Məhkəmə qərarları › İş №1(032)-111/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-111/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-111/2024 10.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:30-da Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli , orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır vurulmasına səbəb olmuşdur. Belə ki, o, 16 dekabr 2023-cü il tarixdə, saat 12 radələrində, etibarnamə olmadan idarə etdiyi “VAZ-21074” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri, 1 May küçəsindən Sabirabad rayonu istiqamətində yolun Şirvan şəhəri, 1 May küçəsindən keçən hissəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək və həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə maksimum sürətin 50 km/saata qədər məhdudlaşdırılmış yolda avtomobili 70 km/saat sürətlə hərəkət etdirərək idarə etdiyi avtomobili eyni istiqamətdə Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ- 21074” minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsindən toqquşduraraq sonuncunun “sol körpücük sümüyünün qapalı yerdəyişən sınığı” ilə müşaiyət olunan dərəcəsi sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət almasına səbəb olmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, “VAZ-21074” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətiçisi X4r. Qeyd edilən avtomobili hadisədən 3 ay əvvəl ilkin ödəniş 2700 manat verməklə almışdır. Avtomobili etibarnamə əsasında idarə edir. Təhqiqata təqdim etdiyi etibarnamə xx.xx.2023-cü il tarixlidir. xx.xx.2023-cü il tarixdə, yəni hadisə baş verən zaman avtomobilə dair etibarnaməsi mövcud olmamışdır. 16 dekabr 2023-cü il tarixdə, saat 12 radələrində Şirvan şəhəri, 1 May küçəsi ilə Sabirabad rayonu istiqamətində etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə 70 km/saat sürətlə hərəkətdə olan zaman qarşıda “VAZ-21074” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönmə xəbərdarlıq işığını yandırmadan sola tərəf istiqamətləndiyini görmüş, bu zaman o hadisənin qarşısını almaq üçün tormoz vermiş, lakin idarə etdiyi avtomobillə “VAZ-21074” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısından vurmuş, bundan sonra avtomobillərin hər ikisi dayanmış, hadisədən sonra ərazidə olan çoxsaylı tanımadığı şəxslər onu avtomobildən çıxarmışlar. O, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarətlər almış, Vüsal isə çiyin nahiyəsindən xəsarət aldığı üçün həmin yerə Şirvan ŞMX-nın X15 avtomobili gəlmiş və onları Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. Şirvan şəhər Mərkəzi Xəstəxanasında ona ilkin tibbi yardım olunduqdan sonra onu evə buraxmışlar. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə aradan qaldırmış və onunla barışmışdır. Əməlindən peşmandır. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, “VAZ-21074” markalı **- BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətiçisi X7 olsa da, faktiki olaraq avtomobil ona məxsusdur. Qeyd edilən avtomobili etibarnamə əsasında idarə edir. 16 dekabr 2023-cü il tarixdə, saat təxminən 12 radələrində Şirvan şəhəri, 1 May küçəsi ilə Sabirabad rayonu istiqamətində 55 km/saat sürətlə hərəkət edən zaman sola dönmə xəbərdarlıq işığını yandırdıqdan sonra avtomobili yolun dönmə üçün nəzərdə tutulmuş hissəsində saxlamaq məqsədilə tormoz vermiş, avtomobili tam dayanma həddinə qədər saxlamağa az qalmış avtomobilin sol arxa qapısından digər avtomobilin çırpıldığını hiss etmiş, arxadan onun avtomobilinə digər avtomobil çırpıldıqdan sonra o özündən asılı olmayaraq idarəetməni itirmiş, onun avtomobili yolun ortasında fırlandıqdan sonra dayanmış, avtomobil dayandıqdan sonra o ətrafda olan adlarını bilmədiyi şəxslərin köməkliyi ilə avtomobildən düşmüş, bu zaman o avtomobilinə çırpılmış digər avtomobilin “VAZ-21074” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu və avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Yolnəqliyyat hadisəsi nəticəsində o sol çiynindən, Əli isə bədəninin digər nahiyələrindən xəsarət aldığı üçün həmin yerə Şirvan ŞMX-nın X15 avtomobili gəlmiş və onları Şirvan ŞMX-ya aparmışlar. Şirvan ŞMX-da ona ilkin tibbi yardım olunduqdan sonra onu evə buraxmışlar. 2 gün sonra o sol körpücük sümüyündə sınıq olduğu üçün Şirvan şəhər Diaqnostika Mərkəzində əməliyyat olunmuşdur. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, onunla barışmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Bu halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında 16 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri, 1 May küçəsi olmaqla yaşayış məntəqəsi daxilindədir, həmin yerdə yolun örtüyü asfaltbetondur, yolun eni 10 metrdir. Hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 5 metrdir. Hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlama xətti vardır. Yol nişanları zonasında yol nişanı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 xx.xx.2023-cü il tarixli 652 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarət-sol körpücük sümüyünün qapalı yerdəyişən sınığı-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 16 dekabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi.Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 xx.xx.2023-cü il tarixli 653 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunan xəsarət-sağ əlin V daraq sümüyünün sınığı, sol dizdə şişkinlik, hərəkət məhdudluğu-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 16 dekabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi.Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi”nin xx.xx.2024-cü il tarixli 8/344 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-21074 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə toqquşmanın qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50km/saata qədər məhdudlaşdırılmış yolda 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırəılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən VAZ-2107 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 42-ci maddəsinin 6-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisə zamanı “VAZ-21074” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olsa da qeyd edilən avtomobili idarə etmək üçün etibarnaməsi mövcud olmamışdır. “VAZ-21074” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi və qeyd edilən avtomobili idarə etmək üçün etibarnaməsi mövcud olmuşdur. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X11 xx.xx.2023-cü il tarixli, 18-1-35/2-1230/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər X2 Tibbi Yardım bölməsinə “sağ əlin V daraq sümüyünün sınığı, sol dizin əzilməsi” diaqnozu ilə daxil olmuşdur. Həkim M.Nəsirov tərifdən ambulator müalicə olunmuşdur. Hacıqabul rayon sakini Zərərçəkmiş şəxs xx.xx.2023-xx.xx.2023-cü il tarixdə Şirvan MDM Cərrahiyyə şöbəsində “sol körpücük sümüyünün qapalı yerdəyişən sınığı” diaqnozu ilə stasionar müalicə olunmuşdur. Xəstə xx.xx.2023-cü il tarixdə evə buraxılmışdır. 16 mart 2024-cü il tarixli maddi sübut qismində tanıma haqqında qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ -21074” markalı **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ -21074” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmış və aidiyyəti üzrə saxlanılması üçün müvafiq olaraq Təqsirləndirilən şəxs və Vüsal Qocayevə təhvil verilmiş, baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd kompakt disk maddi sübut qismində tanınmış, cinayət işinin materiaıllarına əlavə edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntüsünü özündə əks etdirən kompakt diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsindən əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhəri 1 May küçəsi ilə Sabirabad rayonu istiqamətinə doğru hərəkətdə olmuş, həmin vaxt Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21074” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun Sabirabad rayonu istiqamətinə görə sol tərəfində yerləşən döngəyə dönmək məqsədilə asfalt yolun ortasına doğru hərəkət etmiş, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön tərəfi ilə Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21074” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan tərəfindən toqquşdurmuşdur. 27 aprel 2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 27 aprel 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X11 xx.xx.2024-cü il tarixli, 18-1-35/2-647/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şivan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in Polikilinika şöbəsinin ruhi-əsəb, narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X6, xx.xx.2023-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxsdur. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş maddi ziyan tam ödənilmiş və təqsirləndirlən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, eləcə də mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, CM-in 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin, hazırki qərar qanuni qüvvəyə mindiyi gündən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ -21074” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ -21074” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Vüsal Qocayevə təhvil verilməsi nəzərə alınmalı, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizası üzrə 128 (yüz iyirmi səkkiz) manat aparılmış tədqiqatların dəyəri olaraq Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 43.1.2, 321, 321.2.1 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ -21074” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ -21074” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Vüsal Qocayevə təhvil verilməsi nəzərə alınsın, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 128 (yüz iyirmi səkkiz) manat aparılmış tədqiqatların dəyəri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Qərardan elan edildiyi gündən 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar