Məhkəmə qərarları › İş №1(032)-113/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-113/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-113/2023 21.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:00-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Heydərov Fərrux Fəttah oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, 09 oktyabr 2022-ci il tarixdə, saat 22 radələrində ictimai yer hesab edilən Şirvan şəhəri, F.X.Xoyski küçəsində Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor təbiq olunması ilə müşayiət olunan hərəkətlər etməklə, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs üz və bədəninin müxtəlif nahiyələrindən yumruqla vurub, sonuncuya burun sümüyünün yerdəyişməyən sınığı, ənsənin yuxarı hissəsində, sol qulağın sırğalığında yara, sol saidin yuxarı 1/3-də, sağ mil-biləkdə, sağ əlin V barmağında sıyrıqlar kimi sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib, xuliqanlıq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2 ildir ki, tanıyır, sonuncu ilə aralarında düşmənçilik və ədavətləri yoxdur. 2021-ci ildə Zərərçəkmiş şəxs ilə aralarında mübahisə olmuş, bu barədə polisə müraciət etməmişdir. xx.xx.2022-ci il tarixdə o, yaşadığı evdə spirtli içki qəbul etmiş, sonra yaşadığı binanın həyətində olan kafeyə getmiş, kafedə tanışı Zərərçəkmiş şəxs kafedə spirtli içki qəbul edərkən görümş, kafedə oturmamışdır. Bir müddət sonra çölə çıxmış, Zərərçəkmiş şəxs da onun ardınca kafedən çölə çıxmışdır. O, Zərərçəkmiş şəxs yaxınlaşaraq bildirmişdir ki, «sən mənim barəmdə tanımadığım adamlara bildirmisən ki, məni 2021-ci ildə Zəngilan rayonunda döymüsən». Zərərçəkmiş şəxs ona yaxşı etdiyini bildirmiş, buna görə də Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Zərərçəkmiş şəxs üz nahiyəsinə əli ilə vurmuş, sonra Zərərçəkmiş şəxs ona şillə vurmuşdur. Oların aralarında olan mübahisə zamanı Məhəmməd adlı şəxs onlara yaxınlaşmış, onları sakitləşdirmək istəmişdir. İsmayıl Məhəmmədə onluq omadığını bildirmiş, Məhəmməd də onlardan uzaqlaşmışdır. İsmayıl ilə o, mübahisə etdikdən sonra sonuncu ondan uzaqlaşaraq mağazaya getmişdir. Mağazadan siqaret almış, yaşadığı mənzilə getmək üçün yola düşmüşdür. Şirvan şəhəri, X7 küçəsində yerləşən “Qarabağ” «playstation» salonun yanından keçən zaman Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs qardaşı İlham, qardaşı oğlu Elcan, qardaşı arvadı Səhnəbanu, bacısı oğlu Mübariz və bacısı İlhamə ona yaxınlaşaraq onunla mübahisə etmişlər. O, bundan sonra ərazidə olan «Qarabağ playstation» oyun zalına getmişdir. Həmin vaxt yaxınlıqda olan Laçın və Murad adlı şəxslər Zərərçəkmiş şəxs və sonuncunun qohumlarını ondan uzaqlaşdırmışdır. Sonra o, yaşadığı mənzilə getmişdir. Hadisə təxminən 5-6 dəqiqə davam etmişdir. Hadisə yeri yaşayış binalarının yaxınlığında olduğu üçün orada kənar şəxslər də olmuşdur. Mübahisə zamanı o, Zərərçəkmiş şəxs üz nahiyəsinə əli ilə vurmuşdur. Mübahisə onun ilə İsmayıl arasında olmuşdur. Törətmiş olduğu cinayət əməlindən peşmandır, dəymiş ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X1 1 ildir ki, tanıyır. Bir il bundan qabaq Təqsirləndirilən şəxs ilə Zəngilan rayonuna işləmək üçün getmiş, Zəngilan rayonunda Təqsirləndirilən şəxs ilə aralarında mübahisə olmuşdur. 09 oktyabr 2022-ci il tarixdə işdə olmuş, işdən çıxıb yaşadığı binanın həyətində olan çay evinə getmişdir. Həmin vaxt çay evində Riya, Qasım və adını bilmədiyi bir nəfər şəxs olmuşdur. Həmin şəxslər spirtli içki qəbul etmişdir. O, çay evinə daxil olub orada çay içməyə başlamış, təqribən 15 dəqiqə sonra Riya və yanında olan şəxslər çay evindən çölə çıxmış, 5 dəqiqə sonra Riya çay evinə gəlmişdir. Riya ona çay evindən çıxmasını. onunla işi olduğunu bildirmiş, o da çay evindən çölə çıxmışdır. O, Təqsirləndirilən şəxs ilə çay evindən 100 metr kənarlaşmış, Təqsirləndirilən şəxs ona nə deyəcəyini soruşmuş, həmin vaxt küçədə Məhəmməd, Qasım və adını bilmədiyi bir nəfər şəxs olmuşdur. O, Təqsirləndirilən şəxs ilə küçə ilə gedən zaman Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onun üz nahiyəsinə bir dəfə yumruq vurmuş, burnunun sındığını hiss etmişdir. O, Riyanın əlindən çıxıb qardaşı İlham Göyüşovun yaşadığı mənzilə tərəf getmişdir. Qardaşının yaşadığı mənzilə çatmağına az qalmış Riya onun ardınca gəlmiş, onu yenidən döyməyə başlamışdır. Həmin vaxt yaxınlıqda olan bir nəfər şəxs həmin şəxslərə yaxınlaşmış, Riyaya onu nə üçün döydüklərini bildirmiş, ondan aralaşmış, həmin şəxsin sözlərindən sonra Riya ondan uzaqlaşmışdır. O, bundan sonra qardaşı İlham Göyüşovun yaşadığı evə getmiş, qardaşının arvadı Banu bacısı İlhaməyə zəng vurmuş, bacısı qardaşının yaşadığı evə gəlmiş, bacısı İlhamə və qardaşının arvadı Banu binanın həyətinə düşmüşlər. Bir müddət sonra o, bacısının və qardaşı arvadının ardınca binanın həyətinə düşmüş, Şirvan şəhəri, X7 küçəsində bacısı və qardaşı arvadının Təqsirləndirilən şəxs ilə sözlə mübahisə etdiyini görmüşdür. Onun ardınca qardaşı oğlu Elcan və bacısı oğlu Mübariz gəlmişdir. O, mənzil istismarın xidmətinin binasının qarşısında olduğu zaman kimsə polisə məlumat verdiyi üçün Şirvan ŞPŞ-nin post-patrul xidmətinin əməkdaşları əraziyə gəlmişdir. Onu Şirvan ŞPŞ-yə aparmışlar. O, Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişdir. Ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənilməsini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, hal-hazırda Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Şirvan MKSİ-də bağban işləyir. X2 onun qonşusudur. 09 oktyabr 2022-ci il tarixdə, saat 22 radələrində o, Şirvan şəhəri, X7 küçəsində yerləşən mənzilin həyətində olan çay evinə getmiş, həmin vaxt çay evində Riyanın çay içdiyini görmüş, çay evində bir müddət oturduqdan sonra çay evindən çölə çıxmış, sonra Riya da ardınca çay evindən çıxmışdır. Həmin vaxt çay evinin yaxınlığında Zərərçəkmiş şəxs olmuş, X6 Göyüşov ilə mübahisə etməyə başlamışdır. O, onlara yaxınlaşıb onları sakitləşdirmək istəmiş, lakin Riya Cahangirov və Zərərçəkmiş şəxs ona onluq olmadığını bildirmişlər. O, onları sakitləşdirmək istəsə də, onlar onun sözlərinə məhəl qoymamış, Riya uca səslə İsmayılın ünvanına nalayiq ifadələr işlətməklə bir-birləri ilə mübahisə etməyə başlamışlar. O, onları sakitləşdirə bilmədiyi üçün, həmdə həmin şəxslərin onun sözlərinə əhəmiyyət vermədiyi üçün yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs isə mübahisələrini davam etdirmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə Şirvan şəhəri, F.X.Xoyski küçəsində mübahisə etdiklərini görmüşdür. Lakin həmin vaxt Qasım və ya başqa şəxsin onların yanında olmasını görməmişdir. Həmçinin o, onların yalnız sözlə mübahisə etdiklərini görmüş, onlar onun iradına əhəmiyyət vermədikləri üçün o, oradan çıxıb getmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Məhkəmə-tibbi ekspertizasının 10 oktyabr 2022-ci il tarixli, 588 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər – burun sümüyünün yerdəyişməyən sınığı, ənsənin yuxarı hissəsində, sol qulağın sırğalığında yara, sol saidin yuxarı 1/3-də, sağ mil-biləkdə, sağ əlin V barmağında sıyrıqlar küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 09 oktyabr 2022-ci il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. (i.v.28-29) Aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmiş, Riya Cahangirov isə istintaqa verdiyi ifadəsini təsdiq etmişdir.(i.v.54-56) Verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Şirvan şəhərinin F.X.Xoyski küçəsində yaşayan sakinlərlə profilaktiki söhbətlər aparılmış və müəyyən olunmuşdur ki, 09 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində Şirvan şəhərinin F.X.Xoyski küçəsində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə vaxtı ictimai qayda pozulmuşdur. Əməliyyat tapşırığında göstərilən digər xüsusatlarla ilə bağlı bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, hadisə vaxtı Təqsirləndirilən şəxs yanında Qasım və ya başqa hər hansı bir şəxsin olmasını, o cümlədən hadisəni kənardan görən hər hansı bir şəxsin olmasını təsdiq edəcək hər hansı bir məlumat əldə olunmamış, hadisə vaxtı mübahisə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermişdir. Həmçinin qeyd etmək istəyirik ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə mübahisə etdikdən sonra sonuncunun qohumları tərəfindən yaşadıqları evin qarşısında döyülərək xəsarət almışdır. (i.v.75) İfadəsinin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. (i.v.93-96) Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmaqla sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək həmin cəza 02 il şərti sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş və xx.xx.2020-ci il tarixdə sınaq müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. (i.v.131-133) «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 24 aprel 2023-cü il tarixli, PHŞ- 6-35/2-230/2023 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan şəhəri X7 küçəsi, bina 7, mənzil 50-də yaşayan Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. (i.v. 134) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xuliqanlığın əsas tərkibini təsbit edən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli,habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki,xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun,hədənin tətbiq edilməsi,əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına,cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının,birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək,eqoizmini nümayiş etdirib,özünü başqalarının fövqündə qoymaq kimi,son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq,cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir.Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir.Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlinə olan münasibətini, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, məhkumluğunun ödənilməsinə baxmayaraq, onun əvvəllər də eyni məzmunda cinayət əməlinə görə məhkum olunmasını diqqətdən qaçırmır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunmasını, üzərinə müvafiq olaraq daimi yaşayış yerlərini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Cinayət iş üzrə mülki iddia, məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Şirvan şəhəri, F.X.Xoyski küçəsi, bina 7, mənzil 50-ni hər gün saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar