyini, istəyirlərsə həmin Ruslan adlı şəxsin nömrəsini onlara verə biləcəyini demişdir. O da etiraz etməmiş və həmin şəxs ona Ruslan adlı şəxsin nömrəsini verdikdə o, Ruslana zəng vurmuşdur. Ruslan adlı şəxslə danışarkən qızının Gömrük İdarəsində müsabiqədən keçməsi ilə bağlı ona kömək edib-etməyəcəyini soruşduqda, Ruslan hamı üçün bu işi 10000 manata etdiyini, lakin bu günə və ya sabaha 5000 manat çatdırsalar bu işi həll edəcəyini demişdir. O da inanmış və həmin vaxt arvadı ilə birlikdə oradan uzaqlaşmışlar. Həmin gün arvadının qızıllarını lombarda qoyub 4100 manat pul götürmüşlər, həmçinin qızından və başqa şəxsdən 900 manat pul düzəldib, 13 noyabr 2023-cü il tarixdə Bakı şəhəri A.Gəraybəyli küçəsinin yaxınlığına gəlmişlər və orada Ruslan adlı şəxslə görüşmüşlər. Ruslan bahalı maşınla gəlmişdir. Orada o, Ruslana 5000 manat pulu sayıb vermiş və sonuncu pulu götürüb, sabaha qızının əmrini verdirəcəyini demiş və oradan uzaqlaşmışdır. Bundan sonrakı müddətdə Ruslanla dəfələrlə mobil telefonla danışmaqlarına baxmayaraq, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirməklə vaxtı uzatmağa başlamışdır. Bir neçə ay Ruslan onları yola verdikdən sonra mobil telefon nömrəsinə zəng çatmamış, sonuncunun ailəsi ilə əlaqə saxladıqda isə ailə üzvləri Ruslanın tutulduğunu demişlər. Buna görə də o, bu barədə şikayət etmişdir. Ruslan adlı şəxsin mobil telefon nömrəsini ona verən şəxsin kim olmasını bilmir, həmin şəxslə təsadüfən tanış olmuş, adını və ya başqa məlumatlarını da bilmir. Ruslanla görüşərkən sonuncu özü ona Təqsirləndirilən şəxs olduğunu və Korrupsiya İdarəsində işlədiyini demişdir. Təqsirləndirilən şəxs 5000 manat pulu 13 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu A.Gəraybəyli küçəsində yerləşən “Naxçıvani Rezidens” adlı yeni tikilinin həyətində vermişdir. Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsi ilə danışmış və aralarında “Whatsapp” yazışmaları da mövcuddur. Təqsirləndirilən şəxs ondan aldığı pulu general rütbəli şəxsə verdiyini, işi həmin şəxsin düzəldəcəyini, özünün Korrupsiya İdarəsində işlədiyini demişdir. Hər dəfə Ruslana “Whatsapp” tətbiqində yazanda sonra zəng edəcəyini, iclasda olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirdi ki, 31 dekabr 2023-cü il tarixdə əmisi Şahid1 idarə etdiyi “Hyundai Santa fe” markalı avtomobilini avtoqəza nəticəsində zədələmişdir. xx.xx.2024-cü il tarixdə avtomobilinə ehtiyyat hissəsi almaq üçün onunla birlikdə Bakı şəhərinə getmişlər. Yolda əmisi Yalçının cəzaçəkmə müəssəsində həbsdə olan bacanağı Xəyyam Əsədov əmisinə zəng vuraraq onunla hal-əhval tutmuşdur. Söhbət əsnasında Xəyyam əmisinin avtomobilini əzdiyini və hazırda avtomobil üçün ehtiyyat hissələrini almaq üçün Bakı şəhərinə getdiklərini bilmişdir. Xəyyam əmisinə bildirmişdir ki, onunla birlikdə cəzaçəkmə müəssisəsində olan İlqar adlı şəxsin Bakı şəhərində Dadaş adlı dostu vardır, həmin Dadaş ucuz qiymətə avtomobil ehtiyyat hissələri satır. Bundan sonra Xəyyam əmisini həmin İlqarla danışdırmış və İlqar dostu olan Dadaşın ***-***-**-** saylı mobil nömrəsini əmisinə vermişdir. Xəyyamla sağollaşdıqdan sonra əmisi dərhal istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Dadaşa zəng vurmuş və bildirmişdir ki, dostu İlqar nömrəsini ona vermiş və avtomobil ehtiyyat hissələri lazımdır. Dadaş əmisini telefonda səmimi qarşılamış və bildirmişdir ki, heç bir problem yoxdur, Bakıya çatsın, Gənclik metrosunun qarşısında onları gözləyir. Onlar Gənclik metrosunun qarşısına getmişlər. Metronun qarşısına çatdıqdan sonra əmisi təkrarən Dadaşa zəng vurmuşdur. Dadaş cavab verərək bildirmişdir ki, 10 dəqiqəyə yanlarındadır. Təxminən 10 dəqiqədən sonra Dadaş yanlarına gəlmişdir. Dadaşla görüşüb söhbətə başlamışlar. Əmisi avtomobilinə lazım olan ehtiyyat hissələrinin siyahısını Dadaşa vermiş, Dadaş siyahıya baxdıqdan sonra bildirmişdir ki, axşama bunu hesablayıb qiymətini deyər, pulunu göndərər, ehtiyyat hissələrini taksi ilə göndərəcək. Əmisi Dadaşla razılaşmış, bundan sonra söhbət əsnasında Dadaş bildirmişdir ki, satılıq ucuz qiymətə 2015-ci il buraxılışlı “Hyundai Elantra” markalı avtomobil vardır. O, onların söhbətinə qoşulmuş və həmin avtomobili almaq istədiyini bildirmişdir. Dadaşdan həmin avtomobilin qiyməti ilə maraqlandıqda, Dadaş bildirmişdir ki, 11500 manata onlara satar. O, razılaşmış və onlar həmin avtomobilə baxmaq istədikdə Dadaş bildirmişdir ki, avtomobil hazırda bankın balansındadır, bankla danışıb razılaşıb götürərlər. Bundan sonra Dadaşla sağollaşıb Şirvan şəhərinə gəlmişlər. Səhəri günü yəni, xx.xx.2024-cü il tarixdə əmisi ona zəng vuraraq onunla görüşməyini istəmişdir. O, onunla görüşmüş və əmisi ona bildirmişdir ki, Dadaş zəng vurub demişdir ki, avtomobili bankın balansından çıxarmaq üçün 2100 manat təcili olaraq göndərməlidir. O, əmisinə bildirmişdir ki, Dadaşa zəng vurub kart nömrəsi atmasını desin, pulu göndərsin. Əmisi onun yanında Dadaşa zəng vuraraq danışmış və avtomobilin sənədləşmə məsələsi necə olacağını soruşmuşdur. Həmin vaxt əmisinin telefonu səslidə olmuş və Dadaşın danışdığını o da eşitmişdir. Dadaş təkrarən bildirmişdir ki, avtomobilin qiymətindən ilkin olaraq 2100 manat ödənilməlidir ki, avtomobili bankdan girovdan çıxarsınlar. Qalan pulunu isə sənədləşdirdikdən sonra veriləcək. O, Dadaşla razılaşmış və kart nömrəsi atmağını istəmişdir. Dadaş onlarla sağollaşdıqdan sonra vatshap vasitəsi ilə "xxxx" ASC-yə aid 5239-1517-7785-2156 seriyalı kart şəklini göndərmiş və 2100 manat pulu həmin kart hesabına göndərməklərini istəmişdir. Həmin vaxt yaxınlıqlarında pul göndərmə terminal vasitəsi olmadığı üçün yanlarında olan əmisinin dostu Rəşad Quliyevə xahiş etmişlər ki, kartından telefonunda olan proqram vasitəsi ilə Dadaşın onlara göndərdiyi kart hesabına 2100 manat pul göndərsin, o, nəğd olaraq həmin 2100 manatı Rəşada versin. Rəşad həmin vaxtı Dadaşın onlara göndərdiyi kart hesabına telefonunda olan proqram vasitəsi ilə "xxxx" ASC-yə aid özünə məxsus 4169-7414-3717-5936 kart hesabından 2100 manat pul göndərmiş, o, həmin 2100 manatı Rəşada nağd olaraq vermişdir. Həmin vaxtı Dadaşdan pulun həmin karta köçübköçmədiyini soruşduqda Dadaş əmisinə bildirmişdir ki, 2100 manat pul həmin karta köçmüşdür. Bundan sonra Dadaş onlara bildirmişdir ki, zəngini gözləsinlər, zəng vuran kimi pulun qalanınıda götürüb Bakı şəhərinə getsinlər, avtomobili onun adına sənədləşdirdikdən sonra pulun qalanınıda ödəyib avtomobili götürüb qayıdacaqlar. O, Dadaşla razılaşmış və onlar Dadaşın zəngini gözləmişlər. xx.xx.2024-cü il tarixdə Dadaş əmisinə zəng vuraraq bildirmişdir ki, pulun qalanınıda götürüb gəlsinlər Bakı şəhərinə, burada avtomobili sənədləşdirib götürüb aparsınlar. O, əmisi Yalçınla birlikdə avtomobilin pulunun qalığı olan 9400 manat pulu götürüb Bakı şəhərinə getmişlər. Bakı şəhəri Yasamal rayonu ərazisində olan “Günəş Petrol” YDM-nin yaxınlığında Dadaşla görüşmüşlər. Dadaş onlarla görüşəndə qeyd etdikləri “Hyundai Elantra” avtomobilini də gətirmişdir. Onlar avtomobilə baxmışlar və o, avtomobili bəyənmişdir. Dadaş ona bildirmişdir ki, avtomobilin sənədlərində müəyyən problemlər yaranmış, qalan puldan 5000 manatını da versin, avtomobili götürüb aparsın, qalan pulu isə xəbər edəndə götürüb gələrlər və avtomobili adlarına sənələşdirəcək. O, Dadaşa inanaraq avtomobilin qalıq pulundan 5000 manatını Dadaşa vermişdir. Bundan sonra onlar Dadaşın ona satdığı “Hyundai Elantra” markalı ağ rəngli **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobili özü idarə edərək Şirvan şəhərinə gətirmişdir. Həmin gündən avtomobili həyətlərində saxlamış və idarə etməmişdir. Dadaşın zəngini gözləmişlər ki, avtomobilin sənədləri tam düzəldikdən sonra avtomobili sənədləşməyə apararlar. xx.xx.2024-cü il tarixdə əmisi ona zəng vuraraq bildirmişdir ki, Dadaş zəng vurmuş və bildirmişdir ki, “Elnura deki təcili avtomobilin qalan pulundan 3000 manatda göndərsin, avtomobilin sənədlərində müəyyən problemlər yaranıb, həmin problemləri aradan qaldırım uzağı 2-3 günə qalan pulunuda gətirərsiz Bakı şəhərində avtomobili Elnurun adına sənədləşdirəriy”. O, heç bir etiraz etməyərək bildirmişdir ki, birazdan göndərər. Təxminən 10 dəqiqədən sonra pulu Dadaşın onlara göndərdiyi həmin kart hesabına göndərərək əmisinə zəng vurmuşdur ki, Dadaşdan pulun karta köçüb və ya köçmədiyini öyrənsin. Əmisi təxminən 5 dəqiqədən sonra ona zəng vuraraq bildirmişdir ki, Dadaş demişdir ki, “pul kart hesabına köçüb, sabah avtomobilidə götürün gəlin Bakı şəhərində avtomobili Elnurun adına sənədləşdirək”. Səhəri günü, yəni, xx.xx.2024-cü il tarixdə o, əmisi Yalçınla birlikdə avtomobilin qalan pulu olan 1400 manat puluda götürüb həmin avtomobillə Bakı şəhərinə getmişlər. Bakı şəhəri Nərimanov rayonunda yerləşən Korrupsiya İdarəsinin yaxınlığında Dadaşla görüşmüşlər. Dadaş onlara bildirmişdir ki, avtomobilin sənədləri hələki hazır deyil, getsinlər, özü deyəndə gələrlər. Onlar da Dadaşa inanaraq qayıdıb gəlmişlər. Bundan sonra Dadaşa əmisi Yalçın dəfələrlə zəng vurmağına baxmayaraq Dadaş müxtəlif bəhanələr gətirərək onları inandırmışdır ki, yaxın günlərdə sənədləşmə işi baş tutacaqdır. Nəhayət xx.xx.2024-cü il tarixdə axşam saatlarında əmisi ona zəng vuraraq bildirmişdir ki, Dadaş zəng vurub demişdir ki, “Elnura deki avtomobilin sənədləri hazırdır, sabah avtomobili və avtomobilin qalan pulu olan 1400 manat puluda götürüb Başı şəhəri Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində görüşsünlər və avtomobili Elnurun adına sənədləşdirsinlər. Səhəri günü yəni, xx.xx.2024-cü il tarixdə səhər saatlarında o, əmisi Yalçınla birlikdə həmin “Hyundai Elantra” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Dadaşın dediyi kimi Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzinin qarşısına getmişlər. Oraya çatanda əmisi Dadaşa zəng vuraraq dediyi yerdə olduqlarını və onu gözlədiklərini bildirmişdir. Dadaş onlara bildirmişdir ki, Xocəsən yolu ilə gəlsinlər Xırdalan şəhərinə, orada onları adam gözləyəcək, onunla görüşüb sənədləşməyə gedəcəklər. O, avtomobili hərəkətə gətirərək Xocəsən yolu istiqamətində getmişlər. Təxminən birinci kilometrdə yol patrul xidməti polisləri onları saxlamışdır. YPX-nin əməkdaşı ona yaxınlaşaraq bildirmişdir ki, idarə etdiyi avtomobili etibarnaməsiz idarə edir. Onlar polis əməkdaşına bildirmişlər ki, avtomobili yeni almışlar, sənədləşməyə gedirlər. Polis əməkdaşı ona cavab olaraq bildirmişdir ki, idarə etdiyi avtomobil “MM Rent-A-car”a məxsusdur və həmin avtomobilə idarə etmək hüququ olmadığı üçün avtomobil duracağa yerləşdiriləcəkdir. Onlar həmin vaxtı bilmişlər ki, Dadaş adlı şəxs onları aldatmış və onun pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Əmisi Yalçın dərhal Dadaşa zəng vurmuş və olanlar barədə bildirmişdir. Dadaş əmisinə bildirmişdir ki, narahat olmasın, avtomobili Elnurun adına sənədləşdirib özü qapılarına gətirəcək. Avtomobili duracağa qoyduqdan sonra taksi ilə Şirvan şəhərinə qayıtmışlar. Həmin gündən sonra əmisi dəfələrlə Dadaşın istifadəsində olan mobil nömrəsinə zəng vurmağına baxmayaraq Dadaş telefona cavab verməmişdir. Aldandıqlarını bildikdən sonra o, xx.xx.2024-cü il tarixdə Dadaş adlı şəxsin onu aldadaraq 10100 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi barədə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə müraciət etmişdir. Bundan sonra onlara məlum olmuşdur ki, onun müraciəti ilkin olaraq araşdırılması üçün Bakı şəhəri Nərimanov RPİ-nə göndərilmiş, oradan isə ərazi aidiyyəti üzrə Şirvan ŞPŞ-yə göndərilmişdir. Şirvan ŞPŞ-də məlum olmuşdur ki, həmin özünü Dadaş adı ilə onlara təqdim edən şəxs Şəki şəhər sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs dələduzluq yolu ilə onun 10100 manat pulunu ələ keçirmişdir. Ümumilikdə ona 10100 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs şikayətçidir, dəymiş ziyanı ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində şahid Zərərçəkmiş şəxs5 göstərdiklərini təsdiq etməklə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, barəsində şikayət etdiyi şəxs Təqsirləndirilən şəxs təxminən bir il olar ki, tanıyır. 24 iyun 2023-cü il tarixdə saat 11 radələrində tanıdığı Mehman adlı şəxs ona zəng edərək, qaynı X13 DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduğunu və buraxılmağı üçün tanışının olub-olmadığını soruşmuşdur. Bundan sonra o, Mehmanla Xırdalan şəhərində yaşadığı evdə görüşüb bu barədə söhbət etmişlər. Tanışı Təqsirləndirilən şəxs bir neçə dəfə onun tanışlarının məhkəmə işlərini həll etdiyi üçün, o, həmin vaxt bu barədə də maraqlanması üçün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu ilə Ruslanın istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etmişdir. X18 anket məlumatlarını ondan alıb bu barədə maraqlanacağını və ona zəng edəcəyini demişdir. Bundan bir neçə dəqiqə sonra Ruslan ona zəng edərək, Azad Əmirovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə tutulduğunu bildirmişdir. Bu zaman o, Ruslandan bu işi necə həll edə biləcəklərini soruşduqda, sonuncu ona 25000 manat müqabilində Azadı sərbəst buraxdıra biləcəyini demişdir. Ruslanla onun arasında olan telefon danışıqları mobil telefonunu səsgücləndiriciyə qoyduğu üçün Mehman da eşitmişdir. Bundan sonra Mehman ona evə getməyini və Azadın sərbəst buraxılması üçün Ruslanın dediyi həmin 25000 manat pulu topladıqdan sonra onunla əlaqə saxlayacaqlarını bildirdiyi üçün o, çıxıb yaşadığı evə getmişdir. Bundan bir qədər sonra Mehman ona zəng edərək lazım olan məbləği hissə-hissə tapdıqlarını və Ruslana göndərməyi üçün onun plastik kartına göndərəcəklərini demişdir. Bir qədər sonra o, yaşadığı ünvan 10 ünvanında olduğu zaman Mehman onun hazırda şifrəsi fikrində qalmayan "xxxx" ASC-yə məxsus plastik kartına 5000 manat, 3500 manat, 2000 manat, 5000 manat, 2000 manat, 500 manat, 1000 manat və 2000 manat olmaqla ümumilikdə 21000 manat pul köçürmüşdür. Mehman hər dəfə onun plastik kartına pul göndərdikcə o da dərhal həmin pulu mobil telefonunda olan "xxxx" ASC-yə məxsus “U” proqram tətbiqi vasitəsilə ilə Təqsirləndirilən şəxs istifadəsində olan, şifrəsini ona dediyi "xxxx" ASC-yə məxsus 4169-7388-3280-6206 nömrəli kart hesabına göndərmişdir. Beləliklə, o, həmin gün, yəni xx.xx.2023-cü il tarixdə Ruslanın plastik kartına hissə-hissə olmaqla ümumilikdə 21000 manat pul köçürmüş olmuşdur. Ruslan axşam saatlarında onunla telefon əlaqəsi saxlayaraq dediyi 25000 manatı tam olaraq ödəmədikləri üçün Azadın saxlanıldığı yerdən sərbəst buraxılması işinin alınmadığını, bu səbəbdən də Azadın indi buraxılması üçün 50000 manat pul istənildiyini bildirmişdir. O da bu barədə Mehmana dedikdə, sonuncu bununla razışlamamışdır. Bundan bir gün sonra Ruslan Azadın barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi barədə Nərimanov rayon məhkəməsinin qərarını göndərib, Azadın dörd ay müddətinə həbs edildiyini bildirmişdir. O da bu işi başqa necə həll edə biləcəyini soruşduqda, Ruslan işin gələcəkdə məhkəməyə göndəriləcəyini və Ağır cinayətlər məhkəməsi ilə danışıb ümumilikdə Azadın buraxılması üçün 45000 manat pul lazım olacağını bildirmişdir. O da bu barədə zəng edərək Mehmana bildirdikdə, sonuncu onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə o, yaşadığı evdə olduğu zaman Mehman onun istifadəsində olan "xxxx" ASC-yə məxsus kart hesabına Ruslana göndərməyi üçün 5000 manat pul göndərmiş və o da dərhal həmin 5000 manatı Ruslanın ona şifrəsini verdiyi "xxxx" ASC-yə məxsus 4169-7388-3280-6206 nömrəli kart hesabına göndərmişdir. Həmin gün Mehman onun kart hesabına hissə-hissə olmaqla ümumilikdə 16000 manat da köçürtmüşdür. Beləliklə Mehman ümumilikdə onun plastik kart hesabına ümumilikdə 42.000 manat pul köçürmüş olmuşdur. Lakin onun isə Ruslanın plastik kartına hissə-hissə köçürdüyü məbləğ 26000 manat olmuşdur. O, həmin gün Ruslanla yenidən telefon əlaqəsi saxlayıb bu barədə bir qədər də danışdıqdan sonra Ruslanın işin hansı məhkəməyə göndəriləcəyi, Azadın hansı müddətdə sərbəst buraxılacağı kimi suallarına dəqiq cavab verə bilmədiyini görüb sonuncudan şübhələnmiş və Mehmanın ona göndərdiyi puldan qalan 16000 manatı Ruslana göndərməmişdir. Bundan sonra yenə də Ruslanla əlaqə saxladıqda, Ruslan onunla aqressiv danışaraq narahat olmamağı, pulu yenilikcə verdiyini deyib onunla kobud danışmağa başlamış və Azadın sərbəst buraxılması üçün tutduğunu dediyi Lalə Mənsurova adlı vəkillə əlaqə saxladıqda, sonuncu Ruslanın pul ödəmədiyi üçün order bağlaya bilmədiyini dedikdən sonra o, Ruslanın bu işi görməyəcəyini başa düşmüşdür. Ona görə də Ruslana zəng edib verdiyi 26000 manat pulu geri qaytarmasını tələb etməyə başlamışdır. Bundan sonra isə o, Mehmana zəng edərək Ruslanın onları aldatdığını bildirmiş və Ruslana vermək üçün özündə saxladığı 16.000 manatı geri Mehmana qaytarmışdır. Mehman ona göndərdikləri ümumilikdə 42.000 manat pulun qalan 26000 manatını da onun qaytarmağını tələb etməyə başlamışdır. O da öz növbəsində Ruslanın qaçıb gizləndiyini, telefon zənglərinə cavab vermədiyini, tezliklə tapa bilməyəcəyini və hissə-hissə göndərdiyi 26000 manat pulu asanlıqla geri ala bilməyəcəyini görüb Mehmanla münasibətlərinin korlanmaması üçün məcbur olub qalan 26000 manat pulu Mehmana özü qaytarmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs bu dələduzluq əməli nəticəsində ona 26000 manat ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, özünü ona Turhan Məmmədov adı ilə təqdim etmiş Təqsirləndirilən şəxs tanıyır, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. X5 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğundan xx.xx.2023-cü il tarixdə Quba RPŞ-nin əməkdaşları tərəfindən həbs olunmuşdur. Rəşad həbsdə saxlanıldığı müddətdə o, qaynanası, yəni Rəşadın anası Zərərçəkmiş şəxs4 ilə birlikdə arabir Rəşadın yanına getmişlər. Həmin vaxtlarda Rəşad həbsxanada Şahid5 adlı şəxslə dostluq etdiyini demişdir. Rəşadın barəsində olan cinayət işinin istintaqı yekunlaşaraq Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Təxminən 2023-cü ilin noyabr ayının ortalarında tanımadığı mobil telefon nömrəsindən şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng gəlmişdir. Zəng vuran şəxs özünü ona Turhan Məmmədov kimi təqdim edən Təqsirləndirilən şəxs ona özünü Şahid5 tanışı kimi tanıtdıraraq Rəşadın məhkəmədə həbsdən azad olunaraq barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasında köməklik göstərə biləcəyini, bunun əvəzində də 8500 manat pul lazım olacağını bildirmişdir. O isə bu barədə qaynanasına zəng vuraraq məlumat vermişdir. Bundan sonra o, qaynanası ilə birlikdə Rəşadla görüşmüşlər və sonuncuya Ruslan barədə məlumat vermişlər. Rəşad isə Ruslanın, İlqarın tanışı olduğunu, onun nömrəsini də İlqara özünün verdiyini bildirmişdir. Onlar Ruslan barəsində məlumat almaq üçün İlqarın qardaşı Şahid4lə də telefonla danışıb Ruslan barədə maraqlanmışlar, Vüsal isə Ruslanın etibarlı adam olduğunu, onları aldatmayacağını demişdir. Bundan sonra qaynanası Gülnaz onların sözünə inanıb Ruslanla görüşmək qərarına gəlmişdir. O, Ruslanla danışdıqdan sonra onlar sonuncu ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “İctimai Televiziya”nın qarşısında görüşmüşlər. Söhbət zamanı Təqsirləndirilən şəxs özünü onlara nüfuzlu şəxs kimi tanıtdıraraq Sumqayıt şəhər məhkəməsində də işlədiyini, Baş Prokurorluqda tanışlarının olduğunu, birinci müavin olduğunu demişdir. Onlar harada birinci müavin olduğunu soruşanda isə onlara ətraflı məlumat verə bilməyəcəyini, işi barədə ətraflı məlumat verməsinin qadağan olunduğunu demişdir. Ruslan özünü onlara nüfuzlu şəxs kimi tanıtdırdığından sonuncuya etibar etmişlər. Ruslan qaynı Rəşadın həbsdən azad olunması üçün Gülnazdan 8500 manat pul verməsini istəmiş, qaynanası da razılaşıb həmin pulu düzəltdikdən sonra əlaqə saxlayacağını demişdir. Gülnaz pulu düzəltdikdən sonra bu barədə ona demiş, o da Ruslana zəng vurub onunla görüş təyin etmişdir. Təxminən xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində o, Gülnaz və Ruslan Bakı şəhərində yerləşən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yaxınlığında görüşmüşlər. Həmin vaxt Ruslan onlara Rəşadın işi ilə bağlı Korrupsiya İdarəsinə gəldiyini bildirmişdir. Orada qaynanası Gülnaz əllilik və yüzlük əskinazlardan ibarət 8500 manat məbləğində pulu ona vermiş, o da pulu Ruslana vermişdir. Ruslan pulu aldıqdan sonra 2023-cü ilin dekabr ayının sonuna kimi Rəşadı həbsdən azad etdirəcəyini demişdir. Təxminən xx.xx.2023-cü il tarixdə Ruslan onunla əlaqə saxlayıb Rəşadın işi ilə bağlı yenidən ekspertiza rəyi alınması üçün əlavə olaraq 1000 manat pul istəmişdir. O da bu barədə qaynanası Gülnazla danışıb məlumat vermiş, sonuncu da onun bank kartına 1000 manat pulu göndərmişdir. O, həmin pulu nağdlaşdıraraq Ruslanla əlaqə saxlayıb arvadı Şahnazla birlikdə Yasamal rayonu ərazisində yerləşən İctimai Televiziyanın qarşısında Ruslanla görüşüb sonuncuya vermişdir. Bundan sonra o, mütəmadi olaraq Ruslanla əlaqə saxlayıb Rəşadın işi ilə maraqlanmışdır. xx.xx.2023-cü il tarixdə qaynanası Gülnaz yaşadığı ünvan 9 ünvanında olduğu zaman Ruslan ona zəng vuraraq Ruslanın işinin demək olar ki, düzəldiyini, əlavə olaraq 500 manat pul lazım olduğunu, Rəşadın işi ilə bağlı apellyasiya şikayəti verdiyini, həmin pulu göndərəcəyi bank kartına göndərməli olduqlarını bildirmişdir. Qaynanasının pulu olmadığından sonuncu ondan borc pul istəmiş, o da terminal vasitəsi ilə 100 manat pulu Ruslanın ona dediyi xatırlamadığı bank kartına göndərmişdir. Təxminən 20 dekabr 2023-cü il tarixdə Rəşadın barəsində hökm çıxarılaraq 4 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. O, Ruslanla əlaqə saxlayıb bu barədə maraqlandıqda sonuncu apellyasiya şikayəti verdiyini, xx.xx.2024-cü il tarixdə Rəşadın məhkəmə zalından azad olunacağını bildirmişdir. Bununla da qaynanası Gülnaz oğlunun həbsdən azad olunmasında köməklik göstərməsi üçün Təqsirləndirilən şəxs ümumilikdə 9600 manat məbləğində pul vermiş olmuşdur. Ruslan qaynı Rəşadın xx.xx.2024-cü il tarixdə həbsdən azad olunacağını deməsinə baxmayaraq Rəşadın barəsində seçilmiş azadlıqdan məhrum etmə cəzasının dəyişdirilmədiyini, heç bir apellyasiya məhkəməsinin olmadığını görüb Ruslanın onları aldatdığını başa düşmüşlər. Bundan sonra Ruslanla əlaqə saxlamağa çalışsalar da sonuncu ilə əlaqə saxlaya bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, Quba RPŞ-nin MSY-də tanış olduğu Rəşad adlı şəxsin həbsdən azad olunması ilə bağlı Təqsirləndirilən şəxs zəng vurub həmin işlə məşğul olub Rəşada kömək etməsini xahiş etmiş və Rəşadın qohumu Mahirin nömrəsini vermiş, sonra Mahirlə danışdıqda Ruslanın adını deməmiş, Mahir ona dediyi adamın zəng vurduğunu və danışdıqlarını bildirmiş, sonradan Təqsirləndirilən şəxsla danışdıqda, sonuncu Rəşadın qohumu Mahirlə görüşdüyünü və onların torpaq satıb pul düzəltdiklərini demiş, Ruslana Rəşadın işi ilə ciddi məşğul olmasını tapşırmış, sonradan isə Ruslanın mahirdən 9600 manat pul alıb aldatdığını eşitmiş, onun bu məsələdə heç bir rolu olmamış, Mahirə Ruslana pul verəndə ona deməsini bildirsə də, sonuncu ona məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid4 məhkəməyə gəlməmişdir. Şahid4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid4 həmin ifadəsində bildirmişdir ki, 2023cü ilin noyabr ayının əvvəllərində Mahir adlı şəxs onun mobil nömrəsinə zəng edərək qardaşı İlqarın onun mobil nömrəsini verdiyini və qaynı Rəşadla qardaşı İlqarın bir həbsdə olduğunu bildirmişdir. Daha sonra İlqarın Rəşad vasitəsi ilə verdiyi mobil nömrə ilə Rəşadın həbsdən azad olması üçün özünü Turhan Məmmədov adlı şəxsin zəng etdiyini və həmin şəxsi tanıyıb-tanımadığını soruşmuşdur. O, Mahirə həmin şəxsin mobil nömrəsini qardaşı İlqar veribsə, problem olmaz, lakin həmin şəxsi tanımadığını demişdir. Bundan bir neçə vaxt sonra Mahirin qaynanası Gülnaz onun mobil nömrəsini yığaraq Turhan Məmmədov adlı şəxsin onları aldadaraq 9600 manat pulunu götürdüyünü demişdir. Gülnaz ona həmin şəxsin mobil nömrəsinə zəng çatmadığını və ona köməklik etməyini demişdir. O da keçmiş polis işçisi olduğu üçün əlaqələrindən istifadə edərək həmin şəxsin fotosunu tapıb Gülnaz xanıma göndərmişdir. Gülnaz xanım şəxsiyyət vəsiqəsinin fotosunu görən kimi ondan pulu alan şəxsin həmin fotoşəkildəki şəxsin olduğunu bildirmişdir. Sonradan məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Sadəcə Mahirgili aldatmaq üçün özünü Turhan Məmmədov kimi təqdim etmişdir. O, həmin şəxsi tanımır və onunla heç bir əlaqəsi yoxdur. Sonradan o, qardaşı İlqarla bu barədə danışdıqda buna inanmadığını və belə bir hadisə etməyəciyini demişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X3 icraatına qəbul edilmişdir; zərərçəkmiş şəxs qismində tanınma haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır; götürmə aparılması və baxış keçirilməsi haqqında 13 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim etdiyi bir ədəd diskdə “Whatsapp” mobil tətbiqinə dair yazışmalar və 01 ədəd səs yazısı müşahidə olunur. Yazışmalara baxıldıqda həmin yazışmalarda “Ruslan Baş Korropsiya” adı altında istifadəçi ilə Zərərçəkmiş şəxs3 mobil telefon nömrəsi arasında yaxışmaların mövcud olduğu görünür. Yazışmalarda Zərərçəkmiş şəxs3 “Ruslan Baş Korropsiya” adı altında istifadəçidən pulunu qaytarmasını tələb edir, həmin istifadəçidə hər dəfə pulu göndərəcəyini deməsi müşahidə olunur. Diskdə olan səs yazısına qulaq asıldıqda isə “Ruslan Baş Korropsiya” adı altında istifadəçinin Zərərçəkmiş şəxs3 “görüşə gedirəm, çıxanda yığacam səni” deməsi müşahidə olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 təqdim etdiyi diskdəki yazışmaların onunla Təqsirləndirilən şəxs arasında olduğunu, yazışmalarda Təqsirləndirilən şəxs qızını Gömrük Komitəsindən müsahibədən keçirtməsi ilə bağlı verdiyi 5000 manat pulu tələb etdiyini, Təqsirləndirilən şəxs isə hər dəfə bir bəhanə gətirməklə pulu göndərəcəyini yazdığını, səs yazısında olan səsin Təqsirləndirilən şəxs məxsus olduğunu, səs yazısında Təqsirləndirilən şəxs qızının işi ilə bağlı görüşə getməsini dediyini bildirmişdir; cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nın 178.1-ci maddəsi ilə olan ********* nömrəli və Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə olan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, istintaq ********* nömrəsi altında davam etdirilmiş və cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir; cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 31 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X3 icraatına qəbul edilmişdir; zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır; təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 16 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; cinayət işinin icraata qəbul edilməsi, işlərin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında 14 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi Şirvan ŞPŞnin İB-nin müstəntiqi, polis mayoru İlqar Novruzov tərəfindən icraata qəbul edilmiş, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli və Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə olan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, istintaq ********* nömrəsi altında davam etdirilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrin təsiri altına düşdüyündən iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən, həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddərinə tövsif olunmuşdur; cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X10 icraatına qəbul edilmişdir; cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 06 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Şirvan şəhər polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir; zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin icraata qəbul edilməsi, işlərin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında 29 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi Şirvan ŞPŞnin İB-nin müstəntiqi, polis mayoru İlqar Novruzov tərəfindən icraata qəbul edilmiş, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli və Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, istintaq ********* nömrəsi altında davam etdirilmiş və cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir; cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 20 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X4 icraatına qəbul edilmişdir; materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 01 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şahid2 ərizəsi əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Abşeron RPİ-yə göndərilmişdir; “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 22 avqust 2023-cü il tarixli, 10732 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1986-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə göstərilən xəstəxanada müalicədə olmamışdır; cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 19 mart 2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə, saat 18:05-də tutulmuşdur; təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 21 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; Abşeron rayon Məhkəməsinin 21 mart 2024-cü il tarixli, 4(012)-278/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 mart 2024-cü il tarixdən hesablanmışdır; iş materiallarında olan 21 may 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır; Abşeron rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 1(012)-264/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Rafael oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir; cinayət işinin bir icraatda birləşdirilməsi üçün aidiyyəti üzrə göndərilməsi haqqında 21 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron RPİnin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi eyni şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməsindən ötrü Şirvan şəhər polis şöbəsinin İstintaq bölməsinə göndərilmişdir; cinayət işinin icraata qəbul edilməsi, işlərin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi Şirvan ŞPŞnin İB-nin müstəntiqi, polis mayoru İlqar Novruzov tərəfindən icraata qəbul edilmiş, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli və Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, istintaq ********* nömrəsi altında davam etdirilmiş və cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir; cinayət işinin başlanması haqqında 06 mart 2024-cü il tarixli qərardan görünür ki, Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Mürvət Həsənov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır; cinayət işinin icraata qəbul edilməsi haqqında 09 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Turan Hacıyevin icraatına qəbul edilmişdir; zərərçəkmiş şəxs qismində tanıma haqqında 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 Mürvət qızı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi zərərçəkmiş şəxs qismində tanınmışdır; təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 29 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi istintaq aidiyyəti üzrə Şirvan ŞPŞ-nin İstintaq bölməsinə göndərilmişdir; “Şəki rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 27 may 2024-cü il tarixli, 18- 1-71/2-789/2024 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 1-da qeydiyyatda olan xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “Şəki rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin Narkologiya və Psixiatriya kabinetlərinə müraciət etməmiş və qeydiyyatda yoxdur; Şirvan şəhər Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 4(032)-144/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 (üç) ay olmaqla, yəni 19 sentyabr 2024-cü il tarixədək uzadılmışdır; Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur; təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilərək, o Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir; götürmə aparılması və baxış keçirilməsi haqqında 25 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi bir ədəd diskdə “Whatsapp” mobil tətbiqinə dair yazışmalar və 01 ədəd səs yazısı müşahidə olunur. Yazışmalara baxıldıqda həmin yazışmalarda “Ruslan Ofis” adı altında olan istifadəçi ilə Zərərçəkmiş şəxs1 mobil telefon nömrəsi arasında yazışmaların mövcud olduğu görünür. Yazışmalara baxıldıqda Zərərçəkmiş şəxs1 tərəfindən “Ruslan Ofis” adı altında olan istifadəçiyə “Mercedes” markalı avtomobilin fotoşəkillərinin göndərilməsi, pulun göndərnilməsinə dair qəbzin fotoşəklinin göndərilməsi müşahidə olunur. Həmin yazışmalarda “Ruslan Ofis” adı altında olan istifadəçinin isə Zərərçəkmiş şəxs1 kart şəkli atıb “4200 yolladıram 800 siz vurun”, “olsa hamısını edərəm, Xaiş edirəm 23 mesele hellini tapsın inşalla çeki atarsız mene”, “yəni əmələ gətirə bilmirəm deməsi qızın o bazarlıqa yaxın durmamasıdır vallahi and içir 3 kl verilsə qarşıdakı məhkəmədə buraxa bilərik ev tusdaqlıqına”, Bakı Ağır Cinayətlər Məhkəməsinin giriş hissəsinin fotoşəklini atıb “salam, bax burdayam bu saat inan allaha işimi atıb gelmişem bu şəxsiyətsiz heç curə bizlə yola gelmir allaha and ola 1500 manat men verirem bu saat size kart atacam 500 de siz vurun bundan artıq men size heşne ede bilmirem”, “her şey yaxşıdı gelen mehkeme çıxacaq inşalla, gelim etraflı danışacam görüşərik” məzmunda mesajların göndərməsi müşahidə olunur. Yazışmalarda Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs göndərilən ödəmə qəbzində Təqsirləndirilən şəxs məxsus 416973******6206 nömrəli bank kartına Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanda yerləşən “Araz” marketdəki “MilliÖn” terminalından 500 manat pul göndərilməsi müşahidə olunur. Həmçinin diskdə olan səs yazısına qulaq asıldıqda Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında görüşmək ilə bağlı danışığın olması, həmin danışıqda Zərərçəkmiş şəxs1 daha tez görüşmək üçün təzyiq etməsi, Təqsirləndirilən şəxs isə hazırda rayonda olmasını bildirməsi, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sonuncunu kiminsə görüşdürəcəyini bildirməsi müşahidə olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 təqdim etdiyi diskdəki yazışmaların onunla Təqsirləndirilən şəxs arasında olduğunu, yazışmalarda Təqsirləndirilən şəxs pul atması, Təqsirləndirilən şəxs oğlunun işi ilə bağlı məhkəmədə məsələnin həll olunacağını bildirdiyini, səs yazısında olan səsin Təqsirləndirilən şəxs məxsus olduğunu bildirdi. Baxış zamanı Zərərçəkmiş şəxs1 əlavə olaraq qeyd etdi ki, Təqsirləndirilən şəxs ilk dəfə 1500 manat pulu 25 mart 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, ünvan 5 ünvanda yerləşən ofisdə vermiş, 4000 manat pulu Təqsirləndirilən şəxs ona məxsus “Mercedes” markalı avtomobili satıb götürmüş, 4000 manat pulu Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Tennis Akademiyasının qarşısında vermiş, 4000 manat pulu 07 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs 4169-7388-3280-6206 nömrəli bank kartına Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanda yerləşən “Araz” market adlı mağazada quraşdırılmış “MilliÖn” ödəmə terminalından göndərmiş, 1000 manat pulu Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşısında vermiş, 500 manat pulu 13 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs həmin bank kartına yuxarıda göstərdiyi ünvandakı terminaldan göndərmiş, sonuncu 1500 manat pulu isə 2023-cü ilin avqust ayında Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Elit” Ticarət Mərkəzinin qarşısında vermişdir; təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 4(032)-186/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay olmaqla, yəni 19 oktyabr 2024-cü il tarixədək uzadılmışdır; Eyni zamanda məhkəmə baxışı zamanı əldə edilmiş: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 5-9311- 184/2025 saylı məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi Binəqədi rayon məhkəməsinə daxil olmamışdır və baxılmamışdır; Abşeron rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 22/01688/25-1 saylı məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində 2020-ci ildə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan cinayət işinə xx.xx.2020-ci il tarixdə baxılaraq işin icraatına xitam verilmişdir. Həmin cinayət işindən əlavə Abşeron Rayon Məhkəməsinin icraatına başqa cinayət işi daxil olmamış və baxılmamışdır. Əlavə olaraq bildiririk ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimata əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və qeyd edilən cinayət işi də Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmamışdır; Şəki rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 5-158/1-192/25 saylı məktubunda qeyd edilmişdir ki, Şəki rayon Məhkəməsində Təqsirləndirilən şəxs barəsində hər hansı cinayət işinə baxılmamışdır; Şirvan şəhər Polis şöbəsinin 16 yanvar 2025-ci il tarixli məktubu ilə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən əldə edilmiş yeni tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsinə əsasən 4000 manat cərimə cəzasına məhkum edilmiş, Şəki rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət məsuliyyətindən və cəzadan azad edilərək məhkumluğu olmayan şəxs hesab edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 73.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 9.1-ci bəndi tətbiq edilməklə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir; Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur; Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı teleqramlardan görünür ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir və Təqsirləndirilən şəxs ona dəymiş 5000 manat ziyanı tam ödədiyi üçün ondan heç bir şikayəti yoxdur; Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı teleqramlardan görünür ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir və ona dəymiş 26000 manat ziyandan 25000 manat ödənilmiş, 1000 manat ödənilməmiş qalmış, Təqsirləndirilən şəxs heç bir şikayət və ya tələbi yoxdur; Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi, yəni təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməkdə təqsirli olması, onun özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X9 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib peşman olmasını Azərbaycan Respbulikası CM-nin 59.2-ci, dəymiş ziyanın qismən ödənilməsini 59.1.14-cü maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, həmçinin cinayət əməli nəticəsində dəymiş ziyanın qismən ödənilməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasının əvvəli 19 mart 2024-cü il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 02 (iki) ədəd “CD” disk və 09 (doqquz) ədəd ödəmə qəbzləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 vurulmuş 5000 (beş min) manat maddi ziyanın və Zərərçəkmiş şəxs2 vurulmuş 26000 (iyirmi altı min) manat maddi ziyandan 25000 (iyirmi beş min) manat hissəsinin ödənilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs2 maddi ziyanın qalan hissəsinin, həmçinin digər zərərçəkmiş şəxslərə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 02 (iki) ədəd “CD” disk və 09 (doqquz) ədəd ödəmə qəbzləri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 vurulmuş 5000 (beş min) manat maddi ziyanın və Zərərçəkmiş şəxs2 vurulmuş 26000 (iyirmi altı min) manat maddi ziyandan 25000 (iyirmi beş min) manat hissəsinin ödənilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs2 maddi ziyanın qalan hissəsinin, həmçinin digər zərərçəkmiş şəxslərə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-11/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-11/2025
13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver