Məhkəmə qərarları › İş №1(032)-111/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-111/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-111/2023 22.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 15:15 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1996-cı il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, hazırda məhkumluğu olmayan, Şirvan şəhəri, M.S.ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində 30 yanvar 2023cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 02 dekabr 2022-ci il tarixdə tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanındakı fərdi yaşayış evinin həyətin hasardan aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra həyətdə yerləşən hindən 260 manat dəyərində olan 3 ədəd hindquşunu gizli yolla talamaqla Zərərçəkmiş şəxs 260 (iki yüz altmış) manat məbləğində ziyan vurmaqla qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər Zərərçəkmiş şəxs tanımamışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 01:00 radələrində spirtli içki alıb qəbul etmək üçün yaşadığı ünvandan çıxıb “Şirvan astanovkası” adlanan yerdə yerləşən mağazaya getmiş, mağazadan bir neçə şüşə pivə spirtli içkisi alıb həmin şüşələrdəki spirtli içki pivənin hamısını qəbul etmiş, spirtli içkini qəbul etdikdən sonra saat təxminən 02 radələrində Şirvan şəhəri, M.İbrahimov küçəsinə getmiş, küçə ilə gedən zaman pulu qurtardığı üçün oğurluq edərək pul əldə etmək qərarına gəlmiş, bu məqsəd ilə həmin küçədə yerləşən evin hasarından aşmaq yolu ilə həyətə daxil olmuş, həyətdə yerləşən hinə daxil olduqda hində bir neçə hindquşu olduğunu görmüş, hindquşularından üçünü əlində tutaraq həyətdən çıxmış, 03 dekabr 2022-ci il tarixdə 3 ədəd hindquşunu Şirvan şəhərində bazara aparmış və 3 ədəd hindquşunun hamısını 120 manata satmışdır. Törətmiş olduğu cinayət əməlindən peşmandır. Özünü tam təqsirli bilir. Hazırda törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı tələb və ya şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş, özünün, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, ünvan 4 ünvanında yaşayır. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olmuşdur. Yaşadığı evin həyətində toyuq və hindquşularını saxlamaq üçün hin vardır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında həyətdə gəzən, özünə məxsus iki ədəd dişi, bir ədəd erkək olmaqla üç ədəd hindquşunu həyətdə olan hinə salmış və hinin qapısını bağlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 07 radələlərində hinə salmış olduğu üç ədəd hindquşunu yenidən həyətə buraxmaq üçün hinə yaxınlaşmış, hinin qapısını açdıqda hindquşularının hində olmadığını görmüş, daha sonra həyətindən hindquşularının oğurlanması barədə Şirvan şəhər Polis şöbəsinə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Cinayət işi materiallarına əlavə olunmuş 26 dekabr 2022-ci il tarixli materialın aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə araşdırmanın davam etdirilməsi üçün toplanmış material Şirvan ŞPŞ-nin İB-nə göndərilmişdir (i.v 12-13); Cinayət işi materiallarına əlavə olunmuş 19 yanvar 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi polis kapitanı X3 icraatına qəbul edilmişdir (i.v 1); Cinayət işi materiallarına əlavə olunmuş 28 yanvar 2023-cü il tarixli cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (i.v 43-44); Cinayət işi materiallarına əlavə olunmuş 28 yanvar 2023-cü il tarixli materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, X4 şikayət ərizəsi əsasında toplanmış material üzrə araşdırmanın davam etdirilməsi üçün toplanmış material Şirvan ŞPŞ-nin İB-nə göndərilmişdir (i.v 68-69); Cinayət işi materiallarına əlavə olunmuş 30 yanvar 2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir (i.v 72); Cinayət işi materiallarına əlavə olunmuş 30 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v 74-75); Cinayət işi materiallarına əlavə olunmuş 30 yanvar 2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir (i.v 88-92); Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 mart 2023-cü il tarixli 9/912 nömrəli rəyinə əsasən 02 adda (03 ədəd) ev quşlarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yol ilə təxminən 260 manat müəyyən edilir (i.v 143-145); Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 mart 2023-cü il tarixli 9/1425 nömrəli rəyinə göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş 01 ədəd “bars” 60 Ah markalı akumlyatorun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 60,00 manat müəyyən edilir (i.v 146-149); Cinayət işi materiallarına əlavə olunmuş 15 aprel 2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi, cinayət təqibinə xitam verilməsi və sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə dəqiqləşdirilmiş məzmunda (məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən) yenidən ittiham elan edilmişdir. Cinayət işi üzrə X4 zərərçəkmiş şəxs statusuna xitam verilmişdir (i.v 169-175); Cinayət işi materiallarına əlavə olunmuş 16 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü ildə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihama dəyişiklik edilməklə ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə dəqiqləşdirilmiş məzmunda yenidən ittiham elan edilmişdir (i.v 169-174); Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixli qərarla barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndi tətbiq edilərək cəzadan azad edilməsinin Qərarın 36-cı bəndinə uyğun olaraq narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi nəzərdə tutulmuş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edilmiş, xx.xx.2022-ci il tarixdə cəzadan azad olunmuş, hazırda məhkumluğu yoxdur (i.v 126-128); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Həbsxananın məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16-xx/xx/2830/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs “8 noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin “05” noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2022-ci il tarixdə cəzadan azad edilmişdir. Barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicə Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən ləğv edilmişdir. Amnistiya aktının tətbiqi barədə xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin “05” noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs amnistiya tətbiq edilsin, amnistiya qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(002)-1116/2021 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmü ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə saxlanıldığı Şirvan şəhər Polis şöbəsinin MSY-dən azad olunaraq barəsində “polis nəzarəti altna vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərəkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə dəymiş ziyanın Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə dəymiş ziyanın Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsinin vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar