Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-110/2024 19.09.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:15 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X13 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxx 1990-cı il tarixdə Qazı-Məmməd (indiki Hacıqabul) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 01 ədəd qısa lüləli və qundağı kəsilmiş silahı üzərində daşımaqla saxlamış, Şirvan şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 10 fevral 2024-cü il tarixdə saat 15:30-da şəhərin Nəriman Nərimanov küçəsində saxlanaraq, polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın bel hissəsindən 01 ədəd nömrəsi silinmiş, 1964-cü ildə keçmiş SSRİ dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli İJ-17 modelli, çaxmaqlı, hamar tək lüləli, lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, lüləsinin uzunluğu 300 mm, ümumi uzunluğu 510 mm olmaqla ilkin təyinatını itirmiş, texniki cəhətdən saz və atəşə yararlı odlu yivsiz ov tüfəngi kəsiyi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etmədi, onlardan imtina edərək bildirdi ki, 10 fevral 2024-cü il tarixdə Şirvan şəhərinə əvvəllər cəzaçəkmə müəssisəsində bir yerdə cəza çəkdiyi dostları çağırmış, yaşadığı Hacıqabul şəhərindən Şirvan şəhərinə gəlmiş, Şirvan şəhərində yerləşən xəstəxananın qarşısında yerləşən parkda olan çay evinə az qalmış polis əməkdaşları onu yerə yıxıb, başına yumruq vuraraq avtomobilə mindirib polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təsir altında olmuş, məcbur şəkildə sənədlərə imza etmişdir. Hacı Murad, Təbriz və adını bilmədiyi hazırda iş yeri Neftçala rayonuna dəyişdirilmiş polis əməkdaşı tərəfindən döyülmüşdür. Xəsarətlər ilə bağlı beş gün polis şöbəsində saxlanıldıqdan sonra təcridxanaya aparılmışdır. Tutulmamışdan bir neçə gün əvvəl atasından qalma odlu silahı yaşadığı Hacıqabul rayonunda polis şöbəsinə təhvil vermişdir. Şirvan şəhərinə gəldiyi və tutulduğu zaman üzərində heç bir odlu silah olmamış, yalnız atasından qalma “Moskviç” markalı avtomobilin resorundan hazırlanmış bıçaq olmuş, həmin bıçağı da polis əməkdaşları alıb seyfə qoymuşlar. Hazırda düzgün ifadə verir, bunların nəzərə alınmasını xahiş edir. İbtidai araşdırma zamanı isə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, tutulmamışdan təxminən bir ay əvvəl balıq tutmaq üçün Şirvan şəhərində yerləşən “Şirvan” kanalının qırağına getmiş, “Şirvan” kanalının qırağında gedən zaman yerdə bir ədəd lüləsi və qundağı kəsilmiş “Obrez” adlanan təklüləni görmüş, həmin silah diqqətini cəlb etmiş, yerdən həmin silahı götürmüş, üzərində gəzdirmişdir. 10 fevral 2024-ci il tarixdə saat təxminən 15 radələrində həmin lüləsi və qundağı kəsilmiş “Obrez” adlanan təklülə üzərində olduğu zaman Şirvan şəhəri, N.Nərimanov küçəsində hərəkət edərkən Şirvan şəhər PŞ-nin mülki geyimli əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər, polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində qanunsuz lüləsi və qundağı kəsilmiş “Obrez” adlanan təklüləni gəzdirilməsi ilə bağlı şübhəli olduğu üçün üzərinə şəxsi axtarış aparılmasında ötrü onu polis şöbəsinə dəvət etmişlər. Etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdirlər. Polis şöbəsinin Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1, vəkil X11 gəldikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən silah, sursat olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə üzərində bir ədəd lüləsi və qundağı kəsilmiş “Obrez” adlanan təklülə olduğunu bildirmiş, sonra əynində olan göy rəngli şalvarın bel hissəsinə keçirtmiş olduğu 1 ədəd lüləsi və qundağı kəsilmiş “Obrez” adlanan təklüləni təqdim etmiş, sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən qanunsuz heç bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Sonra protokol tərtib olunmuş, bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Şirvan şəhər polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olarkən ona qarşı qanunsuz hərəkətlərə yol verilmədiyini, üzərindən aşkar olunmuş bir ədəd lüləsi və qundağı kəsilmiş “Obrez” adlanan təklülənin özünə məxsus olmasını, üzərindən aşkar olunmuş bir ədəd lüləsi və qundağı kəsilmiş “Obrez” adlanan təklülədən istifadə etmədiyini və istifadə etmək fikrinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 10 fevral 2024-cü il tarixdə xidmətdə olarkən Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili X4 Hacqabul şəhəri, Əliağa Vahid küçəsi, ev 48-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi lüləsi və qundağı kəsilmiş “Obrez” təklülə odlu silahı gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə X26 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarın icrası ilə əlaqədar o, Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili X9 və Təhqiqat bölməsinin təhqiqatçısı X5 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 10 fevral 2024-cü il tarixdə, saat 15 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Nəriman Nərimanov küçəsinə getmişlər. Həmin küçədə saat 15:30 radələrində Təqsirləndirilən şəxs yolun kənarında hərəkət etdiyini görmüşlər. Barəsində məlumat daxil olduğu üçün qərara gəlmişlər ki, yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan şəhər polis şöbəsinə dəvət edək. Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirdikdə, onların polis əməkdaşı olduğunu görüb özünü şübhəli apararaq onlardan yayınıb getmək istəmiş, buna baxmayaraq Təqsirləndirilən şəxs polis şöbəsinə gətirməyə müvəffəq olmuşlar. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs Təhqiqat bölməsində vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil X1, vəkil İlqar Tapdıqov gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş, buna hər hansı bir etirazının olubolmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində 01 ədəd odlu silah “Obrez” adlanan tək lülə vardır. Sonra əynində olan göy rəngli şalvarının bel hissəsinə keçirmiş olduğu 1 ədəd odlu silaha bənzər lüləsi və qundağı kəsilmiş “Obrez” adlanan təklüləni çıxarıb masanın üzərinə qoymuş, həmin silahın “Obrez” olduğunu bildirmişdir. Daha sonra şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ yan cibindən 01 ədəd “Xiomi” markalı mobil telefon aşkar olunmuşdur. Şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 1 ədəd lüləsi kəsilmiş və qundağı kəsilmiş “Obrez” adlanan təklülədir. Təqdim etdiyi “Obrez” adlı silahı 1 ay bundan qabaq Şirvan şəhərindən keçən “Şirvan” kanalın yaxınlığından yerdən tapmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi “Obrez” adlı silah zərfə qoyulmuş, zərfin ağzı möhürlənmiş, həmin zərfin üzəri özü müdafiəçi və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd odlu silahı haradan əldə etməsi barədə heç bir məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid X3 iştirakının təmin edilməsi məqsədi ilə Bərdə rayon Polis şöbəsinə müvafiq məktub göndərilməsinə baxmayaraq, məhkəmədə iştirakı təmin edilməmişdir. Şahid Hacızadə X2 məlumatları barədə “AzeMis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, o, xx.xx.2024-cü il tarixdə, saat 19:00-da X17 Aeroportundan ölkə ərazisini tərk edərək Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Şahid X3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili X9 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduğu ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X6 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet, döyüş sursatı, odlu silah və ya başqa qanunsuz hər hansı bir əşya olduğu halda onları könüllü surətdə təqdim olunması təklif edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində bir ədəd odlu silaha bənzər lüləsi və qundağı kəsilmiş “Obrez” təklülə var. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın bel hissəsinə keçirtmiş olduğu 1 ədəd odlu silaha bənzər lüləsi və qundağı kəsilmiş “Obrez” adlanan təklüləni çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra şübhəli şəxs Alı Zayıdovun üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ yan cibindən 1 ədəd “Xiaomi” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə, qadağan olunmuş predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd lüləsi və qundağı kəsilmiş “Obrez” adlanan təklüləni kimdən və haradan əldə etməsi soruşulduqda, o bildirmişdir ki, həmin bir ədəd lüləsi və qundağı kəsilmiş “Obrez” adlanan təklüləni təxminən 1 ay qabaq Şirvan şəhərindən keçən “Şirvan” kanalının qırağından tapmışdır. Cinayət işi materiallarına əlavə olunmuş 10 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə, saat 16:50-də tutulmuşdur; Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 11 fevral 2024-cü il tarixli, 24/314 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, ilkin variantda zavod üsulu ilə keçmiş SSRİ dövlətində, İjevsk silah zavodunda 1964-cü ildə istehsal olunmuş, 16 kalibrli İJ-17 modelli, çaxmaqlı, hamar tək lüləli ov tüfəngi olub. Lakin sonradan həmin ov tüfənginin lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, hal-hazırda lüləsinin uzunluğu 300 mm, ümumi uzunluğu 510 mm olan silah öz ilkin təyinatını itirmiş, 16 kalibrli çaxmaqlı, hamar lüləli, odlu yivsiz ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş yararlıdır; Cinayət işi materiallarına əlavə olunmuş 11 fevral 2024-cü il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və cinayət işi aidiyyəti üzrə Şirvan şəhər polis şöbəsinin İstintaq bölməsinə verilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 11 fevral 2024-cü il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X8 icraatına qəbul edilmiş və istintaqı davam etdirilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 12 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş Şirvan şəhər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 4(032)-37/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır; Cinayət işi materiallarına əlavə olunmuş 13 fevral 2024-cü il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X14 icraatına qəbul edilmiş və istintaqı davam etdirilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 20 fevral 2024-cü il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X10 icraatına qəbul edilmiş və istintaqı davam etdirilmişdir; Cinayət işinə əlavə edilmiş Hacıqabul rayon İcra Hakimiyyəti MİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 699 nömrəli xasiyyətnamədən görünür ki, Zayidov X12 şəhəri, Ə.Vahid küçəsi, bina 48, mənzil 2-də yaşayır. Dəfələrlə məhkumluq həyatı yaşamışdır. Uzun və qısa müddətli həbs edilmişdir. Hal-hazırda həbsdədir. Ona görə də Mənzil İstismar Sahəsi tərəfindən mənfi xarakterizə olunur; Cinayət işinə əlavə edilmiş “Hacıqabul rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 13 mart 2024-cü il tarixli, 18-1-41/2-244/2024 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “Hacıqabul rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin konsultativ-poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyildir; Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən Şirvan ŞPŞ-nə daxil olmuş tələbnamədən, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(071)-65/2022 saylı hökmündən və Hacıqabul rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(071)-65/2022 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş Şirvan şəhər Məhkəməsinin 03 may 2024cü il tarixli, 4(032)-106/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay, yəni 10 iyun 2024-cü il tarixədək uzadılmışdır; Cinayət işi materiallarına əlavə olunmuş sübutların qiymətləndirilməsi haqqında 03 may 2024-cü il tarixli qərardan görünür ki, X15 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd nömrəsi silinmiş, 1964-cü ildə keçmiş SSRİ dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli İJ-17 modelli, çaxmaqlı, hamar tək lüləli, lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, lüləsinin uzunluğu 300 mm, ümumi uzunluğu 510 mm olmaqla ilkin təyinatını itirmiş, texniki cəhətdən saz və atəşə yararlı odlu yivsiz ov tüfəng cinayət işi üzrə maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə cinayət işi materialları və maddi sübutla tanış olduqdan sonra saxlanması üçün Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ilkin ziddiyyətli ifadəsinə, yəni Şirvan şəhər Polis şöbəsində ona qarşı qanunsuz təsirin olması barədə ilkin olaraq bildirdiklərinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) qiymət verərək onları qəbul etmir və bildirir ki, həmin ifadələr işin halları ilə təsdiq olunmur. Məhkəmə bu kontekstdə çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın bütün mərhələsində (barəsində qətimkan tədbiri seçilərkən məhkəmə iclasında verdiyi ifadəsi daxil olmaqla) onunla bağlı olan istintaq hərəkətlərində müdafiəçi iştirak etməklə, etirafedici izahat və ifadələr vermiş, nə müdafiəçisinə, nə videoçəkiliş zamanı narazılığını, etirazını bildirməmişdir. Belə ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən məhkəmə iclasında izahatında bildirmişdir ki, özünü Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilir, üzərində gəzdirdiyi silahı tutulmamışdan 1 ay qabaq “Şirvan” kanalının yanında tapmış, ov məqsədi ilə üzərində gəzdirmiş, Şirvan şəhər Polis şöbəsində ona qarşı heç bir zorakılığ olmamış və məhkəmədən vəsatətin təmin olunmamasını xahiş etmişdir. Şirvan şəhər prokurorluğundan 26 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuş 304xid-24 nömrəli məktubda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən döyülməsi və qanunazidd hərəkətlərə məruz qalması barədə şəhər prokurorluğuna müraciəti daxil olmamışdır. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasından daxil olmuş 11 sentyabr 2024-cü il tarixli, 3-16-20-10/2-81 saylı məktubdan və ona əlavə edilmiş məhkumun tibbi kitabçasının surətindən görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 3 saylı İstintaq təcridxanasının TSH-nə daxil olmuş və təlimata uyğun olaraq tibbi müayinədən keçirilmişdir. Sorğu zamanı zədə almadığını bildirmiş, bədən səthinin müayinəsi zamanı yeni xəsarət izləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Şirvan şəhər Polis şöbəsində ona qarşı qanunsuz təsirin olması barədə bildirdikləri aparılmış müvafiq araşdırma, yəni sorğu verilməklə əldə edilib iş materiallarına əlavə edilmiş müvafiq məlumatlar ilə tam təkzib olunur. Eyni zamanda məhkəmə iclasında Müdafiəçi vəsatəti (şifahi) əsasında Təqsirləndirilən şəxs Şirvan şəhər Polis şöbəsinin MSY-də neçə gün saxlanılmasının dəqiqləşdirilməsi barədə verilmiş müvafiq sorğuya cavab olaraq Şirvan şəhər Polis şöbəsindən daxil olmuş 19 iyul 2024-cü il tarixli, 3-13-111/2-18962/24 saylı məktubda qeyd edilmişdir ki, xx xxxx 1990-cı il təvəllüdlü, Qazı-Məmməd şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs 10 fevral 2024-cü il tarixdə saat 15:30da PŞ-nin Növbətçi Hissəsinə gətirilmiş, 10 fevral 2024-cü 11-13 fevral 2024-cü il (03 gün) PŞ-nin X16 saxlanılmış, barəsində 12 fevral 2024-cü il tarixdə Şirvan şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçildikdən sonra 13 fevral 2024-cü il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına etap olunmuşdur. Belə olan vəziyyətdə Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadələrinə inanıb onları qəbul etmək üçün məhkəmədə heç bir əsas yoxdur, həmin ifadələr özünümüdafiə xarakterli olub cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi daşıyır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli olması şahidlərin ifadələri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivini yaratdığından onun cəzasını ağırlaşdıran hal kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də qəsdən, eyni xarakterli cinayət əməlinə görə məhkum edilməsinə baxmayaraq islah olunmamasını, məhkumluğu ödənilmədən yenidən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, ona CM-nin 65.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan şəhər PŞ-nin inzibati binasında yerləşən maddi sübutların saxlanması otağına təhvil verilmiş 01 ədəd nömrəsi silinmiş, 1964-cü ildə keçmiş SSRİ dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli İJ-17 modelli, çaxmaqlı, hamar tək lüləli, lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, lüləsinin uzunluğu 300 mm, ümumi uzunluğu 510 mm olmaqla ilkin təyinatını itirmiş, texniki cəhətdən saz və atəşə yararlı odlu yivsiz ov tüfəngi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353, 356, 358, 381, 383, 385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 10 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan şəhər PŞ-nin inzibati binasında yerləşən maddi sübutların saxlanması otağına təhvil verilmiş 01 ədəd nömrəsi silinmiş, 1964-cü ildə keçmiş SSRİ dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli İJ-17 modelli, çaxmaqlı, hamar tək lüləli, lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, lüləsinin uzunluğu 300 mm, ümumi uzunluğu 510 mm olmaqla ilkin təyinatını itirmiş, texniki cəhətdən saz və atəşə yararlı odlu yivsiz ov tüfəngi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-110/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-110/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver