Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-111/2025 08.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:32 Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma cinayət əməlini törəmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkisi 0,369 qram, 0,022 qram ümumi təmiz çəkisi 0,391 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, xx.xx.2025ci il tarixdə Şirvan şəhər polis şöbəsinin CAB-nin əməkdaşları tərəfindən saat 13:12-dən saat 13:21-dək Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Aytac” kafenin girişində solda 2-ci otağında videoçəkiliş vasitəsi ilə keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan boz rəngli cins şalvarının arxa sağ cibindən aşkar edilmiş 1 ədəd sellofan kəsiyində təmiz çəkisi 0,369 qram və Aytac” kafenin girişində solda 2-ci otağda olan masanın üzərində 01 ədəd kağız kəsiyində təmiz çəkisi 0,022 qram ümumi təmiz çəkisi 0,391 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etdi və bildirdi ki, o, uzun müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Şirvan şəhəri, Xanlar küçəsində olarkən yerdə 1 ədəd sellofan kəsiyi diqqətini cəlb etdiyi üçün yerdən götürüb açıb içinə baxmış və həmin sellofan kəsiyində əvəllər də istifadə etdiyi psixotrop maddə metamfetamin olduğunu görüb həmin kağız kəsiyini üzərində saxlamışdır ki, sonra istifadə edər. Həmin günü o, Cəfər adlı tanışı ilə görüşmüş və birlikdə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Aytac” kafeyə getmişlər, çay içmək üçün həmin kafenin otağına daxil olmuşlar. Bir neçə dəqiqə sonra Şirvan ŞPŞ-nin əməkdaşları otağa daxil olub özlərini təqdim etmişlər və polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin vaxt o, siqaretin kağızında olan psixotrop maddə metamfetamini istifadə etmək üçün bükdüyü 1 manatlıq pul əskinazını yerə atmış polis əməkdaşları üzərlərində narkotik vasitələrin qanunsuz gəzdirilməsi ilə bağlı şübhəli olduqlarını və bunun üçün üzərlərində şəxsi axtarış aparılmasını bildirmişlər. Buna etiraz etməmiş, üzərində şəxsi axtarış aparılmağa başlanılmış və əynində olan boz rəngli cins şalvarın sağ cibindən 1 ədəd yazı yazmaq üçün rəngli “Marker” 1 manatlıq, 10 manatlıq və qəpik pul əskinazı çıxmış, sol cibindən isə istifadə etdiyi siqaret aşkar edildikdən sonra cibindən çıxan pul və siqareti özünə geri qaytarmışlar və əynində olan boz rəngli cins şalvarının arxa sağ cibində saxladığı 01 ədəd sellofan kəsiyinin içində olan psixotrop maddə metamfetamin aşkar edilmiş, polis əməkdaşları tərəfindən 01 ədəd sellofan kəsiyində və 01 ədəd kağız kəsiyində olan psixotrop maddə metamfetamin və 1 manatlıq pul əskinası, 1 ədəd poçt zərfində qablaşdırılıb ağzı möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imza edilmişdir. Şirvan şəhər Polis Şöbəsinə gəldikdən sonra polis şöbəsinin İstintaq bölməsində olarkən vəkilin iştirakı ilə ona məxsus 01 ədəd sellofan kəsiyində və 01 ədəd kağız kəsiyində olan psixotrop maddə metamfetaminin qablaşdırıldığı poçt zərfi açılaraq zərfin içindəki bükümə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı o, həmin bükümlərdə olan psioxtrop maddə metamfetaminlərin özünə məxsus olmasını bildirmişdir. Bundan sonra ona məxsus 01 ədəd sellofan kəsiyində və 01 ədəd kağız kəsiyində olan psixotrop maddə metamfetaminlər elektron tərəzi vasitəsi ilə çəkildikdə 0,41 qram və 0,11 aram olması müəyyən edilmişdir. Bundan sonra protokol tərtib olunmuş və o həmin protokolla tanış olduqdan sonra protokola imza etmişdir. Əlavə olaraq bildirdi ki, polis əməkdaşları tərəfindən heç bir qanunsuz təzyiq və təsirə məruz qalmamışdır. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 göstərdi ki, hazırda Şirvan şəhər polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Şirvan şəhər polis şöbəsinə etibarlı və qərəz doğurmayan mənbədən daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvü kimi 14 aprel 2025-ci il tarixdə saat 13:12-da başlanmış və videoçəkilişlə qeyda alınmış əməliyyat-axtarış tədbiri zamanı əməliyyat qrupunun üzvləri ilə birlikdə Şirvan şəhərində yerləşən “Aytac”adlı kafedə ikinci otağa daxil olmuşlar. Otaqda 2 nəfər şəxs görüb onları yaxalamışlar. Onlara özlərini təqdim edib saxlanma səbəbini izah etmişlər. Daha sonra otaqdan Təqsirləndirilən şəxs yanında yerdən 01 ədəd kağız bükülüdə psixotrop maddə 01 ədəd əskinas üzərində narkotik vasitə və ya psixotrop maddə izləri olması ehtimal edilən kütlələlər, Sadiq Əsgərovun boz rəngli cins şalvarının arxa sağ cibindən 01 ədəd bükülüdə psixotrop maddə aşkar olunub götürülmüşdür. Bundan sonra digər şəxsin Şahid2 üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan olunmuş heç bir predmet aşkar olunmamışdır. Aşkar olunmuş vasitələr 01 ədəd zərfdə qablaşdırılmışdır. Qablaşdırılmış kütlə olduğu zərf iştirakçılar tərəfindən imzalanaraq Polis Şöbəsinin 55 saylı möhürü ilə bağlanmışdır. Şübhəli şəxsin üstünün yoxlanılması zamanı üzərindən digər qanunsuz predmet aşakar olunmamışdır. Təqsirləndirilən şəxsə qarşı Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən psixi və ya fiziki zorakılıq olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid1 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid4 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində bildirmişdir ki , Şirvan şəhər Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Şirvan şəhər polis şöbəsinə etibarlı və qəraz doğurmayan mənbədən xx.xx.1995-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvəllər məhkum olunmuş, işsiz, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla aldə etdiyi psixotrop maddələrin istehlakı ilə məşğul olması və hazırda Şirvan şəhəri, Naxçıvan küçəsində psixotrop maddənin istehlakına hazırlıq görəcəyi baradə məlumat daxil olmuşdur. Bu sababdən Təqsirləndirilən şəxs tərəfindən saxlanlan, daşınılan psixotrop maddənin realizə olunacağı, gizlədiləcəyi və məhv ediləcəyi ehtimalını nəzərə alaraq daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayat başında yaxalanması, psixotrop maddələrin cinayət izlərinin vaxtında aşkar edərək götürülməsi məqsədi ilə əməliyyat qrupu yaradılaraq olduğu yerdə zərurət yaranarsa istünün yoxlanılması əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş və onun rəhbərliyi altında, Şirvan şəhər polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı Şahid3 və Şirvan ŞPŞ-nin Əməliyyat Rabitə qrupunun kiçik inspektoru, Polis Baş X2 və Şirvan şəhər polis şöbəsinin PPXB-nın polis nəfəri, polis baş serjantı Şahid1 iştirakı ilə əməliyyat qrupu təşkil olunmuşdur. Tərəflərindən 14 aprel 2025-ci il tarixdə saat 13:12-da başlanmış va videoçəkilişlə qeyda alınmış əməliyyat-axtarıs tadbiri zamanı əməliyyat qrupunun üzvləri ilə birlikdə Şirvan şəhərində yerləşən “Aytac”adlı kafedə ikinci otağa daxil olmuşlar. Otaqda 2 nəfər şəxs görüb onları yaxalamışlar. Onlara özlərini təqdim edib saxlanma səbəbini izah etmişlər. Daha sonra otaqdan Təqsirləndirilən şəxs yanında yerdən 01 ədəd kağız bükülüdə psixotrop maddə 01 ədəd əskinas üzərində narkotik vasitə və ya psixotrop maddə izləri olması ehtimal edilən kütlələlərin, boz rəngli cins şalvarın arxa sağ cibindən aşkar edilərək götürülmüş 01 ədəd bükülüdə psixotrop maddə aşkar olunur. Bundan sonra yarımtikilidə olan digər şəxsin Şahid2 üzərinə şəxsi axtarış keçirilmiş lakin qanunla qadağan olunmuş heç bir predmet aşkar olunmamışdır. Aşkar olunmuş vasitələr 01 ədəd zərfdə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs tərəfindən zərf təqdim olunaraq götürülmüş kütlələr qablaşdırılmışdır. Qablaşdırılmış kütlə olduğu zərf iştirakçılar tərəfindən imzalanaraq PŞ-nin 55 saylı möhürü ilə bağlandı. Şübhəli şəxsin üstünün yoxlanılması zamanı üzərindən digər qanunsuz predmet aşakar olunmadı. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində bildirmişdir ki ,xx.xx.2025-ci il tarixdə saat 12 radalərində dostu Təqsirləndirilən şəxs ilə birlikdə çay içmək qərarına gəlmişlər. Buna görə onunla birlikdə Şirvan şəhərində yerləşən “Aytac”adlı kafedə ikinci otağa daxil olub əyləşmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs yerdən metamfetamin tapmış olduğunu bildirmiş və bir qismini falqaya yığaraq istifadə üçün hazırlamışdır. Eyni zamanda 1 manatlıq əskinası yuvarlaq formaya salaraq bağlayıb hazır saxlamış ki onun vasitəsi ilə tüsdüsünü çəksin. Birdən Şirvan ŞPŞ-nın əməkdaşları içəri daxil olmuş. Şirvan ŞPŞ-nın əməkdaşları özlərini təqdim edib, Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanuna qadağan olunmuş hər hansı predmetin olub olmadığını soruşduqda yerdə olan içərisində narkotik dolu falqa və bükülmüş əskinası görmüşlərlər. Təqsirləndirilən şəxs polis əməkdaşlarına yerdə olan falqada narkotik vasitə metamfetaminin və pul əskinasının özünə aid olmasını etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən əynində olan boz rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd bükülüdə psixotrop maddə aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən onun üzəri yoxlanılmışdır, dövriyyəsi qanunla qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş vasitələr 01 ədəd zərfdə qablaşdırılmışdır. Qablaşdırılmış kütlə olduğu zərf iştirakçılar tərəfindən imzalanaraq PŞnin 55 saylı möhürü ilə bağlanmışdır. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsini əks etdirən videoçəkilişlərə baxış keçirilmişdir. Videoçəkilişlərdən görünür ki, Təqsirləndirilən şəxs yanında yerdən 01 ədəd kağız bükülüdə psixotrop maddə 01 ədəd əskinas üzərində narkotik vasitə və ya psixotrop maddə izləri olması ehtimal edilən kütlələlərin, boz rəngli cins şalvarın arxa sağ cibindən aşkar edilərək götürülmüş 01 ədəd bükülüdə psixotrop maddə aşkar olunur.psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyarların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yanında yerdən 01 ədəd kağız bükülüdə psixotrop maddə 01 ədəd əskinas üzərində narkotik vasitə və ya psixotrop maddə izləri olması ehtimal edilən kütlələlərin, boz rəngli cins şalvarın arxa sağ cibindən aşkar edilərək götürülmüş 01 ədəd bükülüdə psixotrop maddə aşkar olunur.psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın arxa sağ cibindən aşkar edilərək götürülmüş 01 ədəd bükülüdə psixotrop maddə, 01 ədəd kağız bükülüdə psixotrop maddə 01 ədəd əskinazı üzərində narkotik vasitə və ya psixotrop maddə izləri olması ehtimal edilən kütlələlərin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin bükümə baxış keçirilmişdir. Həmin büküm açdıqda içərisində kristallik formada psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlələrin çəkisi elektron tərəzidə ölçülmüş və sellofan bükülüdə olan kütlənin çəkisi 0,41 qram 01 ədəd kağız kəsiyində olan kütlənin çəkisi 0,11 qram olması göstərmişdir. Sonra isə həmin 1 ədəd büküm qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı sorğu edilərkən Təqsirləndirilən şəxs həmin psixotrop maddəyə oxşar kütləni yerdən tapdığını, həvəsi gələndə istifadə edəcəyi üçün götürdüyünü bildirmişdir. xx.xx.2025-ci il tarixli “cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında protokoldan” görünür ki, Təqsirləndirilən şəxs azadlığı xx.xx.2025-ci il tarixdə, saat 13:12 dəqiqədən məhdudlaşdırılmış, xx.xx.2025-ci il tarixdə, saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokol və əlavə edilmiş DVD diskdən görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın arxa sağ cibindən aşkar edilərək götürülmüş 01 ədəd bükülüdə psixotrop maddə, 01 ədəd kağız bükülüdə psixotrop maddə 01 ədəd əskinazı üzərində narkotik vasitə və ya psixotrop maddə izləri olması ehtimal edilən kütlələlərin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin bükümə baxış keçirilmişdir. Həmin büküm açdıqda içərisində kristallik formada psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlələrin çəkisi elektron tərəzidə ölçülmüş və sellofan bükülüdə olan kütlənin çəkisi 0,41 qram 01 ədəd kağız kəsiyində olan kütlənin çəkisi 0,11 qram olması göstərmişdir. Sonra isə həmin 1 ədəd büküm qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı sorğu edilərkən Təqsirləndirilən şəxs həmin psixotrop maddəyə oxşar kütləni yerdən tapdığını, həvəsi gələndə istifadə edəcəyi üçün götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2025-ci il tarixli 18/304 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində : “...Təqsirləndirilən şəxs ...” sözləri və imzaları olan kağız paketi açdıqda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 0,369 qr, 0,022 qr ümumi təmiz çəkisi – 0,391 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,391qram, tədqiqatda sərf edildi - 0,02 qram (hər ob-0,01 qram) , qalıq – 0,371 qram. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 X7-Narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 2451 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsin xx.xx.2020-ci ildə hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən 02 il 05 ay 24 gün azadlıqdan məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2022-ci il tarixdə Şirvan şəhər, məhkəməsinin qərarı ilə AR MM-nin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 198 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. Şirvan şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 06 may 2025-ci il tarixli 18-1-35/2-623/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X9 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 2402 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X9 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 172 nömrəli xasiyyətnamədə göstərilir ki, onun barəsində Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X9 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə yazılı və ya şifahi heç bir şikayət daxil olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının” İİ siyahısının 118-ci bəndinə görə metamfetaminin xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,391 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal olduğunu nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 aprel 2025-ci il tarixdən 16 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyatda alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,371 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri - 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 (kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************,SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. Cinayət işinə əlavə edilmiş iki ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 349-cu, 351-353cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 14 aprel 2025-ci il tarixdən, 16 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhər İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda alınsın. Ekspertiza tədqiqatının dəyəri - 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,371 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işinə əlavə edilmiş iki ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın . İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-111/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-111/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver