Məhkəmə qərarları › İş №1(032)-113/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-113/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-113/2024 25.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 15:55-də Şirvan şəhər Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X1 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Sabirabad rayonu Çölbeşdəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “GESCO ASC-də mühafizəçi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Çölbeşdəli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, orta dərəcəli sərxoş vəziyyətdə 09 dekabr 2023-cü il tarixdə saat 18 radələrində ictimai yer hesab edilən Şirvan şəhəri 1 May küçəsində yerləşən “Sizin Market” adlı ərzaq dükanının qarşısında X4 ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, Nicat Kərimliyə və qeyrilərinin timsalında özünü qeyri müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu, istədiyi şəxsi istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla başqalarından üstün olduğunu nümayiş etdirmək, qalmaqal salmaq məqsədilə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs baş nahiyəsinə yumruqla vuraraq sonuncuya alın-təpə nahiyəsində sıyrıq kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, onu və dostu Şahid4 Şirvan şəhəri ərazisində yerləşən Leyla şadlıq sarayına qohum toyuna çağırmışlar, onlar da toyda iştirak etmək üçün xx.xx.2023-cü il tarixdə Şirvan şəhərinə gəlmişlər. Onlar toyda spirtli içki qəbul etmişlər. Saat 18:00 radələrində toydan çıxmış və dostları Şahid3, Şahid5 və Şahid4 ilə birlikdə Sabirabad rayonuna doğru yola düşmüşlər. Şirvan şəhərində adını bilmədiyi mağazadan pivə almaq üçün o və Şahid4 mağazaya daxil olmuşlar. Daha sonra Şahid3 da mağazaya daxil olmuşdur. Şahid4 satıcıya 10 manat pul verərək satıcıdan pivə və yerfındığı almışdır. Ödəniş etdikdən sonra 30 qəpik qalıq pul qalmış, həmin pulu satıcı qaytarmaq istəyən zaman Şahid4 o pulu götürməmiş və mağazadan çıxaraq maşına getmişdir. O da mağazanın qabağında Şahid3 gözləmişdir. Həmin vaxt mağazada olan Zərərçəkmiş şəxs Şahid3la söhbət etmişdir. Daha sonra Zərərçəkmiş şəxs mağazadan çıxmış və ona yaxınlaşaraq Şahid4 30 qəpik olan qalıq pulu satıcıdan nə səbəbdən götürmədiyini ona irad bildirmişdir. O həmin vaxt sərxoş olduğundan Zərərçəkmiş şəxs demişdir ki, “o mənim problemim deyil, sözün var get özünə de”. Bundan sonra Zərərçəkmiş şəxs onunla mübahisə etməyə başlamışdır. Zərərçəkmiş şəxs həmin vaxt onun çənə nahiyəsindən kəllə zərbəsi ilə vurmaq istəmişdir. O, geri çəkilərək Zərərçəkmiş şəxs kəllə zərbəsindən yayınmış və sonra Nicatın baş nahiyəsindən yumruqla vurmuşdur. Bu vaxt orada olan Şahid3, Şahid4, Şahid5 və digər tanımadığı şəxslər onları aralamışlar. Bundan sonra orada olan şəxslər Zərərçəkmiş şəxs aralayıb aparmışlar və onlar da avtomobilə əyləşərək çıxıb getmişlər. Hazırda Zərərçəkmiş şəxsla barışmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, 09 dekabr 2023-cü il tarixdə saat 18 radələrində işdən çıxıb evə gedərkən çörək və digər ərzaq malları almaq məqsədi ilə küçələrində olan “Sizin Market” adlı ərzaq dükanına girmişdir. Dükandan çörək və digər ərzaqları götürüb kasasaya yaxınlaşmışdır ki, pulunu ödəsin. Bu vaxt Şahid4 sərxoş vəziyyətdə dükana daxil olmuşdur. Şahid4 dükandan pivə və çipsi götürüb kassaya yaxınlaşmışdır. Şahid4 əlində pivə və çipsi olduğundan o, öz növbəsini ona vermişdir ki, kassir onu tez yola salsın. Şahid4 götürdüyü pivənin və çipsinin pulunu ödədikdə satıcı qız onun qalıq pulu olan 30 qəpiyi ona qaytarmışdır. Həmin vaxt Şahid4 satıcı qızın ona qaytardığı qalıq pul olan 30 qəpiyi satıcı qıza qaytararaq “sənə hədiyyə verirəm” deyə bildirmişdir. Həmin vaxt satıcı qız pulu götürməyərək Şahid4 özünə qaytarmışdır. Şahid4 isə satıcı qıza məcbur edərək bildirmişdir ki, “götür, bunu sənə hədiyyə edirəm”. Bu vaxt o müdaxilə edərək Şahid4 bildirmişdir ki, “bayaqdan gözləyirəm, işinizi yekunlaşdırın məndə götürdüyüm ərzaqların pulunu ödəyim”. Bundan sonra Şahid4 həmin 30 qəpiyi kassanın üzərinə qoyaraq dükandan çıxmışdır. O, mağazanın qarşısında gözləyən Təqsirləndirilən şəxs yaxınlaşmış və dostu Şahid4 satıcı qıza qarşı qeyri-etik davranışını ona bildirmişdir. Bu vaxt Təqsirləndirilən şəxs onunla mübahisə etməyə başlamışdır. O, Təqsirləndirilən şəxs bildirmişdir ki, hazırda içkilisən, get sabah görüşüb söhbət edərik. Bu vaxt Təqsirləndirilən şəxs yumruqla onun başına vurmuşdur. Həmin vaxt ətraf olan şəxslər onları aralamışlar. Bundan sonra Təqsirləndirilən şəxs və yanında olan şəxslər yolun kənarında olan avtomobillərinə əyləşərək çıxıb getmişlər. Hadisə vaxtı o başından xəsarət almış, həmçinin hadisə vaxtı boynumda olan 270 manata aldığı gümüş sep itmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmişdir və heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, onlar hadisə baş verən gün Təqsirləndirilən şəxs ilə birlikdə Şirvan şəhərində yerləşən Leyla şadlıq sarayından toydan çıxmışlar. Daha sonra onlar evə gedərkən o, avtomobili yolun kənarındakı mağazanın qarşısında saxlatdırmış, mağazaya daxil olaraq oradan pivə və yerfındığı almışdır. Kassada ödəniş edərkən 30 qəpik qalıq pulu qalmış, kassada işləyən satıcı qız həmin pulu ona qaytarmaq istəmiş, lakin o, pulu istəməyərək mağazadan aldıqlarını götürüb, avtomobildə əyləşmişdir. Dava düşən zaman onun xəbəri olmamışdır. Daha sonra dava düşdüyünü görmüş və avtomobildən düşərək davanı sakitləşdirməyə çalışmışdır. ətrafda olan şəxslərin köməyi ilə davanı sakitləşdirdikdən sonra o, dostları Təqsirləndirilən şəxs və Şahid3 avtomobilə əyləşərək evə qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs və Şahid4 mağazada olarkən o, avtomobildə olmuşdur. Təqsirləndirilən şəxs və Şahid4 mağazadan çıxdıqdan sonra o, mağazaya daxil olmuşdur. O, mağazadan siqaret alan zaman Zərərçəkmiş şəxs ona bildirmişdir ki, “səni bir dəqiqə olar?”. O da etiraz etməyib Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Zərərçəkmiş şəxs ona bildirmişdir ki, “burda xanım var bayırda danışaq”. O da Zərərçəkmiş şəxs onu tanımadığını, bayırda nə danışacaqlarını demişdir. Sonra onlar birlikdə marketdən çıxmışlar. Zərərçəkmiş şəxs ona Şahid4 ilə aralarında 30 qəpiklə bağlı nə isə mübahisələrinin olması haqqında bir şey demiş, lakin o, heç nə başa düşməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs də mağazanın qarşısında olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kəllə zərbəsi vurmaq istəmiş, Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs yumruq zərbəsi vurmuşdur və nəticədə dava düşmüşdür. Daha sonra Dadaşbəyli kənd sakini olan şəxslər onları ayıraraq davanı sakitləşdirmişlər. Dava düşən vaxt Şahid5 avtomobildə olmuş və avtomobildən enməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid5 məhkəməyə gəlmədiklərindən onların ibtidai istintaqda verdikləri ifadəsi elan olunmuşdur. İbtidai istintaqda Şahid5, Şahid2 və Şahid1 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 09 dekabr 2023-cü il tarixli, 321 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcədə sərxoş olmuşdur. İş materiallarında olan 18 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X6 641 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət – alının təpə nahiyəsində sıyrıq- küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. İş materiallarında olan 15 aprel 2024-cü il tarixli Şirvan şəhər X3 Hüquqi Şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in poliklinika şöbəsinin Psixoloji-Nevroloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan 16 aprel 2024-cü il tarixli Şirvan şəhər Polis Şöbəsinin məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs tərəfindən Şirvan şəhəri 1 may küçəsində yerləşən “Sizin Market” adlı ərzaq dükanının qarşısında Zərərçəkmiş şəxsnın döyülərək xəsarət alması faktı ilə bağlı müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə nəticələnən qərəzli xuliqanlıq hərəkətləri edilmişdir. Həmçinin hadisə vaxtı Şahid3 kim tərəfindən xəsarət alması və Zərərçəkmiş şəxs məxsus gümüş sepin tapılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. İş materiallarında olan 17 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-də heç bir məlumat yoxdur. İş materiallarında olan 30 aprel 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 30 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 30 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində müvəqqəti saxlama yerindən azad olunması və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs MSYdən azad olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 05 may 2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Xuliqanlığın əsas tərkibini təsbit edən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından,eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı,həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki,cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun,hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi,zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir.Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil,hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının,birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib,özünü başqalarının fövqündə qoymaq kimi,son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq,cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə həmçinin cəza təyin edərkən qəsdin obyektinin ictimai qayda olması, cinayət əməlinin qəsdən törədilməsini və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə, eyni zamanda əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə islah işləri cəzası təyin olunmalı, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 30 aprel 2024-cü il tarixdə tutulduğu 01 (bir) gün müddət həbsdə saxlamanın bir günü islah işlərinin cəzasının dörd gününə bərabər tutularaq cəzasından çıxılmalı, cəzasını iş yeri üzrə çəkməlidir, Cəzaçəkmə müddətinin əvvəli onun qazancından ilk tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cəzanın icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 30 aprel 2024-cü il tarixdə 01 (bir) gün tutulduğu müddət həbsdə saxlamanın bir günü islah işlərinin cəzasının dörd gününə bərabər hesablanmaqla təyin edilmiş cəzadan 04 gün çıxılsın və qəti olaraq üzərində qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzasını iş yeri üzrə çəksin. Cəzanın icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli onun qazancından ilk tutulmalar aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş baqşqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar